83) Hansı əlamətlər Lui-Bar sindromu üçün daha çox səciyyəvidir?
A) İnfeksion ishala meyillilik
B) Ataksiya
C) Cinsi yetişkənliyin sürətlənməsi
D) Tetaniya
E) Çəngəlvari vəzin hiperplaziyası
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
84) Tez gedişli allergik reaksiya hansı müddətə inkişaf edir?
A) 10 saat ərzində
B) 2-3 sutka
C) Bir neçə saniyədən 2 saata qədər
D) 1 sutka
E) 12 saat ərzində
Ədəbiyyat: “Allerjik hastalıklar” Jonathan A. Bernsteyn, tərcümə edəni prof. Zeynep Misirligil
85) Ləng tipli allergik reaksiya hansı müddətə inkişaf edir?
A) 1 sutka
B) 15-20 dəq.
C) 2 saat
D) Spesifik allergenlərlə təmasdan 2-3 sutka sonra
E) 15 saat
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
86) I tip allergik reaksiyanın iştirakı ilə hansı xəstəlik inkişaf edir?
A) Qırmızı qurd eşənəyi
B) Kəskin övrə
C) Zərdab xəstəliyi
D) Vərəm
E) Trombositopenik purpura
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
87) Aşağıda qeyd olunanlardan hansı I tip allergik reaksiyanın iştirakı ilə inkişaf edən xəstəliklərə aid deyildir?
A) Allergik övrə
B) Allergik konyuktivit
C) Allergik rinit
D) Qırmızı qurd eşənəyi
E) Atopik bronxial astma
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
Dostları ilə paylaş: |