384) Ekzogen allergik alveolitdə allergen hansı yolla daxil olur?
A) İnhalyasion yolu ilə
B) Parenteral yolla
C) Selikli qişalardan
D) Mədə-bağırsaq traktından
E) Dəridən
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 584
385) Ekzogen allergik alveolit zamanı iltihab prosesi harada yerləşir?
A) İri kalibrli bronxlarda
B) Alveollar və bronxiollarda
C) Orta kalibrli bronxlarda
D) Traxeyada
E) Bronxopulmonal limfa düyünlərində
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
386) İnfeksion mənşəli rinit üçün xarakter əlamət hansıdır?
A) Burundan xaric olan sekretin selikli ya selikli-irinli olması
B) Xəstədə eyni zamanda konyuktivitin olması
C) Periferik qanda eozinofillərin artması
D) Eliminasiya sınağının müsbət olması
E) Allergenlərlə aparılan burun testinin müsbət olması
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
387) Allergik rinitin müalicəsində aşağıda sayılan dərman preparatlarından hansı işlədilmir?
A) Ketotifen
B) Asetilsalisil turşusu (aspirin)
C) Beklometazon
D) Erius
E) Natrium kromoqlikat
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
388) Mövsümü və il boyu davam edən allergik rinitin müalicəsində saydıqlarımızdan hansı üsul patogenetik müalicə üsulu hesab edilir?
A) Allergen spesifik immunoterapiya
B) Qlükokortikosteroidlərlə müalicə
C) H1-reseptorların blokatorları ilə müalicə
D) Dekonqestantlarla (ksilometazolin, nafazolin) müalicə
E) Tosqun hüceyrələrin membranasını stabilləşdirən preparatlarla müalicə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |