Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında



Yüklə 20.82 Kb.

tarix21.04.2017
ölçüsü20.82 Kb.

Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, 

saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI 

 

Son  vaxtlar  Azərbaycan  Respublikasında  istehsal  olunan  və  xarici  ölkələrdən 



gətirilən bir sıra alkoqollu içkilər və tütün məmulatları növlərinin sanitar-gigiyena 

normalarına  uyğun  gəlməməsi  və  aşağı  keyfiyyətli  belə  malların  satışının  geniş 

yayılması əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilmiş, ölkənin şərabçılıq 

və tütün sənayesinin inkişafı üçün ciddi çətinliklər yaratmışdır. 

 

Əhalinin  sağlamlığının  müdafiəsini  və  daxili  bazarın  aşağı  keyfiyyətli 



məhsullardan qorunmasını təmin etmək, vergidən yayınma hallarının, qeyri-qanuni 

istehsalın  və  qaçaqmalçılığın  qarşısını  almaq,  habelə  bu  sahədə  dövlət  nəzarətini 

gücləndirmək məqsədi ilə qərara alıram: 

 

1. Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq alkoqollu 



içkilərin,  etil  (yeyinti)  spirtinin  və  tütün  məmulatının  istehsalına,  saxlanmasına, 

idxalına və satışına dövlət tənzimlənməsi tətbiq edilsin. 

Müəyyən edilsin ki: 

 



bütün növ etil (yeyinti) spirtinin istehsalı, saxlanması, alkoqollu içkilərin və 

tütün 


məmulatının istehsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, 

idxalı Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi 

tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi 

qaydalara uyğun olaraq verilmiş lisenziyalar əsasında həyata keçirilir



 

etil  (yeyinti)  spirtinin,  alkoqollu  içkilərin  və  tütün  məmulatının  istehsalı, 



idxalı və 

satışı müəyyən olunmuş qaydalara uyğun olaraq verilmiş lisenziyalar əsasında 

həyata keçirilir; 

 



bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının 

pərakəndə satışı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 

müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir. 

 

2. Azərbaycan Respublikasında aşağı keyfiyyətli alkoqollu içkilərin, etil (yeyinti) 



spirtinin  və  tütün  məmulatının  istehsalının  və  onların  ölkəyə  idxalının  qarşısını 

almaq  məqsədi  ilə  belə  məhsulların  istehsalı  və  idxalı  yalnız  aksiz  markalarının 

tətbiqi əsasında həyata keçirilsin. 

Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  olunmuş  qaydalara  uyğun 

olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin. 

Aksiz  markalarının  dövriyyəsinə  nəzarəti  Azərbaycan  Respublikası  Prezidentinin 

yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir. 

İdxal olunan mallar üçün aksiz markaları 1997-ci il aprel ayının 1-dən Azərbaycan 

Respublikasında istehsal olunan mallar üçün isə 1997-ci il iyul ayının 1-dən tətbiq 

edilsin. 

Müəyyən  edilsin  ki,  yuxarıda  qeyd  olunan  məhsulların  aksiz  markası  olmadan 

satışına  görə  onları  satan  hüquqi  və  fiziki  şəxslər  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində: 



 

alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, 



saxlanması və idxalı üçün lisenziya verilməsi qaydalarını hazırlayıb təsdiq etsin; 

 

etil  (yeyinti)  spirtinin,  alkoqollu  içkilərin  və  tütün  məmulatının  pərakəndə 



satış 

qaydalarını təsdiq etsin; 

 

idxal olunan və ölkədə istehsal edilən alkoqollu içkilərə, etil (yeyinti) spirtini 



və 

tütün məmulatına aksiz markalarının tətbiq olunması qaydalarını təsdiq etsin; 

 

«Dövlət Vergi Xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa, 



İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə 

Azərbaycan Respublikasının ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin 

və tütün məmulatının istehsalı, saxlanması və idxalı ilə müəyyən edilmiş qaydada 

lisenziya almadan məşğul olmağa, habelə aksiz markası olmayan alkoqollu 

içkilərin və tütün məmulatının idxalı və satışına görə məsuliyyəti nəzərdə tutan 

müvafiq əlavələr və dəyişikliklər edilməsi barədə təkliflər hazırlayıb Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

 



daxili bazarın və istehsalçıların mənafeyinin qorunması məqsədilə kənardan 

gətirilən alkoqollu içkilərə, etil (yeyinti) spirtinə və tütün məmulatına tətbiq 

olunan gömrük rüsumlarını və aksiz dərəcələrini vaxtaşırı nəzərdən keçirib zəruri 

hallarda onlara müvafiq dəyişikliklər etsin

 

bu fərmanın icrasını təmin edən digər tədbirləri həyata keçirsin. 



4. Azərbaycan Respublikasında yüksək keyfiyyətli şərab məhsullarının və tütün 

məmulatının istehsalına istehsalçıların marağını artırmaq məqsədilə Azərbaycan 

Respublikasının  İqtisadi  İnkişaf  Nazirliyi  hər  il  alkoqollu  içkilərin,  etil  (yeyinti) 

spirtinin  və  tütün  məmulatının  istehsalı  və  satışı  üzrə  proqnozları  nəzərə  almaqla 

həmin 

məhsulların  idxalının  yuxarı  həddini  və  alkoqollu  içkilərin,  etil  (yeyinti)  spirtinin 



tariff kvotasını müəyyən etsin. 

 

5. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinə, Azərbaycan 

Respublikasının  Dövlət  Televiziya  və  Radio  Verilişləri  Şirkətinə,  rayon  və  şəhər 

icra  hakimiyyətlərinə  tapşırılsın  ki,  alkoqollu  içkilərin  və  tütün  məmulatının 

televiziyada,  radioda,  mətbuatda  və  digər  vasitələrlə  reklam  olunmasına  qarşı 

mübarizəni gücləndirsinlər. 



 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 20 dekabr 1996-cı il 

№ 527 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə