849) I tip hiperhəssaslıq reaksiyalarının kliniki əlamətlərinə hansılar aid deyil?
A) Urtikar səpkilər
B) Eritema, qaşınma hissi
C) Stridor, qastro-intestinal sistemdə spazm
D) Bronxospazm, AT-in enməsi
E) Hemoftiz,qızdırma, oynaq ağrıları
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48
850) 55-yaşlı mühasibatçı üzün və dilin şişkinliyindən şikayət edir. Yaxında yeni hamam sabunundan istifadə etməyə başlayıb. Yanaşı xəstəliklərdən osteoartrit və yüngül hipertoniyası var, ona görə asetaminofen (parasetamol) və kaptopril qəbul edir Şişkinliyin səbəbi nədir?
A) Qida ilə bağlı allergiya
B) Kaptopril
C) Asetaminofen
D) Hipotireoz
E) Sabuna qarşı hiperhəssaslıq
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.1
851) 18-yaşlı oğlan epilepsiyaya görə müntəzəm dərman qəbul edir. Temperaturun artması, limfadenopatiya, generalizə olunmuş makulo - papular səpkilər, və artralgiyalarla həkimə gəlib. Xəstə geyd edir ki, bağçada işləyəndə onu gənələr dişləyib. Xəstənin vəziyyətinin səbəbi nə ola bilər?
A) Laym xətəliyi
B) İnsan immunodefisit virusu infeksiyası (HIV)
C) İgE vasitəli reaksiya
D) Epilepsiya dərmanlarına qarşı reaksiya
E) Sarmaşıq zəhəri ilə bağlı ağır dermatit
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.2
852) 34-yaşlı kişi arı sancmasına görə ağır allergik reaksiya ilə reanimasiyaya gətirilib. Xəstəyə anafilaktik şokun alqoritminə uyğun ilk tibbi yardım göstərilib, amma oksigenin saturasiyası 80% qədər enib (norma 90%-dan yuxarı olmalı), və xəstə apnoe vəziyyətindədir. Bu durumda ən yaxşı növbəti addım hansıdır?
A) Venaya epinefrin
B) Venaya dimedrol
C) Endotraxeal intubasiya
D) Burun kanyulası vasitəsi ilə oksigen
E) Elektrik kardioversiya
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.3
853) 57-yaşlı durğunluq ürək çatışmazlığı ilə xəstədə kardiastress test (tredmil) pozitiv nəticə vermiş, xəstəyə kardial kateterizasiya lazımdır. Xəstənin sözünə görə, anamnezində yoda qarşı allergiya var. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?
A) Müayinə zamanı diphenhydramine (dimedrolun) infuziyası
B) Müayinədən sonra xəstəyə diphenhydramine və adrenalinin təyini
C) Müayinədən vaz keçib cərrahi əməlyyata göndərmək
D) Yodun artan dozaları ilə desensitizasiya
E) Müayinədən əvvəl gecə diphenhydramine və kortikosteroidlərin təyini
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.4
Dostları ilə paylaş: |