Allah`ın isimləri



Yüklə 1.04 Mb.
səhifə1/17
tarix29.05.2017
ölçüsü1.04 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17
Allah`ın

isimləri

O, Özündən başqa heç bir məbud olmayan, hökmran, müqəddəs, pak, təsdiq edən, müşahidə edən, qüdrətli, Qadir, məğrur Allah`dır. Allah onların Ona şərik qoşduqlarından ucadır. (Həşr surəsi 23)

O, Xaliq, yoxdan yaradan, surət verən Allah`dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi 24)

Harun Yəhya (Adnan Oktar)

OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə Allah`ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də, bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allah`ın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allah`ın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəsə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət şəraitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun, kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allah`ın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görər, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.



Bu kitabda istifadə edilən ayələr Ə. Musayevin tərcümə etdiyi

Qurani-kərim kitabından götürülmüşdür.
www.harunyahya.org - www.harunyahya.net - www.harunyahya.az

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 73 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (s.ə.v) möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayımlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq son sözü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allah`ın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allah`ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah`ın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

İÇİNDƏKİLƏR:


Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
ƏDL

ƏFÜVV

AXIR

ƏHKAMÜL-HAKİMİN

ALİM

ƏLİYY

ASİM

ƏZİM

ƏZİZ

BAİS

BAQİ

BARİ

BASİR

BASİT

BATİN

BƏDİ

BƏRR

CAMİ

CABBAR

DAİ

DAFİĞ

DƏRR

ƏRHAMÜR-RAHİMİN

ƏVVƏL

FALİQ

FASİL

FATİR

FƏTTAH

QƏFFAR

QƏNİYY

XƏBİR

HADİ

HAFİD

HAFİZ

HAKİM

HƏKİM

HAQQ

XALİQ

HƏLİM

HƏMİD

HASİB

HAYY

QABİD

QABİL

QADİ

QƏDİM

QADİR

KAFİ

QƏHHAR

QƏYYUM

QARİB

QASİM

QAVİ

KƏBİR

KƏRİM

QUDDÜS

LƏTİF

MAKİR

MALİKİ-YƏVMUD-DİN

MALİKÜL-MÜLK

MƏCİD

MƏLCA

MƏLİK

MƏTİN

MÖVLA

MÜƏXXİR / MÜQƏDDİM

MÜƏZZİB

MÜHİT

MÜBKİ / MÜDHİK

MÜVƏFFİ

MÜHSİ

MÜHSİN

MÜHYİ

MÜQƏLLİB

MÜKMİL

MÜQTƏDİR

MÜNTƏQİM

MÜSƏVVİR

MÜBƏŞŞİR

MÜBƏYYİN

MÜDƏBBİR

MÖMİN

MÜCİB

MÜHƏYMİN

MÜTƏALİ

MÜTƏKƏBBİR

MÜSƏVVA

MÜSTƏAN

MÜTƏHHİR

MÜYƏSSİR

MÜZƏKKİ

MÜZƏYYİN

MÜZİL

MÜĞNİ

NASİR

NUR

RƏBBİL-ALƏMİN

RAFİ

RƏHMAN-RƏHİM

RAQİB

RAUF

RƏZZAQ

SƏMƏD

SADİQ

SAİQ

SANİ

SALAM

SƏMİ

ŞAFİ

ŞƏFİ

ŞARİH

ŞƏHİD

ŞƏKUR

TƏVVAB

VAHİD

VARİS

VASİ

VƏDUD

VƏHHAB

VƏKİL

VƏLİ

ZÜLCƏLALİ-VƏL-İKRAM

ZAHİR

ƏLAVƏ BÖLMƏ TƏKAMÜL YALANI

Sizi yaradan Allah’ı

nə qədər tanıyırsınız?

Sizi kim yaratdı? Sizə bədəninizi, gözlərinizin, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisinin arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?

Siz bütün bu suallara sadəcə bir cavab verirsiniz: “Allah”. Sizin kimi digər insanlar da bu suallara: “Allah”, -deyə cavab verirlər. Necə ki, Allah Quranda insanların öz ağızları ilə bu həqiqəti təsdiq edəcəklərini belə bildirmişdir:

Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər? (Ənkəbut surəsi, 61)

Yaxşı, sizi və kainatı ən incə detalına qədər planlayan Yaradıcımızı nə qədər tanıyırsınız? Sizi hər an gördüyünü, eşitdiyini, etdiyiniz hər şeydən hər an xəbərdar olduğunu bilirsinizmi? Sizə görə Allah haradadır? Sizi yaratdıqdan sonra öz başınıza buraxır? Yoxsa necə yaşamalı olduğunuzu bildirir? Allah’ı görə bilərsinizmi? Onunla danışa bilən bir insan varmı? İnsanlardan başqa hansı varlıqları yaratdı? O, ölümdən sonra necə həyat vəd edir?

Şübhəsiz, bunlar kimi daha bir çox sual verilə bilər və siz də bu sualların hamısını cavablayarsınız. Bu cavablar ya ailənizdən, qohumlarınızdan və ətrafınızdan, ya da oxuduğunuz kitablardan öyrəndikləriniz olacaq. Yaxud da illər əvvəl din dərsində oxuduqlarınızdan ağlınızda qalanlar... Yaxşı, verdiyiniz cavabların, həqiqətən, doğru olub-olmadığını heç düşünmüsünüzmü?

Şübhəsiz, hər kəs Allah haqqında çox fərqli fikirlər söyləyə bilər. Fəlsəfəçi Allah’ı izah edərkən əvvəlcə aldığı təhsili ön plana çıxarır, təsirləndiyi filosofların fikirlərindən istifadə edərək Allah’ı tanıdır. Allah haqqında heç bir məlumatı olmayan evdar qadın qonşusundan eşitdiyi məlumatlara inanır. Allah’la əlaqədar kitab yazan yazıçı isə bəlkə də heç din təhsili almayıb, hətta Allah’ın endirdiyi ayələrdən birini belə bilmir. Lakin bu yazıçının kitabını oxuyan hər kəs sanki onun fikirləri tamamilə doğru imiş kimi qəbul edir, bütün yazılanları tətbiq edir və ətrafındakı hər kəsə özündən çox əmin olaraq oxuduqlarını izah edir. İnsanların çoxu o günə qədər ətrafından eşitdiklərinin və öyrəndiklərinin səhv və ya əskik ola biləcəyinə ehtimal vermir.

Lakin unudulmamalıdır ki, insan səhv edə, cahillik edə bilər. Bu halda, bizə Allah’ı ən doğru tanıdacaq qaynaq yalnız Onun bizlərə endirdiyi haqq kitab Qurandır. Allah Quranda insanların öyrənməli olduqları şeyləri açıqlamışdır. Yuxarıdakı sualların Qurandakı cavablarına baxsaq, əvvəlcə, Allah’ın yalnızca göylərdə deyil, hər yerdə olduğunu görərik. Allah bütün insanlara olduğu kimi, sizə də şah damarınızdan daha yaxındır. Sizin hər etdiyinizə şahiddir, hər şeyi görür. Söylədiyiniz bütün sözləri eşidir. İçinizdən etdiyiniz bütün duaları bilir. Hər an sizin yanınızdadır. Üstəlik, Allah dilədiyi qulu ilə danışır. Məsələn: Quranda, hz. Musa ilə danışaraq onu digər insanlardan üstün etdiyi bildirilmişdir. Allah insanlarla bərabər mələkləri və cinləri də yaratmışdır. Həmçinin Allah dünya həyatından sonra sonsuza qədər davam edəcək cənnət və cəhənnəm həyatı da yaratmışdır. İnsanlara ölümlərindən sonra cənnətə gedə bilmələri üçün necə yaşamalı olduqlarını da Quranla bildirmişdir. Bütün bunlar yuxarıda soruşduğumuz sualların qısa cavabıdır və bu cavabların hamısı Quranda var.

Hazırda, əlinizdə tutduğunuz bu kitab da sizə şah damarınızdan daha yaxın olan Allah’ı Quranda bildirdiyi şəkildə tanıtmaq üçün yazılmışdır. Bu kitabın məqsədi ağlınızdakı yanlış məlumatların yerinə Qurani-kərimdəki həqiqi Allah inancını yerləşdirmək, beləliklə, uca Allah’ı daha yaxşı tanımanızı, Ona daha yaxın olmanızı təmin etməkdir. Allah 1400 il əvvəl endirdiyi Quran ayələri ilə insanlara Özünü tanıtmış, Özünə aid adları bildirmişdir. Quranda verilən müxtəlif nümunələr və izahlar Onun sonsuz ağlını, elmini, sənətini göz önünə gətirir. Allah Quran ilə Özünü qullarına tanıdır.

Bu kitabda yerləşən hər adın altında istifadə edilən ayələr açıqlanan adın keçdiyi ayələrdir. Bu ayələrin ərəbcəsinə baxsaq, Allah’ın bu adlarının ayələrin içində keçdiyini görərik. Bundan başqa, hər ismin altında, bəlkə də bu günə qədər üzərində düşünülməyən detalları xatırladacaq qısa açıqlamalar var. Əlbəttə, bu açıqlamalar göylərin və yerin Rəbbi olan Allah’ı tanıtmaq üçün kifayət deyil. Çünki bütün kainatı, bütün canlıları, insanları və maddəni yaradan və ən gözəl adların sahibi olan Allah’ın sadəcə bir adını açıqlamaq üçün belə cildlərlə kitab yazıla bilər. Lakin belə imkan olmadığı üçün bu kitabda qısa nümunələrdən, insanı düşünməyə sövq edəcək izahlardan istifadə edilərək oxucunun təfəkkürü açılmağa çalışılır.

Əlinizdəki kitabla əlaqədar gözdən qaçırılmamalı daha bir cəhət var: bu kitab sizə yalnız Quranda keçən məlumatları çatdırır. Çünki Allah’ın adları haqqında Onun Quranda bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur. Bizə məlum olmayanlar isə Rəbbimizin qatında gizlidir:

Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər“. (Bəqərə surəsi, 32)
ƏDL

Adil olan, ədaləti əmr edən

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allah’dan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə surəsi, 8)

Allah ədalətlilərin ən xeyirlisidir. Onun nizamı bütün kainatı ehtiva etmişdir. O, ədalətini dünyada və axirətdə qullarına göstərəcək. Hər şeyi haqqı ilə görən, hər şeyin daxilini, xaricini bilən, hər şeydən xəbərdar olan Allah’ın bütün işləri hikmətli və ədalətlidir.

İnsanların həyatları boyu işlədikləri bütün əməllər mütləq Allah’ın ədalətinə görə qiymətləndiriləcək. Allah Quranda zülm edənlərin zülmlərinin qarşılıqsız qalmayacağını, yaxşı bir sözün belə mükafatının veriləcəyini xəbər verir. Bütün bunların ədalətlə qiymətləndiriləcəyi yer axirətdir; Allah’ın sonsuz ədalətinin təcəlli edəcəyi yer...

Dünya həyatında inkarçıların peyğəmbərlərə və möminlərə yaratdıqları çətinliklər, atdıqları şərlər, işlədikləri günahlar qarşılıqsız qalmayacaq. Möminlərin cənnətdəki dərəcələrini yüksəldən bütün bu çətinliklər, inkarçıların da cəhənnəmin ən alt təbəqələrinə düşmələrinə vəsilə olacaq. Allah hesab günündə son dərəcə həssas tərəzilərlə heç kimə haqsızlıq etməyəcək, dünyada onlara verdiyi vaxtın sonunda sonsuz ədalətinə uyğun olaraq hesabını görəcək. Şübhəsiz, Allah hər şeyi bilən və vədinə ən sadiq olandır. İnsanlar dünyada etdiklərinin qarşılığını axirətdə mütləq görəcəklər. Beləliklə, inkarçılar əməllərinin qarşılığını ən ağır şəkildə tapacaq, Allah’a imanlarında və bağlılıqlarında qərarlı olanlar isə etdiklərinin qarşılığını ən gözəli ilə Allah’dan alacaqlar. Ayədə belə buyurulur:



Sənə beyət edənlər, şübhəsiz ki, Allah’a beyət etmiş olurlar. Allah’ın əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allah’la etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth surəsi, 10)

Ancaq burada üzərində diqqətlə düşünülməli cəhət var. Allah’ın ədalətini düşünərkən bu, qətiyyən insanların ədalət anlayışı ilə müqayisə edilməməlidir. Çünki inkar edən insan istəkləri və zəiflikləri qarşısında aciz qala bilər, ədalətli olmağa çalışarkən emosionallıq edə bilər, bir mövzu haqqında səhv hökmlər verə bilər və etdiklərini unuda bilər. Ən vacibi də qarşısındakının içindən keçirdiklərini bilməsi mümkün deyil. Allah isə əsla səhv etməz və əsla unutmaz. Allah hər insan üçün onun hərəkətlərinə nəzarət edən və əməllərini yazan mələklər təyin edib. Bu mələklər insanların həm içindən keçəni, həm də bütün hərəkətlərini yazırlar. Nəticə olaraq, Allah insanın ruhuna tamamilə hakimdir. Ən ədalətli hökm verəcək olan da Rəbbimizdir. “İsra” surəsinin 71-ci ayəsində Allah’ın sonsuz ədalət sahibi olduğu belə xəbər verilir:



Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar. Onlara tük qədər haqsızlıq edilməz. (İsra surəsi, 71)

Bütün pisliklərin, inananların əleyhinə qurulan qruplaşmaların, hazırlanan tələlərin qarşılığı ən kiçik detalına qədər axirətdə veriləcək. Əslində, Allah inkarçılara dünya həyatında yalnızca onların pisliklərini artırmağa səbəb olacaq mal, mülk, zənginlik və bunun kimi bir çox imkan verə bilər. Allah ayələrində bunlara aldanmamağı bildirmişdir. Çünki qısa dünya həyatındakı mənfəətin axirətdəkinin yanında heç bir mənasının və əhəmiyyətinin olmadığı, şübhəsiz, həqiqətdir. Həm də sonsuz cəhənnəm inkarçılara get-gedə yaxınlaşarkən...

Əsl yurd olan axirətdə hər nəfs etdiklərini qarşısında hazır tapacaq. Allah sonsuz ədalətinin təcəllisini qullarına cənnət və cəhənnəmində sonsuza qədər göstərəcək. Allah ən sonunda Özünə inananlarla inanmayanların arasını haqq ilə ayıracaq.

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mumtəhinə surəsi, 8)

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allah’ın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir! (Nisa surəsi, 58)

Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! (Maidə surəsi, 42)

De: “Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, bilən ancaq Odur!” (Səba surəsi, 26)

Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

ƏFÜVV

Əfvi çox olan

Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa surəsi, 149)

İnsan, yaradılış etibarı ilə səhv etməyə meyilli varlıqdır. Hər an bir çox mövzuda qüsurlu düşünə bilər, səhv qərar verə bilər, xəta edə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmazlıqları bilən Allah edilən səhvləri də əfv edəndir. Allah’ın əfvi olmazsa, heç bir insanın cənnətə girməsi mümkün olmazdı. Bu həqiqətə Quranda açıq-aşkar diqqət çəkilir:



Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər. (Nəhl surəsi, 61)

Lakin unudulmamalıdır ki, Allah’ın əfvediciliyi səmimi qullarına aiddir. O, Özünə səmimi yönələn insanların günahlarını əfv edər. Əhəmiyyətli olan insanın səmimi olub qəti şəkildə tövbə etməsidir. Yoxsa tövbə edib təkrar əvvəlki səhvlərinə geri qayıdanların və etdiklərindən həqiqi peşmançılıq hiss etməyənlərin tövbəsini qəbul etməyəcəyini Allah bir ayədə belə bildirir:



Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (Nisa surəsi, 17)
AXIR

Hər şey yox olandan sonra da var olan

Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)

Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcək. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadakı bütün canlılar doğulur və ölür, hər şeyin bir ömrü, müddəti var. Halbuki, Quranda bildirildiyi kimi, Allah əvvəldir, axırdır, yəni başlanğıcı olmadığı kimi, sonu da yoxdur. Hər şey yox olduqdan sonra baqi qalacaq olan da Odur.

Ömrü və zamanı yaradan Allah maddəyə aid bütün bu xüsusiyyətlərdən uzaqdır. O, əvvəli və sonrası olmayandır. Sonsuzluğun sahibi, zamana və məkana tabe olmayan Allah’dır. Nəticədə, kainat təkrar başlanğıc nöqtəsinə dönəcək, canlı-cansız heç bir şey qalmayacaq. Yalnız Allah’ın varlığı baqi qalacaq. Allah bu həqiqəti Quranda bu cür bildirir:




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə