Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Ev tozunun əsas allergeni hansıdır?



Yüklə 1,64 Mb.
səhifə10/338
tarix28.12.2021
ölçüsü1,64 Mb.
#14636
1   ...   6   7   8   9   10   11   12   13   ...   338
28) Ev tozunun əsas allergeni hansıdır?
A) Kif göbələklərinin sporları

B) Kitabxana tozu

C) Ev tozu gənəsi

D) Ev bitkilərinin tozcuğu

E) Mikroorqanizmlər
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
29) Hansı respirator sensibilizasiya əmələ gətirmir?

A) Zeytun yağı

B) Aspergilla

C) Fuzarium

D) Kandida

E) Penisillin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
30) Aşağıdakılardan hansı qeyri - spesifik rezistentliyə aiddir?
A) Dermatofaqoides pteronissinusa qarşı hiperhəssaslıq

B) Müəyyən bitkiyə qarşı ləng tipli hiperhəssaslıq

C) Qızılca peyvəndinə cavab olaraq B- hüceyrələrin klonlaşması

D) Alternativ yolla komplementin aktivlənməsi

E) Allergenin tosqun hüceyrələrin üstündə olan İgE-yə bağlanması
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
31) İnterferonların funksiyası hansıdır?
A) Virusların replikasiyasının qarşısını almaq

B) Mikrobları opsonizasiya etmək

C) Limfositlərin istehsalı

D) Bakterial hüceyrələrin divarlarının pozulması

E) Bakterial DNT (dezoksiribonuklein turşusunun) fraqmentlənməsi
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
32) Aspergill qismindən olan göbələklərə sensibilizasiya baş verdikdə bronxial astmanın kəskinləşməsi nə zaman baş verir?

A) Sentyabrdan oktyabra kimi

B) Mayda

C) Maydan avqusta kimi

D) Bütün il boyu

E) Dekabrdan marta kimi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
33) Bir şəxsin patogen mikrob tərəfindən invaziya edilmə riskini aşağıdakı hansı faktor artırar?
A) Bağırsaq hərəkətliliyin yüksəlməsi

B) Arterial təzyiqin yüksəlməsi

C) Epidermal toxumanın itirilməsi

D) Sidik ifrazının artması

E) Siliar aktivliyin yüksəlməsi
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin