Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 1.05 Mb.
PDF просмотр
səhifə1/8
tarix15.05.2017
ölçüsü1.05 Mb.
  1   2   3   4   5   6   7   8

ALMAZ HƏSƏNQIZI

AŞIQ YARADICILIĞI 

MÜHACİRƏT 

FOLKLORŞÜNASLIĞINDA

Bakı-Azərnoşr-2011



ВВК 46.4 

H-59  & >

Elmi  redaktoru və ön sözün müəllifi: 



Azad Nəbiyev 

AMEA-nm müxbir üzvü, 

filologiya elmləri doktoru, professor

Rəyçilər:



Dos.dr. Ənvər Uzun 

Dos.dr. Kəmalə İslamzadə

H-59

Almaz Həsənqızı.

Aşıq yaradıcılığı mühacirət folklorşünaslığında.

Bakı, Azəməşr, 2011,  156 səh.

Kitabda  siyasi  səbəblər  üzündən  doğma  torpağından 

didərgin  düşərək  dünyanın  müxtəlif  ölkələrində  məskun­

laşan  mühacir  folklorşünasların  Azərbaycan  aşıq  sənəti, 

onun  həm  ustad,  həm  də  vətənində  lazımınca  tanıtdırıl- 

mamış nümayəndələrilə bağlı  tədqiqatları araşdırılmışdır.

H- 59

4604000000 

M - 651 (07)2011

qrifli naşr

©  Almaz Həsənqızı,  2011



YENİ  TƏDQİQAT ƏSƏRİ

Son  illərdə  Azərbaycan  mühacirət  folklorşünaslığının  təd­

qiqi  sahəsində  müəyyən  addımlar  atılmaqdadır.  Belə  ki,  Əhməd 

Cəfəroğlu,  Məhəmməd  Əmin  Rəsulzadə,  Mirzə  Bala  Məmməd­

zadə,  Ceyhun  Hacıbəyli  və  digər  müəlliflərin  yaradıcılıq  irsinə 

həsr  olunmuş  araşdırmalarda,  habelə  mühacirət  ədəbiyyatının 

ümumi  nəzəri  problemlərinə  həsr  olunmuş  tədqiqatlarda  folklor­

şünaslığın  problemlərinə  diqqət  yetirilməsi  bu  baxımdan  səciy­

yəvidir.  Filologiya  elmləri  namizədi  Almaz  Həsənqızının  “Aşıq 

yaradıcılığı  mühacirət  folklorşünaslığında”  adlı  monoqrafiyası  bu 

tədqiqatlardan biridir.

Almaz  Həsənqızının  indiyədək  “Azərbaycan  mühacirət 

folklorşünaslığında dastançılıq  məsələləri” (Bakı,  2002),  “İki  das­

tan”  (Bakı,  2006)  monoqrafiyaları,  respublika  və  xaricdə  çıxan 

elmi  məcmuələrdə  onlarla  məqaləsi  nəşr  olunmuşdur.  Çap  edil­

miş  əsərlərilə  o,  bir  tərəfdən,  mühacirət  folklorşünaslığının  əsas 

mövzu  istiqamətlərini  səciyyələndirmiş,  digər  tərəfdən,  onun  ay­

rı-ayrı  nümayəndələrinin  yaradıcılıq  irsini  dəyərləndirməyə  çalış­

mış,  mühacirət  həyatı  yaşayan  ziyalıların  folklor  materiallarının 

toplanması  sahəsindəki  xidmətlərinə diqqət yetirmişdir.

Müəllifin  oxucuların  mühakiməsinə  verilən  “Aşıq  yaradı­

cılığı  mühacirət  folklorşünaslığında” adlı  araşdırması  yeni,  indiyə 

qədər  tədqiqata  cəlb  olunmayan  qaynaq  və  məxəzlər  əsasında 

yazılmışdır.  Monoqrafiyada  Azərbaycan  mühacirətinin  təmsil­

çilərindən Əhməd bəy Ağaoğlu,  Əli  bəy  Hüseynzadə,  Məhəmməd 

Əmin  Rəsulzadə,  Mirzə  Bala  Məmmədzadə,  Əhməd  Cəfəroğlu, 

Ceyhun  Hacıbəyli,  Səlim  Rəfiq  Rəfioğlu,  Nağı  Kcykurun  (Şeyx- 

zamanlı),  Hüseyn  Baykara,  Əbdülvahab  Yurdsevər,  Məmməd 

Sadıq  Sənan  (Aran),  Hilal  Münşi,  Mustafa  Haqqı  Türkəqul, 

Nəbi  Turablı,  Əli  Volkan  (Usta),  İren  Melikoff,  Xavər  Aslan, 

Behruz  Həqqi  və  başqalarının  aşıq  yaradıcılığına  həsr  olunmuş 

tədqiqatları  təhlilə cəlb  olunmuşdur.

3


Burada  Qurbani,  Aşıq  Abbas  Tufarqanlı,  Dədə  Qasım,  Sarı 

Aşıq,  Aşıq  Ələsgər  kimi  ustad  sənətkarlar  haqqında  aparılan 

tədqiqatlar  orijinallığı,  elmi-nəzəri  tutumu  ilə  diqqəti  çəkir.  Bun­

dan əlavə,  Azərbaycan  folklorşünaslığında indiyədək tədqiqatdan 

kənarda  qalmış  Bağdad  xanım,  Sona  xanım,  Göyçək  xanım,  Bi­

çarə  Osman,  Müəzzin  Türab  və  başqa  aşıqlar  haqqında  ilk  dəfə 

nisbətən  əhatəli  məlumat  verilmiş,  onların  yaradıcılıq  irsi  dəyər­

ləndirilmişdir.

Monoqrafiyanın  elmi-nəzəri  səviyyəsini  şərtləndirən  amil­

lərdən  biri  də  burada  Aşıq  Müseyib  Zəyəm,  Aşıq  Namaz  Sazçı 

kimi  mühacir  aşıqların  həyat və  yaradıcılığının  ilk  dəfə  tədqiqata 

cəlb  olunmasıdır.  Araşdırıcı  müracirətdəki  tədqiqatlara  istinadən 

adı  çəkilən  müəlliflərin  bioqrafiyasını  dəqiqləşdinnəyə  çalışmış, 

həmçinin  onların  müxtəlif mətbuat orqanlarında və  məcmuələrdə 

nəşr  olunmuş  əsərlərim  təhlilə  cəlb  etmişdir.  Xatırladaq  ki,  son 

illərdə  Azərbaycan  mühacirət  ədəbiyyatının  bir  sıra  nümayəndə­

lərinin  yaradıcılıq  irsi üzə  çıxarıldığı  halda,  siyasi  səbəblər  üzün­

dən  vətəni  tərk  etməyə  məcbur  olan  aşıqlar  haqqında  ilk  dəfə  bu 

əsərdə bəhs olunmuşdur.

Monoqrafiyada  mühacirətdə  yaşayan  Azərbaycan  intellek­

tuallarının  yalnız  elmi-nəzəri  axtarışları  deyil,  eyni  zamanda  on­

ların  toplayıb  nəşr  etdirdikləri  zəngin  xalq  ədəbiyyatı  örnəkləri 

təhlilə  cəlb  edilmişdir.  Bu  cür  yanaşma  mühacirət  folklorşünas­

lığının  fəaliyyət  dairəsini  daha  geniş  əhatə  etməyə  imkan  vermiş­

dir.

Yaxşı  cəhətdir  ki,  monoqrafiyada  mühacirət  folklorşünas­



lığı  ayrıca,  təcrid  olunmuş  şəkildə  deyil,  Azərbaycanda  yaranan 

mövcud  tədqiqatlarla  əlaqəli  və  müqayisəli  şəkildə  araşdırıl­

mışdır.  Tədqiqatın  bu  şəkildə  aparılması  müqayisələr  kontek­

stində  bir  sıra  fərqli  məqamların  üzə  çıxarılmasına,  xüsusilə  m e­

todoloji  fərqliliklərin  aşkarlanmasına imkan  vermişdir.

Əsərdə  mühacirətin  araşdırmaları  fonunda  Azərbaycan  aşıq 

yaradıcılığının  qonşu  xalqlara  təsirilə  bağlı  məqamlara  da  diqqət

4

yetirilmişdir ki,  bu da  tədqiqatın  əhatə  dairəsinin  genişliyini  şərt­



ləndirməkdədir.

Müəllif  sovet  senzurasının  “redaktə”sinə  məruz  qalmış 

folklor örnəklərinə  də  diqqət  yetirmiş,  bu nümunələri  dəyərlən­

dirərkən onları orijinala uyğun şəkildə təhlil etmişdir.

Bundan  əlavə,  monoqrafiyada rus  müstəmləkəçiliyinə  qarşı 

baş  verən  və  qəddarlıqla  yatırılan  xalq  üsyanları  ilə  bağlı  yaran­

mış,  sovet  dövrü  Azərbaycanında  nəşri  və  tədqiqi  yasaq  olunan 

aşıq  şeiri  örnəklərinə  də  diqqət  yetirilmişdir.  Xüsusilə,  Şeyx 

Şamil  hərəkatı,  Cavad  xan  üsyanı  ilə  bağlı  xalq  şeiri  qaynaq­

larının  aşkarlanıb  dəyərləndirilməsi  bu  baxımdan  təqdir  edilmə­

lidir.

Tədqiqatın  maraq  doğuran başqa mühüm  cəhətlərindən  biri 



də  burada  Quzey  və  Güney  Azərbaycan  folklorşünaslarınm  mü­

hacirətdə  yaranan  elmi-nəzəri  irsinin  müqayisəli  şəkildə  araşdı­

rılmasıdır.

İnanırıq  ki,  Almaz  Həsənqızının  “Aşıq  yaradıcılığı  müha­

cirət  folklorşünaslığında”  monoqrafiyası  folklorşünasların  diqqət 

və  marağını  çəkəcək,  haqqında müsbət rəy və  mülahizələr  söylə­

niləcəkdir.

Azad Nəbiyev

AMEA-nın müxbir üzvü, 

filologiya elmləri  doktoru,  professor

5


giriş

Mühacirət  folklorşünaslığı  ilə  bağlı  araşdırmalar  ilk  olaraq 

elə  didərgin  ömrü yaşamağa məhkum  olan  ziyalıların özləri  tərə­

findən  aparılmışdır.  Belə ki,  ayrılığın  çəkilməz  iztirabı  içərisində 

ömür  sürən  bu  insanlar  yalnız  xalq  ədəbiyyatı  örnəklərinin  top­

lama,  tədqiq,  nəşr  və  təbliğilə  məşğul  olmamış,  eyni  zamanda, 

həm  vətəndə,  həm  də  qürbətdə  folklorla  bağlı  aparılan  tədqi­

qatları izləmiş, müxtəlif səpkili məqalələrlə öz tənqidi münasibət­

lərini  bildirmişlər.  Məhz  bu  baxımdan  mühacirət  folklorşünas­

lığının ilk araşdırıcısı kimi Əhməd  Cəfəroğlunun  fəaliyyəti  təqdir 

edilə  bilər.  O,  “Şərqdə  və  Qərbdə  azəri  ləhcəsi  tədqiqləri”  (96, 

s.236)  məqaləsində  Ceyhun  Hacıbəylinin  “Qarabağın  dialekti  və 

folkloru  (Qafqaz  Azərbaycanı)”  (“La  Dialekte  et  le  folklore  du 

Karabagh (Azerbaidjani du Caucase)”  (167)  əsərindən  müəyyən  qə­

dər bəhs etmişdir.  Bundan əlavə,  Azərbaycan bayatılarını toplaya­

raq  1928-ci  ildə  Fransada  “Asiya  ju m a lf’nda  (“Journal  Asi- 

atique”) “Tatar xalq şərqiləri” (“Chansons populaire Tatares”)  adı 

ilə  nəşr  etdirən  Xanım  Çatskaya  haqqında  Ə.Cəfəroğlunun 

resenziyası  1932-ci  ildə  “Azərbaycan  yurd  bilgisi”ndə  (94)  nəşr 

edilmişdir.

Mühacirət  folklorşünaslığı  ilə  bağlı  həm  sovet  dövründə, 

həm də  Azərbaycanın yenidən  istiqlaliyyət əldə  etməsindən  sonra 

Türkiyədə  tədqiqatlar aparılmışdır.  Xüsusilə,  Mehmet  Fuad  Köp- 

rülü  müxtəlif  tədqiqatlarında  tələbəsi  Ə.Cəfəıoğluya  istinad  et­

miş,  onun  folklorşünaslıq  fəaliyyətindən  bəhs etmişdir (128)

Bundan  başqa,  Nizaməddin  Onk  “Müseyib  Zəyəm”  (139) 

məqaləsində,  Əli  Heydər  Bayat  “Əli  bəy  Hüseynzadə”  (88),  Sə- 

bahəddin  Şimşir  “Azərbaycanlıların  Türkiyədə  siyasi  və  kültürəl 

fəaliyyətləri  (1920-1991)”  (153),  Əfqan  Vəliyev  “Azərbaycan 

siyasi  düşüncə  tarixi  və  Mirza  Bala  Məmmədzadə  (1898-1959)” 

(156),  Ufuk  Özcan  ”Yüz  il  dönəmində  Qərbçi  bir  aydm  Əhməd 

Ağaoğlu  və  rol  dəyişikliyi”  (140)  əsərlərində  ayrı-ayrı  siyasi 

şəxsiyyətlərin  yaradıcılığı  fonunda  folklorşünaslıq  fəaliyyətləri

6

haqqında da müəyyən qədər təhlillər aparmışlar.



Sovet  hakimiyyətinin  senzura  sisteminin  mühacirət  irsinin, 

o  cümlədən  folklorşünaslıq  fəaliyyətinin araşdırılmasına qoyduğu 

qadağalar  Azərbaycanda  uzun  illər  bu  irsin  tədqiqatdan  kənarda 

qalmasına  gətirib  çıxarmışdır  (14;  21).  Bununla  yanaşı  mühaci­

rətdə yaşamaq  məcburiyyətində qalan  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu, 

M.Ə.Rəsulzadə,  Ə.Cəfəroğlu,  C.Hacıbəyli  və  başqalarının  adlan 

sovet  mətbuatında  ara-sıra  səslənmişdir,  lakin,  təəssüf  ki,  bu 

məqalələr  çox  vaxt  oıilanıı  fəaliyyətinə  kölgə  salmaq  məqsədi 

daşımış,  qeyri-obyektiv,  sovet  senzurasının  tələbinə  müvafiq 

olaraq qərəzli tənqid ruhunda yazılmışdır (43; 44;  54).

XX əsrin 80-ci illərinin sonundan başlayaraq, Azərbaycanda 

mühacirət  irsinin  öyrənilməsi  istiqamətində  müəyyən  işlər  gö­

rülmüşdür.  Folklorşünas-alim  Əzizə  Cəfərzadə,  Mövsüm  Əliyev, 

Elçin,  Anar,  Abbas  Abdulla  qürbət  ellərdə  yaşayan  soydaşla- 

nmızın  taleyilə  bağlı  yazılarında  onların  yaradıcılığını  nəzərdən 

keçirmiş,  bəzi  hallarda  onların  folklorşünaslıq  fəaliyyətlərindən 

bəhs etmişlər.

Professor  Vilayət  Quliyev  Əhməd  Ağaoğlunun,  Əhməd 

Cəfəroğlunun,  Səməd  Ağaoğlunun  və  başqalarının  yaradıcılığını 

araşdırmış  (48;  49;  50),  onların  “Seçilmiş  əsərləri”ni 

nəşr 

etdirmişdir.  Ə.Cəfəroğlunun  “Seçilmiş  əsərləri”nə  yazılan  “Gən­



cədən  ...  bütün  türk  dünyasına”  adlı  “Ön  söz”də  onun  ədəbi- 

nəzəri  yaradıcılığı  fonunda  folklorşünaslıq  fəaliyyətilə  bağlı  qısa 

məlumat  verilmiş,  bundan  başqa,  “Azərbaycan  yurd  bilgisi”  dər- 

gisində nəşr edilmiş məqalələri  kitaba daxil  edilmişdir(25).

AMEA-nm  müxbir  üzvü,  professor Azad  Nəbıyevin  “Azər­

baycan  xalq  ədəbiyyatı”  fundamental  dərsliyinin  birinci  cildində 

mühacirət  folklorşünaslığı  və  onun  nümayəndələrindən  M.Ə.Rə­

sulzadə,  Ə.Cəfəroğlu,  C.Hacıbəylinin  fəaliyyəti  haqqında  icmal 

xarakterli məlumat verilmişdir (63,1 c,  s.94-99).

Filologiya  elmləri  doktoru,  professor  Vaqif  Sultanlının 

M.Ə.Rəsulzadənin  həyatı  və  ədəbi  fəaliyyətinə  həsr  olunmuş 

monoqrafiyasında  (65)  siyasi  liderin  çoxcəhətli  yaradıcılıq yolun­

7


dan,  o  cümlədən  folklorşünaslıq  fəaliyyətindən  bəhs  edilmişdir. 

Bundan  əlavə,  onun  “Azərbaycan  mühacirət  ədəbiyyatı”(66)  dərs 

vəsaitində  və  həmin  kitabın  Türkiyədə  işıq  üzü  görən  geniş­

ləndirilmiş  nəşrində  (149),  həmçinin  “Ömrün  nicat  sahili”  (67), 

“Ruhun ağrıları”  (150) əsərlərində vətənindən uzaqlarda yaşamaq 

zorunda  qalan  şəxsiyyətlərin  siyasi-kültüroloji  irsinin  təhlili  fo­

nunda folklorla bağlı tədqiqatlar da nəzərdən keçirilmişdir.

“Müasir  Azərbaycan  ədəbiyyatı”  dərsliyinin  ikinci  cildinə 

ayrıca daxil edilmiş  “Azərbaycan mühacirət ədəbiyyatı” (56,  II c., 

s.282-439)  fəslində  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə, 

Ə.Cəfəroğlu  və  digər  müəlliflərin  yaradıcılığı  fonunda  folklor­

şünaslıqla bağlı məqamlar da diqqətə çatdırılmışdır.

Filologiya  elmləri  doktoru  Abid  Tahirlinin  “Azərbaycan 

mühacirət  mətbuatı”(71)  əsəri  əsasən  publisistik  tədqiqat  oldu­

ğundan  folklorla  bağlı  məqamlar  qismən  öz  əksinin  tapsa  da, 

“Ceyhun  Hacıbəyli  folklor  tədqiqatçısı  kimi”  (72)  məqaləsi  isə 

birbaşa  mühacir  ziyalının  bu  sahədəki  fəaliyyətinin  aydınlaş­

dırılması  məqsədilə yazılmışdır.

Mirzə  Ənsərlinin  (Ləmbəli)  “Gəncəli  professor  Əhməd  Cə­

fəroğlu”  (28)  adlı  tədqiqatı  biblioqrafik  səciyyədə  tərtib  edilmiş, 

alimin folklorla bağlı əsərlərinin siyahısı  verilmişdir.

Tarix  elmləri  namizədi  Xaləddin  İbrahimlinin  “Azərbay­

canın  siyasi  mühacirəti”  əsərinin  (52)  son  fəslində  xalq  yaradı­

cılığının  siyasi  şəxsiyyətlərin  fəaliyyətindəki  önəmilə  bağlı  mə­

qamlara yer verilmişdir.

Professor Həsən  Quliyevin rus  dilində  nəşr  etdirdiyi  “Azər­

baycan  mühacirət  ədəbiyyatı”  (“Эмигрантская  литература 

Азербайджана”)  (161) monoqrafiyasında M.Ə.Rəsulzadə,  Ə.Hü­

seynzadə,  Ə.Ağaoğlu,  Banin,  Almas  İldırım,  C.Hacıbəylinin 

mühacirət  dövrü  yaradıcılıqlarından  yığcam  bəhs  edildiyindən 

onların  folklorşünaslıq  fəaliyyətinə  yer  ayrılmamış,  yalnız  “Qara­

bağın  dialekti  və  folkloru  (Qafqaz  Azərbaycanı)”  əsərinin  (C.Ha­

cıbəyli) adı  xatırlanmışdır.

Filologiya  elmləri  namizədi  Elşən  Əbülhəsənlinin  “Əhməd

8

Cəfəroğlunun  ədəbiyyatşünaslıq  irsi”  (26)  monoqrafiyasında  ali­



m in  folklorla  bağlı  tədqiqatlarının  az  bir  qismi  təhlilə  cəlb  edil­

mişdir.


Filologiya elmləri namizədi  Şəlalə  Həsənovanın “Mühacirət 

irsimizdən  səhifələr”  (36)  monoqrafiyasında  İstanbulda  nəşr  edi­

lən  “Azərbaycan  yurd  bilgisi”  dərgisindəki  tədqiqatların  təhlili 

zamanı  folklorla  bağlı  araşdırmalar  nəzərdən  keçirilsə  də,  ilkin 

mənbələrdən istifadə olunmadığından müəyyən  xətalara yol  veril­

mişdir.


Filologiya  elmləri  namizədi  Gülağa  Hüseynovun  “Əhməd 

Cəfəroğlunun  folklorşünaslıq  irsi”  (38)  adlı  dissertasiya  işində 

mühacir  alimin  xalq  ədəbiyyatı  ilə  bağlı  bir  sıra  tədqiqatları 

nəzərdən  keçirilmiş,  topladığı  materiallardan  müəyyyən  qədər 

bəhs olunmuşdur.

Sənətşünaslıq  namizədi  Mübariz  Süleymanlının  “Mirzə  Ba­

la  Məhəmmədzadənin  “Qurtuluş”  məcmuəsindəki  yazıları  haq­

qında”  (68),  “Əhməd  Ağaoğlunun  ilk  elmi  əsəri:  “Şiə  dinində 

məzdəki  inancları”,  (69)  “Əhməd  Ağaoğlunun  “İslama  görə  və 

islamiyyətdə  qadın”  əsərinə  elmi-tənqidi  yanaşmalar”  (70)  adlı 

tədqiqatlarında  ayn-ayrı  şəxsiyyətlərin  ədəbi-kültüroloji  irsinin 

təhlili  fonunda onların  xalq  ədəbiyyatına  olan  münasibətlərinə  də 

toxunulmuşdur.

Fəridə  Hicran (Vəliyeva)  adlı  müəllifin  “Azərbaycan  müha­

cirət folklorşünaslığı” (37) monoqrafiyası  olduqca zəngin  bir irsin 

tədqiqinə  həsr  edilsə  də,  mövzu  tam  şəkildə  əhatə  olunmamış, 

çoxlu  kobud  səhvlərə  və  xətalara  yol  verilmişdir.  Bircə  faktı  de­

mək  kifayətdir  ki,  aşıq  sənətinin  tədqiqi  və  təbliğilə  bağlı  mü­

hacirət  folklorşünaslığının  fəaliyyəti  haqqında  həmin  kitabda  heç 

bır məlumat verilməmişdir.

Bütün  bu  tədqiqatlara  baxmayaraq,  mühacirət  folklorşünas­

lığının aşıq  sənətilə bağlı  araşdırmaları  indiyədək  ayrıca təhlil  ob­

yektinə  çevrilməmişdir.  Halbuki  mühacirətdə  bu  sahədə  aparılan 

araşdırmalar  özünəməxsusluğu  və  siyasi  qadağalardan  uzaq  bir 

mühitdə  yarandığından  obyektivliyi  ilə  seçilməkdədir.  “Aşıq  ya­

9


radıcılığı  mühacirət  folklorşünaslığında”  əsəri  həmin  tədqiqat­

ların təhlili məqsədilə yazılmışdır.

Monoqrafiyada  həm  ustad,  həm  də  sovet  senzurası  üçün 

“arzuolunmaz”  mövzulardan  bəhs  edən  aşıqların  yaradıcılığı  ilə 

bağlı  təhlillər  aparılmışdır.  Bundan  əlavə,  vətənindən  didərgin 

düşən  mühacir  aşıqlann  həyat  və  yaradıcılığı  araşdırılmış,  bu 

qədim  sənətin  digər  xalqların  mədəniyyətinə  təsirilə  bağlı  aparı­

lan tədqiqatlar nəzərdən keçirilmişdir.

Qeyd  etmək  lazımdır  ki,  mühacirətdə  aşıqlarla  bağlı  apa­

rılan  tədqiqatlar  çox  zəngin  və  əhatəlidir.  Bu,  belə  bir  qənaətə 

gəlməyə  imkan verir ki,  haqqında mühacirətdə  tədqiqat  aparılmış 

hər  bir  aşığın  yaradıcılığı  bundan  sonra  da  dəfələrlə  araşdırma 

mövzusu olacaqdır.

Hər  zaman  olduğu  kimi,  bu  tədqiqatın  da  yaranmasında 

dəyərli  məsələhətlərilə  təmənnasız  olaraq  mənə  yol  göstərən 

xeyirxah  müəllimim,  AMEA-mn  müxbir üzvü,  filologiya  elmləri 

doktoru, professor Azad Nəbiyevə təşəkkürümü bildirirəm.

10

I  FƏSİL



AZƏRBAYCAN  MÜHACİRƏT FOLKLORŞÜNASLIĞINI 

ŞƏRTLƏNDİRƏN İCTİMAİ-SİYASİ VƏ ƏDƏBİ- 

KÜLTÜROLOJİ AMİLLƏR

Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu  və  sovet-rus 

qoşunlarının  torpaqlarımızda  ağalıq  etməyə  başlaması  yalnız 

yeraltı  və  yerüstü  sərvətlərin  talanmasma  imkan  yaratmadı,  eyni 

zamanda milli  mədəni  abidələrin,  tarixi  əski  zamanlara  söykənən 

qədim  əlyazmaların,  maddi  sübutların  məhvi  ilə  yanaşı,  xalqın 

əsrlər  boyu  yaratdığı  söz  sənətinin  də  inkişafının  qarşısını  aldı, 

həmçinin  onların  yaddaşlardan  silinməsi,  türk  kültürünün  ya- 

bançılaşdırılması  üçün ağlagəlməz  fəaliyyətlər meydana çıxdı.  Bu 

qeyri-insani  siyasətə  sosialist  ölkəsində  yaşayan  ziyalılar  etiraz 

etdikdə  müxtəlif yollarla  susdurulmağa  başlandı;  kimi  güllələrlə, 

kimi uzaq  Sibirin  “buzlu  cəhonnərri’ində...

Bu  sosialist  siyasəti  təkcə  Azərbaycanda  deyil,  sovet  əsarə­

tinə  düşən  bütün,  hətta  əhalisi  slavyanmənşəli  olan  respublika­

larda  yürüdülürdü  və  türkoloqlar tərəfindən  imkan  düşdükcə  tən­

qid  edilirdi.  Ukraynanın  Çemiqov  vilayətində  dünyaya  gələn, 

Ukrayna  Maarif  Qurumunun  rəhbərliyinə  qədər  yüksələn,  lakin 

sovet  siyasətinə  boyun  əymədiyi  üçün  illərlə  əsir  düşərgələrimin 

işgəncələr  altında  saxlanan,  çox  böyük  çətinliklərdən  sonra  Ame­

rikanın  Virciniya  ştatının  Raymond  şəhərinə  mühacirət  etməyə 

məcbur qalan məşhur türkoloq  Vasili  Vasiloviç  Dubrovski  (1897- 

1966) özünün  1955-cı  ildə  Münhendə  Sovetlər Birliyini  Öyrənmə 

institutu  tərəfindən  nəşr olunan  “Dərgi”dəki  “Ukrayna  şərqşünas­

lığının  təşkili  və  dağıdılması”  adlı  məqaləsində  bu  barədə  yazır: 

“ ...  əski  təcavüzkarlığın  yeni  sovet  kommunist  imperializmi 

şəklində  xortlaması  türklər  haqqında  obyektiv  elmi  tədqiqat 

fəaliyyəti  üzərində  öldürücü  bir təsir  icra  etdi;  alimlər,  təəssüf ki,


tamamilə  kommunist  siyasətinin  və  ideologiyasının  əmrinə  itaət 

etmək  zorunda  qaldılar.  Kommunist  partiyasının  elm  üzərindəki 

bu  təhkimçiliyi  onun  süqutuna,  obyektivliyini  qeyb  etməsinə  və 

keçən əsrin batil  fikirlərinə dönməsinə yol  açdı”(l 16,  s.  24).

Bu  sətirlərin  müəllifi  bir  türk  deyil,  dürüstlüyünü  itirmə­

diyi  üçün  böyük  əzablara  məruz  qalan,  lakin  təmiz  vicdanını 

qoruyaraq  həqiqəti,  yalnız  həqiqəti  etiraf  etməkdə  israrlı  olan 

əslən  slavyan,  yəni  bir  ukraynalı  alim  -  türkoloqdur.  Dubrov- 

skinin  də  yazdığı  kimi,  sovet  siyasəti,  xüsusən  türkdilli  xalqlar 

üçün  heç  də  çarizmin  yeritdiyi  müstəmləkəçilikdən  fərqlənmirdi 

və bu isə bütün elm sahələrində daha çox özünü göstəmıəkdə idi.

Sovet  ideologiyasının  yanlış  münasibəti  ilə  xalq  ədəbiy­

yatının  tədqiqinin  qarşısı  alınmaqla  yanaşı,  bəzən  saxtalaşdı- 

rılaraq  təbliğ  olunurdu  ki,  bu  da  mühacirətdə  ciddi  şəkildə  eti­

razla  qarşılanırdı.  SSRI-dəki  xalqlar  üçün  XX  əsrin  dəhşətli  30- 

cu  illərində  Almaniyada  M.Ə.Rəsulzadənin  redaktorluğu  ilə  nəşr 

olunan  “Qurtuluş”  (1934-1939-ci  illərdə  Berlində  “İnsanlara 

hürriyyət, millətlərə istiqlal”  şüarı  ilə “Azərbaycan  Milli  Qurtuluş 

Hərəkatının orqanı” adı  altında 49-50 sayı  çıxan dərginiıı  sorumlu 

müdiri  Hilal  Münşi  olmuşdur  -   Л.Н.)  dərgisinin  35-ci  sayında 

dərc  edilən  belə  etirazlardan  biri  -   Hilal  Münşinin  “Alman  mət­

buatında  Azərbaycan”  adlı  məqaləsi  xüsusilə  maraq  doğurur. 

1937-ci  ildə  baş  verən  hadisələrlə  bağlı  Almaniya  mətbuatında 

gedən  yazıları  xülasə  edən  Hilal  Münşi  (Əslən  Şuşadan  olan 

Münşizadə  Hilal  Mirzəhüseyn  oğlu  Azərbaycan  Xalq  Cüm­

huriyyəti  tərəfindən  təhsil  almaq  üçün  Almaniyaya  göndərilmiş, 

onun  süqutundan  sonra  orada  qalmış,  Azərbaycan  legionunun 

rəhbəri  olmuşdur)  məqaləsində  ilk  cümlədən  başlayaraq,  Azər­

baycandakı  ağır  yaşam  şərtlərini  təsvir  etmişdir:  “Azərbaycanda 

aylardan  bəri  cərəyan  edən  yeni  sovet  vəhşət  və  dəhşətləri 

Moskva  cəlladları  tərəfindən  məmləkətimizin  bütün  münəvvər 

kütləsi  əleyhinə  yürüdülən  yeni  məhvetmə  siyasəti  şair,  mühərrir, 

müəllim, yüksək məktəb professoru və tələbəsi, hətta orta məktəb

12

şagirdlərinə  qarşı  başlanan  müdhiş  mücadilə  alman  mətbuat 



orqanlarını ötədən bəri məşğul etməkdədir” (138,  s. 20).

Bütün  elm  sahələri  haqqında  ətraflı  məlumatların  verildiyi 

və  bu  gün  də  həmin  situasiyanı  dəyərləndirmək  baxımından  ak­

tuallığını qoruyan həmin məqalənin  xalq  ədəbiyyatı  ilə bağlı  olan 

hissələri 

xüsusilə 

diqqətəlayiqdir. 

Almaniyanın  “A ngriff’ 

qəzetindəki  “Stalini  kim  tərənnüm  edir?”  başlıqlı  məqalə  isə 

dövrün  mənzərəsini  canlandınnaq  üçün  ən  yaxşı  mənbə  hesab 

edilə  bilər.  Hilal  Münşi  həmin  məqalə  haqqında  yazır:  “Azər­

baycanın  məhv  edilməsini  ört-bas  etmək  və  bu  məqsədlə  xalqın 

gözünü  boyamaq  üçün  bir  sıra  komediyalar  oynamaq  istəyən 

Moskvanın bu  oyunlarına  xüsusi  bir yazı  həsr  edən  digər məşhur 

alman  orqanı  “A ngriff’  qəzeti  “Stalini  kim  tərənnüm  edir?”  (№ 

223)  1937-ci  il  sentyabr  tarixli  nüsxəsində  Moskvanın  Azər­

baycan  maskalarını  bu  surətlə  açmaqdadır:  “Xalq  ədəbiyyatının 

nə  olduğu  haqqında  Herderin  məşhur  tərifindən  sonra  artıq 'bu 

xüsusda  kimsənin  heç  bir  şübhəsi  qalmamışdır.  Sadəcə,  sovet 

adamlarıdır  ki,  Herderdən  (H.Münşi  xüsusi  çıxarışda:  “Herder  -  

məşhur  alman  filosofu,  şairi  və  xalq  ədəbiyyatı  müdəqqiqlərin- 

dəndir”  şəklində  əlavə  məlumat  verm işdir-/!/?.)  daha  ağıllı 

olduqlarına  inanmışdırlar.  Və  bu  səbəblə  olacaq  ki,  onlar  da  öz 

metodlan  ilə “xalqın  səsi”ni bir araya toplayırlar”) 138,  s.  20-21).

Elə  ilk  cümlələrdən  başlanaraq,  Hilal  Münşinin  əsarətdə 

əzab  çəkən  vətənində  Moskvanın  apardığı  siyasətə  qarşı  qəzəbi 

görünməkdədir.  Lakin  burada  diqqəti  cəlb  edən  digər  məqam 

alman  qəzetinin  bu  vəziyyətə  kəskin  münasibəti  və  xalqların 

mənəvi  sərvətlərinə  sovet  siyasətinin  qeyri-obyektiv  münasibə­

tinin ironiya ilə təsviridir.

Məqalədən görünür ki,  Moskvanın  Tarix  İnstitutu  ayrıca bir 

komissiya  təşkil  etmiş  və  onun  heyətinə:  “çalışan  bəşəriyyətin 

Lenin  və  Stalin  kimi  böyük  simaları  ilə  Stalinin  yeni  Konsti­

tusiyası  haqqında  vücuda  gəlmiş  olan  xalq  ədəbiyyat  və  xalq 

mahnılarına  dair  materiallar  toplamağı”  tapşırılmışdır  (138,  s. 

21

).



13

Qeyd  edək  ki,  alman  qəzeti  gülünc  görünən  bu  sifarişi  elə 

dırnaq  içərisində  səhifəsinə  yerləşdirmişdir.  Bu  məqalə  həmin 

müdhiş  dövrün  -1937-ci  ilin  ab-havasmı  və  xalq  ədəbiyyatına 

münasibəti  təsəvvür  etmək  baxımından  böyük  əhəmiyyət  kəsb 

edir.  Lakin  qəzetin  məqaləsi  ilə  yanaşı  H.Münşinin  şərhləri  bu­

rada  əks  olunur  və  Azərbaycanın  bütün  maddi,  mənəvi  sərvətləri 

talan  edildiyindən  onun  qəzəbi  aşıb-daşır:  “Bu  komissiya  isə 

durub-durub,  ilk  öncə,  -   taleyin  işinə  bax,  -   doğru  Azərbaycana 

getmişdir.  Həm  də  elə  bir  Azərbaycana  ki,  Moskvadakı  kültür 

qoruyucuları  burada  türk  və  İran  hakimiyyəti  dövründən  qalmış 

olan  dəyərli  memarlıq  abidə  və  əsərləri  tam  bir  xarabazara 

çevirmişdirlər” (138, s.  21).

Bütün  sovet  ölkələrində,  xüsusən  Azərbaycanda  insanların, 

tarixi  abidələrin,  milli  sərvətin  repressiyaya  uğradığı,  dəhşətli 

1937-ci  ildə  qəddar  Stalini  tərənnüm  edən  xalq  ədəbiyyatının 

toplanması  məqsədilə  ekspedisiya  təşkil  olunması,  təbii  olaraq, 

mühacirətdə  əks-səda  doğururdu,  kəskin  etirazlarla  qarşılanırdı. 

Alman  qəzeti  də  bu  qəribə  ekspedisiyanın  nəyi  topladığını,  hansı 

“xalq  ədəbiyyatf’ndan  bəhs  etdiyini  araşdırmağa  çalışır  və  çox 

maraqlı,  maraqlı  olduğu  qədər  düşündürücü  şərhlər  verir:  “Yəni 

bu heyət bilmək  istəyir  ki,  əcəba  milli  bir həssaslıqla  Moskvanın 

qanlı  rejiminə  qarşı  dərin  bir  intiqam  hissi  bəsləyən  Azərbaycan 

türkü bu zalım rejimdən başqa və daha gözəl  bir şeyi də tərənnüm 

edirmi?” (138,  s.  21).

Qəzetin  özü  verdiyi  bu  ritorik  suala  elə  özünün  cavabı  da 

xalq  ədəbiyyatına  sovet  münasibətinin  nə  qədər  gülünclüyünü 

göstərməkdədir:  “Bizcə,  Moskvanın  kültür  komissarları,  xüsu­

sən  Azərbaycanda  “yeni  Əsas  Konstitusiyanın”  “hürriyyət”  və 

“müqəddəratım  təyin  etmə  haqqı”  kimi  maddələrinə  dair  çox  gö­

zəl  şərqilər  eşidə  bilərlər.  Lakin  bu  şərqilərin  nəşəli  nəqəratı  isə 

daim bu tərzdə tərənnüm  olunacaqdır:

“Kağız  üzərində, 

kağız üzərində,

Nə gözəldir bu,  tirallala...”

14

Göründüyü  kimi,  xalq  ədəbiyyatına  olan  bu  qeyri-peşəkar 



münasibət  alman mətbuatı  tərəfindən  də  acı  gülüşlə şərh  edilmiş­

dir.  H.Münşi  şeirin almanca mətnini  də çıxarışda:  “Eynilə:

A uf dem Papier, auf dem Papier,

Wie  wundaschön, tirallala..., -

şəklindədir”  (138,  s.21),  oxucusuna  çatdırmışdır  ki,  bu  da  onun 

qəzetdəki  məqalənin  xülasəsini,  dəyişiklik  etmədən,  olduğu  kimi 

verdiyini  göstənnəkdədir.  Qəzet  bununla  kifayətlənməmiş,  isteh­

za  ilə:  “Əcəba,  belə  bir xalq  ədəbiyyatı  Moskva  arxivlərinə  yara- 

şacaqmı?” -  sualını  ünvanlamışdır.

Hilal  Münşi  bu  məqalənin  həm  öz  dövrü,  həm  də  gələcək 

nəsillər  üçün  böyük  əhəmiyyətini  nəzərə  alırdı,  eyni  zamanda 

qəzetin  istehzasını  dərk  edərək,  əsarətdəki  vətəninin  insanlarını 

mücadiləyə  qalxmağa  ruhlandırmaq  niyyətilə  həqiqətin  açıqlan­

masına çalışırdı:  “Qəzet,  ...  mükəmməl  bir xalq  ədəbiyyatı  yarada 

bilənlərin  isə  Şimal  dənizi  kanalı  ilə  Ural  dağlarında  çalışdırılan 

yüz  minlərcə  kölələr  arasında  buluna  bildiyini  qeyd  etdikdən 

sonra,  Azərbaycana göndərilən komissiyaya təklif verərək  sözünü 

belə  bitirir:  “Bax,  bax,  Kremldəki  babacıq  (eynilə  batyuşka)  xalq 

tərəfindən  oxşanmaq  və  tərənnüm  olunmağa  susamışdır.  Stalini 

içinə  alan  şeirlərin  və  şərqilərin  yoxluğuna  şübhə  etmirik.  Fəqət 

buna  da  şübhə  etmirik  ki,  belə  bir  şərqinin  söyləndiyi  bir 

cəmiyyətdə  mütləq  QPU  (həmin  dövrdə  Milli  Təhlükəsizlik 

Nazirliyi  belə  adlanırdı 

-  A.H.)  inkivizitoru  (cəlladı)  xalq 

nəğmələri  komissarıyam  deyə  özünü  təqdim  edəcəkdir.  Və  xüsu­

sən  şərqi  Stalini  istədiyi  şərqi  şəklində  çıxa  bilməzsə!. ...”  (138,  s. 

21

).

Avropanın  nüfuzlu  bir  ölkəsi  olan  Almaniyada  belə  bir 



məqalənin  nəşri  çox  düşündürücü  mahiyyətdədir.  Sərhədlərinin 

xarici  dövlətlərin  üzünə  sıx  qapanmasına  baxmayaraq,  SSRİ-də

15


baş  verən  bütün  olaylar  dünyada  böyük  bir  üzüntü,  təəccüb  və 

bəzən isə, yuxanda göründüyü kimi, istehza ilə qarşılanırdı.

Sovet  sistemində,  senzura  basqısı  altında  bütün  dönəmlər­

də,  hətta  Stalin rejiminin  iflas  etdiyi,  nisbətən  “yumşalma”,  “dur­

ğunluq”  kimi  səciyyələnən  illərdə  belə  ziyalıların  həqiqəti  yaz­

mağının,  doğru olam təbliğ etməyinin  qarşısı  cidd-cəhdlə  alınırdı. 

Əhməd  Cəfəroğlunun  “Seçilmiş  əsərləri”nə  yazdığı  “Filoloji  irsi­

mizin daha bir abidəsi” adlı  “Ön söz”də professor Kamal  Abdulla 

bir  faktı  xatırlayır:  “ 1975-ci  ildə  müdafiə  etdiyim  namizədlik 

dissertasiyasında  “Kitabi-Dədə  Qorqud”un  tədqiqatçılan  sırasın­

da türkiyəli professor Əhməd Cəfəroğlunun adını  çəkmiş və möv­

zu  ilə  bağlı  araşdırmalarından  birindən  sitat  gətirmişdim.  Bir 

müddət  sonra o  vaxtlar  daha çox  VAK  adı  ilə  tanınan  SSRİ  ALİ 

Attestasiya  Komissiyasından  məni  çağıraraq  bu  alimə  istinadın 

yolverilməz,  hətta “siyasi  səhv” olduğunu bildirdilər və  həmin si­

tatı  əsərdən  çıxarmağımı  tələb  etdilər.  Səbəbi  ilə  maraqlananda 

Cəfəroğlunun  adının  “antisovet  təbliğatı  ilə  məşğul  olan  siyasi 

mühacirlər” sırasına daxil  olunduğunu diqqətimə  çatdırdılar” (25, 

s.3).

Sovet  sosialist  sisteminin  xalqlara  qarşı  müstəmləkəçi 



münasibətini  ilk  günlərdən  dərk  edən,  dərindən  anlayan,  siyasi 

səbəblər  üzündən  vətənindən  didərgin  düşərək  ömrünü  qürbət 

ellərdə  sürməyə  məhkum  olunmuş  Azərbaycan  ziyalıları  -   Əli 

bəy  Hüseynzadə  (1864-1940),  Əhməd  boy  Ağaoğlu  (1869-1939), 

Məhəmməd  Əmin  Rəsulzadə  (1884-1955),  Ceyhun  Hacıbəyli 

(1891-1962),  Mirzə  Bala  Məmmədzadə  (1898-1959),  Əhməd 

Cəfəroğlu  (1899-1975),  Məmməd  Sadıq  Aran  (Sənan)  (1895- 

1971),  Nağı  Şeyxzamanlı( 1883-1967),  Əbdülvahab  Yurdsevər 

(1898-1976),  Hüseyn  Baykara  (1904-1984),  Əli  Volkan  (1897- 

1981)  və  başqaları  xalqının  zəngin  yaradıcılıq  nümunələrindən 

həm  öz  böyük  amallarının  təbliği  məqsədilə  istifadə  etmiş,  həm 

də  el  ədəbiyyatının  qorunması,  gələcək  nəsillərə  təhrif  olunma­

dan,  düzgün  çatdırılması,  eyni  zamanda  dünyada  tanınması  üçün 

onların  toplanması,  nəşri  ilə  bağlı  böyük  işlər  görmüşlər.  Mü­

16

hacirətdə  vətən  həsrəti  ilə  məşəqqətlərə  məruz  qalsalar  da,  sovet 



senzurasından  uzaqlarda,  kommunizm  basqısı  olmadan  təhlü­

kəsiz  bir  şəraitdə  aparılan  bu  tədqiqatlar  öz  obyektivliyi  ilə  diq­

qəti cəlb etməkdədir.

İlk  növbədə  mühacirət  mətbuatı  sovet  Azərbaycanında  baş 

verən  ədəbi  hadisələrə  ciddi  şəkildə  münasibət  bildirməyə  baş­

ladı.  Keçən  əsrin  iyirminci  illərindən  “Yeni  Qafqazya”  (1923, 

İstanbul),  “Azəri  türk”  (1928,  İstanbul),  “Odlu  yurd”  (1929, 

İstanbul),  “Bildiriş”  (1930,  İstanbul),  “Azərbaycan  yurd  bilgisi” 

(1932,  İstanbul),  “İstiqlal”  (1934,  Berlin),  “Qurtuluş”  (1934, 

Berlin),  daha  sonralar  isə  “Ana  dili”,  “Bayquş”,  “Azər”, 

“Savalan”,  “Yol”  (Almaniya),  “Səhənd”,  “Duma”,  “Tribun”, 

“Araz”  (İsveç),  “Odlar  ölkəsi”,  “Aydınlıq”  (Böyük  Britaniya), 

“Xudafərin”  (Polşa),  “Dədə  Qorqud”  (İspaniya)  və  başqaları 

xalqımızın  milli  mənəvi  sərvətlərinin  təbliği  ilə  bağlı  mühüm  iş­

lər görmüşlər.

Məlumdur ki,  28  aprel  1920-ci  il  tarixindən,  yəni  Azərbay­

can  Xalq  Cümhuriyyətinin  süqutundan  sonra  siyasi  fəaliyyətləri 

üzündən  dünyanın  müxtəlif ölkələrinə  üz  tutmağa  məcbur  qalan 

mühacirlərin  ən  çox  məskunlaşdığı  məkan,  təbii  ki,  qardaş  Tür­

kiyə oldu.  1922-ci ildə əvvəl  Avropaya,  sonra isə Türkiyəyə gələn 

M.Ə.Rəsulzadə  1923-cü  il  23  sentyabrda  “Yeni  Qafqazya”  adlı 

dərgi  nəşr  etdirməyə  başladı,  beləliklə,  mühacirət  mətbuatının 

əsası  qoyuldu  və  onun  məramı,  məqsədi  belə  bildirilirdi:  “Yeni 

Qafqaziya”  bilxassə  rus  imperator!uğuna  qarşı  miicadilə  edir.  O, 

çarizmi  olduğu  qədər  bolşevizmi  do  türk  dünyası  üçün  ziyanlı 

və Qafqaza düşmən görür” (133,  s. 172).

Mühacirətdə  mətbuatın  nəşri  çox  böyük  bir  hadisə  idi  və 

Azərbaycan  ziyalıları  artıq  vətəndən  uzaqlarda  da  onun  hürriyyət 

davasım,  istiqlal  mübarizəsinin  davamı  üçün  bir  vasitə  əldə 

etmişdilər.  Nəzərə  almaq  lazımdır  ki,  “Yeni  Qafqaziya”  yalnız 

azərbaycanlıların  deyil,  bütün  rus  əsiri  türklərin  xaricdə  çıxar­

dıqları  ilk məcmuə  idi.  Daxildə  və  xaricdə  böyük  və  dərin təsirlər 

yapan  və  Sovet  hökumətinin  rəsməıı  pıotestoya  icbar edən”  (133,

17


s. 172)  bu  dərginin  səhifələrində  folklorla  bağlı  materiallara  yer 

ayırılır,  hətta  öz  siyasi  baxışlarının  daha  aydın  ifadəsi  məqsədilə 

xalq  ədəbiyyatı  örnəklərindən  istifadə  olunurdu.  Məhz  elə  bu 

səbəbdəndir ki,  dərginin  ilk,  daha  doğrusu,  proqram  məqaləsində 

siyasi  vəziyyətin  şərhi  zamanı  qədim  yunan  əsatirinə  müraciət 

edilmiş  və  o,  “Atəş  çalan  Prometey”  (“Od  oğurlayan  Prometey”) 

adlandırılmışdır.

Müəllif  odu  Allahlardan  oğurlayaraq  insanlara  gətirən  və 

bunun  müqabilində  Zevs  tərəfindən  əzablara  məhkum  olunan 

Prometeydən  istifadə  edərək,  öz  istiqlal  savaşının  elə  dəqiq  ifa­

dəsini  vermişdi  ki,  dərhal  sovet  Azərbaycanında  ciddi  müqavi­

mətlə  qarşılanmışdı.  Bu  barədə  Mirzə  Bala  Məmmədzadə  “Milli 

Azərbaycan hərəkatı” əsərində yazır:  “Yeni  Qafqaziya” belə milli 

bir imanla işə başlayaraq, Azərbaycan,  Qafqaziya və əsir türklərin 

milli  istiqlal  davasını  tanıtmağa  girişmiş  və  Türkiyə  əfkari- 

ümumiyyəsini  hazırlamağa  başlamışdı.  “Yeni  Qafqaziya”mn  bu 

sarih  və  açıq  proqramı  üzərinə  müvəffəqiyyətlə  davam  edən 

nəşriyyatı  bolşevikləri  çıldırtırdı  (dəliyə  döndərirdi  -  А.II.)

.. .Moskva buna təhəmmül  edə bilmirdi” (133,  s.  174-175).

Sovetlər  Birliyi  hətta  xaricdə  -  qərib  ölkələrdə  də  azadlıq 

mücahidlərinə təzyiq etməkdən  çəkinmirdi.

Ümumiyyətlə,  mühacirətdə  yaşayan  və  Azərbaycanın  istiq­

lalına  qovuşması  üçün  çalışan  ziyalıların  əsas  mübarizəsi  yalnız 

öz  ana  torpaqlarının  azad  edilməsi  ilə  məhdudlaşmırdı,  həm  də 

bütün  Qafqazın  (hətta  dünyadakı  əsarətdə  olan  digər  xalqların) 

köləlik  zəncirindən  xilası,  millətlərin  hürriyyəti  uğrunda  hər 

vasitə  ilə  davam  etdirilirdi.  Bunu  “Yeni  Qafqaziya”nın 

ilk  sa- 

ymdaca  görmək  mümkündür.  Belə  ki,  orada  nəşr  edilən  “Atəş 

çalan  Prometey”  məqaləsinin  müəllifi  məşhur  yunan  əsatirinə 

söykənərək,  ondan  xalqının  heç  vaxt  əsarətə  razılaşmayacağmı 

göstərmək  və  millətinin  istiqlal  arzularını,  mübarizlik  ruhunu, 

azadlıq  duyğularını  alovlandırmaq  üçün  istifadə  etmişdir. 

M.Ə.Rəsulzadə məqaləsində əsatir haqqında qısa arayış vermişdir 

“Məlum  olduğu  kimi,  Prometey  əsatiri  bir  Allahdır.  Atəşi

18

səmalardan  oğurlayaraq  insanlara  gətirdiyi  üçün  Zevs  tərəfindən 



Qafqaz  dağlarında  zəncirbənd  olmuş  və  siyah  bir  qartal  onu 

didmək  üçün  müvəkkil  olmuşdur.  Bu  qartal  hər  gün  zavallının 

köksünü  dələrək  ürəyini  parçalayırsa  da,  Prometey  təkrar  özü 

afiyət edir və təkrar parçalanır” (133, s. 173)

Nəzərə  almaq  lazımdır  ki,  mühacirətdəki  folklorşünaslar 

tədqiqat aparanda da,  örnəklər verəndə  də bu prinsipi  həmişə  diq­

qətdə  saxlamışlar.  Doğrudan  da,  “Atəş  çalan  Prometey”  məqa­

ləsində müəllifin fikirləri buna aşkar sübut ola bilər:  “Atəş oğrusu 

bu  üsyankar,  ilahi  atəş  yurdu  Azərbaycana  nazir bulunan  Qafqaz 

dağlarında  deyil,  başqa  bir  yanda  zəncirbənd  edilmiş  olsaydı, 

əsatir onu tapıb təkrar buraya gətirməliydi.  Çünki  Qafqaz  tarixini, 

son  əsrdəki  əhvalını  və  bilxassə  indiki  vəziyyətini  təsvir  etmək 

üçün  bundan  daha  münasib  bir  rəmz  (simvol)  tapılmaz”  (133, 

s. 173).


Bu  sözlərdən  də  aşkar  görünür ki,  M.Ə.Rəsulzadə  öz  siyasi 

baxışlarını  daha  aydın  ifadə  etmək  üçün  bu  qədim  əsatirdən 

yararlanmışdır.  Müəllif  Odlar  yurdu  adlanan  gözəl  vətəninin 

başına  gələn  bəlaları,  xalqının  iztirablarının  ifadəsi  üçün  mü­

kəmməl  bir  vasitəyə  əl  atmışdır.  Bu  torpaqlardan  bəşəriyyətə 

müqəddəs atəşin  bəxş olunduğunu bildirən Məhəmməd Omiıı bəy 

bu  nəcib  əməlinin,  cəsarətinin  hələ  də  cəzasını  çəkən  Prometeyə 

yalnız  məşəqqət  deyil,  eyni  zamanda  əbədilik  gətirdiyini  xatır­

latmaqla yanaşı,  həm  də  neft  diyarı  məmləkətinin  dünyaya  bağış­

ladığı  işığa,  atəşə  görə  hər  zaman  öz  varlığını  əzablar  içərisində 

qoruma  məcburiyyətində  qalmasına  işarə  etmişdir:  “Bəhri  Xəzər 

sahilində  başlayan  ilk  mənzərə  qüvvətli  bir aydınlıq  təşkil  edirdi. 

Bu  səmalara  doğru  yüksələn  bir  atəş  idi.  Azərbaycan  isminin 

müəmmasını  təşkil  edən  atəş.  O  atəş  ki,  bəşər  mədəniyyətinə  ilk 

əvvəl  onun  yandırdığı  ocaq  başında  təəssüs  edilmiş,  o  atəşi 

müqəddəs  ki,  Prometey  onu  oğurlayıb  yer  üzünə  gətirdiyi  üçün 

hələ də  əzab çəkməkdə,  cəsarət və üsyanın  cəzasını  görməkdədir” 

(133,  s. 172)

19


Məqalədə  xalqının  məğlubedilməz  Prometeylə  müqayisəsi 

ilə  yanaşı,  azadlığını,  istiqlalını  əlindən  alanlara,  köksünü  didib 

parçalayanlara,  yəni  torpaqlarının  sərvətini  sümürənlərə müəllifin 

dərin  nifrəti  aşkar  sezilməkdədir,  onun  köləliyə  etiraz  səsi  ucal­

maqda davam  edir və müəllifin hədəfi  aydındır:  “Prometeyi didən 

xunxar quş  qartal  idi.  Bir əsrdən bəri  Qafqazın  köksünü didən və 

ciyərini  parçalayan  Rusiya  imperializminin  gerbi  də  bir  qartal 

deyildimi?!..Prometey təkrar parçalanır,  təkrar  afiyət  kəsb  edirdi. 

Qafqaz  qövmləri  də  zaman-zaman  hərəkətə  gəlir,  müqavimət 

göstərir, təkrar ikibaşlı rus qartalına zəbun olurdu” (133,  s.  173).

Rusiyanı  Prometeyin  köksünü  parçalamaqda  olan  qartala 

bənzətməklə  müəllif,  bir  tərəfdən,  düşmənin  çox  çətin,  güclü  və 

qaniçən  olduğuna  diqqəti  yönəldirsə,  digər  tərəfdən,  qəhrəmanı­

nın  dönməzliyini,  qürurunu,  əzablara,  sözün  həqiqi  mənasında, 

sinə  gərməsini  xatırlatmaqla xalqının  da  mütləq  mübarizəyə  qal­

xacağına,  istiqlalına  yenidən  qovuşacağına  olan  ümidlərinə  işarə 

etməkdədir.

Məqalədə  yalançı  “xeyirxahlıq”,  “bərabərlik”,  “humanizm” 

pərdəsinə  bürünən,  əslində  Azərbaycanda  ağalıq  edən  isə  öz  adı 

ilə  çağırılırdı:  “Bu günkü Qafqaz  “Qartal” Rusiyasının  deyilsə də, 

“Oraq”  Rusiyasmındır.  Fəqət  qafqazlıların  deyildir.  Azərbaycan, 

Dağıstan,  Gürcüstan  millətlərinin  vücudu  qara  imperializmi  təm­

sil  edən  qartal  caynaqları  ilə  deyil,  qızıl  imperializminin  əla­

mətini  təşkil  edən  çəkiclə  əzilir və  oraq  ilə biçilirsə,  bundan Yeni 

Qafqaz adma nə hasil  olur?!” (133,  s. 173).

Beləliklə,  müəllif  sovet  bayrağmdakı  sözdə  “fəhlə-kəndli 

hökumətini”  simvollaşdıran  oraq-çəkicin  əsl  mahiyyətini  açıb 

göstərə bilmişdir və bu məqsədinə məhz məşhur folklor örnəyinin 

-  bir  əsatirin  köməyi  ilə  nail  olmuşdur,  onun  yunan  ədəbiyyatına 

müraciət  etməsi  də  düşündürücüdür.  Məqsədinə  çatmaq  naminə 

müəllifin  dünya  xalqları  arasında  geniş  yayılmış,  demək  olar  ki, 

hər kəsə tanış  olan bir əsatirə müraciəti  təbiidir.  Beləliklə, müəllif 

az  sözlə  daha  böyük  məna  ifadə  edə  bilmiş,  oxucusuna  necə 

böyük  təsir  göstərmişdir  ki,  həmin  məqalədən  sonra  sovet  senzu­

20

ra  sistemi  fəaliyyətə  keçərək,  müxtəlif  yollarla  “Yeni  Qaf- 



qaziya”nın  bağladılmasına  cəhd  etməsi  bunu  aşkar  göstər­

məkdədir.  Mirzə  Bala Məmmədzadə “Milli Azərbaycan hərəkatı” 

əsərində  SSRİ  Xarici  İşlər  naziri  Çiçerinin  bu  dərgi  ilə  bağlı 

dəfələrlə  etiraz  notaları  verdiyini,  müxtəlif  üsullarla  onun  nəş­

rinin  dayandırılması  üçün  çalışdığım,  onun  əleyhinə  “ifşaedici” 

çıxışlar  quraşdırdığını  bildirməkdədir:  “Moskva  buna  təhəmmül 

edə  bilmirdi.  Bu  “mənəvi  təşkil  mərkəzini”  ortadan  qaldırmaq, 

milli nəşriyyatı qapatmaq  lazımdı” (133,  s. 173).

Mirzə  Bala  bu  monoqrafiyasında  “Yeni  Qafqaziya”  dərgisi 

haqqında  geniş  məlumatla  yanaşı,  “Atəş  çalan  Prometey”  məqa­

ləsini  ora  əlavə  etmiş  və  haqlı  olaraq  bunun  səbəbini  belə  izah 

etmişdir:  “Xüsusən “Yeni  Qafqaziya” ilə başlayan milli nəşriyyat, 

milli  istiqlal  savaşımızın  tarixi  vəsiqələri  olaraq  qalacaq  və 

gələcək  nəsillər,  millətimizin  qızıl  istila  altındakı  iztirab  və  əzab 

dövrünü bu vəsiqələrdən öyrənəcəkdir” (133,  s.172).

Doğrudan da,  Vətənin  bu böyük oğlunun uzaqgörənliklə de­

diyi  sözlərin  nə  qədər  həqiqət  olduğunun  şərhə  ehtiyacı  yoxdur, 

çünki  sosialist  basqısından  istiqlalına  qovuşan  millətimizin  şərəf 

tarixini,  hürriyyət  və  azadlıq  yolundan  heç  vaxt  vaz  keçməyən 

mühacir  ziyalılarımızın  fəaliyyətini  bu  gün  həmin  sənədlərə  əsa­

sən bərpa etmək mümkündür.

Mühacirət  mətbuatı  içərisində  Əhməd  Cəfəroğlunun  re­

daktorluğu  ilə  1932-1934-cü  illərdə  36,  1954-cü  ildə  isə  bir  sayı 

nəşr  edilən  “Azərbaycan  yurd  bilgisi”  dərgisinin  fəaliyyəti  də 

təqdirəlayiqdir.  Redaktor  dərginin  hansı  zərurətdən  doğduğunu 

şərh  edərkən,  onun  məhz  Azərbaycanı  bütün yönləri  ilə  tanıtmaq, 

xalqımızın  elmi  və  mədəni  irsinin  təbliği  məşədindən  yarandığını 

elə  birinci  sayında  ciddi  arqumentlərlə  dilə  gətirmişdir:  “Elmi 

münasibətin  millətlər  arasında  gündən-günə  sıxlaşması  və  yek- 

digərini  bu  vəsilə  ilə  daha  fazla  tanıya  bilməsi  əvvəlcə  böyük 

millətlərin  mövzusu  daxilində  qalan  yurdumuzun  artıq  müstə- 

qilən  tədqiqinin  bir  zərurət  olaraq  tələb  etməkdədir.  Kəndi 

kəndisini  bizzat  tədqiq  etməyən  millətlər  başqa  millətlərin  et-

21


noqrafi  tədqiqi  mövzusundan  başqa  bir  şey  olmamışdır.  Halbuki 

Azərbaycan bu ibtidai  dövrəsini  artıq üzərindən  atmış  və  qapısını 

da elmi  kapitülasionlara qapamışdır” (90, s.  3).

İyirminci  əsrin  30-cu  illəri  vətənimiz  üçün  repressiyanın 

tüğyan  etdiyi  bir  dövr  kimi  tarixə  yazılmışdır.  Azərbaycanda  so­

vet  hakimiyyətinin  repressiyalarının  ən  qaynar  vaxtında,  1937-ci 

ilə  aparan  bir  dövrdə  zəngin  və  çox  qədim  ənənələrə  malik  xal­

qımızın  milli  mənafeyə  söykənən  belə  bir  dərgiyə  çox  ehtiyacı 

vardı.

Bu  dərgi  Azərbaycanın  mədəni  irsini  ümumtürk  konteksti 



daxilində  dəyərləndirmiş,  “müştərək  türk  harsının  hala  aydınlaş­

mamış  olan  nöqtələrinə”  (Ə.Cəfəroğlu)  xüsusi  diqqət  yetirmiş, 

onun  səhifələrində  folklorla  bağlı  araşdırmalara  geniş  yer  ayı­

rılmışdır,  daha  doğrusu,  burada  20-yə  qədər  xalq  ədəbiyyatı  ilə 

bağlı  məqalə  dərc  olunmuşdur,  onların  bəziləri  həcmi  böyük 

olduğu  üçün  bir  neçə  sayda  verilmişdir.  Bundan  əlavə,  dilçilik, 

etnoqrafiya,  tarixlə  bağlı  məqalələrdə  də  folklordan  söhbət  açıl­

mışdır.


Xalqı  azadlığa,  hürriyyətə  səsləyən,  rus  müstəmləkəçiliyinə 

qarşı  yönələn  əsərlərin  diqqətdən  kənarda  qalmasına,  toplanıb 

nəşr  edilməməsinə,  tədqiqatına  imkan  verilməməsinə  təəssüf 

edən  Əhməd  Cəfəroğlu  “Azəri  ədəbiyyatında  istiqlal  mücadiləsi 

izləri”  adlı  irihəcmli  məqaləsində  yazır:  “Milli  Azərbaycan  ədə­

biyyatında,  adəta  başlı-başına,  müstəqil  bir  cərəyan  təşkil  edən 

istiqlal  mücadiləsi  ədəbiyyatı,  təəssüf ki,  uzun  bir  zaman  qeyri- 

müntəşir  qaldığından  (çap  olunmadığından),  kiçik  bir  tədqiqə 

belə  məzhər olmamışdır.  Rus istilası  ilə bərabər doğan bu ədəbiy­

yat  rus  məmurlarının  hədsiz  təzyiqedici  davranışları  üzündən  əv­

vəlləri  yalnız  şifahi  ədəbiyyat  mahiyyətində  özünü  mühafizə  edə 

bilmiş  və dolayısı  ilə bütün bəkarətini  tutamamışdır” (93,  s.6).

Göründüyü  kimi,  müəllif  bütün  cidd-cəhdlərə  rəğmən, 

aparılan  sovet  təbliğatına,  onun  müxtəlif  üsullarla  insanları  sus­

mağa məcbur  etdirməsinə  baxmayaraq,  çar  dönəmlərindəki  kimi, 

yenə  də  xalqın  azadlıq  sevgisinin,  istiqlal  arzusunun  əbədi  yaşa­

22

dığını,  bunun  sübutunun  isə  məhz  yaratdığı  əsərlər  olduğunu  və 



onların  senzura  təzyiqləri  ucbatından  çox  vaxt  şifahi  şəkildə 

yaşadığını  diqqətə  çatdırmışdır.  Müəllif,  eyni  zamanda,  məqalə­

sinin  yazılma  səbəblərindən  danışarkən,  rus  müstəmləkəçiliyi 

əleyhinə çoxlu materiallar əldə  etdiyini  və  əsas  məqsədinin onları 

dəyərləndirmək olduğunun qeyd etmişdir.

“Azərbaycan  yurd  bilgisi”  dəıgisinin  xalqımızın  milli  mə­

nəvi  sərvətlərinin  təbliği  və  yayılması  sahəsində  xidmətləri  çox 

böyükdür.  Obyektiv  münasibət  göstərdiyi  üçün  bəzi  həqiqətləri 

aşkara  çıxarmıq  məqsədilə  bu  gün  də  həmin  dərgiyə  müraciət 

edilməkdədir.  Onun  böyük  əhəmiyyətini  sübut  etmək  üçün 

yeganə  bir  fakta  nəzər  salmaq,  fikrimizcə,  kifayətdir.  Belə  ki, 

“Azərbaycan  yurd  bilgisi”  1984-ci  ildə,  redaktorunun  ölümündən 

doqquz il  keçəndən  sonra faksmile halında üç cilddə  yenidən nəşr 

edilmişdi.  2009-cu  ildə  Türk  Dil  Qurumu  tərəfindən  bu  dərgi 

Əhməd  Cəfəroğlunun anadan olmasının  110 illik  yubileyinə töhfə 

kimi  vaxtı  ilə  onun  tələbəsi  olmuş  Osman  Fikri  Sərtqayanın 

tərtibatında  təxminən  1460  səhifəlik  bir  kitab  (87)  şəklində 

yenidən işıq  üzü  görmüşdür.  Həmin kitaba “Təqdimat”  (“Sunuş”) 

yazan  Türk  Dil  Qurumu  başqanı  professor  Şükrü  Haluk  Akalın 

dərginin  öz  aktuallığını  hələ  də  qoruduğuna  diqqəti  yönəldərək, 

Ə.Cəfəroğlunun  türkdilli  xalqlar qarşısındakı  xidmətlərini  yüksək 

dəyərləndirmişdir:  “Tarixi  ədəbi  məhsullarının  böyük  bir  bölümü 

ortaq  olan,  söz  varlığı,  deyimləri  ata  sözləri  eyni  kökdən  bəs­

lənən,  eyni  türküləri,  eyni  mahnıları,  eyni  şərqiləri  söyləyən, 

qısacası,  ortaq  kültürə  və  ortaq  köklərə  dayanan  Türkiyə  türkləri 

ilə  Azərbaycan  türklərini 

bir-birinə  tanıtmağı  amaclayan  bir 

dərgiydi  “Azərbaycan yurd bilgisi” (87,  s.1-11).

Lakin,  təəssüflər  olsun  ki,  hələ  də  Azərbaycanda  bu  dərgi 

(oradakı  bəzi məqalələrdən başqa) öz nəşrini  gözləməkdədir.

Ohınəd  Cəfəroğlu  1961-ci  ildə  “Mücahid”  dərgisində  nəşr 

etdirdiyi  “Azərbaycan  ədəbiyyatında  spekulyasionçuluq”  adlı 

məqaləsində  mənəvi  sərvətlərimizə  sovet  dövrünün  tələbləri  ilə 

yanaşan  tənqidçilərə  tarix  boyu rusların  türklərdən  çox  şey öyrən­

23


diklərini  sübuta  yetirməklə  onları  həqiqətləri  təhrif  etməkdən 

çəkindirmək  istəmişdir.  Belə  ki,  İranda səfir  vəzifəsində  çalışdığı 

müddətdə məşhur rus  şairi  A.S.Qriboyedovun  (1795-1829) Azər­

baycan  folklorundan  bəhrələnməsi  faktına  diqqət  yetirən  alim: 

“...azəri  kültürü  və  xəlqiyyatı  ilə  ilgilənən  şair  bir  zat  olmuş  və 

susamış  olduğu  hürriyyət  idealını  azəri  türkünün  folklorunda, 

tarixində  bulmağa  çabalamışdır”  (106,  s.10),  -   yazaraq,  ədəbiy­

yatımızı  öz  milli  mənsubiyyətindən  uzaqlaşdırmaq  meyllərini 

qətiyyətlə rədd etmişdir:  “Əsərində  rus  qoxusunu bulmaq,  onunla 

şəxsi  durumunu  saxlamaq,  xəyali  nemətlər  bəkləmək,  əlbəttə, 

müalicəsi  əlimizdə  olmayan  yoluxucu  xəstəliklərdəndir...  Ancaq 

işi  cığırından  çıxaranlar...  bunu  da  bilməlidir  ki,  Azərbaycan 

ədəbiyyatı, yalnız Azərbaycan ədəbiyyatı,  yalnız Azərbaycan için­

də  işıq saçan bir milli  varlıq  deyildir,  o  eyni  zamanda,  bütün türk 

dünyasının aynasında əksini  tapan  müştərək  bir fikir məhsuludur” 

(106,  s.l 1).

Beləliklə,  Əhməd  Cəfəroğlu  Azərbaycan  türkünün  öz  etnik 

kimliyindən  heç  vaxt  ayrıla  bilməyəcəyini,  yaranan  əsərlərdə  hər 

zaman  öz  ənənələri  ilə  bağlı  qalacağını,  müstəmləkəçinin  zorla 

mənəviyyatı  dəyişdirmək  arzusunun  baş  tutmayacağını  qəzəblə 

bildirmişdir.

Professor  Əhməd  Cəfəroğlunun  “Sovetlər  Birliyi  türkoloji 

araşdırmalarındakı  rus  kültür  üstünlüyü  davası”  (107)  məqaləsi 

ideoloji 

təzyiqlərə 

qarşı 


mühacirət 

elmi-nəzəri 

fikrinin 

münasibətini  aydınlaşdırmaq  baxımından  xüsusi  əhəmiyyətə 

malikdir.  Bu  məqaləsində  müəllif  türk  folklor  örnəklərinə  qarşı 

aparılan  qeyri-obyektiv  münasibətlı  bağlı  kəskin  mövqeyini 

bildirməklə  yanaşı,  rus  ədəbiyyatının  qədim  nümunəsi  “İqor 

polku  dastanf’nın  (“Слово  о  полке  Игоре”)  tədqiqində  yol 

verilən  nöqsanlara  diqqət  yetirmiş,  qıpçaq  türkləri  ilə  rusların 

arasında  baş  verən  savaşlara  həsr  olunmuş  bu  abidənin  şovinist 

ruhda  araşdırılmasının,  gerçəklərin  təhrifinin  yalnız  elmə  ziyan 

gətirəcəyini  qeyd etmişdir.

24

Mühacirətdəkı  ziyalılar  dünya  xalqlarının  inkişaf  tarixini 



izləyib  Azərbaycanın  keçmişi  və  müasir  dövrü  ilə  müqayisəsi 

zamanı bir həqiqəti  -  millətlərin birliyinin,  qürurunun  qorunması 

üçün  xalq  ədəbiyyatının  toplanması,  təbliğinin  vacibliyini  dərk 

edir,  folklora həssaslıqla yanaşırdılar.  Belə ki,  M.B.Məmmədzadə 

“Millətlərin  oyanmasında  dastanlar”  məqaləsində  (6  aprel  1928- 

ci  ildə  Azəri  Türk  Gənclər  Birliyindəki  eyniadlı  məruzəsi  öz 

aktuallığını  qoruduğu  üçün  52  il  sonra  -   1970-ci  ildə  Ankarada 

“Azərbaycan”  dərgisində  çap  edilmişdir  -   A.H.)  Avropada  hələ 

XIX  yüzildə  milli  intibah  dövrünü  yaşayan  almanların  inkişaf 

yolunu  nəzərdən  keçirərək  çox  maraqlı  nəticəyə  gəlmişdir:  “Öz 

milli  şəxsiyyətlərinə  təmas  etdikləri  zaman  almanlar  məf­

kurələrini,  əfsanəvi  dastanların  ehtiva  etdiyi  milli  məhsullar 

ətrafında  qurdular.  O  zaman  Almaniyada  iki  cərəyan  müşahidə 

olunurdu:  biri,  tıpqı  Azərbaycanın  rus  müstəmləçiliyindən  və  rus 

mədəniyyətindən  ruh  almaq  istəyənləri  kimi,  özlərini  Fransa 

inqilabının  təsirinə  qapdırm ış,.  doğrudan  doğruya  Qərbdən, 

Fransadan  və  fransız  mədəniyyətindən  məlhəm  arayırdı.  Digəri 

isə  tarixin  ən  uzaq  və  qaranlıq  dövrlərindəki  ictimai  yaşayışı  və 

milli  müəssisələri  aramaqla  məşğul  idi.  İştə,  alman  millətinin 

birləşdirici  müştərək  ruhunu  alman  millətini  oyandırıcı  və  yük- 

səldici  daxili  atəşini  bu  insanlar buldular.  On doqquzuncu  yüzilin 

millətpərvərləri  həmişə bu  tərzdə düşündülər.  Hər yerdə milliyyət 

fikri, tarixi  mənşələri,  həyatı  və ictimai  müəssisələri  tədqiq  etmək 

vasitəsiylə inkişaf etmiş oldu” (132,  s. 11).

Beləliklə,  bütün  açıqfıkirli  ziyalılar  kimi,  M.B.Məmməd­

zadə  də  xalq  yaradıcılığının  milli  şüurun  oyanışı,  millətlərin 

azadlığı,  birliyi  üçün  əvəzsiz  rolu  olduğunu  düşünür  və  rus  kö­

ləliyində  yaşayan  Azərbaycanın  da  əsarətdən  qurtarma  yolunda 

folklora vacib şərtlərdən  biri  kimi baxırdı.  Bunu  təkcə  Mirzə  Bala 

Məmmədzadənin  məqaləsinin  adına  (“Millətlərin  oyanmasında 

dastanlar”) diqqət yetinnəklə də müəyyənləşdirmək mümkündür.

Bir neçə  il  sonra,  yəni  1936-cı  ilin  31  may-1  iyun  tarixində 

M.B.Məmmədzadə  Polşanın  paytaxtı  Varşavada  rus  əsarətindəki

25


millətlərinin  yaratdığı  Prometey  təşkilatının  qurultayında  məruzə 

ilə  çıxış  etmiş, burada müstəmləkə  xalqlarının kültürləri  ilə bağlı 

maraqlı  mülahizələr irəli  sürmüşdür:  “Millətlərin oyanış,  yüksəliş 

və  düşüş  tarixləri  göstərir  ki,  milli  xüsusiyyətlərini  və  milli 

kültürlərini  qoruyub  yaşatmağa müvəffəq  olan hər millət,  gec-tez 

milli  bir  dövlət  qurmağa  namizəddir.  Milli  xüsusiyyətlərini  və 

milli  kültürlərini  itirmiş  olan  millətlər,  milli  mənliklərini  və  il­

ham  alacaq  milli  qaynaqlarım  da  itinnişlər  deməkdir.  Bu  kimi 

millətlərin gələcəyi yoxdur.  Onlara ölmüş nəzərilə baxmaq lazım­

dır” (129,  s.  572).

Buradan  da  aydın  olur ki,  M.B.Məmmədzadə  və  onun  mü­

hacir  yoldaşları  milli  kültürün  qorunmasına  xüsusi  əhəmiyyət 

verirdilər,  xalqın mənəvi  sərvətlərinin  onu  hər  zaman  yaşadacaq 

və  mübarizəyə  qaldıracaq  vacib  bir  vasitə  olmasına  inanırdılar. 

Sovet  sosialist  sisteminin  də  bu  həqiqəti  dərk  etdiyi  üçün 

xalqların  milli  sərvətlərini  unutdurmaq,  soy-kökündən  ayırmaq 

cəhdini  nəzərdə  tutan  müəllif  yazırdı:  “Fin  millətinə,  fmliyin 

oyanışında  böyük  rol  oynamış  “Kalevala”  kimi  dastani  əsərlər 

verən  Karelya  və  İngerya  və  onlarla  birlikdə  Komi  kimi  fin 

ölkələrində  ...  haqsızlıqlardan  başqa  məcburi  sürgünlər,  süm  ac­

lıqlar  və  rus  mühacirəti  yapmaq  surətilə  bu  millətləri  aradan 

qaldırmağa çalışırlar” (68,  s.  13).

Beləliklə,  M.B.Məmmədzadə  soy-kökü  etibarı  ilə  tinlərlə 

qardaş  olan,  lakin  sovet  əsarətində  yaşamağa  məcbur  olan  mil­

lətlərin qarşılaşdığı  haqsızlıqları  sadalamaqla yanaşı,  onların milli 

mədəniyyətlərindən  uzaqlaşdırılmasının  da  əleyhinə  qəti  mövqe­

yini  ifadə etmişdir.

M.B.Məmmədzadənin  Almaniyanın Münhen  şəhərində nəşr 

olunan “Qafqaziya” dərgisində  1952-ci  ildə (sayı  8,  s.  10-12)  nəşr 

etdirdiyi  “Dədə  Qorqud”  adlı  irihəcmli  məqaləsində  SSRİ-də 

qeyri-rus  millətlərinin  milli  kültürlərinin  məhvi  üçün  görülən 

tədbirlərlə bağlı  mülahizələri  öz  əksini  tapmışdır:  “SSRİ  Ədəbiy­

yat  Cəmiyyətinin  1947-ci  ilin  yayında keçirilən  XI  ümumi  yığın­

cağında  milli  bölmələrin  hesabatları  ilə  bağlı  müzakirələrdə

26

qeyri-rus millətlərin ədəbiyyat sahəsində “çox təhlükəli bir yolda” 



olduqları  bildirilmişdi.  Bu  yığıncaqda  Latviya,  Litva  və  Estoniya 

kimi  millətlər  “Qərbi  Avropa  mədəniyyəti  qarşısında  diz  çök­

məkdə”,  Ukrayna,  Şimali  Qafqaz,  Azərbaycan,  Türküstan  (Orta 

Asiya),  Gürcüstan  və  Ermənistan  isə  “milli  keçmişlərini  tərən­

nüm  etmək  və  romantikləşdirməkdə”  günahlandırılmışdı”  (130 

s.l 1).


Mirzə  Balanın  bu  cümlələrində  sovetlər  ölkəsində 

rus 


olmayan  millətlərə  qarşı  yürüdülən  siyasət  açıq-aşkar  təsvir  edil­

mişdir.  Lakin  məqalədə  SSRİ  adlanan  ölkədə  türkdilli  xalqlara 

münasibətin  digərlərinə  görə  daha  kəskin  olması  aydın  görün­

məkdədir:  “ 1948-ci  ilin  dekabr  ayında  toplanan  XII  ümumi 

yığıncaqda  çar  istilasına  qarşı  mübarizə  aparan  türküstanlı  xalq 

qəhrəmanlarını  tərənnüm  edən  bir  əsər  haqqında  bir  rus  kom­

munisti  belə  deyirdi:  “Sabiq  rus  imperatorluğunun  kənar  əyalət­

ləri  üçün  Rusiya  ilə  birləşmək  nə  deməkdir?  Bu  hadisə  milli 

fəlakətmi,  yoxsa  irəliyə  doğru  bir  addım  idimi?  Marksizm  elmi 

bu mənada doğrudur.  Bu məmləkətlərdən,  məsələn,  Qazaxıstan... 

əgər  Rusiya  ilə  birləşdirilməsəydi,  Çin,  yaxud  da  Kokand 

tərəfindən  parçalanıb  udulacaq,  nəticədə  ingilis  müstəmləkəçiləri 

üçün  yağlı  bir  tikəyə  çevriləcəkdi.  Belə  olduğu  təqdirdə,  yəni, 

daha  doğrusu,  bu  belə  də  qəbul  olunmalıdır,  bütün  dastan  və 

qəhrəmanlıq  hekayələrini,  bütün  folkloru  və  onun  qəhrəman­

larını,  eləcə  də  bütün  ədəbiyyatı  yalnız  bu  nöqteyi-nəzərdən 

mütaliə  etmək  lazımdır 

xalq  ədəbiyyatını  yerli  feodallara  qarşı 

mübarizədə  Rusiya  ilə  birləşmək  üçün  çarpışan  qəhrəmanlar  əks 

etdirməlidir” (130,  s. 1 1).

Beləliklə,  göründüyü  kimi,  sovet  təbliğatçıları  folklor 

qəhrəmanlarını  əsl  həqiqətdə  olduğu  kimi 

millətlərin  azadlığı, 

hürriyyəti  üçün  mübarizəyə  qalxaraq,  xalq  tərəfindən  əbədiləşdi­

rilməsi  kimi  deyil,  imperiyaya  lazım  olduğu  şəkildə  təbliğ 

edilməsini  tələb  edirdilər  ki,  nəticə  etibarı  ilə  bu  da  xalq  ədəbiy­

yatını  saxtalaşdırılmasına  gətirib  çıxarırdı.  Mirzə  Bala:  “Tür­

küstan  üçün  deyilmiş  olan  bu  sözlər,  bir  qayda  olaraq,  bütün

27


qeyri-rus  millətlərinə  şamil  edildi”  (130,  s .l2),  -   yazaraq, 

Azərbaycanın  da  milli  mənəvi  sərvətlərinin  qeyri-obyektiv  təbli­

ğinə qarşı  etiraz səsini  ucaltmışdır.

Xatırladaq  ki,  Azərbaycan  xalq  qəhrəmanı  Qaçaq  Nəbi 

məhz  bu  şəkildə,  imperiya  maraqlarına  uyğun  təbdiğ  edildi­

yindən,  sovet  tədqiqatçıları  onun  mübarizəsinin  rus  müstəmləkə­

çiliyinə  qarşı  deyil,  çar  hökumətinə  qarşı  olduğuna  inandırmağa 

cəhd edirdilər.  Mühacirətdəki  folklorşünaslar  “Qaçaq Nəbi” das­

tanında  mücadilənin  rus  çarlıq  rejiminə  qarşı  olmasına  xüsusi 

diqqət yetirmiş,  “bu  uzun  dastanın məzmun  yönündən əsasım rus 

imperializminə  qarşı  nücadilə  təşkil  edir  və  dəfələrlə  das­

tanda  “Nəbi  urusları  burda  qoymadı”  misrası  təkrarlanır”  (89, 

s.92),  yazaraq,  əsl  həqiqəti  aşkarlamağa  çalışmışdır.  Lakin  dasta­

nın  Azərbaycanda  nəşr  olunan  variantında  qazax  (kazak),  qobur- 

nat  (qubernator),  nəçənnik  (naçalnik),  pristav,  uryadnik,  konvoy 

və  s.  kimi  bilavasitə  çar  Rusiyası  ilə  əlaqədar  rütbə  bildirən  ter­

minlər  saxlanılsa  da,  rus  və  rusluqla  bağlı  kəlmələr  bütünlüklə 

redaktə  olunmuşdur  ki,  bu  da  Qaçaq  Nəbinin  apardığı 

mübarizənin təhrif olunmasına gətirib çıxarmışdır.

Bundan  başqa,  Bakıda  işıq  üzü  görən  “Azərbaycan  ədə­

biyyatının  yeni  dövrü”  adlı  monoqrafiyanın  müəllifinə  kəskin 

etiraz  kimi  1939-cu  ildə  İstanbulda  Səlim  Rəfiqiıı  “Professor  dr. 

Çobanzadəyə  cavab”  kitabı  nəşr  edilmişdir  ki,  burada  da  bütün 

mühacirlərin  siyasi  baxışları  ümumilikdə  təsvirini  tapmışdır.  İlk' 

növbədə  alman,  fransız,  ingilis,  ispan  və  digər  dünya  xalqlarının 

ədəbiyyatına  müxtəlif  dövrlərdə  olan  təsirlər  haqqında  təhlillər 

aparan m üəllif sözü  gedən  monoqrafiyada  əksini  tapan  bir müla­

hizəni qəzəblə rədd  etməkdədir:  “Türklərin yalnız əski  ədəbiyyatı 

sadəcə  İran  ədəbiyyatını  təqliddən  ibarət  qalmışdır”,  -   yazan 

müəllif  bunun  sübutunu  xalq  ədəbiyyatında  olduğunu  bildir­

məkdədir:  “Ötədən  bəri  zənginliyilə  məşhur  olan  Azərbaycan 

ədəbiyyatı  və  şeirləri  ilə  xalq  arasında tanınan  və  sevilən  ozanlar, 

hətta İran kültürü  ilə  çox  məşhur olan sahələrdə belə yerləşdikdən 

sonra ədəbi  ənənələrini  mühafizə etmişdirlər” (141,  s.  9).

28

S.Rəfiq  türkəsilli  hökmdarlara  rəğmən,  əcnəbi  dillərin  sa­



raylarda  hökmran  olduğu  zamanlarda  xalqın  dilinin  və  kültürü- 

nün  qorunmasında  folklorun  əvəzsiz  rolunu  yüksək  dəyərlən­

dirmiş,  “Kitabi-Dədə  Qorqud”  eposunu  xatırlatmışdır:  “Dədə 

Qorqud” hekayələrinin əldəki  nüsxəsi  lisan nöqtəsindən azəri  ləh­

cəsinin  əski  xüsusiyyətlərini  göstərir.  “Dədə  Qorqud”dakı 

etnik 


və  coğrafi  isimlər  də  tamamilə  azəri  sahəsinə  aiddir.  “Koroğlu”, 

“Şah İsmayıl”, “Aşıq Kərəm” kimi xalq dastan və hekayələri  yenə 

Azərbaycan  sahəsində  təşəkkül  etmişdir...  Əsasən  xalq  şairləri 

xalq arasında böyük rəğbət görmüşdürlər” (141,  s.  10).

Bundan başqa,  S.Rəfiq aşıq yaradıcılığının yazılı  ədəbiyyata 

da  böyük  təsirini  nəzərdə  tutaraq,  tutarlı  arqumentlərlə  fikrinin 

doğruluğunu  sübut  etməyə  çalışmışdır:  “İştə bu qüvvətli  kültürün 

islami  İran mədəniyyətinə qarşı  göstərdiyi  müqavimət nəticəsində 

yeni  təşəkkül  edən  ədəbiyyatda  -   ki,  siz  ona  “Əcəm  pozması” 

deyirsiniz,  xalq  ədəbiyyatının  təsiri  barizdir.  O  qədər  ki,  əcəm 

şeirini  təqlidən  yazanlar  da  xalq  ədəbiyyatı  təsirindən  qurtu- 

-  lamamış,  aşıqlar  kimi  heca  vəznilə  qoşmalar,  dastanlar  yazmış­

dırlar” (141,  s.  10).

Mühacirətdəki  bütün  ziyalılar  vətəndə  təzyiqlər  altında  baş 

verən təhriflərə qarşı  son çarəni yalnız və yalnız milli  istiqlala qo­

vuşmaqda  görərək,  hər  kəsi  bu  yolda  yürüməyə  səsləmişlər: 

“Millətimizi,  millətlərimizi  və  bu  millətlərin  dil  və  kültürlərini 

yalnız milli  istiqlal  qurtaracaqdır” (129,  s.  576).

Xatırladaq ki, 

“Modern Azərbaycan ədəbiyyatına toplu  bir 

baxış”  məqaləsində  Əhməd  Cəfəroğlu  xalqımızın  milli  kültü- 

rünün  inkişafında  mühacirətdə  yaşamağa  məruz  qalan  vətən  öv­

ladlarının  mühüm  rolu  olduqlarını  xüsusi  qeyd  etmişdir: 

“Azər­


baycan  ədəbiyyatı  yalnız  Maverayi  Qafqaz  Azərbaycanında  inki­

şaf  etməmişdir.  Siyasi  və  ideoloji  prinsiplər  üzündən  vətəni 

tərkilə  müxtəlif  Avropa  və  Şərq  ölkələrinə  yayılan  Azərbaycan 

mühacir  koloniyaları  da  azəri  türk  ədəbiyyatının  inkişafına 

xidmət etmişlər” (105,  s.48).

29


Tədqiqatçı  Məmməd  Cəfərli  isə  “Azərbaycan  legion  ədə­

biyyatı”  monoqrafiyasında  yad  ellərdə  yaşayan  qərib  insanlann 

yaratdığı bədii əsərlərlə yanaşı,  onların toplayaraq dəftərlərinə kö­

çürdükləri  xalq  ədəbiyyatı  nümunələrinə  də  yer  ayırmışdır.  Bu 

kitabın  giriş  hissəsində  Məmməd  Cəfərli  İkinci  Dünya  müha­

ribəsi  zamanı,  yəni  iyirminci  yüzilin ortalarında  azərbaycanlıların 

mühacirətə  üz  tutmasının  səbəblərini  araşdırarkən  belə  bir 

qənaətə  gəlir:  “Tale  bu  adamlarla  çox  amansız  davranmışdı. 

Əvvəlcə  alman əsirliyinə  düşənlər sonra Vermaxtm yaratdığı hər­

bi  hissələrdə  xidmətlərini  davam  etdinmək  məcburiyyətində 

qaldılar.  Müharibə  qurtaranda  isə  Qərbdə  yaşamağa  üstünlük 

verənlər  Vətənə  dönmək  imkanından  həmişəlik  məhrum  olub, 

özlərini  mühacir  həyatına  məhkum  etdilər.  Doğma  ocağına,  yur­

duna qayıtmağa özündə cəsarət tapanlar isə  Sibirya düşərgələrinin 

şaxtalı  cəhənnəmindən keçməli  oldular.  Ancaq  onlar da,  qeyriləri 

də  hər  bir  əsarətdən  uzaq,  güclü,  çiçəklənən  Vətən  arzusunda 

idilər” (24,  s.  7).

Bir  məqamı  da  xatırlatmaq  lazımdır  ki,  qürbətdə  yaşamaq 

məcburiyyətində qalan  ziyalılarla bərabər onların  tədqiqat əsərləri 

də  mühacirət  ömrünü  sürdürməyə  məhkum  idi.  Lakin,  qəribədir 

ki,  bəzən öz  vətənində  yazılsa da,  müxtəlif səbəblər üzündən  çap 

olunmağa  qoyulmuş  yasaqlar  əsərlərin  mühacirətinə  gətirib 

çıxarır.  Əhməd  Ağaoğlunun  “İslama  görə  və  islamiyyətda qadın” 

əsərinin  ana  dilində  çapma  qadağalar  qoyulduğu  üçün  1901-ci 

ildə  Tiflisdə  rus  dilində  nəşr  olunmuşdu  (70,  s.7),  həmçinin 

M.Ə.Rəsulzadənin  “Əsrimizin  Səyavuşu”  əsəri  Lahıcda  qələmə 

alınsa  da,  İstanbulda  çap  edilmiş  (64),  Ceyhun  Hacıbəylinin 

“Qarabağın  dialekti  və  folkloru  (Qafqaz  Azərbaycam)”  (29)  adlı 

tədqiqatı  vətəndə  tərtib  edilsə  də,  Parisdə  işıq  üzü  görə  bilmişdi 

və s.


Bəzən  xalq  ədəbiyyatı  örnəklərinin  yasaqlanması  da  baş 

verirdi, mühacirətdaki  ziyalılar onların  nəşri 

və  təbliği  üçün  var 

qüvvələri ilə çalışırdılar.

Bütün  bu  sadalananlarla  bərabər  nəzərə  almaq  lazımdır  ki,

to

İran  adlanan  ərazidə  hələ  də  ağır  basqılar  altında,  əzab  və 



işgəncələrlə yaşayan çoxmilyonlu soydaşlarımız vardır ki,  onların 

ana  dilli  ədəbiyyatının  tədqiqi,  təbliği,  nəşri  yasaqlar  üzündən 

imkansızdır.  Bu  zəngin  xalq  ədəbiyyatı  daha  çox  mühacirətdəki 

Güneydən  olan  azərbaycanlılar  tərəfindən  toplanıb  nəşr  edil­

məkdədir.  Onlardan  biri  -   Almaniyanın  Köln  şəhərində  yaşayan 

Behruz  Həqqi  bu  barədə  yazır:  “...illər boyu  İranda  hegemonluq, 

cəhalət,  ədalətsizlik  və  basqı  bu  başm  (azərbaycanlıların  nəzər­

də  tutulur- A.H .)  dilini  fars  şovinizminin  kəskin  qılıncı  ilə  kəsib 

onu  ruhsuz  və  cansız  bir  cismə  döndərməyə  çalışmışdır.  Ancaq 

Azərbaycan  xalqı  bağrında  yaşayan  folkloru  və  ana  dilini  qoru- 

yaraq  düşmənlərin  bu  arzularını  qursaqlarında  buraxmışdır.  Dil­

ləri  və folkloru ilə onlara qalib gəlmişlər” (118, s.13).

Beləliklə,  Azərbaycan  mühacirət  folklorşünaslığının  tə­

şəkkülünü şərtləndirən  ictimai-siyasi  və  ədəbi-kültüroloji  amilləri 

aşağıdakı kimi  səciyyələndirmək  mümkündür:

-   Azərbaycanda  sovet  hakimiyyətinin  qurulması  ilə  xalqın 

istiqlaliyyətinin  itirilməsi  və  vətənin  hürriyyətə  qovuşmasını 

təmin  etmək  məsələsinin  mühacirətdəki  ziyalıların  ən  böyük 

amalına çevrilməsi;

~  Sovet  ideoloji  sisteminin  xalq  yaradıcılığına  qarşı  qeyri- 

obyektiv münasibəti,  əsərlərin  senzura tərəfindən  “qayçılanması”, 

hətta bəzən  insanlar  kimi  “repressiyaya qurbanlarf’na çevrilməsi, 

yəni  tamamilə yasaq  edilməsi;

Folklor  örnəklərinin  sovet  Azərbaycanında  bir  çox 

hallarda  əslinə  uyğun  olaraq  deyil,  sosialist  ideologiyası  fonunda 

yanlış  tədqiq  edilməsi;

Digər  ölkələrdə  yaşamaq  zorunda  qalan  ziyalıların 

senzuradan  kənar,  yəni  azad  mühitdə  tədqiqat  aparmaq  im­

kanlarının olması;

Xalqının  itirilmiş  istiqlaliyyətini  bərpa  etmək  arzusunda 

olan  mühacirət  folklorşünaslarınm  bu  mübarizədə  folklor  ör­

nəklərinə xüsusi  önəm vermələri;

31


-  Sovet sisteminin bütün türkdilli  xalqları, o cümlədən azər­

baycanlıları  öz  tarixi  soy-köklərindən  uzaqlaşdırmaq,  nəticə 

etibarı  ilə milli dəyərlərdən təcrid etmə cəhdləri;

-   Unutdurulmağa  cəhd  edilən  örnəklərin  üzə  çıxarılması, 

qorunması  kimi  problemlərin  vicdani  borc  kimi  daim  ziyalıların 

qarşısında duran bir məsələ olması;

-   Mühacirət  folklorşünaslannın  millətlərin  birliyinin 

qorunması,  milli  şüurunun,  hürriyyət  arzularının  alovlanmasında 

xalq ədəbiyyatının müstəsna rolunun olmasına inamı;

-   Azərbaycan folklor materiallarının toplanması,  ümumtürk 

kontekstində  tədqiqi,  nəşri,  dünya  ölkələrində  təbliğ  edilməsi  -  

bu  çox  mühüm  məsələ  idi.  Çünki  sovet  ideoloji  sistemi  cidd- 

cəhdlə  türk  xalqları  arasındakı  soy-kök  bağlarını  qoparmağa, 

onlara yeni bir tarix  uydurmağa çalışırdı.  Professor Tofiq Hacıyev 

Murad  Acinin  “Qıpçaq  çölünün  yovşanı”  əsərinə  həsr  etdiyi 

“Qıpçaq  çölü  haqqında elmi  ballada” məqaləsində  doğru olaraq 

yazır:  “Qıpçaq  çölünün  yovşanı”  əsəri  bizə  deyir  ki,  hər  türk 

xalqının  tarixini  öz  oğlu  yazmalıdır.  Düz  deyir.  Türk  xalqlarının 

və  milli  dövlətlərinin  dünyaya  təqdim  olunan,  dünya  ensiklope­

diyalarına  salman  tarixini  yadlar  -   özgələr  yazıblar  -   öz 

xalqlarının  və  dövlətlərinin  mənafeyi  baxımından  təsvir  ediblər. 

Türk  xalqlarının  tarixi  bir-birindən  təcrid  olunmuş  şəkildə 

öyrənilib;  ona  görə  də  ümumi  kökə  gedən  yol  həmişə  qaranlıq 

qalıb” (31).

Mühacirət  folklorşünaslığının  qarşısında  duran  vacib məsə­

lələrdən  biri  məhz  buna  görə  də  türk  xalqlarının  zəngin  mənəvi 

dəyərlərini  obyektiv  və  bir-biri  ilə  sıx  təmasda,  tarixinə  dayana­

raq üzə çıxarmaq olmuşdur.

32

  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə