580) Leffler I sindromunun əsas etioloji faktorunu qeyd edin:
A) Fiziki gərginlik
B) Həşərat sancması
C) Leffler çöpləri
D) Qurd invaziyaları
E) Qida allergenləri
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.591
581) Leffler I sindromunda xarakterik rentgenoloji deyişikliklər hansıdır?
A) Ağciyərlərin yuxarı payında yerləşən, dinamikada 1-3 günə sorulan infiltratlar
B) Plevra boşluğunda maye
C) Hər iki ağciyərlərdə fibrotik dəyişikliklər
D) Sadalanların hamısı
E) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.591
582) Atopik bronxial astma fonunda periferik qanda yüksək eozinofiliya ( >20%) və residivverən ağciyər infiltratlarının əmələ gəlməsi hansı xəstəlik üçün xarakteridir
A) Angionevrotik Kvinke ödemi
B) Ambar xəstəliyi
C) AXOX
D) Qudpasçer sindromu
E) Ambar xəstəliyi
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.596
583) 44-yaşlı xəstə konservləşdirilmiş balıq yedikdən sonra subfebril hərarət, bədənində qaşınma, övrə əlamətləri, qarında gurultu hissi, diareya olmasından şikayətlənir. Qanın ümumi analizində: eoz-2% təşkil edir; ümumi Ig E miqdarı – norma daxilindədir. Anamnezində xroniki qastroduodenit qeyd olunur, allergik xəstəliklərin olmasını inkar edir. Düşündüyünüz ilkin diaqnoz:
A) Botulizm
B) Dizenteriya
C) Qida allergiyası
D) Psevdoallergik reaksiya
E) Xroniki qastroduodenitin kəskinləşməsi
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.560
Dostları ilə paylaş: |