Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda


IV  FƏSİL MÜHACİRƏT FOLKLORŞÜNASLARININ



Yüklə 1.05 Mb.

səhifə5/8
tarix15.05.2017
ölçüsü1.05 Mb.
1   2   3   4   5   6   7   8

IV  FƏSİL

MÜHACİRƏT FOLKLORŞÜNASLARININ 

QADIN AŞIQLARLA BAĞLI 

ARAŞDIRMALARI

Azərbaycan  mühacirət folklorşünaslığı  aşıq-qadınların  yara­

dıcılığına  xüsusi  diqqətlə  yanaşmış,  onlar  haqqında  əldə  edə  bil­

dikləri  qədər  məlumat  vennəyə,  əsərlərini  nəşr  və  təbliğ  etməyə 

çalışmışlar.  Bu o qədər do asan deyildi,  vətəndən kənarda yaşayan 

və  mənbə  qıtlığı  çəkən  mühacir  Azərbaycan  ziyalıları  çətinliklərə 

baxmayaraq, bu  sahədə çox  dəyərli  işlər həyata keçirməyə müvəf­

fəq  olmuşlar.

Ümumiyyətlə,  bütün  Şərq  ölkələrindəki  kimi  Azərbaycanda 

da qadın  aşıq  və  ya şairlərin  yaradıcılığının  üzə  çıxması  çox  çətin 

bir proses  olmuşdur.  Bu,  bir tərəfdən,  islam aləmində qadına olan 

münasibətdən  doğursa,  digər tərəfdən,  məhz  xanımların  özlərinin 

sonradan  m üxtəlif təzyiqlərə  məruz  qalmaq  qorxusu  ilə  şeirləri­

nin  aşkarlanmasından  ehtiyat  etmələrindən  irəli  gəlmişdir.  Gözəl 

şairəmiz  Nigar  xanım  Rəlibəyli  “Azərbaycanın  şair  və  aşıq  qa­

dınları”  kitabına  (onun  əsasında  2005-ci  ildə  Azərbaycan  Res­

publikası  Prezidentinin  fərmanı  ilə  “Azərbaycanın  şair  qadınları” 

monoqrafiyası  nəşr  olunmuşdur)  yazdığı  “İşıqlı  həyatın  həsrə­

tində”  adlı  ön  sözdə  tarixin  müxtəlif  dövrlərində  haqqı  tapda­

lanan,  arzu  və  istəkləri  ürəyində  qalan,  varlığı  nəzərə  alınmayan 

qadınların  yaradıcılığını  belə  səciyyələndirmişdir:  “İnsanın  bö­

yüklüyü, barışmazlığı  və qiidrəli  ondadır ki,  o,  həmişə öz  mənliyi, 

qüruru,  fərdiyyəti  uğrunda  üsyana  qalxıb.  Bu  insanlıq  üsyanında 

qadınlığın  da  öz  payı  var.  Bəzən  “üsyan”  sözün  müstəqim  məna­

sında  qiyam,  vuruş  olub,  qurbanlar  aparıb.  Belə  şəhidlərdən  biri 

Tahirə  Qürrətüleyndir.  Amma insan  ləyaqəti  uğrunda döyüşün za-

93


hirən  səssiz,  sakit  formaları  da  var.  Şəriət  dünyam  qadına haram 

eləyən  bir  dövrdə  sevgi  haqqında,  həyat  haqqında  öz  sözünü 

pıçıltıyla  belə  olsa  da,  demək  fədakarlıqdır,  cəsarətdir,  hünərdir. 

Çünki  bu  zəif pıçıltılar  əsl  şeirə  çevrilirsə,  deməli,  onlar  qəlbin 

çırpıntılarından  doğulub.  Qəlbin  çırpıntıları  isə,  təbil  zərbələrin­

dən fərqli  olaraq,  eşidilmir” (2 0 ,1 c.,  s.12;  19,  s.l 1).

Bu  sözlərdən  də  aydın  olur  ki,  qadınların  yaradıcılığını 

araşdırmaqla onlann düşüncə tərzi,  arzu  və  xəyallan,  ümidləri  ilə 

tanış olmaqla yanaşı,  bu əsərlərdə hər bir  sətir arxasında gizlənən 

mübarizəni  də  aşkarlamaq  mümkündür.  Haqq-ədalət,  istiqlal,  in­

san  ləyaqəti  uğrunda  çətin  döyüşün  hər  zaman  ön  cərgələrində 

olan  mühacirət  folklorşünaslığı  qadın  yaradıcılığım  diqqətdən 

kənarda  qoymamış,  onların  da  xalqa  tamtdırılması  naminə  əllə­

rindən  gələni  etmişlər.  Belə  ki,  Ankarada  nəşr  edilən  “Azərbay­

can”  dərgisinin  1954-cü  il  12-ci  sayında  Əhməd  Cəfəroğlunun 

“Hüdudboyu saz şairlərimizdən Bağdad xanım” məqaləsi  işıq  üzü 

görmüşdür.  Folklorşünas-alim  yenə  də  öz  tədqiqatçılıq  ənənə­

lərinə  sadiq  qalaraq,  yaradıcılığı  hələ  də  Azərbaycan  ictimaiy­

yətinə  məlum  olmayan  bir  qadın-aşığın  -   Bağdad  xanımın 

mümkün  olduğu  qədər  həyatından  bəhs  etmiş,  şeirləri  haqqında 

məlumat  və əsərlərindən örnəklər vermişdir.

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  aşıqları  ilə  bağlı  apa­

rılan  tədqiqatlarda  və  toplanan  materiallar  arasında  Bağdad 

xanımın adma təsadüf edilmir (5;  10;  11;  19;  20 və s.).

Bundan əlavə,  mühacirət  folklorşünaslığı  ilə,  həmçinin  ay­

rıca  Əhməd  Cəfəroğlunun  yaradıcılığı  ilə  bağlı  olan  tədqiqat 

əsərlərində  də  bu  barədə  çox  vaxt  məlumat  verilməmiş,  nadir 

hallarda  isə  yalnız  həmin  məqalənin  adı  çəkilmişdir  Belə  ki, 

tədqiqatçı  Elşən  Obülhəsənli  Əhməd  Cəfəroğlunun  aşıq  yaradı­

cılığı  ilə  bağlı  tədqiqatlarından  danışarkən,  onun  Tufarqanlı 

Abbas,  Qurbani,  Dədə  Qasımla  bağlı  araşdırmalarından bəhs  etsə 

də,  Bağdad  xanımla bağlı  heç bir məlumat verməmişdir (26).

Gülağa  Hüseynovun  “Əhməd  Cəfəroğlunun  folklorşünaslıq 

irsi”  adlı  dissertasiyasında  bu  məqalə  xatırlanmış  və  Bağdad  xa­

94

nımı  ilk  dəfə  Azərbaycan  oxucusuna  Əhməd  Cəfəroğlunun tanıt- 



dırması  ilə  bağlı  icmal  xarakterli  məlumat  verilmişdir  (38,  s.70- 

72).


Fəridə  Hicranın  “Azərbaycan  mühacirət  folklorşünaslığı” 

kitabında 

isə 

nəinki 


Bağdad  xanımın  yaradıcılığı 

araş­


dırılmamışdır,  üstəlik  bu  məqalənin  adı  yalnız  iki  dəfə  və  təhrif 

olunaraq 

“Sərhədboyu  saz  şairlərimizdən  Bağdad  Hənim” 

(M .Ənsərlinin  “Gəncəli  professor  Əhməd  Cəfəroğlu”  (28,  s.  65) 

kitabından  mexaniki  olaraq  köçürüldüyü  üçün)  şəklində  yanlış 

yazılaraq  çaşqınlıq  yaratmış,  əlavə  heç  bir  məlumat  veril­

m əm işdir (37,  s.  108).

Əhməd  Cəfəroğlu  Bağdad xanımla bağlı  tədqiqatının elə  ilk 

cümləsindəcə  əslində  vaxtilə  sevilən  və  tanınan  bu  xanım-aşığın 

nədənsə  unudulduğunu,  adı,  həyatı,  doğulduğu  yerlə  bağlı  dəqiq 

m əlum atın  olmaması  nəticəsində  müxtəlif fərziyyələrin  meydana 

çıxdığını  qeyd  etmişdir:  “Hüdudboyu  saz  şairlərimizdən  Bağdad 

xaınm   unudulmuş,  köşədə-bucaqda  qalmasına  rəğmən,  dövrünün 

heç  də  azımsanmayan  adlı  və  şanlı  aşıqlarından  biri  olmuşdur. 

Həyatında  sevilmiş  və  sayılmış,  bir  türlü  xalqla  paylaşılamamış, 

vətəni  və  adı  haqqında  iki  rəvayət  mövcud  olmuşdur”  (104, 

s.8).

Müəllifin  verdiyi  məlumatlara  görə,  Bağdad  xanım  Qıldırın 



ya  Pekrcşeıı,  ya  da  Qiyahor  kəndində  doğulub  yaşamışdır.  Bu 

aşığın  adı  ilə  bağlı  da  müxtəlif  fərziyyələrin  dolaşdığını,  hətta 

bəzi  məlumatlara  görə,  onun  “Bağdagül”  olduğu  bildirilsə  də, 

Əhməd  Cəfəroğlu  öz  qənaətlərini  belə  yekunlaşdırmışdır:  “Çildir 

tərəkəmələri  ilə  xarşatlılar  birinci  “Bağdad”  adının  doğru  olduğu 

qənaətindədirlər.  Şeirlərində  qullandığı  adma  baxılacaq  olursa, 

bizcə  də,  “Bağdad”  əsli,  “Bağdagül”  sonradan  törəmədir”  (104, 

s.8).


Bu  qadın-aşıq  barədə  dəqiq  bir məxəzin  olmamasını  xüsusi 

diqqətə  çatdıran  Əhməd  Cəfəroğlu  Doğu  Anadoluda  folklor 

materialları  toplayarkən  bir  təsadüf  nəticəsində  onun  haqqında

95


m üxtəlif  rəvayətlər  dinlədiyini  və  şeirlərindən  örnəkləri  top­

ladığım,  bəzi  məlumatları  Bulanıqlı  Aşıq  Namazdan  öyrənmək 

istədiyini  də  məqaləsində  xatırlatmışdır.  Tədqiqatçı  bu  barədə 

yazır:  “Yaşadığı  tarix  də  məchuldur.  Bu  xüsusa  dair  Doğu 

Anadolu  gəzilərim  əsnasında  aşıqlardan  və  müxtəlif kimsələrdən 

topladığım  şeirlərindən  də  bir  ipucunun  əldə  edilməsi  imkan­

sızdır.  Bulanıklı  Aşıq  Namaz  Bağdadı  xəyal-məyal  xatırladığı 

kimi  soruşdurduğum  kimsələr  də  haqqında  açıq  bir  fikir  edi- 

niləcək bilgiyə sahib deyildirlər”(104,  s.  8).

Xatırladaq  ki,  Əhməd  Cəfəroğlu  folklor  materialları  topla­

yarkən  Bulanıklı  Aşıq  Namazla tanış  olmuş,  “Qurbani”  dastanını 

onun dilindən yazıya köçürmüşdür (101, s.  87).

Əhməd  Cəfəroğlu  Bağdad  xanımın  yaşadığı  dövrü  müəy­

yənləşdirmək  üçün  onun  əsərlərinə  və  haqqında  dolaşan rəvayət­

lərə  istinad  olunmasını  məqsədəmüvafiq  hesab  etmişdir,  çünki: 

“Hər  kəs  daha  fazla  Bağdad  xanımın  macərasını  və  eşqini  nəql 

etməkdədir” (104,  s.8).

Alimin  fikrinə görə,  rəvayətlərdəki  bilgiyə görə  onun nişan­

lısı  uzun  illər  əvvəl  göl  kənarında  yerləşən  Albızlı  kəndindən 

olmuşdur,  lakin  həmin  ərazinin  xeyli  zamandan  bəri  dağıldığına, 

yalnız  xarabalıqlarının  qaldığına  əsaslanaraq,  Bağdad  xanımın 

bir neçə əsr əvvəl  yaşadığını  müəyyənləşdirmək mümkündür.  Be­

ləliklə,  demək  olar  ki,  bir  neçə  əsr  bundan  əvvəl  yaşamış  bir  qa­

dın  sənətkar  mühacirət  folklorşünasının  səyləri  nəticəsində  ədə­

biyyatımıza qazandırılmışdır.

Bağdad  xanım  haqqında  çox  yanıqlı  bir  eşq  macərası  da­

nışıldığını  xatırladan  Əhməd  Cəfəroğlu  onun  aşıq  olmasının  əsas 

səbəbinin  do  bu  sonu  faciə  ilə  bitən  nakam  bir  məhəbbət  ol­

duğunu  bildirmişdir:  “Bütün  el  aşıqları  kimi,  Bağdad  xanım  da 

eşq  macərasında  yetim  buraxılmamış,  haqqında  canlar  yaxan, 

gözlər  yaşardılan  olduqca  kədərli  bir  eşq  hekayəsi  vücuda  gə­

tirilmişdir” (104, s.8)

Göründüyü kimi,  Əhməd  Cəfəroğlu  Bağdad  xanımla bağlı 

el  arasında  mövcud  olan  rəvayətin  onun  şeirləri  əsasında  sonra­

96

dan  yaradılması  qənaətindədir  və  məqaləsində  də  bunu  xüsusi 



olaraq qeyd  etmişdir.  Bu  xanımın  çox  böyük  əzablar  çəkməsinə, 

öz  həyatını  bütünlüklə  sevgisi  yolunda  qurban  verməsinə  diqqət 

çəkən  m üəllif  Bağdad  xanımın  yaradıcılığının  tamamilə  ni­

şanlısına həsr edildiyini  və bu şeirlərin  xalq  arasında sevilə-sevilə 

yaşadıldığını xatırlatmışdır.

Bu  aşığın  yaradıcılığını  izləmək  üçün  həmin  rəvayət 

mühüm  əhəmiyyət  daşıdığından  Əhməd  Cəfəroğlu  xalq  arasında 

dolaşan  əhvalatlardan  da  bəhs  etmişdir:  “Bağdad  doğulduğu 

Pekreşen  kəndinin  qarşısında,  göl  kənarındakı  Ağcaqalalı  bir 

dəliqanlı  ilə  sevişmiş,  nişanlanmış  və  bütün  qəlbini  ona 

bağlamışdır.Yeni  adaxlılar  uzun  nişanlılıq  həsrətinə  dayanmaq- 

dansa, bir an əvvəl  bir-birinə qovuşmaq istəmişdirlər” (104,  s.  8).

M üəllif sonra  göstərir  ki,  Bağdadın  nişanlısı  bir  dostunun 

köməyi  ilə  arzusuna  çatır  və  onlar  yenidən  görüşmək  arzusu  ilə 

bir yol  axtarırlar.  Bağdadgilin  evində  yaşayanlar çox  olduğundan 

görüşmək  bir  müşkülə  çevrilir.  Nəhayət,  qərara  gəlirlər  ki,  gecə 

evdə  hamı  yatandan  sonra  Bağdan  gölün  kənarında  atəş  yandı­

racaq  və  bunu  görən  nişanlısı  gölü  üzərək  keçib  sevgilisinin 

görüşünə  gələcəkdir.  Belə  də  edirlər  və  bir  neçə  ay  iki  sevgili 

gizlicə  görüşürlər.  “Fəqət  fələk  bu  məsud  günləri  bunlara  çox 

görmüş,  qəlbləri  birləşdirən ocağın  sönməsilə  iki  aşiqin  həyatı  da 

birdən-birə  sönmüşdür”  (104,  s.9), 

yazan  Ohməd  Cəfəroğlu 

faciənin  səbəblərini  də  şərh  etmişdir.  Bir  gün  evin  gəlini,  yəni 

Bağdadın qardaşı  arvadı  bu görüşlərin  fərqinə  varır və  həmin  sirri 

onun  əmisi  qızma  açır.  Lakin,  sən  demə,  bu  qız  Bağdadı 

nişanlısına  çox 

qısqanırmış, 

onları  ayırmaq  üçün 

fürsət 


axtarırmış.  Gəlin  və  əmiqızı  gecələrin  birində  gizlicə  nişanlının 

gətirdiyi  hədiyyələri  özləri  götürmək  istədikləri  üçün  sözləşirlər 

və  ocaq  qalayırlar.  Alovu  görən  gənc  gölə  atılaraq  üzməyə 

başlayır,  lakin  gölün  ortasına  çatanda  əmiqızı  yandırdığı  atəşi 

söndürür.  Üzmək  üçün  istiqaməti  tapa  bilməyən  gənc  göldə 

boğulur.  Sonra  qırx  gün  Bağdad  nişanlısını  atəş  yandıraraq 

gözləyir,  nişanlısı  gəlib  çıxmır,  əmisi  qızı  əhvalatı  ona danışmağa

97


məcbur  olur.  Beləliklə,  ağır  sarsıntı  keçirən  Bağdad  təskinliyini 

yalnız sazdan alır.

Ümumiyyətlə,  eşq  əzabına  dözməyən  insanların  əlacı  sazda 

görməsi  və  nakam  aşiqlərin  həm  də  haqq  aşığına  çevrilməsi 

Azərbaycan xalq ədəbiyyatında hər zaman təsadüf olunan ənənəvi 

bır prosesdir.  Lakin  əksəriyyətdən  fərqli  olaraq  burada  saza mehr 

salaraq  dərdini  şeirlərə  tökən,  öz  məhəbbət  hisslərini,  hicranın 

əzablarını  dilə-dişə  salan bir xanımdır ki,  bu  da  azərbaycanlı  xa­

rakteri  üçün  nadir  hadisə  hesab  edilə  bilər.  Xatırladaq  ki, 

professor  A.Nəbiyev  həsrət,  kədər,  zor  ilə  ərə  verilmə,  ər  evində 

narahat  həyat  mövzularının  qadın  yaradıcılığı  üçün  səciyyəvi 

olduğunu  qeyd  etmişdir  (63,  II  c.,  s.105),  Bağdad  xanım 

şeirlərində  faciənin  və  məhəbbətin  dərin  izlərim  görmək 

mümkündür.

Bağdad  xanımın  könlünü yandıraraq  saza  tökülən  misra­

lar  bir  da  ona  görə  qiymətlidir  ki,  bu  bir  qadının  həm  ah-naləsi, 

fəryadı,  həm  də bəd niyyətli  insanlarla mücadiləsidir:

Nədən  ah çəkmiyəm, nədən yanınıyam, 

Yetirmədi  baxtım murada məni.

Nədən inildoməm, nədən sızdamam,

Bağrım nay tək  saldı  fəryada məni.

Eşq gölündə yelkənimiz üzərkən,

Iğbal  yeli  məram  üzrə əsərkən,

Fələk  girdabına  saldı  üzərkən 

Cavanımı, qoydu qarda məni.

Bu  dərdin oduna canmı  dayanır?!

Xəyalıynan  gözüm al-qan boyanır,

Bağdadam,  ahıma dağ-daş dayanır,

Gedər,  yetirmədi  bir şada məni (104,  s. 10).

98

Göründüyü  kimi,  bu  qoşmanı  Bağdad  xanım  sırf Azərbay­



can dilində  söyləmişdir,  hətta Əhməd  Cəfəroğlu  bəzi  sözlərin Os­

manlı  türkcəsində  qarşılığını  da  lüğət  şəklində  şeirlərin  sonuna 

əlavə etmişdir.

Xalq  arasında  dolaşan  rəvayətə  görə,  Bağdad  xanım  ömrü­

nün  sonuna  qədər  sədaqətli  olmuş,  nişanlısının  faciəli  vəfatının 

yasını  saxlamış,  saçlarına  dən  düşərkən  belə  onu  unutmamışdır. 

Onun  saf məhəbbəti  ilə  yanaşı  ürəkləri  yandıran  ağır  kədəri  də 

söylədiyi  misralara  hopmuş  və  əbədi  olaraq  öz  müəllifi  ilə 

bərabər  yaşamaq  hüququ  qazanmışdır.  Bu  nakam  taleli  qadının 

ömrünün  ahıl  vaxtında  söylədiyi  şeir haqqında  Əhməd  Cəfəroğlu 

yazır:  “Nəhayət,  gündən-günə çökməyə başlayan  Bağdad  xanımın 

saçlarına  ağ  düşmüş,  eşq  atəşi  ilə  yana-yana  sevgilisinə 

qovuşmağa  hazırlanmışdır.  Bıı  dünyadan  ala  bilmədiyi  kamını 

ötəki  dünyada  bulacağına  inanırdı.  Ölüm  döşəyinə  düşdükdən 

sonra  sazını  əlinə  alaraq  yanıqlı  bu  qoşması  ilə  arzuladığı  səadətə 

çatm ışdır” (104, s. 1 1).

Bu  sözlərdən  sonra  Əhməd  Cəfəroğlu  Bağdad  xanımın 

yeddi  bəndlik  qoşma  adlandırdığı  şeirini  məqaləsinə  əlavə  et­

mişdir.  Şeir bəndlərin miqdarına,  qafiyələnmə  üslubuna görə  bən­

zəsə  də,  misralarının  sayına  görə  qoşmadan  fərqlənir  və  yeddi 

hecalı  bu  aşıq  şeir  şəklini  Azərbaycan  folklorşünaslığında  “təs- 

n if ’ adlandırırlar (9,  s. 161 ):

1 lalıma  yanan  mələk.

Dilimdə qaldı  dilək.

Yar ocağına  fələk 

Həsrət  qoydu, bil  məni.

Göldə ötüşən  sona,

Çalxanıb  batma qana.

Tez qovuşurdum ona,

Qoymaz erkən  yol  məni

99


Dumam, səni dinlərəm,

Dərd  dilindən  anlaram.

Sinəm  şan-şan inlərəm,

Qaval  sanar el  məni  (104,  s.l 1)..

Bu  parçada Bağdad  xanım  durnaya müraciətlə  öz  faciəli  ta­

leyinə işarə etmiş,  gölün  sularının hələ  də  qan olduğunu,  yar oca­

ğına həsrətdən daim inlədiyim, bu sızıltıları  eşidənlərin onu qava­

la bənzətdiyini yanıqlı bir dillə sazın  simlərinə tökmüşdür.

Diqqəti  cəlb  edən  xüsusiyyətlərdən  biri  də  odur  ki,  burada 

işlənən  sözlər və  frazeoloji  birləşmələr  Azərbaycan dilindədir  və 

Türkiyədə  ömür  sünnəsinə  baxmayaraq  Bağdad  xanım  əsl  azər­

baycanlılar kimi  ana  dilinm  incəliklərinə  bələd  olmuş,  ondan  se­

və-sevə  və  zövqlə  istifadə  etmişdir.  Belə  ki,  şeirlərindəki  sadə 

danışıq  dilində  təsadüf  etdiyimiz  “öybəöy”,  “viranım”,  “kül 

etmək”,  “qara  geymək”  kimi  söz  və  ifadələrlə  xanım-aşıq  öz  saf 

duyğularını məharətlə  ifadə  edə bilmişdir:

Al  tökdüm,  geydim qara,

Öybəöy canım yara.

Təbib yox qıla çara,

Fəth  edər bu  hal  məni.

Bağdad,  nə  tökdün qan-yaş,

Binamda qalmadı  daş.

Veyranım  oldu  ataş,

Axır edər kül  məni  (104,  s. 11).

Ümumiyyətlə,  Əhməd  Cəfəroğlunun  “Hüdudboyu  saz  şair­

lərimizdən  Bağdad  xanım”  məqaləsində  aşığın  yaradıclığmdan 

verilən  örnəklərə  nəzər  saldıqca  dözülməz  dərdlərlə  baş-başa qa­

laraq  zəhərə  dönən  ömrünün  təsviri  arxasında  bır  qadının  yaşa­

dığı  əzablara  qarşı  kəskin  etirazının  və  üsyanını  şahidi  olmaq 

mümkündür:

100

Soldu gül gülşənim bahar çağında,



Bozardı  sünbülüm süsən dağında.

Yandı  canım hicran, qəm ocağında,

Ağı  qatdı, zəhər etdi  aşımı.

Mənə dellər:  Bağdad, burax bu dərdi!

Məndə olan dərdi  hansı gül  gördü?

Fələk  çarxı dövranıma kəc vurdu,

Gecə-gündüz fığan  etdi  işimi  (104,  s.lO).

Otrafdakıların  məsləhətinə  baxmayaraq,  bu  xanım-aşıq  öz 

könül  iztirablarını,  düşdüyü  faciəni  şeirləri  ilə  “gecə-gündüz  fə­

ğan ”  edərək  fələyi  lənətləyir  və  həmin  şeirlər  əhvalatla  yanaşı 

ağızlarda  dolaşaraq  xalqın  söz  inciləri  sırasına  daxil  olur,  belə­

liklə,  onu yaradıcısına da əbədi yaşamaq hüququ qazandırır.

Ohməd  Cəfəroğlunun  folklorşünaslıq  irsinin  tədqiqatçı­

larından  olan  Gülağa  Hüseynov Bağdad xanımla əlaqədar dillərdə 

dolaşan  bu  eşq  hekayəsi  haqqında  qənaətlərini  belə  yekun­

laşdırmışdır:  “Bağdad  xanımla bağlı  bu  hekayə,  göründüyü  kimi, 

dastan  süjetinə  uyğun  gəlmir.  Bu  baxımdan  biz  onu  eşq- 

məhəbbət  mənasında 

“dastan-rəvayət”  adlandırdıq.  Lakin  bu 

macərada  əfsanə  süjetlərinə  məxsus  ənənəvilik  görünməkdədir. 

Ancaq  məsələnin  başqa bir tərəfi  var.  O  da ondan  ibarətdir ki,  biz 

burada  çox  orijinal  şeirlərlə  üzləşirik.  Şeirlərdəki  dərd  və  kədərin 

dərinliyi,  yaşantıların  reallığa  uyğunluğu  göstərir  ki,  bu  şeirlər, 

çox  olsuıı  ki.  doğrudan  da,  Bağdad  xanım  tərəfindən  məhz  bu 

sevgi  əhvalatı  ilə  bağlı  yaradılmışdır  Hər halda  əldə olan  hekayə- 

rəvayətdir  və  buradakı  hadisənin,  doğrudan  da,  baş  verib-ver­

mədiyini  aydınlaşdırmaq  indi  çox  çətindir.  Əhməd  Cəfəroğlu  da 

bununla bağlı  dəqiq  məlumatların  olmadığını  göstərir” (38,  s.72).

Ohməd  Cəfəroğlu  araşdırmasının  sonunda  Bağdad  xanımın 

“hələ  məhəbbət  dastanının  ünlü  qəhrəmanı  olaraq”  xalq  arasında 

yaşadığın  yazaraq,  tədqiqatçıların  diqqətini  bu  xanım-aşığın  ya­

radıcılığına  yönəltmək  niyyətində  olmuşdur.  Lakin,  təəssüf ki,  hu

101


məqalənin  yazılmasından  yarım  əsrdən  çox  -   əlli  beş  il  k eç­

məsinə  baxmayaraq,  Bağdad  xanım  və  onun  yaradıcılığı  araş­

dırılmamış,  əsərləri toplanıb nəşr edilməmişdir.

Özünün  “Azərbaycan  ədəbiyyatı”  adlı  tədqiqatında  isə 

Əhməd  Cəfəroğlu  Aşıq  Pəridən  qısaca  bəhs  etmiş,  zamanında 

onun böyük bir  şöhrətə  sahib  olduğunu,  sevildiyini  xatırlatmışdır 

(108,  s.  173).

Qeyd  etmək  lazımdır  ki,  mühacirət  folklorşünaslan  qadm- 

aşıqlarm  yaradıcılığını  həmişə  diqqətdə  saxlamışdır.  Belə  ki, 

İstanbulda  nəşr  edilən  “Xəzər”  jurnalında  aşıq  qadınlanmızdan 

Bəsti  xanımın,  Səlim  Rəfiq  Rəfıoğlunun  Bursada  1941-ci  ildə 

nəşr  etdirdiyi  “Azərbaycan  ədəbiyyatı  (Seçilmiş  misralar)” 

kitabında  Aşıq  Pərinin,  Bəyim  xanımın,  Göyçək  xanımın,  Leyla 

xanımın yaradıcılıqlarından örnəklər verilmişdir.

“Xəzər”  dərgisində  Aşıq  Bəstinin  timsalında  bütün  qadın 

sənətçilərinizin  qarşısında  duran  yaradıeılıq  çətinliklərindən, 

uzun  illər  boyu  ağır  yaşam  tərzinin  mənzərəsini  canlandırmaq 

baxımından  onların  əsərlərinin  öyrənilməsinin  mühüm  əhəmiy­

yətindən bəhs  edilmişdir:  “Şeirlərinin çox  az qismi  günümüzədək 

gəlib  çıxan  Aşıq  Bəsti  XIX  əsrdə  yaşayıb  yaradan  qadın 

sənətçimiz.  Onun  gözəllik  və  sadəlik  baxımından  diqqəti  çəkən 

əsərləri  bu  dövr  qadınlarımızın  faciələrlə  dolu  həyatım,  dörd  di­

var  içində  qapanan  bu  insanların  istək  və  duyğularını  da  ortaya 

qoyur.  Bunları  anlaya  bilməyimiz,  öyrənə  bilməyimiz  üçün  də 

əhəmiyyətlidir bu şeirlər” (86,  s.21).

Aşıq  Bəstinin  dərgidə  verilən  şeirləri  Azərbaycan  söz  sənə­

tinin  çox nadir örnəklərindən  sayıla bilər.  Onun:

Göz yaşım  sel  olur,

Göllər inanmır.

Bir qərib yolçuyam,

Yollar inanmır,  -

102


şeiri  ilə  bağlı  şairə  N.Rəfıbəyli  maraqlı 

mülahizələr  yürüdür: 

“Ömrünün bir  əsrini  başa  vurarkən  Bəsti  sevincini,  dərdini,  duy­

duqlarını  çoxdan  unutmuş,  yaşıdlarının,  müasirlərinin  çoxunu 

torpaqlara  tapşırmış,  qəribə  bir  “vaxt  qürbətinə”  düşübmüş.  Bu 

“vaxt  qürbətində”  onu  tanıyan  qalmayıbmış.  Şairə  qəribə  bir nis­

gillə:

Aşıq  Bəsti mənəm.



Ellər inanmır, -

deyir  və  bu  yaşında  belə  sırf  qadın 

psixologiyasına  məxsus 

işvəylə əlavə edir:

Sinnim doxsan olub,

İllər inanmır” (20,  1 c.,  s. 14).

“Xəzər”  (İstanbul)  dərgisində  bu  qadın  aşığın  həyatı  haq­

qında  yalnız  bir  cümləlik  məlumat  verilmişdir:  “Bəsti  gənc  yaş­

larında  bir  çobanı  sevmiş,  oysa  bu  sevgi  faciə  ilə  sona  yetmiş, 

çoban doğraııılaraq  öldürülmüşdür” (86, s.  22).

Ağır əzab  və işgəncələr çəkən,  lakin  uzun bir ömür sürən bu 

xanımın  həmin  dərgidə  verilən  şeirləri  dərddən,  kədərdən,  zəma­

nəsindən  şikayətdən,  eyni  zamanda  sənətə  sonsuz  məhəbbətdən 

doğmuşdur.  “Bilginən” rədifli  şeirində:

Vaxtsız daşım  qürbət  elə atıldı,

Nə dərd desən,  mənim  üçün  tapıldı.

Ağlamaqdan gözlərim  də tutuldu,

Getdi  gözün nur işığı,  bilginən  (86,  s.  23),  -

dərd  çəkməkdən  yorulduğunu  qələmə  alan  Aşıq  Bəsti  “A  Qur­

ban” qoşmasında yaşadığı  zəmanəni  lənətləyir:

103


Bu yazıq canımı gətirdi cana,

Atəşə pərvanə,  aha nişana,

Ədalətsiz divan, zalım zamana.

Piltəyə şam oldu canım, a Qurban!  (86,  s.22)

Səlim  Rəfıq  Rəfıoğlunun  “Azərbaycan  ədəbiyyatı"  (Seçil­

miş misralar)  isə bir növ  antologiya  şəklində  tərtib  olunduğundan 

burada  şairlərin  (o  cümlədən  aşıqların)  əsərlərindən  örnəklər 

daxil edilmişdir.  M üəllif özü də  etiraf edir ki:  “Əsərə alınan parça 

və  misralar  Azərbaycan  şairlərinin  mütləq  ən  gözəl  parçalan 

deyildir.  Qısaca:  “Hər  şairin  ən  yüksək  beytləri  seçdiklərimdən 

ibarətdir”,  -   tərzində  bir  iddiam  da  yoxdur.  Zira  oxuyacağınız 

şeirlər  Azərbaycan  ədəbiyyatının  bütün  məhsulları  içərisindən 

intixab  edilməmişdir.  Əsasən  bu  imkan  xaricindədir.  Çünki 

müxtəlif  dövrlərə  aid  pək  çox  əsərlər  qeyb  olduğu  kimi  qeyb 

olmayan  bir  çox  əsərləri  də  indilik  əldə  etmək  mümkün  deyildir. 

Buna  baxmayaraq,  bəlli-başlı  bütün  şairlərdən  imkan  daxilində 

misralar  almağa  çalışdım  və  bunları  əsrlərə  görə  təsnif  etdim” 

(143, s.2).

Göründüyü  kimi,  Səlim  Rəfıq  əldə  etdiyi  örnəklərin  də 

məhv  olma  təhlükəsini  önləmək  üçün  hamısını  kitaba  daxil  et­

mişdir.  Beləliklə,  o,  “Olavələr”  bölməsində  şairlərin  tam,  bütöv 

şəkildə tapa  bilmədiyi  örnəkləri  toplamışdır  ki,  məhz  bir  çox  qa­

dın-aşıqlarımızın  da  yaradıcılığından  seçmələrə  burada  təsadüf 

edirik.


Təkcə  mühacirətdə  çap  olunduğu  üçün  deyil,  eyni  zamanda 

nəşr  edildiyi  illərdə  bəzi  şairlərin  ilk  dəfə  adı  çəkildiyi  üçün  bu 

kitab  çox  dəyərlidir.  Belə  ki,  burada  Leyla  xanımın  öz.  ürəyinə 

xitabla dediyi:

Bir sevdadır başa düşmüş, neylərəm,

Piçaq alıb qara bağrım dələrəm.

Öldürüb səni  azad edərəm,

Mənim  sirrim xalqa bəyan eyləmə  (143, s.88), -

104

və ya Göyçəyin yaradıcılığından nəşr olunan:



Gənə fəsli bahar oldu,

Yanıb-yanıb ötər bülbül.

Qönçə gülün həsrətindən 

Qayğılara batar bülbül.

Düşübsən gülün dərdinə,

İnanma qonçə fəndinə.

Dəli  Göyçəyin dərdinə,

Dağı dartub qatan bülbül (143, s.  87), -

kimi  örnəklər  yarımçıq  olsa  da,  bu  xanım  sənətçilərin  təbliği, 

onların  unudulmasının  qarşısını  almaq  və  adlarının  daim  yaşa­

ması  baxımından  dəyərlidir.  Bu  nümunələrin  sayını  artırmaq  da 

mümkündür.  Lakin  Azərbaycanda  aşıq  və  el  şairləri  ilə  bağlı 

indiyə qədər nəşr olunan  kitabların əksəriyyətində  Bağdad  xanım, 

Leyla  xanım,  Göyçək  xanım,  Bəyim  xanım  haqqında  heç  bir 

məlumat təsadüf edilmir (20;  19;6;  5;  10;  11  və s.).

Yeri  gəlmişkən,  mətbuatda  verilən  hesabatlara  əsaslansaq, 

Azərbaycanın  mühacir  qadınları  milli  mənəvi  sərvətlərin,  xalq 

mahnılarının,  rəqslərin,  müxtəlif mərasimlərin  vətəndən  kənarda 

təbliğ  olunmasında  yaxından  iştirak  etmişlər.  Belə  ki,  “Azərbay­

can”  (Ankara)  dərgisində  verilən  “Orgənəkon  bayramında  qadın­

lar  boz  qurd  oyunu  oynadılar”  məqaləsində  “yüksək  təhsil  gör­

müş  azərbaycanlı  qadınların  təşkil  etdiyi”  təntənəli  bir  mərasim, 

xanımların  Vətənin  əsarətə  qarşı  alovlu  çıxışları,  eyni  zamanda 

ifa  etdikləri  mahnılar,  rəqslər və  xalq  oyunları  haqqında  məlumat 

verilmişdir( 1 15,  s.86).

Xanımların  fəaliyyətini  yüksək  dəyərlədirən  Azərbayean 

Kültür  Dərnəyinin  təşəkküründə  isə  deyilir:  “Azərbaycanlı  qadın­

lar  da  milli  davamıza  mücahidlərin  yanıbaşında  kommunist  rus 

istilası  altında  sümürülən,  yoxolma  təhlükəsi  qarşısında  qalan 

Vətən  Azərbaycanın  qurtarılması  savaşı  içərisiııdədirlər  Nə  mut-

105


lu  böylə  müqəddəs  və  şərəfli  davada  səf  tutan  türk  analarına, 

bacılarına” (115, s.87).

“Azərbaycan” dərgisinin ауп-ауп  saylannda milli  sərvəti 

sahiblənərək  qorumaq  məqsədilə  mühacirətdə  keçirilən  tədbirlər 

və  bu  zaman müxtəlif folklor  örnəklərini  -   xalq  oyunları,  saz ha­

vaları,  mahnılar,  rəqslər  (onalann  içərisində  “Nazlı  bahar”, 

“Xala-bacı”,  “Gündəvur”,  “Diringi” və s.  kimi  artıq  unudulmaqda 

olanlar  da  var)  təqdim  etməklə  Azərbaycan  mədəniyyətinin  ta- 

nıtdırılması haqqında xəbərlər öz əksini  tapmışdır (79,  s. 19-20).

Qənaətlərimizə  görə,  mühacirət  folklorşünaslarının  qadın- 

aşıqlarla bağlı  fəaliyyəti  daha geniş tədqiq edilməlidir.  Biz burada 

yalnız  müəyyən  qədər  bu  mövzuya  diqqəti  yönəltmək  istədik. 

Bundan  əlavə,  folklor  nümunələrinin  əyani  təbliğilə  bağlı  müha­

cir  qadınların  fəaliyyəti,  Novruz  bayramı,  yaxud  müxtəlif  festi­

vallar zamanı  onların  ifa  etdikləri  xalq  mahnıları,  rəqslərlə yanaşı 

canlandırdıqları  toy mərasimləri  və  s.  haqqında  mühacirət mətbu­

atında  kifayət  qədər  məlumatlar  yer  almışdır.  Onların  da  xüsusi 

təhlili  gələcək tədqiqatçısını  gözləməkdədir.

106




1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə