bətlərinin inkişaf etdirilməsində hansı ölkələrin
təcrübələrindən faydalanmaq lazımdır?
-Yaxın Şərq ölkələrində, misal üçün Yaponiya,
Çin, Koreya, Sinqapur və Tayvanda universitet və iş
dünyası arasında əlaqələr çox yüksək səviyyədə
inkişaf edib. Onlar bu baxımdan Amerikadan da
öndədirlər. Adlarını qeyd etdiyim ölkələrdə universi-
tetlərdə araşdırma və inkişaf mərkəzləri fəaliyyət gös-
tərir. Hansı ki, bu mərkəzlər böyük maliyyə qayna-
ğıdır. Onların milyonları var.
-Universitetlərlə əməkdaşlıq şirkətlərə nə
qazandırır?
-Bilirsiniz istənilən sənaye müəssisəsində
tədqiqat mərkəzləri fəaliyyət göstərir. Əgər universitet
onların bu və ya digər ehtiyaclarını qarşılaya bilsə,
şirkət belə tədqiqat qruplarını saxlamağa əlavə pul
xərcləməz. Buna görə də, iş dünyası belə tətqiqat
qrupları saxlamaq əvəzinə ali təhsil ocaqları ilə
əməkdaşlıq etməyə maraqlıdırlar. Yetər ki, ali təhsil
ocaqlarının elə bir potensialı olsun.
-İxtisas seçimi iş tapmaqda nə kimi rol
oynayır?
-Qeyri-adi dərəcədə böyük rol oynayır. Günün
tələblərinə uygun ixtisas seçmək çox əhəmiyyətlidir.
Birincisi düzgün, qabiliyyətinə uyğun ixtisası
seçməlisən. İkincisi isə düşünməlisən ki, seçdiyiniz
ixtisası hansı universitetdə daha yaxşı öyrənə bilərsən.
Bu da o deməkdir ki, düzgün ixtisas seçimi ilə yanaşı
universitet seçimi də əhəmiyyətli məsələdir.
Amerikada abituriyent hansı universitetdə təhsil
almaq istəyirsə, valideynləri ilə həmin ali təhsil
ocağını gəzirlər, bu müəssisənin imkanları ilə ətraflı
tanış olurlar. Bizlərdə də belə ailələr var. Amma bunlar
təəssüf ki, böyük azlıq təşkil edirlər. Abiturientlərin
valideynləri də bilməlidirlər ki, övladlarının gələcəyi
üçün ən yaxşı sərmayə onları yaxşı yerdə oxutmaqdır.
-İş dünyasının daha çox hansı ixtisas
Dostları ilə paylaş: |