962) Atopik dermatitin kəskinləşməsinə səbəb ola bilən faktorlara nə aid deyil?
A) havanın kəskin dəyişməsi
B) stress
C) bəzi qida məhsulları
D) allergenlər
E) mikroorqanizmlər
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.231
963) Hamilələrdə BA müalicəsində hansı inhalyasion qlükokortikoid daha etibarlı hesab edilir?
A) triamsinolon
B) flutikazon
C) mometazon
D) budesonid
E) seretid
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.136
964) Hansı simptomlar astma tutmasının həyat üçün real təhlükə olmasına dəlalət edir?
A) yorğunluq və koma
B) sadalananların hamısı
C) zəif tənəffüs və hipotenziya
D) lal ağciyər və siyanoz
E) koma və lal ağciyər
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.80
965) Aşağıda qeyd olunanlardan hansı qeyri immunoloji mexanizmli övrə,Kvinke ödeminə səbəb olur?
A) alkoqol
B) kodein
C) vankomisin
D) kontrast maddələr
E) sadalananların hamısı
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.250
Dostları ilə paylaş: |