“Alkoqollu içkilər və etil yeyinti spirti istehsalının və idxalının
tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 534
nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara
alıram:
“Alkoqollu içkilər və etil yeyinti spirti istehsalının və idxalının tənzimlənməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 534
nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2,
maddə 100) 2-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il