Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər


MTRŞ  SƏDRİ  MƏMURLARIN  ANA  DİLİNİ



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə40/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   36   37   38   39   40   41   42   43   ...   70
MTRŞ  SƏDRİ  MƏMURLARIN  ANA  DİLİNİ  

BİLMƏMƏSİNİ  TƏNQİD  ETDİ 


27

331 İyul  2014

MƏDƏNİYYƏT

MƏDƏNİYYƏT

Moskvanın Tryoxprudnı döngəsində bəstəkarın ya-

şayıb yaratdığı evi bəzəyən xatirə lövhəsinin müəlliflə-

ri azərbaycanlı heykəltəraş Hüseyn Haqverdi və arxi-

tektor Pyotr Kozlovdur. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 

açılış  mərasimində  çıxış  edərək  demişdir  ki,  “Bir 

müəllim kimi mənim musiqi həyatıma yol açmış bu bəs-

təkarın  işıqlı  xatirəsi  həmişə  qəlbimdə  yaşayacaqdır. 

Sovet İttifaqında onun qazanmadığı fəxri ad qalmamış-

dır. Bununla belə, Qara Qarayev həmişə çox ciddi və 

qayğıkeş bir insan idi. O, bu gün bütün dünyada məşhur 

olan Azərbaycan bəstəkarlarının bütöv bir nəslini ye-

tişdirmişdir.”

Moskva Mədəniyyət Departamentinin rəhbəri Ser-

gey Kapkov Rusiya paytaxtının meri Sergey Sobyaninin təbrik məktubunu oxumuşdur. Məktubda deyilir: “Bu 

gün Moskvada daha bir görkəmli Azərbaycan bəstəkarının adı əbədiləşdirilmişdir. Bizə çox xoşdur ki, xatirə löv-

həsi Moskvanın belə bir tarixi yerində açılır. Azərbaycan ilə Rusiya arasında çoxəsrlik səmərəli münasibətlər 

mövcuddur.  Moskvadakı Azərbaycan  diasporu  millətlərarası  münasibətlərin  və  dostluq  əlaqələrinin  inkişaf 

etdirilməsində bizim böyük tərəfdaşımızdır”.

Məktubda, həmçinin, qeyd edilmişdir ki, artıq 36 il-

dir Moskvada Qara Qarayev adına musiqi məktəbi fəa-

liyyət göstərir. 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbül-

fəs Qarayev böyük Azərbaycan bəstəkarının xatirə löv-

həsinin açılmasına göstərdikləri köməyə görə Moskva 

hökumətinə və RF Mədəniyyət Nazirliyinə Azərbay-

can Prezidenti İlham Əliyevin təşəkkürünü çatdırmış-

dır. Nazir demişdir: 

“Çox istərdik ki, Azərbaycanda dahi rus bəstəkar-

larının musiqisinin səsləndirildiyi kimi, Rusiya səhnə-

lərində də Qara Qarayevin və digər Azərbaycan bəstə-

karlarının musiqisi daha tez-tez səsləndirilsin”. 

Görkəmli  bəstəkarın  oğlu,  Çaykovski  adına 

Moskva  Dövlət  Konservatoriyasının  professoru, 

Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev atasının xatirəsinə göstərilən diqqətə görə ailəsi adından tə-

şəkkür etmişdir. 

Açılış mərasimində Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Rusiyanın tanınmış siyasət, 

mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın RF-dəki səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun 

Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin 

nümayəndələri, jurnalistlər iştirak etmişlər.


Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin