Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda


Ш FƏSİL USTAD AŞIQLARIN YARADICILIĞI



Yüklə 1.05 Mb.

səhifə3/8
tarix15.05.2017
ölçüsü1.05 Mb.
1   2   3   4   5   6   7   8

Ш FƏSİL

USTAD AŞIQLARIN YARADICILIĞI 

MÜHACİRƏT FOLKLORŞÜNASLARININ 

TƏDQİQATLARINDA

Azərbaycan  aşıq  ədəbiyyatının  böyük  ustadlarından  Qur- 



bani  (1483-1557)  mühacirət  folklorşünasları  tərəfindən  çox 

tədqiq  edilən  sənətkarlarımızdandır.  Mehmet  Şakirin  “Aşaq  Qur- 

baninin  üç  mənzuməsi”( 150),  Əhməd  Cəfəroğlunun  “Tərəkəmə 

ağzı  ilə  hüdutboyu  saz  şairlərimizdən  Qurbani  və  şeirləri”  (101) 

məqalələri  onun  yaradıcılığına  həsr  edilmiş,  Məmməd  Sadıq 

Sənanın  “Azərbaycan  saz  şairləri”  (148),  Xavər  Aslanın  “Azər­

baycan  aşıq  yaradıcılığı”  (81),  “Güney  Azərbaycan  ədəbiyyatı 

üzərində  araşdırmalar”  (83)  məqalələrində  isə  Qurbanidən  də 

bəhs  edilmişdir.  Bunlardan  başqa,  Əhməd  Cəfəroğlu  Qurbaninin 

şeirlərini  toplayıb  “Anadolu  elləri  ağızlarından  dərləmələr,  Van, 

Bitlis,  Muş,  Karaköşə,  Əskişəhir,  Bolu  ve  Zonquldak  elləri  ağızları” 

(111)  kitabında  nəşr  etdirmiş,  “Azərbaycan  türklərinin  ədəbiy­

yatı” (25) əsərində  aşıqla bağlı mülahizələrinə yer vermişdir.

Mühacirətdə  ilk  dəfə  Qurbani  ilə  bağlı  məlumata  M.S.Sə­

nanın  “Azərbaycan  saz  şairləri”  məqaləsində  təsadüf  edilmək­

dədir.  Burada  müəllif Qurbani  haqqında  çox  qısa  məlumat  ver­

miş,  şeirlərinə  əsasən  onun  hieri  X  əcrdə  yaşadığını  müəyyən­

ləşdirmiş,  lakin  nədənsə  aşığın  adını  “Qurban” yazaraq,  üç  şeirini 

və  onunla  bağlı  dastandan  kiçik  bir  parçanı  məqaləsinə  daxil 

etmişdir  (148,  s.55-57).  Elə  həmin  ildə  “Azərbayean  yurd 

bilgisi”nin  dörd-beşinci  sayında  Mehmet  Şakirin  “Aşıq  Qurba­

ninin  üç  mənzməsi”  məqaləsi  dərc  edilmişdir  ki,  bu  da  söz 

sənətkarına  olan  böyük  maraqdan  xəbər  verir.  Müəllif  müxtəlif 

mənbələrə  əsasən  Azərbaycanda  və  Anadoluda  çox  sevilən  bu 

aşığın  adının  Qurbani  olduğunu  müəyyənləşdirdiyini,  şeirlərinin

49


də  son  bəndinin  bu  fikri  təsdiq  etdiyini  bildirmişdir.  Məmməd 

Sadiq  bəyin  məqaləsindəki  şeirlərlə  bağlı:  “Birinci  mənzumənin 

məqta  bəndi  şairin  adını,  digər  iki  mənzumədə  “Qurbani”  olaraq 

yazılı  bulunmasma  rəğmən,  Sadıq  Sənan  bəyin  qeydi  vəchilə 

“Qurban”  olaraq  göstərilməkdədir”  (151,  s.168),  -   yazan  müəllif 

yanlışı  təshih etməyə çalışmışdır.

Mühacirətdə  Qurbani  yaradıcılığının  əsas  tədqiqatçısı 

Əhməd  Cəfəroğlu  hesab  edilə  bilər.  Alim  bu  ustad  aşığı  həmişə 

diqqət  mərkəzində  saxlamış,  müxtəlif məqalələrində,  tədqiqatla­

rında  onunla  bağlı  araşdırmalarını  davam  etdirmişdir.  Belə  ki, 

“Azərbaycan  türklərinin  ədəbiyyatı”  əsərində  XV1-XVII  əsrdə 

xalq  yaradıcılığından bəhs  edərkən,  ilk  növbədə  Qurbani  və  onun 

yaradıcılığım  incələmiş,  onu  xələflərinin  ən böyük  ustadı  -  “piri” 

kimi  yüksək  dəyərləndirmişdir:  “Qurbani  dərin  və  səmimi 

lirizmlə  aşılanan  fəlsəfi  şeirləri  ilə  Azərbaycan  aşıq  ədəbiyyatının 

pirinə  çevrilmişdir.  Elə  buna  görə  də  bir  sıra  saz  şairlərinin 

yaradıcılığında ustad  aşığın surəti yaradılmış,  şəxsiyyəti  tərənnüm 

olunmuşdur” (25,  s. 133).

Qurbaninin  yaşadığı  yüzilliyi  -   XVI  əsri  “aşıq  ədəbiyya­

tının  ən  parlaq  dövrü”  kimi  səciyyələndirən  alim  bu  yüksəlişin 

səbəbini  Səfəvi!ərin  hakimiyyəti  və  Şah  İsmayıl  Xətayinin  ana 

dilinə olan münasibətilə  əlaqələndirmişdir:  “Şah  İsmayıl  aşıqların 

türkülərini  çox  bəyənir  və  böyük  bir  qeyrətlə  şiə  etiqadı  üçün 

təbliğat  yapdığı  qoşmalarını  aşıq  tərzində  yazırdı.  Bu  bir  yandan 

da  beləcə  şeir  sənətləri  üçün  yeni  bir  mövzu  bulan  xalq  şairləri 

üşün də  təşviqdi” (108,  s. 153).

Qurbaninin  Şah  İsmayıl  Xətayiyə  etdiyi  məşhur  “Şeyx  oğlu 

Şahım”  müraciətini  xatırladan  Əhməd  Cəfəroğlu  aşığın  sadə 

insanların  halına acıyaraq,  onların  dərdini  misralara tökdüyü üçün 

çox  sevildiyini  və  əsrlərdir  Azərbaycan  söz  sənətinin  zirvəsində 

qərar  tutduğunu  qeyd  etmişdir.  Alim  Qurbanı  irsini  eşq  şeirləri, 

təbiət,  və  siyasi  lirika  olaraq  üç  qismə  ayırmışdır:  ’’Şeyx  oğlu 

Şah”a  duyduğu  bütün  simpatiyə  rəğmən  sadə  xalqın  zor  duru­

munu  və  zamanın  siyasi  intriqalarını  açıqca  təsvir  etməkdən  geri

50

qalmırdı.  Digər  tərəfdən,  realist  və  gözəl  təbiət  təsvirləri  və  eşq 



şeirlərinin möhtəvasını  təşkil  edirdi.  Başanlı  təcnis və gözəlləmə­

lər əsərlərim  süsləməkdədir” (108,  s.154).

Əhməd  Cəfəroğlunun  1948-ci  ildə  İstanbulda “Türk  dili  və 

ədəbiyyatı” dərgisinin 3-cü sayında nəşr etdirdiyi  “Tərəkəmə  ağzı 

ilə  hüdutboyu  saz  şairlərimizdən  Qurbani  və  şeirləri”  adlı  iri­

həcmli  məqaləsi  böyük  sənətkarın  həyat  və  yaradıcılığına  həsr 

olunmuşdur.  Alim  özü  kimi  mühacir Aşıq  Namaz  Sazçmın  dilin­

dən  “Qurbani” dastanını  dinləmiş  və  qələmə  almışdır.  Tədqiqatçı 

G.Hüseynov  bu barədə  yazır:  “...Qurbani  qəlbinin bütün  fiziki  və 

mənəvi  harayı  ona  şeirin  ifa  məkanında  poetik  həssaslıqla 

qoşulmuş  Aşiq  Namaz  qəribliyi,  eyni  zamanda  onu  mətn  olaraq 

qeydə  alan  və  bu  zaman  mətnin  bütün  doğma  Azərbaycan 

orijinallığım  varlığı  ilə  qoruyan  Əhməd  Cəfəroğlunun  Vətən 

həsrəti bu mətndə  şeirin poetik layları  kimi  vardır” (38,  s.  66).

Bundan  əlavə,  Əhməd  Cəfəroğlu  “Anadolu  elləri  ağız­

larından  darləmələr”  kitabına  aşığın  yaradıcılığına  aid  bir  sıra 

şeirləri  “Aşıq  Qurbani-Pərizad  deyişməsi”,  “Qurbaninin  im­

tahanı”,  “Qurbaninin  sevgilisinə  sözləri”,  “Qurbaninin  ayrılıq 

türküsü”,  “Xan  qızma  xitab”,  “Pərizadın  məzarı  başında”,  “Pə­

rizadın  bağçasında”,  “Qurbaninin  son  sözü”  və  s.  daxil  etmişdir. 

Bu  poetik  nümunələr  “Qurbani”  dastanının  mətni  kimi  verilməsə 

do,  adlarından göründüyü kimi, onunla birbaşa bağlıdır.

'  Əhməd  Cəfəroğlunun  topladığı  bu  poetik  nümunələrin  bir 

qisminə  na  Qurbaninin  şeirlər  toplusunda,  nə  “Qurbani”  dasta­

nının  nəşr  olunmuş  variantlarında  təsadüf olunmur.  Həmin  məıı- 

bələrdəki  şeirlərin  bir  qismi  isə  Əhməd  Cəfəroğlunun  topladığı 

mətnlərdən  fərqlənir,  yaxud  tam  deyildir.  Lakin  mühacir  alimin 

təqdim  etdiyi  mətnlər  də  hamısı  orijinal  deyildir,  belə  ki,  onların 

bir qisminə Azərbaycandakı mənbələrdə rast gəlmək  mümkündür.

Xatırladaq  ki,  Əhməd  Cəfəroğlunun  toplayıb  “Anadolu 

elləri  ağızlarından  dərləmələr” kitabında  nəşr etdirdiyi  “Aşıq  Kü­

rəni 


Aşıq  Qurbani  deyişməsi”,  “Aşıq  Qurbani 

Pərizad 


deyişməsi”,  “Qurbanının  ayrılıq  türküsü”,  “Xan  qızma  xitab”,

51


“Pərizadın  bağçasında”,  “Qurbaninin  son  sözü”  adlı  şeirlərə, 

həmçinin  “Havalanıb  könül  çıxma ucaya”,  “Sallana-sallana gələn 

sevdiyim”,  “Başına  döndüyüm  ala  gözdü  yar”,  “Gəl,  yarım 

sənnən  badə  içəlim”  misraları  ilə  başlayan  poetik  örnəklərə 

Azəbaycanda nəşr olunmuş  “Qurbani”  dastanının  variantlarından 

heç  birində  və  Qurbaninin  Qəzənfər  Kazımov  tərəfindən  tərtib 

edilmiş şeirlər toplusunda təsadüf olunmur.

Məsələn,  “Aşıq  Qurbani  -   Pərizad  deyişməsfi’nə  diqqəti 

yönəldək:

Aldı Qurbani:

Özün bilməzinən qalxıf oturma,

Axlm zaya verif, fəhmin itirmə.

Sevdiyin gönlünə xəbər gətirmə,

Necə dağdı  quzuyunda (quzeyində-Ə. C.) 

qar olmuş.

Aldı Pörüzat:

Bu nə pehleydi  gəldi başıma,

Fələk ağı  qatdı  şirin  aşıma.

Hər kim  xavar versə şah qardaşıma 

Yüz il  mənşərdə yeri  nar olsun. 

Aldı  Qurbani:

Eşqin piyalasm doldur sora gör, 

Siyah  zülfün  dal  gərdənə hör. 

Qurbanım  der, bizim bağı  dərə  gör, 

Qeyri  bağda heyva olu,  nar olu

Aldı  Pörüzat:

Aşıq  məşuğunnan  alırmı  murat,

Allahdan  inayat, möyladan iındat. 

Qurbanıdan ayrı düşsə Pörüzat,

Cümlə dərtlər bu sinədə var olu (111,  s.90).

Əhməd  Cəfəroğlunun  nəşr  etdirdiyi  “Ala  gözdü,  nazlı  dil­

bər”  misrası  ilə  başlanan  şeirə  isə  “Qurbani”  dastanının  variant­

larından  heç  birində  və  Qurbaninin  şeirlər  toplusunda  təsadüf 

edilmir:


Kebap üstə dönən gözdü,

Etdicəgin  cilvə nazdı,

Adülərdən qalma sözdü,

Gəlmə dilbar, gəlmə,  dilbar,

Gəldin geri dönmə,  dilbar (111,  s.92).

Qeyd  edək  ki,  “Qurbani”  dastanının  çap  olunmuş  hər  iki 

variantında  və  prof.  Qəzənfər  Kazımovun  nəşrə  hazırladığı 

“Qurbani” kitabında:

Durum dolanım başına 

Aşiqindən küsən dilbər!

Gözlərini  dik gözümə,

Nə mən  dinim, nə sən,  dilbər,

(12,  1 c., s.51,  s.88;  51,  s.45) -

misraları  ilə  başlayan  (Dastanın  Diri  versiyasında  bu  şeir  bir 

qədər  fərqli  şəkildə  getmişdir)  “Dilbər”  rədifli  şeir  olsa  da,  bu 

Ohmod  Cəfəroğlunun  təqdim  etdiyi  poetik  nümunədən  həm 

məzmun,  həm  də  forma  baxımından  seçilir.  Ümumiyyətlə,  “Qur­

bani”  dastanının  nəşr  olunmuş  variantlannda  bu  formalı  şeirə 

təsadüf  olunmur.  Q.Kazımovun  nəşrə  hazırladığı  “Qurbani”  şe­

irlər  toplusunda  isə  yalnız  “Keçdi”  rədifli  yarımçıq  bir  şeir 

Əhməd  Cəfəroğlunun  təqdim  etdiyi  poetik  nümunəyə  bənzəyir 

(51,  s.54).

Ohməd  Cəfəroğlunun  toplayıb  nəşr  etdirdiyi  örnəklər 

içərisində  indiyədək  “Qurbani”  dastanının  variantlarında  və  Qur- 

baniyə  aid  edilən  digər  mənbələrdə  rast  gəlinməyən  nümu­

nələrdən  biri  də  ’’Qalxdı  köç  eylədi  könül  karvanı”  misrası  ilə

53


başlayan şeirdir:

Qalxdı köç eylədi könül karvanı,

Naşı  avçı kəsmiş av dərəsini.

Qalxıbınan endi  ellərə doğru,

Seyrişif marallar sallara doğru.

Ata yox,  ana yox, nə qardaş-bacı,

Çıxmaz ürəyimnən bu qəmlər acı.

Əbrüşüm muyunnan müsəllim  saçı,

Kəh də səjdə qılar bellərə doğru.

Qurbanı yandırır eşqin  ataşı,

Gəlməsin üsdüınə sən təki naşı.

Durmayıpnan axır dıdəmin yaşı,

Axıpnan qarışır sellərə doğru (111,  s.87).

Qurbaninin yaradıcılığı ilə bağlı  araşdırmalarının hamısında 

Əhməd  Cəfəroğlu  Kürəni  adlı  aşığı  xatırlamış,  şah  sarayında hər 

iki  sənətkarın deyişmələrinin keçirildiyini  bildirmiş,  hətta doqquz 

bənddən  ibarət  həmin  şeiri  “Anadolu  elləri  ağızlarından  dərlə- 

mələr.  Van,  Bitlis, 

Muş,  Karaköşo, 

Əskişəhir,  Bolu  ve 

Zonquldak 

elləri  ağızları”  kitabında  nəşr  də  etdirmişdir.  Alimin  Qurbaninin 

“daxil  olduğu  saray  çevrəsində  rəqib  kimi  qarşılaşdığı,  hətta  bir 

sıra  hallarda  mücadiləyə  girişdiyi  Kürəni  də  Azərbaycan  saz 

şairləri  arasında  çox  tanınanlardan  biri  olmuşdur”(25,  s. 133),  -  

cümləsindən  Aşıq  Kürəniyə  verdiyi  dəyər  meydana  çıxmış  olsa 

da, əyanilik üçün deyişmədən  bır örnəyə diqqət yetirək:

Aldı Aşıq  Kürəni:

Aradım,  buldum gönül  şəhrini,

Baxdım bu  gönlümdə genə  çar qaldı.

O çarın  birisin qaldırdım  atdım,

Baxdım  dalısında genə  çar qaldı.

54

Qadir möylam təməl vurdu dünyaya,



Nişangahı  dört qıvladı,  çardı,  çar.

Dört nəsnədon xəlq  eyləmiş adamı,

Abu atəş xaki  baddı, çardı çar.

Aldı Aşıq Kürəni:

Oxudum dərsimi dərsdərə qatdım,

Bir bəzirgən buldum,  yarısın satdım.

O çarın ikisin qaldırdım atdım,

Baxdım  dalısında gənə çar qaldı.

Aldı Aşıq Qurbani:

Yoxdan var eylədi  cümlə aləmi,

Endi  fəriştahlar çaldı qələmi.

Göydən  endi  hakğın o dört kəlamı,

İncil, Zəbur, Tövrat, Quran  çardı çar

(111, s.88-89).

Deyişmə  yalnız  Aşıq  Qurbaninin  deyil,  Aşıq  Kürəninin  də 

istedadım, bilik və bacarığını  ifadə etməkdədir.

Bu  tədqiqat  işində  Əhməd  Cəforoğlunun  toplayıb  ııaşr 

etdirdiyi  bütün  poetik  mətnlərin  geniş və  hərtərəfli  təhlili,  əlbəttə, 

mümkün  deyildir.  Ona  görə  də  bu  mətnlərlə  bağlı  ən  səciyyəvi 

məqamlara diqqət  yetirməyi  məqsədəuyğun hesab  etdik ki,  bunlar 

da  mühacir  alimin  Qurbani  irsi  ilə  bağlı  gördüyü  işlər  haqqında 

müəyyən qədər təsəvvür yarada bilər.

Qeyd  etmək  lazımdır  ki.  Xavər  Aslan  “Aşıq  Ələsgər”  kita­

bına  yazdığı  müqəddimədə  Qurbani  yaradıcılığını  yüksək  qiy­

mətləndirmiş,  onun  yaradıcılığının yazılı  ədəbiyyata,  xüsusən  Şah 

İsmayıl  Xətayiyə böyük  təsirindən söhbət açmışdır (85, s.  6).

Aldı A şıq Q urbani:

55


Bütün  bu  müqayisələr  həm  də  göstərir  ki,  Qurbani  irsini 

daha  geniş  araşdırmaq  üçün  onun  mühacirətdə  nəşr  olunan 

şeirləri  də  öyrənilməli  və  nəşr olunmalıdır,  lakin,  təəssüf ki,  hələ 

də  bu  problem  öz  həllini  tapmamışdır.  Həmin  məsələyə  diqqət 

yetirən  G.Hüseynov  yazır:  “Qurbani  şeirinin  poetik  xüsusiy­

yətlərini  dərindən-dərinə  araşdırmış,  o  cümlədən  onun  şeirlərini 

dastanlardan,  m üxtəlif mətnlərdən,  əlyazmaları,  cünglərdən  və  s. 

mənbələrdən  toplayaraq  variant  tutuşdurmaları,  izah  və  şərhləri 

ilə  birlikdə  təqdim  edən  Qəzənfər  Kazımovun  “Qurbani”  şeirlər 

məcmuəsi  göstərir  ki,  tərtibçi  Qurbani  şeirinin  təqdimi  və 

tutuşdurması  zamanı  Ə.Cəfəroğlunun  burada  təhlili  verilən 

nəşrindən  (Ə.Cəfəroğlunun  “Tərəkəmə 

ağızı  ilə  hüdutboyu  saz 

şairlərimizdən  Qurbani  və  şeirləri”  adlı  məqalə  nəzərdə  tutulur -  



A.H)  istifadə edə bilməmişdir” (38,  s.66).

Doğrudan  da,  mühacirətdəki  nəşrlər  -   Əhməd  Cəfəroğ- 

lunun,  Mehmet  Şakirin,  Xavər  Aslanın  və  başqalarının  tədqi­

qatları  nəzərə  almmadıqca,  Qurbani  irsi  öz  bütövlüyünü,  kamil­

liyini,  zənginliyini  əhəmiyyətli dərəcədə itirmiş  olacaqdır.

Azərbaycan  xalq  ədəbiyyatının  görkəmli  nümayəndəsi  Aşıq 



Abbas  Tufarqanlı  (1585-1650)  mühacirət  folklorşünaslarınm 

daim  diqqət  yetirdikləri  şəxsiyyətlərdən  biridir.  Bunun  da 

müəyyən  səbəbləri  vardır.  Əvvəla,  Abbas  Tufarqanlı  qeyri-adi 

istedadı  ilə  seçilmiş,  aşıq  şeirinin,  demək  olar  ki,  bütün  şəkil­

lərində  uğurla  qələmini  sınamış,  Azərbaycan  xalq  ədəbiyyatında 

özünəməxsus  üslubu  ilə  fərqli  bir  mövqeyə  malik  ustad  sənətkar 

kimi  əbədi  yaşamaq  hüququ  qazanmışdır.  Digər  tərəfdən,  onun 

yaradıcılığında  ədalətsizliyə,  haqsızlığa  qarşı  mübarizə,  həmçinin 

nikbin  ruh  hakimdir  ki,  bu  da  siyasi  səbəblər  üzündən  mühaci­

rətdə  ömür  sünnəyə  vadar  edilən  ziyalıların  nəzər-diqqətini  daha 

çox cəlb  etmişdir.

Mühacirətdə  Aşıq  Abbas  Tufarqanlı  haqqında  ilk  məlumat 

verən  Məmməd  Sadıq  Sənan  olmuşdur,  o,  “Azərbaycan  saz  şa­

irləri”  məqaləsinə  aşıqla  bağlı  bir  rəvayəti  və  şeirlərindən  nümu­

nələri  daxil  etmişdir.  Müəllifin  verdiyi  rəvayət  “Abbas-Gülgəz”

56

dastanının  qısa  xülasəsini  xatırladır,  şeirlərdən  biri  isə  on  iki 



bənddən  ibarət  olan  qoşmadır  və  imamlann  hər  birinin  tərifinə 

həsr  edilmişdir.  Bu  gün  Azərbaycan  təziyə  məclislərinin,  demək 

olar  ki,  hamısında  oxunan  bu  şeir  sovet  dövründə  nəşr 

edilməmişdir.  Bu  da  təbiidir.  Dastanlarda  islamla  bağlı  bəzi  mə­

qamlara  yer  verilsə  də,  sırf  dini  məzmun  daşıyan  bu  qoşmanın 

həmin  dövrdə  dərci  imkansız  idi.  Aşıq  Abbas  Tufarqanlının  dini 

mövzuda  şeirlər  yazdığını  təsdiq  edən  Həmid  Araslı  “Aşıq  yara­

dıcılığı”  əsərində  onların  taleyilə  bağlı  yazır:  “Abbas  Tufar- 

qanlınm  xalq  üslubunda  yazdığı  şeirlər  daha  çox  şöhrət  qa­

zandığından  əruz  vəznində  yazılmış  və  dini  mahiyyət  daşıyan 

şeirləri unudulmuşdur” (2,  s.60).

Qeyd  edək  ki,  Məmməd  Sadıq  məqaləsinə  əlavə  etdiyi 

örnəkləri  toplayanın  məhz  özü  olduğunu,  sonradan  onları  yadda­

şına  əsaslanaraq  yazıya  aldığını  ayrıca  bildirmişdir:  “Xalqın 

ağzından  not  etdiyimiz  parçalann  bir  yerdə  qeyd  edildiyini  də 

bilmirik,  hansı  əsrə  aid  olduğu  da,  təbii,  bəlli  deyildir”  (148, 

s.55).

Bu  məqalə  Azərbaycan  aşıq  sənətinin  tanıtdırılması  məq­



sədilə  qələmə  alınmış  və  otuzuncu  illərdə  mühacirət  nümayən­

dələrinin  xalq  ədəbiyyatı  ilə  bağlı  baxışlarını  əks  etdirdiyi  üçün 

bu gün də mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan  yurd  bilgisi”  dərgisinın  üçüncü  sayında  isə 

Əhməd  Cəfəroğlunuıı  “XVI  əsr  azəri  saz  şairlərindən  Tufarqanlı 

Abbas”  (91)  adlı  irihəcmli  məqaləsi  dərc  edilmişdir.  Tədqiqatçı 

ilk  növbədə  aşığın  həyatına  diqqəti  yönəltmiş,  xalq  arasında 

Tufarqanlı  Abbas  adlanan  aşığın  əslən  Güney  Azərbaycanın 

Dixarqan  kəndində  doğulduğunu,  lakin  bu  adın  ağızdan-ağıza 

dolaşaraq  “Difaraqan”,  “Tufarqan”  şəklinə  düşdüyünü  hələ  1932- 

ci  ildə  göstərmişdir.  Xatırladaq  ki,  “Azərbaycan  yurd  bilgisi”nin 

ikinci  sayında  “ Azərbaycan  saz  şairləri”  adlı  məqaləsini  dərc 

etdirən  mühacirət  folklorşünası  Məmməd  Sadıq  Sənan  aşığı 

“Deharqanlı  Aşıq  Abbas”  kimi  təqdim  etmişdir  (148,  s.57). 

Əhməd  Cəfəroğlu öz məqaləsində  Sadıq  Sənanın  mülahizələrinin

57


düzgün  olduğunu  bildirməklə  yanaşı,  xalq  arasında geniş  yayılan 

“Tufarqanlı” sözünü işlətməyi məqsədə müvafiq hesab etmişdir.

Mühacir  alim  Aşıq  Abbas  Tufarqanlının  həyatı,  haqqında 

geniş  məlumat  olmadığım,  bəzi  məqamlan  həm  şeirlərinə,  həm 

də  “Abbas  və  Gülgəz”  dastanına  əsasən  dəqiqləşdirmək  lazım 

gəldiyini  qeyd  etmişdir.  Ümumiyyətlə,  bir  çox  tədqiqatçılar Aşıq 

Abbas  Tufarqanlı  ilə  bağlı  qaranlıq  məqamlara  işıq  salmaq  üçün 

“Abbas  və  Gülgəz”ə  müraciət  etmişlər.  Belə  ki,  aşığın  əsərlərini 

toplayıb  “72  şeir”  adı  ilə  nəşr  etdirən  ədəbiyyatşünas  Araz 

Dadaşzadə  həmin  kitaba  yazdığı  müqəddimədə  qeyd  edir:  “Aşıq 

Abbasın mövzu dairəsi  geniş  və rəngarəngdir.  Onun poeziyasının 

konkret  mənasını  daha  yaxşı  başa  düşmək  üçün  “Abbas  və 

Gülgəz” adlı dastana müraciət etməliyik” (76, s.3).

“Azərbaycan  ədəbiyyatı  tarixi”  dərsliyində  də  Aşıq  Abbas 

Tufarqanlının həyat və yaradıcılığını  dəqiqləşdirmək üçün ən əsas 

mənbənin “Abbas-Gülgəz”  dastanı  olduğu qeyd  edilmişdir (1 5 ,1, 

s.  547).

Aşığın  yaşadığı  dövrü  müəyyənləşdirmək  məqsədilə 

Əhməd  Cəfəroğlu  onun  dastanda  adını  qeyd  etdiyi  Şah  Abbas  və 

vəzir  Allahverdi  xan  kimi  tarixi  şəxsiyyətlər  haqqındakı  məlu­

matlara  müraciət  etmişdir:  “Yalnız  Abbasın  şeirlərində  Şah 

Abbasla  vəzir  Allahverdi  nam  iki  zata  təsadüf  edirik  ki,  bun­

lardan birincisi  1587-1628  sənəsində  hakimiyyət  sürüb,  iki  Azər­

baycanı  birləşdirməyə  müvəffəq  olmuşdur...  Vəzir  Allahverdi 

xana  gəldikdə  isə  bu  zat  həqiqətən  şeirdə  göstərilən  vəchlə  Şah 

Abbas zamanında yaşamış və  saray naziri  olmuşdur” (91, s.98).

Fikrim  sübut  etmək  üçün  Ohməd  Cəfəroğlu  aşığın  öz 

şeirlərindən  nümunələr gətirmişdir.Verilən  örnəklərdə  aşığın  mü­

raciətləri  ayrıca maraq doğurmaqdadır:

Ağa  Becan, hər nə desən bilisən,

Kəsmə  ağzımdakı şirin dili sən.

Qəspinaksan,  Şah  Abbasın qulusan,

Endir yerə kəcabanı  mən  görüm  (91, s.98).

58

Göründüyü  kimi  aşıq  qəlbindəki  qəzəbi,  keçirdiyi  sarsın­



tıları  misralarda  ifadə  etmiş,  qəsbkarları,  zalımları  birbaşa  adı  ilə 

çağırmışdır:

Bu Abbasdır,  Vəzir Allahverdi xan,

Mən dedim mətləbimi sən yaxşı qan.

Alışıb, tutuşub ərəsətdə yan,

Endir yerə kəcabanı  mən görüm (91,  s.98).

Əhməd  Cəfəroğlu  mənbələrə  istinadən  hətta  1590-1595-ci 

illərdə  İrana  göndərilən  rus  səfiri  Knyaz  Andrey  Zveniqorodski- 

nin  Qəzvində  vəzir  Allahverdi  xanın  evində  şahla  görüşdüyünü 

qeyd etmiş və bu məlumata əsasən Aşıq  Abbas Tufarqanlının XV 

əsrin  sonu  XVI  əsrin  əvvəllərində  yaşadığını  müəyyənləşdir­

mişdir.


Tarixi  mənbələrdə  Şah  Abbasın  1587-1629-cu  illərdə,  yəni 

XVI  əsrin  sonu  XVII  əsrin  əvvəllərində  hakimiyyətdə  olduğu 

qeyd  edilir  (22,  s.462;  163,  s.23).  Folklorşünaslar məhz  bu  fakta 

əsasən  Aşıq  Abbas  Tufarqanlının  XVI  əsrin  sonu  XVII  əsrin 

əvvəllərində  yaşadığını  müəyyənləşdirirlər  (62,  s.190;  27,  s. 187; 

45, s. 126).

Əhməd  Cəfəroğlu  da  həmin  fakta  əsaslanır,  lakin  nədənsə 

Tufarqanlı  Abbası  “on  beşinci  əsrin  sonu  ilə  on  altıncı  əsr 

başlanğıcı  müttəhid  Azərbaycan  saz  şairi  olaraq”  (91,  s.98)  qəbul 

edilməsini  lazım  bilir.  Şah  Abbas  hakimiyyətinin  1587  1629-ci 

illər  olduğunu  qeyd  edən  alimin  məhz  belə  qənaətə  gəlməsi 

təəccüb  doğursa  da,  o,  bu  fikrinə  əmin  olduğundandır  ki, 

tədqiqatının  adında  da  Tufarqanlı  Abbası  “on  altıcı  əsr  azəri  saz 

şairi” olaraq  təqdim  etmişdir.

Ohməd  Cəfəroğlu  xalq  arasında  yayılmış  bəzi  rəvayətlərə 

də  məqaləsində  yer  ayırmışdır.  “Abbas  və  Gülgəz”  dastanından 

qaynaqlanan  bu  rəvayətlərdə  Abbasın  cavankən  baytlması,  dər­

dinə  əlac  tapılmaması  ağbirçək  bir  qarının  ona  dahidən  vergi 

verildiyini  söyləməsi  və  s.  bəhs  olunur.  Ənənəvi  olaraq,  Abbasa 

buta  ilə  yanaşı  aşıqlıq  qabiliyyəti  verilir,  o  yuxuda qəlbini  ovsun-

59


layan  gözəl bir qız görür.  Nurani bir qoca bayılıb  özündən  getmiş 

Abbasa  barmaqlarının  arasında  Təbriz  şəhərini  və  bu  şəhərin 

sakini  olan  gözəl  Pəri  xanımı  göstərir,  Pəri  xanıma  isə  sevgilisi 

Abbası  nişan  verir.  Aşıqlığm  simvolu  olan  cürə  saz  gətiriləndən 

sonra  Abbas  oyanıb  qalxır və  yuxuda buta  verilmiş  Pəri  xanımın 

dalınca  Təbriz şəhərinə yola düşür.

Şühbəsiz  ki,  “XVI  əsr  azəri  saz  şairlərindən  Tufarqanlı 

Abbas”  adlı  məqaləsini  yazarkən  Əhməd  Cəfəroğlu  “Abbas  və 

Gülgəz” adı  ilə  məlum  olan  dastanın  variantlarından  biri  ilə  tanış 

olmuşdur.  Belə  ki,  məqalədə  təsvir  olunan  rəvayətlə  “Abbas  və 

Gülgəz”  arasındakı  yaxınlıq  göz  qabağındadır.  Lakin  nədənsə 

alim  bu  dastanın  mətnini  məqaləsinə  əlavə  etsə  də,  onun  adını 

xatırlatmır.  Bunun  səbəbini  Elşən  Əbdülhəsənli  belə  izah  edir: 

“Əsərin  yazılma  tarixini  (1932-ci  il)  və  Tufarqanlı  Abbasa  həsr 

olunmuş  ilk  araşdırmalardan  olduğunu  nəzərə  alsaq,  burada 

qcyri-adi  bir  şey  yoxdur  (Məlumdur  ki,  “Abbas  və  Gülgəz” 

dastanı  bizdə  yalnız  1961-ci  ildə  nəşr  edilmişdir).  Bir  də  ki, 

Əhməd  Cəfəroğlu  üçün  Abbas  haqqında  rəvayətlər  onun  şeir­

lərinin  verilməsi  üçün  yalnız bir fon  və  hər hansı  şeirin  yarandığı 

şəraiti,  deyildiyi  məqamı  anlatmaq  üçün  bir  vasitə  idi.  Alimin 

əsas  məqsədi  Türkiyə  oxucularını  Aşıq  Abbasın  şeirləri  ilə  tanış 

etmək  idi  və  buna  görə  də  mətnin  əsas  hissəsini  poetik  parçalar 

tutur” (26,  s.65).

Qeyd  edək ki,  Əhməd  Cəfəroğlunun örnək kimi  verdiyi  şeir 

parçalarının  əksəriyyəti  cüzi  fərqlərlə  “Abbas  və  Gülgəz”  dasta- 

nmdakı  şeir parçalarının  eynini  təşkil  edir.  Dastanın  adının  çəkil- 

məməsi  isə  məhz  bu  məqalənin  ilk  tədqiqatlardan  olması  ilə 

yanaşı,  alimin  həmin  əsəri  tam  şəkildə  deyil,  yalnız  müəyyən 

parçalarını  nəşr  edə  bilməsindən  də  irəli  gələ  bilərdi.  Xatırladaq 

ki,  qürbətdə  ömür  sürən,  həsrətini  daşıdığı  vətənilə  heç  bir  əlaqə 

yarada  bilməyən  digər  mühacir  folklorşünaslar  kimi,  Əhməd 

Cəfəroğlu  da  mənbə  qıtlığı  problemi  ilə  üz-üzə  qalırdı  və  bəzən 

xalq  ədəbiyyatı  nümunələrini  iti  yaddaşına  güvənərək,  gənc 

yaşlarında Gəncədə eşitdiklərinə əsasən bərpa edirdi.

60

Məlum  olduğu  kimi,  “Abbas  və  Gülgəz”  dastanının  Azər­



baycan  oxucularına  təqdim  olunmuş  variantı  Gəncə  şəhərində 

yaşamış  Aşıq  Qara  Mövlayevin  dilindən  qələmə  alınmışdır  (12, 

II,  s.444).  Əhməd  Cəfəroğlu  adı  çəkilən  məqaləsində  “Abbas  və 

Gülgəz”in  istifadə olunan  variantının  Gəncədən  toplandığına diq­

qəti yönəltsə  də,  onun kim tərəfindən toplanması barədə məlumat 

verməmişdir.  Yuxarıda  qeyd  olunduğu  kimi,  topladığı  bir 

misranın belə infonnatoru haqqında məlumat verməyi  özünə borc 

bilən  alim  üçün  bu  təəccüb  doğurur.  Çox  güman  ki,  Əhməd 

Cəfəroğlu  öz  məqaləsində  bəhs  etdiyi  “Abbas  və  Gülgəz”  dasta­

nının  variantını  da  hələ  ilk  gəncliyində  Gəncədəki  aşıqlardan 

dinləmiş və burada da öz  yaddaşındakı  mətndən  istifadə  etmişdir, 

yəni  bu  variantın  infonnatoru  da  onun  özüdür.  Əhməd  Cəfər­

oğlunun  hər  zaman  adını  sayğı  ilə  xatırlatdığı  müəllimi  Mehmct 

Fuad  Köprülü  “Azəri  aşıqlarından  Tufarqanlı  Abbas”  məqa­

ləsində:  “Aşıq  Qərib”,  “Aşıq  Kərəm”,  “Qurbani”  dastanlan  kimi 

arada  bir  şairə  aid  olan,  yaxud  ona  isnad  edilən  mənzum 

parçalarla da süslənən  bu hekayənin  Cəfəroğlu  Əhməd  tərəfindən 

Gəncəli bir türkün  ağzından tutulan  şəkli” (128,  s.  3) kimi  təqdim 

etmişdir  ki,  bu  da  infonnator  haqqında  deyilənləri  təsdiqləmiş 

olur  (Həmin  məqaləsində  M.F.Köprülü  dastanın  iki  variantından 

bəhs etmişdir).

Bundan  əlavə,  alimin  uzun  illər  çalışdığı  İstanbul  Uni­

versitetinin  və  onun  nəzdindəki  Tiirkiyyat  İnstitutunun  kitab­

xanasında  apardığımız  axtarışlar  “Abbas  və  Gülgəz”  dastanının 

Əhməd  Cəfəroğlunun bəhrələnmiş olduğu  variantını  aşkarlamağa 

imkan  vermədi.  Lakin,  Səlim  Rəfiq  Rəfioğlunuıı  “Professor  Dr. 

Ə.Cəfəroğlunun  əsərlərində  görülən  xətalar.  Bir əlavə.  Bir cavab” 

(142)  kitabında  maraqlı  bir  məqamla  qarşılaşırıq.  Əhməd  Cəfər­

oğlunun:  “Mənim  əldə  etdiyim  mətn  Azərbaycanın  Gəncə 

şəhərinə  aid  olduğundan  Təbriz  ləhcəsinə  aid  bəzi  xüsusiyyətləri 

ehtiva  etməklə  bərabər  Gəncə  ləhcəsi  üzərinədir”,  -   bildirərək, 

hər  iki  dialektı  nəzərə  almaqla  bu  poetik  örnəkləri  yazıya  al­

masını  Səlim Rəfiq  qəbuledilməz hesab  etmişdir:  “ ...Gəncəyə aid

61


olduğu  və  İstanbulda  gəncəli  bir  türkün  ağzından  yazıldığı 

bildirilən  bu  mətnin  Təbriz  ağzı  xüsusiyyətlərini  daşıması... 

fıloloji nəzər-nöqtəsindən imkansızdır” (142, s.  7).

Burada  iki  cəhət  diqqəti  cəlb  edir,  əw əla,  Səlim  Rəfiq 

hansı  mənbəyə  əsasən  bu  mətnin  İstanbulda bir  gəncəlinin  dilin­

dən  qələmə  alındığını  müəyyənləşdirməsi  aşkarlanmasa  da,  bu 

istisna  da deyil.  Digər  tərəfdən,  Əhməd  Cəfəroğlu  kimi  tanınmış 

bir  alimin  yazdıqlarının  birmənalı  qarşılanmaması,  mühacirlərin 

araşdırmalara  tənqidi  yanaşmasının,  onların  xalq  ədəbiyyatına 

olan diqqətinin və həssaslığının göstəricisidir.

Xatırladaq  ki,  Əhməd  Cəfəroğlunun  “XVI  əsr  azəri  saz 

şairlərindən  Tufarqanlı  Abbas”  məqaləsində  Aşıq  Abbas  Tufar- 

qanlıya  aid  olunan  rəvayətlə  “Abbas  və  Gülgəz”  dastanı 

arasındakı  fərq  haqqında  tədqiqatçı  Şəlalə  Həsənova  yazır: 

“...fərq  yalnız  Əhməd  Cəfəroğlunun  variantında  Abbasın 

vurulduğu  qızm  adının  Pəri  olmasıdır”  (36,  s.55).  Lakin  qeyd 

etmək  lazımdır  ki,  “Abbas  və  Gülgəz”  dastanının  Azərbaycanda 

nəşr  olunan  variantında  Abbasın  sevgilisi  bəzən  Gülgəz,  bəzən 

Gülgəz Pəri, bəzən  isə  sadəcə olaraq  Pəri  kimi  verilmişdir (12,  II, 

s. 113-174).  Digər  tərəfdən,  elə  Ə.Cəfəroğlunun  bəhrələndiyi 

variantda  Abbasın  sevgilisi  bəzən  Gülgəz  adı  ilə  təqdim 

edilmişdir:

Abbasın yarını görən,

Əl  uzadıb gülün dərən,

Gülgəzi mənə verən,

Elə bilsin  Haca getdi  (91,  s. 103).

Ona  görə  də  bu  faktı  əsas  göstərərək  Əhməd  Cəfəroğlunun 

istinad  etdiyi  variantla  “Abbas  və  Gülgəz”  dastanının  məlum 

variantı  arasında  fərq  qoymaq  elmi  əsasa  söykənmədiyi  üçün 

yanlışdır  və  bu  yanlışlıq  sadəcə  olaraq  mənbələrə  bələdsizlikdən 

qaynaqlanır (33,  s.82).

62

Məlum  olduğu  kimi,  folklorşünaslıqda  “Abbas  və  Gülgəz” 



dastanının  yaranması  barədə  müxtəlif  fikir  və  mülahizələr 

mövcuddur.  Məsələn,  folklorşünas  Hümmət  Əlizadə  hələ  30-cu 

illərdə bununla bağlı  mühakimələrini  əks etdirərək  yazırdı:  “Aşıq 

Abbas  gənc  yaşlarında  məşhur  Batmanqılınc  Məhəmməd  xanın 

bacısı  Gülgəz  Pərini  sevir.  Gülgəz  Pərinin  arxasınca  Təbrizə 

gedir.  O  tərəfdən  Şah  Abbas  da  qızın  gözəllik  sorağını  aldığı 

üçün  öz  pəhləvanı  Becanı  Təbrizə  qızı  gətirməyə  göndərir... 

Rəvayətə  görə,  Aşıq  Abbas  bu  sevgi  səfərində  saysız-hesabsız 

şeirlər  söyləyir ki,  aşıqlar  da o  şeirlərə  əsaslanaraq  Aşıq  Abbasın 

Gülgəz  Pəri  ilə  sevişməsini  bir  macəralı  böyük  dastan  şəklində 

nağıl  edirlər” (4,  s.5).

H.Əlizadə,  göründüyü  kimi,  dastanın  sonrakı  dövrün 

aşıqları  tərəfindən yarandığı  qənaətindədir.  M.Təhmasibə görə  isə 

dastanı  məhz  Aşıq  Abbas  Tufarqanlı  özü  yaratmışdır.  “Əsl 

həqiqət  budur  ki,  Abbas  qüdrətli  bir  şair-aşıq  olmuş,  lirik 

gözəlləmələr,  nəsihətamiz  ustadnamələr,  mənalı,  həm  də  gözəl 

təcnislər,  şux,  oynaq  gəraylılar,  divanilər  və  s.  yaratdığı  kimi, 

gözəl  dastanlar  da qoşmuş,  öz  dövrünün  ən  çirkin  hadisələrindən 

birini,  yəni  “gözəl  qızların  güclə  saraya  aparılması”  məsələsini 

məharətlə,  bir  dastançı  kimi  işləmiş,  yaxşı  bir  əsər  yaratmışdır. 

Xalq, daha dəqiq  deyilsə,  onun yaradıcı  dəstəsi  olan aşıqlar -- das- 

tançılar  isə  bu  dastanı  müxtəlif  varantlar  şəklinə  salmışlar,.. 

Abbasın  doğrudan  da  dastançı-şair-aşıq  olduğunu  sübut  edən  ən 

yaxşı  dəlillərdən  biri  də  budur  ki,  onun  bu  dastandan  başqa  bir 

əsəri  də olmuşdur” (74,  s.259).

Təhmasib  dastanda  Pərinin,  digər obrazların  da dilindən  şe­

irlər  verilməsinə əsaslanaraq,  əsərin məhz Aşıq  Abbas Tufarqanlı 

tərəfindən  deyildiyini  göstərir:  “Axır  bu  qoşmalar  içərisində 

Pərinin,  başqa personajların  dilindən  deyilımş qoşmalar da vardır. 

Bəs  bunları  kim  demişdir?  Belə  çıxır  ki,  bunlar  da  şair  imişlər” 

(74,  s.258).

Professor  Azad  Nəbiycv  “Azərbaycan  xalq  ədəbiyyatı”  əsə­

rində  Aşıq  Abbas  Tufarqanlını  təkcə  Təbriz  aşıq  məktəbinin  de-

63


yil,  bütövlükdə Azərbaycan  aşıq  şeirinin  inkişafında olan mühüm 

xidmətlərini,  ictimai  fikirdə  bir  intibah  yaratdığını  аупса  qeyd 

etmiş,  “Abbas  və  Gül gəz”  dastanın  isə  sonrakı  dövrdə  yaranması 

qənaətinə  gəlmişdir:  “Bəzi  araşdırıcılar  avtobioqrafık  dastanların 

-   aşıqların  öz  həyatları,  sevgi  macəraları  ilə  əlaqəqədar  dastan­

ların  onların  sağlıqlarında  özləri  tərəfindən  yaradıldığını  söylə­

yirlər.  Əslində isə bir çox başqa aşıqların adı  ilə yaranan dastanlar 

kimi,  “Abbas  -  Gülgəz”  də  Aşıq Abbasın ölümündən sonra onun 

şeirləri  əsasında  aşığın  xatirəsini  əbədiləşdirilməsi  məqsədilə 

yaranıb yayılmışdır” (63,  II,  s.166).

“Azərbaycan  ədəbiyyatı  tarixi”  kitabında  isə  dastanın  ilkin 

variantının  aşığın  özü  tərəfindən  yaradılması  qənaəti  qeyd  edil­

mişdir (1 5 ,1 c.,  s.  547).

Əhməd  Cəfəroğlu  Visbadendə  nəşr  olunan  “Türk  dünyası 

ədəbiyyatı” kitabı üçün yazdığı “Azərbaycan  ədəbiyyatı” adlı təd­

qiqatında qəhrəmanlıq  və məhəbbət dastanlarının meydana çıxma 

səbəblərini  müəyyənləşdirərkən  “Abbas-Gülgəz”in  yaranması  ilə 

bağlı  mülahizələrini  irəli  sürmüşdür.  Alimin  qənaətlərinə  görə: 

“Qəhrəmanlıq  dastanlarında  mifologiyanın,  buna  qarşılıq  roman­

tik  və  eşq  dastanlarında  dini  motivlərin  böyük  bir  rol  oynaması 

diqqətçəkicidir.  Məsələn,  bu  səbəbdən  dolayı  “Abbas  və  Gülgəz” 

dastanı  Şah  Abbas  zamanında  yaşamış  olan  Tufarqanlı  Abbasın 

sahəsi  ilə  əlaqələndirilir.  Buna  qarşılıq  bütün  eşq  hekayələrində 

ana  mövzu  eynidir.  Qəhrəman  dinləyicilərə  ya  eşqini  heç  dad­

mamış  və  ehtirasını  heç  dindirməmiş  biri  olaraq  və  ya  həyatını 

sevgilisi  üçün  fəda  etmiş  biri  olaraq  və  yaxud  saysız  müşküldən 

sonra  hədəfinə  ulaşa  bilmiş  birisi  olaraq  göstərilir.  Olayın  oluşu 

har  zaman  dinləyicilərin  simpatisi  sevdahlarm  tərəfində  olacaq 

şəkildə ələ alınır” (108,  s. 155).

Göründüyü  kimi,  Əhməd  Cəfəroğlu  dastanın  Aşıq  Abbas 

tərəfindən  yazıldığını  deyil,  onun  yaradıcılığı  ilə  əlaqələndiril­

diyini  qeyd  edir.  Bu  da  alimin  həmin  dastanın  aşığın  yaradıcılığı 

əsasında  sonradan  yaranması  fikrində  olduğunu  söyləməyə  im ­

kan  verir.  Əhməd  Cəfəroğlunun  məhəbbət  və  qəhrəmanlıq  das­

64

tanlarının  yaranması  ilə  bağlı  düşüncələri  də  maraq  doğurur. 



Məhəbbət  dastanlarında  qəhrəmanın  məhz  “haqq  aşığı”  olması, 

müxtəlif maneələri  qeyri-adi  şəxslərin və ya qüvvələrin  köməyilə, 

bəzən  də  ilahi  sözün  köməyilə  dəf  edib  öz  butasına  qovuşması 

alimin qənaətlərinin düzgünlüyünü bir daha sübuta yetirmiş olur.

Yuxanda  qeyd  etdiyimiz  kimi,  mühacirət  folklorşünas- 

lannın  Aşıq  Abbas  Tufarqanlı  ilə  bağlı  tədqiqatlar  apannasının 

əsas  səbəbi  bir  tərəfdən  haqq  aşığının  tanıtdırılması,  digər  tərəf­

dən  “Abbas  və  Gülgəz”  dastanına  diqqət  mərkəzinə  çevirmək 

məqsədilə  bağlı  idi.  Bu  dastan,  hər  şeydən  əvvəl,  Azərbaycan 

xalq ədəbiyyatının kamil  nümunəsidir.  Digər tərəfdən,  burada  şah 

Abbas  dövrünün  qəddarlığını  əks  etdirən  çox  faciəli  bir  əhvalat 

əks  olunmuşdu.  Var-dövləti  talanaraq  fiziki  əzablara  düçar  olan 

xalq  həm  də  mənəvi  sarsıntılara  məruz  qalır,  ölkənin  ən  gözəl 

qızları  zorla ailələrindən  alınaraq,  şah hərəmxanalarına  aparılırdı. 

Bu  zorakılıq,  zülm  və  məşəqqətlə  dolu  dövr  rus  şovinizmi, 

“qırmızı  imperiya”  dövrü  ilə  müəyyən  mənada  səsləşirdi.  Xalqın 

zülmə qarşı  etirazı  kimi  yaranan,  sonu  qələbə  ilə  bitən  “Abbas  və 

Gülgəz” dastanı,  qəddar şaha qarşı  müqavimət göstərən,  öz sevgi­

lisini  qurtarmaq  üçün  hər  cür  məhrumiyyətə  sinə  gərən  Abbas 

qürbətdə  Vətənin  istiqlalı  arzusu  ilə  çarpışan,  mübarizədən  geri 

çəkilməyən  Azərbaycan  ziyalıları  üçün  ruhən  çox  yaxın 

idi  (33, 

s.  80).

“Azərbaycan  türklərinin  ədəbiyyatı”  əsərində  isə  Ohməd 

Cəfəroğlu  Aşıq  Abbas  Tufarqanlının  adının  xalq  məclislərində 

daim sevgi, məhəbbət və  ehtiramla yad olunduğunu qeyd etmişdir 

(25,  s. 134).  Alim  aşığın  şeirlərinin  toplanması  və  nəşri  ilə  bağlı 

uzun  axtarışlar  aparmış,  onun  yaradıcılığından  bəzi  örnəkləri 

“Doğu  ellərimiz  ağızlarından  toplamalar  l.Qars,  Orzurum,  Çoruh 

ilbaylıqları  ağızları”  kitabına  daxil  etmişdir.  Alimin  “Bayat  uruğu 

ağızı”  başlığı  ilə  “Aşıq  Abbasdan”  adı  altında  nəşr  etdirdiyi  üç 

örnəkdən  “Yani  nə”  rədifli  şeiri  sovet  dövrü  nəşrlərində  -   nə  “72 

şeir”,  nə  də  “Abbas-Gülgəz”  dastanına  daxil  edilməmişdir.  Sarı- 

qamış  elinin  Boyalı  kəndində  yaşayan  İbrahim  Yavuzun  dilindən

65


yazıya  alman  bu  qoşma  da  aşığın  yazı  üslubuna  uyğun  olaraq 

nəsihətamiz ruhda deyilmişdir:

Dəli  könül, gənə sultan olmuşsun,

Özbaşına sultan olmax, yani nə?

Bir kimsə ki,  sənnən qalxıp oturmaz,

Ona ha can, ha can demək, yanı  nə?

Varar suyu gözəsindən bağlallar,

Ciyərmə eşq oduna dağlallar.

Yaman işə əzəl başdan ağlallar

Geri  dönüp pişman olmax, yani nə?  (110, s. 123)

Azərbaycan  xalq  ədəbiyyatında  fəlsəfi  düşüncələri,  qeyri- 

adi  üslubu  ilə  özünəməxsus  yer  tutan  Aşıq  Abbas  Tufarqanlı  öz 

ənənəsinə  bu  şeirdə  də  sadiq  qalmış,  insanları  yaman  işlərdən, 

sonrakı  peşimanlıqlardan  kənar  olmağı,  nə  olursa-olsun,  doğru 

yolu  tapmağı,  hər zaman  yaradana (“üstümüzdə hazır olan,  şahlar 

şahı  qibləgaha”) sığınmağı  məsləhət bilmişdir.

Çağır Aşığ Abbas ol  şahlar şahı 

Üstümüzdə hazır o qıblagaha.

Ya bir pək  dəvrüş ol, ya da isbaha,

Ara yerdə  sərgan  qalmax,  yani  nə?  (1  10,  s. 123)

Əhməd  Cəfəroğlu  Aşıq  Abbasın  “Gəlin”  rədifli  ikinci  bir 

şeirini  kitaba  daxil  etmişdir.  “Abbas  və  Gülgəz”  dastanında buna 

uyğun  şeir  olmasa  da,  “72  şeir”  kitabında  eyni  rədiflə  tamamilə 

fərqli  bır  qoşma  verilmişdir.  Azərbaycan  türklərinin  daha  sıx 

məskən  saldığı  Iqdır  mahalının  Qaraqoyunlu  kəndindən  Əhməd 

Qaranlığın  dilindən  yazıya  köçürülən  bu  qoşma  da  aşığın  zəngin 

yaradıcılığının mühüm bir parçası  kimi  çox dəyərlidir.

66

inci,  sədəf,  dür demişəm bu dişə,



Boynu bənzətdim qarğı qəmişə.

Şeydə bülbül kimi madarım düşə,

Bir əziz qonağım  olasan, gəlin.

Abbas diyər:  dur gülşəni gəzginən,

Qələm götür, bu sözləri  yazginən.

Öz əlinnən məzarımı  qazginən,

Bəyəm  qoymıyassan məzara,  gəlin (110,  s.120)

Yuxarıda  verilən  Əhməd  Cəfəroğlu  variantmdakı  “Gəlin” 

qoşması ilə “72 şeir” kitabındakı:

Abbas deyər:  qızılgülü dərginən 

Dərib-dərib  sinən  üstə sərginən.

Ağ üzündən bir cüt busə  verginən,

Hesab elə qonşuluqda pay,  gəlin  (76,  s.28),  -

şeir arasındakı  fərq  isə göz qabağındadır.

Əhməd  Cəfəroğlunun  “Doğu  ellərimiz  ağızlarından  topla­

malar  Qars,  Ərzurum,  Çoruh  ilbaylıqları  ağızları”  kitabına  daxil 

etdiyi  üçüncü  şeir  isə  qüsurludur.  Belə  ki,  həmin  örnəyin  birinci 

bəndi  tam  şəkildə  deyil,  ikinci  bəndi  “Şah  İsmayıl”  dastanına  aid 

bır parçadır,  yalnız  üçüncü  bəndi  Aşıq  Abbas  Tufarqanlıya aiddir 

və  “Abbas-Gülgəz” dastanın  məzmunu  ilə  səsləşir.

Azərbaycan  aşıq  poeziyasını  zirvələrə  ucaldan,  fəlsəfi 

baxışları,  qeyri-adi  istedadı  ilə  ürəkləri  fəth  edən  Aşıq  Abbas 

Tufarqanlının  bir  sənətkar  kimi  əsrlərdən  bəri  öz  təravətini  itir­

məyən  zəngin  yaradıcılığı  folklorşünasların  diqqət  mərkəzində 

qalmaqdadır.  Bu  böyük  ustadın  yaradıcılığı  ilə  bağlı  mühacirət 

folklorşünaslarınm  tədqiqatları  və  ustad  aşığın  vətənindən  kənar­

da  toplanıb  çap  edilən  şeirlərinin  Azərbaycanda  nəşri  sənətkarın 

ruhuna ən böyük ehtiram olardı.

67

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə