"Alimlərin fermerlərlə əlaqəsinə yardım" ictimai birliyi



Yüklə 93.04 Kb.
PDF просмотр
tarix01.06.2017
ölçüsü93.04 Kb.

 

“Alimlərin fermerlərlə əlaqəsinə yardım”  

ictimai birliyi

  

 

  

Mustafayev D.V., Mustafayeva G.Ə. 

 

 



 

 

 

 

 

 

 

 

ZƏFƏRAN

(CROCUS  SATIVIS  L.) 

adi zəfəran, əkin zəfəranı 

 

   

 

 

 

 

 

 

 

 

                              

 

 

 

 

 

 

 

 

 

Bakı-2014 

 

 



 



Zəfəran – Crocus sativus L – şafran обыкновенный, 

adi zəfəran, əkin zəfəranı. 

 

Zəfəranın latın dilində elmi adı krokusdur - Crocus sativus (şafran.) Zəfəran bitkisi 



zanbaq – Liliaceae fəsiləsindəndir.  Süsənçiçəklilər fəsiləsinə  mənsub olan zəfəranın 

Aralıq  dənizi  ətrafı  ölkələrdə,  yəni  Cənubi-Qərbi  Asiyada,  Orta  Avropada  75, 

Qafqazda  12,  Azərbaycanda  isə  6  növü  bitir.  Azərbaycanda  bitən  zəfəran  növləri 

bunlardır:  Adi  zəfəran,  Xəzər  zəfəranı,  Adam,  Artvin  zəfəranı,  gözəl  zəfəran  və 

çoxçiçəkli zəfəran növləri. 

Zəfəran  növlərinin  əksəriyyəti  nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  kimi  keçmiş 

SSRİ-nin  və  Azərbaycan  respublikasının  «Qırmızı  kitab»larına  daxil  edilmişdir. 

Zəfəranın çoxçiçəkli növü isə respublikamızın florası üçün endemik bitkidir. 

Adi,  yaxud  əkin  zəfəranı  mədəni  əkin  şəraitində  yalnız  Abşeronda  becərilir. 

Yabanı  halda  bitən  zəfəran  növləri  isə  Gəncə-Qazax  zonasında,  Naxçıvan  MR-da, 

Quba-Xaçmaz bölgəsində, Şamaxı  rayonunda,  Lerik  rayonunda, Abşeronda  və digər 

rayonlarda təbii halda bitir. 

Azərbaycanda  yalnız  1  növ  zəfəran  -  əkin  zəfəranı    becərilir.  (Zəfəran  Crocus 

sativus  –  şafran).  Adi  zəfəran  Abşeron  yarımadasında  (Bilgəh  ərazisində) 

müvəffəqiyyətlə  becərilir.  Dişicik  qurudulduqdan  sonra  «Zəfəran»  adı  ilə  yeyinti, 

qənnadı  məmulatında,  milli  xorəklərin  hazırlanmasında  ədviyyat  kimi,  eləcə  də 

dərman olaraq işlədilir. Azərbaycan respublikasının təbii florasında rast gələn 5 növü 

çiçəklikdə  bəzək  kimi,  zəfəran  növünün  isə  ləçək  və  dişciyi  adi  zəfəranda  olduğu 

kimi  ədviyyat  olaraq  işlədilə  bilər.  Çoxçiçəkli  zəfəran  növünün  isə  payızda  bəzək 

bitkisi kimi becərilməsi məsləhətdir. Kök soğanaqları vasitəsilə çoxalır. 

Zəfəran bitkisinin adı Krokus sativusdur. Krokus yunan sözüdür – saplar deməkdir, 

bu  dişicik  çiçəklərinin  sap  formasında  olduğu  üçündür.  Sativus  isə  əkilən  deməkdir. 

Bu  bitki  birləpəli,  ensiz  tel  yarpaqı,  1-2  çiçək  açan  və  yeraltı  yumruları  ilə  çoxalan 

çoxillik bitkidir. Onun açıq qırmızı və ya qırmızı bönövşəyi rəngli çiçəkləri olur. Hər 

bir çiçəkdə al qırmızı rəngli 3 ədəd dişiçik telciyi yetişir. Bu dişiçiklərin acıtəhər dadı 

və son dərəcə xoşagələn ətirli iyi olur.  


 

Zəfəran  haqqında  məlumatlar    onun  5000  il  əvvəl  bəşəriyyətə  məlum  olduğunu 



göstərir.  Hələ  çox  qədimdən  zəfəran  Aralıq  dənizi  sahillərində  Mesopatamiyaya  bir 

ədviyyat  kimi  ixrac  olunurdu.  Hal-hazırda  zəfəran  Aralıq  dənizi  sahillərindən 

İspaniyadan ta Hindistana qədər əkilib becərilir. İspaniya və İran İslam Respublikası 

bütün  dünyada  istehsal  olunan  zəfəranın  80%-dən  çoxunu  istehsal  edir.  Zəfəranın 

illik  istehsalı 300 tondan çoxdur.  Avropada zəfəran  istehsal edən dövlət  İspaniyadır. 

İspaniyadan başqa İtaliya və Hindistanda da istehsal olunur.  

XV  əsrdən  etibarən  Avropanın  bir  çox  dövlətləri  –  Almaniya,  İsveçrə,  Avstriya, 

İngiltərə  və  s.  zəfəran  əkib  becərmək  istəmişlər.  Lakin  hal-hazırda  yalnız  İsveçrədə, 

Wallis qəsəbəsində az miqdarda zəfəran əkilib becərilir. 

İran  İslam  Respublikası  hal-hazırda  zəfəranın  istehsalına  görə  İspaniyanı  geridə 

qoyur. Türkiyə və Hindistan zəfəran istehsalına görə axırıncı yerləri tutur.  

Kəşmir  zəfəranı  (Hindistan)  keyfiyyətinə  görə  daha  yüksəkdir.  1  qr  zəfəranın  1/5 

hissəsi  1  litr  suyu  ətirli,  gözəl  rəngli  etməyə  qadirdir.  Zəfəranın  ətri  isə  dünyada 

analoqu olmayan unikal bir ətirdir. 

Müasir  Avropa  dövlətlərində  zəfəran  bir  ədviyyat  kimi  yalnız  bəzi  xalqlar 

tərəfindən istifadə olunur. Xüsusən balıqdan hazırlanan yeməklərdə bir ədviyyat kimi 

istifadə  olunur.  İtaliya,  İspaniyada  balıq  və  digər  dəniz  məhsullarından,  düyüdən 

hazırlanan yeməklərdə, bəzi şirniyyatların hazırlanmasında zəfərandan istifadə edilir, 

həm gözəl rənginə, həm də ətrinə görə zəfəran çox qiymətli ədviyyat kimi bəyənilir. 

Zəfəran  Orta  Asiyada  və  Şimali  Hindistanda  daha  çox  istifadə  olunur.  Xüsusən 

düyüdən hazırlanan yeməklərdə zəfəran misilsiz ədviyyat sayılır. 

Zəfəran  çox  qədim  dövrlərdən  etibarən  müxtəlif  ədviyatlara  ətirli  iy  və  xoş  dad 

verən təbii nemət, eləcə də qiymətli dərman və sarı boyaq kimi istifadə olunur. Hələ 

eramızdan  çox-  çox  əvvəllər  İran,  Midiya,  Vavilon  hökmdarları  zəfərandan  təbii 

boyaq  kimi  geniş  istifadə  etmişlər.  Ayaqqabıların  sarı  rəngə  boyanması  üçün 

zəfərandan təbii böyaq kimi geniş istifadə olunmuşdur. 

Tarixi məlumatlara görə, İran İslam Respublikası zəfəran becərilməsində ən qədim 

tarixə malikdir, dünyanın bir çox ölkələrini zəfəranla tanış edən də məhz o  olmuşdur. 

Avropa  dövlətləri  isə  zəfəranla  X  əsrdə  tanış  olmuş  və  ondan  istifadə  etməyə 


 

başlamışlar.  Yalnız  X  əsrdən  başlayaraq  İspaniyada  zəfəran  becərməyə  başlamışlar. 



Orta əsrlərdə isə zəfəranın əsas mərkəzi rayonu Venesiya olmuşdur. 

Zəfəran  hal-hazırda  qiymətli  ədviyat  və  boyaq  bitkisi  kimi  də  öz  əhəmiyyətini 

itirməmişdir. İspaniya və İranda hal-hazırda geniş miqyasda becərilir. 

Zəfəranı dünyada məşhurlaşdıran onun dişicik telləridir. Hər bir çiçəkdə sarı rəngli 

erkəkcik telləri də olur ki, bu da dişcik tellərindən kəskin fərqlənir. 

Adi zəfəranın vətəni Əfqanıstan, Hindistan, İran və Azərbaycandır. 

Zəfəran  4  min  il  bundan  əvvəl  qədim  xalqlara  məlum  olmuşdur.  Hələ  midiyalılar 

və assurilər dövrünün yazılı mənbələrində zəfəran bitkisinin adına təsadüf edilir. 

Zəfəranın Azərbaycanda – Bakıda əkilib becərilməsi isə çox qədim tarixə malikdir. 

XVIII əsrdə Bakı şəhərinin gerbində zəfəran təsvir olunur. Gerbdə yüklü dəvə, yükün 

üstündə  isə  çiçək  açmış  zəfəran  təsvir  edilmişdir.  Bu  isə  onu  göstərir  ki,  Zəfəran 

Bakıda qədimdən geniş əkilib becərilmişdir. 

Böyük  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  əsərlərində  adları  çəkilən  dərman 

bitkilərindən  biri  də  zəfərandır.  Zəfəran  hal-hazırda  müxtəlif  xəstəliklərin 

müalicəsində  geniş  istifadə  edilir.  Zəfəranın  tərkibində  efir  yağı,  boyayıcı  maddələr, 

azotlu  maddələr,  şəkər,  sellüloza  və  B

2

  vitamini  vardır.  O  tinktura  şəklində  mədə 



xəstəliklərində,  əsəb  sakitləşdirici  vasitə  kimi,  xalq  təbabətində  qıcolma,  göy 

öskürəkdə, göz ağrısında, uçutma və qızdırma vaxtı dəri səthinə sürtülür. 

Keçmiş  CCCR-də  Zəfəran  ancaq  Azərbaycanda  (Abşeronda,  Bilgəhdə)  becərilir. 

Burada 1927-ci ildən etibarən xüsusi Zəfəran sovxozu təşkil olunmuşdur. 

Zəfəran  çiçəkləri  kütləvi  şəkildə  oktyabr-noyabr  aylarında  yığılır.  Sonra  bütöv 

çiçəklərdən  dişiçikləri  əl  ilə  ayırıb  götürürlər  və  xüsusi  quruducularda  qurudurlar. 

Sonra  –  qurudulmus  çiçəklər  (saçaqlar)  kisələrə,  onları  isə  xüsusi  dəmir  qablara 

yerlışdirib  satışa  göndərirlər.  Hesabatlar  nəticəsində  müəyyənləşdirilmişdir  ki,  1  kq 

zəfəran saçaqı əldə etmək üçün 200000-ə qədər çiçək toplamaq lazımdır. 

Hələ  ta  qədimdən  zəfəran  müxtəlif  xəstəliklərdə  müalicəvi  məqsədlə  istifadə 

olunmuşdur.  Məşhur  yunan  həkimi  Hippokrat  zəfərandan  bir  sıra  xəstəliklərin 

müalicəsində  istifadə  etmişdir.  Zəfəran  xoş  ətirli  iyə  malik  qiymətli  bitkidir. 

Çiçəklərində  efir  yağı,  eləcə  də  nikrokrosin  və  krosin  adlanan  qlukozid  xassəli 


 

maddələr vardır. Zəfərandan yeyinti sənayesində daha geniş istifadə edilir. Zəfəranın 



antiseptik  xassəyə  malik  olması  ta  qədimdən  məlumdur.  Qara  ciyər  xəstəliklərində 

(hepatit) və öd kisəsi xəstəliklərində zəfəranın  müalicəvi əhəmiyyəti əvəzedilməzdir. 

Quru öskürəkdə, ürək getməsində, göy öskürəkdə zəfəranın istifadəsi çox yaxşı nəticə 

verir. Digər tərəfdən zəfəran sinir sisteminə tonuslayıcı təsir göstərir. Zəfəranın güclü 

bakterisid  və  fitonsid  olduğu  da  məlumdur,  məhz  buna  görə  də  ondan  dəri 

xəstəliklərinin müalicəsində də geniş istifadə olunur.  

Son  illərdə  zəfəranın  müxtəlif  şiş  xəstəliklərində  də  böyük  rol  oynadığı 

aşkarlanmışdır.  1990-cı  ildə  elmi  ədəbiyyatda  ilk  dəfə  olaraq  zəfəranın  müxtəlif 

şişlərin  inkişafını  saxladığı  haqqında  məlumatlar  meydana  çıxdı.  Son  onillikdə 

dünyada  müxtəlif  elmi-tədqiqat  institutların  laboratoriyalar,  lazımi  qədər  tədqiqat 

aparmış  və  aydınlaşdırmışlar  ki,  zəfəran  və  onun  tərkib  hissələri  orqanizmin  həm 

xaricində,  həm  də  daxilində  yaranan  bədxassəli  şişlərin  inkişafını  ləngidir.  Meksika 

Elmlər Akademiyasının akademiki, Meksika Milli Universitetinin laboratoriya müdiri 

həmyerlimiz  Fikret  Abdullayev  Uzaq  Meksikada  tədqiqat  aparmış  və  zəfəranın 

xərçəngin  müalicəsində  böyük  effektə  malik  olduğunu  müəyyənləşdirmişdir.  O, 

zəfəranın  və  onun  tərkib  hissəsi  olan  karotenoidlərin  bəd  xassəli  şişlərin  inkişafına 

mənfi  təsir  etdiyini,  bu  hüceyrələrin  inkişafını  ləngitdiyini  müəyyənləşdirilmişlər. 

Sərbəst  radikal  zəncirinə  mənfi  təsir  edərək,  xərçəng  hüceyrələrinin  inkişafını 

ləngidir,  ilkin mərhələdə isə tamamilə saxlayır.  

 Abu  Ali  İbn  Sina  (Avitsenna)  öz  müalicə  kitablarında  müxtəlif  xəstəliklərin 

müalicəsi üçün külli miqdarda reseptlər vermişdir ki, bunlardan 150 ədədində zəfəran 

əsas  tərkib  hissələrindən  biridir.  Zəfəran,  xüsusilə  onun  tərkibinə  daxil  olan 

karotinoidlər  müxtəlif  sintetik  vasitələrlə  birlikdə  xərçəng  əleyhinə  istifadə  oluna 

bilər. Zəfəranın suda və spirtdə məhlulu eləcə də ağrıkəsici təsirə malikdir. 

Azərbaycanda  yalnız  1  növ  zəfəran  -  əkin  zəfəranı    becərilir.  Bu  zəfəranın  dişi 

telciklərindən  tibb  sahəsində  istifadə  olunur.  Oktyabr  ayından  etibarən  çiçəkləyir. 

Azərbaycanda yalnız Abşeronda - Bilgəh qəsəbəsində əkilib becərilir. Çiçəkləməsi 2-

3  həftə  çəkməklə  oktyabr-noyabr  aylarında  baş  verir.  Məhsuldarlığına  görə  1  kq 



 

çiçəkdən  75-  80  qr  zəfəran  alınır.  Hal-hazırda  onun  ləçəklərindən  geniş  istifadə 



olunur, çünki onların tərkibində çoxlu miqdarda efir yağları vardır.  

Elmi təbabətdə zəfəran əvvəllər yalnız iştahaçmanın və gözə məlhəm kimi is tifadə 

olunurdu.  Xalq  təbabətində  zəfəranın  sulu  məhlulu  ürək  xəstəliklərində  də  istifadə 

olunur.  Sulu  məhlulu  həm  də  sidikqovucu,  antiseptik,  əsəb  sakitləşdirici  vasitə  kimi 

də  istifadə  olunur.  Qan  azlığında  həm  sulu,  həm  də  spirtdə  məhlulu  geniş  istifadə 

olunur. Zəfəran öskürəyə, ağ ciyər xəstəliklərində eləcə də baş ağrıları olan insanlara 

da  müsbət  təsir  göstərir.    Zəfəranlı  halva  orqanizmin  möhkəmlənməsində, 

immunitetin  qalxmasında  böyük  rol  oynayır.  Zəfəranın  sulu  məhlulu  eyni  zamanda 

ağrıkəsici vasitə kimi də geniş tətbiq olunur. 

Zəfəran  milli  kulinariyada,  müxtəlif  xörəklərdə  -  bozbaş,  plov,  piti  və  s. 

hazırlanmasında  geniş  istifadə  olunur.  Zəfəranla  hazırlanmış  xörək  dadlı,  ləzzətli 

olur,  uzun  müddət  xarab  olmur,  turşumur.  Zəfəranda  olan  efir  yağları  və  digər 

kimyəvi birləşmələr qida məhsulları üçün konservant rolunu oynayır. 

1980-1985-ci  illərdə  Azərbaycanda  ildə  100-120  kq  zəfəran  istehsal  olunurdu. 

Keçmiş SSRİ məkanında zəfəran yalnız Azərbaycanda, Abşeronda istehsal olunurdu. 

Hal-hazırda  zəfəran  istehsalı  çox  aşağı  səviyyədədir.  Qeyri-rəsmi  məlumatlara  görə, 

hazırda 15 - 20 kq zəfəran istehsal olunur.   

Zəfəran  çox  yüksək  dozalarda  zəhərli  təsir  göstərir.  Zəfəranın  əsas  qiymətliliyi 

ondadır ki, o suda yaxşı həll olur, gözəl ətirli, iylidir və bu keyfiyyətlər uzun müddət 

qalır. 


Zəfəran  çox  yüksək  keyfiyyətli  ədviyyat,  olduğu  üçün  və  xalq  təbabətində  geniş 

istifadə  olunduğu  üçün  son  onilliklərdə  kimyəvi  tərkibi  öyrənilməyə  başlanmışdır. 

Tərkibində 40-50 kimyəvi aktiv birləşmələr identifikasiya olunmuşdur.  

1) 


Zəfərana  rəng  verən  krosin  adlı  maddədir,  suda  çox  yaxşı  həll  olan 

karatenoiddir  (mono  və  diqlukozil  ester  polien  dikarboksil  turşusu  – 

krosetin).  Digentibiosil  ester  krosetin  –  krosin  –  zəfərannın  əsas  tərkib 

hissəsidir. 

2) 

Pikrokrosin – zəfərana ləzzətli dad verən kimyəvi birləşmədir. 



 

 



 



 

 

 



 



 

 

 



 



 

 

 

10 


 

 

 

 

 

11 


 

 

 

 

12 


 

 

 

 

13 


 

 

 

14 


 

 

 

15 


 

3) 


Safranal  isə  zəfərana  çox  gözəl  ətir  verən  kimyəvi  birləşmədir.  Bunlardan 

başqa  zəfəran  zülallar,  vitaminlər,  flavonoidlər,  müxtəlif  amin  turşuları, 

minerallar və karbohidratlar mənbəyidir. 


 

16 


Zəfəran  sidikqovucu  təsir  göstərir,  eləcə  də  antiseptik  təsiri  çox  qədimdən 

məlumdur. Zəfəranın suda və spirtdə məhlulu müxtəlif qan xəstəliklərində, xüsusən – 

leykomiyada  böyük  təsir  göstərir.  Cinsi  fəaliyyətin  güclənməsində  zəfəranın  rolu 

danılmazdır. Sinir sisteminə tonuslaşdırıcı təsir göstərir.  

Abşeronda  əkib  becərilən  zəfəran  dünyanın  digər  yerlərində  əkib  becərilən 

zəfərana  nisbətən  daha  üstündür,  keyfiyətcə  daha  yüksəkdir.  Zəfərana  xalq  arasında 

«qırmızı qızıl»da deyilir. Bu qızıl «qara qızıla» nisbətən daha qiymətlidir. 

Zəfəran sözü ərəb sözü olan  «fran» sözündən  götürülmüşdür,  mənası  «sarı çiçək» 

deməkdir. Orta əsrlərdən etibarən xalq arasında belə bir söz də məşhurdur: «Zəfəran 

kimi  çox  qiymətlidir».  Bundan  başqa  zəfəran  şahlara,  imperatorlara  layiq  hədiyyə 

sayılırdı. Orta əsrlərdə Almaniyada əsil zəfəran əvəzində saxta zəfəran satanlar odda 

yandırılırdı. 

Süsən fəsiləsi. Zəfəran. İstifadə qaydası: Zəfərandan 2-3 çay qaşıqı 2 stəkan qaynar 

suda dəmləyib, gündə 3-4 dəfə,  hər dəfə 1-2  xorək qaşıq qəbul edirlər. Qaraciyər  və 

öd  yolları  xəstəliyində  zəfərandan  2  qr.  götürüb  200  ml.  suda  dəmlədikdən  sonra 

gündə 3dəfə, hər dəfə 1/3 stəkan içirlər. 

Zəfəranın tərkibində əsasən 2 təsiedici maddə: pikrokrosin və krosin vardır. 

Pikrokrosin rəngsiz, acı dada malik kristallik maddədir. O parçalandıqda  

0,6 % -ə qədər efir yağı əmələ gətirir. Krosin sarı rəngli maddədir, suda və spirtdə 

yaxşı  həll  olur.  O  fermentlərin  təsirindən  parçalandıqda  2  hissə  kensibioza  şəkəri 

əmələ  gətirir  ki,  bu  da  hidroliz  nəticəsində  qlukozaya  çevrilir.  Krosin  zəfəranın 

boyayıcı maddəsi hesab olunur. 

Elmi  təbabətdə  zəfərandan  çox  geniş  istifadə  olunur.  Zəfəran  cövhərindən  mədə-

bağırsaq xəstəliklərində sakitləşdirici və ağrıkəsici dərman kimi istifadə edilir. 

Zəfəran  xalq  təbabətində  zəiflikdə  və  sinir  sistemi  yorqunluqunda  orqanizmin 

fəaliyyətini  artıran  –  qüvvələndirici  maddə  kimi  də  işlədilir.  «Zəfəranlı  plov», 

«Zəfəranlı  piti»,  adlanan  Azərbaycan  xorəkləri  milli  mətbəximizin  şah  nümunələri 

hesab  olunur.  Zəfəran  ətirli  ədviyyə  kimi  çox  qədim  vaxtlardan  milli  mətbəximizdə 

istifadə olunur.  


 

17 


Zəfəran çox qiymətli olduqu üçün «Şərqin möcüzəsi» adlandırılır. Zəfəran çoxillik 

ot bitkisidir.  Hündürlüyü  0,2-0,3  m-ə qədərdir.  Zəfəran çiçəyində olan  dişicik telləri 

çox  böyük  müalicəvi  əhəmiyyəti  malikdir,  məhz  bu  bitkini  dünyada  məhşurlaşdıran 

da  bu  tellərdir.  Hələ  qədim  midiyalılar  və  assurilər  zəfəranın  müalicəvi  əhəmiyyətə 

malik  olduqunu  bilirdilər.  Dişciyin  ağzı  qıf  şəkillidir,  rəngi  parlaq  olub 

qırmızımtıldır.  Azərbaycanda  zəfərannın  6  növü  var,  lakin  yalnız  bir  növü  əkin 

zəfəranı – Crocus sativus L mədəni şəraitdə becərilir. 

Zəfəran  milli  mətbəximizdə  çox  geniş  istifadə  olunur.  Oruc  İbadlının  (2005) 

yazdığına  görə  bu  bitkinin  qurudulmuş  tellərindən  50-dən  artıq  şirniyyat 

məmulatlarının  hazırlanmasında  istifadə  olunur  və  balıq  xorəklərinə  onun  Sulu 

məhlulu əlavə edildikdə həmin məhsullar xoşagələn rəng alır, dadlı və xoş ətirli olur. 

Zəfəranın qurudulmuş telləri ədviyyat kimi müxtəlif xorəklərə qatılır.  

Azərbaycan  xalq  təbabətində  çay  dəmləməsi,  spitdə  cövhəri  isə  müxtəlif 

xəstəliklərin müalicəsində istifadə olunur. 

 Oruc  İbadovun  (2005)  «Zəfəran»  kitabçasında  bu  bitkinin  aşağıdakı  xəstəliklərin 

müalicəsində  istifadəsi  məsləhət  görülmüşdür.  Bu  materiallar  tədqiqatçı  alimin  öz 

şəxsi  müalicələrinin  və  uzun  illər  boyu  xalq  arasında  türkəcarələrdən  toplanmış 

müalicələrinin  məhsuludur.  Sarılıq,  öd  kisəsi  və  qaraciyər  xəstəliklərində  7-15  ədəd 

yaxşı  qurudulmuş  zəfəran  teli  götürülür,  adi  çay  kimi  balaca  çaynikdə  dəmlənir. 

Üzərinə 1 stəkan qaynar su tökülür və vam odun üstünə qoyulur. 3-5 dəqiqə sonra 2 

stəkan  suyu  qarışdırıb  dəmə  qoyurlar.  Dişicik  telləri  çaynikin  dibinə  cökəndə  dəm 

hazır  hesab  olunur.  Səhər,  gönorta  və  axşam  yeməkdən  30  dəqiqə  əvvəl  1  stəkan 

içmək məsləhət görülür. 

Göz xəstəliklərində təmiz yuyulmuş stəkana 5 ədəd qurudulmuş zəfəran teli tökür, 

üzərinə  2  xorək  qaşıqı  qaynar  su  əlavə  edib,  qazın  və  yaxud  isti  peçin  yanına  dəmə 

qoyurlar.  10-15  dəqiqə  sonra  dəm  sap-sarı  rəng  alır.  Təmiz  (sterilizə  olunmuş) 

pambıqa  2-3  damcı  hopdurub  səhər  və  axşam  gözü  silirlər.  Əvvəlcə  3,  ikinci  gün  5, 

üçüncü  gün  7,  dördüncü  gün  isə  10  dəfə  silmək  lazımdır.  Bu  müalicə  gözün  görmə 

qabiliyyətinə çox yaxşı təsir edir. 


 

18 


5  ədəd  qurudulmuş  zəfəranın  dişicik  telini  əzib  toz  halına  salmaq,  sonra  gülab 

(qızılgül  suyu)  ilə  qarışdırılıb  sıyıq  hazırlamaq  bu  qarışıqdan  göz  xəstəliklərində 

məlhəm kimi istifadə etmək olduqca böyük effekt verir. 

Baş ağrısı, ürək döyüntüsü və sətəlcəm zamanı zəfəran aromaterapiyası çox böyük 

təsir  göstərir.  Qızıl  əhmədi  almasının  baş  hissəsi  qapaq  kimi  kəsilir,  içərisindəki 

lətinin  bir  hissəsi  təmizlənir.  10  ədəd  zəfəran  teli  bu  almanın  içərisinə  qoyulur  və 

almanın əvvəlcədən kəsilmiş qapaqla örtülüb 24 saat saxlanılır. Hər 3 saatdan bir bu 

almanı  iyləmək  lazımdır.  İyləmə  5-10  dəfə  olsa,  yaddaş  möhkəmlənir,  beyin  yaxşı 

qidalanar,  baş  ağrıları  kəsilər  və  əhvalı-ruhiyə  olduqca  yaxşılaşar.  Bu  müalicə 

sətəlcəm və ürək döyüntüsünə də kömək edir. 

Böyrək daşı  xəstəliklərində 100 qr. təmiz  bal  vam odun  üzərində əridilir, 50 ədəd 

əzilərək toz  halına salınmış zəfəran teli əlavə olunur.  Axşam  və səhər bir çay qaşıqı 

qəbul edilməsi böyrək daşı xəstəliklərində çox xeyirlidir. 

Ürək  damar  xəstəliklərində  zəfəranın  rolu  əvəzedilməzdir.  Oruc  İbadlının  verdiyi 

reseptə  görə  müalicə  aşağıdakı  qaydada  aparılmalıdır.  200  qr.  tut  arağı  (yaxud  adi 

arağ),  200  qr.  sarımsaq  şirəsi  və  1  qram  zəfəran  tozu  yaxşı-yaxşı  qarışdırılıb  şüşə 

qaba tökülür, ağzı bağlı halda qaranlıq yerdə qoyulur. Hər gün 10 dəfə çalxalamaqla 

21  gün  saxlanılır.  Sonra  süzülür  və  soyuducuda  qoyulur.  Sonra  aşağıdakı  qayda    ilə 

qəbul edilir:        

Günlər 


Səhər 

Gönorta 


Axşam 

1-ci gün 

1 damcı 

2 damcı 


3 damcı 

2-ci gün 

4 damcı 

5 damcı 


6 damcı 

3-ci gün 

7 damcı 

8 damcı 


9 damcı 

4-ci gün 

10 damcı 

11 damcı 

12 damcı 

5-ci gün 

13 damcı 

14 damcı 

15 damcı 

6-cı gün 

15 damcı 

14 damcı  

13 damcı 

7-ci gün 

12 damcı 

11 damcı 

10 damcı 

8-ci gün 

9 damcı 

8 damcı 


7 damcı 

9-cu gün 

6 damcı 

5 damcı 


4 damcı 

 

19 


10-cu gün 

3 damcı 


2 damcı 

1 damcı 


11-ci gün 

25 damcı 

25 damcı 

25 damcı 

 

Ürək  xəstəliyi  şiddətlənərsə,  qəbul  3  aydan  bir,  normal  halda  isə  1,  3,  5  ildən  bir 



edildikdə damarların divarları təmizlənir, ateroskleroz, xərçəng xəstəliklərinin qarşısı 

alınır. 


Qədim  şərqin  möcüzəli  bitkisi  olan  zəfəranın  öyrənilməsi  və  bir  çox  xəstəliklərin 

müalicəsində tətbiqi, minlərlə milyonlarla xəstələrin şəfa tapmasına kömək edə bilər. 

Zəfəranın  dişicik  tellərinin  dil  altına  qoyulması  beyin  hüceyrələrinə  və  damarlara 

yaxşı  təsir  edir,  onların  kirəcləşməsinin  qarşısını  alır,  gözün  torlu  qişası 

xəstəliklərinin,  mirvari  suyunun,  sarılıq,  ürək  infarktı,  öd  kisəsi,  mədə-bağırsaq 

xəstəliklərinin müalicəsinə kömək edir. Orqanizmə güc və gümrahlıq verir. Zəfəranın 

nəinki  dişicik  telləri,  eləcə  də  digər  hissələri  –  erkəkcik  telləri  sonsuzluqa  qarşı, 

qurudulmuş çiçək ləçəkləri isə sinə yumşaldıcı vasitə kimi istifadə olunur. 

Əkin zəfəranın becərilməsi. 

Zəfəranın  əkin  vaxtı  iyul  avqust  aylarıdır.  Yüngül,  qumsal  torpaq  zəfəranın 

əkilməsi üçün ən yaxşı torpaq hesab olunur. Zəfəran əkilməmişdən əvvəl torpaq yaxşı 

şumlanır və peyinlənir. Zəfəran soqanaqları

 

10-12 sm. dərinliyində əkilir. Bu bitkinin 



cərgələrlə  əkilməsi  məsləhətdir.  Cərgələr  arası  məsafə  15-20  sm.,  bitki  arası  məsafə 

isə  10-15  sm.  olmalıdır.  Soqanaqlar  əkilindən  sonra  1  dəfə  suvarılması  yaxşı  nəticə 

verir. Alaq otlarının təmizlənməsi, cərgə aralarının yumşaldılması mütləq vacibdir. 

Zəfəran oktyabrın sonu,  noyabr ayında çiçəkləyir. Zəfəranın I  il  məhsuldarlıqı bir 

qədər  aşağı  olur.  Sonrakı  3  il  ərzində  isə  məhsuldarlıq  çox  yüksəkdir.  Zəfəranın  hər 

3-  4  ildən  bir  çıxarıb  təmizlənməsi,  cisidlənməsi  və  sonra  yenidən  əkilməsi 

məsləhətdir.  Zəfəran  soqanaqlarının  torpaqdan  çıxarılması  yerüstü  yarpaqları  tam 

quruyan vaxtı aparılmalıdır. Soqanaqlar may-iyun aylarında çıxarılır və növbəti əkinə 

qədər quru, sərin yerdə saxlanılır. 

I il əkilmiş bitkilər 2-3 ədəd və daha çox açıq bənövşəyi rəngli çiçəklər əmələ gəlir. 

Sonrakı  illərdə  çiçəklərin  sayı  artır.  Səhər  tezdən  çiçəklərin  toplanması  daha  yaxşı 

nəticə verir. Dişicik telləri 18-20

0

 C temperaturda gün düşməyən yerdə qurudulur. Bu 



 

20 


üsulla qurudulub toplanmış telciklər öz təravətini uzun müddət saxlayırlar. Zəfəranın 

ağzı kip bağlanan şüşə qablarda saxlanılması vacibdir. Bu cür saxlanılmış zəfəran öz 

keyfiyyətini, müalicəvi əhəmiyyətini uzun müddət itirmir. 

Milli  mətbəximizdə  çox  geniş  istifadə  edilir.  Müxtəlif  qənnadı  məhsullarının 

hazırlanmasında, yağ, pendir istehsalınında, ətirli sabunların hazırlanmasında istifadə 

olunur.  Zəfəranlı  çay  qara  ciyərin  və  öd  kisəsinin  iltihabına,  böyrəklərin,  sidik 

kisəsinin xəstəliklərində kömək edir. Öd qovucu xassəyə malikdir.  

Zəfəran tellərinin dilin altına qoyulması  ürək  fəaliyyətini  yaxşılaşdırır, qan-damar 

xəstəliklərində  olduqca  mühüm  rol  oynayır.  Zəfərandan  boyaq  maddəsi  kimi  də 

istifadə olunur. 

Zəfəranın çiçəkləmə müddəti 10-15 gün olur. Çiçəklərin səhər-səhər gönçələr hələ 

bağlı olarkən əl ilə toplanması daha vacibdir. Belə olduqda çiçək tellərinin keyfiyyəti 

daha yüksəkdir. Erkəkcik tozcuqlarının dişiciklərə qarışmaması məsləhətdir. Yığılmış 

çiçəklər  sərilib,  1-2  saat  quruduqdan  sonra  tam  açılır.  Açılmış  çiçək  ləçəklərini 

araladıqda tellər oradan asanlıqla qopur və düşür. 

Zəfəranın əkilməsi və becərilməsi. 

Zəfəran çox da tələbkar bitki deyildir, ancaq gilli, qumsal torpaqda daha yaxşı bitir. 

Onu əkmək üçün əvvəlcə sahə təmizlənir və 25-30 sm. dərinlikdə bellənir. 1 kvadrat 

metr sahəyə 10 kq. peyin verilməsi vacibdir. 

Yumrular  əkiləndən  3-5  il  sonra  qazılıb  çıxarılmalı  və  seyrəldilməlidir.  Soqanlar 

torpaqdan  çıxarılmadıqda  bitki  getdikcə  cırlaşır,  məhsuldarlıq  aşağı  düşür.  Amma 

bitki əkiləndən 2-3 il sonra daha yaxşı çiçək verir. 1 kq. çiçəkdən 70-100 qr. zəfəran 

gülü toplanır. 

Bitkinin  yarpaqları  tam  saralmaqa  başlayanda  zəfəran  soqanaqları  torpaqdan 

çıxarılır.  Bunun  təxminən  mayın  sonu  iyunun  ortalarında  aparılması  məsləhətdir. 

Soğanaqların  0,5-1  %-li  marqanes  məhlulunda  1-2  saat  saxlayıb  sonra  əkmək 



məsləhətdir.    

 

 

 

 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə