Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda


V  FƏSİL MÜHACİR AŞIQLAR



Yüklə 1.05 Mb.

səhifə6/8
tarix15.05.2017
ölçüsü1.05 Mb.
1   2   3   4   5   6   7   8

V  FƏSİL

MÜHACİR AŞIQLAR

Mühacirətdə  aşıq  yaradıcılığının  tədqiqindən  bəhs  edərkən 

bir  məqamı  da  xatırlamaq  vacibdir.  Azərbaycan  istiqlaliyyətini 

itirdikdən sonra siyasi  şəxsiyyətlərlə  yanaşı,  bəzən  aşıqlar da mü­

hacirət  etməyə  məcbur  qalmışlar.  Azərbaycan  folklorşünaslığı 

indiyədək  bu  məsələyə  diqqət  yetirməsə  də,  mühacirətdəki  tədqi­

qatlardan bu barədə müəyyən qədər məlumat almaq mümkündür.

Belə  ki,  Əhməd  Cəfəroğlunun  “Azərbaycan  dil  və  ədəbiy­

yatının  dönüm  nöqtələri”  əsərində  mühacirətə  üz  tutan  aşıqlarla 

bağlı  diqqəti  cəlb  edən  çox  maraqlı  bır  məqam  vardır.  Alim 

xalqın  qəhrəman  övladlarının  hünərinin  aşıqlar  tərəfindən  vəsf 

edildiyini  və  beləliklə,  əbədi  yaşadıldığından  danışarkən,  bu  gün 

folklorşünaslığımız üçün  çox  əhəmiyyət daşıyan bir anı  xatirlayır: 

’’Vaxtı  ilə  Sivasın  Kanqal  qəzasına  Qaçaq  Mehralı  ilə  sığınan 

dərdli  bir azəri  aşığının  “Gəncənin  bağından  görünür  Nargitı  ada­

sı”  dediyi  kimi,  biz  də bu  gün,  bu  vəsilə  ilə  aşıqlarımızın  əsrləreə 

tərənnüm  edəcəkləri  qəhrəmanları  görməkdəyi/” (103,  s. 18).

Burada  xatırlanan  bircə  misra  belə  həmin  rejimə  etiraz  edə­

rək  qürbətə  üz  tutan  və  xalqının  istiqlaliyyəti  uğrunda  mübarizə 

aparanlar arasında aşıqların  olduğu  qənaətini  yaradır,  bundan  əla­

və,  “ölüm  adası”  Narginin  Gəncədən  görünməsi  də  o  dövrün  dəh­

şət  saçan  mənzərəsini  göz  önünə  gətirir.  “Osrləreə  tərənnüm 

edilələcək  qəhrəmanlar”  dedikdə  isə  Ohməd  Cəfəroğlu  Azərbay­

canın  əsarətilə  barışmayaraq  Vətəndə  mücadiləsini  davam  etdirən 

igid  oğulları  nəzərdə  tutmuşdur  və  tədqiqatlarının  mötəbərliyi  ilə 

dünyada  şöhrət  qazanan  mühacir  alim,  yəqin  ki,  mətləbdən  uzaq 

düşməmək  üçün  bu  aşıqla  bağlı  əlavə  heç  bir  məlumat  vermə­

mişdir.


Müasir  dövrümüzdə  həmin  aşığın  varlığı  artıq  yalnız 

ehtimallarda  düşünülsə  də,  Ohməd  Cəfəroğlunun  bu  kiçik  qeydi 

əslində  müstəmləkə  zülmünə  dözməyərək  vətənindən  didərgün

107


düşməyə  məcbur  olanlar  arasında  Azərbaycan  aşıqlarının  da  yer 

alması  faktını  ortaya  qoymuşdur.  Adı  naməlum  qalan  didərgin 

aşığın  yaradıcılığı  isə  tam  qaranlığa  bürünsə  də,  onun  dilindən 

söylənən  bircə,  yeganə  misra  folklorşünaslığımız  üçün  mühüm 

əhəmiyyət daşıyır.  Mühacir aşıq  bir cümlə ilə  repressiyaya məruz 

qalan,  ağır  günlər  yaşayan  xalqına  diqqəti  yönəldə  bilmişdir.  Bir 

tərəfdən,  bu  misra  el-obasının  dərdlərini  şeirində  yaşadan  saz 

sənətkarlarının  hər  zaman  olduğu  kimi  həmin  ağır  günlərdə  də 

xalqını  düşündüyünü,  onun  iztirablarına  yandığını  göstərirsə, 

digər tərəfdən,  onu  xatırlatmaqla  Əhməd  Cəfəroğlu  sovet repres­

siya  illərində  əzablı  mövzularda  da  əsərlərin  yarandığını,  lakin 

yayılma imkanının qeyri-mümkün olduğunu oxucusuna bildirmək 

istəmişdir.

Mühacirətə  üz  tutmağa  məcbur  qalan  aşıqlardan  həyatı  və 

yaradıcılığı  daha  çox  tədqiq  edilənlərdən  biri  Müseyib  Zəyəmdir 

(bəzi  mənbələrdə  Zəyəmli).  Onun  həyatı  və  fəaliyyəti  haqqında 

məlumat  aşıqla  dəfələrlə  görüşən  dostu  Nizaməddin  Onkun 

“Müseyib  Zəyəm”  (139)  və  vaxtaşırı  onun  yaradıcılığından  Ör­

nəkləri  nəşr etdirən “Mücahid”(Ankara) dərgisindoki  Əziz Alpau- 

tun  (çox  vaxt  A.A.  imzası  altinda  yazır)  “Vətən  şairi  Zəyəmli” 

(80)  adlı  silsilə  məqalələrindən öyrənmək mümkündür.

Beləliklə,  Müseyib  Şəmkir  rayonunun  Zəyəm  kəndində 

1900-cu  ildə  doğulmuşdur,  onun  atasının  adının  Sultaııəli  olduğu 

məlumdur.  Lakin  Müseyib  on  yaşında  ikən  valideynlərini  itirərək 

yetim  qalmış,  başqa  bir  kənddə  yaşayan  qohumlarının  himayə­

sində böyümüşdür.  “Miieahid”  dərgisi  Müseyibin  hələ on  yaşında 

olarkən  yazdığı  “Yaralı  canım”  şeirini  1960-cı  ildə  nəşr  etmişdir. 

Bu poetik  örnəkdən  aşığın  yaşadığı  ağır uşaqlıq  illərinin  acılarını 

duymaqla  yanaşı,  həyatının  bəzi  məqamları  haqqında  bilgilər  də 

almaq mümkündür:

Bir quş  idim,  gəzmiş idim havada,

Atan  öldü,  nceə qaldım cəfada.

Anan öldü,  yetim  qaldın yuvada,

Düşdüm qərib  elə,  yaralı  canım (159).

108

Çox  çətin bir dövr -  erməni-müsəlman qırğım illəri,  sonrakı 



müharibələr,  Vətənin ruslar tərəfindən  işğalı,  nəhayət,  Gəncədəki 

sovet  quruluşu  əleyhinə  üsyanın  vəhşicəsinə  yatırılması  Müse­

yibin  Azərbaycanı  tərk  etməsinə  gətirib  çıxarmışdır:  “Üsyanlar, 

savaşlar  bütün  Azərbaycan  şəhərlərini  sardığı  kimi,  qəhrəman 

gəncəlilərin  üsyanını  təqib  edən  qətliamlar  insanlıq  tarixinin  üz 

qarasıdır.  O günləri görən Müseyib Zəyəm,  21  yaşında  ...  yurdunu 

tərk  etmək  zorunda  qalmışdır,  Batum  yolundan  bir  çox  eldaşları 

kimi  Anadoluya keçmişdir” (139,  s.24).

Beləliklə,  aşıq  əhalisinin  əksəriyyəti  azərbaycanlı  olan 

İqdırın Mələkli  kəndində yaşamağa başlamışdır.

“Mücahid”  dərgisinin  1959-cu  il  21-22-ci  sayında  kiçik  bir 

şərhdən  sonra  aşığın  əslində  1927-ci  ildə  qələmə  aldığı  “Sevgili 

bacı”  (158)  adlı  şeiri  verilmişdir.  Şərhdən  məlum  olur  ki,  Müse­

yibin  bacısı  mühacirətə  üz  tutan  bir  nəfərlə  ona  məktub  göndərə 

bilmiş,  “Bacısı  məktubunda dərd  yazır,  orada qalan  üç  qardaşının 

üçünün  də  Sibirə  sürüldüyünü,  artıq  kimsəsiz,  yiyəsiz  qaldığını 

anladır və geri  dönməsi  üçün ona yalvarır” (158,  s .21).

Müseyibin  bacısına cavabı  kimi  yazılan bu  şeir ürəkləri  par­

çalayan  həsrət və kədər notlarına köklənmişdir:

Yoxsa,  bacı, həsrət qaldın bir günə,

Bir yıldıza, bərrak  Aya, bir günə.

Qardaşların yoxsa  getdi  sürgünə?

Yüz tutub  asimana,  ağlasın könlüm.

Ocəl gəlib  baş yastığa yetəndə,

Ruh gedib  qalınca bədən kəfəndə,

Vətən diyarına yellər əsəndə,

Salamlar göndərsin  sorana könlüm  (158).

Ümumiyyətlə, hüzn,  kədər, həsrət motivləri  Aşıq  Müseyibin 

bütün  yaradıcılığına  hakimdir  ki,  bu  da  onun  əsarətdə  qalmış 

Vətəni  və  əzablar  içərisində  keçən  şəxsi  həyatı  ilə  birbaşa

109


bağlıdır.  Ona  “ozan”  deyərək  xitab  edən  Nizaməddin  Onk  yazır: 

“Müseyib  Zəyəm  bütün  ömrü  boyu  həsrət  duymuşdur doğulduğu 

diyara...  Bu həsrəti  bəzən fələyə qəhr etməyə qədər getmişdir.  İştə 

yanaraq bir deyişi:

Aman fələk, üzmə məni,

Mən ürəkdən yaralıyam.

Yaralıyam,  çox yaralı,

Həm Vətəndən aralıyam.

Bunu yazdım qürbət eldə,

Qələm yazmaz,  ağlar əldə.

Sürgün olub  cavanlan,

Analann gözü yolda.

Müseyibin yanar canı,

Güllə dəyib,  axar qanı.

Qorxuram  öləm qürbətdə,

Görməyəm gözəl  vətəni” (139,  s.28).

Onu  da  qeyd  etməliyik  ki,  aşığın  iyirmiyə  qədər  şeiri  Niza­

məddin  Onk  və  Əziz  Alpaut  tərəfindən  nəşr  edilmişdir.  Bundan 

başqa,  Əziz  Alpaut  Müseyibin  şeirlərini  toplayaraq  nəşrinə  ha­

zırlaşması  barədəki  sözlərinə  əsaslanaraq,  ehtimal  edir  ki,  aşığın 

ayrıca kitabı  da nəşr  olunmuşdur.  Lakin,  təəssüf ki.  bu  istiqamət­

də apardığımız axtarışlar hələlik  nəticə  vennəmişdir.

Aşıq  Müseyibin ’’Dumalar”,  “Ayrı”  kimi  vətən  həsrətli,  qür­

bət  qoxulu  şeirləri  ilə  yanaşı,  “Bayrağım”,  “Əsgər  olaydım”, 

“Gəncə  qəhrəmanı  Sarı  Ələkbərin  ölümünə”  və  s.  kimi 

xal­


qımızı  mübarizəyə,  əsarətə  qarşı  üsyana  səsləyən,  həmçinin  onu 

qoynuna  alan  torpağa  minnətdarlıq  duyğuları  ifadə  edən  “İqdır”, 

“Mələkli” kimi əsərləri  də vardır.

Müseyibin  bütün  mühacirlərin  ürəyindən  səs  verən  “Bay­

rağım”  şeirini  Əziz  Alpaut  1961-ci  ildə  “Mücahid”in  41-42-ci

110


sayında,  Nizaməddin  Onk  1970-ci  ildə  “Azərbaycan”  (Ankara) 

dərgisində  nəşr  etdirmişdir.  Əziz  bəy  Müseyibin  bir  dəftərindən 

bəhs  etmiş,  həmin  şeirin  altında  29.IX.1928  yazıldığım  və 

qarşısında  Azərbaycanın  ay-ulduzlu,  üçrəngli  bayrağının  şəkli 

(80,  s.16) olduğunu bildirmişdir:

Sənsiz bu qəlbimin gülərmi üzü?

Sənsən onun parlaq  şəfəq, yıldızı.

Bir yücəl, sevgilim,  şad eylə bizi,

Bilirsən, aşığız sənə, bayrağım!

Nədən sənin rəngin  sarardı,  soldu?

Gözəl  ölkələrin  kimlərə qaldı?

Nə oldu üç rəngin qırmızı  oldu?

Kim  boyadı  səni  qana, bayrağım? (139,s.25)

“Gəncə  qəhrəmanı  Sarı  Ələkbərin  ölümünə”  adlı  üzərində 

15.12.1955  yazı  olan  şeiri  Müseyib  Zəyəm  mərhumun  oğlu 

İsmayıl  Saııyala  müraciət  şəklində  qələmə  almışdır  və  burada 

ömrü  mübarizələrdə  keçən  bir  Azərbaycan  oğlunun  itkisindən 

doğan  dərin  hüznlə  yanaşı,  bütün  mühacirlərin  əsir  vətənə  olan 

sevgisi,  kədəri,  təəssüf hissləri  öz əksini  tapmışdır:

Sürüldük  vətəndən,  eylədik  səfər,

Fələk,  sürgün  edilən  dönməzmiş məgər...

Hanı  bizimlə sürgün gələn  Oləkbər,

Özü getdi,  sözü qaldı  dünyada (160).

Xatırladaq  ki,  Oləkbər  Sarıyal  (1875-1938)  sovet  sisteminə 

qarşı  mübarizəyə  qalxan  Gəncə  və  Tərtər  üsyançılarının  təşkilat­

çılarından  biri  olmuşdur.  Bu  xalq  qəhrəmanı  fəaliyyətinə  görə 

həbs  edilmiş,  ailəsilə  birlikdə  Sibirə  sürgün  olunmuşdur,  1933-cü 

ildə  böyük  təhlükələrdən  keçərək,  çətinliklə  oradan  qaçaraq, 

Türkiyəyə  Qarsa keçə bilmişdir.


Müseyib  Zəyəmin  şeirləri  Azərbaycan  dilinin  şirinliyini 

saxlamaqdadır,  illərlə  vətəndən  ayrı  düşsə  də,  aşıq  öz  ana  dilinin 

cazibəsindən çıxmamış,  onu öz poeziyasında yaşatmağa çalışmış­

dır.


Aşığın adı  və təxəllüsü bəzən Əziz Alpaut tərəfindən “Musa 

Eyyub  Zəyəmli”  (“Mücahid”  sayı  29,  s.31)  şəklində  verilsə  də, 

şeirlərinə  əsaslanaraq,  onun  Müseyib  Zəyəm  olduğu  qənaətinə 

gəlmək mümkündür.

Bu  mühacir  aşığın  ölüm  tarixi  haqqında  da  əlimizdə  dəqiq 

bilgilər  yoxdur.  Nizaməddin  Onk  aşığm  1.3.1957-ci  il  tarixində 

vəfat  etdiyini  məqaləsində  xatırladır  (139,  s.28).  Əziz  Alpaut  isə 

“Mücahid” dərgisinin  1960-cı  il  may ayındaki  29-cu sayında Mü­

seyibin  dünyasını  dəyişməsi  ilə bağlı  “Vida söz”ü (80)  yazmışdır. 

Lakin  Nizaməddin  bəyin  dəqiq  tarixi  (ay  və  günü)  göstərməsi, 

Əziz Alpautun isə  “Bu yaxınlarda ...öyrəndik” etirafı  aşığm  1957- 

ci  ildə vəfat etdiyi  qənaətinə gəlməyə  imkan verir.

Mühacir  həyatı  yaşayan  el  sənətkarlarından  biri  də  adı  Əh­

məd  Cəfəroğlunuıı  bir  neçə  məqaləsində  xatırlanan  Aşıq  Namaz 

Sazçı  hesab  edilə bilər.  Onun haqqında bilgiləri  də  yalnız Əhməd 

Cəfəroğlunun  ayıl-ayrı  tədqiqatlarına  əsasən  müəyyənləşdinnək 

mümkündür.  Beləliklə,  “Tərəkəmə  ağzı  ilə  hüdutboyu  saz  şair­

lərimizdən  Qurbani  və  şeirləri”  məqaləsində  Əhməd  Cəfəroğ­

lunun  verdiyi  məlumata  görə,  Aşıq  Namaz  əslən  Azərbaycan 

türkü 


olub,  Gəncə  (indiki  dövrdə  Qazax)  mahalının  Daşsalahlı 

kəndində  doğulmuşdur.  Lakin  gənc  yaşlarından  əvvəl  Axıskaya, 

1933-cü  ildən  Türkiyəyə  köçən  aşıq  Muş  ilçəsinın  Bulanıq 

kəndində məskən  salmışdır (101,  s.87).

Tədqiqatçı  Elşən  Əbiilhəsənli  elə  həmin  məqaləyə  istinad 

edərək,  aşığın  Gəncədən  olduğunu  bildirir  və  nədənsə  mənbənin 

səhifəsini  göstərmədən  yazır:  “...  əslən  azərbaycanlı  (gəncəli) 

olan Aşıq Namazla tanış olur,  ondan Qurbani və onun yaradıcılığı 

barədə  müfəssəl  məlumat  toplayır...  Ə.Cəfəroğlu  Aşıq  Namazın 

dilindən  eşitdiklərini  olduğu  kimi  qələmə  almış,  o  cümlədən, 

onun  təhkiyəsindəki  tərəkəmə  şivəsini  saxlamağa  çalışmışdır

1 1 2


(26, s.67).

Əhməd  Cəfəroğlu  “Tərəkəmə  ağzı  ilə  hüdudboyu  saz 

şairlərimizdən  Qurbani  və  şeirləri”  tədqiqatına  daxil  etdiyi  “Qur­

bani”  dastanını  Namaz  Sazçının  dilindən  qələmə  alarkən,  onun 

təxminən  qırx  yaşlarında  olduğunu  bildirmişdir  ki,  bu  fakta 

əsaslanaraq,  aşığm XX  əsrin  ilk  onilliyində  doğulduğunun  müəy­

yənləşdirmək mümkündür.

“Hüdudboyu saz  şairlərimizdən  Bağdad  xanım”  (104)  adlı 

tədqiqatında  Əhməd  Cəfəroğlu  yenə  Aşıq  Namazı  xatırlatmış, 

ondan  bu  xanımla  bağlı  bilgilər  almaq  istədiyini  bildirmişdir  ki, 

bu da alimin həmin sənətkarın sözünə olan etimadı  ilə bağlıdır.

Göründüyü  kimi,  Əhməd  Cəfəroğlu  daha  bir  söz  ustasının 

adının əbədiləşməsinə nail  olmuşdur,  lakin,  təəssüf ki,  aşığın özü, 

həmçinin  əsərlərilə  bağlı  əlavə  heç  bir  məlumatımı/,  yoxdur. 

Güman  etmək  olar  ki,  Namaz  Sazçı  ifaçı  aşıq  kimi  fəaliyyət 

göstənnişdir,  Əhməd  Cəfəroğlunun  tərtib  etdiyi  “Anadolu  elləri 

ağızlarından  dərləmələr.  Van,  Bitlis,  Muş,  Karaköşə,  Eskişehır,  Bolu 

ve  Zonquldak  elləri  ağızları”  kitabında  “Tərəkəmə  ağzı”  adlı  böl­

mədə  toplanan  folklor  materiallarının  informatorları  (söylə- 

yiciləri)  arasında  onun  adma  tez-tez  rast  gəlmək  mümkündür 

(111,  s.  87-106).  Belə  ki,  Aşıq  Namazın  informatorluğu  ilə  Qur­

bani,  Dədə  Qasım,  Xəstə  Həsən  və  başqalarının  yaradıcılığından 

örnəklərlə  yanaşı,  Niyazi  imzası  ilə  onun  özünə  həsr  olunmuş 

“Namazın  şeiri”  adlı  bir  parça  “Anadolu  elləri  ağızlarından  dər­

ləmələr,  Van,  Bitlis,  Muş,  Karaköşə,  Əskişəhir, 

B o lu  


və  Xonqulılaq 

elləri  ağızları” kitabına (111,  s. 105) daxil  edilmişdir.

Beləliklə,  Vətəninin  kölə  vəziyyətinə  düşməsinə,  əsarətinə 

dözməyib,  didərgin  düşərək  başqa  ölkələrdə  istiqlal  mücadiləsini 

davam  etdirənlər  arasında  saz  və  söz  ustalarının  olması  şübhə 

doğurmur.  Doğma  yurdundan  uzaqlarda  yaşamaq  məcburiy­

yətində  qalan  siyasi  şəxsiyyətlərin,  şairlərin,  yazıçıların  fəaliyyəti 

müəyyən  qədər  tədqiq  edilsə  də,  Azərbaycan  folklorşünaslığında 

mühacir  aşıqlar  və  onların  yaradıcılığının  öyrənilməsi  gələcək 

araşdırıcısını  gözləməkdədir.

1 1 3


VI  FƏSİL

XALQ  ÜSYANLARI İLƏ  BAĞLI YARANAN ƏSƏRLƏR 

VƏ  ONLARIN MÜƏLLİFLƏRİ  MÜHACİRƏT 

FOLKLORŞÜNASLARININ TƏDQİQATLARINDA

Dünyada  öz  xalqının  istiqlalı  üçün  bütün  həyatını  qurban 

verən,  admı  milli  tarixinə  əbədi  həkk  etdirən  qəhrəman  övladlar 

yüzlərlə  olsa  da,  bütün  Yer  kürəsi 

üçün  azadlıq,  istiqlal,  yenil­

məzlik  simvoluna  çevrilən,  şəxsiyyəti  qürur  və  əzəmətlə  xatırla­

nanlar  olduqca  azdır.  Təkcə  Dağıstanda  deyil,  bütün  Qafqazda 

rus  müstəmləkəçilik  siyasətinə  qarşı  iyirmi  beş  il  müddətində 

cəsarətlə  mübarizə  aparan,  əsrlərlə  vaxt  keçməsinə  baxmayaraq 

bu  gün  də  həm  öz  və  həm  də  dünya  xalqları  üçün  istiqlal  müca­

hidi,  yenilməz bir  qəhrəman  kimi  xatirələrdə  əbədi  məskən salan 

Şeyx  Şamil  (1797-1871)  məhz  belə  şəxsiyyətlərdəndir.  Bu  igid 

insanın  və  ətrafmdakılarm  apardığı  haqq  davası,  onlan  savaşa 

qaldıran  qayə  məhz  istiqlal,  azadlıq,  hər  cür  əsarətə kəskin etiraz 

olduğundan  bu  hərəkat,  həmçinin  onun  yenilməz  lideri  ədəbiy­

yata  da  ciddi  təsir  göstənniş,  o,  yaranan  müxtəlif  ədəbi  nümu­

nələrin baş qəhrəmanına çevrilmişdir.

Demək  olar  ki,  Şeyx  Şamil  hərəkatı  ilə  eyni  ideallan  da­

şıyan,  rus  zülmündən  qurtannağa  çalışan  Azərbaycanda da  onun 

şəxsiyyəti  və  apardığı  istiqlal  mücadiləsi  ilə  bağlı  ayn-ayrı janr­

larda  bədii  əsərlər,  həmçinin  müxtəlif folklor  nümunələri  yaran­

mışdır.  Lakin  onların  əksəriyyəti  iki  yüz  ilə  qədər  keçən  bu  za­

man  kəsimində  əvvəlcə  rus,  sonra  sosializm  təbliğatına  uyğun 

gəlmədiyi,  xalqın  yadellilərə  nifrəti  ilə  yüklənmiş  olduğu  üçün 

sovet  senzura  sisteminin  ciddi  nəzarətindən  qurtara  bilməmiş, 

yalnız  hafizələrdə  yaşamışdır,  nəinki  nəşr  olunmamış,  həm  də 

repressiya  dövründə  adı  belə  dilə  gətirilə  bilinmədiyi  üçün,  mü­

hüm  bir  qismi  artıq  unudulmuşdur.  Bəzən  də  sovet  siyasi  rejı-

114


minin  təzyiqləri  nəticəsində  belə  əsərlər  ideologiyaya  uyğunlaş­

dırmaq  üçün  yalnız  bilərəkdən  təhrif  edildikdən  sonra  işıq  üzü 

görmüşdür.

Belə  ki,  mühacir  tədqiqatçı  Süleyman  Abdülkadir  “Azər­

baycan  yurd  bilgisi”  dərgisinin  elə  ilk  sayında  dərc  olunmuş 

“Türk qövmlərinin  xalq  ədəbiyyatında rus  istilasının  inikası”  adlı 

məqaləsində  (müəllifin  bu  adda  silsilə  məqalələri  dərginin  dörd 

nömrəsində dərc  edilmişdir) müstəmləkə buxovları  daşıyan bütün 

türkdilli  xalqların  folklorunu  nəzərdən  keçirərkən  diqqəti  bu 

problemə  yönəldərək  qeyd  etmişdir:  “..türk  xalq  ədəbiyyatı  və 

xəlqiyyatı  öz  münəvvərlərimiz  tərəfindən  ihmal  olunmuş,  ancaq 

kölə  millətə  mənsub  olan  müstəmləkəçiyə  qeyrətlə  toplana  bil­

mişdir.  Bu  ədəbiyyatı  müstəmləkəçiyə  nəql  edənlər  rus  istilasına 

dair  xalqın  tərənnüm  etdiyi  dastan  və  türkülərin  milli  bir  sin- 

sifətilə  saxlamış,  yaxud  “rus  məmuru”  zənn  etdikləri  müstəm­

ləkəçinin xətrini  qırmayacaq bir surətdə təhrifə məcbur olmuşdur­

lar (78,  s.22).

Azərbaycanın  görkəmli  lideri  Məhəmməd  Əmin  Rəsulzadə 

“Şəkilcə  də,  mühtəvaca  da  ruslaşdırma”  adlı  məqaləsində  bu 

problemə  toxunmuş,  türk  xalqlarının  ədəbi  nümunələrinin  təhrifə 

məruz  qalmasının,  bəzən  hətta  yasaqlanmasının  səbəblərini  ay­

dınlaşdırmışdır.  Müəllifin  fikrincə,  ikiüzlü  siyasət  yeridən  bolşe­

vik  hökuməti  xalqlara  müxtəlif  vədlər  verərək  hakimiyyətlərini 

möhkəmləndirdikdən  sonra onların  mənəvi  sərvətlərini  həm  şəkil, 

həm  də  məzmunca  ruslaşdırınağa  başladı.  Bunun  üçün  əvvəlcə 

dünya  xalqlarını  əksəriyyətinin  istifadə  etdiyi  latın  qrafikasını 

kirillə  əvəz  edərək  şəkilcə  ruslaşdırmanı  yerinə  yetirdilər.  Belə 

bir  münasibətin  xalqın  mənəvi  sərvətlərinin  təhrifinə,  yanlış 

təbliğ  edilməsinə,  bəzən  isə  tamamilə  yasaqlanmasına  gətirib 

çıxardığını  göstərən  Məmmə  Əmin  Rəsulzadə  sovet  hökumətinin 

ikiüzlü  siyasətini  kəskin  tənqid  edir,  tarixən  digər  millətlərin  ya­

ratdıqları  əsərlərin  “yeni  milli  siyasəfi’ə  uyğun  təhlilinin  aparıl­

masına,  xalq  qəhrəmanlarının,  o  cümlədən  Şeyx  Şamilin  “mürtə­

ce”  adlandırılmasına  etiraz  edirdi:  “ ...  bu  mürtəcelər  arasında,



məsələn,  Qafqaz  istiqlal  qəhrəmanı  böyük  Şeyx  Şamilin  adı  baş­

da  gəlir.  Vaxtilə  bizzat bolşevik  yazarlar  tərəfindən  milli  istiqlal 

və  inqilab  qəhrəmanı  deyə  təqdir  olunan  bu  tarixi  sima  indi 

“ingilis  kapitalizminin  agenti”  və  “Osmanlı  sultanın  nökəri”,  -  

deyə təhrif olunur” (145,  s.4).

Azərbaycan  mühacirətinin  digər  nümayəndəsi  M.B.Məm­

mədzadənin  “Dədə  Qorqud”  məqaləsində  sovet  siyasi-ideoloji 

sisteminin  ayn-ayrı  xalq  qəhrəmanlarına,  həmçinin  onlarla  bağlı 

yaranan  əsərlərə  sovet dövlətinin  qeyri-peşəkar münasibəti,  milli- 

mənəvi  dəyərlərin  çox  vaxt  qeyri-obyektiv  təbliği  tənqid  edil­

mişdir.  Qafqaz  xalqlarının  igid  oğlu  Şeyx  Şamil  və  onunla  bağlı 

yaranan  əsərlərə  qarşı  aparılan  ədalətsiz  münasibət müəllifi  ciddi 

narahat  edən  problemlərdən  biri  olmuşdur.  Həmin  məqaləsində 

Mirzə  Bala  yaranan  siyasi  şəraiti  təhlil  edərək  yazır:  “Milli 

keçmişi,  milli  qüruru  və  tarixi  milli  qəhrəmanları  tərənnüm 

etmək  cinayət,  günah  hesab  olunurdu.  Qafqazın  milli  qəhrəmanı 

Şeyx  Şamili  1947-ci  ildə  SSRİ  Elmlər  Akademiyasının  Tarix 

İnstitutunda  professor  Əcəmyan  Türkiyə  və  İngiltərənin  casusu 

elan  etdi.  Halbuki  azərbaycanlı  Heydər  Hüseyn  oğlu  (akademik 

Heydər  Hüseynov  “XIX  əsrdə  Azərbaycanın  ictimai  təfəkkür 

tarixi”  adlı  əsərində  (akademik  Heydər  Hüseynovun  (1908-1950) 

“Azərbaycanda  XIX  əsr  ictimai  fikir  tarixindən”  kitabı  nəzərdə 

tutulur-  A.H.) 

Şeyx  Şamilin  müsbət  cəhətləri  göstərilmişdi” 

(130;  53).

Mirzə  Bala sonra akademik Heydər Hüseynova qarşı  qərəzli 

münasibət,  Mircəfər  Bağırovun bu  alimin  layiq  görüldüyü  Stalin 

mükafatının  ondan  geri  alınması  və  ləğv  edilməsi  ilə  bağlı  qərarı 

haqqında  məlumat  verir,  həmçinin  Şeyx  Şamilə  dair  yaranan 

əsərləri  xatırlayır:  “Rusiyaya  qarşı  apardığı  25  il  davam  edən 

mərdanə  mübarizəsi  ilə  haqqında  qəhrəmanlıq  dastanlarının 

yaranmasına  səbəb  olan  Şeyx  Şamil 

tarixi  qəhrəman  olmaqla 

bərabər,  əfsanəvi  və  simvolik  olan  ölməz  mənəvi  şəxsiyyəti  ilə 

rus  imperializmi  üçün təhlükə yaradırdı  ” (53).

Məqalədən gətirilən bu sitatdan göründüyü kimi,  hələ keçən 

əsrin  50-ci  illərində  M.B.Məmmədzadə  “Şeyx  Şamil”  dastanının 

varlığı  haqqında məlumat  vermişdir.  Lakin  bu  böyük  şəxsiyyətin 

nəinki  haqqında  yaranan  əsərlər,  hətta  adının  xatırlanması  siyasi 

rejim  üçün  qəbuledilməz  idi,  çünki  Şeyx  Şamil  Qafqazda  əyil­

məzlik  simvoluna  çevrilmişdi,  onunla  bağlı  dillərdə  dolaşan 

əfsanə,  rəvayət,  dastan  və  sairdə  bu  bölgədə  yaşayan  bütün 

xalqların  qəhrəmanlıq  keçmişi  öz  bədii  ifadəsini  tapırdı.  Əsarətə, 

köləliyə  qarşı  mübarizə  əzminin  hakim  olduğu,  xalqları  azadlıq, 

ədalət uğrunda mübarizəyə ruhlandıran  “Kitabi-Dədə  Qorqud” və 

Şeyx  Şamillə bağlı  yaranan əsərlərin yasaqlanmasınm  səbəblərini 

M.B.Məmmədzadə  bu  məqaləsində  belə  şərh  etmişdir:  “...Şamil 

haqqındakı  əfsanələrdə  olduğu  kimi,  “Dədə  Qorqud”  dastanla­

rında  da  qəhrəmanlıqlarla  dolu  parlaq  keçmiş  vardır.  Odur  ki, 

millətin  milli  mənliyini,  milli  şüurunu  və  milli  vicdanını  tərən­

nüm  və  ona böyük  milli  ideallar təlqin  edən  belə  bir əsərin  təbliğ 

və tədrisinə Moskva, şübhəsiz ki, razı olmazdı” (53).

Mirzə Bala  Məmmədzadənin  “Dədə  Qorqud” məqaləsi  həm 

bu  eposun  təhlili,  həm  də  Şeyx  Şamil  və  onun  haqqında  yaranan 

əsərlərlə bağlı  çox maraqlı  mülahizələrin əks  olunduğu  dəyərli  bir 

mənbədir.

Qeyd  etmək  lazımdır  ki,  rus  istilası  dövründə  yasaqlanmış 

bir çox  əsərlərin  bərpası,  nəşri  və  təbliğində  mühacirətdə  yaşayan 

tədqiqatçıların  xüsusi  rolu  olmuşdur.  Sovet  senzurasından  kənar­

da  azad  bir  məmləkətdə  yaşadıqları  üçün  yalnız  onların  araşdır­

malarında  həmin  əsərlər  barədə  daha  dəqiq  məlumatlar  əldə  et­

mək  mümkündür,  lakin,  təəssüf ki,  bu da çox  azdır.

Şeyx  Şamil  hərəkatı  ilə  bağlı  yaranan  əsərlər  özünəməx­

susluğu  ilə  seçilir.  Hər  şeydən  əvvəl,  xalq  ədəbiyyatının  müxtəlif 

janrlarında  onunla  bağlı  əsərlər yaransa da,  bizcə,  rəvayətlər daha 

çox  üstünlük  təşkil  edir.  İstər  Şeyx  Şamil,  istərsə  də  onun  anası, 

xanımı,  övladları,  müridləri  ilə  bağlı  Azərbaycanda  müxtəlif 

rəvayətlər  söylənməkdədir  ki,  onların,  demək  olar  ki,  hamısında 

xalq  öz  qəhrəmanının  müdrikliyini  ön  planda  göstərməyə  çalış­

117


mış, onun şücaətinin, yenilməzliyinin,  qələbələrinin əsas  səbəbini 

məhz  iti  zəkasında  və  düşüncəsində,  həmçinin  vətəninə,  torpa­

ğına  sonsuz  məhəbbətində  olduğunu  ifadə  etmişlər.  Elə  bu  duy­

ğular  da  yaxm  keçmişdə  yaşamış  Şeyx  Şamili  və  onun  ətrafm- 

dakılann  xalq  tərəfindən bəzən  əfsanəviləşdirilməsinə  səbəb  olsa 

da,  onun  arzularına  və  mübarizəsinə  olan  sonsuz  məhəbbət  bu  

yenilməz  insanın  adının  yasaqlara baxmayaraq  əbədi  yaşamasına 

gətirib çıxarmışdır.

Şeyx  Şamillə  yaxından  tanış  olan,  bu  xalq  qəhrəmanı  və 

oğlu  ilə  hətta  mübarizəsini  dayaııdırandan  sonra  da  ünsiyyət 

saxlayan  görkəmli  Azərbaycan  alimi  Mirzə  Kazım  bəy  (1802- 

1870)  özünün  “Müridizm  və  Şamil”  əsərində  onun  yenilməzliyi, 

şücaəti,  cəsarəti  və  mərdliyinin  sirlərini  aydınlaşdırarkən  döyüş 

meydanında baş  verən,  sonralar dillərdə  dolaşan  əhvalatlardan  da 

bəhs etmişdir.  Belə  ki, mürşidi  Qazı  Molla ilə döyüş meydanında 

vuruşarkən rusların  silahı  ilə  onun  müəllimi  həlak  olur.  Şamil  öz 

mürşidinin  cənazəsini  düşmən  qabağında  qoyub  qaçmır,  əksinə, 

cansız  bədəni  qoruyaraq  vuruşmaqda  davam  edir,  bu  zaman 

düşmənlərdən  biri  silahını  onun  özünün  sinəsinə  batırır.  Lakin 

aldığı  ölümcül  yaraya baxmayaraq,  Şamil  hamını  heyrətə  salaraq, 

nəinki  yıxılmır,  həmin  silahı  dartıb  çıxarır  və  elə  onunla  da 

qarşısındakı  düşmənini  öldürür.  M.Kazımbəy  şahidlərin  dilindən 

eşitdiyi  bu  hadisənin  Şamilin  şöhrətinin  bütün  Qafqazda  yayıl­

masına  və  sevilməsinə,  “İmam”  səviyyəsində  xalqın  rəğbətim 

qazanmasına  gətirib  çıxardığını  sonsuz  rəğbətlə,  sevgi  ilə  qeyd 

etmişdir (164,  s.  46)

İkinci  bir  cəhətdən,  Şeyx  Şamillə  bağlı  folklor  nümunələ­

rinə  daha  çox  Azərbaycanın  Zaqatala,  Qax,  Şəki  zonalarında 

təsadüf  etmək  mümkündür  ki,  bu  da  təbiidir.  Həm  Dağıstanla 

həmsərhəd  olmaları,  yəni  Şeyx  Şamilin  uğrunda  uzun  illər 

mübarizə  apardığı  torpaqlara  yaxınlığı,  həm  də  bu  regionlarda 

yaşayan əhalinin onun özü,  yaxud silahdaşları  ilə  birbaşa bağlılığı 

yaranan əsərlərə də öz təsirini  göstərmişdir.

Azərbaycanda  Şeyx  Şamil  hərəkatına  marağın  səbəblərin­

dən biri  də dinlə -  islam  faktoru ilə bağlıdır.  Belə ki,  bu mövzuda 

yaranan  əsərlərdə  rus  istilaçıları  həm  də  “kafir”  və  müsəlman 

dünyasının  düşməni  kimi  qələmə  verilmiş,  Şeyx  Şamil  isə  bütün 

islam aləminin qəhrəmanı  simasında tərənnüm edilmişdir.

“Azərbaycan  ədəbiyyatında  istiqlal  mücadiləsi  izləri” 

(1932)  məqaləsində  (92)  və  “Azərbaycan  ədəbiyyatında  istiqlal 

mücadiləsi”  (1932)  əsərində  (93).  Əhməd  Cəfəroğlu  bu  mübariz 

insanın  davası  və  onun  qonşu  ölkələrə,  xüsusən  müstəmləkə 

buxovlan  içində  eyni  taleyi  bölüşən  azərbaycanlılara  təsiri  ilə 

bağlı  yazır:  “...  1870  sənəsinə  qədər  davam  edən,  yəni  25  səna 

kimi  tarixin  çox  nadir  bir  millətə  bəxş  etdiyi  uzun  bir  istiqlal 

mücadiləsi  dövrü  (Əslində  Şeyx  Şamil  1834-1859-cu  illərdə  fəal 

mübarizədə  olmuşdur  -   A.H.),  şübhəsiz,  bu  gün  hürr  yaşamaq 

istəyən  hər  bir  qafqazlının  köksünü  qabardacaq  milli  bir  dava  -  

müqəddəs  bir  istiqlal  davası  -   xatirəsidir.  Onu  nə  tarix  və  nə  də 

hürr  yaşamaq  istəyən  heç  bir  millət  inkar  edə  bilməz.  Qafqaz 

istiqlaliyyəti  düşməni  rus müvərrihləri  belə  bu həqiqi  istiqlal  mü- 

cadiləsini  inkardan  pək  uzaqdırlar.  Zira  Şeyx  Şamilin  açdığı 

miicadilə  və hərəkat  dar bir mühit  içərisində  cərəyan etmiş,  nə  bir 

üsyan  və  nə  də  quldurluq  şəklini  almış  bir  basqından  ibarətdir. 

Biləks,  bu,  layuat  dilli  Şimali  Qafqazın  Dağıstan  istiqlal  aşiq­

lərini  birləşdirən  vətəni  bir  vəzifə,  istiqlal  təşnəsi  sönmək  bilmə­

yən  azəri  türklərinin  istiqlal  mücadiləsini  qüvvətləndirən  müştə­

rək və milli  bir qayədir” (93,  s.26-27).

Əhməd  Cəfəroğlu  bu  qəhrəman  insanla  bağlı  yaranan  əsər­

lərdən  bəhs  edərkən  bəzi  el  şairlərinin  də  adlarını  xatırlamış, 

onların  əsərlərindən  örnəklər  verərək  geniş  təhlillər  aparmışdır. 

Onlardan  bin  alimin  qeyd  etdiyi  kimi  əslən  Şəkidən  olan  Biçarə 

təxəllüsü  ilə  tanınan  Osmandır.  Bu  el  sənətkarı  özünün  “Şeyx 

Şamil”  adlı  şeirində  Azərbaycan  torpaqlarının  da  bir  rus  istila­

sından  qurtannası  üçün  Qafqazın  qəhrəman  oğluna  və  onun 

silahdaşlarına  Allahdan  kömək  arzulayır:



Qadir allah yet dadma, gəldi Dərbənd üstünə 

İnşaallah, hifzindədır, sonra Quba üstünə.

İlisuda,  Qarabağda dəxi durmaz qəsdinə.

Qubadan keçər, gələr Şirvan, Gəncə üstünə.

Şəkinin mahalların dəxi alır dəstinə,

Yəni təsxir edüb hökmü Süleyman eylədi

(93,  s.  362).

Azərbaycanı  müstəmləkə  buxovlanndan  azad  görməyi 

arzulayan  şair  Dərbənd  qurtularsa,  Quba,  Gəncə,  Şirvan,  Şəki, 

Qarabağ  torpaqlarının  da  müstəmləkə  istibdadından  xilasının 

mümkünlüyünə  inamını  ifadə  etmişdir.  Şair  “cahanı  fəramuş 

eyləyən” Şeyx Şamilin bu haqq davası  sayəsində  “mürşidi-kamil” 

mərtəbəsinə  yüksəldiyinə  diqqəti  yönəldərək,  “kafir  dinin  puç 

eylədiyi” üçün hər kəsi ona dua etməyə səsləyir:

Əl götürüb sidqi-dildən Şamilə dua eyləyən, 

Mürşidi-kamil olur, cahanı  fəramuş eyləyən, 

Aşiqi-sadıq olur eşqi min nuş eyləyən,

Aqibəti xeyir gəlir, kafir dinin puç eyləyən,

Dinin yıxub kafirin mağmun eyləyən,

Gəlüb  Şamil  şanma  şanını  bəyan  eylədi  (93,  s.362).

Şair  hər  kəsi  bu  zülmdən  qurtarmaq  naminə  mübarizəyə, 

məhz  bu  yolda  vuruşan  Şeyx  Şamilə  kömək  olmağa,  vətənin  is­

tiqlalı  yolunda  canından  keçərək  şəhidlik  zirvəsinə  ucalmağa 

səsləyir:

Qazavatı  kafir içində şəhid eylə başını,

Görən desün,  Şamil yolunda canını

qurban eylədi  (93, s. 362).

120


Əhməd  Cəfəroğlu  “Azərbaycan  ədəbiyyatında  istiqlal  mü- 

cadiləsi”  əsərində  Müəzzin  Türab  və  Mahmud  adlı  şairlərin  də 

adını çəkmiş, onların əsərlərindən örnəkləri təhlil  etmişdir.

Nə  yaxşı  ki,  alim  əsərində  Biçarə  Osman,  Müəzzin  Türab, 

Mahmudu  xatırlamış,  onların  Şeyx  Şamil  hərəkatı  ilə  bağlı  şe­

irlərindən örnəkləri  təhlil  etmiş,  adlannı  yaşatmışdır,  çünki  Azər­

baycandakı  el  şairləri  və  aşıqlarla  bağlı  nəşrlərdə  onlar  haqqında 

məlumata təsadüf edilmir (4;  5;  6;  10;  11;  17  və s.).

Bunun  səbəbi  isə  həmin  şairlərin  rus  istilası  əleyhinə  in­

sanları  istiqlala  səsləyən,  yüksək  vətənpərvərlik ruhunda yazılmış 

şeirləridir.  Məhz Əhməd  Cəfəroğlunun əsərinə daxil  etdiyi  örnək­

lərdə  də  rus  əsgərlərinin  zülmü,  vəhşəti  ilə  yanaşı,  xalqın  Şeyx 

Şamilə olan sonsuz ümidi,  hürriyyət və azadlıq  arzulan,  həmçinin 

müstəmləkəçilərə  və  əsarətə  qarşı  dərin  nifrəti  öz  əksini  tapmış­

dır.

Yalnız sovet hakimiyyətinin  çökməsi,  müstəqilliyin  yenidən 



bərpası  həmin  dövrün  yasaqlanmış  mövzularının  tədqiqi  üçün 

imkan  yaratdı.  Belə  ki,  “Azərbaycan  aşıq  məktəbləri”  mono­

qrafiyasında  Şirvan  aşıq  mühitinin  görkəmli  nümayəndasi  Xal- 

lanlı  Tağının  (1790-1890)  yaradıcılığını  incələyərkən  professor 

Azad  Nəbiycv  onun  Şeyx  Şamillə  bağlı  şeirlərini  tədqiqata  cəlb 

etmişdir.  Bu cl  sənətkarının zəmanəsinin  qəhrəman  oğluna müna­

sibətinə  aydınlıq  gətirən  alim  yazır:  “Xaltanlı  Tağının  son  dövr 

yaradıcılığında  dünya  həqiqətlərinə  bələd  müdrik  bir  insanın 

nəsihətcdici  şəxsiyyəti  nəzəri  cəlb  edir.  O, qanlı  müharibələr törə­

dən,  insanlara  fəlakət  gətirən  çar  ordusunun,  rus  generallarının 

özbaşınalığına  etiraz  səsini  ucaldır,  düşmənə  qcyıi-bərabər  dö­

yüşlərdə  dağlı  hərəkatının  böyük  sərkərdəsi  Şeyx  Şamilə  yeri 

gəldikcə  nəsihətlər  verir,  hər  kəsin  təqsirini  öz  boynuna  qoymağı 

və  beləliklə,  cəmiyyətdə  ədaləti  bərpa  etməyi  tövsiyə  edir”  (62, 

s. 126).

Professor  Azad  Nəbiycv  “Azərbaycan  xalq  ədəbiyyatı” 

dərsliyində  də  XIX  yüzilin  folklor  nümunələrindən  bəhs  edərkən 

Şeyx  Şamil  və  onun  müqəddəs  davası  ilə  bağlı  yaranan  əsərlər



barəsində  yazır: 

Şeyx  Şamilin  azad  dünya  və  cəmiyyət  h a q ­

qında  arzuları  aşıq  şeirində  böyük  məhəbbətlə  vəsf  olunurdu” 

(63,  II,  s.555).  Azad Nəbiyev həmin dərslikdə “Molla Nur”  dasta­

nından  bəhs  edərkən  onun  qəhrəmanının  Şeyx  Şamillə  əlaqəsi 

məsələlərinə  də  toxunmuş  (63,  JI,  s.560),  eyni  zamanda  m öv­

cudluğu  şübhə  doğurmayan  “Şeyx  Şamil”  dastanının  da vaxtında 

qələmə  alınmadığı  üçün  tədqiqatlardan  kənarda  qaldığını  ürək 

ağrısı  ilə qeyd etmişdir.

Xatırladaq  ki,  Xəlilov  Əbdülxalıqm  “Şeyx  Şamil”  (40), 

Aygün  Həsənovanın  “Şeyx  Şamil  obrazı  Azərbaycan  elmi-bədii 

təfəkküründə”  (“Azərbaycan  ədəbiyyatında  Şeyx  Şamilin  bədii 

obrazı”)(35)  adlı  monoqrafiyaları  çap  olunmuş,  Xaltanlı  Tağının 

yaradıcılığını  araşdıran  Ağalar  Mirzə  sənətkann  Şeyx  Şamillə 

bağlı  yazdığı  şeirlərdən  (“Əfəndim”,  “Əfəndi”)  də  bəhs  etmişdir 

(55,  s. 148,  153).

Əbdülxalıq  Xəlilovun  “Şeyx  Şamil”  monoqrafiyasına  yaz­

dığı  “Şeyx  Şamil  həqiqəti”  adlı  ön  sözdə  Azad  Nəbiyev  dünya 

ictimai  fikrini  əsrlərdir məşğul  edən bu qəhrəman haqqında yazır: 

“ ...  Şeyx  Şamil  həqiqətinə  istər ötən  dövr tarix  elmimizdə,  istərsə 

də  müxtəlif dövrlərdə  yaranmış  ədəbi-bədii  nümunələrdə  -   xalq 

nəğmələrindən  tutmuş  epik  əsərlərə  qədər  birmənalı  münasibət 

olmamışdır.  Şeyx  Şamilin  azadlıq  mübarizəsinə,  eləcə  də  onun 

müridizm  baxışlarına  müxtəlif dövrlərdə  əksmənalı  münasibətlər 

olmuşdur.  Zaman  bütün  bu  kimi  baxış  və  münasibətlərin  bir 

qisminə  aydınlıq  gətirsə  də,  böyük  bir hissəsi  hələ də  diqqət mər­

kəzindən,  daha  geniş  açıqlamalardan  kənarda  qalmışdır”  (40,  s.

7).


Xüsusilə,  Azərbaycan  mühacirət  folklorşünaslığının bu qəh­

rəmanla  bağlı  araşdırmalarının  daha  dərindən  öyrənilməsi  və 

vətənimizdə nəşri  bu  gün də  aktuallığını  saxlayan problemlərdən­

dir.


Hürriyyət  bütün  zamanlarda  ən  müqəddəs  bir  ideal  olmuş 

və  bu  yolda  qurban  gedənlər  həmişə  əbədi  qəhrəmana  çevrilmiş­

lər,  məhz  Şeyx  Şamil  kimi.  İstiqlalı  yolunda  xeyli  şəhid  verən.

122


hələ də parçalanmaq  kimi bir əzabı  sinəsində  daşıyan  Azərbaycan 

xalqı  da  bu  yenilməz  qəhrəmanın  mübarizəsini  yüksək  dəyərlən­

dirmiş,  onun  adını  yaratdığı  ədəbi  nümunələrdə  yaşatmağa  və 

gələcək nəsillərə çatdırmağa çalışmışdır.

Azərbaycan  xalqının  böyük  məhəbbətlə  nəğmələr,  dastan- 

vari  rəvayətlər  və  s.  həsr  etdiyi,  lakin  sosializm  ideologiyası 

tərəfindən  qətiyyətlə  yasaqlanan  şəxsiyyətlərindən  biri  də  ruslara 

qarşı  sözün  həqiqi  mənasında  ölüm-dirim  mübarizəsinə  qalxan 

Gəncənin əfsanəvi  qəhrəmanı  Cavad  xan  (1748-1804)  olmuşdur. 

Onun  dillərdə  gəzən,  illərdir  xalqı  ruhdan  düşməyə  qoymayan 

cəsarəti  və  mərdliyi  Qafqaz  xalqlarının  qürur  rəmzi  olan  Şeyx 

Şamillə  müqayisə  edən  M.Ə.Rəsulzadə  “Qafqazya  türkləri” 

monoqrafiyasında  yazır:  “Fəqət  Dağıstan  kimi  keçilməz  və  sərt 

dağlar  başında  deyil,  müdafiəsini  Gəncə  kimi  geniş  və  düz  bir 

ovalıqda  yapmaq  məcburiyyətində  qalan  qəhrəman  Cavad  xanın 

Sisianovun  nizami  qüvvətlərinə  qarşı  apardığı  uzun  və  çətin  mü­

barizəsi  az  şərəfli  deyildir.  Bir neçə  dəfə  təklif olunan  və  əlverişli 

şərtləri  ehtiva  edən  təslimiyyət  təkliflərini  nifrətlə  rədd  edən, 

müqabilində  “Ölmək  var,  dönmək  yoxdur”  cavabında  bulunan 

Cavad  xan  bəşəri  imkanını  son  dərəcəsinə  qədər  qəzəblənmiş 

aslanlar  kimi  qala  topunun  başında  əlində  qılınc  barını  aşaraq 

hücum  edən  düşmənə  qarşı  cəsarətlə  vuruşmuş  və  bir  oğlu  ilə 

bərabər,  vəzifə  başında  şəhid  düşərək  sözünü  tutmuş,  ölmüş, 

fəqət təslim  olmamışdır” (147, s. 18).

Odib  hər  iki  mübariz  şəxsiyyətin  adını  iftixarla  çəkmiş,  bu 

qəhrəman  insanların  istiqlal  yolundakı  fədakarlıqlarının  övladları 

olduğu  millətin  qəhrəmanlıq  simvoluna  çevrilərək  əbədi  yaşaya­

cağına  əminliyini  bildirmişdir:  “Biri  Şimali,  digəri  Cənubi  Qaf­

qazın  istiqlal  müdafiəsini  əks  etdirən  bu  iki  qəhrəman  simanın 

müqəddəs  xatirəsi  hələ  ruhları  təhriz  etməkdə,  hürriyyət  və  istiq­

ballarına  çox  bağlı  olan  dağıstanhlarla  azərbaycanlılar  üçün  bu, 

həyəcanverici  bir savaş  rəmzini  təşkil  eyləməkdədir” (147,  s. 18).

Məlumdur  ki,  xalq  xatirəsini  yaşatdığı  övladlarına  həmişə 

nəğmələr qoşmuş,  dastanlar bağlamışdır.  Bəs  necə  olur  ki,  yetmiş



illik  sovet  hakimiyyəti  dövründə  qətiyyəti,  qəhrəmanlığ:  dillər 

əzbəri  olan  Cavad  xanla  bağlı  əsərlər  toplanıb  nəşr  edilməmiş, 

haqqında  tədqiqatlar  aparılmamışdır?!  Əslində,  xalq  şəxsiyyətinə 

yüksək  dəyər verdiyi  qəhrəmanına özünün yaratdığı  söz  sənətində 

əbədi  yaşamaq hüququ bəxş  etmişdir,  lakin  sovet  ideologiyasının 

təməl 


prinsiplərinə  zidd 

olan  belə  bir  əsərin  sosialist 

Azərbaycanında  meydana  çıxanlması  mümkün  ola  bilməzdi. 

Əlbəttə,  mühacirət  folklorşünaslan  və  mətbuatı  bu  önəmli 

hadisələr  və  şəxsiyyətlərin  unudulmaması  üçün  əllərindən  gələni 

etmişdirlər.  Bunun  ən  böyük  nümunəsini  “Azərbaycan  yurd 

bilgisi”  dərgisində  görmək  mümkündür.  Belə  ki,  Süleyman 

Abdiilqadirin  “Türk  qövmlərinin  xalq  ədəbiyyatında  rus  isti­

lasının  inikası”  məqaləsində  “Cavad  xan”  dastanı  və  bu  əsərin 

Şimali  Azərbaycandan  başqa,  İran  adlanan  ərazidə  yaşayan  azəri 

türkləri  tərəfindən  yaşadılması, həmçinin  sevilməsi  haqqında m ə­

lumat  verilmişdir:  “Cavad  xana  dair  dastan  yalnız  rus  istilası 

altındakı  Azərbaycanda  deyil,  İran  Azərbaycamndakı  türk  qövm­

ləri  arasında da çox  yayıldığını  və şöhrət qazandığını  görürük.  Bu 

günə  qədər  nəşr  edilmiş  olan  “Cavad  xan”  dastanında  təsadüf 

edilməyən  bir  “Cavad  xan”  dastanı  İnaliı  tayfasına  mənsub 

Marağalı  Əziz  adlı  bir  türkməndən  dinləmişdim.  Vaxtım  müsaid 

olmadığından ancaq  bir parçasını  qeyd edə bildim” (78, s.  23).

Məqalədən  gətirdiyimiz  sitatdan  məlum  olur ki,  Cavad  xan­

la  bağlı  nəşr  edilənlərdən  başqa,  ağızdan  ağıza  keçərək  yaşayan 

şeirlər,  rəvayətlər  və  hətta  dastan  mövcud  olmuşdur.  Müəllif 

məqaləsində  Marağalı  Əzizdən  eşitdiyi  mətnin  özünün  nəşr 

etdirdiyi  parçaların  variantı  olduğunu,  onlardan  müəyyən  qədər 

fərqləndiyini  də  diqqətə  çatdırmışdır:  “Marağalı  Əzizin  nəql 

etdiyi  dastan  ümumi  mündəricat etibarı  ilə  eyni  dastanın bir  va­

riantı  olduğu  məlum  isə  də,  vəzn  və  lisan  etibarı  ilə  ayrı  xüsu­

siyyətlərə malikdir” (78,  s.23).

“Azərbaycan  yurd  bilgisi”nin  1954-cü  ildəki  37-ci  sayında 

Mirzə  Bala  Məmmədzadənin  “Gəncənin  150-ci  süqut  ildönümü 

(1804-1959)”  adlı  məqaləsində  Ziyadoğullarından  Cavad  xanın

124

şücaətindən  ayrıca  bəhs  edilmişdir.  Mirzə  Bala yazır:  “Qəhrəman 



Cavad  xanın  şəhadətindən  sonra  Gəncə  başsız  qalmışdı.  Bu 

fəlakətin dastanım yazan  Gəncəli  Həsənə görə:

O zaman ki  Cavad xam  vurdular,

Sanasan qırıldı  beli  Gəncənin, -

Əvət, Gəncənin beli qırılmışdı” (137,  s.14).

Beləliklə, həmin məqaləsində  Mirzə Bala Cavad  xanla bağlı 

əsərlərin  mövcudluğunu  təsdiq  etməklə  yanaşı,  xalqının  qəhrə­

man  övladının  unutdurulması  istiqamətində  apanlan  ədalətsiz 

basqılara öz etirazını  bildirmişdir.

Gəncə  üsyanının  gürcü  əsilli  Pavel  Dmitriyeviç  Sisianovun 

(1754-1806)  başçılıq  etdiyi  rusların ordusu tərəfindən  vəhşicəsinə 

yatırılmasının  150-ci  ildönümü  münasibətilə  belə  bir  məqaləni 

qələmə  almaqla  Mirzə  Bala  həmin  günün  daim  xatirələrdə  yaşa­

ması,  gündəmdə qalması  məqsədini  izləmişdir.  Məqalənin  sonun­

da  yenidən  ədəbiyyatda  Cavad  xanla  bağlı  el  şairləri  tərəfindən 

yaranan  əsərləri  xatırlatması  da  müəllifin  sovet  senzura  siste­

minin  “unutdurmaq”  siyasətinə qarşı  narahatlığından  irəli  gəlmiş­

dir:  “Süqutu  və  fəlakəti  dərin  əkslər  oyandıran  Gəncənin  bundan 

150  il  öncə  məruz  qaldığı  fəlakət  o  dövrün  şairləri  tərəfindən 

dastanlaşdırmaq  surətilə  unudulmaz  milli  bir acı  halına gəlmişdir. 

Bu  xüsusda  Gəncəli  İləsən  və  qazaxlı  Dilbazoğlu  Əbdürrəhman 

ağanın  dillərə  dastan  olan  mənzumələrinə  işarət  etmişdik”  (137, 

s.14).

“Azəri  ədəbiyyatında  istiqlal  mücadiləsi”  əsərində  Əhməd 



Cəfəroğlu  1804-cü  ildə  Gəncənin  ruslar  tərəfindən  işğalına  qarşı 

mübarizəyə  qalxan  və  bu  yolda  şəhid  olan  Cavad  xan  haqqında 

şeir  və  dastanlar  yarandığını,  lakin  onları  tam  halda  deyil,  yalnız 

bəzi  parçalar  şəklində  əldə  etdiyini  qeyd  etmişdir:  “Cavad  xanın 

müdafiəsi  ilə  başlayan  milli  istiqlaliyyət  dastanları  maatəssüf 

əlimizdəki  mövcud  mcvadın  nöqsanlığı  dolayısıyla  bütün  istiqlal 

hərəkatını  təııvirdən  uzaqdır.  Zira  xalq  tərəfindən  dastani  və

125


qeyri-dastani  mahiyyətdə  söylənən  şeirlərin  yalnız  bəzi  p arçalan  

bizə qədər intiqal  edə bilmişdir.  Məsala,  “İnallı” taifəsinə m ənsub 

Marağalı  Əzizin ağzından eşitdiyini qeyd edən Türkiyyat  İnstitutu 

assistenti  Abdülqadir bəyin:

Bir yandan qar gəlir, bir yandan sazax,

Dörd yanın alıbdır dilbilməz kazax.

Urusunun böyüyü naçalnikdi 

Yol verməz ki, bir yana qaçax, -

bu  şeir parçası  Cavad  xana  aid  dastan  bakiyəsi  olduğu  ehtimalını 

bəhs  etdiyi  kimi  “Qaçaq  Nəbi”yə  aid  dastanı  da  andırmaqdadır” 

(92,  s.  7).

Tədqiqatçı  əldə  etdiyi  şeir parçalarım  Qurbani  və  Kərəmin 

dilindən  deyilən  şeirlərlə  müqayisə  etmiş,  Gəncə  faciəsinin  m a­

hiyyətini  aydmlaşdarmaq  üçün  Cavad  xan haqqında  ətraflı  m əlu­

mat vermişdir (92,  s.  9).

Əhməd  Cəfəroğlu  el  şairlərindən  Gəncəli  Həsən  və  Əbdür­

rəhman  ağa  Dilbaz  oğlunun  yazdığı  şeirlərdə  Gəncə  qiyamının 

bütün  həqiqətlərinin  açıqlandığını  qeyd  etmişdir.  Əbdürrəhman 

ağa  Dilbaz  oğlunun  bu  hadisəyə  24  müxəmməs  yazdığını  “əsil 

Gəncə  faciəsini,  rus  ordusunun  zülm  və  xunxarlığını,  nəhayət, 

Cavad  xanın  qəhrəmanca  istiqlal  müdafiəsini”  təsvir  etdiyini 

göstərən  Əhməd  Cəfəroğlu  bu  şeirdə  Cavad  xanın  oğlu 

Hüseynqulu  ağanın  da  şücaətindən  danışıldığına  diqqət  yetir­

mişdir.


S.Rəfiq  “Professor  Əhməd  Cafəroğlunun  əsərlərində  görü­

lən  xətalar”  adlı  tədqiqatında  bu  fikrə  etiraz  etmiş,  bu  üsyanla 

bağlı  Ə.Dilbazoğlunun  yalnız  bir müxəmməs  yazdığını  bildirmiş­

dir (142,  s.  14).

Fikrimizcə,  Ə.Cəfəroğlu  “natamam  nəşr  edilmiş  24  mü­

xəmməs”  yazarkən  bəndlərin  sayım  nəzərdə  tutmuşdur,  belə  ki, 

tədqiqatında  bütövlükdə  həmin  şeirə  təhlili  ilə  birlikdə  yer  ayır­

mışdır (92,  s.11-16).

126

Folklorşünas-alim  Cavad  xanı  ləyaqətli,  millətinin  şərəfini 



qoruyan  igid  bir  şəxsiyyət  kimi  səciyyələndirərək,  onun  dönməz 

iradəsinin  bu  savaşdan  öncə  də  hər  kəsə  məlum  olduğunu,  onun 

sağlığında  da  xalq  tərəfindən  sevildiyini  bildirmişdir:  “Cavad 

xanın  özü  daha  həyatında  ədaləti  və  cəsarəti  ilə  şöhrət 

qazanmışdır... Bu  şöhrətinə  əlavə  olaraq  Gəncə  xanlığının 

istiqlaliyyətinin  qeybini  də  qaııı  ilə  ödəməsi  bütün  azəri  əhalisi 

tərəfindən  təqdir  və  sitayişlə  bəhs  edilmiş  və  ətrafında  dastanlar 

vücuda gətirilməsinə bais olmuşdur” (92,  s.  9).

Əhməd  Cəfəroğlu  Qarabağ,  Şəki,  Bakı  və  başqa  xanlıqlar 

da  ruslar  tərəfindən  istila  edilərkən  qiyamlar  qalxdığını,  əhalinin 

qəddarlıqla  qılıncdan  keçirildiyini  nəzərə  alaraq  ehtimal  edir  ki, 

bu  yerlərdə  də  cl  şairlərinin  həmin  hadisələrlə  bağlı  əsərləri  ya­

ranmışdır:  “...  Gəncənin  hailəsinə  rəğmən  sair  Azərbaycan  xan­

lıqları  da  rus  istilasına  qarşı  müqavimət  göstərməkdən  çəkin­

məmişdirlər.  Şəki  xanlığının  rus  ordusuna  qarşı  mücadiləsi 

tarixlə  təsbit  edildiyi  kimi,  milli  ədəbiyyatımızda  da  kəndi  izini 

buraxmamış deyildir” (92,  s.  16).

“Azərbaycan  ədəbiyyatında  istiqlal  mücadiləsi”  əsərindən 

otuz iki  il  sonra nəşr etdirdiyi  “Azərbaycan  ədəbiyyatı” adlı  tədqi­

qatında  isə  Ohməd  Cəfəroğlu  “Cavad  xan”  dastanını  xatırlamış, 

Azərbaycan  xalqının  rus  istilaçılarına  qarşı  apardığı  milli-azadlıq 

mübarizəsini  “bənzəri  olmayan  bir  şəkildə  kəlmələrlə  ifadə  edən 

bu  dastanın  böyük  bir  qisminin  rus  senzurasının  müdaxiləsi 

üzündən qeyb olduğu” qənaətinə gəlmişdir (92,  s.  165).

Qeyd  etmək  lazımdır  ki,  mühacir  ziyalılardan  M.O.Rə­

sulzadə,  Dlı  bəy  Hüseynzadə,  M.B.Məmmədzadə,  C.Hacıbəyli, 

O.Yurdsevər  və  başqaları  ilə  yanaşı,  daha  çox  Ohməd  Cə- 

fəroğlunun  qərəzli  tənqidinə  həsr  edilən  “Burjua  elminin  saxta­

karlığı  əleyhinə  (Azərbaycan  ədəbi-ictimai  fikri  məsələləri)”  adlı 

məqaləsində  Ə.Mİrəhmədov  Visbadendə  nəşr  olunmuş  “Azər­

baycan  ədəbiyyatı”  adlı  tədqiqatında alimin  Azərbaycanın  istiqlal 

mücadiləsi  larixinə,  eyni  zamanda  Əbdürrəhman  ağa  Dilbazoğ- 

lunun,  Mustafa  ağa  Arifin  və  Seyid  Mir  Həmzə  Nigarinin  təb-

127


liğinə  yer  ayırmasına  qarşı  çıxmışdır  (54,  s.  53).  Bu  da  sovet 

sosialist ölkəsinin ideoloji basqısından irəli  gəlirdi

Azərbaycan  mühacirlərindən  Nəbi  Turablı  “Qaçaq  N əb i” 

adlı  məqaləsində  ilk  növbədə  Cavad  xanı,  onun  əsarətə  qarşı 

mübarizəsini və  həm onun,  həm  də  bu  cür qəhrəmanlar haqqında 

yaranan  əsərləri  xatırlamışdır:  “ 19-cu  yüzilm  birinci  yarısında 

ruslar Gəncə xanı Cavad xanla yapdıqlan  çətin  savaşdan və  xatiri 

sayılır  tələfat  verdikdən  sonra  Qafqaz  Azərbaycanını  Rusiyaya 

ilhaq  edə  bilmişdilər.  Azərbaycan  Rusiyanın  vilayəti  halına 

gətirilərək  bütün  sərvətləri  Rusiyaya  daşmırdı.  Yaxın  Şərq 

tarixində  daim  hökmdarlarını  türk  görən,  yabançı  bir  millətin 

boyunduruğu  altında  əsarət  zəncirinə 

alışmayan  Azərbaycan 

türkləri  Rusiyanın  hökmdarlığına  qarşı  heç  bir  zaman  müca- 

dilədən  geri  durmamışlar.  Ruslara  qarşı  bir  çox  Azərbaycan 

igidlərinin  qəhrəmanlaqları  dillərə  dastan  olaraq  söylənilməkdə 

və onların əziz xatirələri unudulmamaqdadır” (155, s.14).

Bu məqalədə bəhs  olunan,  ruslara  qarşı  mücadilələrlə bağlı 

yaranan  şeir  və  dastanlar,  təbii  ki,  sovet  senzurasının  gözündən 

yayına  bilməzdi,  onların  yayılmasının  da  qarşısı  böyük  bir  us­

talıqla almırdı.

Nəbi  Turablı  əslində  Qaçaq  Nəbiyə  həsr  etdiyi  bu  araşdır­

masında köləliyə  etiraz  olaraq  başlanan  bir neçə  üsyan və  onların 

artıq  unudulmaqda  olan  qəhrəmanları  -   Qaçaq  Qənbər,  Zəyəmli 

Hacı  Əhməd,  Qaçaq  Məcid  haqqında  da  məlumat  vermişdir  və 

beləliklə,  onları  xatırladaraq  gələcəkdə  bu  dövrün  daha  dəqiq  öy­

rənilməsi  üçün  araçdırmaçılarin  istiqamətini  müəyyənləşdirmiş­

dir:  “ ...1920 sənəsində  Gəncə  üsyanında  Qızıl  Ordu  birliyinin  bir 

qismini  məhv  edən  Qaçaq  Qənbər  bolşeviklərə  qarşı  döyüşürdü. 

Yenə  1930-cu  il  Şəmkir  üsyanında  Zəyəmli  Hacı 

Əhməd  qı­

zıllarla çarpışıb ölmədimi?  Onun  bütün  əqrəbaları  üsyanda  iştirak 

etdiyi  üçün  Qızıl  Moskvanın  nökəri  Yusif  Qasımovun  xunxar 

əllərilə  öldürülmədimi?  Yenə  Şəmkir üsyanında gədəbəyli  Qaçaq 

Məcidin  14  arkadaşı  ilə  qarlı  qış  günündə  toplu,  pulemyotlu, 

silahlı  Qızıl  Ordu  birlikləriylə  tam  45  gün  çarpışaraq  ruslara

böyük tələfat verdirdikdən  sonra  son qalan  tək  qurşunu  ilə  intihar 

edərək  düşmənə  təslim  olmatnağı  hər  kəsə  bəlli  deyilmıdir?” 

(155, s.14).

Şübhəsiz  ki,  xalq  öz  qəhrəmanlarının  adını  yaşatmaq  üçün 

onlann  şərəfinə  nəğmələr  qoşmuş,  rəvayətlər  söyləmiş,  dastanlar 

bağlamışlar.  Lakin,  təəssüf ki,  bu  əsərlərin yayılması  və  yaşaması 

sovet sosialist sistemi  üzündən  imkansız olmuşdur.

Əlbəttə,  Azərbaycan  mühacirət  folklorşünaslığının  xalq 

üsyanları  ilə  bağlı  araşdırmaları  bəhs  olunan  tədqiqatlarla  bitmir, 

əsarətə  qarşı  mücadilə  mövzusunun  Azərbaycan  xalq  yaradı­

cılığında çox  geniş  bir yer tutaraq  məktəb  səviyyəsinə  yüksəlməsi 

mühacir tədqiqatçıların  araşdırmalarında qeyd olunmaqdadır.

Belə  ki,  “Mücahid”  dərgisində  1957-ci  ildə  nəşr  etdirdiyi 

“Mühacirətdə  Azərbaycan  türk  ədəbiyyatı”  adlı  silsilə  məqalə­

lərində  Lətif Elsevər  Gəncə  üsyanı  və  onun  cəsur  başçısı  Cavad 

xanı,  onun  mübarizəsinin  tərənnüm  edən  el  şairləri  Gəncəli 

Həsən  və Əbdürrəhman  Dilbazoğlunu xatırlatmış,  şeirlərindən ör­

nəklər  vermiş,  bu  fakta  söykənərək,  bədii  yaradıcılıqda  Azərbay­

canın  əsarətlə  barışmayaraq,  hər  zaman  hürriyyət  uğrunda  müca- 

dilədə  olacağını  əks  etdirən  yeni  bir  istiqamətin 

istiqlal  ədəbi 

məktəbinin  yarandığı  faktını  irəli  sürmüşdür:  “...istilaçılara  qarşı 

Azərbaycan  türklüyünün  göstərdiyi  qəhrəmanlıqların  və  istiladan 

sonra  yürütdüyü  istiqlal  mücadiləsinin  mərkəzi  olan  bir  ədəbi 

məktəb yaratdı” (114,  s. i 2).

Biz  mühacirətin  bu  istiqamətdəki  tədqiqatlarının  yalnız 

ümumi  mənzərəsini  yaratmaqla  diqqəti  milli  folklorşünaslığın 

araşdırılması  vacib  olan  məsələlərinə yönəltmək  istədik.


1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə