974) ASİT-in əks göstəriş olduğu xəstələr hansılardır?
A) ağır immunoloji, kardiovaskulyar xəstəliyi, xərçəng xəstəliyi, xronik infeksiya ocaqları infeksiya olanlara
B) blokatorlarla müalicə alanlar
C) sadalananların hamısı
D) psixoloji pozğunluğu olan xəstələr
E) F1 dəyərləri ideal göstəricilərin 70%-dən az olanlarda
Ədəbiyyat: “Pediatrik allerji”, Ülker Öneş, 2007, səh.192
975) Hansı antihistaminin sedativ təsiri daha yüksəkdir?
A) levosetirizin
B) dezloratadin
C) feksofenadin
D) setirizin
E) setirizin difenhidramin
Ədəbiyyat: “Pediatrik allerji”, Ülker Öneş, 2007, səh.181
976) Aşağıda qeyd edilmiş üsullardan əsasən hansı allergik kontakt dermatitin diaqnostikasında istifadə edilə bilər?
A) endonazal testlər
B) dəriiçi sınaqlar
C) qanda spesifik İgE təyini
D) patch-test
E) qanda İgA təyini
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 459
977) Miokard infarktı və anafilaktik şokun əsas differensial diaqnostik fərqi nədir?
A) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qan zərdabında -triptazanın miqdarı yüksəlir
B) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qanda kreatinkinazanın MB-fraksiyası və troponinin artması qeyd olunur
C) Sadalanların heç biri
D) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı hemodinamik pozuntular ilə müşayət olunur
E) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı daha yüngül keçir
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 15
Dostları ilə paylaş: |