288) Şok əleyhinə tədbirləri zamanı hansı preparatların istifadəsi mütləqdir?
A) β-adrenoblokatorlar
B) Adrenalin və qlükokortikosteroidlər
C) Antibakterial preparatlar
D) Hemodez
E) Diuretiklər
Ədəbiyyat: Под ред. Е. И. Чазова. «Неотложные состояния и экстренная медицинская помощь» 1990 г.
289) Anafilaktik şokun müalicəsi zamanı aparılan tədbirlər nədən başlamalıdır?
A) Antibakterial preparatlarının yeridilməsindən
B) Yerindəcə təcili tibbi yardımın göstərilməsi və adrenalinin yeridilməsindən
C) İxtisaslaşmış «Təcili yardım» briqadasının çağrılmasından
D) Mədənin yuyulmasından
E) Xəstənin tibbi müəssisəyə nəql olunmasından
Ədəbiyyat: Под ред. Е. И. Чазова. «Неотложные состояния и экстренная медицинская помощь» 1990 г.
290) Allergenin təsirindən sonra hansı vaxt ərzində anafilaktik şok yarana bilər?
A) 7 saat sonra
B) 10-12 saat sonra
C) 2-ci sutkada
D) 24 saat sonra
E) Bir neçə saniyədən 1-2 saata qədər
Ədəbiyyat: : Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г. с. 530
Dostları ilə paylaş: |