610) Hal-hazırda bronxial astma necə xəstəlik hesab edilir?
A) Tənəffüs yollarının kəskin allergik xəstəliyi
B) Tənəffüs yollarının xroniki iltihabi xəstəliyi
C) Ağciyərin interstisial toxumasının xroniki xəstəliyi
D) Ağciyərin birləşdirici toxumasının yarım kəskin zədələnməsi
E) Sol mədəcik çatmamazlığı ilə müşayiət olunan bronxların xəstəliyi
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 415
611) 32 yaşlı xəstə son 2 il vaxtaşırı ekspirator təngnəfəslikdən və quru öskürəkdən şikayət edir. Bədən t°C normaldır. Leykoformulada eozinofillər 12%-dır. Rentgendə patologiya aşkar olunmur. Pikfloumetriyada bronx keçiriciliyinin göstəriciləri gün ərzində 30% dəyişir. Xəstənin diaqnozu nədir?
A) Xroniki sinusit
B) Kəskin bronxit
C) Bronxial astma
D) Sarkoidoz
E) Xroniki pnevmoniya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |