Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda


II  FƏSİL MÜHACİRƏT  FOLKLORŞÜNASLARI



Yüklə 4.07 Mb.
Pdf просмотр
səhifə2/8
tarix15.05.2017
ölçüsü4.07 Mb.
1   2   3   4   5   6   7   8

II  FƏSİL

MÜHACİRƏT  FOLKLORŞÜNASLARI 

AŞIQ SƏNƏTİ  HAQQINDA

Azərbaycan  aşıq  sənəti  mühacirət  folklorşünaslığının  daim 

diqqət mərkəzində  olmuşdur,  hətta qürbətə  düşmüş,  vətən  həsrəti 

çəkən  bu  insanlar,  belə  demək  mümkündürsə,  bu  yaradıcılıq 

sahəsinin  tədqiqindən  əvvəl,  ilk  günlər  xalq  ədəbiyyatından,  xü­

susən  ozan sənətindən təskinlik ala bilmişlər.  Belə ki,  M.B.Məm­

mədzadə  1929-cu  ildə  yazırdı:  “ 1926-cı  ilin  qışında  ...  yarısı 

daşdan,  yarısı  çamurdan  yapılmış  evin  ortasında  yerdən  qazılmış 

və  “təndir”  adı  verilən  ocağın  başında  toplanır,  xalq  aşıqlarının, 

digər bir  deyişlə  ozanların  söylədikləri  dastanları,  ixtiyar  nənə­

lərin,  ağ saqqallı dədələrin hekayələrini dinlərdik” (156, s.  151).

Lakin  bu  vəziyyət  uzun  sürməmiş,  az  sonra  mühacirətdə 

həm  ayrı-ayrı  aşıqların  həyat  və  yaradıcılığı  ilə  bağlı  tədqiqatlar 

aparılmış,  həm  də  onların  yazdıqları  şeirlər,  dastanlar  toplana­

raq  bəzən  mühacirət  mətbuatında,  bəzən  ayrıca  kitab  şəklində 

dərc  edilmişdir.  Belə  ki,  Məmməd  Sadıq  Sənanın  “Azərbaycan 

saz  şairləri”  (148),  Mehmct  Şakirin  “Aşıq  Qurbaninin  üç  mən­

zuməsi”  (151),  Mirzadə 

Mustafa  Fəxrəddinin  “Azəri 

aşıq­


larından  Sarı 

Aşıq”  (136),  Əbdülvahab  Yurdsevərin  “Aşıq 

Ələsgər”  (157)  və  s.  kimi  məqalələri  nəşr  olunmuşdur.  Azər­

baycan  mühacirət  folklorşünaslığının görkəmli  nümayəndəsi,  pro­

fessor  Əhməd  Cəfəroğlu  aşıq  yaradıcılığına  xüsusi  önəm  verərək 

el  ədəbiyyatının  klassikləri  Qurbani  (101),  Aşıq  Abbas Tufarqanlı 

(91),  Dədə  Qasım  (100;  102),  Bağdad  xanım  (104)  və  başqaları 

ilə  bağlı  tədqiqatlar  aparmış,  onların  əsərlərini  toplayıb  nəşr 

etdirmişdir.

İyirminci  əsrin  sonlarında aşıq  yaradıcılığı  ilə  bağlı  tədqiqat 

aparanlar  arasında  doktor  Xavər  Aslanın  araşdırmaları  ayrıca

33


qeyd  edilməlidir.  Onun  redaktorluğu  ilə  istanbulda  nəşr  edilən 

“Xəzər”  dərgisində Azərbaycan  xalq  ədəbiyyatı  ayrıca bir rubrika 

kimi  nəzərdə  tutulmuş,  hər  nömrədə  aşıqların  yaradıcılığından 

örnəklər verilmişdir.

Bundan  başqa,  Xavər  xanım  dərgınin  müxtəlif  saylannda 

“Azərbaycan  aşıq  ədəbiyyatı”  (81),  “Güney  Azərbaycan  ədəbiy­

yatı  üzərinə  araşdırmalar”(83),  “Əbədi  yaşayanlar”(84)  və  s.  mə­

qalələrində  Azərbaycan  aşıqlarının  yaradıcılığından  bəhs  etmiş, 

аупса  olaraq  Aşıq  Ələsgərin  sənətkarlığını  araşdırmış,  əsərlərini 

toplayaraq bir kitab  (85) şəklində nəşr etdirmişdir.

Qeyd  etmək  lazımdır  ki,  professor  Azad  Nəbiyev  aşıq 

sənətinin  inkişaf yolundan  bəhs  edərkən  sovet  siyasi  sisteminin 

bu  zəngin  sərvətə  münasibətini  belə  xarakterizə  etmişdir:  “Ötən 

əsrin  30-cu  illərinin  ikinci  yarısından  milli  düşüncədə  aşığın 

deformasiya  prosesi  başladı.  Onun  bütün  yaradıcılıq  intellekti 

milli  mənin  təhrifinə  istiqamətləndirildi.  Aşıq  sənətinə 

milli 

düşüncədə  yad  meyllər,  ölçülər,  qəliblər  daxil  edildi,  onun  baxış 



və  təsir  trayektoriyası  təhrif olundu.  Məqsəd  aşıq  yaradıcılığının 

formal 


zahiri  əlamətlərini 

saxlamaqla,  onun  məzmununu 

qondarma  sosialist  həyatının  təbliğinə  istiqamətləndirmək  idi” 

(63,  II c.,  s.39).

Sovet  siyasi  rejimindən  fərqli  olaraq,  mühacirətdəki 

araşdırmalara  heç  bir  təzyiqdən  söhbət  gedə  bilməz  ki,  bu  da 

həmin  tədqiqatların  daha  çox  həqiqətləri  əks  etdirdiyini  göstər­

məkdədir.

Aşıq  yaradıcılığı  ilə  bağlı  mühacirətdə  nəşr  olunan  ilk  təd­

qiqatlardan  biri  Məmməd  Sadıq  Sənanın  “Azərbaycan  yurd 

bilgisi”nin  ikinci  sayında  verilən  “Azərbaycan  saz  şairləri” 

məqaləsi  hesab  edilə  bilər.  Elə  buna  görə  müəllif  əvvəlcə  xalq 

ədəbiyyatı,  onun  toplanması  və  nəşri  ilə bağlı  problemlərdən bəhs 

etməyi  özünə  borc  bilmişdir.  “ Klassik  ədəbiyyat  dövründə  türk 

millətinin  mənliyini  qoruyan,  bədii  zövqünü  ruhlarda  hərarətlə 

yaşadan  iştə  bu  ədəbiyyatdır”  (148,  s.55)  yazaraq,  aşıq  sənətinin 

tədqiqinin böyük əhəmiyyətinə diqqət yetirmişdir.

34

M.S.Sənan  aşıqların  xalqa  istər  əxlaqi,  istərsə  də  ictimai- 



siyasi  təsiretmə  qüdrətinə  malik  böyük  nüfuz  sahibi  olduqlarını 

nəzərə  alaraq,  onların  şəxsiyyətlərinin  və  yaradıcılıqlarının  araş­

dırılmasının  vacibliyini  göstərmişdir.  Müəllifin  aşıqlar  və  dər­

vişlər  barəsindəki  mülahizələri  də  diqqətçəkicidir.  Aşıqların  xal­

qa daha yaxın,  onlara bağlı  olduğunu,  nəsillər  dəyişsə də,  onların 

yaratdıqlarının  ağızdan-ağıza  keçərək  yaşadığını  qeyd  edən 

müəllif yazır:  “Müxtəlif dövrlərdə  yaşayan,  türk  millətinin  müx­

təlif şöbələrinə mənsub bulunan bu fitri şairlər xalqın sürur və  kə­

dərini  tərənnüm  etdikləri  kimi  əxlaqi,  ictimai  həyatına  da  təsir 

icra  etməkdən  hali  qalmamışdırlar.  Əskidən  bəri  türk  ölkələrini 

köy,  qəsəbə,  şəhər,  köçəbə  ellər  və  uluslarında  qapı-qapı  gəzib 

dolaşan,  qəhvəxana,  ictimagah,  düyün  yerləri,  təziyə  məclis­

lərində,  bayram  günlərində  xalqı  əyləndirən  biri  digərinə  zidd  iki 

sinif  vardı:  dərvişlər  və  saz  şairləri  (aşıqlar).  Bunlardan  aşıqlar 

(saz  şairləri)  xalqın  içindən  doğmuş  və  fitrən  zəki  olduqlarından 

daha  hazırcavab,  cəsur,  daima  ruha  zövq  verici  nüktəli  cümlə­

lərilə  xalqın  ruhunu oxşarlardı.  Vəfat  edənlərin  xatirələri,  şeirləri, 

zərif  sözləri  əsrlərcə  nəsildən  nəslə  intiqal  edərək  xalqın  içində 

yaşayırdı.  Dərvişlərin saxta ciddiyyətlərinə tariz  üçün  məclislərdə 

ilk  söylədikləri:  “Aşıq  deyir dəm olsun,  dərviş  deyir,  qəm  olsun”, 

-  cümləsi  olur” (148, s.  55).

Ozan-aşıq  sənətinin  təşəkkülü,  inkişafı  və  dünya  mədəniy­

yətinə  təsirilə  bağlı  mühacirətdə  tədqiqat  aparanlar  arasında  Oh- 

məd  Cəfəroğlunun  fəaliyyəti  xüsusilə  təqdirəlayiqdir.  Alim  həm 

qopuzun yaranma tarixi,  yayılma arealı,  həm də  ayrı-ayrı  aşıqların 

həyatı  və  yaradıcılığı  ilə  bağlı  tədqiqatlar  aparmış,  onların  əsər­

lərini  toplayaraq  tərtib  etmiş,  nəşrinə  və  təbliğinə  nail  olmuşdur. 

Belə  ki,  Ə.Cəfəroğlunun 

Ankarada  nəşr  edilən  “Ülgü”  məc­

muəsində  1936-cı  və  1937-ci  illərdə  yayınlanmış  olan  “Cahan 

ədəbiyyatında  türk  qopuzu”  məqaləsi  sərlövhədən  də  göründüyü 

kimi  təkcə  türklərin  deyil,  bir  sıra  dünya  xalqlarının  musiqi 

alətləri,  onların  yaranma  tarixi  və  istifadə  məqamlarının  araş­

dırılması  baxımından  mühüm  əhəmiyyətə  malikdir.

35


Bu  tədqiqatında  Əhməd  Cəfəroğlu  ilk  növbədə  “qopuz” 

kəlməsinin  etimologiyası  və  müxtəlif  türkdilli  etnoslarda  onun 

tələffüz  fərqlərini  araşdırmış,  eyni  zamanda  bu  alətin  yaranma 

tarixini  müəyyənləşdirməyə  çalışmışdır.  “Tukiyu  türklərinin  mu­

siqiyə  fövqəladə  düşkünlük  göstərdiklərini,  böyük  bir  həvəslə 

kişilərin  “Hyupi”  adlı  bir  musiqi  alətini  çaldıqlarını,  qadınların 

isə  ’’Çəlik  çomaq”  oynamağı  sevdiklərini  Çin  mənbələrindən  öy­

rənirik”  (97,  s.204), -   yazan  m üəllif əslində  həmin alətin  qopuz 

olduğunu  və  Çin  tələffüzündə  belə  səsləndiyini  ehtimal  etmişdir. 

Qopuzu  ərəblərin  uduna  bənzədən  Mahmud  Kaşğarlının  onunla 

eyni  kökdən  yaranan  “kobzamak,  kobzalmak,  kobzatmak,  ko- 

buzluk,  qopsalmaq”  sözlərini  də  “Divanü-lüğat-it  türk”  əsərində 

verməsinə,  eyni  zamanda bu kəlmənin Pozdneyevin nəşr etdirdiyi 

“Çin-monqol  lüğəti”ndə  “Hou-kou-eul  -   hou-po-tseu”  kimi  şərh 

olunmasına  və  s.  istinadən  tədqiqatçı  mülahizələrini  dəqiqləşdir­

mişdir.


Mühacir  alim  Pelliotun  nəşr  etdirdiyi  və  “ ...  şahzadənin 

fövqəladə  gözəl  qopuz  çalıb  şərqi  söylədiyi  nəql  edilməkdə”  (97, 

s.207)  olan  qədim mətnlərə əsasən  qopuzun  ilk  olaraq  uyğurlarda 

yarandığını  müəyyənləşdirmişdir.

Qopuzun  çox  sadə  bir  formada  yaradıldığını,  sonradan 

təkmilləşmiş  başqa  şəkillərinin  meydana  gəldiyini  bildirən  Əh­

məd  Cəfəroğlu  onların  bir  neçəsinin  təsvirini  vermiş,  bu  musiqi 

alətinin  müşayiətinin  şaman  türklərinin  ayinlərinin  icrasında 

əvəzedilməz  bir  rolu  olduğunu  qeyd  etmişdir:  “Şaman  baksılar 

ruhi  həyəcanlara  qapılaraq,  ayinlərinə  daim  musiqi  müşayiətilə 

qısa  şərqilərlə başlardılar...  Nəhayət,  sanki  bir institut  şəklini  alan 

bu  şaman  ayinləri  baksıları  şair  səviyyəsinə  yüksəltdiyi  kimi 

musiqişünas  dərəcəsinə  də  çıxara  bilirdi.  Bundan  dolayıdır  ki, 

türk  qəbilələrində  şaman  həm  şair,  həm  musiqişünas,  həm  də 

şamandır” (97,  s.  206).

Məqaləsində  müəllif qopuzun  türk  milli-mənəvi  dirçəlişin- 

dəki  rolunu  yüksək  qiymətləndirmiş,  bu  alətin  davuldan  əvvəl 

şaman  duaları  zamanı  əsrarəngiz,  magik  bir  təsirindən  bəhs

36

etmişdir:  “...ibtidai  türk  ictimai  həyatında  şairlik,  musiqişünaslıq 



və  kahinlik  kimi  üç  mühüm  sənətin  icraatının  həp  baksılar  üzə­

rində  olduğu  nəzər-diqqətə  alınarsa,  bu  sənətin  o  çağlarda  davul­

dan  çox  qopuzla  qabili  icra  olacağına  şübhə  yoxdur.  Zira  şair  və 

şərqi  kimi  yüksək bir sənət  ancaq  qopuz  ahəngi  ilə yerinə  yetirilə 

bilər” (97, s.206).

Bundan  əlavə,  qopuzun  insanlara  ruh  yüksəkliyi,  cəsarət 

əzmi,  mübarizlik  aşıladığını,  hərb  sənətilə  çox  bağlı  olduğunu, 

hətta  “...  bir  çox  qopuzçular  sırf ordunu  hərbə  və  zəfərə  təşvik 

etdikləri  üçün  düşmən  ordusu  tərəfindən  rəsmən  edam  edilmiş­

dirlər” (97,  s.214), -  yazan müəllif bu alətin  dünya mədəniyyətinə 

ciddi təsir göstərdiyini bildirməkdədir

Tədqiqatçı  uyğur,  qıpçaq,  Anadolu,  Türküstan,  qırğız  və 

başqa  türkdilli  xalqlarla  yanaşı,  onların  dünyanın  müxtəlif guşə­

lərinə  səpələnərək məskunlaşdığı  Moldaviya,  Macarıstan,  Rumın- 

ya, Misir,  Suriya, Almaniya,  Çexiya,  Rusiya,  Ukrayna,  Litva,  Bal­

kan,  Polşa  (Lehistan),  hətta  Afrikada  qopuz,  həmçinin  onun 

təsirilə  yaranan  musiqi  alətləri  və  xalq  ədəbiyyatı  örnəkləri  haq­

qında  məlumat  vermiş,  bu  qədim  alətin  yayıldığı  coğrafi  arealı 

müəyyənləşdirmiş,  onların  hər  birini  müəyyən  qədər  təhlilə  cəlb 

etmiş,  müqayisələr  aparmışdır.  Beləliklə,  türk  milli  kültüriinün 

dünya coğrafiyasındakı  ölçüləri  bu tədqiqatda aşkarlanmışdır.

Maraqlıdır  ki,  Əhməd  Cəfəroğlu  müxtəlif Osmanlı  mənbə­

lərində,  türk  şairlərinin  əsərlərində  adı  dəfələrlə  keçən  qopuzun 

Azərbaycan  sahəsindəki  mövqeyilə  bağlı  əlində  tutarlı  bir  dəlil 

olmadığını  bildirməkdədir:  “Anadolu  üçün  pək  təbii  olan  qopuza 

azəri  sahəsində  təsadüf  edə  bilmirik.  Yalnız  “Dədə  Qorqud”un 

azəri  türk  şivəsində  yazıldığı  nəzər-diqqətə  almarsa,  bu  alətin  bu 

türk  mühiti  üçün  də  yabançı  olmaması  lazım  gəlməkdədir.  Nə 

yazıq  ki,  hələləik  bu  xüsusda  yeni  bir  şey  söyləməkdən  uzağıq” 

(97,  s.  215).

Xatırladaq  ki,  dosent  Nizami  Xəlilov  “Aşıq  sənətinin 

təşəkkülü”  adlı  əsərində  qopuzla bağlı  araşdırma  apararkən,  Əh­

məd  Cəfəroğlunun  “Cahan  ədəbyyatında türk  qopuzu”  adlı  tədqi-

37


qatma  istinad  etmiş  və 

Ə.Cəfəroğlu  nədənsə  qopuzu  Türkiyə 

türklərinə məxsus olduğunu qeyd  edir ki,  bizcə, bu da mübahisəli 

görünür”,  (41,  s. 11)  — mülahizəsini  irəli  sürmüşdür..  Fikrimizcə, 

mühacir  alim  əldə  edə  bildiyi  mənbələrə  əsasən  (onlarm  hamısı 

tədqiqatda əksini tapmışdır) belə bir qənaətə varmışdır.

“ ...  Osmanlı  idarəsi  altında bulunması  bir çox  türk alət  və 

ənənəsilə  bərabər  türk  musiqi  və  xalq  ədəbiyyatının  nə  kimi  tə­

sirlər  buraxdığım”  (97,  s.425)  aydınlaşdırdığı  tədqiqatının  so­

nunda  Əhməd  Cəfəroğlunun  dünya  ictimaiyyətinə  ünvanladığı 

fikirlərinin isə  şərhə  ehtiyacı  yoxdur:  “Türkün yaradıcı  qüvvət və 

qabiliyyətini  görmək  istəyirsinizmi,  dönün  bir  az  da  keçmişinizə 

baxın.  Orada  siz  türkü  hamınızın  arasında  öz  mənəvi  varlığı  ilə 

yaşamaqda  görür  və  türksüz  mədəniyyət  olmayacağmıza  qane 

olursuz.  Misalmı istərsiniz,  iştə  sizə:  Qopuz...  (97,  s.  426).

Əhməd  Cəfəroğlu  sonralar  da  bu  sahədəki  araşdırmasını 

davam  etdirmişdir,  “Folklorumuzda milli  həyat və  dil  bakiyələri” 

adlı  tədqiqatında  Qərblə  Şərq  arasındakı  mədəni  əlaqələrə  ay­

dınlıq gətirərkən,  onun gəldiyi  nəticələr olduqca önəmlidir:  “Türk 

millətinə  xas  köçəbəlik  mədəniyyətilə  yaşayan  türklər,  şübhəsiz, 

bulunduqları  sahənin  durğunluğu  və  təmasda  bulunduqları  Av­

ropa  qövmləri  üzərində  təsir  icra  etməkdən  geri  qalmamışdırlar. 

Biz  bu  gün  Avropa  millətlərinin  folkloru  ilə  türk  folkloru 

arasında  bir  müqayisə  aparsaq,  türkün  hansı  Avropa  qövmləri 

üzərində  təsiri  olduğunu  təsbitdə  çətinlik  çəkmərik.  Çünki  tarixi 

mühacirətlərdə  axın  daima  Şərqdən  Qərbə  olmuş,  Şərq  özi 

aşıladığı  təsir  müqabilində  Qərbdən  adəta  heç  bir  şey  alma­

mışdır” (98,  s.  22).

Əhməd  Cəfəroğlu  öz  elmi  mülahizələrini  dəqiqləşdinnək 

məqsədilə  dünya  folkloru  inciləri  arasında  müqayisələr  apar­

mışdır.  Beləliklə,  almanların  məşhur  “Nibelunq  nəğmələri”nin 

əsas  qəhrəmanının  Hun  hökmdarı  Atilla  olduğunu  bildirən  alim 

türk  qopuzunun  və  şeirinin  müxtəlif  xalqların  kültür  həyatına 

təsirini  də  xatırlatmışdır:  “Hələ  xalq  şeirlərini  və  zəfərlərini  tə­

rənnüm  edən  QOPUZun  Hun  türklərinin  dövründən  etibarən

38

macarlar,  çexlər,  polyaklar,  litvalılar,  almanlar,  ruslar,  ukray­



nalılar,  fınlər,  Afrikada  yaşayan  yerli  əhali  və  nəhayət,  bütün 

Balkan  millətləri  tərəfindən  mənimsənilməsi  və  istifadəsi  iddia 

edilən təsiri bütün vəsfləri  ilə göstərməkdədir”( 98, s.  23).

Məqalədəki  “qopuz”  sözü,  ilk  növbədə,  yazılışı  ilə  diqqətə 

çatdırılır,  bu,  milli  kültürümüzə  verilən  önəmin  ifadəsidir.  Digər 

tərəfdən,  hələ  keçən  əsrin  40-cı  illərindən  türkdilli  xalqlar  üçün 

qürurverici  bir  məqamı  Əhməd  Cəfəroğlunun  qaldırdığını 

xatırlatmalıyıq,  çünki  bu  gün  də  folklorumuzun  dünya  mədə­

niyyəti kontekstində araşdırılması problem kimi  qalmaqdadır.

Bundan  başqa,  Əhməd  Cəfəroğlu  türkdilli  etnosların  ya­

ratdığı  qədim  söz  sərvətinin  bir-birinə  cox  uyğun  gəldiyini,  hətta 

eyni  olduğunu,  ən  əski  dövrlərdən  ənənəviliyini  qoruduğunu, 

onlarm  keçmiş  həyat  tərzini  müəyyənləşdirməyin  ən  asan  yolu­

nun  məhz  bu  gün  də  köçəri  həyat  sürən  türkdilli  xalqların  mədə­

niyyətinin,  folklorunun  araşdırılmasından  başlanmalı  olduğunu 

qeyd  etmişdir:  “...  Orta  Asiya türk  köçəbələri  ilə  Anadolu  köçəbə 

tayfalarının  folklorunu  yaxından  araşdırmaq  və  onlarm  həqiqi 

həyatlarına  vaqif  olmaq  kafidir.  Bu,  əldə  edilincə,  əski  türk 

əsərləri  ilə  də  qeyb  olan  əski  həyatımızı  bir  dərəcəyə  qədər  əldə 

etmək  imkanı  olur...  Çünki  əski  köçəbə  türk  tayfalarının  və  boy­

larının  xarakteristik  vəsfləri  bugünkü  köçəbə  türk  tayfalarında 

eynilə mühafizə olunmuşdur” (98,  s.  23).

Azərbaycan  aşıq  sənətini  xalqın  azadlıq  ruhunun,  incə 

zövqünün,  qəhrəmanlıq  və  şücaətinin  ifadəsi  kimi  qiymətləndirən 

Əhməd  Cəfəroğlu  bu  xalq  sənətinin  ən  çox  yüksəlməyə  doğru 

getdiyi  XVI  əsri  dilimizin  və  xalq  ədəbiyyatının  tam  formalaşma 

dövrü  kimi  dəyərləndirirdi.  On  altıncı  yüzildə  Azərbaycan  ədəbi 

dilinin  inkişafında  folklorun  mühüm  rol  oynadığını  və  xalqın 

kültürü  ilə  istiqlaliyyətinin  qovuşmasından  bir  zəfər  kimi  bəhs 

edən  alim  “Azərbaycan  dil  və  ədəbiyyatının  dönüm  nöqtələri” 

əsərində  yazır:  “ ...  bır  tərəfdən,  qələm  əhli  xalqa  öz  dililə  xitab 

edərək, ona öz ədəbiyyatının  zövqünü daddırırkən, digər tərəfdən, 

qılınc  əhli  də  Azərbaycana  yeni  hürr  və  müstəqil  bir  dövlət

39


idarəsi  şəklini  hazırlamaqda  idilər.  Zira,  kültür  istiqlaliyyəti 

yalnız  dil  və  ədəbiyyat  kimi  sahələrdə  deyil,  eyni  zamanda  milli 

torpaqlar  üzərində  qurulacaq  olan  maddi  istiqlaliyyətlə  də  qo­

vuşunca sağlam ola bilirdi” (103, s.17).

Göründüyü kimi,  Əhməd  Cəfəroğlu  yalnız  dövlət  və  kültür 

istiqlaliyyətinin birlikdə  xalqın  azadlığına  gətirəcəyinə  əminliyini 

bildirmiş,  əgər  bu  iki  mühüm  amil  bir-birindən  təcrid  edilərsə, 

hürriyyətin  tam  olmayacağına  inanmışdır.  Onun  bu  fikrinin 

doğruluğunu  bütün  zamanlarda  yaranan  ədəbi  əsərlər  sübut 

etmişdir,  çünki bir çox  hallarda,  o  cümlədən  yaxın  keçmişimizdə 

-  sovet dövründə dövlət istiqlaliyyətinin olmaması öz təsirini kül­

tür sahəsində də göstərmişdir.

Əhməd  Cəfəroğlu XVI  əsrdə yeni bir  siyasi  şəraitin  yaran­

ması,  Azərbaycanda  m üxtəlif xanlıqlar  şəklində  də  olsa,  müstə­

qilliyin  əldə  edilməsinin  xalq  ədəbiyyatının  aşıq  sənəti  kimi 

mühüm  bir  qolunun  da  sürətlə  inkişafına  gətirdiyini  qeyd  etmiş­

dir:  “ ...Azərbaycan  məhəlli  xanlıqlar  idarə  sistemi  üzərinə  is­

tiqlalına  qovuşmuş,  əbədiyyən  İrandan  ayrılmışdır.  Müvazi 

olaraq,  eyni  hakimiyyət  kültür  sahəsində  də  təməlləşmişdir. 

Beləcə qələmlə qılınc bir-birini  tamamlamışdır” (103, s.17).

Bildiyimiz  kimi,  Əhməd  Cəfəroğlu  hər  zaman  dil  və  ədə­

biyyatın  inkşafmı  qarşılıqlı  əlaqədə  öyrənilməsi  tərəfdarı  olmuş, 

xalqın  mənəvi  sərvətlərinin  tədqiqinə  bütün  yaradıcılığı  boyu  bu 

prinsiplə  yanaşmışdır.  Ana  dilimizin  və  ədəbiyyatımızın  inkişafı 

tarixini  araşdırdığı  “Azərbaycan  dil  və  ədəbiyyatının  dönüm  nöq­

tələri”  əsərində  də,  “Azərbaycan  türklərinin  ədəbiyyatı”  adlı 

tədqiqatında  da  məhz  Səfəvilərin,  xüsusən  hökmdar  olmaqla 

yanaşı,  özü də  qoşmalar yazan  və  saz  havası  yaradan  Şah  İsmayıl 

Xətayinin  hakimiyyəti  illərini  -   on  altıncı  əsri  xalqın  kültür 

həyatında  önəmli  bir  dövr  kimi  dəyərləndirmişdir  (103,  s.17;  25, 

s.  133).

Digər türkdilli  xalqlardan  fərqli  olaraq,  Azərbaycanda aşıq 

sənətinin  daha  sürətlə  inkişaf  etdiyini  nəzərə  çatdıran  Ohməd 

Cəfəroğlu  eyni  zamanda  saz  sənətinin  bu  yüksəlişinin  ədəbi  dilə

40

mühüm  təsirini  də  ayrıca  xatırlatmışdır:  “XVI  əsrin  sonlarından 



etibarən  tamamilə  milli  kültürü  ilə  yaşamağa  başlayan  Azər­

baycan  türklüyünün  milli  həyatım  tərənnüm  edən  ən  sağlam 

vasitə klassik ədəbiyyatla xalq ədəbiyyatı  arasında dilcə bağlayıcı 

bir  körpü  vəzifəsi  görən  aşıq  ədəbiyyatı  olmuşdur.  Bu  ədəbiyyat 

türk  xalqları  arasında  ən  əlverişli  inkişaf sahəsini  Azərbaycanda 

bulmuşdur.  “Koroğlu”  burada  doğulduğu  kimi,  romantik  poem- 

lərdən  “Aşıq  Qərib”,  “Şah  İsmayıl”,  “Əsli  və  Kərəm”,  “Lətif 

şah və Telli  Mehriban”  və  sairə həp bura xalqının ruhundan  qop­

muşdur.  Təbiət  sanki  Azərbaycanı  romantik  poemlərin  bir  növ 

vətəni  halma  gətirmiş,  xalqa  istedad  xüsusunda  heç  bir  şeyi 

əsirgəməmişdir” (103, s. 17-18).

Bütün  türkdilli  xalqların  kültürünün  tədqiqatçısı  kimi  dün­

yada  tanınan  Əhməd  Cəfəroğlu  aşıq  sənətinin  məhz  Azərbay­

canda  daha  geniş  vüsət  aldığını,  əsrlərdən  bəri  bu  xalq  sənətinin 

daim  yaşadığını,  bu  gün  belə  fəaliyyətini  dayandırmadığını,  məc­

lislərdə  saz  və  sözün  mühüm  əhəmiyyət  daşıdığını  iftixarla  qeyd 

etmişdir:  “Azəri  xalqının  tarixini,  diınünü,  bu  gününü,  rnücadi- 

ləsini,  öz  mənliyinə  qarşı  olan  eşqini  “sazlı  və  sözlü”  tərənnüm 

edən  aşıqlar  da  bu  nemətli  torpaqlarda  yetişmişdirlər.  Dünya 

türklüyü  içərisində  heç  bır  türk  xalqının  Azərbaycan  qədər  bol 

aşıq  zümrəsi  yetişdirmədiyini  söyləyəcək  olursam,  əsla  mübaliğə 

etməmiş  oluram  zənnindəyəm.  Hələ  də  bu  gün  şərq  ellərimizdə 

və  hər  iki  Azərbaycan  düyünlərində  xalqın  ruhunu  oxşayan  saz 

şairlərimiz, aşıqlarımızdır” (103, s.  18).

Göründüyü  kimi,  mühacir  folklorşünas  xalqımızın  içərisin­

dən  çıxan,  onun  məclislərini  şənləndirən,  tarixi  keçmişini,  qəhrə­

manlıq  və  şücaətini,  adət-ənənələrini  daim  yaşadan  saz  sənət­

karlarını  yüksək  qiymətləndirmiş,  aşıq  yaradıcılığının  əsl  vətə­

ninin  Azərbaycan  olduğunu,  aşıqların  milli  kültürümüzün  inki­

şafındakı  əvəzsiz xidmətlərini  diqqətə  çatdırmışdır.  Əhməd  Cəfə­

roğlu  öz əsərində:  “Tufarqanlı  Abbas,  Naxçıvanlı  Baxşı,  İrəvanlı 

Alxas,  Axalkələkli  Dədə  Qasım,  Çıldırlı  Bağdad  xanım,  Aşıq 

Gülüstan,  Qərari,  Fiqani,  Pəsəndi,  Qurbani,  Şenlik  və  sairə  həp

41


bu  növün  birər yadigarlarıdır”  (103,  s.18)  yazaraq,  Azərbaycanın 

bir  sıra  aşıqlarını  xatırlatmışdır.  Təəssüf  ki,  onların  bəzilərinin 

yaradıcılığı  hələ  də  folklorşünaslanmız  tərəfindən  tam  olaraq 

öyrənilməmişdir.

Diqqəti  cəlb  edən cəhətlərdən biri  odur ki,  Əhməd  Cəfəroğ­

lu folklorun bütün janrlarından,  eyni  zamanda aşıq  sənətindən da­

nışarkən  Azərbaycanı  bütöv  şəkildə  -   Güneyi  və  Quzeyi  ilə 

birlikdə  tədqiqata  cəlb  etmişdir.  Bu  isə  alimin  fəaliyyəti  dövrü 

sovet  quruluşu  dönəminə  təsadüf  etdiyi  üçün  vətənimizdə  təd­

qiqatların  bu  şəkildə  aparılmasının  qeyri-mümkün  olduğu  bir 

zamanda  çox  mühüm  əhəmiyyətə  malik  idi,  çünki  sosialist  sen­

zurasının  Azərbaycanda  yasaq  etdiyi  mətləblərdən  bəhs  etməklə 

Əhməd  Cəfəroğlu daim diqqəti bu önəmli problemə yönəldirdi.

Digər  tərəfdən,  folklorşünas-alim  doğma  vətəninin  hələ  də 

rus  müstəmləkəçiliyinin  ağır buxovları  altında  əzab  çəkdiyim  də 

unutmur,  yazdığı  elmi  əsərlərində  belə  hər  fürsətdə  bu  məsələyə 

toxunmağı  vacib  hesab  edir:  “Xalqının  dərdini,  eşqini,  düşmənə 

qarşı  cəsarətini  və  axıtdığı  qanı  həm  sazı,  həm  sözü  ilə  yaşadan 

bu  aşıqlar  dünənin  “Qaçaq  N ə b f’sini,  “Dəli  Alı”sını  da  Azər­

baycan  tarixinə  yaraşdırmış,  bu  gün  bizdən  uzaq  ölkəmizin  eyni 

istiqlal  mücadiləsi  uğrunda  “yeraltı”  çalışan  dərdli  igidlərini  də 

məğrur  qəhrəmanlar  karvanma  qatmaqda  gecikməyəcəkdirlər” 

(103,  s.18).

Beləliklə,  m üəllif  “yeraltı”  çalışan  dərdli  igid”  sözlərdə 

təhlükələrdən  sinə  gərərək,  sovet  Azərbaycanında  rus  əsarətinə 

qarşı  mücadiləsindən  geri  dönməyən,  gizli  təşkilatlar  yaradaraq, 

istiqlal  uğrunda  vətəndə  mübarizəsini  davam  etdirən  mücahidlərə 

diqqəti  yönəltməklə  yanaşı,  müstəmləkəçiliyə  qarşı  savaşda  aşıq­

ların  çox  mühüm  rolu  olduğunu,  saz  ustalarının  xalqın  düşdüyü 

əzabları  dərindən  dərk  etdiklərini,  dostunu,  düşmənini  daha  tez 

tanıdıqlarını,  eldən  elə  gəzərək  insanları  azadlığa  səslədiklərini 

xatırlatmışdır. 

Bu 

mülahizələrim 



davam 

etdirən  Əhməd 

Cəfəroğlu  “Azəri  ədəbiyyatında  istiqlal  mücadiləsi  izləri” 

əsərində  yazır:  “Azəri  xalq  ədəbiyyatında rus istilasının ən qəhhar

42

və  inadçı  düşməni  el  aşıq  və  şairləridir.  Bunlann  rus  istilasına 



qarşı  milli  istiqlaliyyəti  canlandıran  mövzularla  həssasiyyəti, 

milliliyi  oxşamaları  xalq  mühitində  olduqca  dərin  bir  əlaqə 

oyandırmışdır.  Onlar  nümayəndələri  olduqları  mühitin  ən  şüurlu 

insanlandırlar.  Hər  yeni  vaqiəni  daha  asan  sezər  və  incə  bır 

həssasiyyətlə  onun  səbəbkarını  ararlar.  Bir  dəfə  onu  bulduqda, 

artıq barmağa dolayıb  eldən elə,  kənddən kəndə dolaşaraq  mühitə 

düşməni tanıtdırmayınca əl  çəkməzlər” (93,  s.35).

Əhməd  Cəfəroğlu  aşıq  sənətinin  yalnız  düşmənə  qarşı  ayıq 

davranmağa  səsləmədiyini,  onlara  nifrət  və  qəzəb  oyandırmaqla 

yanaşı,  milli  düşüncəni  alqışladığını,  xalqın  qəhrəman  övladları 

ilə  öyünüb  onlan  daim  repertuarında tərənnüm  edərək  yaşatdığını 

bildirmişdir:  “Düşmənə  qarşı məhəlli  igidləri,  qəhrəmanları  mədh 

etməklə  sağlam  və  milliyyətpərvər  bir  nəsil  yaratmaqla  bunların 

(aşıqların -  A.H.),  şübhəsiz,  rolları  olmamış deyildir.  Azərbaycan 

xanlıqlarının  məğlubiyyətini  yanıq  qəlbləri  ilə  söyləməkdən, 

Cavad xanların qəhrəmanca müdafiəsini  tərənnümdən  usanmayan 

bu  qəbil  el  şairləri  bu  səfər  də  1905-1906  sənəsi  türk-erməni 

qətliamı  səbəbkarı  bulunan  rus  hökumətini  əhaliyə  nifrətlə 

xatırlatmaqdan  və  yapon  -   rus  müharibəsi  miinasibətiylə  də 

rusların  məğlubiyyətini  dərinləşdirməkdən  zərrə  qədər  çəkinmə­

mişlər” (93,  s.35).

Göründüyü  kimi,  Azərbaycan  el  şairlərinin  xalqın  arasın­

dakı  nüfuzundan  söhbət  açan alim bu böyük  etimadın  səbəblərini 

də  aşkarlamağa  çalışmış,  saz  sənətinin  və  onun  yaradıcılarının 

insanlara təsirinə  diqqəti  çəkərək,  aşıqların  nəsillərin  tərbiyəsində 

mühüm  rolu  ilə  yanaşı,  sülhün  tərənnümçüsü  kimi  fəaliyyət 

göstərdiklərini  nəzərə  çatdırmışdır:  “Rusların  məğlubiyyətinə  sə­

bəb  olan  hər  hansı  bir  hadisə  azəri  aşıqlarının  nəzərindən 

qaçmamış  və  ən  bəsiti  olan  qoşma  tərzində  mənzumələrlə  həp 

məclislərdə  nəşə  ilə  tərənnüm  etmişlər.  Hətta  bunlar  təbii  afətləri 

dəxi  rus zülmü  və  istibdadına  rəbtlə  xalqın beynində  ruslara  qarşı 

ədavəti  dərinləşdirmişdirlər.  Bu  xalqdan  yetişmə  sənətkarların 

əfsanəvi  hekayələr  müstəsna  -   xalqın  ələm  və  kədərini  oxşa­

43


maqda  böyük  bir  tərbiyəvi  rolları  vardır.  Onlar  bir  tərəfdən 

əhalini  rus  istilasına  qarşı  təşviq  etməklə  bərabər  eyni  zamanda 

sülh  yolunu  və  fəlakətin  intəhası  çarəsini  aramaqda  idilər”  (93, 

s.35).


1964-cü  ildə  Visbadendə  almanca  nəşr  etdirdiyi  “Azərbay­

can  ədəbiyyatı”  (“Die  Aserbeidschanische  Literatur”)  (166)  adlı 

tədqiqatında  isə  Əhməd  Cəfəroğlu  XVII  əsrdə  aşıq  sənətinin 

inkişafına təkan verən  səbəblər haqqında yazmışdır:  “Zatən XVII 

yüzilin  ortalarında  baş  verən  siyasi  və  ictimai  yeniliklər  xalqda 

şairlərinin əsərləri  üçün böyük bir ilgi  oyandırmışdı.  Fəqət xalqda 

keçmişi,  əski  ənənələr  və  atalarının  masal  kimi  gözəl  həyat  tərzi 

haqqında  böyük  bir  heyranlıq  oyandıran  xüsus  Şah  Abbasın  hər 

alanda  farscaya  öncəlik  tanımaq  siyasəti  oldu.  Bu  heyranlıq  da 

xalq  şairlərinin  fəaliyyəti  üçün  çox  müsaid  bir  ortam  yaratdı. 

Xalq  şairləri  dastan  və  qoşmalarında  xalqm  bu  gözləntilərinə 

cavab  vennəyə  çalışmışdırlar.  Zor  həyat  şərtləri,  iqtisadi  krizlər, 

basdırılan  xalq  ayaqlanmalan,  haqsızlıqlar  və  bənzərləri bilindiyi 

üzrə  xalq  ədəbiyyatını  bəsləyici  bir  ortam  meydana  gətirirlər. 

Aşırı  dərəcə  zorlanan  xalq  ümidsiz  durumunu  xalq  ədəbiyyatıyla 

unutmağa  çalışır.  Bunun  üçün  xalq  ədəbiyyatında  haldan  heç 

bəhs  edilməz,  əksinə  əski  tarixi  və  hətta  əsatiri,  yapdıqlannda və 

mücadilələrində  daima  başarılı  olmuş  olan  qəhrəmanlardan  bəhs 

olunur” (108,  s. 154).

Beləliklə,  Əhməd  Cəfəroğlu Azərbaycan  aşıqlarının fəaliy­

yətinin  tam  xarakterini  vermiş,  saz  sənətkarlarının  vəzifələrini 

araşdırmış,  xalqımızın  güzaranmda  onların  rolunu  aydınlaşdır­

mışdır  ki,  onun  bu  obyektiv  fikirləri  dövrümüz  üçün  çox  aktu­

aldır.


Bütün  bunlardan  başqa,  Əhməd  Cəfəroğlu  bəzən  elə  aşıq­

ların  adını  çəkir  və  ya  yaradıcılığını  araşdırır  ki,  onlar  haqqında 

bu  gün  də  Azərbaycan  folklorşünaslığında  məlumata  rast  gəlmək 

mümkün  deyil.  Fikrimizi  dəqiqləşdirsək,  “Aşıq  Kürəni,  Bağdad 

xanım,  Müəzzin  Türab,  Biçarə  Osman,  və  başqalarını  Azər­

baycan  folkloruna  qazandıran  məhz  Əhməd  Cəfəroğlu  olmuş­

44

dur”,  -   desək,  yəqin  ki,  yanılmarıq.  Bu  da  görkəmli  alimin  təd­



qiqatlarının  öz  aktuallığını  bu  gün  də  qoruması  faktı  kimi  dəyər­

ləndirilməlidir.  Alman  dilində  qələmə  aldığı  “Azərbaycan  ədə­

biyyatı”  tədqiqatında  Qurbani,  Aşıq  Kürəni,  Aşıq  Abbas  Tufar- 

qanlı,  Dədə  Qasım,  Aşıq  Valeh,  Dərbəndli  Zəmigar,  Aşıq  Qən­

bər,  Aşıq  Oruc,  Aşıq  Həsən,  İrfani,  Şenlik,  Xəstə  Həsən  və  s. 

kimi  onlarla sənətkarın bəzilərini  yalnız adını  xatırlatmaqla,  bəzi­

ləri  haqqında  müəyyən  qədər  bilgi  verməklə  yanaşı,  Əhməd 

Cəfəroğlu  təəssüflə:  “Burada  daha  yüzlərcə  aşığı  saymaq 

mümkünsə də, yer yetərsizliyindən  onlardan bəhs olunmur”, -  ya­

zaraq,  (108,  s.190)  əcnəbi  oxucuya bu  söz  sənətinin  ölkəmizdəki 

ölçülərinin sonsuzluğunu təsəvvür etmə imkanı vermişdir.

Əhməd  Cəfəroğlunun  aşıq  sənəti  ilə  bağlı  düşüncələrini 

incələyərkən  tədqiqatçı  Gülağa  Hüseynov  qənaətlərini  doğru 

olaraq  belə  yekunlaşdırmışdır:  “ ...Ə.Cəfəroğlu  Azərbaycan  aşıq- 

lığını  milli  bir  sənət  hadisəsi  saymaqla  bu  sənətin  bütün  spe­

sifikasını  Azərbaycan-türk  etnosunun  varlığı  ilə  əlaqələndirmiş­

dir.  Aşıq  sənəti,  aşığın  sazı  və  sözü  xalqın  bağrından  qopmuş 

mənəvi  bir  güc  kimi  bu  xalqın  tarixindən  heç  vaxt  qopa  bil­

məyəcək  hadisələrdir.  Xalqm  bütün  keçmişi  və  gələcəyi 

aşıq 


sənəti,  aşığın söz yaddaşı  ilə bağlıdır” (38,  s.86).

Qeyd  etmək  lazımdır  ki,  mühacir  tədqiqatçılardan  S.Rəfiq 

Rəlıoğlu  “Azərbaycan  və  Anadolu  xalq  hekayələrinin  təhlili  və 

müqayisəsi”  əsərində  bir  fəsli  “Xalq  hekayələrində  saz”  adlan­

dırmış,  bu  qədim  alətin  istifadə  edildiyi  məqamlar  haqqında 

yazmışdır:  “...  ən  məşum,  ən  həyəcanlı  anlarında  sazm  tellərinə 

sarılırlar,  təsəllini  sazm  tellərindən  alarlar,  aşiq  olduqları  üçün 

saz  öyrənir,  şeir  söylərlər.  Əllərində  saz  olanlar  dərdə  mübtə­

ladırlar (144,  s. 104).

Mühacirətdə  nəşr  edilən  “Xəzər”  (İstanbul)  adlı  aylıq 

Azərbaycan  ədəbiyyatı  dərgisi  aşıq  sənətinin  kültürümüzdəki 

mühüm  əhəmiyyətini  nəzərə  alaraq,  1980-ci  il  14-cü  sayında 

professor M.H.Təhmasibin  “Aşıq ərəb  mənşəli  bir sözmü?” (Teh-

45


masip  Mehemmed  Hüseyin.  “Aşık”  arap  menşcli  bir  söz  mü?”) 

(154) məqaləsini nəşr etmişdir.

Xavər  Aslanın  “Xəzər”  dərgisinin  1980-ci  ildəki  12-ci  sa­

yında  yayınlanan  “Azərbaycan  aşıq  ədəbiyyatı”  məqaləsi  də  saz 

sənətkarlarının yaradıcılığına həsr olunmuşdur.  M üəllif aşıq  ədə­

biyyatını  türk  kültüründə  zəngin  söz  xəzinəsi  kimi  dəyərləndir­

miş,  həmişə saz ustalarının  doğma xalqın başa düşə biləcəyi  sadə 

dildə  yazıb-yaratdıqları  və hər kəsə məhrəm olan  duyğuları  tərən­

nüm  etdikləri  üçün  əbədilik  qazandıqlarını,  hətta  qonşu  millətlə­

rin  mədəniyyətinə  böyük  təsir  göstərdiyini  bildirmişdir:  “Klassik 

yazılı  ədəbiyyatımız  fars,  ərəb  təbir və  sözləriylə  dolub-daşarkən, 

aşıqlarımız  dil  və  düşüncəsiylə  hər  zaman  xalqın  yanında  olmuş, 

sazıyla  onun  səsini,  sözünü  dilə  gətirmiş,  nəsillərdən-nəsillərə 

duyurmuşdurlar.  Aşıqların  bu  gün  də  Orta  Asiyada,  Azərbay­

canda,  Kərkükdə  və  Anadoluda  sonsuz  sevgi  ilə  sevilmələrinin, 

sayğı  və  ehtiram  görmələrinin  başlıca  səbəbi  bu  deyilmidir? 

Qonşu  xalqların  ədəbiyyatına  da  təsir  göstərən  böyük  və  zəngin 

bir aşıq ədəbiyyatına sahibik” (81, s. 13).

Xavər xanım bu məqaləsində  Aşıq Abbas Tufarqanlı,  Xəstə 

Qasım,  Aşıq  Ələsgər  haqqında  da  geniş  məlumat  vermişdir  ki, 

müvafiq  bölmələrdə  bu  barədə  danışılacaqdır.  Azərbaycan  aşıq 

sənətinin tarixi köklərini,  uzun ömrünü  araşdıran  Xavər xanım bu 

sənətin  əbədiyaşarlığının  səbəbini  məhz  xalqın bağrından  qopma­

sına,  onun  müdrikliyinə,  onun  sadə  dilinə  söykənməsi  ilə  əsas­

landırmışdır  ki,  bu  yerdə  biz  də  ona  haqq  veririk:  “Kökləri  çox 

əskilərə  dayanan  aşıq  ədəbiyyatımızın  bu  gün  də  sevilməsi  və 

yaşamasının başlıca səbəbi  də  bu  sağlam  xalq  dilinə,  xalq  düşün­

cəsinə əsaslanmasıdır”(8 1,  s. 16).

“Aşıq  Oləsgər”  kitabına  yazdığı  “ Eldən  ayrı  aşıq  niyə  yaşa­

dı”  adlı  ön  sözdə  Xavər  xanım  Azərbaycanda  saz  sənətinin  tarixi 

köklərinin  çox  əski  dövrlərə  uzanmasına  diqqəti  yönəldərək 

yazır:  “ ...  son  illərdə  türk  torpaqlarında  (Güney  Azərbaycanın 

Cığamış  şəhərində)  aparılan  arxeoloji  qazıntılar  və  bu  qazın­

tılarda  əldə  edilən  saxsı  qablar  üzərindəki  rəsmlər  milli  aşıq  sə­

46

nətimizin,  müqəddəs  çalğı  alətimiz  qopuzun  tarixin  çox  əski 



çağlarında var olduğunu bir daha isbatlamışdır” (85, s.  5).

“Əbədi  yaşayanlar”  məqaləsində  isə  Xavər  Aslan  türk  xalq 

şeirinin  əvəzsiz  nümayəndəsi  Qaracaoğlan  yaradıcılığı  haqqında 

ətraflı  məlumat  vermiş,  onun  şeirlərindən  örnəkləri  təhlil  etmiş­

dir.  Xavər xanım:  “Türk  aşıq  ədəbiyyatının  qüruru”  (84,  s.4)  ad­

landırdığı  Qaracaoğlanm  əsərlərinin  uzun  illərdən  bəri  yaşama 

səbəbini  onun  təmiz,  saf  ana  dilinin  şirinliyini,  təbiiliyini  qoru­

masında,  xalqının  qəlbindən  keçən  azadlıq  duyğularının  poetik 

və sadə ifadələrlə şeirlərində əksini  tapmasında görür: “Türkcənin 

əzəmətini,  zənginliyini  Qaracaoğlanm  əsərlərilə  yaşayır,  duyuruq 

bizlər.  Sənətkarın qoşmalarındakı  misra  və  bəndlərin  çoxunu  adi 

danışıq  dilindən  ayınnaq  imkansızdır  və  bu  sadəlikdəkı  böyük­

lük,  əzəmət  Qaracaoğlanımızı  sənətin  əlçatmaz  zirvələrinə  yük­

səldə bilmişdir” (84,  s.5).

Maraqlıdır ki,  Xavər  xanım  Qaracaoğlan  yaradıcılığını  həm 

Aşıq  Ələsgər,  həm  də  Molla  PənahVaqifm  şeirlərilə müqayisə  et­

miş,  sənətkarlıq  və  dil  baxımından  incələmişdir.  Qaracaoğlanm 

yaradıcılığının  Azərbaycan  sənətkarlarının  əsərlərinə  cox  yaxın­

lığını,  onun  şeirlərində işlənən  bəzi  sözlərin  Osmanlı  türkcəsində 

olmadığını,  Azərbaycan  dilində  isə  hələ  də  yaşadığını  və  bu  gün 

də  fəallığını  itirmədiyini  bildirən  müəllif  həmin  kəlmələrin  bir 

qismini  (gizlin,  yudu,  boz,  meşə  və  s.)  tədqiqatına əlavə  etmişdir 

(84,  s. 10).

Aşıq  sənətilə  bağlı  qeyri-adi  yanaşma  tərzinə  Fransada  ya­

şayan,  uzun  illər  Strasburq  Türk  Etüdləri  İnstitutunda  çalışan, 

1970-ci  ildən  “Turcica”  dərgisinin  əsasını  qoyan  (135,  s.  14)  İren 

Melikoffun  yaradıcılığında  təsadüf edilməkdədir.  İren  xanım  dini 

inancların  aşıq  sənətinin  inkişafındakı  roluna  diqqət  yetirmiş,  xü­

susən  xalq  təsəvvüf  ədəbiyyatının  yaranmasında  bu  amilin  mü­

hüm  təsirindən  bəhs  etmişdir.  İıcn  xanımın  “Dastandan  masala 

türkoloji  yolçuluqlanm”{ 134)  (“Dc  T’epopee  Au  Mythe:  İtineraire 

turcologiquc”)  (168)  kitabında  Anadolu  aşıq  məktəbinin  tanınmış 

simaları 

“Turk  xalq  ədəbiyyatının  öncüsü”  adlandırdığı  Yunus

47


İmrə  (s.131),  Pir  Sultan  Abdal  (s. 137),  Qayğusuz  Abdal  (  s.164), 

Aşıq  Veysəl  (s.156)  və  başqalarının  yaradıcılığı  ilə  bağlı 

məqalələr  verilmişdir.  Həmin  tədqiqatlarında  daha  çox  bəktaşi- 

ələvi  təriqətinin  yaranma  və  yaşama  tarixinə  diqqət  yetirən  İren 

xanım  ənənəvi  araşdırmaçılıqdan  uzaqlaşaraq,  xalq  şairlərinin 

yaradıcılığını  tam  fərqli  istiqamətdə  -   dini  təsəvvüf  baxış 

prizmasında dəyərləndirmişdir.

48




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə