İSPANİYADA YENİ KRALIN ANDİÇMƏ MƏRASİMİ
Sosioloqların suallarına 65 ölkədən 70 min insan
cavab verib. Respondentlərin yarıdan çoxu (59 faizi)
hesab edir ki, din cəmiyyətin həyatında müsbət rol
oynayır. Rəyi soruşulanların hər beş nəfərindən biri
(22 faizi) əks mövqedədir və bu məsələyə Qərbi
Avropanın sakinləri daha şübhə ilə yanaşırlar.
Sosioloqlar dinin cəmiyyətdə müsbət rol
oynadığını düşünənlərin daha çox Afrikada (65 faiz),
sonra Amerika qitəsində (54 faiz), Yaxın Şərq və
Şimali Afrika (50 faiz) ölkələrində olduğunu qeydə
alıblar. Ümumilikdə, tədqiqatda qeyd edildiyi kimi,
müvafiq suala mənfi cavabı 9 ölkənin respondentləri
veriblər. Həmin ölkələrdən 6-sı - Belçika, Danimar-
ka, Fransa, Niderland, İspaniya və İsveç Qərbi Avro-
pada yerləşir.
Sosioloqlar bildirirlər ki, İndoneziya sakinləri (95
faiz) cəmiyyətin həyatına dinin müsbət təsirinə daha
çox əminlik nümayiş etdiriblər. Müqayisə üçün, ABŞ
və Böyük Britaniyada bu rəqəm müvafiq olaraq 43 və
6 faiz təşkil edir.
İyunun 4-də "Gallup International /WIN" Müstəqil Araşdırma Agentlikləri
Assosiasiyasının bu barədə keçirdiyi qlobal rəy sorğusunun nəticələri açıqlanıb
Dostları ilə paylaş: |