540) Uzun müddət təsir edən antixolinergik preparat hansıdır?
A) Spiriva
B) Atrovent
C) Troventol
D) Oksivent
E) Atropin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
541) Tərkibində beta-2 simpatomimetik və inhalyasion kortikosteroid olan preparat hansıdır?
A) Ditek
B) Teofedrin
C) Berodual
D) Troventol
E) Simbikort turbuxaler
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
542) Atopik forma bronxial astmanın müalicəsi zamanı hansı mukolitikdən istifadə etmək məsləhət deyil?
A) Karbosistein
B) Asetilsistein
C) Bromqeksin
D) Lazolvan
E) Ximotripsin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
543) Fiziki gərginlik astmasında astma tutmasının baş verməsinin qarşısını almaq üçün hansı dərman preparatının istifadə edilməsi məqsədə uyğun deyil?
A) Nedokromil natriy
B) Berodual
C) Salbutamol
D) Deksametazon
E) Kromolin natriy
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
544) Aşağıda saydıqlarımızdan hansı preparatın tərkibində qlükokortikoid, antibiotik və göbələk əleyhinə maddə var?
A) Triderm
B) Dermazolon
C) Flusinar-H
D) Lorinden C
E) Mikozolon