616) Hal-hazırda bronxial astma necə xəstəlik hesab edilir?
A) Tənəffüs yollarının kəskin allergik xəstəliyi
B) Ağciyərin birləşdirici toxumasının yarım kəskin zədələnməsi
C) Ağciyərin interstisial toxumasının xroniki xəstəliyi
D) Tənəffüs yollarının xroniki iltihabi xəstəliyi
E) Sol mədəcik çatmamazlığı ilə müşayiət olunan bronxların xəstəliyi
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 415
617) 32 yaşlı xəstə son 2 il vaxtaşırı ekspirator təngnəfəslikdən və quru öskürəkdən şikayət edir. Bədən t°C normaldır. Leykoformulada eozinofillər 12%-dır. Rentgendə patologiya aşkar olunmur. Pikfloumetriyada bronx keçiriciliyinin göstəriciləri gün ərzində 30% dəyişir. Xəstənin diaqnozu nədir?
A) Xroniki pnevmoniya
B) Kəskin bronxit
C) Xroniki sinusit
D) Bronxial astma
E) Sarkoidoz
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |