902) Anafilaktik şok zamanı xəstəyə hansı düzgün vəziyyət verilməlidir?
A) Xəstəyə oturaq vəziyyət verilməli
B) Xəstə qarnı üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı
C) Xəstə ayaqüstə durmalıdır Xəstə arxası üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı
D) Xəstə ayaqüstə durmalıdır
E) Xəstə hərəkət etməli
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 21
903) Ekzogen allergik alveolitin kəskin dövrünün müalicəsində ən təsirlisi hansıdır?
A) Sadalananların heç birisi
B) Sistem qlükokortikosteroidlər
C) Göbələk əleyhi dərmanlar (İtrakonazol, Amfotericin və s.)
D) Antihistaminlər vena daxilinə
E) İnhaliyasion qlükokortikosteroid
Ədəbiyyat: Р.М.Xаитов национальное руководство 2009, səh.588
904) Bronxial astma diaqnozunun qoyulması zamanı bronxial obstruksiyanın kəskinliyi və geriyə dönməsini qiymətləndirmək üçün seçim üsulu nədir?
A) Spirometriya (bronxodilatatorlarla sınaq)
B) Kompyuter tomoqrafiya
C) Qanda eozinofil kationik zülalın təyin olunması
D) Bronxoskopiya
E) Pikfloumetriya
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 35
905) Bronxial astma xəstələrinin vəziyyətinə nəzarət etmək üçün nədən istifadə edilir?
A) Pikfluometriya
B) Qanda spesifik İgE-nin dəyişməsinə nəzarət
C) Qanda ümumi İgE-nin səviyyəsinə nəzarət
D) Ağciyərlərin auskultasiyası
E) Gündəliyin yazılması
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
Dostları ilə paylaş: |