Ali-Muhammedin sirleri indd


Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə349/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   345   346   347   348   349   350   351   352   ...   410
Ali-Muhemmedin sirleri

Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və 
sizi pakdan pak etmək istər!”
1
  Ayədəki çirk (rics) nədir bilirsənmi, ey Sal-
man?» Mən: “Xeyr” dedim”.
Buyurdu: “Şikdir. Onlar heç vaxt Allah tərəfi ndən gələn bir şeyə  şübhə 
etməzlər. Biz doğumda və (yoğrulduğumuz) palçığımızda Adəmə qədər pak və 
tərtəmizik. Hər pislikdən təmizlənmiş və qorunmuşuq”.
1
 “Əhzab” surəsi, ayə 33.


254
Suleym ibn Qeys Hilali
Mehdi (ə) barəsində xəbər
Sonra əlilə Hüseynə vuraraq belə dedi: “Ey Salman! Yer üzü zülm və haq-
sızlıqla dolduğu kimi haqq və ədalətlə dolduracaq olan ümmətimin Mehdisi bu 
oğlumun övladlarındandır. İmam oğlu İmam, alim oğlu alim, vəsi oğlu vəsidir! 
Atası Özündən əvvəl imam, vəsi və alimdir”.
Salman dedi: “Ey Allahın Peyğəmbəri! Mehdi əfzəldir, yoxsa atası?” Bu-
yurdu: “Atası ondan daha fəzilətlidir.  Əvvəlkilərin mükafatları daha çoxdur. 
Çünki Allah onların vasitəsilə sonradan gələnləri hidayət edir”.
Hansı  dəvət edən doğru yola dəvət etsə mükafatını alacaq və onların 
mükafatlarından heç bir şey azalmadan onlara tabe olanların mükafatlarının 
bir mislinə  də malik olarlar. Kim zəlalətə  dəvət etsə öz günahları  və  dəvət 
etdiklərinin günahlarından heç bir şey azalmadan özünə tabe olanların günah-
larının bir misli də ona əlavə olunar. Tabe olanların günahlarından isə heç nə 
azalmaz.
Ey Salman! Musa Rəbbindən ailəsindən biri nəfəri özünə vəzir etməsini 
istədi və Allah da qardaşı Harunu ona vəziri etdi. Mən də Rəbbimdən ailəmdən 
birini mənə vəzir etməsini dilədim. Allah da qardaşımla məni gücləndirdi və 
onu işimə ortaq etdi. Allah onun istəklərini qəbul etdiyi kimi mənim istəklərimi 
qəbul etdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin