Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda


VII  FƏSİL AZƏRBAYCAN  AŞIQ SƏNƏTİNİN



Yüklə 1.05 Mb.

səhifə7/8
tarix15.05.2017
ölçüsü1.05 Mb.
1   2   3   4   5   6   7   8

VII  FƏSİL

AZƏRBAYCAN  AŞIQ SƏNƏTİNİN 

DİGƏR XALQLARIN  KÜLTÜRÜNƏ TƏSİRİLƏ 

BAĞLI ARAŞDIRMALAR

Əvəzsiz  aşıq  sənəti  yanız  Azərbaycanda  böyük  məhəbbətlə 

sevilməmiş,  qonşu  xalqlar  tərəfindən  də  maraqla  qarşılanmışdır. 

Hətta  bu  təsirin  gücü  digər  millətlərin  içərisindən  bəzən  Azər­

baycan,  bəzən öz doğma dilində yazıb-yaradan sənətkarların mey­

dana  çıxması  ilə  nəticələnmişdir.  H.Araslı  bu  prosesin  yüzil- 

lərdən  bəri  davam  etdiyini  nəzərdə  tutaraq  yazır:  “Hələ  XVI  əsr­

dən  Azərbaycan  dilində  qoşmalar  yaradan  erməni  və  gürcü 

aşıqlarına təsadüf edirik...”  (5,  s.  4)

1942-ci  ildə  İstanbulda  nəşr  edilən  “İslam”  ensiklopedi­

yasının  “Azərbaycan” məqaləsində  XVII  əsr ədəbiyyatından  bəhs 

edilərkən  xalq  ədəbiyyatının  çox  sürətli 

yüksəlişinə  diqqət  çə­

kən  mühacir  alim  Mehmet  Şakir  Ülkütaşır  yazmışdır:  “Bundan 

əvvəlki  əsrlərdə  mövcudiyyətini  az-çox  hiss  etdiyimiz  xalq 

ədəbiyyatına  təmayül  bu  əsrdə  genişlənərək  ümumi  və  şumullu 

bir  cərəyan  halını  aldı...  Maddi  eşqin  tərənnümündən  müxtəlif 

məhəlli  və  ictimai  hadisələrə  qədər  hər  şey  nəzmin  çərçivəsi 

daxilinə  girdi  və  beləliklə,  mövzuda  böyük  bir  vüsət  meydana 

gəldi...  Fəqət  bir  çox  zaman  içərisində  əski  şəkil  içərisində  yeni 

ruh  meydana  gəldi.  Xalq  ədəbiyyatının  təsiri  və  xalqa  enişi  nəti­

cəsində  əski  ədəbiyyatın  ənənəsi  pozulmağa  başladı,  təməlləri 

sarsıldı” (152,  s.754)

Dövrün  ümumi  mənzərəsinin təsvirindən  sonra müəllif xalq 

ədəbiyyatında baş  vermiş  dəyişiklikləri  xarakterizə  etmiş,  bu  əsr­

də  inkişaf  sürəti  nəticəsində  Azərbaycan  dilinin  və  mədəniyyə­

tinin  digər millətlərə təsirini  ayrıca qeyd  etmişdir:  “Bu  əsrdə azəri 

dili  türk  olmayanlar arasında da  yayılmış,  türkcə  danışan  gürcülə­

rin  miqdarı  böyük  bir  yekun  tutduğu  kimi  bəzi  türk  xalq  ədəbiy­

yatı  məhsulları  də  türkcə,  gürcü  hərfləri  ilə  təsbit  edilmişdir.  Bu 

əsrdə  türkcə  şeirlər  yazan  erməni  şairlər  də  mövcud  olmuşdur. 

Əsasən  türk  saz  şairlərinin  gürcü  və  erməni  xalq  ədəbiyyatları 

üzərindəki  təsiri  də  yenə  azəri  sahəsində  olmuş  və  bilxassə  er­

məni aşıqlarının bir çoxu buralarda yetişmişdir” (152,  s.754).

Azərbaycan  aşıq  sənətinin  başqa  millətlərin  nümayəndələri 

içərisində  də geniş  vüsət  almasına  diqqət  yetirən müəllif tədqiqa­

tında Aşıq  Ertünün,  Şikəstə Şirinin  adlarını  xatırlamışdır.

Mehmet  Şakir  Ülkütaşır  Azərbaycan  xalq  ədəbiyyatının 

sonrakı  əsrlərdə  də  qonşu  millətlərə  təsirinin  böyük  olduğuna 

diqqəti  çəkərək  yazır:  “On  səkkizinci  əsrdə  saz  şairləri  bundan 

əvvəlki  əsrə  nəzərən  daha  çoxdur...  Bu  əsrdə  folklor  fəaliyyəti 

də  gözə  çarpmaqdadır.  Bunun  nəticəsi  olaraq  dastan,  atalar  sözü 

kimi  bəzi  xalq  ədəbiyyatı  məhsulları  toplanmışdır.  Bunlardan 

başqa,  bir  çox  şairlər  üzərində  bariz,  bir  şəkildə  görülən  xalq 

ədəbiyyatı  təsiri  və gürcü hərfləri  ilə təsbit  edilən  aşıq  tərzi  şeirlər 

bizə  bu  ədəbiyyatın  şumulü,  eyni  zamanda  nüfuz  və  təsiri  haq­

qında fikir verə  bilər” (152,  s.755).

Beləliklə,  müəllif qonşu  millətlərə  Azərbaycan  xalq  ədəbiy­

yatının  böyük  təsirinə  xüsusi  diqqət  yetirmiş,  saz  sənətinin  nüfu­

zunun daha kəskin olduğu mülahizələrini  irəli  sürmüşdür.

Görkəmli  folklorşünas  Ohmod  Cəfəroğlu  da  Azərbaycan 

aşıq  sənətinin  incəliklərini  tədqiqi  zamanı  saz  sənətinin  digər 

xalqlara  olan  təsirinə  diqqət  yetirmişdir.  Alim  “Azərbaycan  ədə­

biyyatında  istiqlal  mücadiləsinin  izləri”  məqaləsində  xalqın  həya­

tında  baş  verən  hər  bir  hadisənin  ağız  ədəbiyyatına  təsir  gös­

tərdiyindən  bəhs  edərkən,  1905-1906-cı  illərdə  baş  verən  crməni- 

miisəlman  qırğınını  da  xatırlatmışdır:  “ 1905  sənəsi  qətliamı 

aşıqların  ən  canlı  mövzularından  birini  təşkil  etmişdir.  Xalqın  bu 

qətliamdan  nə  qədər  zərər  gördüyünü  bilən  aşıqlar  dərhal  bütün 

qəbahəti  milli  düşmən  -   rusun 

üzərinə  yükləməkdən  çəkin­

məmiş  və  əhalini  sülhə  və  türk-erməni  ittifaqına  dəvət  etmiş­

dirlər” (92,  s.35).


Əhməd  Cəfəroğlu  bu  tədqiqatında  Azərbaycanda  yaşayıb 

fəaliyyət  göstərən  erməni  əsilli  Aşıq  Avak  (Alim  onu  Evek  kimi 

təqdim  etmişdir)  -   Avetis  Arakel  oğlu  Azaryan  (1874-1944) 

haqqında  ətraflı  məlumat  vermişdir:  “Qafqazın  türk  və  erməni 

kütləsinin  bütün  dərdini  öz  dərdindən  ayırmayan  azəri  erməni 

aşıqlarından  Avak  el  üzənndəki  rus  istilasına  qarşı  bir  nifrət  və 

protesto  olmaq  üzrə  əlində  sazıyla  eldən  elə  dolaşaraq  xalqın 

dərdinə  ağlamış  və  birlik  fikrini  əhali  arasında  yaymağa  ça­

lışmışdır” (92,  s.35).

Visbadeııdə  nəşr  etdirdiyi  “Azərbaycan  ədəbiyyatı”  adlı 

tədqiqatında Əhməd  Cəfəroğlu  yenə  Aşıq  Avakı  xatırlamış,  onun 

Gəncəbasar bölgəsinin  Çardaxlı  kəndində  yaşadığını  qeyd  etmiş­

dir (108,  s. 190).

Əhməd Cəfəroğlu Avakın  şeirlərində hər iki  xalqa ayn-ayn- 

lıqda müraciət edərək onları  bir-birinə  qarşı  savaşa qaldıranın rus 

olduğunu bildirdilməklə əsil  düşmənin birbaşa  adı  ilə  çağırdığını, 

son  çarənin  sülhdə  axtardığını  örnəklər  verməklə  əyaniləşdirmiş­

dir:


Ums bizi  tutuşdurup,

Müsəlmanlar,  biz yola gələk.

Cahil  cavanı  qırdırıb,

Ermənilər, biz yola gələk  (92,  s.36).

Əhməd  Cəfəroğlu  bu  erməni  aşığın  iki  xalqı  qızışdıranlara 

qarşı  dərin  nifrət  bəslədiyini,  həmin  ovqatla  kin-küdurətə  görə 

rusları  söyüşlərə  qərq  etdiyini  diqqətə  çatdırmışdır:  “İki  xalqı 

ittifaqa  dəvət  edən  şair  -  aşıq,  eyni  zamanda  bu  qətliamın  səbəb­

karı  rusu  nifrətlə  təqdim  etmişdir.  Hətta  şair  o  qədər  irəli 

vannışdır  kı,  rusların  ən  adi  və  ealıil  “xaxof’dan  başqa  bir  şey 

olmadıqlarını  bütün  təmsil  etdiyi  Azərbaycan  türk  və  ennənilər 

namına söyləməkdən  çəkinməmişdir” (92,  s.35).

Bu  mülahizələrini  təsdiq  etmək  məqsədilə  Ə.Cəfəroğlu 

aşığın  şeirindən örnəkləri  öz tədqiqatına daxil etmişdir:

132

Görün necə, nə qan olub,



Dörd yanımız düşman olub,

Qotur xaxol  xana dönüb.

Dərdim yenə həddən aşdı,

Yandı cismim, bağrım pişdi.

İki  millət bərk  vuruşdu...

Y öl  işlənsin, karvan olsun,

Düşman aradan yox  olsun,

Avak sizə qurban olsun!  (92,  s.35).

Milliyyətca  erməni  də  olsa,  Azərbaycan  dilində  və  bizim 

ənənələrə  müvafiq  əlində  saz  əhali  arasında  dolaşaraq  həqiqəti 

söylədiyinə  görə  Əhməd  Cəfəroğlu  Avakı  hər  iki  xalqın  təmsil­

çisi kimi  təqdim  etmişdir.

Əhməd  Cəfəroğlu  aşıqların  Azərbaycan  xalqı  üzərində  bö­

yük  təsirindən  bəhs  edərkən  maraqlı  bir  xüsusiyyətə  də  diqqət 

yetirmişdir:  “ ...rus  istilası  afətinin  millət  üzərindəki  ağır  əksini 

hər  kəsdən  əvvəl  aşıqlar  sezmiş  olacaqdırlar  ki,  hər  vasitə  ilə 

rusları  ələ  salmaqdan  qalmamışdırlar.  Bir çox  dəfə  aşıqlar əhalini 

əlaqədar  etməyən  vəsilələrdən  do  istifadə  etmişdirlər.  Rus-yapon 

müharibəsi  də bu  vəsilələrdən biridir” (92,  s.35).

Əhməd  bəy  aşıq  Avakın  bu  münasibətlə  xüsusi  olaraq  bir 

şeir  yazdığını,  müharibədə  olmamasına  rəğmən,  yaponları  heç 

vaxt  tanımadığı  halda  bu  vasitə  ilə  də  rusları  təkcə  tənqid  yox, 

həm  də  təhqir  etdiyini  qeyd  etmiş,  həmin  şeiri  bütövlüklə  əsərinə 

daxil  etmişdir.  Rus  və  yaponun  deyişməsi  şəklində  qurulan  bu 

şeirdə  son  sozii  aşıq  özü  söyləyir,  bu  parçanı  Əhməd  Cəfəroğlu 

ayrıca təqdim  edir:  “Avak:

U rus can  verər arağ,  çaxıra,

Yapon od  vurar neçə taxıla.

Avak yerləri  təsdiq  eylər yapon axıra,

Çıx,  xaxol, yerlər onundu.

133


Zira bu məğlubiyyətdə rusdan bir dərəcəyə  qədər də  intiqam 

almaq olur.  Heç olmazsa, bu, da bir qənimətdir” (92,  s.  36).

Əhməd  Cəfəroğlunun  verdiyi  örnəklər  bır  neçə  cəhətdən 

diqqəti  cəlb  etməkdədir.  Ə w əla,  aydm  görünür  ki,  bu  ennəni 

aşığı  Azərbaycan  dilinə  incəliklərinə  qədər  bələddir,  çünki  bir 

çox  frazeoloji  birləşmələrdən  yerində  istifadə  edir.  Məsələn, 

“qurban  olsun”,  “yandı  canım”,  “bağrım  bişdi”  və  s.  Digər 

tərəfdən,  bu aşıq haqqında  məlumatlar müasir dövrümüz  üçün  də 

çox  gərəklidir,  çünki  tarix  təkrar  olunur.  Bu  da  keçmişdə  baş 

verən hadisələrdən dərs almağı tələb edir.

Xatırladaq  ki,  Səlim  Rəfıq  “Professor  dr.  Çobanzadəyə  ca­

vab”  kitabında  ozan  sənətinin  Azərbaycan  ərazisində  çox  yayıl­

dığını  və  onun  heç  bir  təsirə  uymayaraq,  xalqı  öz  şirin  dilində 

oxşadığım,  hətta başqa millətlərin  nümayəndələrinin bu  cazibəyə 

düşərək  türkcə  şeirlər  yazdığını  bildirməkdədir:  “Hətta  İran 

kültürünün çox  qüvvətli  təsiri  altında qalan yüzlərlə  yerlərdə belə 

türk  ənənələrini  yaşadan  və  klassik  ədəbiyyata  rəqabət  edənlər 

sırf bu  ozanlar olmuşlar.Yenə  bu ədəbiyyat  gürcü  və  erməni  xalq 

ədəbiyyatı  üzərində  müəssir  olmuş,  hətta  bilxassə  ermənilərdən 

türkcə yazan şairlər yetişmişdir” (141,  s.  10).

Xavər  Aslan  isə  Azərbaycan  aşıq  şeirinin  yüksəlişindən 

bəhs  edərkən,  bu  sənət  sahəsinin  digər  xalqların  ədəbiyyatına 

olan  təsirinə xüsusi  diqqət yetirmiş,  “Azərbaycan  aşıq  ədəbiyyatı” 

məqaləsində,  bu barədə  yazmışdır:  “Qonşu  xalqların  ədəbiyyatını 

da  təsiri  altına  alan  böyük  və  zəngin  aşıq  ədəbiyyatına  sahibiz. 

Əzəmətli  keçmişi,  böyük  ənənələri  olan  Azərbaycan  aşıq  sənəti 

XVII  -   XVIII  əsrlərdə  daha  da  irəliləyərək  ölməz  milli  dastanlar 

yaratmış,  ədəbiyyat  tariximizdə  önəmli  yer  tutan  ustad  aşıqlar 

yetişdirmişdir” (81,  s.  13).

Məlumdur  ki,  Azərbaycan  dilində  yazan  erməni  aşıqların­

dan  ən məşhuru  Sayat  Nova  hesab  edilir və hətta  H.Araslı  bu aşı­

ğın  azərbaycanca  yazdıqlarının  öz  ana  dilindəki  və  gürcücə  şeir­

lərindən  daha  çox  olduğunu  qeyd  etmişdir  (2,  s.74).  Lakin 

mühacirətdə onunla bağlı  məlumata təsadüf etmədik.

134

Professor  İ.Abbaslı  “Ozan-aşıq  sənətinə  tarixi  baxış”  adlı  təd­



qiqatında  XIX-XX  əsrlər  də  daxil  olmaqla  Azərbaycan  dilində  yazan 

dörd  yüzdən  cox  erməni  aşığı  olduğunu  qeyd  etməkdədir  (1,  s.217). 

Lakin  Azərbaycan  dilində  yazaraq  məşhurlaşan  ermənilər  bəzən  bu 

dilə və  sənətə  qısqanclıqla  yanaşmışlar.  A.Kalantaryansm  1873-cü ildə 

“Mışak”  qəzetində  verilən  aşıqlarla  bağlı  fikirlərindən  bunu  görmək 

mümkündür:  “indiki  erməni  nəğməkarı  (aşığı)  topal,  kor,  yaxud  başqa 

nöqsanı olan şəxsdir ki,  o,  öz qüvvəsi  ilə çətinliklə azuqə tapa bilər.  O, 

özünü ennəni  nəğməkarı  adlandırsa,  onun  yüksək  xüsusiyyətlərinə  heç 

də  malik deyildir.  Çox  dəfə onun oxuduqları  türkcə,  yaxud  farsca olur, 

o,  qapı-qapı  gəzərək hər bir qəpik üçün oxuyur” (77,  s.283).

Bu  cəfəng  fikirlərə  cavabı  isə  onların  öz  nümayəndələrinin 

timsalında  cavab  vennək  daha  məqsədəuyğun  olardı  ki,  bu  sahə­

də mühacirət alimlərinin  də xidməti  nəzərə alınmalıdır.

135


NƏTİCƏ

Tarixi  insanlığın  yaşı  qədər  qədim  zamanlara  uzanan  A zər­

baycan əsrlər boyu kəskin əzablara, müharibələrə,  inqilablara,  n ə­

hayət  parçalanmaq  kimi  ən  ağır  işgəncəyə  məruz  qalsa  da,  bu 

müqəddəs  torpaqda  məskunlaşan  insanlar  özlərinin  haqqı  olan 

ədaləti,  istiqlalı qazanmaq  yolunda mübarizədən geri  çəkilməmiş, 

şəhid  qam  ilə  suvarılan  yurdunun  azad  və  bütöv  olacağı  gələcək 

günün  ümidi  ilə  yaşamış,  bu  keşməkeşli  illərin  izlərini  qoruyan 

böyük ağrıların, iztirabların,  eyni zamanda azadlıq arzularının  ifa­

dəsi  olan zəngin bir irs  yaratmışlar.  Bu tədqiqat  işində  siyasi-ide- 

oloji səbəblər üzündən qərib  ellərə pənah aparsa da,  vətənin  dərd­

ləri  kimi  istiqlal  arzularım  da  qəlbində  daim  yaşadan  və  dünya 

ictimaiyyətinə  çatdırmağa  çalışan  Azərbaycan  mühacirət  folklor- 

şünaslarmın  yaradıcılığı  fonunda  həmin  irsin  mühüm  bir  qismi 

təhlilə cəlb edilmişdir.

Azərbaycan mühacirətini  təmsil  edənlər Əhməd bəy Ağaoğ- 

lıg-  Əli  bəy  Hüseynzadə,  Məhəmməd  Əmin  Rəsulzadə,  Mirzə 

Bala  Məmmədzadə,  Əhməd  Cəfəroğlu,  Ceyhun  Hacıbəyli, 

Sə­

lim  Rəfiq  Rəfıoğlu,  Nağı  Keykurun  (Şeyxzamanlı),  Hüseyn  Bay- 



kara,  ƏbdülvahabYurdscvər,  Məmməd  Sadıq  Sənan  (Aran),  Mir- 

zadə  Mustafa  Fəxrəddin,  Mehmet  Şakir  Ülkütaşır,  Hilal  Münşi, 

Məcid  Musazadə,  Mustafa  Haqqı  Türkəqul,  Feyzi  Aküzüm, 

Yunus  Lənkəranlı,  Nəbi  Turablı,  Əli  Volkan  (Usta),  İren  Me- 

likoff,  Xavər  Aslan,  Turxan  Gənceyi,  Həmid  Nitqi,  Qulamrza 

Səbri  Təbrizi,  Behruz  Həqqi,  Nemət  Rahməti,  Əziz  Alpaut 

(Mirəbdüləziz  Seyid),  Zeynal  Saray,  Çingiz  Gökgöl,  Əli  Minayi, 

Lətif Elsevər  və  başqaları  uzun  illər  boyu  Azərbaycan  mədəniy­

yəti,  ədəbiyyatı  ilə bağlı  fəaliyyət göstərmiş, o  cümlədən yaradıcı­

lıqlarında  folklorşünaslıqla  əlaqədar  araşdırmalara  müntəzəm  yer 

vermişlər.  Bu  ziyalılardan  Ə.Cəfəroğlu,  S.Rəfiq,  İ.Melikoff, 

B.Həqqi,  X.Aslanın  tədqiatları  folklorla daha sıx bağlı olmuşdur.

“Yeni  Qaf’qazya”  (1923,  İstanbul),  “Azəri  türk”  (1928, 

İstanbul),  “Odlu  yurd”  (1929,  İstanbul),  “Bildiriş”  (1930,  İstan­

136

bul),  “Azərbaycan  yurd bilgisi” (1932,  İstanbul),  “İstiqlal”  (1934, 



Berlin),  “Qurtuluş”  (1934,  Berlin),  daha  sonralar  isə  “Ana  dili”, 

“Bayquş”,  “Azər”,  “Savalan”,  “Yol”  (Almaniya),  “Səhənd”, 

“Duma”,  “Tribun”,  “Araz”  (İsveç),  “Odlar  ölkəsi”,  “Aydınlıq”, 

“Araz”  (Böyük  Britaniya),  “Xudafərin”  (Polşa),  “Dədə  Qorqud” 

(İspaniya)  və  s.  kimi  mühacirət  mətbuat  orqanları  folklor  örnək­

lərinin  təbliğində  mühüm  işlər  görmüş,  bu  mövzudakı  araşdır­

malara səhifələrində geniş yer ayırmışlar.

Mövzu  istiqamətinə,  metodologiyasına görə mühacirət  folk­

lorşünaslığı  özünəməxsus  xüsusiyyətlərə  malikdir.  Mühacirətdə 

xalq  ədəbiyyatının  bütün  janrları  bu  və  ya  digər  dərəcədə  çox 

vaxt  bədii-estetik  sənət  nümunəsi  kimi  sırf  ədəbi-nəzəri  yöndən 

təhlil  edilmişdir,  lakin  bəzən  də  bu  örnəklərdən  xalqın  istiqlal 

arzularının  ifadəsi  kimi  ictimai-siyasi  məzmunlu  tədqiqatlarda 

müəllifin  mülahizələrinin  daha  dolğun,  obrazlı  ifadəsi  üçün  isti­

fadə olunmuşdur.

Aşıq  yaradıcılığı  Azərbaycan  mühacirət  folklorşünaslarının 

ən  çox  önəm  verdiyi  mövzulardan  olmuşdur,  xüsusən  Qurbani, 

Aşıq  Abbas  Tufarqanlı,  Dədə  Qasım,  Sarı  Aşıq,  Aşıq  Oləsgər 

kiıni  ustad  sənətkarlar  haqqında  geniş  tədqiqatlar  aparılmışdır. 

Bundan  əlavə,  mühacirətdə  adları  bu  gün  də  aydınlığa  qovuş­

mamış  qalan  Bağdad  xanım,  Sona  xanını,  Göyçək  xanım,  Biçarə 

Osman,  Müəzzin  Türab,  Baxşı  Naxçıvanlı  və  başqa  aşıqlarla 

bağlı  tədqiqatlar aparılmış,  yaradıcılıqlarından  örnəklər  nəşr  edil­

mişdir.


Qürbət  önırii  sürən  ziyalılar  özlərilə  eyni  taleni  böliişən 

mühacir  aşıqlar  haqqında  məlumat  vermiş,  onların  yaradıcılıq­

larını  araşdırmış,  şeirlərini  nəşr  etdirmişlər.  Adı  hələ  də  vətən­

lərində  məchul  qalan  bu  didərgin  sənətkarların  yaradıcılığının 

daha  geniş  öyrənilməsinə,  əsərlərinin  doğma  torpaqlarında  nəşri­

nə  ehtiyac  vardır.

Mühacirət  folklorşünaslan  toplama  fəaliyyətlərini  daim  da­

vam  etdirmiş,  yazıya  aldıqları  materialların  nəşrinə  və  təbliğinə 

çalışmışlar.  Onlar  hətta  həbsxanalarda  ədəbi  örnəkləri  yazıya  al-

137


nuşlar  ki,  bu  da  “məhbəs  folkloru”  kimi  bir  silsilənin  də  yaran­

masına səbəb olmuşdur.

Mühacirətdə  folklor  materialları  dilçiliklə  sıx  əlaqədə,  qar­

şılıqlı  təsir  dairəsində  təhlil  edilmişdir.  Örnəklər  dünya  standart­

ları  səviyyəsində  yerli  dialektlərə  uyğun  olaraq  yazıya  alınmış, 

informator  haqqında  bilgilər  tam  şəkildə  öz  əksini  tapmışdır. 

Beləliklə,  həmin  materiallar  folklorşünaslıq  üçün  olduğu  qədər 

dilçilyin  etimologiya,  dialektologiya,  antroponimika,  toponimika, 

və  s. kimi  sahələrinin araşdırıcıları  üçün  də qiymətli  mənbə hesab 

edilə bilər.

Azərbaycan  xalq  yaradıcılığının  həm  qardaş,  həm  də  qonşu 

xalqlara  təsirini  öyrənmək  baxımından  mühacirətdə  müəyyən 

işlər  görülmüşdür.  Həmin  tədqiqatların  araşdırılması  Azərbaycan 

folklorunun yayılma  arealım  öyrənmək  baxımından  mühüm  əhə­

miyyətə malikdir.

Yuxanda  qeyd  edilənlər  göstərir  ki,  Azərbaycan  övladları 

dünyanın  hansı  ölkəsində  yaşamasından  asılı  olmayaraq  vətən 

havası  ilə  nəfəs  almış,  xalq  yaradıcılığından  bəhrələnərək  fəa­

liyyət  göstərmişlər.  Onların  tədqiqatları  çox  zəngindir  və  elmi- 

nəzəri  baxışları  mövcud  araşdırmalardan  əhəmiyyətli  dərəcədə 

fərqlənir.  Bu  irsin  Azərbaycanda  nəşri  əksəriyyəti  vətənin  yeni­

dən  müstəqilliyinə qovuşduğunu görə bilmədən  ona sonsuz həsrət 

duyğuları  ilə  dünyasını  dəyişmiş  olan  mühacir  ziyalılarımızın  ən 

böyük mənəvi  haqqıdır.

138

ƏDƏBİYYAT

Azərbaycan dilində

1.  Abbaslı  İsrafil.  Folklorşünaslıq  axtarışları,  2  cilddə,  I  cild,  Bakı, 

Nurlan, 2009, 512 

s.

2.  Araslı  Həmid,  Aşıq  yaradıcılığı,  Bakı,  Birləşmiş  nəşriyyat,  1960, 



136 s

3.  Aşıq Alı.  Əsərləri,  Tərtib edən:  II.İsmayılov,  Bakı, Avrasiya  Press, 

2006,  192  s.

4.  Aşıqlar, Tərtib edən:  H.Əlizadə, Bakı, Azəməşr,  1937, 523  s.

5.  Aşıqlar,  Tərtib  edən:  S.Axundov,  Bakı,  Respublika  Xalq  Yara­

dıcılığı evi,  1957,  302 s.

6.  Aşıqlar, Tərtib edən:  Səttar Axundov, Bakı,  1960,  184 s.

7.  Aşıq  Ələsgər.  (1  kitab,  Toplayan:  l.Oləsgərov,  Bakı,  film,  1972, 

328  s.

8.  Aşıq  Ələsgər.  Əsərləri,  Tərtib  edən:  İslanı  Ələsgər,  Bakı,  “Şərq- 



Qərb”, 2004, 400 s.

9.  Azaflı  Mikayıl.  Qoca  Azaflıyam,  Bakı, Nurlan, 2008,  760  s.

10.  Azərbacan  aşıqları  və  el  şairləri,  Toplayan:  Əhliman  Axundov, 

Bakı, Him,  1984,544  s.

11.  Azərbaycan  aşıq  şeirindən  seçmələr,  I  cild,  Bakı,  Şərq-Qərb,  2005, 

376 s.,  11 cild,  Bakı,  Şərq-Qərb,  2005,  424 s.

12.  Azərbaycan  dastanları.  5  cilddə,  I  c.,  Bakı,  Azərbaycan  SSR  HA 

nəşriyyatı,  1965,  380  s.:  11  c.,  Bakı,  Azərbaycan  SSR  HA  nəş­

riyyatı,  1966,  475  s.;  IV  c.,  Bakı,  Azərbaycan  SSR  HA  nəşriyyatı, 

1969,  508  s.

13.  Azərbaycan  dastanları.  Toplayan  və  nəşrə  hazırlayan:  A.Nəbiyev, 

Bakı, Gənclik,  1977,  171  s.

14.  Azərbaycan  ədəbiyyatı  laıixi.  3  cilddə,  111  c.,  Bakı,  Azərbaycan 

SSR  HA  nəşriyyatı,  1 957,  562  s.

15.  Azərbaycan  ədəbiyyatı  tarixi,  6  cilddə  I  cild,  Bakı,  Hint,  2004,  760 

s.

16.  Azərbaycan  folkloru,  Bakı,  Şərq-Qərb,  2005,  360 s.



17 

Azərbaycan  folkloru  antologiyası,  ХШ  cild,  (Şəki,  Qəbələ,  Oğuz, 

Qax, Zaqatala,  Balakəıı  folkloru),  Bakı,  Səda,  2005,  550 s. 

Azərbaycan  xalq  dastanları,  Bakı,  Yazıçı,  1983,  251  s.

139


19.  Azərbaycanın  qadın  şairləri  antologiyası,  Tərtib  edən:  Əzizə 

Cəfərzadə, Bakı, Avrasiya Press,  2005.  256 s.

20.  Azərbaycanın şair və  aşıq qadınları, Tərtib edən:  Əzizə Cəfərzadə, 

1.  cild, Bakı,  Gənclik,  1991,288  s., II cild, Bakı,  Maarif, 280  s,

21.  Azərbaycan sovet ədəbiyyatı, Bakı, Maarif,  1988,  543  s.

22.  Azərbaycan tarixi,  3  cilddə,  II c., Bakı,  Azərbaycan SSR EA 

nəşriyyatı,  1964,  1002 s.

23.  Belıcət Bəhlul.  San Aşığm bayatıları,  Bakı,  Səda,  2006,  96 s.

24.  Cəfərli  Məmməd.  Azərbaycan  legion  ədəbiyyatı,  Bakı,  Qapp- 

poliqraf korporasiyası, 2005,  371  s.

25.  Cəfəroğlu Əhməd.  Seçilmiş əsərləri, Bakı, Mütərcim, 2008, 408  s.

26.  Əbülhəsəııli  Elşən.  Əhməd  Cəfəroğlunuıı  ədəbiyyatşünaslıq  irsi, 

Bakı,  Azərnəşr,  2006,  132  s.

27.  Əfəndiyev  Paşa.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı,  Bakı,  Maarif, 

1981,404  s.

28.  Ənsərli  Mirzə  (Ləmbəli).  Gəncəli  professor  Əhməd  Cəfəroğlu, 

Bakı,  Qartal,  1996,  80 s.

29.  Hacıbəyli  Ceyhun  bəy.  Qarabağın  dialckti  və  folkloru  (Qafqaz 

Azərbaycanı),  Bakı,  Ozan,  1999,  48  s.

30.  Hacıbəyli  Ceyhun  bəy.  Seçilmiş  əsərləri  (Mühacirət  dövrü),  Bakı, 

Elm, 2006,  98  s.

31.  Hacıyev Tofiq.  Qıpçaq çölü haqqında elmi  ballada, “Ədəbiyyat 

qəzeti’’,  Bakı,  12  avqust 2005, №  32(3421)

32.  lləqqi  Behruz.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  (əski  əlifba  ilə), 

Köln,  Azərbaycan yayın  evi,  1990,  116  s.

33.  lləsənqızı  Almaz.  Azərbaycan  mühacirət  folklorşünaslığında - 

dastançılıq məsələləri,  Bakı,  Azərnəşr,  2002,  124  s.

34.  lləsənqızı  Almaz  İkt  dastan,  Bakı,  Azərnəşr, 2006,  120 s.

35.  Həsənova  Aygün.  Şeyx  Şamil  obrazı  Azərbaycan  elmi-bədii 

təfəkküründə  (Azərbaycan  ədəbiyyatında  Şeyx  Şamil  obrazı), 

Bakı,  Vektor,  2004,  140  s.

36.  Həsənova  Şəlalə.  Mühacirət  irsimizdən  səhifələr,  Bakı,  Maarif, 

1995,  153  s.

37.  Hicran  Fəridə  (Vəlıycva).  Azərbaycan  mühacirət  folklorşünaslığı, 

Bakı,  Qartal,  2009,  176 s '

38.  Hüseynov  Gülağa.  Əhməd  Cəfəroğlunun  folklorşünaslıq  irsi, 

filologiya  elmləri  namizədi  alimlik  dərəcəsi  almaq  üçün  təqdim

140


edilmiş dissertasiyası, Bakı, 2007,  146 s.

39.  Hüseynov  Rəfael.  Millətin  zərrəsi,  Bakı:  Azərbaycan  nəşriyyatı, 

2001,720 s.

40.  Xəlilov Əbdülxalıq.  Şeyx Şamil, Bakı, BDU nəşri,  1999,  76 s.

41.  Xəlilov Nizami.  Aşıq  sənətinin təşəkkülü,  Bakı,  BDU  nəşri,  2003, 

124 s.


42.  Xəstə Qasım.  46  şeir,  Tərtib  edən:  Sədnik  Paşayev,  Bakı,  Gənclik, 

1975, 64 s.

43.  Kərimov  İsmayıl.  Agent  kafedra  arxasında,  “Kommunist”  qəzeti, 

Bakı, 24mart  1974, №71(15591)

44.  Köçərli  Firudin.  Böhtançıya  cavab,  “Kommunist”  qəzeti,  Bakı,  20 

mart  1974, № 66 (15586)

45.  Qasımlı Məhərrəm.  Aşıq sənəti, Bakı, Ozan,  1996, 260 s.

46.  Qasımlı Məhərrəm.  Molla Qasım,  yoxsa  Xəstə Qasım,  Azərbaycan 

şifahi xalq  ədəbiyyatına  dair tədqiqlər,  IX  kitab,  Bakı,  Səda,  2000, 

s. 69-78


47.  Qasımlı Məhərrəm.  Ozan-aşıq sənəti, Bakı,  Uğur, 2007,  304 s.

48.  Quliyev Vilayət.  Ağaoğlular, Bakı:  Ozan,  1997, 236 s.

49.  Quliyev Vilayət.  Tarixdə  iz  qoyan  şəxsiyyətlər,  Bakı:  Ozan,  2000, 

584 s.


50.  Quliyev Vilayət.  Son illərin yazıları, Bakı, Ozan, 2009,  600 s

51.  Qurbaııi.  Nəşrə  hazırlayan  Q.Kazımov,  Bakı,  BDU  nəşri,  1990, 

280 s.

52.  İbrahimli  Xaləddin.  Azərbaycan  siyasi  mühacirəti,  Bakı:  Elm,



1996, 308 s.

53.  Məmmədzadə  Mirzə  Bala.  Dədə  Qorqud,  “Odəbiyyat  qəzeti”,  10 

yanvar  1997, №2  (3023)

54.  Mırəhmədov 

Əziz. 

Burjua 


elminin 

saxtakarlığı 

əleyhinə 

(Azərbaycan  ədəbi-ictimai  fikri  məsələləri),  “Azərbaycan  kom­

munisti”,  Bakı:  1974,  sayı 2,  s. 48-54

55.  Mirzə  Ağalar.  Şirvan  aşıq  yaradıcılığı  təşəkkülü  və  inkişaf 

tarixindən,  Bakı,  Elm,  2007, 300 s.

56.  Müasir  Azərbaycan  ədəbiyyatı,  II  cild,  Bakı  Universiteti  nəşr,, 

2007,  564  s.

57.  Mümtaz  Salman.  Azərbaycan  ədəbiyyatının  qaynaqları,  Tərtib 

edən:  Rasim Tağıyev,  Bakı, Yazıçı,  1986, 445  s.

58.  Mümtaz Salman.  El  şairləri, Bakı,  Səda, 2005,  292 s.

141


59.  Namazov Qara. Azərbaycan aşıq sənəti,  Bakı,  Yazıçı,  1984,  192  s.

60.  Nəbiyev Azad. Azərbaycan 

özbək  folklor əlaqələri,  Bakı,  Yazıçı, 

1978,133  s.

61.  Nəbiyev  Azad.  Azərbaycan  folklorunun  janrları,  Bakı,  ADU 

nəşriyyatı,  1983,  87 s.

62.  Nəbiyev  Azad.  Azərbaycan  aşıq  məktəbləri,  Bakı,  Nurlan,  2004, 

312  s.


63.  Nəbiyev  Azad.  Azərbaycan  xalq  ədəbiyyatı,  l  cild,  Bakı,  Çıraq, 

2009,  640  s.; 

II cild,  Bakı.  Elm,  2006,  618  s.

64.  Rəsulzadə  Məhəmməd  Əmin.  Əsrimizin  Siyavuşu.  Çağdaş 

Azərbaycan  ədəbiyyatı.  Çağdaş  Azərbaycan  tarixi,  Bakı,  Gənclik, 

1991,  112 s.

65.  Sultanlı  Vaqif. 

Ağır  yolun  yolçusu, 

Bakı,  Azəməşr, 

1996, 


190  s.

66.  Sultanlı  Vaqif.  Azərbaycan  mühacirət  ədəbiyyatı,  Bakı,  Şirvan- 

nəşr,  1998,  160 s.

67.  Sultanlı Vaqif.  Ömrün nicat  sahili,  (ön  söz), Bakı,  Turan evi,  2004, 

182 s.

68.  Süleymanlı  Mübariz.  Mirzə  Bala  Məhəmmədzadənin  “Qurtuluş” 



məcmuəsindəki  yazılan  haqqında,  “Mədəniyyət  dünyası”,  XIV 

buraxılış,  Bakı,  ADMİU,  2007,  s.  7-1 7

69.  Süleymanlı  Mübariz.  Əhməd  Ağaoğluııun  ilk  elmi  əsəri:  “Şiə 

dinində məzdəki  inancları”,  Bakı, “Letterpress”,  2007,  128  s.

70.  Süleymanlı  Mübariz.  Əhməd  Ağaoğlunun  “ İslama  görə  və 

islamiyyətdə  qadın”  əsərinə  elmi-tənqidi  yanaşmalar,  Bakı, 

“Letterpress”,  2008,  148  s.

71.  Tahirli  Abid.  Azərbaycan  mühacirət  mətbuatı,  Ic.,  Bakı,  Qapp- 

Poliqraf, 2002,  156  s.;  Пс„  Vakı, Ozan,  2003, 275s

72.  Tahirli  Abid.  Ceyhun  Hacıbəyli  folklor  tədqiqatçısı  kimi,  “Dədə 

Qorqud”,  Bakı,  2004,  sayı  4(13),  s.89-93

73.  Talıbzadə  Kamal.  Əhməd  Ağaoğlu,  “Azərbaycan”  ,  Bakı,  1989, 

№1,  s. 133-146

74.  Təhmasib  Məmıuədhüseyn.  Azərbaycan  xalq  dastanları  (orta 

əsrlər),  Bakı,  Elm,  1971,400  s.

75.  Təhmasib Məmmədhüseyn.  Seçilmiş  əsərləri,  2 cilddə,  I cild,  Bakı. 

Mütərcim, 2010,  488  s.

76.  Tufarqanlı  Abbas.  72  şeir,  Bakı,  Gənclik,  1973,  80  s.

142

77.  Ycrevanlı  Əkbər.  Azəri-erməni  şifahi  xalq  ədəbiyyatı  əlaqələri, 



Yerevan, Enuəni  Dövlət  Nəşriyyatı Haypetram,  1958, 270 s.




1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə