184) Hansı əlamət qida allergiyasının tipik dəri ifadələrinə xas deyil?
A) Dəri qızarması
B) Makuloz səpgilər
C) Övrə
D) Dərinin atrofiyası
E) Dəri qaşınması
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
185) Yalançı qida allergiyası həqiqidən nə ilə fərqlənir?
A) Reaksiyanı yaradan qida məhsulları ilə
B) Klinik əlamətləri yaradan mediatorlarla
C) Klinik əlamətləri ilə
D) Yaranma mexanizmi ilə
E) Klinik əlamətlərin meydana çıxmasının sürrəti ilə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
186) Hansı tədbirlər qida allergiyasının profilaktikasına daxil deyil?
A) İmkan daxilndə uşaqlarda süni qidalanmaya yol verməmək
B) Antihistamin preparatlarının daimi istifadəsi
C) Uşaqların 4-6 ay müddətində yalnız döşlə əmizdirilməsi
D) Şübhəli qida məhsulların rasiondan müvəqqəti çıxarılması
E) Mədə-bağırsaq xəstəliklərinin müalicəsi
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
187) Qida allergiyasının əsasında aşağıdakı immunoloji reaksiya tiplərindən hansı üstünlük təşkil edir?
A) T-asılılıqlı reaksiya
B) Sadalananlardan heç biri
C) İgE- dən asılı sürətli reaksiya
D) Sitoksiki reaksiyalar
E) İmmun kompleks reaksiyalar
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
188) Qida allergiyası zamanı klinik reaksiyanın allergenin dozasının miqdarından asılılğı necə olur?
A) Nə qədər çox allergen udulursa klinika bir o qədər zəif nəzərə çarpır (immun tolerantlığı effekti)
B) Asılı deyil
C) Ev tozu allergiyasında olduğu kimidir
D) Nə qədər çox allergen udulursa klinika bir o qədər də kəskin olur
E) Ev tozu allergiyasında olduğundan daha kəskin nəzərə çarpır
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
Dostları ilə paylaş: |