Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 1.05 Mb.

səhifə4/8
tarix15.05.2017
ölçüsü1.05 Mb.
1   2   3   4   5   6   7   8
Dədə  Qasımdır  (1720-1779). 

Onunla  bağlı  araşdırma  aparan  ilk  mühacir  folklorşünas  da  Əh­

məd  Cəfəroğlu  olmuş,  alimin  1948-ci  ildə  İstanbulda nəşr  edilən 

“Zeytun  dalı”  dərgisinin  ikinci  sayında  işıq  üzü  görən  “Hüdud 

boyu  saz  şairlərimizdən  Dədə  Qasım”  (100)  məqaləsi  böyük 

ustadın yaradıcılığına həsr edilmişdir.  Beş  il  sonra isə bu görkəm­

li  aşığın  fəaliyyətinə  olan  yüksək  marağı  nəzərə  alan  Əhməd 

Cəfəroğlu  Ankarada  nəşr  olunan  “Azərbaycan”  dərgisinin  1953- 

cü  il  iyun  sayında  həmin  məqaləni  (102)  bir  qədər  təkmilləş­

dirərək yenidən nəşr etdirmişdir.

Hər  şeydən  əvvəl,  qeyd  etmək  lazımdır  ki,  bu  araşdınna 

əslində  Xəstə  Qasımla  bağlı  qələmə  alınsa  da,  mühacir  alimin 

doğma  torpağa  həsrəti  elə  səmimi  ifadə  edilmişdir  ki,  məqaləni 

həyəcansız  oxumaq  mümkün  deyil.  Tədqiqatın  ilk  cümləsi  belə 

kifayətdir ki,  mühacirətdə ömür sürməyə məhkum olanların hansı 

iztirabları  çəkdikləri  əyani  şəkildə  göz  önündə  canlansın:  “Üç 

doğu  türk  elinin  qovşağı  olan  Qars  və  yörəsi  ötədən  bəri  adlı  və 

sanlı  bir çox  şairlərimizin  yatağı  olmuşdur.  Sözlü  və  sazlı  aşıqlar 

yetişdirməyə  təbiətilə  əlverişli  olan  bu  sahə  Vətən  üçün  yanan 

istiqlal  eşqini  tərənnüm  edənləri  öz  sinəsində  bəsləmiş,  onları 

Cənub  və  Şimal  Azərbaycan  ilə  Doğu  ellərimizin  müştərək  birər 

ilham  qaynağı  halına  gətirmişdir.  Zaman  və  məkana  görə  bu  saz 

şairlərimizdən  bir  qismi  Arazın  ötəki  qıyılarında,  bir  qismi  isə’ 

bizim  tərəflərdə  şöhrət  tapmış,  yaşamışdır.  Bunlardan bu  gün  hər 

üç  türk  elində  zövqlə  dinlənən  və  şöhrətini  mühafizə  edənlərdən 

biri,  şübhəsiz ki, Dədə Qasımdır” (102,  s.6).

Göründüyü  kimi,  müəllif  Dədə  Qasımı  təkcə  o  taylı  -  bu 

taylı  -   Bütöv  Azərbaycanın  deyil,  həmçinin  ümumtürk  ellərinin 

rəğbətini  qazanaraq  tanınan  və  çox  sevilən,  məşhur  bir  sənətkarı 

kimi  təqdim  edir  (Ayrıca,  alimin  artıq  otuz  ildən  də  çox  vətə­

nindən  kənarda  yaşamasına  rəğmən,  Azərbaycanın  şimalına  “bi­

zim  tərəflər” yazaraq  işarə  etməsi  də nəzərdən  qaçmamalıdır).  Bu 

da  təbiidir,  çünki  Əhməd  Cəfəroğlu  aşığın  öz  şeirlərinə  əsasən

68

onun  Çildir  mahalının  Tikmədaş  kəndindən  olduğunu  müəyyən­



ləşdirir.  Çildir  mahalı  özəlliyi  ilə  folklorşünasların  hər  zaman 

diqqətini  cəlb  etmişdir.  Belə  ki,  professor  Məhərrəm  Qasımlı 

“Ozan-aşıq  sənəti”  monoqrafiyasında  Çildir  aşıq  mühitinin  üç 

bölümdən  ibarət  olan,  bir  hissəsi  Türkiyədə  -   Şərqi  Anadoluda 

qalan, hələ  də Çildir adlanan,  ikincisi  sonradan  Ermənistana qatı­

lan  Ağbaba  və  Qızılqoç,  üçüncüsü  Gürcüstana  qatılan  “Məsxət- 

Cavaxetiya” adlanan böyük bir ərazini əhatə etdiyini bildirmişdir: 

“Borçalı  və  Qars  aşıq  mühitləri  arasında yerləşən  Çildir aşıq  mü­

hiti  özündə  həm  Azərbaycan,  həm  də  Anadolu  aşıqlığmın  özəl­

liklərini  cəmləşdirmişdir” (47, s. 198).

Ümumiyyətlə,  bu məqalədə  Dədə  Qasımın  həm həyatı,  həm 

də  yaradıcılığı  ilə  bağlı  Əhməd  Cəfəroğlunun  düşüncələri  ilə 

Azərbaycan  folklorşünaslığından bizə  indiyədək məlum  olan  bəzi 

müddəalar  arasında  ciddi  fərqlər  vardır.  Belə  ki,  müəllif  aşığı 

XVI-XVII  əsrin  nümayəndəsi  hesab  edir  və  yuxarıda  bəhs  olun­

duğu  kimi,  doğulduğu  yerin  də  Çıldırm  Tikmədaş  kəndi  oldu­

ğunu  göstərir.  Əgər,  doğrudan da,  aşıq  Çildir mahalından olsa  idi, 

burada  onun  şöhrətinin  geniş  yayılmasının  həm  də  iri  miqyaslı 

mühitinin  təsiri  kimi  də  düşünmək  mümkün  idi.  Lakin  Azər­

baycanda  aparılan  tədqiqatların,  demək  olar  ki,  hamısında  Xəstə 

Qasımın  Güney  Azərbaycanın  Tikmədaş  kəndindən  olduğu  qeyd 

edilir (27,  s. 193;  63,  II  c.,  s.  167; 45,  s.222).

Bundan  əlavə,  Əhməd  Cəfəroğlu  özü  də  tədqiqatlarını  da­

vam  etdirərək,  daha  sonralar “Azərbaycan  türklərinin  ədəbiyyatı” 

əsərində  Xəstə  Qasımın  Təbriz  yaxınlığındakı  Tikmədaş  kən­

dində doğulduğunu bildirmişdir (25,  s. 134).

Ə.Cəfəroğlu  Xəstə  Qasımın yaşadığı  zamanın  Səfəvi  hökm­

darlarından  Birinci  Şah  Abbasın  hakimiyyəti  illərinə  təsadüf et­

diyini  müəyyənləşdirir.  Onun  hakimiyyətinin  1587-1628-ci  illər 

olduğunu  nəzərə  alaraq,  ustad  aşığın  XVII  əsrdə  yaşaması  qəna­

ətinə  gəlir,  lakin  alim  bu  yazısında  Aşıq  Şenliyin  də  müla­

hizələrini  xatırladır:  “Halbuki  93  ildən  sonra Qarsın  və Tərəkəmə 

uruğunun  ən  böyük  aşığı  olan  Şenlik,  yerli  aşıqlardan  bəhs  edər­

69


kən  bir  qoşmasında,  Dədə  Qasımın beş  yüz  il  öncə  yaşadığını  və 

özünün  ustad  aşıqlar  içərisində  “yüzdə  bir”  yetişən  aşıqlardan 

olduğunu söyləməkdədir (102,  s.6).

Azərbaycan  folklorşünaslığında  Xəstə  Qasımın  həyatı  və 

yaradıcılığı  ilə  bağlı  mübahisələr  müasir  dövrümüzdə  də  davam 

etməkdədir.  Salman  Mümtazın  1929-cu  ildə  “İnqilab  və  mədə­

niyyət”  jurnalında  dərc  etdirdiyi  “Molla  Qasım  və  Yunus  İmrə” 

(57,  s.  354-358)  məqaləsi  ilə  başlanan  mülahizələri  Azad  Nəbi- 

yev  (63,  II  c.,  s.  172), Nizami  Xəlilov (41,  s.  66-93),  Ağalar Mir­

zə  (55,  s.  63)  və başqaları davam  etdirərək,  Xəstə  Qasımla Şirvan 

aşıq  mühitinin  nümayəndəsi  Yunus  İmrənin  müasiri  olan  Molla 

Qasımın  (1230-1325)  adlarının  qarışıq  salındığım  göstərirlər,  bu 

fakt Aşıq Şenliyin fikirlərinə aydınlıq gətirmiş olur.

Xəstə  Qasımın  yaradıcılığından  bəhs  edərkən,  professor 

Azad  Nəbiyev  yazır:  “Xəstə  Qasım  yaradıcılığını  Təbriz  aşıq 

məktəbinin yeni  tarixi  ölçüləri  istiqamətində  nəzərdən  keçirdikdə 

onların bir çoxunun XVII-XVIII əsrlərdən xeyli qabaqkı dövrlərlə 

bağlandığını,  aşığın  ümumi  dünyagörüşü  və  yaradıcılıq  ənənələri 

ilə  uyuşmadığını  görmək olar” (63,  II,  s.172), bundan başqa,  alim 

onun doğum tarixini də  1720-ci il  şəklində vennişdir.

Qeyd  edək  ki,  mühacirət  folklorşünaslarmdan  Xavər  Aslan 

da  Şirvanda  XIII  əsrdə  Molla  Qasım  adlı  sənətkarın  varlığından 

bəhs  etmişdir:  “Böyük  Yunus  İmrə  iiə  eyni  çağda yaşayan,  ondan 

təsirlənən  Azərbaycan  xalq  şairi  Molla  Qasım  Şirvaninin  qoşma 

və  gəraylıları  XIII  əsr  ədəbiyyatımızda  yüksək  sənət  örnəkləri 

sayıla bilər (85, s.  6)

Paşa  Əfəndiyev,  Məhərrəm  Qasımlı  1741-ci  ildə  Nadir  şah 

Əfşarın  Dağıstana  yürüşü  zamanı  digər  aşıqlarla  birlikdə  Xəstə 

Qasımın  da  oraya  aparıldığını,  Ləzgi  Əhmədlə  deyişmələri  oldu­

ğunu,  müəyyən müddət  Şamaxıda  yaşadığım  qeyd  etməkdədirlər. 

Məhərrəm  Qasımlı  Xəstə  Qasımın  Molla  Qasım  kimi  tanın­

masının  səbəblərinin  də  şərhini  vermiş,  aşığın  Güney  Azərbayca­

nın  Tikmədaş  kəndində  doğulduğunu  və  qəbrinin  üzərindəki

70

yazıya əsasən  1702-1778-ci  illər  arasında,  yəni  XVIII  əsrdə yaşa­



dığı müəyyən etmişdir (1 5 ,1 c., s.548).

Maraqlıdır  ki,  Əhməd  Cəfəroğlu  “Hüdudboyu  saz  şairləri­

mizdən  Dədə  Qasım”  məqaləsində  bu  ustad  aşığın  doğum  və 

ölüm  tarixlərini,  (görünür,  dəqiq  olmadığına  görə)  göstərməmiş, 

bütün  tədqiqatlarında  onun  yaşadığı  dövrü  təxminən  XVII  əsr 

kimi  müəyyənləşdirərək,  istedadını  çox  yüksək  dəyərləndirmiş­

dir:  “Hansı  dövrə  aid  olursa  olsun,  Dədə  Qasım  ruhən  tərəkə­

mələrin ən  qabiliyyətli  və  ən  çox  sevilən  saz  şairi  olmuş,  onların 

varlığını,  eşqini  və  hürriyyət idealım  yana-yaxıla  sazıyla,  sözüylə 

yaymış, dinləyicilərinə aşılamışdır (102,  s.  6).

Digər  bir  məqam  ustad  aşığın  təxəllüsü  ilə  bağlı  meydana 

çıxır, bu məqaləsində Əhməd Cəfəroğlu onu  əvvəldən axıra qədər 

Dədə Qasım kimi təqdim  edir.  Məlum  olduğu  kimi,  folklorşünas- 

alim  Azərbaycanda  gedən  ədəbi  prosesləri  hər  zaman  izləmiş, 

aparılan  tədqiqatlara mühacirət mətbuatında  vaxtaşırı  öz  münasi­

bətini  də  bildirmişdir  və  onun  aşığın  təxəllüsü  ilə  bağlı  araş­

dırmalar  barədə,  yəqin  ki,  məlumatı  olmuşdur.  Öz  tədqiqatında 

bir  dəfə  də  olsun,  “Xəstə”  sözünü  xatırlamaması,  yalnız  aşığı 

“Dədə”  kimi  qəbul  etməsi,  bir  tərəfdən,  türklərdə  həmin  təxəl­

lüsün  ən  böyük  ozanlara  aid  edilməsindən  irəli  gəlirsə,  digər  tə­

rəfdən,  həm  sovet  siyasi-ideoloji  ırıüstəvisindəki  bununla  bağlı 

şərhlərə  Əhməd  Cəfəroğlunun  etirazı,  həm  də  ustad  sənətkara 

sonsuz ehtiramı  kimi  düşünülə bilər.

“Azərbaycan  türklərinin  ədəbiyyatı”  əsərində  isə  Əhməd 

Cəfəroğlu  aşığın  təxəllüsünün  “Dədə”  adlandırılmasının  səbəbini 

onun  qeyri-adi  istedadı,  sənətkarlığı  ilə  şərh  etmişdir:  “Xəstə 

Qasım  daha  çox  dini-əxlaqi  mövzulu,  nəsihətvari  şeirlər,  lirik 

qoşma  və  ustadnamələri  ilə  tanınır.  Çox  güman  ki,  elə  bu 

səbəbdən  də  xalq  arasında  Dədə  Qasım  kimi  şöhrət  qazanmışdır. 

Azərbaycanda,  adətən,  ustad  aşıqlardan  danışarkən  “Dədə” 

ünvanından istifadə olunur” (25, s. 134-135).

Aşığın  təxəllüsü  ilə  bağlı  Azərbaycan  folklorşünaslığında 

məhz  sosialist  ideologiyasına  müvafiq  fikirlərlə  razılaşmayan

71


professor  Azad  Nəbiyev  yazır:  “Araşdırıcıların  böyük  əksəriyyəti 

bu  fikirdədirlər  ki,  Xəstə  Qasımın  şeirlərində  tez-tez  işlətdiyi 

“xəstə”  sözü onun səhhəti  ilə  yox,  cəmiyyətdəki  ictimai  vəziyyəti 

-   kasıblığı,  yoxsülluğu,  ağır həyat  şəraiti  ilə  biğlıdır.  Əslində,  bu 

ikinci  mövqe  sovet  tədqiqat  metodologiyasından  irəli  gəlir... 

Bizcə,  bu  yanlış  nəzəri  baxış  olmuşdur”  (63,  II  c.,  s. 171)  və 

alimin  fikrincə,  aşıq  həqiqətən  də  xəstəliyi  ilə  bağlı  bu 

təxəllüsdən istifadə etmişdir.

Professor  Məhərrəm  Qasımlı  isə  aşığın  təxəllüsünü  bir  qə­

dər  fərqli  şərh  etmiş,  onun  təsəvvüf düşüncələrinin  təsirinə  bağ­

lamışdır:  “Deyilənə  görə,  o  otuz beş  yaşında  ikən  elə  bir xəstəlik 

tapmışdır  ki,  nə  qədər  təbib-loğman  yanma  getsə  də,  pirə-ocağa 

pənah  aparsa  da,  dərdinə  şəfa  tapa bilməmişdir...  Çox  olsun  ki, 

Qasım  özünə  “Xəstə”  təxəllüsünü  illərlə  şəfa  tapmayan  xəstə­

liyinin  ilahi  eşqlə  -   haqq  aşıqlığı  ilə  bağlı  bir  məsələ  olduğunu 

yəqinləşdirdikdən sonra götürmüşdür” (15,  I c.,  s.548).

Əhməd  Cəfəroğlu  “Hüdudboyu  saz  şairlərimizdən  Dədə 

Qasım”  məqaləsində  Dədə  Qasım  adı  ilə  bağlı  yaranan  dastan 

haqqında  da  geniş  məlumat  vermişdir.  Təəssüf  ki,  alim  infor- 

mator  haqqında  heç  bir  məlumat  verməmişdir,  lakin  danışılan 

əhvalat,  verilən  şeirlər,  mətndəki  obrazlar  bu  gün  də  folklor- 

şünaslağımız  üçün  böyük  dəyərə  malikdir.  Belə  ki,  çox  vaxt 

folklorşünaslıqda  sənətkarların  həyat  və  yaradıcılığı  ilə  bağlı 

qaranlıq  məqamları  aydınlaşdırmaq  üçün  onların  öz  yarat­

dıqlarına  istinad  edilir.  Bu  faktı  nəzərə  alan  Ohməd  Cəfəroğlu 

Xəstə  Qasımın  həyatı  ilə  bağlı  “Azərbaycan  türklərinin  ədə­

biyyatı”  əsərində  yazır:  “Bir  çox  tanınmış  sənətkarlar  kimi  Xəstə 

Qasımın  həyatı  da  xalq  arasında  nağıl  və  əfsanə  mövzusuna  çev­

rilmişdir.  Bioqrafık  səviyyəli  bu  xalq  hekayələrinin  yaranmasında 

ustad  aşıqların  şagird  və  davamçılarının  böyük  rolu  olmuşdur. 

Bəziləri  isə  davamçıları  gözləmədən  özləri  həyat  hekayələrinin 

dastana çevrilməsinin qayğısına qalmışlar” (25,  s. 135).

Beləliklə,  Xəstə  Qasımın  da  haqqında  mülahizələr  yü­

rütmək  üçün  tədqiqatçılar  məhz  onun  yaradıcılığına  əsaslanır  və

72

aşığın  çox  yoxsul  bir  ailədə  dünyaya  göz  açdığını,  yuxanda  qeyd 



olunduğu  kimi,  hətta  təxəllüsünün  də  kasıblığı  ilə  bağlı  götür­

düyünü təxmin  edirlərsə də,  Əhməd Cəfəroğlunun verdiyi  rəvayət 

tam fərqli bir mülahizələr meydana çıxarır:  “Dədə  Qasım  Tikmə- 

daşda  zəngin  bir  bəzirganm  oğlu  imiş.  Yeddi  yaşında  yetim 

qalmış,  atasından  qalma  var-dövlət  az bir zaman  sonra tükənmiş, 

zavallı  çocuq  də  heç  bir  məslək  sahibi  olmadığından  çobanlıq 

etməkdən başqa bir çarə bulamamışdır” (102, s.6).

Göründüyü  kimi,  verilən  əhvalata  əsaslansaq,  aşıq  varlı  ai­

lədən  olsa  da,  yetim  qaldığından  çətinliyə  düşür  və  çobanlıq 

etmək məcburiyyətində qalır, daha sonra isə,  ənənəvi olaraq,  gənc 

Qasıma haqq  aşıqlığı  verilməsindən danışılır:  “Günlərdən bir gün 

danalan  güdərkən,  şiddətli  bir  borana  tutulmuş,  danaları  ilə 

bərabər  anasının  gündəlik  azuqə  gətirəcəyi  otlaqdan  uzaqca  bir 

yerə  sığınmışdır.  Aclıqdan  və islanmaqdan  taqətsiz bir halə  gələn 

zavallı  Dədə  Qasım  dərin  bir  uyquya  dalmış;  oyanınca  buğu 

havaya yüksələn  isti bir çörəyə gözü ilişmişdir.  Anasının  fırtınaya 

rəğmən,  gətirmiş  olduğunu  sandığı,  gerçəkdə  isə  ərənlər  piri 

tərəfindən  yanma  qoyulan  bu  çörəyi  almış,  doyuncaya  qədər 

yemişdir” (102,  s.6.).

Rəvayətin  bu  məqamında  Təzdi  Əhmədin  də  haqq  aşığı 

statusunu  necə  qazanması,  eyni  zamanda  onların  qarşılaşması 

səhnəsi  öz  əksini  tapmışdır,  ərənlər pirinin  verdiyi  qutsal  çörəyin 

çox  hissəsini  yediyi  üçün  Dədə  Qasımın  daha  qabiliyyətli,  ağıllı 

olmasına  işarə  edilmişdir:  “Tam  bu  sırada  oradan  Ləzgi  Ohməd 

adlı  zəngin  bir  karvanbaşı  keçərkən,  çobanın  çörək  yeməkdə 

olduğunu  görmüş  və  ondan  bir parça  çörək  istəmişdir.  Aclığın  nə 

olduğunu  dadmış  olan  Dədə  Qasım  dərhal  çörəyinin  yarısını 

bəzirganbaşına  uzatmış,  o  da  ancaq  çörəyin  bir  loxmasını  alıb 

yoluna rəvan olmuşdur” (102,  s.  7).

Maraqlıdır  ki,  Əhməd  Cəfəroğlunun  verdiyi  dastan-rəva­

yətdə  Dədə  Qasım  Ləzgi  Əhmədlə  iki  dəfə  qarşılaşır.  Xatırladaq 

ki,  A.Nəbiyevin mülahizələrinə görə,  “Xəstə  Qasım Tikmədaşdaıı 

kənara  çıxmamış,  elə  Arazətrafı  kəndlərdə  yaşamış,  Təbriz  aşıq

73


məktəbi  ənənələrinn  davamçılarından  biri  olmuşdur”,  onun  Şir­

vana gəlməsi, Ləzgi  Əhmədlə görüşməsi  və s.  yanlışdır.  (63,  II  c., 

s. 168).

Əhməd  Cəfəroğlu  variantında  da  Aşıq  Ləzgi  Əhmədlə  öz 

vətənində  görüşür,  onların  ilk  görüşü  Qasımın  çobanlıq  etdiyi 

dövrlə  bağlanır,  bundan  başqa,  ərənlər  pirinin  verdiyi  çörəkdən 

ona  da  pay  düşür.  Başqa  sözlə,  Ləzgi  Əhmədin  də  çox  məşhur 

aşıq  olmasının səbəbi məhz bu şəkildə ortaya çıxmış olur.

“Dədə  Qasım”  dastan-rəvayəti  bir  çox  xüsusiyyətləri  ilə 

ənonəvilikdən  uzaqlaşmış,  fərqli  keyfiyyətləri  özündə  birləşdir­

mişdir.  Əvvəla,  adətən buta verilərkən yalnız bir qız və bir oğlana 

tanıdılır,  lakin  Əhməd  Cəfəroğlu variantında Dədə  Qasıma uyqu­

sunda  ərənlər  piri  üç  qızı  göstərir,  onlardan  ikisi  aşığın  öz 

kəndindəndir,  biri  isə  Təbriz  şahının  bacısı  Güləşər  xanımdır. 

Artıq  çobanlığı  buraxıb,  saza-sözə  başlayan  Dədə  Qasım  kənd­

dəki  qızların  ikisi  ilə  də  nişanlanır  və  Güləsərin  arxasınca 

getməyə hazırlaşanda sazı  sinəsinə basıb deyir:

Bu yolda gəlmək, gəlməmək də var,

Bəlkə orda ölmək, ölməmək də var.

Diyari  qürbətdə gülməmək də var,

Viran oldum viran, xanmanlar kimi.

Dədə  Qasım özü Tikmədaşlıdı,

Ürəyim maraqlı, gözüm yaşlıdı.

Ciftinən gələnnər yaşıl başlıdı,

Salını qarşımda sonalar kimi (102,  s.7).

Əhməd  Cəfəroğlunun  verdiyi  sonrakı  əhvalatlarda  həm 

Dədə  Qasımın,  həm  də  Ləzgi  Əhmədin  yuxusunda  ərənlər  pin 

tərəfindən  eyni  qıza -  Təbriz  şahının  bacısına buta  verilməsi  on­

ların  ikinci  dəfə  görüşməsinə  gətirib  çıxarır.  Digər  tərəfdən,  Gü­

ləşər iki nəfərə, Xəstə Qasıma və Ləzgi Əhmədə buta kimi verilir. 

Bu  dastan-rəvayətdə  Ləzgi  Əhmədin  də  çox  böyük  bir  aşıq  ol­

74

duğu görünməkdədir.  O,  Təbriz şahının bacısm  almaq üçün qoyu­



lan  şərti  asanlıqla  yerinə  yetirir,  qarşısına  gətirilən  bütün  aşıqları 

sözü  ilə  bağlayır  və  öldürür.  Sonuncu  olaraq  artıq  məşhurlaşmış 

Dədə Qasımın dalınca elçi  göndərilir.

Güləşər  xanım  özü  Dədə  Qasımın  haqq  aşığı  olub-olma­

dığını  yoxlamaq  qərarına  gəlir  ki,  bu,  Azərbaycan  xalq  yara­

dıcılığında  daim  rast  gəlinən  məqamlardandır.  Ağzına  noğul, 

əlinə  qələm,  kağız  alıb,  üç  cariyəsi  ilə  hərami  əlbisəsində  Dədə 

Qasımın qarşısına çıxan Güləsəri  aşıq  belə tanıdır:

Hey ağalar,  sizə tərif eyliyəm,

Bir əcəm  beçəsi  yolda gizlənir.

Həm oğru,  həm doğru,  həm  də hərami,

Üçü də  bir olmuş yolda gizlənir.

O necə quşdur ki, dağlarda səkər,

Kirpiyi  neşdərdi,  qanımı  tökər.

Bir noğul,  bir nabat,  bir də bir şəkər,

Üçü də bir olmuş,  dildə gizlənir

O necə quşdur ki, anasın əmər,

IJzü bədirlənmiş  şəmsilə qəmər.

Bir qafdan, bir çərkəz,  bir də  bir kəmər,

Üçü də bir olmuş,  beldə gizlənir.

Dədə Qasım  deyər,  üzü  xallı  qız,

Ağzı  şəkər,  şərbət,  dili  ballı  qız,

Bir dıvıt,  bir qələm,  bir də bir kağız,

Üçü də bir olmuş əldə gizlənir (102,  s.8).

Dədə  Qasım  Güləsərin  bu  imtahanından  sonra  Təbriz 

şahının  qarşısında  Ləzgi  Əhmədlə  deyişir,  onu  bağlayır,  haqq 

aşığı  olduğunu  sübuta  yetirərək,  özünü  ölümdən  qurtarır  və  şahın 

əmrilə  hər üç qızla  evlənir.



Sonda qəhrəmanın  hər üç  gözələ qovuşması  epizodu da diq­

qəti  cəlb edir. Xatırladaq ki,  Əhməd Cəfəroğlunun toplayaraq tam 

şəkildə nəşr etdirdiyi  “Lətif şah və Telli  Mehriban” dastanında da 

qəhrəman iki  qızla  - həm öz butası, həm  də onun razılığı  ilə Lətif 

şahı  ölümdən  xilas  edən  Əsma  xanım  ilə  evlənir.  A.Nəbiyevin 

“Azərbaycan  xalq  dastanlari”  kitabına  yazdığı  “Mənəvi  sərvət 

xəzinəsindən”  adlı  ön  sözdə  göstərilir:  “ ...lirik qəhrəmanın sonda 

hər  iki  gözələ  qovuşması,  təbii  ki,  dastançılıq  ənənəsinə  uyğun 

deyildir,  istər  qəhrəmanlıq,  itərsə  də  məhəbbət  dastanlarinda  bü­

tün qəhrəmanlar əsasən təkarvadh kimi təsvir edilir.  İslam dininin 

çoxarvadlılıq  ideyası  məlum  səbəblərlə  bağlı  xalq  ədəbiyyatında 

öz  əksini  tapa  bilməmiş,  xalq  şifahi  yaradıcılığında  həmişə  bu 

ənənəyə qarşı  çıxmışdır” (18, s.9).

Digər  tərəfdən,  bır  oğlana  eyni  vaxtda  üç  qızın  və  ya  eyni 

qıza  iki  gəncin  buta  verilməsi  də  Azərbaycan  dastançılıq  ənə­

nəsindən tam  fərqlidir.

Bu  dastan-rəvayətdə  diqqəti  cəlb  edən başqa bir məqam  qı­

zın  adının  Güləşər  olmasıdır,  indiyə  qədər  onunla  bağlı  verilən 

“Xəstə  Qasım  və  Mələksima” ,  ya  da  “Molla  Qasım”  dastan- 

rəvayətlərində  Sənəm  adlı  qızdan  bəhs  olunmaqdadır  (42;  15,  s. 

551).

“Hüdud  boyu  saz  şairlərindən  Dədə  Qasım”  məqaləsində 



verilən  dastaıı-rəvayətin  mətninin  təhlili  bir  daha  göstərir  ki, 

Əhməd  Cəfəroğlu  aşığın  həyatına  işıq  tutmaqla  folklorşünaslı­

ğımız  üçün  yenə  də  əvəzsiz  bir  xidmət  göstərmiş,  eyni  zamanda 

Azərbaycan  xalq  ədəbiyyatının  bu  görkəmli  nümayəndəsinin 

Vətənimizdən  uzaqlarda  da  yaddaşlarda  əbədiləşməsinə  nail  ol­

muşdur.


Qeyd  etmək  lazımdır  ki,  Əhməd  Cəfəroğlunun  doğma  və­

təninə  bağlılığı,  onun  əsarətinə  və  həsrətinə  dözə  bilməməsi  not­

ları  dostlarının,  tələbələrinin  yazdığı  xatirələrdə  ana xətt kimi  ve­

rilir,  lakin  bu  ağrının  şiddətini  onun  elmi  tədqiqatlarında da  oxu­

cusu  duymaqdadır.  “Hüdud  boyu  saz  şairlərindən  Dədə  Qasım” 

məqaləsinin  ilk  cümlələrində olduğu kimi,  son sətirlərini  də həyə­

76

cansız oxumaq, bu qərib  alimin kədərini  anlamamaq mümkün  de­



yil,  xüsusən  də  məqalənin  əvvəlki  variantı  ilə  müqayisə  etdikdə 

onun  həsrətinin  illər keçdikcə  necə  dözülməz  bir  ağrıya  çevrildi­

yinin  şahidi  olmaqdayıq.  Məqalənin  1948-ci  il  variantında  son 

cümləni:  “İndi  bu  gün  Əfşar  elində  Güləsərin  köşkündə  “Zeytun 

dalı”  içində  şahzadə  həyatı  keçirməkdədir”  (100,  s.  14),  -   yaz­

maqla  müəllif  Dədə  Qasımın  ölümsüzlüyünə  əminliyini  bildir­

miş, “Zeytun dalı” dərgisinin adını  xatırlatmaqla isə buradakı  təd­

qiqatına  işarə  etmişdirsə,  lakin  bir  müddət  sonra  -   1953-cü  ildə 

həmin  tədqiqatın  təkrar  nəşri  zamanı  bu  şəkildə  dəyişdirmişdir: 

“Hələ  bu  gün  Azərbaycanın  Əfşar  elində  “28  May  köşkündə”, 

matəmini  tutduğu  ana  vətənin  əsarətinə  sazı  və  sözü  ilə  ağla­

maqdadır” (102,  s.8).

Burada  Dədə  Qasımın  əbədi  yaşarlığı  ilə  yanaşı,  böyük  söz 

ustadının  ruhunun  Azərbaycandakı  milli  hakimiyyətin  süqutuna 

matəm  tutmasını,  ana  vətənin  əsarətinə  göz  yaşı  tökməsini  xəya­

lən  canlandırmaqla,  əslində,  Əhməd  Cəfəroğlu  öz  qəlbindəki  kə­

dəri,  dözülməz  əzabları,  acıları  ifadə  etmək  istəmiş  və  buna  nail 

olmuşdur.

Azərbaycan  mühacirət  folklorşünaslığında  Xəstə  Qasımla 

bağlı  tədqiqat  aparanlardan  biri  də  Xavər  Aslandır.  İstanbulda 

nəşr edilən  “Xəzər” dərgisinin  1980-ci  il  11-12-ci  sayında  “Azər­

baycan  aşıq  ədəbiyyatı”  məqaləsində  tədqiqatçı  Qaracaoğlan, 

Aşıq  Ələsgər  kimi  sənətkarlarla  yanaşı,  Xəstə  Qasımın  da  yara­

dıcılığını  təhlilə  cəlb  etmişdir.

Xəstə  Qasım  yaradığcılığı  haqqında  dəqiq  bilgilərin  olma­

dığına  diqqət  yetirən  tədqiqatçı:  “Əsərlərindən  anlaşılır  ki,  ustad 

aşıq  rahatsız  bir  zamanda,  savaşın  və  köçlərin  sürüb  getdiyi 

çağlarda  yaşamışdır”  (81,  s.14),  -   yazaraq,  bu  böyük  söz  usta­

dının  iztirab  dolu  həyatını,  müharibələrlə  qarmaqarışıq  dövrü  və 

mühitini  müəyyənləşdirməyə çalışmışdır.

Xavər xanım  məqaləsində  Bakıda nəşr olunan  araşdırmalar­

dan  bəhrələnsə  də,  tədqiqatçıların  əksəriyyətindən  fərqli  olaraq, 

aşığın  həyat  və  yaradıcılığı  ilə  bağlı  mübahisəli  məqamlara  deyil,

77


daha  çox  onun  qürbət  acılan  ilə  bağlı  yazdıqlanna  diqqəti  yö­

nəltmişdir: 

köç  və  qürbət  mövzusuna  aşıqlarımızın  çoxunun

yaradıcılığında təsadüf olunmaqdadır.  Türkiyə  aşıq ədəbiyyatında 

da  yanıqlı  qürbət  türküləri,  ürəkləri  dağlayan  ayrılıqlardan  şika­

yətlər  diqqəti  cəlb  etməkdədir.  Şübhəsiz,  aşıq  ədəbiyyatımızda 

yer  alan  bu  mövzunun  kökündə  ictimai-siyasi  məsələlər,  xalqı­

mızı köçlərə məcbur edən səbəblər mövcuddur” (81,  s.15).

Siyasi-ideoloji  təzyiqlər üzündən  vətənindən didərgin düşən 

Xavər xanımın  Xəstə  Qasımın  məhz  qürbət  ağrılarının  əks  olun­

duğu  şeirlərini  daha  çox  təhlilə  cəlb  etməsi,  şübhəsiz  ki,  özünün 

çəkdiyi vətən həsrəti duyğulan  ilə birbaşa bağlıdır:

Xəstə Qasım, tamam oldu sözlərim,

Eşq ucundan kabab oldu gözlərim.

Qərib eldə,  yad ölkədə, gözlərim,

Vətən deyib ağla,  ağlar qal  indi  (81,  s. 15).

Bu  sözlər yalnız  Xəstə  Qasımın  deyil,  qürbət  eldə  ömür sü­

rərək doğma yurd  dərdi  ilə  alışan  hər bir azərbaycanlının  qəlbinin 

fəryadı  kimi  səslənir.  Həmin  qoşmadakı  “səf-səf olub  yüklən’b - 

rək  hara  isə  köçürülməsindən  aşığın  şikayətlənməsini  xatırladan 

Sədnik  Paşayev  yazır:  “Bu,  yalnız  bir  adamın  deyil,  bəlkə  də, 

bütün  bir  mahalın  sürgün  edilməsinə  işarədir”  (42,  s.7).  Müha­

cirətdə  Dədə  Qasım  yaradıcılığına,  xüsusən  bu  qoşmaya  olan 

marağın  bir  səbəbi  də  məhz  orada  əksini  tapan  qürbət  ağrıları  ilə 

ruhani bağlılıqdan irəli  gəlir.

Xavər Aslanın tədqiqatında diqqəti  cəlb edən digər bir cəhət 

aşığın  yaradıcılığının  sənətkarlıq  xüsusiyyətlərini  də  təhlilə  cəlb 

etməsidir:  “Ustad  aşıq  bütün  şeirlərində  dil  sadəliyinə,  qram­

matika  qaydalarına riayət  etmişdir.  Əsərlərində  anlaşılmaz  sözlə­

rə,  mürəkkəb  təbir  və  ifadələrə,  demək  olar  ki,  təsadüf olunmur” 

(81,  s.16).

Xavər  xanım  XV11-XV111  əsrdəki  Azərbaycan  dilinin  dol­

ğun  mənzərəsini  aydınlaşdırmaq  üçün  ən  düzgün  yolun  məhz

78

Xəstə Qasımın  əsərlərinə  müraciət  olduğunu  qeyd  etməklə  aşığın 



həmin dövrdə yaşadığını bildirmək istəmişdir.

Azərbaycan  xalq  ədəbiyyatının  görkəmli  nümayəndələ­

rindən biri olan  S arı  A şıq  həyatı  və  yaradıcılığı  uzun  illər qaran­

lıq  qalan,  həmişə  mübahisələrlə  müşayiət  olunan  simalardan 

biridir.  Azərbaycan  ədəbiyyat  tarixində  onunla  bağlı  ilk  tədqiqat 

aparanlar  sırasında  Ə.Qaracadaği,  S.Mümtaz,  B.Behcət,  Ə.Axun- 

dov  və başqalarının  adı  çəkilməkdədir.  Lakin  qeyd  etməliyik  ki, 

mühacirətdə  ilk  olaraq  Mirzadə  Mustafa Fəxrəddin bu  sənətkarla 

bağlı  tədqiqat apannış,  İstanbulda “Azərbaycan yurd bilgisi” dər- 

gisinin  1934-cü  il  29-cu  sayında  “Azəri  aşıqlarından  Sarı  Aşıq” 

adı  ilə  nəşr edilmişdir.  Tarix  etibarı  ilə bu  məqalə  yalnız  Ə.Qara­

cadaği  və  S.Mümtazın  araşdırmalarından  sonraya  təsadüf etmək­

dədir.

Mühacirətdə  aparılan  bu  araşdırma  məzmunu  etibarı  ilə  də 



özündən  əvvəlkilərdən  tamamilə  fərqlənməkdədir.  Məlumdur  ki, 

S.Mümtaz  1927-ei  ildə  yazdığı  “Aşıq  Abdulla”  adlı  tədqiqatımı 

bu  sənətkara  həsr  etmiş,  onun  sarışın  olduğu  üçün  “Sarı  Aşıq”, 

Arazın o  biri  tayından  gəldiyi  üçün “Qərib  Aşıq” kimi  tanınsa da, 

əsl  adının Abdulla olduğunu qeyd etmişdir (57, s.164).

Mustafa  Fəxrəddin  isə  bu  sənətkarın  adının  Nəbi  olduğunu, 

lakin  el  arasında  Sarı  Aşıq  kimi tanındığını,  qəbrinin müxtəlif eti­

qadlara  inanan  insanlar  tərəfindən  ziyarətgaha  çevrilməsi  faktına 

əsaslanaraq,  xalq  tərəfindən  böyük  bir  sevgi  qazandığını  müəy­

yənləşdirmişdir:  “Bu  məqaləmdə o gözəl  yurdun  yetişdirdiyi  məş­

hur  nəfəslərdən  “Sarı  Aşıq”  ləqəbilə  tanınan  Aşıq  Nəbidən  bəhs 

etmək  istəyirəm...  Altı  yüz  ildən  bəri  avam,  həvas,  zahid,  kef 

əhli,  qələndər,  islam,  xristiana  qəbrini  minacat  məhəlli  ittihaz  et­

dirmiş  olan  bu  aşıq  bu  təmayülə  görə  zamanının  sevgililərindən 

olduğunu  göstərməkdədir” (136, s. 176).

Müəllif  aşığın  adının  əks  olunduğu  bayatısını  da  məqalə­

sində qeyd  etmişdir:

79


Aşığın Nəbidir adı,

Qəm məni nə budadı.

Ad mənim, yar özgənin,

Neylərəm Nəbi  dadı (136,  s.178).

Bundan əlavə,  Mustafa bəy məqaləsində ustadın adı ilə bağ­

lı  mülahizələrinin  doğruluğunu  sübut  etmək  üçün  nəqşbəndi 

təriqətinin böyük nümayəndəsi  Seyid Mir Həmzə Nigariyə (1795- 

1886)  istinad  etməyi  məsləhət  bilmiş,  onun  divanında  bu  barədə 

məlumat  verildiyini  xatırlatmışdır:  “Adının  “Nəbi”  olduğunu  öz 

deyimlərindən  anlamaqdayıq.  Mir  Nigari  divanlanndan  bu  zatı 

zikr edərkən:

Ol qürbdədir məzari-Aşiq,

Əlqabi  şehiri  San Aşıq.

Ol aşiqi sadiq olsa layiq,

Sərdari cünunü Qaysü Vamiq, -

deyə pək sitayişkəranə bir surətdə anmışdır” (136,  s. 176).

Bu  aşığın adı ilə bağlı  müxtəlif mülahizələr uzun  illərdir ki, 

davam  etməkdədir.  Göründüyü  kimi,  mühacirətdə  çox  sanballı 

mənbəyə  istinad edilmişdir -  Seyid Nigari  Cicimli  kəndindən  idi, 

yəni  San  Aşığın  Həkəri  çayı  sahilində  yerləşən  qəbrini  bu  böyük 

ustadın  görməsi  ehtimalı  da  çoxdur.  Mustafa  Fəxrəddin  onun 

qəbrini  təsvir  edərkən  də  məhz  bu  fakta  diqqət  yetirmişdirsə  do, 

bununla  yanaşı,  oxucuda  onun  özünün  həmin  yerləri  görməsi 

təsəvvürü  yaranmaqdadır.  Məqaləsində  bu  etirafı  ilə  yanaşı, 

müəllifin  həmin  tarixi  abidəyə  o  dövrdəki  etinasız  münasibətə 

kəskin  etirazı  da  duyulmaqdadır:  “İştə,  adının  Nəbi  olduğunu 

öyrəndiyimiz  bu  xalq  şairi  Zəngəzur  qəzasım  bir  xətti  müstəqim 

üzrə kəsən və  Cəbrayıl  qəzasından  ayıran Həkəri  çayının  və  yenə 

Mir Nigarinin  doğum  yeri  olan  Cicimli  kəndinə  gedən  yolun  sağ 

tərəfində  həmin  çaya  25  metr  qədər  bir  yerdədir.  Üzərində 

təsiredici  bir  gümbəzi  vardır.  Bina  pək  mətin  və  altıguşəlidır.

80

Binanın tavanı  da  gözəl  olub  qübbə  deyildir.  Ətrafında daşdan  və 



ibtidai  bir  şəkildə  -yadım da  qaldığına  görə  -   böyüklü,  kiçikli 

10-a qədər  aslan,  qoyun,  dayça heykəlləri  vardır  ki,  bunlar  ötədə, 

bəridə  atılmış  və  həm ən  hamısının  başından,  ayağından  qırılmış­

dır” (136, s.176).

M üəllif təsvirini  verdiyi  abidənin incəlikləri ilə yanaşı, onun 

aşığın  yadigarı  və  mövcudiyyətinin  sübutu  kimi  xalqımız  üçün 

dəyəri ölçülməz  dərəcədə böyük olması  qənaətindədir, lakin Mus­

tafa  Fəxrəddin  eyni  zamanda  xalqın  tarixini  qoruyan  abidənin 

qiymətləndirilməməsindən  təəssüf hissi  keçirməkdədir:  “Təəssüf 

ki, bu şeyin qiymətindən  xəbərdar deyildirlər.  Bu qədər ki, Aşığın 

zamanındakı  qiymətli  şəxsiyyətinin  birər  abidə  və  sübutudur” 

(136,  s.176).

Qeyd  edək  ki,  bu  məqalədən  iki  il  sonra  Bəhlul  Behcət  öz 

araşdırmasında  onun  Sanca  Nəbi  adlandığım  məhz  Nigari  nəsli­

nin  nümayəndələrinin  xatirələrinə  əsasən  müəyyənləşdirmiş  (23, 

s.21),  həmçinin  tədqiqatında  Ağa  Balım  və  sülaləsi  haqqında  da 

məlumat vermişdir.

M araqlıdır  ki,  1943-cii  ildə  keçirilən  folklor  ekspedisiyası 

zamanı  bu  sənətkarın  xalq  arasında  çox  məşhur  olduğuna  diqqət 

yetirən  M.H.Təhmasib  yazır:  “Nisbətən  savadlı,  bilikli,  yaşlı  yer­

lilərindən  bəziləri  onun  adının  Nəbi,  bəziləri  Qurbaııəli,  bəziləri 

Abdulla olduğunu  söyləyirlər...  Əhalinin əksəriyyəti  isə onu sadə­

cə  Aşıq,  yaxud  haqq  aşığı  kimi  tanıyır,  özünü  müqəddəslərdən, 

qəbrini isə ziyarətgah hesab  edirlər” (74,  s.228).

Lakin Təhmasib  Qaradağinin  təzkirəsinə  əsaslananraq  onun 

adının  Qurbanəli  olduğunu  müəyyənləşdirən  Həmid  Araslıdan, 

onu  Aşıq  Abdulla  olub  rənginin  sarılığına  görə  Sarı  Aşıq  deyil­

diyini  müəyyənləşdirən  Salman  Mümtazdan,  həmçinin  Sanca 

Nəbi  olduğunu  qəbul  edən  Bəhlul  Behcətdən  tamamilə  fərqli 

qənaətini  bildirmişdir.  Belə  ki,  Təhmasib  də  Mustafa  Fəxrəddin 

kimi  bu  mülahizələrində  həmin  dövrün  nüfuzlu  şəxsiyyətlərindən 

olan  Seyid  Mir  Həmzə  Nigariyə  istinad  etmişdir:  “Aşığın  xalq

81


içərisində  sadəcə  “Aşıq”  ləqəbi  ilə  şöhrətlənmiş  olduğunu,  əsil 

admın isə  Sarı Aşıq olduğunu Seyid Nigari də demişdir:

01  qürbdədir məzari-Aşiq,

Əlqabi-şəhiri  Sarı  Aşıq.

Biz bu beytə daha çox  inanırıq.  Çünki  ədəbiyyat tariximizdə 

təriqət  ədəbiyyatının  son  nümayəndələrindən  biri  sayılan  Şeyx 

Həmzə  Seyid  Nigari  bu  yerlərdə  doğulub  böyümüş  və  hətta 

həmin  nəsildən  olmuşdur.  Sarı  bizdə  çox  geniş  yayılmış  adlar- 

dandır” (74,  s.228).

Aşığın  hansı  illərdə  yaşaması  hələ  də  mübahisələr  doğur­

maqdadır.  Mustafa bəy “Altı yız ildən bəri” onun sevildiyini qeyd 

etməklə aşığın XIII əsrdə  yaşadığına işarə etmişdir.

Əhməd  Cəfəroğlu  isə  “Azərbaycan  türklərinin  ədəbiyyatı” 

adlı  tədqiqatında  Sarı  Aşığın  XVII  əsrdə  yaşadığını  müəyyən­

ləşdirmiş,  onunla  bağlı  məlumatın  azlığına  baxmayaraq,  özü­

nəməxsus orijinal  yaradıcılığı  ilə digər aşıqlardan seçildiyini  qeyd 

etmişdir:  “Xalq  arasında  dolaşan  rəvayətlərə  görə,  Cənubi  Azər­

baycanın  Qaradağ  mahalından  olan  bu  aşıq  Yaxşı  adlı  bir  qızı 

sevmişdir.  Şeirlərinin  əksəriyyətində  sevgilisinin  adı  çəkilir.  Sarı 

Aşığın  xalq  şeirinin  qədim  şəkillərindən  olan  bayatıya  üstünlük 

verməsi  onu eyni janrdan  o  qədər də  geniş istifadə etməyən başqa 

el  sənətkarlarından  fərqləndirən  cəhətdir”(25, s.  134).

Azərbaycanda  son  illərdə  tədqiqatçıların  əksəriyyəti  Cəfər­

oğlu  kimi,  Sarı  Aşığın  XVII  əsrdə  ömür  sürdüyünü  qeyd  etmək­

dədirlər (63,  II  c.,  s. 156;  15,  s.556).

Mustafa  Fəxrəddin  öz  tədqiqatında  Sarı  Aşığın  qəbri  haq­

qında  danışarkən,  onun  xalq  arasındakı  nüfuzunun  böyüklüyünü 

təsəvvür  etmək  baxımından  incə  bir  məqamı  -   bu  məkanın  çox 

məşhur  bir  ziyarətgah  kimi  bütün  insanlar  -   dinindən,  təriqətin­

dən  asılı  olmayaraq  hamı  tərəfindən  yad  edildiyini  xatırlatmışdır: 

“Müsəlmanlar  hər  sənə  mart,  aprel  aylarında  bu  zatın  məzarını 

ziyarət  edər  və  ad  elədikləri  qurbanlarını  baş  ucunda  kəsərlər.

82

Qəza,  xristianlar  da  zamanın  müsaidəsınə  görə  hər  zaman  bu 



zatın  türbəsi  civarm da  yortularmı  icra  və  özlərinə  məxsus  ayini 

cəmlərini  yapmaq  surətilə  Aşığın  ruhuna  təzim  və  böyüklüyünə 

hörmət edərlər (136,  s. 177).

Bu  m əlum atlardan  sonra  Mustafa  Fəxrəddin  onun  sevgilisi 

-   Yaxşı  haqqında  və  Sarı  Aşığın  dəfni  ilə  bağlı  məlum  rəvayəti 

məqaləsinə daxil  etmişdir.

Bu  tədqiqatda  diqqəti  çəkən  önəmli  məsələlərdən  biri  də 

Sarı  Aşığın  ölüm ü  ilə  bağlı  təsviri  verilən  rəvayətdir:  “Aşığın 

vəsiyyəti  üzrə  cənazəsinin  namazı  Mir  Nigari  Həzrətlərinin  ən 

böyük babası  və  M ir  ağa  Bali  ləqəbilə məşhur olan  Şeyx  Məhəm­

məd  Şəmsüddin  əfəndi  qıldırmışdır.  Edilən  rəvayətə  görə,  aşığın 

cənazə  namazı  haqqındakı  vəsiyyətindən  Mir Ağa  Balinin  xəbəri 

yoxmuş.  Şərəfli  insan  Hicaza gedərkən Aşığın kəndindən  keçmiş, 

durmadan  keçmək  istəsə  də,  mindiyi  qatır  bir  türlü  kənddən  çıx­

mamış,  heyvanın  bu  vəziyyətindən  mülhəm  olaraq  Aşığı  sormuş. 

Ölüm  döşəyində  olduğu  xəbər verilmiş.  Səfəri  təxirə  salaraq  Aşı­

ğın  evinə getmiş,  yastığı  üzərində bu şeiri görmüş:

Mən aşiq oqu tiryan,

Oqu ayin,  oqu turyan,

Aqa  Bali  gəldin aşıq  üstünə,

Oqu  “Yasiıı”, oqu turyan.

Və  sureyi-Şəriləni  oxumağa  başlamış,  bitirər-bitirməz  Aşıq 

vəfat  etmiş  və  namazını  qıldırdıqdan  sonra  yoluna  davam  etmiş­

dir”  (136,  s. 177).

Böyük  ustad  olması,  xalq  tərəfindən  çox  sevilməsi  ilə  yana­

şı,  həm  də  əsərlərindəki  qürbət  notlarının  üstünlüyü  mühacirətdə 

Sarı  Aşığın  tədqiqata cəlb  edilməsinin  əsas  səbəblərindən  bindir, 

hətta  onun  Aşıq  Qəriblə  eyni  şəxs  olması  haqqında  da  mülahi­

zələr  vardır.  Belə  ki,  Təhmasib  özünü  “Qərib  Aşıq”  adlandıran 

Sarı  Aşığın  tez-tez  Aşıq  Qəriblə  eyniləşdirilməsi  məsələsinə  də 

münasibətini  bildirmişdir.  Onun  fikrincə,  “Aşıq  Qərib”  Sarı

*1


Aşığın  qoşduğu  dastanının  gözəl  yerlərini  “mənimsəmiş”,  nəti­

cədə  onlarca xalqın  ruhuna  yatıb  versiyalar halında yayılan  gözəl 

bir əsərə çevrilmişdir...” (74,  s.233).

Mirzadə  Mustafa  Fəxrəddin  San  Aşığın  qürbətlə  bağlı 

bayatılannı  məqaləsinə  əlavə  etmiş,  diqqəti  onun  da vətən və  eşq 

acılan çəkməsinə yönəltmişdir.

Xatırltmaq  lazımdır  ki,  Behruz  Həqqinin  1979-cu  ildə  işıq 

üzü  görən  “Aşıq  Şəmşir və  San  Aşıq haqqında bir neçə  söz” adlı 

kitabında  Sarı  Aşığın  həyat  və  yaradıcılığı  tədqiqata  cəlb  edil­

mişdir,  lakin  m üəllif  həmin  illərdə  hələ  mühacirətdə  yaşama­

dığından bu tədqiqatdan bəhs olunmayacaqdır.

İstanbulda  Azərbaycan  mühacirləri  tərəfindən  nəşr  edilən 

“Xəzər” dərgisində:  “ ...Aşıq  Abbas Tufarqanlı, Xəstə  Qasım,  Sa­

rı  Aşıq  kimi  dev  sənətçilər  bir  tərəfdən  xalq  ədəbiyyatını  zən­

ginləşdirib  irəlilətmiş,  digər tərəfdən də bu  xalq  sənətçilərinin  ya­

radıcılığı  yazılı  ədəbiyyatımızda da dəyərli  sənət əsərlərinin mey­

dana gəlməsində  mühüm  qaynaqlardan  biri  olmuşdur”  (82,  s.13), 

yazan  Xavər  Aslan  San  Aşığın  adım  sənətkarlığına  görə  Aşıq 

Abbas  Tufarqanlı,  Xəstə  Qasımla  yanaşı  çəksə  də,  təəssüf  ki, 

onun haqqında əlavə heç bir məlumat verməmişdir.

Aşıq  Ələsgər  (1821-1926)  Azərbaycan  mühacirət  folklor­

şünaslığında  ən  çox  tədqiq  edilən  saz  ustadlanndan  biridir.  Y u­

xarıda bəhs  etdiyimiz Qurbani,  Aşıq  Abbas Tufarqanlı,  Dədə  Q a­

sım,  Sarı  Aşıq,  Bağdad  xanım  və başqaları  haqqında  mühacirətdə ' 

yalnız  məqalələr  işıq  üzü  görmüşdürsə  də,  Aşıq  Ələsgər  yara­

dıcılığı  ilə  bağlı  monoqrafiya  dərc  olunmuşdur.  Bu  da,  bir  tərəf­

dən,  aşığın  çox  böyük  istedadı,  qazandığı  sevgi  ilə  bağlıdırsa, 

digər  tərəfdən,  geniş  yayıldığına  görə  onun  əsərlərini  əldə  etm ə­

yin mümkün olmasından irəli  gəlmişdir.

Mühacirətdə  Aşıq  Ələsgərlə  bağlı  ilk  tədqiqat  Ankarada 

nəşr  edilən  “Azərbaycan”  dərgisinin  1952-ci  il  7-ci  sayında 

verilmiş  Əbdülvahab  Yurdsevərm  eyniadlı  məqaləsi  hesab  oluna 

bilər.  M üəllif məqaləsinə ilk növbədə aşığın həyatı haqqında bilgi 

vennəklə  başlamış,  lakin  təəssüf ki,  onun  doğum  yerini  Göyçay

84

olaraq  göstərmişdir.  “Göyçə”  ilə  “Göyçay”  sözlərinin  deyilişcə 



yaxınlığı  nəzərə  almarsa,  ola  bilsin  ki,  bu  dərgidə  texniki  qüsur 

kimi meydana çıxmışdır

Əbdülvahab  Yurdsevər  bütövlükdə  Aşıq  Ələsgər  yaradıcı­

lığını -  məhəbbətə,  gözəllərin vəsfmə, təbiət təsvirlərinə həsr edi­

lən,  əxlaqi-tərbiyəvi  səpkidə yazılan,  nəhayət,  ictimai-siyasi  məz­

munlu şeirlər kimi  qruplaşdıraraq təsnif etmişdir.

Bu məqalədə  müəllif aşığın  xalq  arasmdı  bu  şəkildə  popul- 

yarlaşmasımn  səbəbini  onun  axıcı  dilində  və  yüksək  sənətkarlıq 

qabiliyyətində  olduğunu  qeyd  etmişdir:  “Aşıq  Ələsgərin  başlıca 

özəlliyi  və  dəyəri  hər  növ  kitab  təsirindən,  rəsmi  dil və üslubdan 

uzaq  və  özünün  aşıq  ruh  və  təbiətinə  sadiq  qalmış  olmasıdır” 

(157, s.2).

Aşıq  Ələsgərin  fövqəladə  istedadından  qürurla  bəhs  edən 

Əbdülvahab  Yurdsevər onun  yaratdığı  cinasların  “həm  təbii,  həm 

də  bədii  mahiyyət  daşıdığı”  (157,  s.3)  üçün  dillər  əzbərinə  çev­

rildiyini  söyləməklə  yanaşı,  “Narın  üz”  təcnisindən  məqaləsinə 

saldığı  örnəyin  tərkibindəki  “narın”  və  “üz”  sözlərinin  işlənmə 

məqamlarına görə geniş  şərhini  vermişdir.

Əbdülvahab  Yurdsevər  Aşıq  Ələsgəri  zamanəsinin  ən  gör­

kəmli  sənətkarı  kimi  dəyərləndirmiş,  onun  müxtəlif  məzmunlu 

şeirlərindən  örnəkləri  məqaləsinə  əlavə  edərək  təhlilini  aparmış­

dır.


Qeyd  etmək  lazımdır  ki,  professor  İsrafil  Abbaslı  1972-ci 

ildə  qələmə  aldığı  “Türk  alimləri  Aşıq  Ələsgər haqqında”  (1,1  c., 

1 4 5


-

1 4 9


).  məqaləsində  O.Yurdsevərin  yuxarıda  bəhs  olunan 

tədqiqatını  xatırlatmışdır.  Aşıq  Ələsgərlə  bağlı  1 ürkiyədəki 

tədqiqatlardan danışarkən,  İ.Abbaslı  yazır:  “Şəxsiyyəti  barədə  ilk 

söz  demiş  alimlərdən  biri  Bay  Əbdülvahab  Yurdsevər  olmuşdur. 

Müəllifin  “Azərbaycan  kiiltür  dərgisf’ndə  dərc  etdirdiyi  bir 

yazıda  Ələsgər  haqqında  ötəri  məlumat  verilmişdir  ki,  bu  da  ilk 

təşəbbüs kimi qiymətlidir” (1,1  c.,  s  145).

8S


İ.Abbaslmın  haqqında  danışdığı  müəllifin  (Ə.Yurdsevər 

siyasi  mühacir  idi)  azərbaycanlı  olduğuna  işarə  etməməsi,  yəqin 

ki, məqalənin yazıldığı  sovet dönəmilə bağlıdır.

Mühacirətdə Aşıq  Ələsgərlə  bağlı  daha  əhatəli  tədqiqatı  isə 

Xavər Aslan  həyata keçirmişdir.  “Azərbaycan  aşıq  şeiri”  silsiləsi 

ilə  “Aşıq  Ələsgər”  adlı  kitab  tərtib  etmiş,  özü  də  ona  geniş  mü­

qəddimə  yazmış,  1984-cü ildə  nəfis  şəkildə  İstanbulda nəşr etdir­

mişdir.  Xavər  xanımın  yazdığı  “On  söz”ə  böyük  həssaslıqla  seç­

diyi,  bütün  mühacirlərin  qəlbini  titrədən  “Eldən  ayrı  aşıq  niyə 

yaşadı?”  (85,  s.3)  sərlövhəsi  də  diqqəti  cəlb  etməkdədir.  Xavər 

Aslan,  yəqin  ki,  Aşıq  Ələsgərin  “Dağlar”  rədifli  qoşmasındakı 

çox  ibrətamiz  məzmunlu:  “Arsız  aşıq  elsiz  niyə  yaşadı?  Ölsün 

Ələsgər  tək  qulların,  dağlar!” -   beytindəki  misraya  uyğun  olaraq 

bu  adı  seçmişdir.  Xatırladaq  ki,  bu  qoşma  ustadın  “Əsərləri”nə 

İslam  Ələsgərin  yazdığı 

“Haqq  aşığı”  adlı  “Ön  söz”də  göstəril­

diyi  kimi  1905-ci  il  erməni-müsəlman  qırğınları  zamanı  dərin 

kədərlə qələmə alınmışdır” (7,  s. 18).

Xavər  Aslan  Aşıq  Ələsgərə  həsr  etdiyi  bu  araşdırmasında 

dövrünün  alimləri  M.H.Təhmasib,  F.Qasımzadə  və  başqalarının 

tədqiqatlarından da bəhrələndiyini  sayğı ilə bildirmişdir.

Əvvəlcə  aşığın  bioqrafiyası  haqqında  qısa  məlumat  verən 

Xavər  xanım  onun  gənc  ikən  böyük  bir  eşq  yaşadığını,  lakin  na­

kam  bitən  bu  sevginin  xalqımıza  ustad  sənətkar  qazandırdığını 

qeyd  etmişdir:  “Bəlkə  də,  Azərbaycan  ədəbiyyatına Aşıq  Ələsgəri 

qazandıran  bu  nakam  eşq  olmuşdur.  Bir sevgini  qeyb  etsə  də,  eşq 

dolu  könlü  yaralansa  da,  milyonların  sevgisini,  heyranlığını  əldə 

etmiş,  əbədi  olaraq  bir  millətin  kültür  həyatında  yaşama  haqqını 

qazanmışdır sənətçi” (85,  s.  7-8).

Aşıq  Ələsgərin  yaratdıqlarına  heyranlığını  bildirən  müəllıl 

onun  dərin  zəkasının  və  sonsuz  istedadının  ortaya  çıxmasında 

mühüm  rolu  olmuş  Aşıq  Alının  adını  böyük  bir  məhəbbətlə  xa­

tırlatmış,  bu  ustad  sənətkarların  şöhrətinin  əsas  səbəbim  məhz 

xalq  duyğularına sədaqətləri,  vətənə, torpağa məhəbbətlərinə bağ­

lamış,  əsərlərinin  real  həyatı  dolğunluğu  ilə  əks  etdirdiyi  üçün

86

böyük  əbədilik  qazandığını  qeyd  etmişdir:  “Aşıq  Ələsgər  yara­



dıcılığı  xalq  zəkası,  xalq  düşüncəsindən  qaynaqlanır.  Dolayısıyla 

onun  şeirləri,  türküləri  ata-babalarımızın gözəllik duyğularını,  sə­

nətə  olan  sevgi  və  bağlılığını,  zövq  və  istedadını  ortaya  qoyur. 

Toyda,  düyündə,  bulaq  yolunda,  çeşmə  başında  gördüyü  bu  gö­

zəlləri  aşığım ız  həyatda  olduğu  kimi  təsvir  edir.  Sənətçinin  vəsf 

etdiyi  bu  qız  və  gəlinlər  yerli  geyimləriylə,  təbii  gözəllikləriylə, 

hətta adlanyla qarşımızda canlanır” (85,  s.  9).

X avər  xanım  fikrini  dəqiqləşdirmək  üçün  Aşıq  Ələsgərin 

qoşmalarından  örnəkləri  də  tədqiqatına  əlavə  etmişdir.  Müəllif 

həm  M olla  Pənah  Vaqif,  həm  də  Aşıq  Ələsgərin  türk  saz  usta­

larından  Qaracaoğlana  yaradıcılıq  etibarı  ilə  çox  yaxınlığının 

səbəbinin  genetik  yaddaş,  eyni  kökdən  törəmələri  ilə bağlı  olma­

sında  görür:  “Anadolu  türk  xalq  şeiriylə  Azərbaycan  aşıq  ədə- 

biyyatındakı  bağlılığın  bir  səbəbi  də  Anadolu  türk  sənətçiləri  ilə 

Azərbaycan  türk  aşıqlarının  müştərək  bir  ana  qaynaqdan  bəslən­

mələri  və  faydalanmalarıdır.  Ortaq  kültür dəyərlərini  quruda bilə­

cək,  silib  ata  biləcək  bir  güc  tanımır  insanlıq.  Milli  aşıq  ədə­

biyyatı  da  bu  gerçəyi  başqa  şəkildə  anladır,  söyləyir  bizlərə”  (85, 

s.  11).

M ühacirətdə  aparılan  digər  araşdırmalarda  olduğu  kimi, 

Xavər  Aslanın  tədqiqatında  da  aşığın  qürbət  şeirlərinə  xüsusi 

diqqət yetirilmişdir.  Müəllif Dadaloğlunun məşhur:

Qalxdı,  köç eylədi  Avşar elləri

Ağır-ağır gedən ellər bizimdir,

həmçinin  Xəstə  Qasımın  “Qal  indi”  qoşmasını  da  tədqiqatına 

daxil  edərək,  aşıq  şeirində  qürbət  mövzusunun  xüsusi  yeri  oldu­

ğunu,  bu  acıların  real  həyatdan  doğduğunu  iirək  ağrıları  ilə  təsvir 

etmişdir:  “Qürbət  və  ayrılıqdan  şikayətlənən,  könlü  insan  sevgi- 

siylə  dolub  daşan  Aşıq  Ol əsgər milli  fəlakət  və  faciələri  yaradan­

lara,  insanları  qanlı  savaşlara  sürükləyənlərə  qarşı  olmuşdur... 

Aşıq  elindən  ayrı  yaşaya  bilməz.  Elindən,  xalqından  qopan,

«7


ayrılan  aşıqlar  ölümə  məhkumdur.  Aşıq  Ələsgər  də  sanki  bunu 

vurğulayır sənət dostlarına,  yeniyetmələrə” (85, s.  12).

M üəllif  həmçinin  Aşıq  Ələsgər  yaradıcılığında  ictimai- 

siyasi  məzmunlu  şeirlərin  mühüm  əhəmiyyətə  malik  olduğuna 

diqqət yetirmiş, məşhur “Dağlar” qoşmalarını təhlil etmişdir.

Xavər  Aslan  monoqrafiyasında  Aşıq  Ələsgərin  şeirlərinin 

sənətkarlıq  xüsusiyyətlərindən,  onun  cinas  yaratma  qabiliyyətin­

dən,  atalar sözlərini,  ffazeoloji  birləşmələri  yerli-yerində işlətmək 

bacarığından  geniş  söhbət  açmışdır.  Ümumiyyətlə,  mühacirətdə 

çox  vaxt  təhlilə  cəlb  edilən  əsərlərə  ideoloji  prizmadan  yana­

şıldığından  sənətkarlıq  xüsusiyyətləri  nadir  hallarda  tədqiqat­

çıların  araşdırma  mövzusuna  çevrilmişdir.  Lakin  Xavər  xanımın 

tədqiqatlarında  sənətkarlıq  xüsusiyyətləri  hər  zaman  diqqət  mər­

kəzində olduğu üçün onlar böyük əhəmiyyət kəsb edir.

Aşıq  Ələsgər  yaradıcılığını  qruplaşdıran  tərtibçi  kitaba  67 

qoşma,  18  təcnis,  2  dodaqdəyməz,  5  cığalı  təcnis,  3  deyişmə,  16 

gəraylı  daxil  etmişdir.  Maraqlıdır  ki,  İstanbulda  nəşr  edilən  və 

əsasən  türk  oxucusu  üçün  nəzərdə  tutulan  bu  şeirlər  ustadın 

dilindən deyildiyi tərzdə,  tam  orijinal  verilmiş,  hər səhifədə  aydın 

olmayan sözlərin lüğəti  tərtib  edilmişdir ki,  nəticə  etibarı  ilə Aşıq 

Ələsgər  yaradıcılığının  təravəti  qorunmuş,  şeirlər  öz  bədii 

dəyərini itirmədən təqdim olunmuşdur.

Xavər  xanım  Aşıq  Ələsgər  yaradıcılığına  heyranlığı  ilə 

yanaşı,  ana  dilimizin  zənginliyini,  gözəlliyini  də  tədqiqatında  əks 

etdirməyə  çalışmış  və  sənətkarın  sözünün  qcyri-adi  cazibəsinin 

bu  faktla  sıx  bağlı  olduğunu  bildirmişdir:  “Dilimizin  xüsusiyyət­

lərini  iyicə  mənimsəyən  milli  aşıq  şeirimizin  bu  dev  sənətçisi 

dilin  ahəng  qanununu,  səs  və  sözlərimizin  musıqıliliyini,  xalq 

ədəbiyyatımızın  zənginliyini,  milli  heca  vəznimizin  oynaq  ölçü­

lərini  genişliyi  və  rəngarəngliyi  ilə  dəyərləndirə  bilmişdir,  Aşıq 

Ələsgəri  yaşadan,  sənətini  əbədiləşdirən  bu  özəlliklərdir  (85, 

s.15).


Bu fikrini əsaslandırmaq üçün müəllif.

U

Bax bu qaşa, bax bu gözə,

Yandı  bağrım, döndü közə.

Keçən sözü vurma üzə,

Keçən keçdi, olan oldu, -

gəraylısını  tədqiqatında örnək kimi vennişdir.

Qeyd  etmək  lazımdır  ki,  həmin  gəraylı  Aşıq  Alının 

“Əsərləri”ndə,  professor  Azad  Nəbiyevin  “Azərbaycan  xalq 

ədəbiyyatı”  dərsliyində  Aşıq  Alının  gəraylısı  kimi  təqdim  edil­

miş,  son -  möhür bənddə onun adı öz əksini  tapmışdır:

Aşıq  Alı  sənə qurban,

Gəl  eyləmə bağrımı qan.

Uçdu əldən tiilək tərlan,

Sar da kəklik alan oldu (3,  s.2 1;  63,  II c.,  s. 181).

Xavər xanım  həmin gəraylını  “Aşıq  Ələsgər” kitabına bütöv 

.şəkildə,  “Azərbaycan  aşıq  ədəbiyyatı”  məqaləsinə  isə  bir  parça 

(85,  s.19)  daxil  etmişdir,  onun  variantında  əvvəlki  bəndlər  Aşıq 

Alının  şeirinə  tamamilə  uyğun  gəlsə  də,  yalnız  sonuncu  bənd 

fərqli  səslənməkdə,  bu  məqamda  Aşıq  Ələsgər  adını  yaşatmaq­

dadır:


Ələsgərəm, sənə qurban.

Gəl  eyləmə bağrımı  qan.

Səni  məndən  ayrı  salan,

Filan oğlu  filan oldu  (85,  s.  147).

Məlumdur  ki,  Aşıq  Ələsgər  yaradıcılıq  üslubuna  görə  Aşıq 

Alıya  ən  yaxın  olan  sənətkar  hesab  edilir.  Bunu  nəzərdə  tutan 

professor  Hüseyn  İsmayılov  Aşıq  Alıya  aid  edilən  sənət  nümu­

nələrini  dəqiqləşdirmək  üçün,  ya onun  özünün  digər şeirlərilə,  ya 

da  məhz  Aşıq  Ələsgərin  yaradıcılığındakı  poetik  örnəklərlə 

müqayisənin  doğru  olacağını  bildirmişdir:  “ ...ya  Aşıq  Alının  və

89


ya onun birbaşa sənət və mənəvi  varisi  Dədə  Ələsgərin poetik nə­

fəsi,  ruhu  və  dili  ilə  müqayisədə  müəyyənləşdirilməlidir.  Çünki 

Aşıq Alının ən böyük  əsəri  elə  Ələsgərin  özüdür” (3,  s.14).  Məhz 

belə yaxınlıq bəzi hallarda onların şeirlərinin bir-birinin  adma aid 

edilməsi  ilə nəticələnmişdir.

Qeyd  edək  ki,  Aşıq  Ələsgər  Vətəndə  olduğu  kumu,  mü­

hacirət  ömrü  yaşayanların  da  ən  çox  sevdiyi,  yaradıcılığına  hey­

ranlıq  duyduğu böyük  söz ustadıdır.  Sənətkarın  yetişdiyi  torpağa, 

milli  mədəniyyətə,  özündən  əvvəl  yaranan  zəngin  kültürə  səda­

qətini,  sıx  bağlılığım  nəzərə  alan  Əhməd  Cəfəroğlu  heyranı  ol­

duğu  Aşıq  Ələsgər  yaradıcılığının  möhtəşəmliyinin  əsas  səbəb­

lərindən  birini  məhz  onun  Qurbani  irsinə  olan  sonsuz  sevgisilə 

əlaqələndirmişdir:  “Qurbaninin  aşıq  ədəbiyyatına  təsiri  uzun 

müddət  davam  etmişdi.  Onun  yaradıcılığından  ilham  alanlardan 

biri  də  XIX  yüzilliyin  müqtədir  sənətkarlarından  olan  Aşıq  Ələs­

gər idi” (25,  s.  133).

Mühacirətdə  nəşr  edilmiş  “Aşıq  Ələsgər”  kitabının  cildinin 

üzəridə  qeyd  olunan  sözlər  isə  bu  görkəmli  söz  ustadının  ya­

radıcılıq  şöhrətinin  vətənindən  başqa,  digər  ölkələrdə  də  yayılma 

arealını  müəyyənləşdirməklə  bərabər,  Azərbaycan  xalq  ədəbiy­

yatının  böyük  təsir  gücünü  əks  etdirməkdədir:  “XIX  yüzil  Azər­

baycan  aşıq  şeirində  sosial  motivlərlə  zənginləşərək  irəliləmə  ça­

ğıdır.  Aşıq  Ələsgər  dadlı-duzlu  qoşmaları,  gəraylıları,  dodaqdəy- 

məz,  diltərpənməz,  mürəbbe  və  müxəmməsləri  ilə  şeir sənətimizi 

ortaya  qoymuş,  aşıq  şeirini  zirvələrə  ulaşdırmışdır.  Bu  ünlü  xalq 

ozanımızın  şöhrəti  Azərbaycanda  qalmamış,  bütün  türk  ellərinə 

yayılıb  sevilmişdir”.  Məhz bu  sözlərlə Xavər  Aslan tədqiqat  üçün 

niyə  Aşıq  Ələsgər yaradıcılığına müraciət  etdiyini  aydınlaşdırma­

ğa müvəffəq  olmuşdur.

“Xəzər”  (İstanbul)  dərgisindəki  “Sözlü  ədəbiyyatımızda 

həcv”  məqaləsində  Xavər  xanım  yenidən  Aşıq  Ələsgər  yaradıcı­

lığına  qayıdaraq,  onun  bir  sıra  şeirlərinin  sənətkarlıqla  şirin,  sadə 

xalq  dilində  və  incə  yumorla  süsləndiyini  bildirmiş,  mülahizə­

lərini  dəqiqləşdirmək  məqsədilə:

90

Aşıq  Ələsgərəm,  söylənir adım,



Budur ürəyimdə mətləb-muradım.

Sənin ərin ölsün,  mənim arvadım,

İkimiz də qalaq yaslı, yaralı,  (82, s.9)  -

kimi  bir  neçə  örnəyi  də  məqaləsinə  daxil  etmişdir.  Bundan əlavə, 

tədqiqatçı  aşığın  “Sənət  meydanının  təsadüfi  insanların,  istedad- 

sız  kim sələrin  yeri  olmadığını  anlatdığını”,  qabalığa,  haqsızlığa 

qarşı  etiraz  etdiyini  onun  öz  şeirlərindən  örnəklərə  əsaslanaraq 

açıqlam ışdır (82,  s. 10).

Xavər  xanım  “Obədi  yaşayanlar”  adlı  tədqiqatında  isə  türk 

xalq  şeirinin  böyük  ustadlarından  Qaracaoğlan  və Aşıq  Ələsgərin 

yaradıcılığı  arasında  müqayisələr  və  paralellər  apannışdır.  Onlar­

dan  birinə  diqqət  yetirək:  “...Qaracaoğlan  məzarının  yol  üstündə 

qazılmasını  diləyir.  Çünki  belə  olanda  gözəllər  onun  məzarının 

önündən  keçəcəklər.  Soyuq  məzar  insan  səsilə,  insan  nəfəsilə, 

gözəllərin  şirin  danışıqları  ilə bir hərarət qazanacaqdır:

Qaracaoğlan  der:  öldüyüm  bilsinlər, 

Toplansınlar,  namazımı  qılsınlar.

Məzarımı  yol  üstünə qoysunlar 

Keçərkən  uğrasın yolu qızların” (84,  s.7).

Tədqiqatçı  bu  bənddəki  fikrə  bir  qədər  fərqli  şəkildə  Aşıq 

Ələsgər  yaradıcılığında  da  təsadüf  olunduğunu  bildirməkdədir: 

“Aşıq  Ələsgər  daha  irəli  gedərək  gözəllərin  onun  məzarının  -   si­

nəsinin üstündən  yol  salmalarını  arzu edir:

Ələsgərəm,  yandım  eşq  ataşında,

Gözüm qaldı  sənin qələm qaşında.

Qazdır məzarımı  çeşmə  başında,

Sal  sinəm  üstündə yol,  incimərəm” (84,  s.7).

91


“Xəzər”  (İstanbul)  dərgisində  ən  çox  təbliğ  edilən  saz  v ə 

söz ustası  da Aşıq Ələsgərdir, onun qoşma və  gəraylılan vaxtaşırı 

burada  dərc  edilmişdir  (119,  s. 17; 120,  s.9;  123,  s.17;  125,  s.23; 

127,  s.8  və  s.)

Aşıq  Ələsgər Azərbaycan  saz  sənəti  ilə bağlı  aparılan  bütün 

araşdırmalarda  adı  qürurla  çəkilən  böyük  ustadlanmızdandır. 

Onun  yaradıcılığı  hər  zaman  diqqət  mərkəzində  olmuşdur,  təbii 

ki,  bu  da  sənətkarın  sözünün  sirrindən,  sehrindən,  möcüzəsindən 

irəli  gəlir,  aşığı  vətənindən  kənarda  da  tədqiq  və  təbliğ  edən 

mühacirətdəki  araşdırmaların  da  diqqətə  alınması  isə  həm  folk­

lorumuz, həm də onu sevənlər üçün çox faydalı olardı.

92




1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə