Ali-Muhammedin sirleri indd


Onların müqabilində on iki İmamın (ə) bəyanı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə365/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   361   362   363   364   365   366   367   368   ...   410
Ali-Muhemmedin sirleri

Onların müqabilində on iki İmamın (ə) bəyanı
Peyğəmbər (s) buyurdu: “Mən bu evdə olan bütün kişi və qadınların hamı-
sını şahid tuturam ki, Əli ibn Əbu Talib ümmətim arasında mənim xəlifəmdir. 
O, möminlərə öz canlarından daha övladır. O, vəfat etdikdə bu oğlum “əlini 
Həsənin başına qoydu), o da vəfat etdikdə bu oğlumdur (əlini Hüseynin başına 
qoydu). Sonra Hüseynin övladlarından bir-biri ardınca gələcək doqquz nəfərdir. 
Onlar Allahın bu sözündə nəzərdə tutduğu şəxslərdir: Allaha, Peyğəmbərə və 
özünüzdən olan əmr sahiblərinə itaət edin!”.
1
 Sonra Peyğəmbər (s) İmamlar 
(ə) barəsində nazil olan bir ayəni belə buraxmadan hamısını oxudu”.
Peyğəmbərin (s) yuxusu
O üçü qalxıb getdilər. Mən və  səhabələrim Salman, Əbu Zərr və Miq-
dad, eləcə də Fatimə, Həsən və Hüseyn də qaldılar. Peyğəmbərin xanımları və 
Fatimədən başqa Peyğəmbərin (s) digər qızları da getdilər. Sonra Peyğəmbər 
(s) buyurdu: “Bu üçünü və Bəni-Üməyyədən doqquz nəfərin - ikisi Əbu Süfyan 
ailəsindən və yeddisi isə  Həkəm ibn Əbul-As nəslindən olanların ümmətimi 
köhnə cahiliyyə dinlərinə qaytardıqlarını gördüm”.
Əli (ə) bunları dediyi vaxt Ziyadın evi Peyğəmbər (s) səhabələri ilə doluydu. 
Onlara səslənib buyurdu: “Eşitdiklərinizi doğru yolu tapmaq istəyənlərdən başqa 
hər kəsdən gizləyin. Ey Ziyad! Məndən sonra şiələrim barədə Allahdan qorx!”
Ziyadın yanından çıxdıqda üzünü bizə  tərəf tutub dedi: “Müaviyə onun 
qardaşı olduğunu iddia edəcək və o da şiələrimi qətlə yetirəcək. Allah ona lənət 
eləsin”.
1
 “Nisa” surəsi, ayə 59.


266
Suleym ibn Qeys Hilali
HƏDİS 68

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin