3. Ali təhsilin idarə olunması
3.1. Ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.) aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə olunur.
3.2. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə ali təhsil müəssisəsində idarə və özünüidarə orqanları (himayəçilər, elmi, elmi-metodiki, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər.
3.3. Ali təhsil müəssisəsinin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili orqandır. Elmi Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında” Əsasnamə və təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.
3.4. Ali təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən rektor həyata keçirir.
3.5. Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: |