“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı
istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara
alıram:
“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının
tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, № 2, maddə 74; 2001, № 10, maddə 640; 2002, № 8, maddə
487; 2003, № 10, maddələr 571, 585; 2007, № 2, maddə 100; 2008, № 9, maddə 798;
2009, № 4, maddə 226, № 7, maddə 537; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384)
3-cü hissəsinin birinci, ikinci və beşinci bəndləri, 4-cü, 5-ci və 11-ci hissələri ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.