306) Astma tutmasını tez aradan götürən preparat hansıdır?
A) Ketotifen
B) Salmeterol
C) Salbutamol
D) Kalsium qlukonat
E) İntal
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
307) Aspirin astmasının müalicəsində uyğun preparat hansıdır?
A) Tayled
B) Dezloratadin
C) Montelukast
D) Omalizumab
E) Teopek
Ədəbiyyat: А. Г. Чучалин. «Глобальная стратегия лечения и профилактики бронхиальной астмы» 2006г.
308) Bronxial astmanın atopik (allergik) variantının baş verməsində əsas səbəb amili
hansıdır?
A) Endokrin sistemində pozğunluq
B) Aspirin keçirməməzliyi
C) Vegetativ sinir sistemində pozğunluq
D) Allergenlər
E) Mərkəzi sinir sistemində pozğunluq
Ədəbiyyat: Н. Р. Палеева. «Болезни органов дыхания. Руководство для врачей» 1990г.
309) Döş qəfəsi orqanların rentgenoqrafiyasında “arı pətəyi” əlaməti və düyünlü infiltratlar hansı xəstəlik üçün xarakter ola bilər?
A) Hemotoraks
B) Bronxial astma
C) Aspirin astması
D) Ekzogen allergik alveolit
E) Pnevmokokk pnevmoniyası
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 585
310) Atopik forma bronxial astmanın müalicəsində ‘‘bazis terapiyasına‘‘ aid preparat hansıdır?
A) Berodual
B) Teofillin
C) Berotek
D) Budesonid
E) Ventolin
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
311) Bronxial astmanın idarə edilməsində istifadə olunan yüngülləşdirici preparat hansıdır?
A) Omalizumab (ksolar)
B) Flutikazon propionat
C) İntal
D) Akolat
E) Fenoterol
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
Dostları ilə paylaş: |