“ERMƏNİ MƏSƏLƏSİ” - DOQQUZ SUALA DOQQUZ CAVAB”
- Hörmətli professor, Anadolu Dövlət Univer-
sitetinin keçdiyi inkişaf yolu və fəaliyyəti barədə nə
deyə bilərsiniz?
- 1958–ci ildə təsis edilən Anadolu Universiteti ötən
dövrdə böyük bir inkişaf yolu keçməklə hazırda 17
fakültə üzrə kadrlar hazırlayır. Universitetimizin
nəzdində 3 institut fəaliyyət göstərir. Əyani şöbələrdə
28 min 622 tələbəmiz, 3443 nəfər magistrimiz təhsil
alır. İnternetlə fəal təhsil alan tələbələrimizin sayı
1.191.486 nəfərdir. Universitetimiz 30 ildir ki,
fəaliyyətini xarici ölkələrdə də davam etdirir.
Azərbaycan, Fransa, Belçika, Hollandiya, İngiltərə,
İsveçrə, Avstriya və digər ölkələrdə beynəlxalq təhsil
proqramları həyata keçiririk. Almaniyanın Köln
Universiteti ilə xüsusi təhsil layihəsi gerçəkləşdiririk.
Dostları ilə paylaş: |