Ali-Muhammedin sirleri indd


İcmali və təfsilatlı vilayət və təbərra



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə370/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   366   367   368   369   370   371   372   373   ...   410
Ali-Muhemmedin sirleri

İcmali və təfsilatlı vilayət və təbərra 
Dedim: Sənə fəda olum! Sizdən gələnləri də təfsilatı ilə iqrar etməlidir?” 
Dedi: “Yox, icmali kifayət edər”. 
Dedim: “Sənə fəda olum! Şərab nədir?” Buyurdu: “Çoxunu içdiyi təqdirdə 
sərxoş edən hər bir içkinin az, hətta bir damlası belə haramdır”.
Dedim: “Sənə fəda olum! Vilayətdən savayı hər bir şeyə riayət edən şəxsə 
bütün Bəni-Haşimin, yoxsa sizlərdən fəqih və alim olanlarının vilayəti vacib-
dir? Həmçinin düşmənlərinizdən çəkinməkdə də, sizin hamınıza zülm edəndən, 
yoxsa yalnız birinizə olsa belə zülm edəndən çəkinmək vacibdir?
İmam (ə) buyurdu: “Ey Bəni-Hilalın qardaşı, sual verdin, indi cavabını 
dinlə.  Əgər icmalı olaraq vilayətimizdə olsan və düşmənlərimizdən təbərra 
etsən (uzaq olsan), artıq bu sənə kifayət edər.
Əgər Allah sənə bizdən olan vəsi, alim və fəqih olan imamları tanıtsa, sən 
də onları tanıyıb təsdiq və itaət etsən, o zaman sən Allaha iman gətirmiş mömin 
və cənnət əhlisən. Belə şəxslər cənnətə sorğu-sualsız daxil olacaqlar.
Allahın yeganə bilsən, Muhəmmədin Allahın elçisi olduğuna  şəhadət 
versən, bütün qiblə  əhli arasında ixtilaf olmayan məsələləri (Allahın  əmr və 
qadağan etdiyi məsələlərdə icma etdiklərini) götürsən, imamət, vəsilik, elm və 
fi qh məqamına şəkkin olsa, onun elmini Allaha buraxsan, onlarla düşmənçilik 
etməsən, uzaqlaşmasan və qarşı çıxmasan – sən bu mövzuda cahil, fəzilət və 
vilayət əhlinin hidayət tapdığı şeydə isə azmışsan. Sənin barəndə məsələ Alla-


Ali-Muhəmmədin sirləri
271
hın istəyinə bağlıdır. Əgər sənə əzab versə, bu sənin günahlarına görədir, əgər 
bağışlasa, Öz rəhmətindən əta etmiş olacaq.
Amma bizə düşmən olub, əziyyət edənə gəldikdə, o müşrik, kafi r və Allah 
düşmənidir.
Bizim haqqımızı tanıyanlar və bizə iman gətirənlər mömin, müsəlman və 
Allah övliyalarıdırlar. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin