XƏZƏR UNİVERSİTETİ KAMERA ORKESTRİNİN ÇIXIŞI
Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və
qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi
layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların
verilməsi üzrə 2014-cü ildə keçirilmiş “Mobillik
qrantı” müsabiqəsinin nəticələri elan olunmuşdur.
Qeyd olunmuşdur ki, müsabiqəyə 35 layihə daxil
olmuş, bu layihələrin ekspertizası işi təşkil olunmuş,
müsabiqə qaydaları və tələblərinə cavab verməyən 6
layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 29
layihə isə elmi ekspertiza mərhələsinə buraxılmışdır.
Onların arasından 11 qalib layihə müəyyənləşdirilmiş
və Elmin İnkişafı Fondunun 2014-cü il 11 iyun tarixli
Qərarı ilə təsdiq olunmuşdur.
Əməkdaşımız - Siyasi elm və beynəlxalq münasi-
bətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar
Hacızadənin “Geniş Qara Dəniz bölgəsində təhlükəsiz-
lik imperativləri və təhlükəsizlik cəmiyyəti üçün fürsət-
lər” adlı layihəsi də həmin 11 qalib layihədən biridir. M.
Hacızadə bu il iyulun 30-dan avqustun 30-dək Böyük
Britaniyanın Bath şəhərindəki Bath Universitetində
elmi tədqiqat işi aparmaq üçün İngiltərəyə ezam
olunacaq.
Əməkdaşımızı bu nailiyyəti münasibətilə təbrik
edir, ona yeni uğurlar arzulayırıq.
Dostları ilə paylaş: |