466) Atopik dermatitlərin aparıcı morfoloji elementi hansıdır?
A) Lİxenifikasiya
B) Papula (düyüncük)
C) Övrə
D) Pustula (irincik)
E) Vezikulasiya
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
467) Allergik təmas dermatit zamanı hansı provakasion allergik sınaqlar aparmaq məqsədə uyğundur?
A) İntranazal
B) İnqalyasion
C) Konyuktival
D) Dəri daxili
E) Aplikasion
Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
468) Atopik dermatitin müalicəsi zamanı dəriyə sürtülən qlükokortikosteroid preparatlar hansı təsiri göstərmir?
A) İmmunostimulyator təsir
B) Qaşınma əleyhinə təsir
C) Antiproliferativ təsir
D) Antiallergik təsir
E) İltihab əleyhinə təsir
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
469) Epidermal allergiya olduqda aşağıda saydıqlarımızdan hansı tədbir düzgün deyil?
A) Evdə heyvanlar saxlamaq
B) Sirkə getməmək
C) Heyvanlar saxlanan evə getməmək
D) Zooparka getməmək
E) Heyvanları otaqdan çıxardıqdan sonra otağı diqqətlə yığışdırmaq
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
470) Kontakt dermatitini müalicə edərkən antibakterial preparat sistem şəklində (daxilə parenteral) nə vaxt işlədilir?
A) Göbələk infeksiyası əlavə olunduqda
B) Qaşınma olduqda
C) İkincili infeksiya lokal olduqda
D) Ekssudasiya olduqda
E) İkincili infeksiya geniş sahəyə yayıldıqda
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
471) Aşağıda saydıqlarımız övrənin variantlarından hansı fiziki övrə qrupuna aid deyil?
A) İsti ilə təmas nəticəsində baş verən övrə
B) Vibrasion övrə
C) Soyuqla təmas nəticəsində baş verən övrə
D) İdiopatik övrə
E) Dermoqrafik övrə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
472) Övrə xəstəliyini müalicə edərkən hansı dərman preparatlarının dozasını tədricən azaltmaq lazımdır?
A) Montelukast
B) Nifedipin
C) Tsiklosporin
D) Prednizolon
E) Feksofenadin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |