“Almazı yerin dərinliyində axtardığımız kimi,həqiqəti də düşüncələrin dərinliyində axtarmalıyıq.(V. Hüqo) “Tənhalıq mənim dostumdur”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#43084
asim-arazli-tenhaliq-menim-dostumdurdetektiv-roman



1
 
 
    “Almazı  yerin  dərinliyində  axtardığımız  kimi,həqiqəti  də 
düşüncələrin dərinliyində axtarmalıyıq.(V.Hüqo) 
                  “Tənhalıq mənim dostumdur” 
 
 
   PROLOQ 
Hava  təzəcə  işıqlanmışdı.Səhər  saat    8:20  olardı.  Qış    olduğundan  
və  havalar  da  keçən  ilkindən  soyuq  olduğuna  görə  bu  yerlərdə  
hava  belə  gec  işıqlaşırdı.  Ona  görə  də  kəndin  nə  ayağında,  nə  
də    başında    bir    ins-cins    gözə    dəymirdi.    Hamı    səhərin    şirin  
yuxusunda    idi.    Gecə    böcəklərinin  səsini    və    kanaldan    axan  
suyun  şırıltısını   istisna  etsək  demək  olar  ki,  tam  sakitlik  idi.  
Amma    birazdan    bu    sakitliyə    son    qoyuldu.    Kəndin    ayağında  
böyük  bir  ferma  vardı.  Ferma  boyunca  böyük  Qarabağ  kanalı  
axırdı.  Artıq  səhər  8 : 30  olardı.  Çoban  Əhmədalının  səsi  ətrafı  
bürümüşdü.Hava    şaxtalı    olduğundan    Əhmədalı    kişi    bərk  
bürünmüşdü.  Ümumiyyətlə  bu  yerlərdə  fevral  ayını  "cəhənnəm  
ayı"    adlandırırlar.Çoban  Əhmədalı    sürüsünü  Qarabağ    kanalı  
boyunca  aparırdı.”Xallı”adlı  it  də  sürünün  yanında  gedirdi.  Bu  
it  çoban  Əhmədalının  kənddə  ən  yaxın  dostu  idi.  İstər  yayın  
istisi,    istərsə    də    qışın    şaxtası    olsun    fərqi    yoxdur,    Xallı    heç  
vaxt    çoban    Əhmədalını    tək    qoymazdı.Sürü    Qarabağ    kanalı  
boyunca   yavaş -  yavaş  gedirdi.  Birdən  çoban   Əhmədalı  gördü  
ki,  Xallı   sürünün  yanında  yoxdu.   Ətrafa  boylandı,amma  Xallı  
gözə    dəymirdi.    Düşündü,yəqin    kanaldan    su    içir    indi    gələr.  
Biraz    sürü   irəliləmişdi    ki,    Xallının    səsi    gəldi.   Bu   səs   çoban  
Əhmədalını  qorxutdu.  Çünki  Xallı  ancaq  canavar,  ya  da  başqa  
təhlükəli    nəsə    görəndə    belə    mırıldıyırdı.    Çoban    Əhmədalı  
yerində  duruxsundu. İtin  səsi  15  metr  arxada  kanalın  qırağında  
kol-kosun  yanında  gəlirdi.Biraz  irəli  gedən  Əhmədalı:  
 
 
 
- Xallı, Xallı  bura  gəl - deyərək  çağırdı. 


2
 
 
Sahibinin    səsini    eşidən    Xallının    mırıltısı    daha    da    qızışdı.  
Çoban  Xallını  çox  istəyirdi.  Öz  sadiq  itini  itirməkdən  qorxan  
Əhmədalı  kişi  Xallının  səsi  gələn  tərəfə  getdi.  Biraz  getmişdi  
ki,  Xallının  Kanalın  qırağında  durub  mırıldadığını  gördü. 
-  Yəqin  tısbağa  görüb - deyə  fikirləşdi. 
  Xallını  yanına  çağırdı.  Amma  it  heç  başını  sahibinə  sarı  belə 
çevirmədi.Ancaq    gözünü    suya    zilləyib    dartınırdı.    Çoban  
Əhmədalı  itin  yanına  gəldi,onun başını  tumarlayıb  sakitləşdirdi.  
Əhmədalı    kişi    it    mırıldayan    tərəfə    baxdı.    Çoban    Əhmədalını  
dəhşət    bürümüşdü.    Qorxusundan    bir    addım    belə    geri    atmadı.  
Kanalda    insan    cəsədi    vardı.    Əynində    qara    kutka    olan    bu  
adamın    cəsədi    kolluxa    ilişib    qalmışdı.    Meyitin    suda    əlləri  
görsənirdi,  amma  sifətini  görə   bilmədiyindən  Əhmədalı  bunun  
kim  olduğunu  bilmədi.Çoban  Əhmədalı  yerində  donub  qalmışdı.  
Ona  elə  gəlirdi  ki,  qorxulu  yuxu  görür  birazdan  ayılacaq.  38 
yaşlı  Əhmədalı  Xallının  mırıltısına  diksindi.  Kanala  yaxınlaşdı,  
meyitin    kutkasından    yapışıb    özünə    sarı    dartdıCəsədi    sudan  
çıxaranda  Çoban  Əhmədalını  yenidən  dəhşət  bürüdü. 
 -    Aman    Allah    bu  ki    Səfərin    oğlu    İlhamdı.    Meyit    suyun  
soyuğundan    göyərmişdi.    Sifətinin    dəşətli    ifadəsi    vardı.    Çoban  
Əhmədalı    meyiti    kanalın    qırağında    qoyub    kəndə    qaçdı.  
Qorxduğundan  heç  sürüsünü  belə  fikirləşmədi. 
                                                **** 
  Çox    keçmədi    ki,    Usta    Səfərin    oğlu    İlhamın    Qarabağ  
kanalındakı  müəmmalı  ölümü  bütün  rayona  yayıldı.  Bu  hadisə  
haqqında    dedi  -  qodular    çoxalırdı.    Artıq    7    gün    idi    ki,    usta  
Səfərin    ailəsi    baş    vermiş    bu    faciənin    təsirində    idi.    İlhamın  


3
 
 
anası  Güllü  xanım  bu  xəbəri  eşidəndə  sanki  bütün  rayon  onun  
üçün  cəhənnəm  oldu.  İlhamın  atası  Usta  Səfər  isə  yeganə  oğlu  
İlhamı    itirməsilə    heç    cür   barışa    bilmirdi.    İlhamın  ölüm  səbəbi 
isə hamı üçün müəmmalı idi. 
 
 
 
 
**** 
  Usta Səfərin  həyətinə  çoxlu  insan toplaşmışdı. Evdən  qadınların 
fəryad dolu  səsi gəlirdi.İlhamın  nakam  ölümü  hamını  sarsıtmışdı.  
21  yaşında  olmasına  baxmayaraq  bütün  kənd  bu  oğlanın  xətrini  
istəyirdi.    Çoban    Əhmədalı  bugün  dəUsta    Səfərin    yanında    idi.  
Həmin    hadisədən    hələ  də    özünə    gəlməyən    Çoban    Əhmədalı  
demək    olar    ki,    hər    gün    İlhamın    valideyinlərinin    yanında  
olurdu.    Həmin    gün    Əhmədalı    kişi    İlhamın    faciəsini    onun  
valideyinlərinə    xəbər    gətirəndə    Usta    Səfər    təzəcə    yuxudan  
durmuşdu.  Güllü  xanım  içəridə  çay  qaynadırdı.  İlhamın  bacısı  
Səyidə   isə   hələ   yatırdı.  Gecə   İlham  evə   gəlməmişdi.   Amma  
bu    valideyinlərini    heç  də    ciddi    narahat    etməmişdi.    Çünki  
İlhamın        dostugildə,    əmisigildə    qaldığı    günlər    çox    olmuşdu.  
Usta    Səfər    həmin  gün  də    elə    zənn    etmişdi    ki,    İlham    yəqin  
dostugildədi,    ya    da    əmisigilə    gedib.    Çoban    Əhmədalı    xəbəri  
Usta    Səfərin    ailəsinə    çatdıranda    Usta    Səfərin    dizləri    yerə  
çökdü,  dünya  başına  daraldı.  Həmin  gün  Güllü  xanım saçlarını  
yola - yola  Çoban  Əhmədalının  yaxasından  yapışıb  "bu  xəbərin  
yalan  olmasını"  ondan tələb  etsə də Əhmədalı ona istədiyi cavabı 
verə bilməmişdi.. Güllü  xanım  özünü  itirmişdi.  Tez  bir  zamanda  
Güllü    xanımın    naləsi    bütün    kənddə    yayıldı.    Xəbəri    eşidənlər  
Qarabağ    kanalına    tərəf    axışırdı.    Usta    Səfər    nə    qədər    elədiki  
özüdə    Qarabağ    kanalına    gedib    oğlunun    cansız    bədənini  
qucaqlasın,  amma  ayaqları  sözünə  qulaq  asmadı. 
 **** 


4
 
 
  Usta  Səfərin  darvazasının  yanında  mersedes  markalı  bir  maşın  
dayandı.    Sürücünün    yanında    qara    kostyumlu    Qabil    Fərəcov  
oturmuşdu.  Maşın  2  dəqiqə  olardı  ki,  Usta  Səfərin  darvazasının  
qarşısında    dayanmışdı,amma    Fərəcov    hələ    maşından    yerə  
düşməmişdi.    Kirpiyinin    altındakı    qara    gözləri    ətrafa    nəzər  
salırdı.    Fərəcovun    üzünə    diqqətlə    baxdıqda    onun    sifətindəki  
narazılığı  görməmək  olmazdı.  Mersedesin  qabaq  qapısı  açıldı.  
Fərəcov   yetərincə   canlı-cüssəli  insan   idi.  Sifətinin  enniliyindən  
qulaqları    güclə    görsənirdi.    Yavaş  -  yavaş    maşından    düşən  
Fərəcov    havanın    soyuqluğundan    şikayət    edərək"xarabanın  
havasına  baxda"  dedi.  Qabil  Fərəcov  Bələdiyyənin  sədri  idi.  8  
il  olardı  ki,  sədr  işləyirdi.  İmkanı  yaxşı  idi.  Bakıda  bir  şirkətlə  
nəsə   iş  birliyi  qurmuşdu.  Amma  Fərəcovun  bu  şirkətlə   nə   iş  
gördüyünü    özündən    başqa    kimsə    bilməzdi.    Fərəcov    təzə  
ayaqqabısı    çirklənməsin    deyin    palçıqlı    yerdən    ehtiyyatla  
addımlayırdı.Yavaş  -  yavaş    darvazadan    içəri    keçdi.    Usta    Səfər  
həyətdə    oturmuşdu.  Fərəcovun   ona   sarı    gəldiyini    görüb   ayağa   
qalxdı və ona  sarı  getdi.Fərəcov: 
.-  Başınız  sağ  olsun. 
-   Sağolun-Usta  Səfər  bu  7  günün   içində   tamam  başqa  adam  
olmuşdu.    Əvvəlki    Səfərdən    əsər-əlamət    belə    qalmamışdı.  
Fərəcovun   qarşısında  sanki  əvvəlki  qüvvətli  qolları  olan  Usta  
Səfər    deyil,    arıx  -  cılız    bir    uşaq    dayanmışdı.    Qabil    Fərəcov  
ürəyində  dedi: 
  Bu    kişinin    vəziyyəti    elədir    ki,    belə    görürəm    elə    bu    da  
yaxınlıqda  oğlunun  dalınca  gedəcək. 
 -  Allah  səbr  versin..Eşitdim  çox  pis  oldum.Bakıdaydım.  Dünən  
yox  sırağagün  eşitdim. İlhamın  belə  iş  tutmasına  inan  bilmirəm.  


5
 
 
O,   çox    sakit   uşaq   idi.    Oğlum    Allahyar    ilə    bərk    dost   idilər.  
Allahyar  özüdə  çox  pis  olub.  Anası  deyir  həmin  xəbəri  eşidən  
gündən    özünə    gələ    bilmir.    Sizə    gəlmədiyinə    görə    ondan  
inciməyin.O,  çox  pis  vəziyyətdədir. 
 -  Nə  incimək  Fərəcov.  Heç  bilirəm  ki,  kim  gəlir,  kim  gedir.    
Allahyarın  bizə  gəlməsi  ilə  nə  dəyişəcək ki?.İlham  geri  qayıdan  
deyil-Səfərin    gözləri    doldu.    Ağlamaq    istəyirdi.    Amma  
gözlərinin  yaşı  da  qurumuşdu.  Özünü  saxlaya  bilməyib: 
 -  Belimi  sındırdın  İlham!.Belimi  sındırdın! - dedi. 
  Fərəcov:  -Elədemə..-Darvazanın    qabağında    polis    maşını  
dayandı.Maşından  bir  kök,  biri  isə  ondan  biraz  arıq   iki  polis  
darvazadan   içəri  girdi.  Bunlardan   biri  Leytenant  Qarayev   idi.  
Digəri isəməhkəmə  tibbi  ekspertizasının  nümayəndəsi  Cəfərzadə  
Səlim idi.Əlində  qovluq  tutan  Səlim  Cəfərzadə  yeyin  addımlarla  
Fərəcovla    qabaq  -  qabağa    dayanmış    Usta    Səfərə    yaxınlaşdı.  
Cəfərzadə:   
 
 
 
 
 
 
     
-Salam.Bir daha başınız sagolsun.                                              ------
-Sağolun.  Allah  razı  olsun. 
  Cəfərzadə  üzünü  Fərəcova  tutub:   
-  Bakıdan  nə  vaxt  qayıdıbsınız  yoldaş  Fərəcov?. 
-  Bu  gün  səhər. 
-    Hə    lap    yaxşı.    Səfər    məllim,  İlhamın    ölümü    ilə    bağlı  
ekspertizanın    nəticələri    açıqlanıb.    Əgər    bu    gün    özünüzü    pis  
hiss  edirsinizsə  biz  başqa  vaxt  gələ  bilərik. 


6
 
 
-    Yox.    Deyin    görüm.Onsuzda    mənimçün    daha    heç    nəyin  
mənası    yoxdu.    Xahiş      edirəm    nə    varsa    hamısını    deyin.  
Eşidirəm  sizi. 
  Cəfərzadə   gördü  ki,  Usta  Səfər  bu  sözləri   deyəndə   ayaqları  
əsdi.  Ayaq  üstə  özünü  güclə  saxladı. 
-  Bəlkə  oturağın?. 
-  Hə  əlbəttə.  Bağışdıyın.  Lap  başımı  itirmişəm.  Buyurun  keçin 
- Usta  Səfər  müqəssir  kimi  cavab  verdi. 
  Onlar  keçib  qapıdakı  stolda  əyləşdilər.  Səlim  Cəfərzadə  Usta  
Səfərlə    qarşı  -  qarşıya    əyləşdi.    Fərəcov    da    bunlarla    birlikdə  
əyləşdi.    Leytenanat    Qarayev    Fərəcovun    qarşısında    əyləşdi.  
Cəfərzadə    əlindəki    qovluğu    açdı.    İçəridəki    bir    neçə    kağızı  
səliqə    ilə    stolun    üstünə    qoydu.   Sonra    əlini    döş   cibinə    saldı.  
Qələmi  də  çıxarıb  səliqə  ilə  kağızın  üzərinə  qoydu.  Onun  belə  
ləng    hərəkəti    Səfəri    qıcıqlandırırdı.    Nəhayət    Cəfərzadə    sözə  
başladı. 
-    Məhkəmə    tibbi    ekspertizasının    rəyinə    əsasən    İlhamın  
ölməsinə    səbəb    onun    suda  boğulması  olub.Mərhum    gecə    saat 
təxminən  23:00    radələrində    intihar    məqsədilə    özünü    Qarabağ  
kanalına  atmışdır.Su  həddən  artıq  soyuq  olub.  Mərhum  intihar  
zamanı    özündə    olmuyub.O,elədiyi    hərəkətin    dəhşətini    suya  
düşəndən    sonra   dərk   edib.Soyuq    suyun    dəhşətli    ağrıları    onun  
iliyinə    işləməsi    İlhamın    qorxmasına    səbəb    olub.    Elə    oradaca  
ürəyi  partdıyıb.  Ehtimala  görə  İlham  özünü  Qarabağ  kanalının  
yuxarı  hissəsindəki  Qəbristanlıq  tərəfdəki  körpüdən  atıb.  Meyit  
doqquz  saata yaxın  suda  qalıb. 


7
 
 
-  Axı  cəsət  mən  bildiyimə  görə  körpünün  yanından  tapılmıyıb-
Qabil    Fərəcov    gözlərini    Səlim    Cəfərzadənin    üzünə    zilləyərək 
dedi. 
-  Meyit  körpünün  yanında  tapılmayıb.  İlhamın  cəsədi  körpüdən  
150  metr  kənarda  Əlişanovların  fermasına  yaxın  yerdə  tapılıb.  
Meyiti  Çoban   Əhmədalı  səhər  saat  8 : 45  radələrində   kanalın  
qırağında    tapıb.    Əhmədalının    verdiyi    ifadəyə    görə    İlhamın  
cəsədi  kollara  ilişib  qalıb.  Əllərində  kolların  cızdığı   izlər  var.  
Tibbi  ekspertiza  göstərir  ki,  meyit  təxminən 9 saat  suda  qalıb.  
Su  çox  soyuq  olduğundan  cəsədi  göyərmişdi.  Ölünün  üzərindən  
mobil  telefon  tapılmayıb.  Amma  sizin  dediyinizə  görə  (o,  Usta  
Səfəri  nəzərdə  tuturdu)  İlham  axırıncı  dəfə  evdən  çıxanda  onun  
telefonu    üstündə    olub.    Biz    belə    qənaətə    gəlirik    ki,    İlhamın  
telefonu  suya  düşüb.   
-  Demək  siz  belə  düşünürsünüz  ki,  mənim  oğlum  İlham  özünə  
qəsd    edib.    Usta    Səfər    biraz    əsəbiləşmişdi.    Oğlunun    intihar  
etməsinə  inanmaq  istəmirdi.   
-  Bunu  təkcə  mən  demirəm.  Aparılan  araşdırmalar  sübut  edir  
ki,  İlham  özünə  qəsd  edib.  Meyitin  üzərində  əlavə   izlərə  rast  
gəlinməyib.  Heçbir  zorakılıq  izləri  də  yoxdur. 
  Prokurorluqda    bu    iş    hələ    bağlanmayıb  -  Leytenant    Qarayev  
dilləndi. 
-  Necə  yəni  bağlanmayıb? - Qabil  Fərəcov  gözlərini  Leytenant  
Qarayevə  zillədi.  Fərəcovun  nədənsə  Qarayevdən  xoşu  gəlmirdi. 
-    İlhamın    intihar    etməsi    ehtimalı    daha    çoxdur.    Meyitin  
üzərində    aparılan    ekspertizanın    nəticəsi    göstərir    ki,    bu  


8
 
 
intihardır.    Amma    mən    şəxsən    bu    nəticəylə    heç    cür  
razılaşmıram. 
-  Mən  sizi  başa  düşürəm - Fərəcov  biraz  təbəssümlə  dilləndi. 
-  Necə  yəni?  Leytenant  Qarayev  biraz  əsəbi  şəkildə  gözlərini  
Fərəcova  zillədi. 
-  Siz  İlhamın  dayısısınız.  Onun   intihar  etməsini  qəbul  etmək  
sizə    ağırdır.    Necə    ki,    onun    valideyinləri    bunu    qəbul    edə  
bilmir.    Düzünü    bilmək    istəsəniz    mən    də    İlhamın    intihar  
etməsinə    inanmıram.    Gözümüzün    qabağında    böyümüş    uşaqdır.  
Mən  onu  oğlum  Allahyarla    bir    bilmişəm.    Rəhmətlik    harda  
görsəydi    mənə    salam    verərdi.    Böyük-kiçik    yeri    biləniydi.  
Kəndimizdə  helə  oğullar  çox  azdı.  Amma  neynəmək  olar.  Tibb  
ekspertizasının    rəyinə    inanmalı    olacayıq.    Səlim    Cəfərzadəni  
çoxdan  tanıyıram.  Bir   yerdə   duz - çörək  kəsmişəm.  Ona  görə  
inanmıram  Cəfərzadə  nədəsə  səhvə  yol  verə.  İkinci  bir  tərəfdən  
əgər    bu    intihar    deyilsə,    onda    belə    çıxır    ki,    İlhamı    kimsə  
qəsdən  kanala  tullamışdır.  Mən  ömründə  buna  inanmaram.  Usta  
Səfərin  ailəsi  indiyədək  bir  qarışqanı  belə   incitməyib.  İlhamın  
özüdə  sakit  adam  idi.  Bir  kimsə  ilə  işi  olmazdı.   
-  Fərəcov  sakit  şəkildə  bu  sözləri  dedi.  Və  getməyə  hazırlaşdı. 
-    İlham    mənim    doğma    bacım    oğludu.    Öz    bacımı    necə  
tanıyıramsa,    İlhamı    da    elə    tanıyıram.    O,    çox    vaxt    nəsə  
problemi    olanda    mənə    zəng    edərdi.    Onun    heç    bir    problemi  
yox  idi.  Valideyinləri  ilə  də münasibəti  qaydasındaydı.  İlhamın  
intihar  etməsinə  heç  bir  səbəb  yox  idi.   


9
 
 
-  Leytenant  Qarayev  yavaş - yavaş  əsəbləşirdi.  Söhbətin  gedişi  
Usta    Səfəri    hövsələdən    çıxarırdı.    O,    hər    şeyi    dəqiq    bilirdi.  
İlham   intihar  edə   bilməzdi.  Nə   Fərəcov,  nə  Cəfərzadə   nə   də  
Qarayev    İlhamı    mənim    qədər    tanıya    bilməzdilər.    O,    mənim  
oğlumdu.    Onun    əlindən    tutub    məktəbə    mən    aparmışam.  
Dərsləriylə    mən    maraxlanmışam.    Usta    Səfər    bu    fikirdəykən  
yadına  İlhamla  bağlı  bir  xatirə  düşdü. 
  Həmin  gün  bərk  qar  yağdı.  Hava  çox  soyuq  idi.  İlham  onda  
dördüncü  sinifdə  oxuyurdu.  Pəncərədən  qarın  yağmağını  görən  
İlham  çox  sevindi.  Qar  İlham  üçün  qışın  bəzəyi   idi.  Tezdən  
hər    gün    duran    kimi    tez    pəncərəyə    sarı    qaçıb    qarın    yağıb  - 
yağmamasını  görmək  istəyirdi.  Qarın  yağmadığını  görəndə  çox  
məyus    olardı.    Amma    bu    gün    çox    sevincli    idi.    Buna    səbəb  
qarın    yağması    idi.    Hər    tərəf    ağ    rəngə    boyanmışdı.    Nafesin  
qıraqlarında  buz  parçaları  sallanmışdı.  Azacıq  külək  də  əsirdi.  
Güllü  xanım  çayniki  peçin  üstünə  qoydu.Səhər  yeməyini  stolun  
üstünə  düzdü. 
-    Bu    gün    işə    gedəcəksən?  -  Güllü    xanım    qapının    ağzında  
dayanan  Səfərdən  soruşdu.  Onun  üzündə   bir  nigaranlıq  vardı.  
Həyat  yoldaşının    soyuq  havalarda  belə  ağır  işdə  işdəməsi  onu  
doğurdan  da  narahat  edirdi. 
-  Hə  gedəcəm. 
-  Havanı  görmürsən.  Heç  belə   havada  da bayıra  çıxmaq  olar.  
Qışın   bu  vaxtında  xəstələnib  eliyərsən. Özün  də   bu  gecə   hey  
öskürmüsən. 
-  Mən  getməliyəm.  Yalçına  dünən  söz  vermişəm. 


10
 
 
-  Yalçına  verdiyin  söz  öz  canından artıq olmayacaq  ki?.  Nolsun  
söz  vermisən.  Məgər  sən  söz  verəndə  bilirdin  ki,  bu   gün  hava  
belə  olacaq. 
-  Yaxşı  da  sən  də.  Sabah - sabah  qırmayaq  bir - birimizi.  Tez  
qayıdacam. 
-   Özün  bilərsən  ta.  Sən  guya  nə  vaxt  məni  eşitmisən. - Güllü  
küskün  şəkildə  başını  aşağı  saldı. 
  Usta    Səfər    əl  -  üzünü    yuyub    içəri    girdi.    Peçə    yaxınlaşdı.  
Əllərini  qızdırdı.  Sonra  stola  yaxınlaşıb  oturdu. Təzəcə  çaydan  
bir  qurtum  içmişdi  ki,  İlhamın  səs - küyünü  eşitdi. 
-  Ana! Ana!  tez  mənim  çörəyimi  ver.   
 
 
 
-  Sən  niyə  belə  tez  durmusan - anası  soruşdu. 
-  Necə  yəni  niyə.  Axı  məktəbə  getməliyəm. 
- Balaca, deyəsən,  sən  hələ  pəncərədən  çölə  baxmamısan - atası  
təbəssümlə  dedi. 
 
-  Baxmışam.  Elə  ona  görə  də,  belə  tezdən  durmuşam. - İlham  
gözlərini  atasına  zilləmişdi. 
-  Sən  heç  yerə  getmiyəssən.  Belə  soyuq  havada  onsuzda  heç  
məllimlər  də  gəlmir,  nəinki  4- cü  sinif  uşaqları.  Get  gir  yerinə  
yat.  Atan  da  işə  gedir.  Səni  kim  aparacaq  dərsə.  Tək  başına  
məktəbə    getməyi    ağlına    belə    gətirmə.    Gedərsən    soyuq    olar.  


11
 
 
Xəstələnərsən.    Sən  də    ki    maşallah    xəstələnəndə    azı    1    aya  
ayılırsan. 
  Anasının   bu  sözləri  İlhamın   bütün   əhvalını   pozsada  ümidini  
kəsmədi.  Usta  Səfər  çay  içirdi.  İlhamın  üzünə  baxmırdı.  Çünki  
bilirdi  ki,  oğlunun  üzündə  bu  dəqiqə  çox  yazıq  bir  ifadə  var.  
Həmin   ifadəni  görsə   məcburdur  ki,  İlhamı  dərsə   aparsın.  Elə  
bu  fikirdə  idi  ki, bajaca İlham  onun  şalvarından  yapışıb: 
-    Ata    nolar    gəl    məktəbə    gedək.    Xahiş    eliyirəm    nolar.    Söz  
verirəm  ta  sənnən  heçnə  xahiş  etmiyəcəm.  Nolar,  nolar. - İlham  
yavaş - yavaş  ağlamağa  başdamaq  istiyirdi. 
-    Yaxşı    ağlama    aparacam.    Sən    onsuzda    mənim    başımın  
bəlasısan. 
  Səfər  müəllim! - Səlim  Cəfərzadənin   səsinə  ayılan  Usta  Səfər  
gözlərini  Cəfərzadənin  üzünə  zillədi.  İlhamla  bağlı  bu  xatirədən  
ayrılmaq    ona    çətin    gəldi.    Bir    anlıq    o,    hər    şeyi    unutmuşdu.  
Real    həyatdan    uzaqlara    getmişdi.    Ən    çox    sevdiyi    insanların  
əhatəsində  idi.”Həmin  gün  mən  ağır  işdə  işdədim.  Hələ  ondan  
əvvəl  balaca  İlhamımı  hər  tərəfin  qarla  örtülməsinə  baxmayaraq  
dərsə   aparmışdım.   Ax!   o zamanlar.  Yol  boyu  İlham  susmadı.  
O,  çox  üşüyürdü.  Amma  o,  bütün  yol  boyu  üşüdüyünü  dilinə  
də    gətirmədi.    O,    hey    gülümsəyirdi.    Güldüyü    hər    anda  
dişlərinin    bir  -  birinə    dəydiyini    görürdüm.Balaca    İlhamım.  
Mənin  balacam.  O vaxtlar  elə  düşünürdüm  ki,  mən  həyatımın  
ən  çətin  günlərini  yaşayıram.  Ağır  iş  rejimi  məni  çox  yorurdu.  
Qış    soyuq  gəlmişdi.  Odun  ehtiyatı  tükənirdi.  Amma  indi  mən  
düşünürəm    ki,    səhv    etmişəm.    O    vaxtlar    mənim    ən    xoşbəxt  
günlərim    imiş.    Mənim    gözəl    ailəm    vardı.    İlham    kimi    oğlum  
vardı.    Güllü    kimi    həyat    yoldaşım    vardı.    Səyidə    kimi    qızım  


12
 
 
vardı.  Hələ  mən  Səyidənin  dünyaya  gəlməsini  demirəm.  İlahi!  
Mən  necə  xoşbəxt  imişəm.  Gündəlik  5  saatlıq  ağır  işdən  sonra  
öz    ailəmin    yanına    qayıdırdım.    Çox    yorğun    olurdum.    Şikayət  
edirdim  yaşadığım  həyatdan.  Amma heç  vaxt  əldən  düşmürdüm.  
Bu    gün    mən    heç    bir    iş    görməmişəm.    Bugünkü    işim    gəlib  - 
gedənlərin    baş    sağlığını    qəbul    etməkdən    ibarət    olub.    Amma  
demək    olar    ki,    mən    əldən    düşmüşəm.    Mən    çökmüşəm.  
Taqətim  qalmayıb.Gücüm  qalmıyıb.  Axı  bu  camaat  niyə   bura  
yığışıb?.  Neynirəm  onların  baş  sağlığını?  Mənə  oğlum  lazımdı.  
Mənə    İlhamı    qaytara    bilməyəcəklərsə    neynirəm    onların    baş  
sağlığını?    Nəyimə    lazımdı    məhkəmə    tibb  ekspertizasının    rəyi?  
Nəyimə    lazımdı    intihar    və  qətl    arasında    gedən    mübahisələr,  
araşdırmalar?.    Hələ    arvadların    səsinə    bax.    İlahi.    Axı    bu    nə  
müsibətdi.  Niyə  axı?  Mən  axı  bundan sonra neyliyəcəm?.  Nolar  
Allahım    məni    keçmişə    qaytar.    5    saatlıq    nədi?    24    saat  
dayanmadan  işdiyərəm.  Heç  evədə  gəlmərəm.  Yetər  ki,  hər  şey  
əvvəlki  kimi  olsun. Mənim  ailəm  salamat  olsun.  Bir  dəli  şeytan  
deyir    qalx    ayağa,qov    burdakı    bütün    insanları,    getmiyəni    ver  
ağacın  altına,   baş  - gözünü   vur   yarala.  Bu  nədi?  Yoxsa   mən  
dəli  oluram? 
- Kəsin  səsinizi! - Usta  Səfər  üzünü  evdəki  pəncərəyə  tutub  var  
səsiylə    qışqırdı.    Evdəki    ağlaşma    səsi    kəsildi.    Bir    anlıq    hər  
tərəfə  sükut   çökdü.  Stolda  oturanlar  diksinmiş  şəkildə  gözlərini  
Usta    Səfərin    üzünə    zillədi.    Hamı    Usta    Səfərin    gözlənilməz  
hərəkətindən    qorxmuşdu.    Hətta    Qabil    Fərəcov    da   qorxmuşdu.  
O,   10   ilə    yaxın    olardı    ki,    Usta   Səfəri    tanıyırdı.    Onun    sakit  
hərəkətlərinə    o    qədər    öyrəşmişdi    ki,    indiki    vəziyət      ona  
doğrudan  da  qəribə  gəlirdi. 
-  Yaxşısı  budur  durun  gedək-deyə-Qabil  Fərəcov  dilləndi.  Başı  
ilə      Səlim    Cəfərzadəyə    işarə    elədi.    Onlar    durdular.    Yavaş  - 


13
 
 
yavaş    darvazaya    tərəf  addımladılar..    Darvazanın    qarşısında  
dayandılar.  Leytenant  Qarayev  polis  maşınına  sarı  getdi.  Qabil  
Fərəcov  Səlim  Cəəfrzadənin  qolundan  tutub  kənara  çəkdi. 
-    Qulaq    as    gör    sənə    nə    deyirəm.    Usta    Səfər    indi    özündə  
görürsən  ki,  pis  vəziyyətdədi.  Nə   danışdığını,   nə   etdiyini  də  
bilmir.    Onu    başa    düşmək    çətin    deyil.  Onun    yerinə    məndə  
olsam    belə    vəziyyətə    düşərəm.    Məlumdur    ki,    o,    oğlunun  
intihar  etməsinə  inanmır.  Sən  bu  işi  çox  da  qurdalama.  Çalış,  
bu    işi    tez    bağla    getsin.    Özündə    maşallah    çox    savadlı  
ekspertsən.Bütün    dəlillər    göstərir    ki,    bu    intihardır.    Əgər    iş  
böyüsə    belə    bunun    heç    bir    mənası    yoxdu.    Mən    8    ildi    ki,  
Bələdiyyə  sədriyəm.  Bu  camaatı  yaxşı  tanıyıram.  Burda  qətldən  
söhbət    belə    gedə    bilməz.    Leytenant    Qarayev    işi    qurdalamaq  
istiyir.    Çalışın    onu    fikrindən    daşındırın.    İş    böyüsə    olan    elə  
mənə  olacaq.  Özün  bilirsən  Bakıda  şirkətlə  şərikəm.   
-  Hə  eşitmişəm-Səlim  Cəfərzadə  dilləndi. 
-  O  şirkət  indi  bu  saat  təhlükə  altındadı.  Rəqabət  bizi  əldən  
salıb.İki müqavələmiz dalbadal  ləğv  edləndən  sonra  vəziyyətimiz  
lap  pisləşib. Belə  bir  gündə  mənim  o  işləri  atıb  bura  gəlməyim  
şirkətin    fəlakəti    deməkdi.    Mən    tezliklə    Bakıya    qayıtmalıyam.  
Yazda    Bələdiyyə    seçkiləridir.    Bu    iş    böyüsə    gərək    Bakıdan  
nümayəndələr    gələ.    Dövlət    adamlarının    bura    axını    mənə    sərf  
etmiyəcək.  Şirkət  işi  mənim başımı  çox  qarışdırıb.3  il  olar  ki,  
heç    bilmirəm    buralarda    hansı    işlər    görülüb,    hansı    işlər  
görülmüyüb.    Müavinim    Kərimli    də    artıq  mən    çalan    havaya  
oynamaq   istəmir.  Məsələni  çox  uzatmaq   istəmirəm.   Siz  ağıllı  
adamsınız.    Güman    edirəm    ki,    tezliklə    bu    işi    bağlı    elan  
edəcəksiniz.    Leytenat    Qarayevə    çox    da    fikir    vermə.    Onu    da  
başa    düşmək    lazımdı.    O,    yaxşı    polisdi.    Savadlıdı    və    eyni  


14
 
 
zamanda    işini  biləndi.    Onu    bu    işi    uzatmağa    qohumluq   telləri  
məcbur  edir.  Sizi  inandırıram  ki,  əgər  ölən  adam  İlham  deyil,  
başqası    olsaydı    Qarayev    bu    işi    intihar    adıyla    çoxdan  
bağlamışdı.Özünüz  görəcəksiz bir-iki  gündən sonra  prokurorluqda  
da    bu    iş    bağlanacaq.    Mən    buralarda    çox    qala    bilmərəm.  
Şirkətimizin    taleyi    bir    tükdən    asılıdır.    Hələ    bura    gəldiyimə  
görə    başım    çox    ağrıyacaq.    Güman    edirəm    ki,    məni    düzgün  
başa  düşərsiniz.   
-  Əlbəttə  yoldaş  Fərəcov.  Burda  çətin  bir  iş  yoxdur. 
-  Onda  Xudahafiz. 
-  Xudahafiz. 
  Qabil    Fərəcov    yeyin    addımlarla    mersedes    markalı    maşına  
yaxınlaşdı.  Qapının  sürücünün  açmasını  gözləmədi.  Özü  qapını  
açıb    əyləşdi.    Mersedesin    motorunun    səsi    gəldi.    Birazdan  
Fərəcovun    maşını    gözdən    itdi.    Cəfərzadə    də    yavaş  -  yavaş  
yeriyərək  polis  maşınına  yaxınlaşdı.  Əlindəki  qovluğu  da  bərk  
tutmuşdu.    Maşına    əyləşdi.    Birazdan    polis    maşını    yola    düşdü.  
Maşın  kəndin  içərisi ilə  yavaş – yavaş hərəkət  edirdi.  Yollar  çox  
palçıqlı    idi.    Ona    görə    də    maşın    yavaş  -  yavaş    gedirdi.  
Leytenant    Qarayev    susurdu.    Səlim    Cəfərzadənin    də    səsi  
gəlmirdi.    Cəfərzadə    danışmaqdan    çəkinirdi.    Çünki    bilirdi    ki,  
söhbət  açılsa  Leytenant  Qarayev onu   işi  bağlamamağa  məcbur  
edəcək.    Leytenant    Qarayev    də    çox  səbirsiz    adam    olduğundan  
Fərəcovun    Cəfərzadə    ilə    uzun  -  uzadı    söhbət    etmələrinin  
səbəbini  soruşmaqdan  özünü  saxlaya  bilmədi.   
-  Nə  yaman  uzun  söhbət  edirdiniz? 


15
 
 
-  Mən  yoldaş  Fərəcovu  çoxdan  tanıyıram. 
- Lap  yaxşı. 
-  Bu  sizi  narahat  edir? 
-  Xeyr.Əsla. 
-    Bəs    niyə    soruşdunuz?  -  Səlim    Cəfərzadə    özüdə    bilmədən  
söhbəti  uzadırdı.  Bu  onun  çoxdankı  danışıq  tərzi  idi.  Məhkəmə  
Tibb    ekspertizasında    işlədiyi    gündən    bəri    çox    insanlarla  
ünsiyyətdə  olmuşdur. 
-    Elə      belə    soruşdum.    Mən    meyitin    üzərində    aparılan    Tibbi  
ekspertiza    ilə    yaxından    tanış    olmaq    istəyirəm.    Sabah    serjant  
Tağıyevi  sizin  yanınıza  göndərəcəm.  Bütün  araşdırılan  və  əldə  
olan    məlumatları    nəzərdən    keçirmək    istəyirəm.    Xahiş    edirəm  
bütün  məlumatları  toplayıb  Tağıyevə  verəsiniz. 
-Bu  sizin    nəyinizə    gərəkdir?Məhkəmə    Tibb    ekspertizasının  
rəyini  Usta  Səfərin  yanında  sizə  də  söylədim.  Əgər  başqa  nəsə  
məlum    olarsa    sözsüz    ki,      bunu    prokurorluqda    biləcək.    İkinci  
bir  tərəfdən  bu  işi  təkcə  mən  araşdırmamışam.  Özüdə  ki,  mən  
sadəcə    Tibb    ekspertizasının    bir    nümayəndəsiyəm.Meyitin  
üzərindəki  müayinənin  nəticələrini  özbaşıma  kiməsə  təhvil  verə  
bilmərəm.    Bu    iş    ciddi    məsələdir.    Bilirəm    ki,    Rayon  
prokurorluğu   bu   işi   bağlamayıb.   Araşdırma  davam  edir.  Mən  
ekspertizanın  nəticələrini  sizə  verə  bilmərəm. 
-    Heç    cür   verə    bilmərsiniz?  -  Leytenant    Qarayev    səbirsizliklə  
dilləndi.  Leytenant  Qarayevin  getdikcə  Səlim  Cəfərzadədən  heç  
xoşu    gəlmirdi.    Əslində    Qarayevi    Cəfərzadənin    ekspertizanın  


16
 
 
nəticələrini  verməməkdə    haqlı    olduğunu    bilirdi.   Eyni    zamanda  
həmin    nəticələri    Cəfərzadədən    necə    alacağını    da    çox    gözəl  
bilirdi. 
-    Bilirsiniz    yoldaş    Qarayev  M.T.E-nın    nəticələrini    sizə  
verməkdə    mənim    əlimdə    deyil,    verməməkdə.    Bunun    üçün  
xüsusi    icazə    lazımdı.    Baş    müstəntiqin    icazəsini    nəzərdə  
tuturam. 
-  Siz  heç  narahat  olmayın.  Mən  özüm  hər  şeyi  həll edərəm. 
  Maşın  yavaş - yavaş  asfalta  çıxdı.  Asfalta  çıxmağı  ilə  maşının  
sürətinin  artması  bir  oldu.  Maşın  rayona  sarı  sürətlə  istiqamət  
aldı. 
                                                  *** 
  Həyat    doğurdan    da    böyük    bir    müəmmadır.    Onun    sirri  
indiyədək    açılmayıb.    Ən    güclü    alimlər    belə    bu    sirri    aça  
bilməyib.  Hasarın  o  üzü   bəlkə  də  var.  Dünya  yaranandan  bəri  
Hasarın  o  üzünü  milyonlarla,  milyardlarla  insan  görüb.  Ancaq  
yenə  də  o  biri  dünyanın  olub -  olmadığını  heç  kim  bilməyib.  
Müxtəlif    fikirlər    söylənib.    Müxtəlif    nəzəriyyələr    yaranıb.  
Müxtəlif    fərziyyələr    irəli    sürülüb.    Amma    fakt    olaraq    heçnə  
bilmirik.    İnsan    doğulur,    yaşayır    və    ölür.    Bu    faktdır.    Buna  
heçkimin  şübhəsi  ola  bilməz.  Bəs  ölümdən  sonrası?  Buna  aid  
heç    bir    faktımız    yoxdur?    Bu    sualların    özü    böyük    bir  
müəmmadır.  Elə  bir  müəmmadır  ki,  ən  güclü  detektivlər  belə  
bu    müəmmanın    sirrini    aça    bilməyib.    Şerlok    Holms,      Erkül  
Puaro,    Dronqo,    Qambay    Qasımlı    təxəyyülün    ən    güclü  
güzgüsüdür.    Amma    bunlar    da    bu    sirri    aça    bilməzlər.    Ruh  
candan  çıxdısa  olursan  adi  bir  qələmə  tay.  İndi  bu  saat  mən  


17
 
 
yazı    yazıram.    Həyat    fanidir.    Çünki    ölüm    insanı    hər    zaman  
haqlıya    bilər.    Elə    bu    saat    yazı    yazdığım    yerdə    mən    ölsəm,  
onda  əlimdəki  qələmlə mənim  heç  bir  fərqim  olmayacaq.  Nəimi  
demişkən,  "Gedən  cismim  olacaq,  ruhumsa  sizinlə  qalacaq".  O  
ruh    isə    yaşayacaq.  Mən    belə  düşünürəm    ki,    ruhun    yaddaşı  
yoxdur.  Ruh  həmişə  yaşayır.  O,  ölməzdir.  Bir  ruh  milyonlarla  
insanı  bir - birinin  ardınca  yaşada  bilir.  İndi  bizi  yaşadan  ruh  
kim    bilir    kimləri    yaşadıb.    Mənim    ölüm    zamanı    bədənimdən  
çıxan  ruh  fani  dünyada  yenidən  məni  axtarır.  Gec  ya  tez  o,  
mütləq  məni  tapır  və   mən  yenidən  doğuluram.  Amma  məkan  
və    zaman    eyniliyi    olmur.    O    zaman  mən    heçnə    xatırlamıram.  
Heç    xatırlaya    da    bilmirəm.    Maksimum    insan    2  -  3    yaşda  
olduğunu  xatırlaya  bilər.  Ondan  əvvəli  xatırlaya  bilməz.  Çünki  
ondan    əvvəl    onun    cismi    olmayıb.    Ancaq    ruhu    dolaşıb    bu  
dünyada.    Ruhun    isə    yaddaşı    olmadığından    o,    keçmişini  
xatırlaya  bilmir.  Allah  bilir  biz  neçə  belə  mərhələdən  keçmişik  
və  neçə  belə  həyat  yaşamışıq. 
                                               *** 
  Leytenant  Qarayev  öz  evlərinə  qayıdanda  hava  yavaş - yavaş  
qaralırdı.    Hər    tərəf    səssizliyə    qərq    olmuşdu.    O,    çox    yorğun  
görsənirdi.  Leytenant  rütbəsini  5  il  idi  ki,  almışdı.  10  ilə  yaxın  
olardı    ki,    formadaydı.    Amma    bugünkü    kimi    heç    vaxt  
yorulmamışdı.  Son  günlər  əsəb  sitemi  yerində  deyildi.  Hər  dəfə  
Usta    Səfəri,    onun    arvadını    (doğma    bacısını)    görəndə    ürəyi  
parçalanırdı.  İlhamın  müəmmalı  ölümü  onu  çox  narahat  edirdi.  
İndi    o,    hər  gün    bu    barədə    fikirləşirdi.    Hər    şeyi    götür  -  qoy  
etməyə    çalışırdı,amma    bəzi    məsələlərdə    Qarayev    acizliyini  
boynuna  alırdı.  O,  yaxşı  polis  olsada  bəzi  məsələlərdə  zəif  idi.  
Dəlillər    axtarıb    tapmaqda,    onları    ayırd    edib    son    nəticəyə  
gəlmək    işində    naşı    idi.    O,    bilirdi    ki,    İlham    özünə    qəsd  


18
 
 
etmiyib.    Bunun    qətl    olmasını    da    dəqiqləşdirib    sübut    edə  
bilmirdi.    Onun    güclü    detektiv    xüsusiyyəti    yox    idi.    Hiss  
olunurdu  ki,  onun  güclü  detektivə  ehtiyacı  var.  Bir  tərəfdən  bu  
düşündürücü  suallarla,  bir  tərəfdən  də  yorğunluqla  yavaş - yavaş  
addımlayan    Qarayev    öz    evinə  daxil  oldu.Qapını    bağladı.  
Kurtkasını  çıxarmaq  istəyirdi  ki,  Selcan  xanım  ona  yaxınlaşdı.  
Qarayev  4  il  idi  ki,  Selcan  xanımla  ailə  həyatı  qurmuşdu.  
-  Axşamın  xeyir. - Leytenat  yorğun  şəkildə  dilləndi. 
-  Axşamın  xeyir.  Çox  yorğun  görsənirsən. 
-  Hə  bu  gün  çox  yorğunam. 
-    İndi    necədirlər?    Dünən    onları    görəndən    hələ    özümə  
gəlməmişəm.    Bu    gün    istədim    gedəm,amma    bacarmadım.  
Güllünün    dünənki    halı    heç    vaxt    yadımdan    çıxmaz.    Yazıq.  
Onlar  çox  yaxşı  insandırlar.  Bu  faciəyə  onlar  hazır  deyildilər. 
-    Faciə    gələndə    qapını    döymür    axı.    Ona    hazır    olub  - 
olmamağın    heç    bir    fərqi  yoxdu.    Bu    gün    getmişdik    ora.  
Məhkəmə  Tibb  ekspertizasının  rəyi  də  hazır  idi. 
-    Yaxşı    keç    otağa.    Çox    yorğunsan    biraz    dincəl    sonra  
danışarsan.  Yemək  hazırdır  gətirim? 
-  Yox.  Yaxşı  çayın  olsa  pis  olmaz. 
-  Hə  əlbətdə.  Keç  otağa  mən  bu  saat!   


19
 
 
  Leytenant    Qarayev    otağa   keçib    divanda    əyləşdi.    Selcan    çay  
gətirdi.  Özü  də  Qarayevin  qarşısında  əyləşdi.  Leytenant  çaydan  
bir  qurtum  içib  nəlbəkiyə  qoydu. 
-  Son  nəticə  kimi  nəyi  söylədilə?r. 
-    Məhkəmə    Tibb  ekspertizasının    rəyinə    əsasən    belə    qənaətə  
gəliblər  ki,  İlham  özünü  öldürmək  məqsədilə  suya  atıb.  Bütün  
araşdırmalar  da  bunu  sübut  edir. 
-  Başqa  heç  bir  şey  söylənilmir?. 
-  Yox. 
-  İndi  nə  olacaq?  İntihar  adıyla  bu  iş  bağlanacaq? 
-  Sabah  ekspertizanın  nəticəsi  ilə  yaxından  tanış  olacam.  Açığı  
mən    onlara    inanmıram.    Gərək    ilk    gündən    bu    işlə    yaxından  
maraqlanardım.Müayinədə    şəxsən    iştirak    edərdim.Səlim  
Cəfərzadəyə    çoxda    etibar    etmirəm.    Eləbil    o,   nədənsə    qorxur.  
Mənə  elə  gəlir  ki,  burda  nəsə  bir  iş  var.  Bircə  sabah  gəlsəydi. 
-    Bu    işlə    yaxından    maraqlanmadığına    görə    özünü  
günahlandırma.    Hamı    bilir    ki,    mərhum    sənin    doğma    bacın  
oğludur.  Bu  hadisə   olan  gündən  sənin  başın   İlhamın  ailəsinə  
qarışdı.    İstintaqın    hardan    başlayıb    hardan    qurtardığını    da    heç  
bilmədin.  
-    Düz    deyirsən    mən    gərək    bu    işlə    yaxından    tanış    olam.  
İstintaqın  gedişi  ilə  də  maraqlanacam. 


20
 
 
-    Bilirsən    sən    gəlməmişdən    biraz    əvvəl    ağlıma    bir    fikir  
gəlmişdi.    Amma    sonradan    bu  fikri    ağılsızlıq    hesab    etdim.  
Çünki  əlimizdə  heç  bir  sübut,  dəlil  yoxdur. 
-  Sən  hansı  fikirdən  danışırsan?  Dəlil,  sübutun  bura  nə  dəxli  
var?. 
-   Özün   bilirsən    ki,    sənin    yaxşı    polis    işçisi    olmağına    mənim  
heç  vaxt  şübhəm  olmayıb.   
-   Bilirəm    Selcan.    Çox   sağol.    Amma    görürsən    ki,    bu   işlərdə  
hələ    naşıyam.    Mən    bu    işi    araşdırmaq    istəyirəm.    Hardan  
başlayacağımı  fikirləşirəm. 
-  Bəlkə,  sənə  kömək  edəcək  biri  lazımdır? 
-    Köməyə    ehtiyacım    çoxdur.    Amma    məhkəmə    Tibb 
ekpertizasının    rəyindən    sonra    prokurorluqda  da    bu    işlə  
maraqlanmaq  fikri  azalıb.  Bu  gün  sabah  bu  işi  intihar  adıyla  
bağlasalar  mən  heçnə  edə  bilməyəcəm.   
-   Dünən  qardaşımla   əlaqə   saxladım.  Moskvadan  qayıdıb.  İndi  
Bakıdadır.  Sənə   salam  dedi.    Deyirəm,    bəlkə    ona   deyək    sənə  
kömək    etsin.    Sən    ki    onu    yaxşı    tanıyırsan.    O,    peşəkar  
ekspertdir. 
-  Sən  nə  danışırsan?  Mən  ona  nə  deyib  bura  çağıra  bilərəm.  
Polkovnik  Cəbiyev  ömür  boyu  ağır  cinayətlərin  üstünü  açmaqla  
məşğul    olub.    Bəlkə,    İlhamın    ölümü    doğurdan    da    intihardır.  
Əlimdə  bu  hadisənin  qətl  olmasını  şərtləndirən  heç  bir  dəlilim  
yoxdur.  Sən  ona  bu  hadisə haqqındabir şey dedin? 


21
 
 
-  Yox  ona  heçnə  demədim.   
-  Yaxşı  eliyib  deməmisən.  Nə  yaxşı  Bakıya  qayıdıb? 
-    Nəyaxşı    qayıdıb    deyəndə    ki,    o,    Moskvaya    ömrlük  
getməmişdiki.    Onu    ora    hansısa    cinayətin    üstünü    açmağa  
çağırmışdılar. 
-  Gərək  sabah  ona  zəng  vuram.  Polkovnik  Cəbiyev  doğurdan  
da    yaxşı    detektiv    olması    ilə    yanaşı,    eyni    zamanda    yaxşı    da  
insandır.  Onun  mənə  elədiyi  yaxşılıqları  heç  vaxt  unutmaram. 
-  Hə.  Amma  yaxşı  adamların  bəxti  çox  zaman  daşlara  dəyir.  
Mənim  qardaşım  doğurdan  da  yaxşı  adamdır.  Atamız  rəhmətə  
gedəndən    sonra    onu    özümə    Ata    bilmişəm    və    heç    vaxt    da  
peşman  olmamışam.  Yaxşı  söhbət  uzandıqca  uzanır.  Görürəm,  
elə  ayaq  üstdə  yuxulayırsan.  Özü  də  sabaha  işin  çoxdur. 
-    Yaxşı    yadıma    saldın.    Gərək    Tağıyevə    zəng    edəm.    Sabah  
gedib  dediklərimi  gətirsin.  Müstəntiqdən  icazə  almışam.   
-    Niyə    özün    getmirsən?    Onsuzda    icazəni    almısan.    Tağıyevi   
tanımıram.    Amma    indiki    zamanda    heç    kimə    etibar    etmək  
olmaz. 
  Selcanın  bu  sözündən  sonra  Leytenant  yuxudan  ayılmış  kimi  
oldu.  O,  səhvə   yol  verdiyini  fikirləşdi.  Özüdə  bir  səhv  deyil,  
iki  səhvə   yol   vermişdi.  Gərək  Məhkəmə   Tibb  ekspertizasının  
nəticələri    ilə    yaxından    tanış    olmaq    fikrini    heç    Səlim  
Cəfərzadənin  yanında  deməzdi.  Düzdü,  Səlim  Cəfərzadənin  bu  
işi  qəsdən  intihar  adıyla  bağlaması  haqqında  fikirlər  yürütmək  
Leytenantın  fikrincə  hələ  tez  idi.  Amma   o   da  məlumdur  ki,    


22
 
 
bu    hadisə    haqqında    məlumatları    gətirəndən    Qarayevin  
Cəfərzadədən    gözü    su    içmirdi.    Qabil    Fərəcovla    onun    Usta  
Səfəri    evindən    çıxarkən    darvazanın  qabağında  etdiyi    gizli  
danışığı    görmüşdü,amma    eşitməmişdi.    Bu    gizli    söhbət  
Qarayevin    fikrini    birazda    qarışdırmışdı.    O,    öz  -  özünə    çox  
əsəbiləşdi.  Axı   necə   ola   bilər  ki,   bu  qədər  səhvə   yol   verib.  
İndi   Səlim  Cəfərzadə   bilir  ki,  Qarayevin   fikrindəki  nədir.  O,  
sabah    asanlıqla    bu    işin    içindəkiləri    (sübutları)    itirə    bilər.    Bu  
azmış  kimi,  ora  şəxsən  özü  yox,  Tağıyevi  göndərmək  istəyir.  
Yox.    Mən    ora    heç    kimi    yollamıyacam.    Şəxsən    sabah    özüm  
gedib  bu  məsələni  araşdıracam. 
-    Nə    fikrə    gedibsən?    Selcan    ərinin    fikrə    getdiyini    görüb  
soruşdu.   
-  Heç.  Çox  sağol.   
                                                      *** 
  Polkovnik  Rəsul  Cəbiyev  hələ  uşaq  vaxtlarından  polis  olmaq  
arzusu    ilə    böyümüşdür.    Hələ    uşaq    vaxtından    özünə    qapanan,  
bir    hadisəni    günlərlə    analiz    edən,    hər    zarafata   gülməyən    bir  
insan  xarakteri  onda   formalaşmışdır.   Atası  rəhmətə   gedəndən 
sonra   hamı   belə   düşünürdü  ki,  Rəsul   bundan sonra   istədiyinə  
çata  bilməyəcək.  Amma  hər  şey  əks  istiqamətdə  inkişaf  etməyə  
başladı.    Əvvəlcə    Bakıdakı    polis    məktəbinə    daxil    oldu.    Sonra  
Bakıdan  Moskvaya  getmək  üçün  ən  vacib  olan  lisenziyanı  aldı.  
Bakıdakı  uğuru  Moskvada  da   davam  etdi.  Moskvada  olduğu  
müddətdə  bir  çox  cinayətlərin  üstünü  açdı.  Onun  qatili  tapmaq  
üsulu    cinayət    axtarış    şöbəsində    hamının    marağına    səbəb  
olmuşdu.  Moskvada  ikən  onun  ən  çətin  işi  varlı  iş  adamı  olan  
"Marina    Flippovna"    nın    qətlinin    üstünü    açmaq    olmuşdur.  


23
 
 
Bundan  əlavə  Polkovnik  Cəbiyev  Moskvada  fəaliyyət  göstərən  
"Qadın  alverinə  qarşı  mübarizə"  adlı təşkilatın  işlərinə  yaxından  
köməklik    göstərmişdir.    Dəfələrlə    ölümlə    üz  -  üzə    gəlsədə,  
cəldliyi  və  ağlı  sayəsində  həyatda  qalmağı  bacarmışdır.  Təkliyi  
o    qədər    də    sevmirdi.    Lakin    həyat    şəraiti    onu    həmişə    tək  
qalmağa    məcbur    etmişdi.      Evlənib    ailə    qurmaq    haqqında  
fikirləşməmişdi.    Çünki    Polkovnik    çox    gözəl    bilirdi    ki,     onun  
indiki  həyatı  elədir  ki,  əgər  o,  birazca  ehtiyatı  əldən  versə  onu  
öldürərlər.    Neçə    illik    təcrübəsində    özünə    dost  tapsada    bunun  
əvəzinə  əlavə  olaraq  düşmənlərinin  sayı da   birə - on  çoxalırdı.  
Onun    Moskvada    Armand    Sokoloviç    adlı    bir    dostu    vardı.  
Xəfiyyə  Armand  Sokoloviçi  Moskvada  hamı  tanıyırdı.  Bir  dəfə  
tale    elə    gətirdi    ki,    Armand    dəhşətli    cinayətlər,    basqınlar    və  
qətllər    törətmiş    cinayətkar    dəstəsinin    başçısının    qardaşını  
polislərlə   atışma  zamanı  öldürür.  Hadisədən  bir  müddət  sonra  
"cinayətkar"  dəstəsinin  başçısı  Armanda  məktub  yazıb  göndərir.  
Məktubda    yazırdı    "sən    mənim    qardaşımın    qanına    susamaqla  
həyatının    bağışlanılmaz    bir    səhvini    etdin.    Özün    öz    əlinlə  
ailənin    və    özünün    ölüm    kağızını    imzaladın".    Armand    bu  
məktubu   oxuyanda    cinayətkarın    sözlərinə    gülmüşdü.    Hətta    bu  
xəbəri    Rəsul    Cəbiyevə    deyəndə    də    gülə  -  gülə    demişdi.  
Polkovnik    isə    Armanda    ehtiyatlı    olmağı    tapşırmışdı.    Armand  
Sokoloviç    o   vaxtı    evli    idi.    Bir    oğlu    da    vardı.    Həmin    faciə  
törədiləndə  Armandın  oğlunun  cəmi  11  yaşı  vardı.  Polkovniklə  
söhbətdən    sonra    bir    həftə    keçməmişdi    ki,    Armandı    öz  
mənzilində  ailəsi  ilə  birlikdə  vəhşicəsinə  qətlə  yetirmişdilər.  Bu  
hadisə  Cəbiyevə  pis  təsir  etmişdi.  Ən  yaxın  dostunu  itirmişdi.  
11    yaşlı    uşağını    amansızcasına    qətlə    yetirmişdilər.    Sonradan  
Cəbiyev  bu  işi,  bu  qətli  törədənləri  tapıb  cəzalandıra  bilsə  də  
hələ    də    o    hadisənin    təsirindən    çıxa    bilməmişdi.    Cəbiyev  
sonralar    Armand    kimi    dəfələrlə  helə    məktublar    aldı.    Amma  


24
 
 
Polkovniki   məhv  etmək  onlara  nəsib  olmadı.  Cəbiyev  həmişə  
deyərdi:    Detektivin    təxəyyülü    qatilin    təxəyyülündən    qat  -  qat  
üstün  olmalıdır. 
                                                  **** 
  Günortaya    yaxın    olardı    ki,    rayonun    mərkəzindən    sürətlə  
hərəkət    edən    maşın    Məhkımə    Tibb  ekspertizasının    əsas  
korpusunun  qarşısında  dayandı.  Maşın  dayanandan  10   saniyə   
sonra    qara    plaşlı,    əlində    qovluq    tutan    Cəfərzadə    maşından  
çıxdı.    Ətrafa    boylanmadan    binanın    qarşısındakı    pilləkanla  
yuxarı  addımladı.  Hava  soyuq   idi.  Çiskinləyirdi.  Cəfərzadənin  
hərəkətlərindən  açıq-aydın  görünürdü  ki,  onun  tələsik   işi   var.  
Sifəti    biraz    pörtmüşdü.Bir  dəqiqə    olmazdı    ki,    maşından    çıxıb  
hərəkət  edirdi.  Amma  alnında  tər  damcıları  görünürdü. .  Tələsik  
addımlarla  binaya  daxil  oldu. Gözlərini  ancaq  qabağa  zilləmişdi.   
İndi  onunçün    binada  özündən  başqa  adam  yox  idi.  Ətrafa  heç  
bir    nəzər    salmırdı.    Tələsdiyindən    bir  -  iki    adama    çiyin    də  
vurdu.    Bir  -  iki    adam    Cəfərzadəyə    salam    da    verdi.    Amma  
bunların  heç  birinin  fərqinə  varmadı.  O,  tələsik  addımlarla  liftə  
sarı  gedirdi.  Bəlkə  indi  onun  qanadı  olsaydı  uça - uça  dördüncü  
mərtəbəyə    çıxmaq    istiyərdi.    Liftə    daxil    oldu.”4”    düyməsini  
basdı    və    gözlədi.    Lift    yuxarı    getməyə    başladı.Liftin    yuxarı  
gedişi    ilə    Cəfərzadənin    həyəcanı    birazda    artırdı.    Gözləri  
qızarmışdı.    Gecəni    yaxşı    yatmadığı    açıq-aydın    görsənirdi.  
Nəhayət,  lift    dördüncü    mərtəbəyə    çatanda    dayandı.    Qapının  
açılması  ilə  Cəfərzadənin  liftdən  çıxması  bir  oldu.  Əvvəlki  iti  
addımlarla    yenidən    hərəkətə    gəldi.    "Ümumi    şöbə"    adlanan  
otağa    daxil    oldu.    Otaqda    Məhkəmə    Tibb    ekspertizasının    bir  
neçə  nümayəndəsi  və  katiblər  vardı. 


25
 
 
-   Salam.    Nə   yaman    həyəcanlı    görsənirsən,    nolub?    - İçəridəki  
adamlardan  biri  soruşdu.   
-  Əleyke  salam.  Yox  heçnə  olmayıb.   Sadəcə  bu  gün  işlərim  
çoxdu.    Tezdən    gəlməliydim.    Amma    işin    tərsliyindən    yatıb  
qalmışam.  Bu  azmış  kimi  yolda  maşın  da  xarab  olmuşdu.   
-   Heçnə  olmaz.  Gərək  zəng  edərdin  nəsə   işin  varsa  biz  həll  
edərdik.  Məhkəmənin  digər  nümayəndəsi  Xalid  Cəfərli  dilləndi.  
O,  burada  Səlim  Cəfərzadə  ilə  eyni  səlahiyyətə  malik  idi.   
-   Elə   bir  işim   yoxdu.  İlham  Quluyevin   işi   ilə   bağlı  bir  - iki  
sənədə  baxmalıydım. 
-  Usta  Səfərin  oğlun  deyirsəndə? 
-  Hə  onu  deyirəm. 
-  Sənədlərin  hamısını  apardılar  yoxlamağa. 
-    Kim?    -  Səlim    Cəfərzadə    gözləmədiyi    cavabdan    çox  
təəccübləndi. 
-  Leytenant  Qarayev  -  Xalid  Cəfərli  dilləndi.   
-  O,  kimdən  icazə  alıb? 
-  Baş  Müstəntiqdən. 
-  İcazə  aldığını  hardan  bildin? 
-  Özü  dedi. 


26
 
 
-  Səndə  inandın? 
-  Əlində  xüsusi  icazə  kağızı  vardı. 
  Xüsusi    icazə    kağızının    adını    eşidəndə    Səlim    Cəfərzadə    bir  
anlıq  susdu. 
-  O,  nə  vaxt  gəlmişdi? 
-  Səhər  saat  10 -a  işdəmiş.  Məndən  biraz  sonra  nə  olub  ki?   
-    Heçnə    olmayıb-Cəfərzadə    bu    sözləri    deyib    qapını    yavaşca  
bağladı.    İndi    onun    fikri    tamam    qarışmışdı.    Dünən    Qabil  
Fərəcovla    və    Qarayevlə    etdiyi    söhbətləri    xatırlayırdı.    Deməli,  
Leytenantın    fikri    belədir    ki,    bu    işi    özü   araşdırsın.    Cəfərzadə  
indi  Qarayevdən  daha  çox  ehtiyat  etməlidir.  O,  gəldiyi   yolla  
geri    qayıdırdı.    Liftə    yaxınlaşıb    bir    düyməsini    basdı.  
Cəfərzadəni   fikir  götürmüşdü.  Mən  axı  necə  ola  bilər   ki,  bu  
qədər    səhvə    yol    verdim.    Onunla    dünənki    söhbətdən    sonra  
gərək  gəlib  işimi  möhkəm  tutardım.  Heç  sabahı  gözləməzdim.  
Leytenant  özü  birinci  olaraq  səhvə  yol  vermişdi.  O,  Məhkəmə  
Tibb  ekspertizasının    rəyi    ilə    yaxından    tanış    olmaq    istədiyini  
dünən  özü  mənə  demişdi.  Deməli,  Qarayev  elədiyi  səhvi  başa  
düşüb.    Tezdən  o   başdan    gəlib    ki,    mən    heçnə   edə   bilmiyim.  
Özü    də    Qarayev    şəxsən    özü    gəlib.    "Ay    səni    it    oğlu".  
Cəfərzadə  liftdə  yumruğunu  sıxıb  divara  vurdu.  Bəs  indi  necə 
olacaq?    Fərəcova    necə    izah    edəcəm    ki,    bu   işdə    araşdırmalar  
hələ  davam  edəcək?   
                                                           *** 


27
 
 
  Axşam    saat    11  :  00    də    yola    çıxan    qatar    taqqıldaya  -  
taqqıldaya    relsin    üstü    ilə    gedirdi.    Hava    tutqun    olsada    yağış  
yağmırdı.  Qatara  bir  nəfər  daxil  oldu.  Əynində  qara  plaş  vardı.  
Ciddi  görkəmi  olan  bu adamın  adı  Polkovnik   Rəsul  Cəbiyev  
idi.    O,    dünən    aldığı    zəngdən    sonra    rayona    getməyə    qərar  
vermişdi.    Leytenant    Qarayev    bacısıoğlunun    müəmmalı    ölüm  
işini    yenidən    araşdıran    zaman    şübhəli    faktlara    rast    gəlmişdi.  
Səlim    Cəfərzadə    bəzi    məlumatları    gizli    saxlamışdı.    İlhamın  
suda    boğulub    ölməsi    haqqında  fikirlər    özünü    doğrultmurdu.  
Məhkəmə  Tibb  ekspertizası  müəyyən  edib  ki,  İlhamın  başının  
arxa  hissəsində  zədə  izi  var.  Amma  Səlim  Cəfərzadə  bu  faktı  
hansısa    səbəbdən    Prokurorluqdan    və    Usta    Səfərin    ailəsindən  
gizlədib.  Meyitin  6  saat  suda  qalması  da  özünü  doğrultmur. 
  Qarayev  bunları  dəqiqləşdirəndən  sonra  arvadı  Selcanın  təkidi  
ilə    Polkovnik    Cəbiyevə    zəng    vurub    onu    rayona    dəvət    etdi.  
Cəbiyev  Leytenatın  xətrini  çox  istədiyindən  onun  sözünü  yerə  
salmadı.  İndi  Polkovnikin  qatarda  olmasının  səbəbi  bu  idi. 
                                                  *** 
  Səhər  saat  7 : 30  da  qatar  stansiyaya  çatdı.  Polkovnik  Cəbiyev  
yavaş  - yavaş  addımlayaraq  qatardan  düşdü.   Ətrafına  boylandı.  
İrəli  gedib  bir  maşının  yanında  dayandı.  Maşının  yanında  bir  
nəfər  dayanmışdı.  Gözləri  yol  çəkən  bu  25  yaşlı  oğlanın  əlində  
siqaret  vardı.  .  Burnunun  sağ  tərəfində   iri  xal  olan  bu  adam  
Polkovnikin    ona    sarı    gəldiyini    görmədi.    Cəbiyev    yeyin  
addımlarla    maşının    qapısının    ağzında    dayanan    bu    oğlana  
yaxınlaşdı. 
-  Sabahınız  xeyir.  


28
 
 
  Qəfl  sualdan  diksinən  bu  adam  Cəbiyevə  sarı  döndü.   
-  Sabahınız  xeyir. 
-  Sizi  çox  gözlətmişəm  deyəsən? 
-  Polkovnik  Cəbiyev? 
-  Bəli. 
  Polkovnik    Cəbiyev    bu    adamın    onu    gözlədiyini    çox    gözəl  
bilirdi.    Amma    bu    adam    Polkovniki    görünür    tanımayıb.  
Cəbiyevin    onu    belə    asanlıqla    tanıması    bu    adamı  
heyrətləndirmişdi.  O,  bunu  gözləmirdi.  Bu  səbəbdən  idi  ki,  bir  
neçə  dəqiqə  bu  adam  Polkovnikin  üzünə  heyrətlə  nəzər  yetirdi.  
Polkovnikin  qəribə  iti  baxışları  vardı.  Saçlarında  tək - tük  yerdə  
çıxan    ağ    saçlar    onun  xarici    görünüşündə    müsbət    təssürat  
yaradırdı.    Qalstukuna,    səliqəli    ütülənmiş    kostyumuna,    onun  
üstündən    geyindiyi    plaşına    diqqət    yetirəndə    aydın    olur    ki,  
Cəbiyev    geyiminə-keciminə    xüsusi    diqqət    edən    biridir.  
Bayaqdan  yerində   donub  qalan  bu  adamın   danışmağa  çətinlik  
çəkdiyini  görən  Polkovnik: 
-  Hava  soyuqdur  getsək  yaxşı  olar.   
-  Hə  hə  əlbəttəPolkovnik  xoş  gəlmisiniz.  Bağışlayın  sizin  məni  
tanımağınızı  ağlıma  belə  gətirməzdim.  Məni  Qarayev  göndərib.   
-  Bilirəm  Polkovnik-təmkinlə  dilləndi.   
-    Çox    gözəl    məndə    sizi    necə    tapacağımı    özümə    problem 
eləmişdim.  Amma  bir  gör  necə  oldu.  Buyurun  əyləşin. 


29
 
 
-  Çox  sağol - Polkovnik  maşının  arxa  qapısını  açıb  içəri  keçdi.  
Bayaqdan   əlində   siqaret  dayanan  bu  oğlan  siqaretinin  çoxdan  
söndüyünü    gördü.    Siqaretin    kötüyünü    yerə    tullayıb    sükanın  
arxasına  keçdi.  Maşını   işə   saldı.  Dönərək  yola  düzəldi.  Hava  
hələ    açılmamışdı.    Çiskin    və    duman    hər    tərəfi    bürümüşdü.  
Maşının  şüşələri   buz  kimi   idi.  Şüşətəmizləyici  olmasa  sürücü  
yolu  heç  cür  görə  bilməzdi.  Cəbiyev  arxada  sakitcə  əyləşmişdi.  
Hərdən    pəncərədən    çölə    baxırdı.    Sürücü    də      hərdən    qabaq  
şüşədən  arxada  əyləşmiş  Polkovnikə  nəzər  salırdı.  Onun  ciddi  
görkəmi,    iti  baxışları   bu  oğlanın  diqqətini  çox   çəkmişdi.  20  
dəqiqə  olardı  ki,  yol  gedirdilər.  Amma  Cəbiyev  hələ  bir  kəlmə  
də  olsun danışmamışdı.   
-    Deyəsən,    bu    yerlərə    çoxdandı    gəlmirsiz?  -  Sürücü    onun  
susmağına    dözmüyüb    soruşdu.   Əslində    bu   adamın    bu    yerlərə  
az  və  ay  çox  gəlməsi  sürücünü  o  qədər  də  maraqlandırmırdı.    
Sualı    verməkdə    məqsədi    bu    adamla    azda    olsa    ünsiyyət  
qurmaqdır.    Bir    tərəfdən    də    sürücü    çənədən    biraz    saz    idi. 
Danışdıqca  danışırdı.  Bir  sözlə  danışmağı  çox  sevirdi.  İndi  onu  
iki    fikir    maraqlandırırdı.    Birincisi    o    idi    ki,    onun    qonağı  
görünüşcə    çox    ciddi    adama    bənzəyirdi.    Belə    adamların  
əksəriyyətindən    söz    almaq    çətin    məsələdir.    Belələrindən    sözü  
kəlbətinlə  də  almaq  olmur.  Bəlkə  bu  səbəbdəndir  ki,  Cəbiyev  
20    dəqiqə    idi    ki,    susurdu.    İkinci    fikir    sürücünü    daha    çox  
narahat  edirdi.  Özünün   çox  danışan   biri  olduğunu  çox  gözəl  
bilirdi    və    şübhələnirdi    ki,    onu    səhərin    qarnlığında    asanlıqla  
tapan  bu  adam  onun  sifətinə  baxan  kimi  anlayıb  ki,  bu  adam  
çox  danışanın  biridir.  Ona  görədə  mənə  üz  vermək  istəmir.  Bu  
iki    fikir    bəyaqdan  sürücünü    narahat    edirdi.    Ona    görə    də  
Polkovnikə    sualı    qorxa  -  qorxa    verdi.    O    səbəbə    qorxurdu    ki,  
Polkovnik    bu    suala    susaraq    cavab    verər.    Sürücünün    də    bir  


30
 
 
xassiyyəti  vardı.  Əgər  verdiyi  suala  cavab  almırsa  bunu  qarşı  
tərəfdən    bir    hörmətsizlik    kimi    qəbul    edir.    Ondan    sonra  
qarşısındakının    kim    olmasından    asılı    olmayaraq    həmin    insan  
sürücünün    gözündən    düşürdü.    Amma    hər    şey    yaxşı    qurtardı.  
Polkovnik: 
-  Hə  uzun  müddət  olar  ki,  bu  yerlərə  ayaq  basmıram. 
  Polkovnikin  bu  cavabından  sonra  sürücünün  kürəyindən  eləbil  
ağır    bir    yük    götürüldü.    Dərindən    nəfəs    aldı.    Birazda  
gülümsədi.  Sürücünün  bu  halı  Polkovnikin  fikrindən  yayınmadı.  
Polkovnik: 
-  Deyəsən  yolları  düzəldiblər? 
-  Aha  bəli. 
-   Yaxşı   maşın  sürürsüz  - Polkovnik  doğurdan  da  çox  danışan  
adam    deyildi.    Sadəcə    olaraq    sürücünün    dərindən    nəfəs    alıb  
yüngülləşməsindən    sonra    onu    anlamışdı.    Ona    görə    ünsiyyəti  
birazda  uzadırdı  ki, sürücü  daha  da  sevinsin.  Nə  qədər  olmaya  
yazıq  stansiyada  o  soyuqda  onun  yolunu gözləmişdi.  Cəbiyevin  
ünsiyyətdən    çəkinməməsi    sürücünü    doğurdan    da  
rahatlaşdırmışdı.    Çünki    Polkovnikin    ciddi    görkəmindən,    iti  
baxışlarından,  danışıq  tərzindən,  səliqəli  geyimindən  onun  xoşu  
gəlmişdi.    Belə    bir    adamın    onun    gözündən    düşməsini  heç  
istəməzdi.Sevincək  halda  Polkovnikə: 
-  Çox  sağolun  Polkovnik - dedi. 
**** 


31
 
 
Polkovnik    Rəsul    Cəbiyevin    Leytenant    Qarayevin    xahişi    ilə  
rayona gəlib mərhum İlham Quluyevin  işini  araşdırması  haqqında  
söz-söhbətlər    çox    çəkmədi    ki,    hər    tərəfə    yayıldı.    Artıq  
camaatda da  İlhamın  ölümü haqqında  şübhələr  yarandı.  Fevralın  
23-də    baş    vermiş    bu    hadisəni    yenidən    Cəbiyev    tərəfindən  
araşdırılmağa  başlanmasını Rayon  Prokurorluğu   çox  da  müsbət  
qarşılamadı.  Baş  Müstəntiq   Əlizadə bu  xəbəri  hiddətlə   qarşıladı  
və  Prokurorluqda  səsini  qaldıraraq  işçilərə  dedi: 
  "Mən    Qarayevi    yaxşı    başa    düşə    bilmirəm.    Mən    Baş  
Müstəntiqəm.    Öz    işimi    ləyaqətlə    yerinə    yetirməyimə    heç    kəs  
şübhə   edə   bilməz.  Hamıdan   əvvəl   mən   istəyirəm  ki,  bu  işin  
üstü  açılsın  və  əgər  bu  intihar  deyil  qətldirsə,  qatil  öz  cəzasına  
çatsın.   Qarayev    məlum    məsələdir    ki,    elə    ilk    gündən    İlhamın  
intihar  etməsini  təkidlə  rədd  edirdi.  Açığı  məndə  belə  tezliklə  
bu    məsələni    intihar    adıyla    bağlamayacaqdım.    Hamınızda  
bilirsiniz    ki,    bu    iş    hələ    bağlanmamışdı.    Araşdırmalar    hələ  
davam    edəcəkdi.    Qarayev    nəyə    görə   tələsib    Bakıdan    xəfiyyə  
çağırıb?.  Təbii  ki,  sizin  hamınız  kimi   məndə   Rəsul  Cəbiyevi  
çox    gözəl    tanıyıram.    Nəinki    mən,    Cinayət    Axtarış    Şöbəsində  
işləyən  bütün  polislər  Cəbiyevin  peşəkar  detektiv  olmasını  çox  
gözəl  bilirdi.  Amma  gərək  Qarayev  tələsməzdi.  Birazdan  dedi - 
qodu  yayılacaq  ki,   “bir  şeyin  üstünü  də   aça  bilmirlər.  Yaxşı  
ki,  Bakıdan  kömək  gəldi.  Yoxsa  rayon  Prokurorluğu  onsuzda  
hər  işdə  aczidir". 
  Müstəntiq  Əlizadə  bu  sözləri  deyib  otaqdan  çıxdı.  Qapını  da  
möhkəm  çırpdı. 
                                                 *** 


32
 
 
  Rayonun  mərkəzindən   mersedes  markalı   maşın  çoxda  sürətlə  
hərəkət    etməyərək    irəliləyirdi.    Sükanın    arxasında    Leytenant  
Qarayev    əyləşmişdi.    Arxada    isə    Polkovnik    Cəbiyev.Bir    anlıq  
fikirdən  ayılan  Cəbiyev  Qarayevdən  soruşdu: 
-   Çoban    Əhmədalının    evi    hardadır?  -  Cəbiyev   İlham    Quluyev  
haqqında    bütün    məlumatları    bu    iki    gün    ərzində    nəzərdən  
keçirmişdi.    Qarayev    isə    hər    şeyi    yerli  -  yataqlı    Cəbiyevə  
danışmışdı.   
-  O,  çoxdandı  evində  qalmır. 
-  Bəs  harada  qalır? 
-  Əlişanovların  fermasında  çobandır.  Elə  fermanın  özündə  qalır.  
Kəndin    içinə    də    deyilənə    görə    çox    az    hallarda    gəlir.    Mən  
onunla  bu  barədə  söhbət  etmişəm. 
-  Mən  də  söhbət  etmək  istiyərdim. - Cəbiyev  hövsələsiz  şəkildə  
dilləndi.   
-  Necə  istəyirsiz.  İndi  yəqin  ki,   fermadadı.  Gedək  ora. 
-  Sürün! - Polkovnik  təmkinlə  dilləndi.   
**** 
  Mersedes markalı maşın  Qarabağ  kanalını keçərək  Əlişanovların  
fermasına  tərəf  irəliləyirdi.  Yağış  kəsmişdi.  Amma  hava  soyuq  
idi.    Külək    əsmirdi.    Maşın    yavaş  -  yavaş    fermanın    sahəsinə  
yaxınlaşdı.  Polkovnik  Rəsul  Cəbiyev   mersedesin  arxa  şüşəsini  
endirib  fermanın  həyətinə  göz  gəzdirdi.  O,  uşaqlıqdan  fermaya  


33
 
 
getməyi,    at    çapmağı,    kanaldan    balıq    tutmağı,    tüfənglə  
yaxınlıqdakı    meşəyə    gedib    ov    etməyi,    inək    doğarkən    ona  
tamaşa  etməyi  çox  sevirdi.  Fermanın  həyətinə  nəzər  yetirərkən  
Polkovnikin  bütün  uşaqlıq  xatirələri  gözünün  önündən  lent  kimi  
gəlib    keçdi.    Uşaqlıqda    bir    iti    vardı.    Onu    həddən    artıq    çox  
sevərdi.  Adını   hansısa  səbəbdən  "Bandit"  qoymuşdu.  Banditin  
boyu    balaca    olsada    özündən    yekə    bütün    itlərə    meydan  
oxuyardı.  Onun  ölümü   indiyənə   qədər  Cəbiyevin   yadında  idi.  
Bandit  yoxa  çıxdığı  andan   saatlarla  ayağıyalın  onu  axtarmışdı.  
Tapdığı    isə    Banditin    cansız    bədəni    olmuşdu.    Üstünə    çoxlu  
milçəklər    daraşan    Banditin    cəsədini    görəndən    sonran    o,  
günlərlə    özünə    gəlməmişdi.    O,    ən    yaxın    dostunu    itirmiş    bir  
insan    kimi    kövrəlmişdi.    Banditin    ölüm    səbəbini    araşdırdı.  
Görünür,  ölümlə  bağlı  tədqiqat  işi  aparmaq  bacarığı  Cəbiyevdə  
hələ    uşaqlıqdan    varmış.    Sonra    o,    bildi    ki,    Banditi    qonşu  
fermanın    itləriboğub.    Bu    bir    itin    işi    ola    bilməzdi.    Çünki  
Banditdə  bir  Bandit  idi.  5-6   it  tökülüşüb  Banditin  üstünə  onu  
boğub  öldürmüşdülər.  Cəbiyev  Banditin  qanını  yerdə  qoymadı.  
Ov  tüfəngi   ilə   o  itlərin  hamısını  qırdı.  O  vaxtı  bu   hadisəyə  
görə  o,  çox  döyüldü  və  söyüldü.  Amma  buna  görə  heç  kəsdən  
üzr    belə    istəmədi.    Peşman    olmadığını    dönə-dönə    söylədi.  
Amma    zaman    keçdikcə    hər    şey    dəyişdi.    Polkovnik    cinayət  
axtarış  şöbəsində   işlədiyi   müddətdə   müxtəlif   qatilləri   müxtəlif  
yollarla  məhv  etdiyi  vaxtlar  çox  olmuşdu.  Bunların  heç  birinə  
görə  peşmanlıq  hissi  keçirməmişdi.  İndi  isə  fermanın  həyətinə  
baxanda    vaxtilə    tüfənglə    öldürdüyü    o    quduz    itlərə    görə  
nədənsə  pis  olurdu.  Bunun  səbəbini  o  özü  də  bilmirdi.   
Maşından    birinci    olaraq    Leytenant    Qarayev    düşdü.    Sonra   isə  
Polkovnik    Cəbiyev    arxa    qapını    açıb    maşından    çıxdı.    Qapını  
örtüb  biraz  o  tərəf  bu  tərəfə  baxmağa  başladı.  Ferma  o  qədər  


34
 
 
də    böyük    deyildi.    Qarabağ    kanalından    200    metr    aşağıda  
yerləşən    bu    fermanı    ağaclar    mühasirəyə    almışdı.    Amma    qış  
olduğundan    ağaclar    fermaya    xüsusi    mənzərə    verə    bilməmşdi.  
Leytenant   və    Polkovnik    fermanın    içərisinə    doğru   yavaş-yavaş  
addımlamağa    başladı.    Təzəcə    fermaya    daxil    olmuşdular    ki,  
zəncirlənmiş  itlərin  səsi  ətrafı  bürüdü.  Fermanın  həyətində  bir  
nəfər  vardı.  Əlindəki  taxtayonan  rəndədən  aydın  görünürdü  ki,  
bu    adam    hansısa    işlə    məşğuldur.    İtlərin    səsindən    sonra    bu  
adam    gələn    qonaqlara    sarı    addımladı.    Əynində    köhnə    kutka,  
başında    papaq,    əlində    rezin    əlcək    olan    bu    adam    Çoban  
Əhmədalı  idi.  Əhmədalı  Leytenat  Qarayevi  tanıdı.  Bir  müddət  
əvvəl    Qarayev    bu  kişini    baş    vermiş    hadisəyə    görə    bir    neçə  
dəfə    sorğu-sual    etmişdi.    Əhmədalı    Leytenantı    tanısada  
Polkovniki  tanımadı.   
-  Deyəsən  mane olduq  sizə?-Leytenant  əlində  rəndə  tutmuş  bu  
kişinin hansısa  işlə  məşğul  olduğuna  işarə  edirdi.   
-    Salam  yoldaş  Qarayev.  Yox    mane    olmursuz.Onsuzda    elədə  
vacib  bir iş deyil-Əhmədalı  bu  sözləri deyib,gözlərini  Polkovnik  
Cəbiyevə    zillədi.    Yetərincə    ciddi    görkəmi    olan    bu    adam  
Əhmədalının  diqqətini  cəlb  etmişdi. 
-    Əleyke    salam.    Gəlin    sizi    tanış    edim.    Bu    mənim    yeznəm 
Polkovnik    Cəbiyevdi.    Bu    da    bu    fermanın    işçisi    Əhmədalı  
kişidir.  (Qarayev  nədənsə  "Çoban  Əhmədalı"  ifadəsini  demədi). 
-  Çox  şadam-deyə-Polkovnik  təmkinlə  dilləndi. 
-  Xoş  gəlmisiz  Polkovnik- Əhmədalı  "Polkovnik"  adını  eşidəndə  
biraz  duruxdu. 


35
 
 
-    Sizə    bir    neçə    sual    vermək    istəyirəm.    Vaxtınız    var?  - 
Polkovnik  gözlərini  Əhmədalının  gözlərinə  zilləyib  dedi. 
-  Hə  əlbəttə  ki,  keçəyin  içəri. 
-  Yox  narahat  olmayın  içəri  keçməyəciyik. 
-  Onda  eşidirəm  sizi. 
-  Çoxdandı  bu  fermada  işləyirsiz? 
-  4  il  olar.   
-  Usta  Səfəri  tanıyırsız? 
-    Bəli    tanıyıram    çox    gözəl    insandır.    Yazıq    indi    çox    pis  
gündədi.  Bir tək  oğlun  ola  o  da  cavan  yaşında  həyatdan  köçə.  
Vallah  doğurdan  da ağır  dərtdi.  Mən  yad  ola - ola  bu  qədər  pis  
oluram.İndi  gör  bədbəxtin ata-anası  nə zülüm  çəkir. 
-  Sizcə  bu  intihardır? - Polkovnik  dilləndi. 
-  Eşitdiyimə  görə  intihar edib       
 
 
 
.---
-Kimnən  eşidibsən? - Bu  səfər Leytenant  Qarayev  dilləndi. 
-  Camaatdan. 
-  İlhamı  tanıyırdız? - Polkovnik  sorğu - sualı  davam  etdirdi. 
-  Elə  belə.  Ünsiyyətdə  çox  olmamışam  onunla.  Amma  deyilənə  
görə  rəhmətlik  mərifətli  oğlan  olub. 
-   Cəsədin  tapıldığı  yer   yadınızda  qalıb? 


36
 
 
-  Bəli  qalıb. 
-  Burdan  çox  uzaqdadı? 
-  Yox 
-  Bizi  ora  apara  bilərsiz? -Polkovnik  soruşdu 
-  Hə  əlbəttə. 
-    Onda    əyləşin    maşına    gedək.-  Qarayev    dilləndi.    Polkovnik  
keçib  arxada  əyləşdi.  Üstü-başı  elədə  təmiz  olmayan  Əhmədalı  
isə  utana - utana  maşına  əyləşdi. 
                                                         *** 
  Çox  keçmədi  ki,  maşın  Qarabağ  kanalının  qırağında  dayandı.  
Maşından    birinci    Leytenant,    sonra    Əhmədalı,    sonuncu    isə  
Polkovnik  çıxdı.   
-  Buradı  yoldaş  Polkovnik - Əhmədalı  dilləndi.   
-  Lap  yaxşı.  Mənimlə  biraz  irəli  gedək. 
  Polkovnik  və   Əhmədalı  kanalın  qırağına  sarı  getdilər.   
-  İlhamın  cəsədi  bu  kollara  ilişib  qalmışdı.   
-    Siz    cəsəsdi    görən    kimi    tanıdınız?-Polkovnik    özünəməxsus  
şəkildə  suallar  verməyə  başladı. 
-  Yox.  Cəsədin  suda  əlləri  görsənirdi.  Amma  sifəti  suyun  içinə  
girdiyinə    görə    tanımadım.    Məni    dəhşət    bürümüşdü.    Biraz  


37
 
 
sakitləşib  özümə  gələndən  sonra  irəli  gedib  cəsədi  özümə  sarı  
dartdım  ki,  cəsədi  sudan  çıxarım.  Meyitin  üzünü  görəndə  məni  
yenidən  dəhşət  bürüdü.  Çünki  bu  adamı  tanıyırdım.   
-  Sonra  nə  etdiniz? - Polkovnik  rahat  şəkildə  soruşdu. 
-  Cəsədi  burada  qoyub  kəndə  qaçdım. 
-  Saat  neçə  olardı  siz  cəsədi  tapanda? 
-  Təxminən  saat  8 -ə15 dəqiqə  qalardı. 
-   Gedərkən  sürünü  də  özünüzlə   apardınız?  -  Polkovnik  özüdə  
çox gözəl   bilirdi  ki,  həmin  an  Əhmədalı  kişinin  psixologiyası  
elə  bir  vəziyyətdə  olub  ki,  heç  sürü  yadına  da  düşməyib.  Bu  
sualı    verməkdə    məqsədi    Polkovnikin    Əhmədalını    yüngülvari  
yoxlamaq  idi. 
-  Yox.  O  an  heç  sürü  yadıma  da  düşmürdü. 
-    Bilirəm!  -  Polkovnik    bu    sözü    deyib    maşına    sarı    getdi.  
Leytenant  maşının  yanında  dayanmışdı.  Cəbiyev  Qarayevə  sarı  
addımlayırdı.  Əhmədalı  isə  Polkovnikin  arxasınca  gedirdi. 
-  İndi  hara  Polkovnik? -  Qarayev  dilləndi. 
-  Körpünün  yanına  sür. - Polkovnik  təmkinlə  dilləndi. 
-  Bəs  Əhmədalı? 
-  O  da  bizimlə  gedəcək.  Mən  hələ  onunla  işimi  bitirməmişəm.   
   “Polkovnikin  şübhələri” 


38
 
 
  Polkovnik,    Leytenant    və    Əhmədalı    uzunluğu    12    metr    olan  
körpüyə    yaxınlaşdı.    Suyun    şırıltısını    istisna    etsək    demək    olar  
ki,    ətraf    sakitlik    idi.    Kanldan    aralıda    qəbristanlığın    mərmər  
daşları    gözə    dəyirdi.    Polkovnikin    körpüyə    gəlməkdə    məqsədi  
vardı.  O,  bu  işlə  tanış  olanda  Prokurorluğun  məlumatına   görə  
İlhamın    özünü    öldürmək    məqsədilə    kanala    atması    fikrini  
yadında    saxlamışdı.    Polkovnik    körpüyə    yaxınlaşıb,    aşağı  -  su  
axan    tərəfə    baxdı.    Suyun    axını    həddən  artıq    güclü    idi.    Əgər  
burdan    kimsə    özünü    ora    atarsa    demək    100%  -lik    intihar  
üsuluna   əl   atmış  olur.  Cəbiyev  körpünün   hər  bir  tərəfinə   iti  
baxışlarla  nəzər  yetirdi.  Hər  bir  xırda  detala  belə  fikir  verirdi.  
Körpünün    qıraq    dəmirləri    o    qədər    də    etibarlı    deyildi.    Yəni  
qollarını  ona  söykəyib  kanala  baxmaq  çox  təhlükəli  ola  bilərdi.  
Polkovnik    körpünün    özlərindən    sağ    tərəfə    hasara    bənzər  
çəkilmiş  köhnə   rajotkaya  oxşayan   hissəsinə   sarı  getdi.  Dəmir  
qoruyuculara  diqqətlə   nəzər  yetirdi.  Sonra  dəmirlərdən  yapışıb 
onların    dözümlüyünü    yoxladı.Aşağı    əyildi.    Yenə    diqqətlə  hər 
tərəfə nəzər  yetirdi.  Dəmir  Qoruyuculara  diqqətlə  göz  yetirməyə  
başladı.    Polkovnikin    bu    hərəkətləri    Qarayevə    təəccüblü  
gəlməsədə,    Əhmədalıya    çox    qəribə    gəlirdi.    Araya    sükut  
çökmüşdü.  Cəbiyev   yenə   də  öz  təhqiqatını  aparmaqla   məşğul  
olurdu.    Dəmir    qoruyucuları    yoxlayandan    sonra    körpünü  
başlanğıcına  sarı  addımladı.  Bu  zaman  Əhmədalı  və  Leytenant  
elə  zənn  etdilər  ki,  Polkovnik  getmək  istəyir.  Amma  Cəbiyev  
getmək    üçün    körpünün    başlanğıcına    sarı    getməmişdi.    Birdən  
Polkovnik  geri  çevrildi.  Hasar  kimi  çəkilmiş,  uzunluğu  12  metr  
olan    dəmirlərin    düz    mütənasibliyinə    nəzər    yetirdi.    Sonra  
ürəyində    "Bu    da    belə"    deyib    körpünün    digər    dəmir  
qoruyucusuna    baxdı.        Polkovnikin    üzünə    baxan    Leytenant  
Qarayev    anladı    ki,    Cəbiyev    artıq    nədənsə    şübhələnib.  
Polkovnik    doğurdan    da    nədənsə    şübhələnmişdi,    amma    bunu  


39
 
 
özündən    başqa    heç    kim    bilmirdi.    Birdən    Polkovnik    üzünü  
Əhmədalıya  tutub  soruşdu: 
-    Bu    körpünü    son    vaxtlarda    sökülüb    və    yaxudda    nəsə    bir 
dağılması hadisəsi  olub? 
-  Yox  olmayıb - Əhmədalı  dilləndi. 
-  Dəqiq  bilirsiz? 
-  Bəli.  Olsaydı  bunu  hamıdan  1 -ci  mən  bilərdim. 
-  Niyə? 
-    Çünki    mən    demək    olar    ki,hər  gün    bu    körpünü    yanından  
keçib  gedirəm.  Körpünü  özündən  də   hər  gün  istifadə  edirəm.  
Əgər    burda    nəsə    bir    problem    olsaydı    mən    onu    bilərdim.  
Mütləq  bilərdim 
-   Sizcə   indi  bu  körpüdə   problem   yoxdu?  - Polkovnik  sınayıcı  
baxışla  Əhmədalıya  baxıb  dilləndi. 
-  Bəlkədə var - Əhmədalı  müqəssir  kimi  cavab  verdi.  
-  Yaxşı  gedəyin? -  Polkovnik  dilləndi. 
-  İndi  hara? - Qarayev  o  dəqiqə  dilləndi. 
-  Əvvəlcə  Əhmədalını  fermaya  aparaq sonrasına  isə  baxarıq. 
 
**** 


40
 
 
          “Altı  ay  əvvəl” 
  Sentyabrın  23-də  kənddə  toy  var  idi.  Kəndin  cavanları  yığışıb  
gecə    toya    baxmağa    gedirdilər.    Saat    23  :  00    olardı.    Toyun  
maraqlı  vaxtı   idi.  Çünki  çox  şən,oynaq   mahnılar   ifa  edilirdi.  
Toy    Usta    Səfərin    qonşuluğunda    idi.    Buna  görə    də      toyda  
Səfərin    özü,    arvadı    Güllü,  oğlu    İlham  -  yəni    bütün  ailə    toya  
tamaşa    etməyə    gəlmişdilər.    Səfərin    ailəsi    rəqs  edilən      yerə  
yaxın əyləşmişdilər.  Digər  sakinlər   isə   kənardakı  oturacaqlarda  
əyləşib    toyu    seyr    edirdilər.    Oturanların    arasında    iki    cavan  
oğlan    vardı.    Birinin    25,    birinin    23    yaşı    olardı.    Onlar  da  
digərləri    kimi    toyu    seyr    edirdilər.    Cavanlardan    biri    qabaqda,  
biri    isə    ondan    arxada    əyləşmişdi.    Qabaqda    oturan    oğlan  
gülümsəyirdi.    Ağzında    saqqız    vardı.    Saqqızı    çeynəməyindən  
hiss    olunurdu    ki,    məclisin  abu-havası    onun  ürəyincədi.Arxada 
əyləşən  oğlan  isə  nisbətən  sakit  görsənirdi.  Daha  doğru  desək  
sakit  görsənməyə  çalışırdı.  Üzündə  hansısa  səbəbdən  məyusluq  
yağırdı.    Birdən    bu    oğlanın    rəngi    qaraldı.    Ağır  -  ağır    nəfəs  
almağa    başladı.    Sifətinin  ifadəsi    iki    saniyənin    içində    dəyişdi.  
Nifrət    dolu    baxışlarını    camaat    oynayan    meydana    zillədi.  
Meydanda    oynayan    Səfərin    ailəsi    idi.    Güllü    xanım    oynaya-
oynaya  yaxında-anasının  yanında  əyləşmiş   bir  qıza  yaxınlaşdı.  
Əlindən   tutub    qaldırdı.    Qızda    etiraz    etmədi    və    ayağa    qalxan  
kimi    başını      aşağı    dikib    Güllü    xanımla    ağır-ağır  rəqs  etməyə  
başladı.  19  yaşlı  bu  qızın qara  saçları,  qəhvəyi  gözləri,  balaca  
dodaqları    və    ağ    dərisi    onu    xaricən    gözəlliyini    təmin    edirdi. 
Artıq  bütün  məclisdə  əyləşənlər  bilirdi  ki,  Güllü  xanım  bu  qızı  
oğlu  İlham  üçün  alacaqdır.  Çünki  İlhamla  bu  qız  bir - birlərini  
sevirdilər.    Birazdan    İlham  və  bacısı    Səyidə    də   onlara    qoşulub  
oynamağa    başladı    Usta    Səfər    isə    ailəsinin    ətafında    sevinə  - 
sevinə  fırlanırdı.  Gah  əl  çalır,  gah  onlara  qoşulub  oynayır,  gah  


41
 
 
da    muzikantlara,    videoçəkənlərə    sevindiyindən    pul    paylayırdı.  
Hər    şey    öz   qaydasında    gedirdi.      Hamı    onlara   tamaşa    edirdi.  
Elə    bu    iki    cavan    oğlan  da.    Qabaqda    oturan    oğlan    üçün  
gördüyü    səhnə    çox   maraqlı    idi.    Baxıb    gülümsəyirdi.     Arxada  
oturanın    isə    nifrət    dolu    baxışları    daha    da    kəskinləşmişdi.  
Birdən    qabaqda    oturan    oğlan    arxaya    çevrilərək    əsəsbdən  
dodağını  çeynəyən  oğlana yavaşca  dedi:   
 
 
-   
Bir  bax  "dostlar" ının  hamısı  oynayır.     
 
 -      -Kəs  
səsini    yoxsa    başını    qopardaram  -  oğlanın    əsəbi    səsindən  
qabaqda  oturan  oğlan  diksinib  üzünü  çevirdi. 
 
 
**** 
         “Qəzəblənmiş  Qabil  Fərəcov” 
  Məhkəmə  Tibb  ekspertizasının  əsas  korpusunun qarşısında  bir  
maşın    dayandı.  Maşın    dayanan    kimi    maşından    bir    nəfər  yerə 
endi.Aldığı  rəng  kostyumunun  rəngindən    seçilməyən    bu    adam  
əlində    qovluq    tutan    Səlim    Cəfərzadə    idi.  Məhkəmə    Tibb  
ekspertizasının    əsas    nümayəndəsi    olan    Cəfərzadənin    son  
günlərdə  vəziyyəti  heç  yaxşı  deyildi.  Mərhum  İlham  Quluyevin  
işi    ilə    bağlı    bəzi    məlumatları    gizlətməsinin    üstü    Leytenant  
Qarayev    Tərəfindən    açılmışdı.    Amma    Qarayev    Cəfərzadənin  
fikirləşdiyi    kimi    eləmədi.    Belə    ki,    Cəfərzadə    fikirləşirdi    ki,   
indi    Qarayev    bütün    rayon    Prokurorluğunu    onun    üstünə  
qaldıracaq.    İndi    də    gəl    bu    söhbətdən    quru    çıx    görüm    necə  
çıxırsan.  Amma  hər  şey  Cəfərzadənin  fikirləşdiyi  kimi  olmadı.  
Qarayev    heç    kimə    bu    barədə    bir    kəlmədə  


42
 
 
deməmişdi.Bu,Cəfərzadəyə    bu    günə    qədər  qaranlıq    qalmışdı.  
Çünki    bu    gün    səhər    Cəfərzadəyə    məlumat      verildi    ki,  
Leytenant    Qarayev    mərhum    İlham    Quluyevin    ölüm    səbəbini  
dəqiq    müəyyənləşdirmək    üçün    Bakıdan    xüsusi    Xəfiyyə  
çağırmışdır.    Bu   xəbəri    eşidəndə    Cəfərzadə    barmağını    dişləyib  
dedi:  "Demək  Qarayev  bu  işi  sakitliklə  həll  etmək  istəyir.  Ona  
görə    Prokurorluğa    bir    şey    deyib,  aləmi    bir  -  birinə    qatmayıb.  
Sən    doğurdan    da    ağıllı    tərpənirsən    Qarayev.    Çünki    sən    çox  
gözəl    bilirdin    ki,    onsuzda    bu    müəmmalı    hadisə    hələ  
Prokurorluqda  bağlanmayıb.  Demək,  təhqiqatı   davam  etdirmək  
istəyirsən".    Cəfərzadə    üstəlik    eşidəndə    ki,    Qarayev    özgə  
Xəfiyyəni    deyil,    öz    qaynı    Polkovnik    Rəsul    Cəbiyevi    çağırıb.  
Onda  Cəfərzadə  doğrudanda  narahatlıq  keçirmişdi.  Onun  planı  
o  idi  ki,  o  gələn  Xəfiyyə  kimdirsə  onu  pulla  ələ  alıb  bu  işi  
intihar    adıyla    bağlayarlar.    Artıq    bu    mümkün    olası    bir    iş  
deyildi.    Çünki    o,    Polkovnik    Cəbiyevi    çox    gözəl    tanıyırdı.  
Bilirdi  ki,  Cəbiyev  digərləri  kimi,  şana - şöhrətə  uyan  deyil.  Öz  
mənliyini    pula    satanlardan    deyil.    Cəfərzadə    rüşvətin    cövlan  
etdiyi,  insanların  canına  ruh  kimihopduğu  bir  zamanda  Cəbiyev  
kimi  insanları  başa  düşmürdü  və   mən  əminliklə  deyə   bilərəm  
ki,  Cəfərzadə  kimi  insanlar,  Rəsul  Cəbiyev  kimi  insanları  heç  
vaxt  başa  düşməzlər.  Çünki   bu   mümkün  olası   bir  şey  deyil.  
Bir    dəfə    televizorda    təsadüfən    Xalq    yazıçısı    Çingiz  
Abdullayevin    müsahibəsini    eşitdim.    Abdullayevin  bir  cümləsi  
hələ  də  mənim  yadımdadır.  "Rüşvət  alan  məmurlar  mənimçün  
fahişədən    də   betərdir".    Rüşvət   alan    məmur   özü   də   bilmədən  
qarşısındakının    qabağında    yeddinci    mərtəbədən    birinci  
mərtəbəyə  düşür.  Pulu  çoxalır,  mənəviyyatı  isə  azalır.  "Mənəvi  
yoxsulluq"    rüşvətlə    varlanan    insanların    bədənindən,    ruhundan,  
mənəviyyatından  kənara  çıxa  bilərmi?  Əlbəttə  ki,  yox.  Bir  ruh  
ki,  "mənəvi   yoxsulluq" dan   ibarətdir.  Bir  bədən  ki,  qazandığı  


43
 
 
günahlardan  qalınlaşır,  bir  mənəviyyat  ki,  mənəviyyatdan  qat - 
qat  aşağı  səviyyədə  olan  zərrəciklərlə  korlanırsa  onda  o  insan  
insan  deyil.  Sadəcə  olaraq  insan  formasında  görsənir.  Əslində  
isə  özü  boyda  bir  zibildir.Mənim  yadımdadır  ki,  Universitetdə  
Dünya  ədəbiyyatı  fənni  keçiriləndə  həmişə  Fransız ədəbiyyatını  
sevərdim.  Xüsusəndə, görkəmli  novella  ustası  Gi  de  Mopassanı.  
Mən    etiraf    edirəm    ki,    ilk    dəfə    "Mənəvi    yoxsulluğ"  un  
mahiyyətini  bu  yazıçının  əsərlərini  oxuyarkən  anladım.  Məsələn  
"Vərəsəlik"    novellası.    Təsəvvür    edin    ki,    varlanmaq      üçün  
insanlar    ən    çirkin    əməllərə    belə    əl    atır    və    bu    alınır.    İnsan  
varlanır.    Malı  -  dövləti,    qızılı  -  brilliyantı    çoxalır.    Demək    olar  
ki,    zənginləşir.    Amma    burada    görünməyən    tərəflər    var.    Bu  
görünməyən  tərəflər  ondan  ibarəttir  ki,insanın  zahiri  zənginliyi  
tərəzinin    bir    gözündə    olur.    Digər    gözündə    isə    elə    insanların  
görmədiyi    "Mənəvi    yoxsulluq".    O    tərəzi    həmişə    hərəkətə  
gəlmir.    Bir    insan    öz    mənəviyyatını    həmişə    qoruyursa    demək  
mənəviyyat    daha    da    saflaşır,    daha    da    təmiz    olur    və  
yüngülləşir.    Buna    görə    tərəzinin    mənəviyyat    gözü    daha    da  
ucalır.    Amma    mənim    dediyim    insanlarda(Cəfərzadə  düşüncəli 
insanlarda)    tərəzinin    digər    gözündə    saf    mənəviyyat    dayanmır.  
Burada    dayanan    "Mənəvi    yoxsulluq"  dur.    Digər    tərəfdə    isə  
"Zahiri    zənginlik".    Amma    təəssüf    ki,    "Mənəvi    yoxsulluq"  
indinin    özündə    belə    daha    çox    ağırlıq    təşkil    edir.    "Zahiri  
zənginlik"  isə  hələ  də  havada  özü  üçün  fırlanır.”Nə  qədər  pis  
əməllərlə   varlansan da  mənəvi   yoxsulluğunu   yerdən  qaldıracaq  
gücünü  o qədər də itirəcəksən.” 
 
Səlim  Cəfərzadə  bu  gün  doğrudanda  pis  vəziyyətdə  idi.  Yavaş-
yavaş  addımlayaraq  daş  pilləkanlara  yaxınlaşdı.    Yuxarıya    doğru  
fikirli    halda    addımlayırdı.    Onun    yadına    Qarayevin    məsələnin  


44
 
 
gizli    tərəfini    öyrənib    onun    üstünə    gələn    zaman    ona  dediyi  
sözlər    düşdü.    Həmin    gün    Qarayev    əlində    qovluq    tutmuş  
şəkildəCəfərzadənin  kabinetinə  daxil  olmuşdu.  Salam  vermədən 
qovluğu  Cəfərzadənin  qabağına  tullayıb  soruşmuşdu. 
-    Bu    nə    deməkdir?    Sizə    kim    ixtiyar    veribki,    məlumatları  
Prokurorluqdan  gizlətmisiniz? 
-    Mən  ciddi  bir    şeyi  gizlətməmişəm.Üstümə    də    qışqırmayın.  
Qarşınızdakı    da    uşaq    deyil    sizin  üçün.    Əvvəlcə    aydınlaşdır  
ondan    sonra    danış.    Yəni    anlamamış  üstümə  gəlmə-Cəfərzadə  
ayağa  qalxaraq  dillənmişdi. 
  Bu  məsələyə  Cəfərzadə  aşağıdakı  izahıyla  aydınlıq  gətirmişdi.  
Daha  doğrusu  aydınlıq  gətirməyə  çalışmışdır. 
  Mən  bu  məsələdə  təkcə  bir  şeyi  gizlətmişəm.  O  da  İlhamın  
cəsədini    müayinə    edərkən    onun    baş    nahiyəsinin    arxasında  
zədənin    olmasıdır.    Bunu    deyib    məsələni    qəlizləşdirmək  
istəmədim.    Onsuzda    bütün    faktlar    sübut    edirki,    İlham    intihar  
etmək  məqsədilə  özünü  körpüdən  kanala  atmışdır.  O  ki,  qaldı  
o  zədəyə.  Aydındır  ki,  körpünün  qabağındakı  suyun  axını  çox  
sürətlidir.    Yəqin    cəsəd    suda    üzərkən    harasa,    nəyəsə    dəyib.  
Vəssalam. 
  Səlim    Cəfərzadə    bütün    bunları    fikirləşərkən    cib    telefonunun  
zəngini    eşitdi.    Əlini    cibinə    salıb    telefonunu    çıxartdı.    Ekrana  
"Qabil    Fərəcov"    yazılmışdı.    "Qabil    Fərəcov"    adını    oxuyarkən  
Səlim  Cəfərzadənin  rəngi  qaraldı.  Telefonu  açaraq:  
-  Eşidirəm  Yoldaş  Fərəcov - Cəfərzadə  qorxaraq  dilləndi. 


45
 
 
-    Zəhrimar    eşidirsən,    çor    eşidirsən  -  telefondan    Fərəcovun  
qəzəbli  səsi  eşidildi. 
-  Sakit  olun  Fərəcov.  Axı  nə  olub? 
-    Canına    azzar    nə    olub.    Məgər    bilmirsən    nə    olub?.    Məndə  
axmaq    kimi    sənin    kimi    əbləhə    inanmışam.    Sənsə    adicə  bir 
Leytenantın    öhdəsindən    gələ    bilmədin.    İndi    Polkovnikin  
qabağında  neyləyəcəksən? Deyəsəsn  hələ  xəbərin  yoxdu o  gələn  
qonaq   haralara    burnunu    soxur.   Bax    budur   deyirəm.    Əgər   bu  
işdən  mən  bir  ziyan  çəksəm,  sənin  başına  bir  oyun  açaram  ki,  
özünə  ölümdən  başqa  heçnə  arzulamazsan. Elə  etki,o Polkovnik  
kimdirsə  tezliklə  buralardan  çıxıb  getsin. 
**** 
  Leytenant  Qarayevin  idarə  etdiyi  maşın  Usta  Səfərin  qapısının  
qabağında    dayandı.    Maşından    birinci    olaraq    Qarayev    düşdü.  
Daha    sonra    arxa    qapı  açıldı.    Polkovnik    Cəbiyev    maşından  
enərək  ətrafa  nəzər  yetirməyə   başladı.   Ətrafda  tək - tük  adam  
gözə  dəyirdi.  Qarayev  Polkovniklə   birgə   həyətə  daxil  oldular.  
Qapıda    o    qədər    də    çox    adam    yox    idi.    Bir    topa    adam  
həyətdəki  yasxananı  sökmək  işinə  köməklik  edirdi.  Usta  Səfər  
həyətdə    tək    oturub    siqaret    çəkirdi.    Üzünü    tük    basmış    bu  
adamın    görünüşü    ürək   ağrıdıcı    təsir    bağışlayırdı.Polkovnik    və  
Qarayev    yaxınlaşıb    Usta    Səfərə    salam    verdilər.    Səfər    salamı  
alıb  onlara  əyləşməyi  təklif  etdi.   
-   İçəridəkilərə    denən    evə   adam    gəlib  -  Usta  Səfər    bu   sözləri  
elə  dedi  ki. Nəisə..  O,  bunu  dedi  ki,  içəridən  çay  hazırlasınlar.  
Həyətdəki  uşaq  bu  sözü  eşidən  kimi  içəri  qaçdı.   


46
 
 
-    Bu    mənim    qaynımdı.    Yəqin    ki,    onun    haqqında    eşitmisən  
məndən.  Düzdü  mən  onun  haqqında  çox  vaxt  danışmıram. 
-    Tanıyıram.    Xoş    gəlibsiniz    Cənab    Polkovnik.    Mənim    sizə  
hörmətim    həmişə    böyük    olub.    Neçə    dəfə    istəmişəm    ki,  
Qarayevdən    xahiş    edim    bizi    tanış    etsin,    amma    çəkinmişəm.  
İndisə    biz    görüşdük.    Amma    mən    heç    vaxt    belə    görüş    arzu  
etməzdim. 
-  Sizi  çox  gözəl  anlayıram - Polkovnik  təmkinlə  dilləndi.  Mən  
sizə   baş  sağlığı   verirəm.  Bilirəm   indi  kimdənsə   "baş  sağlığı"  
almaq  çox  çətindir.  Amma   mənim   bura  gəlməkdə   məqsədim,  
təkcə  baş  sağlığı  vermək  deyil.   Mən  bura  Leytenant  Qarayevin  
xahişi    ilə    bu    müəmmalı    ölüm    işini    araşdırmağa    gəlmişəm.  
Sizdən  bir  xahişim  olacaq. 
-   Buyurun  - Usta  Səfər  dilləndi.  Sanki  azda  olsa  Polkovnikin  
sözləri  onu  dirçəltmişdi. 
-  Əgər  istəyirsinizsə  oğlunuzun  qatili... 
-  Necə?  Siz  hardan  bilirsiniz  ki,  mənim  oğlum  intihar  etməyib,  
onu  qətlə  yetiriblər? 
-   Usta  Səfər  təəccüblü  şəkildə   dillənərək  Polkovnikin  sözünü  
kəsdi. 
-   Mən  hələ   heçnə   bilmirəm.Bu,   istintaq  sona  çatanda   məlum  
olacaq.    Sizdən    tək    istəyim    odur    ki,    məndən    heçnəyi  
gizlətməyin    və    verdiyim    suallara    səmimi    cavab    verin.  - 
Polkovnik  sakit  şəkildə  danışırdı. 


47
 
 
-  Siz  işinizdə  olun  cənab  Polkovnik. –deyə- Səfər   dilləndi. 
-  Sizin  kiminləsə  indi  və  ya  nə  vaxtsa  düşmənliyiniz  olub? 
-  Yox.  Biz  dədə - babadan  sakit  adamlar  olmuşuq.  
-  Aydındır.  Oğlunuzun  necə?  Şəxsi  intiriqası  olan  kimsə  vardı? 
-  Mən  bildiyim  qədərincə  yox. 
-  Son  vaxtlar  kiminləsə  xoşagəlməz  söz - söhbətiniz  olub? 
-  Bu  sualdan  sonra  Səfər  bir  qədər  fikrə  gedib  cavab  verdi: 
-  Hə  olub. 
-  Kiminlə?. 
-  Yalçınla. 
-  Yalçın  kimdiki?  Buralıdır? 
-   Əslən  qərbi  Azərbaycandandır.  Amma  lap  çoxdan  buralarda  
yaşayır. 
-  Onunla  nə  əlaqəniz  olub? 
  O,  usta  işləyirdi.   Mən  də   onun  dəstəsində   fəhləlik  edirdim.  
Onun    iş    görməsinə    heç    kim    şübhə    edə   bilməzdi.    Səliqəli    iş  
görənin  biridir.  Mən  ustalığın  bütün  sirlərini  onun  əlinə  baxıb  
öyrənmişəm.    Özüm    usta    kimi    işləməyə    başlayanda    Yalçını  
qızışdırdılar    ki,   guya    mən    demişəm    ki,    Yalçına    ustalığı    mən  
öyrətmişəm.    Mən    ustalığı    öyrənəndən    sonra    artıq    çox    evlərə  


48
 
 
Yalçını  deyil  məni  çağırırdılar.  Bu  da  ona  acıq  gedirdi.  Neçə  
dəfə  söz - söhbətimiz  olub.  Amma  etiraf  edirəm  ki,  Yalçın  pis  
insan  deyil.  Sadəcə  bəzilərinin  boş - boş  sözlərinə  inanır. 
-  Aydındır - Polkovnik  sakit  şəkildə  dilləndi. 
  Başqa    birisi    ilə    yenə    mübahisəniz    olmuyub    ki?  -  Polkovnik  
sorğu - sualı   davam  etdirdi. 
-Yox  olmuyub. 
-Fevralın  23 -də  siz  hardaydınız? 
-Evdəydim. 
-Bəs  arvadınız? 
-O  da  evdə  idi. 
-İlham  həmin  gün  evə  saat  neçədə  gəldi? 
-Təxminən 11-in yarısı olardı. 
-Nə  vaxt  evdən  çıxdı  bəs? 
-Elə  11-in  yarısı    olardı.    Mən    həyətdə    siqaret    çəkirdim.    İlham  
gəlib  evə  girdi iki üç  dəqiqə  keçməmişdi  ki,  evdən  çıxdı. 
-  Siz  ondan  soruşmadınız  ki,  haraya  gedirsən?   
-  Əlbətdə  soruşdum.  Dedi, bir yer  var ora  gedəcəm. .  Əmimgilə 
də getdim bəlkə.Kinoya baxacaqmış.Mənə  belə  demişdi. 


49
 
 
-  Kinoya  öz  evində  baxa  bilməzdi?. 
-  İki  gün  olardı  ki,  televizor  işləmirdi,  xarab  olmuşdu. 
-  Aydındır.  O,  evə  gələndə  nəsə  həyəcanlı  kimi  deyildi  ki? - 
Polkovnik  soruşdu. 
-  Mən  heçnə  hiss  etmədim! 
-  İlham  evə  girən  zaman  həyat  yoldaşınız  harada  olub? 
-  Mətbəxdə. 
-  Bəs  qızınız? 
-  O,  öz  otağında  dərs  oxuyurmuş. 
-    Sizcə    İlham    nəyə    görə    evə    girib    və  5  dəqiqə    sonra    geri  
qayıdıb.  Bəlkə  evdən  nəsə  götürüb? 
-  Yox  evdən  nəsə  götürməyə  gəlmiyib. 
-  Hardan  bilirsiniz? 
-  Onu  çağırıblar. 
-  Kim? - Polkovnik  cəld  dilləndi. 
-  Biz  bilmirik. 
-    Necə    yəni    bilmirsiniz.    Bəs    haradan    bilirsiniz    ki,    onu    geri  
çağırıblar? 


50
 
 
-   Həyat   yoldaşım  deyir  ki,  İlham  otağa  daxil  olandan  sonra  
onun    telefonunun    səsini    eşidib.    Amma    nə    danışdığını    və  
kiminlə  danışdığını  bilməyib. 
-  Bağışlayın  olar  evinizə  baxım? -  Polkovnik  dilləndi. 
-  Hə  əlbətdə  olar.  Buyurun. 
  Polkovnik  ayağa  qalxıb  içəri  daxil  oldu.  Otaqların  təmirindən  
görünürdü    ki,    bu    vedə    usta    yaşayır.    Balkondan    sağ  tərəfdə  
mətbəx   vardı.   Mətbəxdən  6  - 7   metr  bəridə   bir  otaq  və   ona  
bitişik    bir   otaq   da   vardı.    Polkovnik   İlham    girən   otağa   daxil  
oldu.    Otaqda    İlhama    aid    olan    bütün    əşyalar    saxlanmışdı.  
Polkovnik    otağa    daxil    olanda    Leytenant    Qarayev    və    Güllü  
xanım    da    otağa    daxil    oldular.    Güllü    xanımın    üzündə    illərin  
əzabı    görünürdü.    Polkovnik    balaca    mini    şkafa    yaxınlaşdı.  
Ağzını  açmaq  istəyəndə  açılmadı.Güllü  xanım: 
-  Orada  "onun"  şəxsi  əşyaları  olurdu  deyəsən?  Ağzı  bağlıdır. 
-  Açarı  var? 
-  Hə  var.  Səyidənin  otağında,  stolun  üstündədir. 
-    Bu    dəqiqə    gətirərəm    Polkovnik  -  Qarayev    bu    sözləri    deyib  
otaqan  çıxdı.  Qarayev  otaqdan  çıxanda  İlhamın  bacısı  Səyidə  
otağa    daxil    oldu.    Boyu    1.64    olan    bu    qızın    şabalıdı    saçları  
vardı.  Gözləri  atasının  gözlərinə  bənzəyirdi.  Əyninə  qara  şalvar  
geyinmişdi. 
-  Qızınızdı? - Polkovnik  onsuzda  bunu  bilirdi. 


51
 
 
-  Hə  qızımdır. 
-    Həmin    gün    Səyidə    öz    otağında    dərs    oxuyurmuş    bildiyimə  
görə.   
-    Bəli.    Anasının    cavabını    gözləməyən    Səyidə    yumşaq    səslə  
cavab  verdi.   
-    Ananız    həmin    gün    İlhamın    telefon    zəngini    eşidib.    Səndə  
eşitdin? 
-  Hə  məndə  eşitmişəm. 
-  Nə  danışdığını  deyə  bilərsən? 
-    Məndə    ancaq    anam    kimi    telefon    zəngini    eşitmişəm.    Onda  
mən içəridə  kitab  oxuyurdum. 
-  Budur  açarlar - Qarayev  dilləndi. 
-    Nə    yaman    gec    gəldin.    Yoxsa    tapa    bilmirdin.  -  Polkovnik  
soruşdu. 
-    Yox    mənə    otaqda    Baş    Müstəntiq    zəng    vurmuşdu.    Sizinlə  
görüşmək    istədiyini    dedi.    Mən    də    dedim    ki,    Polkovnikin  
hələlik  işi  çoxdur,  vaxtı  isə   yoxdur.  Biraz  söhbəti  uzatdı  ona  
görə. 
-  Aydındır - Polkovnik  sakit  şəkildə  dilləndi.  Açarları  alıb  şkafı  
açdı.    Şkafda    ciddi    bir    şey    əldə    edə   bilmədi.   İki    şəkil    vardı  
şkafda.  Biri  İlhamın  iki  dostu  ilə  çəkdirdiyi  şəkil,  bir   də bir  
qızla  çəkdirdiyi  şəkil.   


52
 
 
-    Bu    qız    kimdir?    Polkovnik    şəklə    baxıb    soruşdu    və    başını  
qaldıraraq  Güllü  xanımın  üzünə  baxdı.  Polkovnik  verdiyi  suala  
görə  və  tapdığı  şəklə  görə  çox  pis  oldu.  Güllü  xanımın  hər  iki  
gözü  parıldadı   və   göz  yaşı  damcıları  üzü  aşağı  diyirlənməyə  
başladı.    Özünü    ələ    ala    bilməyəcəyindən    qorxan    Güllü    xanım  
heçnə  demədən  otağı  tərk  etdi. 
-    Bu    onun    istədiyi    qızdı.    Çoxdandı    bir  -  birlərini    sevirdilər.  
Yazda  nişanları  olacaqdı. - Səyidə  dilləndi.   
-    Bəs    bu    oğlanlar    kimdi?    Polkovnik    digər    şəkli    Səyidəyə  
göstərdi. 
-  Onun  dostları  olmalıdır.  Bakıdakı  dostları.  Buralı  deyillər. 
-  Bəs  qardaşınızın  kənddə  dostları yoxdur? 
-  Var.  Daha  çox  bildiyimə  görə  Allahyar  və  Şamxalla  oturub  
dururdu. 
-  Aydındır.  Polkovnik  bu  sözləri  deyib  otaqda  gəzişməyə, hər  
tərəfə iti  baxışlarla  nəzər  yetirməyə başladı.  Birdən  cib  telefonu  
zəng    çaldı.    Polkovnik    telefonu    çıxardı.    Ekrana    baxdı.    Amma  
nədənsə  açmadı.  Bir - iki  düyməni  basıb  telefonu  əlində saxladı.  
Sonra  yenə  otağa  nəzər  salmağa  başladı.  Pəncərəyə   yaxınlaşıb  
həyətə  baxdı  və  çevrilərək  Səyidədən  soruşdu: 
-  Həmin  gün  siz  öz  otağınızda  olmusuz? 
-  Bəli! 
-  İcazə  olar  otağınıza  baxmağa? 


53
 
 
-  Hə  əlbətdə  olar. 
  Onlar  Səyidənin  otağına  daxil  oldular.  Otaq  İlhamın  otağından  
darısqal   idi.  Polkovnik  otağa  daxil  olub,  gözucu   ətrafa  nəzər  
yetirdi.    Otaqda    bağa    baxan    bir    pəncərə    vardı.    Polkovnik  
pəncərəyə    yaxınlaşıb    onu    açdı.    Biraz    bağı    seyr    edib    o  tərəf   
bu tərəfə   baxıb  ürəyində   "bu  da  belə"  deyib   geri  çevrildi  və  
qolundakı  gümüşü  saata  baxandan  sonra  dilləndi: 
-   Yaxşı  Səyidə   çox  sağol.  Biz  gedirik.  Polkovnik  getməzdən  
əvvəl    mətbəxə    də    nəzər    yetirdi.    Bu    zaman    uzaqdan    öz  
telefonunun  zəng  səsini  eşitdi  və  üzünü  Səyidəyə  tutub: 
-  Səyidə  telefonum  deyəsən,  İlhamın  otağında  qalıb.  Pəncərənin  
ağzında  qalıb  yəqin Zəhmət  olmasa onu  gətir.   
-  Hə  yaxşı - Səyidə  cəld  otağa  qaçıb  telefonu  gətirdi. 
  Polkovnik  Cəbiyev  fikirli  halda  Usta  Səfərin  qapısından  çıxıb  
maşına  əyləşdi. 
 
"Siqaret  çəkən  hər  qadın  fahişədirmi"?  
  Səhəri  gün  Məhkəmə  Tibb ekspertizasının  nümayəndəsi  Səlim  
Cəfərzadə,    Leytenat    Qarayev    və    Polkovnik    Rəsul    Cəbiyev  
söhbət    etmək    üçün    rayonun    mərkəzində    yerləşən    "Simurq"  
kafesinə  daxil  oldular.  İçəri  daxil  olub  qıraqda - sakit  bir  yerdə  
əyləşdilər.  Səlim  Cəfərzadə  əyləşən  kimi  gözü  ilə  ətrafa  baxıb  
ofisiantı  çağırmaq   istəyirdi  ki,   biraz  kənarda   əyləşmiş  kişinin  
səsini  eşitdi.  


54
 
 
-  "Yasəmən  gəl  gör  bu  qonaqlar  nə  istəyir".   
  Bu  səsdən  sonra  içəridən  bir  qadın  çıxdı.  Polkovnik  əyləşən  
stola  yaxınlaşıb: 
-  Nə  buyuracaqsınız? 
-  Bizə  yaxşı  çay  gətirin. 
-  Bu  dəqiqə -  qadın  cavab  verib  içəri  keçdi.   
  Qadının    üz    cizgiləri    Cəbiyevə    çox    maraqlı    gəldi.    Əyninə  
geyindiyi  paltar  o  qədər  də  təmiz  olmasa  da  mütənaib  bədən  
quruluşu  bunu  hiss  etdirmirdi.  Birazdan  əlində  padnos  masaya  
yaxınlaşanda  Cəbiyev  bu  səfər  Yasəmənin  qollarına  fikir  verdi.  
Paltarının  qollarını  çırmadığından  Polkovnik  rahat  şəkildə  onun  
biləklərini    gördü.    Bu    səfər    Yasəmənin    sol    qolundakı    kəsik  
izləri  Cəbiyevin    gözündən    yayınmadı.    Çayı    süfrəyə    qoyub  
qayıdanda    Cəbiyevin    gözündən    Cəfərzadənin    Yasəmənin  
yeriyərkən  oynayan  əndamına  oğrun - oğrun  baxması  yayınmadı.  
Yasəmən    keçib    içəridə    əyləşdi.    O,    elə    yerdə    əyləşmişdi    ki,  
Cəfərzadə,  Cəbiyev  və   Qarayev  onu  rahat  şəkildə   görürdülər.  
Cəfərzadə  stəkanı  dodaqlarına  yaxınlaşdırıb  çay  içmək  istəyirdi  
ki,    birdən    onun    bütün    üz    siması    dəyişdi.    Stəkanı    bərk  
nəlbəkiyə  qoydu  və  dedi: 
-  Bircə  fahişənin  əlindən  çay  içməyimiz  çatmırdı.   
  Cəfərzadənin    bu    hərəkəti    Qarayev    və    Polkovnik    üçün  
təəccüblü  gəldi.  Qarayev:   
-  Sənə  nə  oldu  birdən?  Fahişə  kimdir? 


55
 
 
-  Ora  bax  görəssən! -Cəfərzadə  əsəbi  şəkildə  dilləndi.   
  Onların    hər    ikisi    çönüb    Yasəmənə    sarı    baxdılar.    Yasəmən  
pəncərənin    qabağında    əyləşib    pəncərədən    çölə    baxa  -  baxa  
siqaret    çəkirdi.    Onun    pəncərədən    çölə    qəmgin    və    küsgün  
baxışları  Cəbiyevin  diqqətindən  yayınmadı.  O,  həyatında  siqaret  
çəkən  çox  kişi  və  qadın  görmüşdü.  Elə  özü  də  arada  istifadə  
də    edirdi    siqaretdən.    Yasəmənin    siqaret    çəkmək    üsulu    yəni,  
hansı    tərzdə    çəkməsindən    Cəbiyev    anlamışdı    ki,    bu    qadın  
bədbəxtin  biridir.  Kafedə  çox  cansıxıcı  bir  vəziyyət  yaranmışdı.  
Qarayev: 
-  Durun  gedəyin.  Nəsə  ürəyim  sıxıldı  burda. 
-  Elə  məndə  onu  deyəcəydim - Cəfərzadə  dilləndi.   
  Qabağındakı  çaydan  bir  qurtum  içən  Cəbiyev: 
-  Necə  istəyirsiniz  durun  gedəyin.   
  Onlar    çay    pulunu    verib    kafedən    çıxıdlar.   Maşına    yaxınlaşıb  
əyləşdilər.  Maşın  yola  düzəldi.  10  dəqiqədən  sonra  Cəfərzadə  
yaranmış  sükutu  pozaraq: 
-   Kapital    bankın    yanında    düşəcəm.    Siz    gedin    mənim    burada  
işim  var. 
-  Necə  məsləhətdi - Qarayev  dilləndi. 
  Maşın    kapital    bankın    qarşısında    dayandı.    Cəfərzadə    qabaq  
qapını  açıb  düşmək  istəyirdi  ki,  Cəbiyevin  səsini  eşitdi: 


56
 
 
-    Yoldaş    Cəfərzadə    yadınızda    bir    şey    saxlayın    və    heç    vaxt  
unutmayın. 
-  Nəyi - Cəfərzadə təəccüblü  şəkildə  soruşdu. 
-  Hər  siqaret  çəkən  qadına  "Fahişə"  demək  düzgün  deyil. 
                                                    *** 
“Yasəmən  Arzumanlı” 
  Yasəmən  ailənin  ikinci  övladı  idi.  Özündən  böyük  bir  bacısı  
vardı.  Adı  da  Aygün  idi.  İlk  əvvəlllər  Yasəmənin  ailədə   heç  
bir  problemi   olmamışdır.  Ailənin  başçısı  Qədir  kişi  ciddi   bir  
insan  olduğundan  ailədə  çox  da  səs - küy  olmurdu.  Normal  ailə  
həyatı    Aygünün    ərə    getmək    məsələsində    korlandı.    Aygünə  
qohumlarından    elçi    gəlmişdi.    Atası    və    anası    bu    işə    razılıq  
versələr  də  Aygün  dedi  ki,  dünya  dağılsa  da  bu  işə  razı  ola  
bilmərəm.  İlk  öncə  Yasəmən  də  böyük  bacısının  bu  hərəkətinin  
səbəbini    anlaya    bilmədi.    Sonradan    məlum    oldu    ki,    Aygünün  
istədiyi    bir    oğlan    var.    Adı    da    İbrahimdir.    O    İbrahim    ki,  
sonradan  Yasəmənin  həyatını  öz  həyatı  kimi  zəhərlədi.  İbrahim 
haqqında    o    qədər    də    yaxşı    söz  -  söhbətlər    gəzmirdi.    Hamı  
deyirdi  ki,  Aygün  o,  narkomanda   nə   görüb  axı?   “İçib,  çəkib  
anasını  döyməkdən başqa  əlindən  bir  iş  də  gəlmir.”  Amma  bu  
söhbətlər  Aygünə   batmırdı  ki,  batmırdı.  Elə  hey  deyirdi:  "Ya  
İbrahimə  gedəcəm,  ya  da  heç  kimə".  Aygün  bunun  üstündə  nə  
qədər  döyülsə  də  inadından  dönmədi  ki,  dönmədi.  Yasəmən  də  
ilk  əvvəllər  bacısının  tərəfini  saxlayırdı.  Çünki  onda  Yasəmən  
çoxda    böyük    deyildi.    Axırda    Yasəmənin    atası    əsəbləşib  
"gedirsən    cəhənnəmə    get"    deyib    otaqdan    çıxdığı    Yasəmənin  
yadında  qalmışdı.  İki  ayağını  bir  başmağa  dirəyən  Aygün  axır  


57
 
 
ki,    atasını  razı    saldı.    İbrahimin    valideyinləri    elçi    gəldilər.  
Elçilik  vaxtı  Qədir  və  arvadı  elçilərə  düşmən  gözü  ilə  baxırdı.  
Aygünün    anası    elçilər    gedincə    ürəyində    dedi.    "Ürəyinin    başı  
yansın  bala  gör  bizi  aparıb  kimlərin   sümüyünə  caladın?".  Çox  
keçmədi  ki,  Aygün  və  İbrahim  ailə  qurdular.  İlk  əvvəllər  sakit  
yola  getdilər.  Bir  ildən  sonra  xəbər  gəldi  ki,  İbrahim  doğurdan  
da  narkoman   imiş.  Yasəmən  elə   bilirdi  ki,   bacısı   xoşbəxtdir.  
Ta    bilmirdi    ki,    İbrahimin    içib    evə    gəlib    onu    döyməsinə    bir  
ildiki  Aygün  atasının  qorxusundan  dözür.   Bir  dəfə  evin  qapısı  
bərk    döyüldü.    Qapını    açıb  gördülər  ki,    gələn    Aygündü.Göz  
yaşları    yağış  suyuna    qarışmış    Aygün    bir    müddət    öz    evində  
qaldı.    Daha    sonra    İbrahimin    atası    Yasəmənin    atasına    xəbər  
göndərdi    ki,    "ailədə    söz  -  söhbət    olması    faciə    deyil".    Atam  
Aygünün    yenidən    evinə    getməsinə    razı    oldu.   Amma    bununla  
da    hər    şey    bitmədi.    Aygün    yenə    qaçıb    gəlmişdi.    Bir  
müddətdən    sonra    İbrahim    əlində    balta    həyətə    daxil    olub  
hamımızı   hədələmişdi.  Ondan  sonra  Yasəmənin  atası  dedi  ki,  
Aygün   mənim  süfrəmin  qırağında  yeyib  dolanacaq.  Amma  bir  
də    o    xarabaya    qayıtmayacaq.    Bundan    sonra    Qədir    kişi  
Aygünün  təkidilə  onu  kitabxanaya  işə  düzəltdi.  Hər  şey  qismən  
də  olsa  yaxşı  idi.  Ta  ki,  həmin  günə  qədər... 
  Həmin    gün    Qədir    və    arvadı    yaxınlarının    toy    məclisinə  
getmişdilər.    Aygün    də    işə    getmişdi.    Yasəmən    evdə    tək  
oturmuşdu.    Birdən    qapı    döyüldü.    Elə    bildi    gələn    bacısıdır.  
Amma  qapını  açanda  qızın  canına  qorxu  düşdü.  Gələn  İbrahim  
idi.  Nə   edəcəyini  bilməyən  Yasəmən  yerində  donub  qalmışdı.  
Bundan  istifadə  edən  İbrahim  içəri  keçdi. 
-  Deyəsən  evdə  heçkəs  yoxdu?-İbrahim  ətrafa  boylana - boylana  
soruşdu. 


58
 
 
-  Sənə  nə  lazımdır? - Yasəmən  qorxa - qorxa  soruşdu. 
-  Sən  ağıllı  qızsan  bacına  oxşamamısan. 
-  İbrahim  bu  sözləri  deyib  çirkin  baxışları  ilə  Yasəməni  süzdü.  
Yasəmənin    o    vaxtı    18    yaşı    təzəcə    tamam    olmuşdu.    Amma  
bədən   fiqurası  onun   yaşını   biraz  çoxaldırdı.  Mütanasib  bədən  
quruluşu,    bir    qədər    ətli    dodağı,    qəhvəyi    saçları,    koftasının  
altında    təzəcə    boy    atmağa    başlayan    balaca    döşlərini    görən  
İbrahimin    ağzı    sulanmağa    başladı.    Yaxınlaşıb    Yasəməni  
qucaqladı.  Köməksiz  qalmış  qız  qışqırmaq  istədi,  amma  qışqıra  
bilmədi.  İbrahim  onu  qucaqlayıb  divana  yıxdı.  Qızın  boynunu,  
dodaqlarını  qızmış  aslan  kimi  öpməyə   başladı.  Ağzından   içki  
qoxusu    gələn    İbrahim    5    dəqiqəyə    qızın    əynindəki    bütün  
paltarını    çıxartdı.    Koftanı    elə    güclə    dartdı    ki,    kofta    cırıldı.  
Koftasını  çıxarandan  sonra  İbrahimin  ehtirası  daha  da  qızışdı.  
Yasəmənin  açıq  qalmış  sinəsi  İbrahimi    dəli  etdi.    Onları    elə  
möhkəm  dişləyirdi  ki,  yazıq  qızın  az  qala  ürəyi  partlayacaqdı.  
Yasəmənin  artıq  gücü  qalmamışdı.  "Burax!  burax  məni  alçaq!. 
Atam    sənin    başını  kəsəcək!"bu    sözlərin    heç    bir    mənası  
olmamışdı.Artıq    İbrahim    Yasəmənin    şalvarını    əynindən  
çıxarmışdı.    Ağ    alt    paltarı    çox    dar    olduğundan    quduzlaşmış  
İbrahim    onları    cırıb    çıxartmaq    məcburiyyətində    qaldı.    Artıq  
Yasəmənin  ayağındakı  corabdan  başqa  əynində  heçnə   yox  idi.  
Bundan  sonra  İbrahim  özüdə  dəli  kimi  öz  şalvarınıda  əynindən  
çıxartdı    və    özünü    Yasəmənin    üstünə    atdı.    Yasəməni    bir  
tərəfdən  İbrahimin  ağzından  gələn   iyrənc   iyi,  bir  tərəfdən  də  
göbəyindən  aşağıda  başlayan  ağrılar  əldən  saldı.  İbrahimin  isə  
ehtirası    soyumaq    bilmirdi    ki,    bilmirdi.      Birazdan    Yasəmən  
kəskin    bir    ağrı    hiss    etdi.    Özünü    saxlaya    bilməyib    qışqırdı.  
İbrahim  ayağa  durdu.  Paltarını  geyinib  otaqdan  çıxdı.   Yasəmən  
isə    huşsuz    vəziyyətdə    divanın    üstündə    uzanmışdı.    Birazdan  


59
 
 
özünə    gəlib    ayağa    durmaq    istəyəndə    belindəki    ağrı    onu  
yenidən    oturmağa    məcbur    etdi.Yasəmənin  ağ-pambıq  kimi  incə 
budları qana  boyanmışdı.  Qanı  görəndən  sonra  Yasəmən  anladı  
ki,  o,  artıq  bakirəliyini  itirib.  Hönkürə - hönkürə  ağlayıb  özünü  
divanın    üstünə    atdı.    Baş    verən    bu    iyrənc    hadisəni    Yasəmən  
indinin  özündə  belə  unutmayıb.  O  vaxtı  Yasəmən  qorxusundan  
bunu  heç  kimə   bildirmədi.  Məktəbdə   sevdiyi   oğlan  da  vardı.  
Ona  da  heçnə  demədi.  Çünki  həmin  oğlan  biləndə  ki,  sevdiyi  
qız    bakirəliyini    itirib,    sözsüz    onunla    ailə    qurmaq    fikrindən  
daşınacaqdı.    Nə    edəcəyini    bilmirdi.    Bütün    günü    o    iblisə  
lənətlər    yağdırırdı.    İbrahim    onun    həyatını    məhv    etmişdi.  
Hərdən    İbrahim    onu    zorlayan    zaman    dediyi    sözlər    yadına  
düşürdü.  "Narahat  olma,  ərə  getməyinə  az  qalmış  gedib  Bakıda  
bunu  həll  edərik".    Necə    də    iyrənc    bir    şey.    Yasəmən    bunları  
xatırlayanda  ürəyi  bulanırdı.  Sevdiyi  oğlanla  isə   aranı  yavaş  - 
yavaş  soyutmağa  başlamışdı.  Ona  heçnə  deyə  bilməzdi.  Çünki  
ona    bunu    deyib    ayrılsaydı,    camaat    başlayacaqdı    bu    qəfl  
ayrılığın  səbəbini  axtarmağa.  Əgər  bunu  Qədir  kişi  bilsəydi.... 
  Bir  müddət  sonra  Yasəmən  həmin  oğlana  onu  "sevmədiyini"  
deyib  əlaqəni  birdəfəlik  kəsdi.  Yazıq  oğlan  illər  keçsə  də  bunu  
başa  düşə  bilməmişdi.  O,  Yasəməni  həqiqətən  sevmişdi... 
  Xeyli    zaman    keçdikdən    sonra    Yasəmən    Universitetə  
hazırlaşmağa  başladı.  Uzun  sürən  əziyyətdən  sonra  o,  istədiyinə  
nail    oldu.    Universitetin    3  -cü    kursunda   oxuyanda    "bakirəliyin  
mənim  üçün  əhəmiyyəti  yoxdur"  deyən  bir  oğlanla  görüşməyə  
başladı.    Oğlan    o    qədər    də    imkanlı    olmasa    da    yetərincə  
yaraşıqlı    idi.    Yasəmənin    elə    ilk    baxışdan    bu    oğlandan    xoşu  
gəlmişdi.  Oğlanda  Yasəməni  bəyənmişdi.  Yasəmənə  onunla  ailə  
həyatı  quracağına  söz  vermişdi.  Oğlan  kirayə  tutduğu  evdə  tək  
qalırdı.    Yasəməni    neçə    dəfə    öz    evinə    gətirsə    də    ona    heçnə  


60
 
 
etməmişdi.    Bir    müddətdən    sonra    onların    arasındakı    bütün  
pərdələr    götürüldü.    Həmin    oğlan    İbrahimdən    sonra    ikinci    bir  
adam    idi    ki,    Yasəmənlə    yatağa    girmişdi.    Təbii    ki,    Yasəmən  
İbrahimlə    həmin    oğlanı    bir    tutmurdu.    İbrahim    onun    gözündə  
insan    deyildi,    iyrənc    məxluq    idi.    Yasəmən    həmin    oğlanla  
yataqda    olduğu    müddətdə    keçirdiyi    anları,    hissləri    heçnəyə  
dəyişməzdi.  Bir  dəfə  yataqda  olarkən  oğlan  ondan  bakirəliyini  
itirməsinin  səbəbini  soruşdu.  Yasəmən  isə  baş  verənləri  təslifatı  
ilə    oğlana    nağıl    etmişdi.    Həmin    oğlanla    Yasəmən    oğlanın  
tutduğu  evdə  aylarla  ər - arvad  kimi  yaşamağa  başladı.  O  vaxtı  
universitetdə  Yasəmənin  yerlisi  də  oxuyurdu.  Ağzı  yırtığın  biri  
idi.      Yasəmənin    həmin    oğlanla    ər  -  arvad    kimi    yaşadığını  
hansısa    yolla    öyrənib,    Yasəmənin    ailəsinə    çatdırmışdı.    Qədir  
kişi    o    vaxtı    əlinə    balta    götürüb    Bakıya    gəlmək    istəyəndə,  
arvadı    onun    qabağını    kəsib    "Məni    öldür    amma    bu    qapıdan  
çölə  çıxma"sözlərini dedi.  Qədir  kişi  Yasəmənə  söz  yolladı  ki,  
"Daha    mənim    Yasəmən    adında    qızım    yoxdu.    Gətirib    qapıma  
hürən  qancığı  zincirləyərəm,  amma  onu  bu  qapıya  qoymaram".  
Yasəmən  eşidəndə  aylarla  göz  yaşı  axıtdı.  Çıxış  yolunu  həmin  
oğlana  ərə  getməkdə  görürdü.  Belə  də  etmək  qərarına  gəlmişdi.  
Düşünürdü  bu  oğlana   ərə   gedər  və   hər  şey  yavaş  - yavaş  öz  
qaydasına    düşər.    Amma    hər    şey    Yasəmənin    düşündüyü    kimi  
olmadı.  Sən  demə  hələ  ən  ağır  sınaqlar  qarşıda  imiş.  Bir  gün  
Yasəmən    eşitdi    ki,    həmin    oğlan    dəhşətli    yol    qəzasında  
dünyasını  dəyişib.  Hər  şey  Yasəmənə  qarşı  dayanmışdı.  O  an  
o,  bu  xəbərə   hazır  deyildi.   Axı   niyə   belə   olmalıdır?   Mənim  
axı  həyatda  nə  günahım  vardı?  Artıq  bu  sualların da Yasəmənə  
heç    bir    köməyi    olmadı.    Həqiqət   çox   acı    idi.   Amma    həqiqət  
idi.  Oğlan  ölmüşdü.  Daha  heç  nəyi  dəyişmək  mümkün  deyildi.  
Çarə  ancaq  güclü  olmaq  idi.  Çox  keçmədi  ki,  Yasəmən  ikinci  
zərbəni  aldı.  Yenə  də  itirmişdi  o.  Özüdə  ən  yaxınını.  Anasını.  


61
 
 
Onu  qorumaq  üçün  ölümə  belə  hazır  olan  anasını.Onu  doqquz  
ay  bətnində  gəzdirən  anasını.  İndi  onun  bir   istəyi  vardı.  Heç  
olmasa    Anasını    son    mənzilə    yola    salanda    yanında    olmaq  
istəyirdi.    Bu   mümkün   olan    bir    şey    idimi?    Qədir    buna    icazə  
verərdimi?    Bəlkə    də    verərdi.    Yasəmən    öz    atasını    tanıyırdı.  
Bilirdi  onun  xasiyyətin.  Nə  qədər  sərt  və əsəbi  olsa  da,  ürəyi  
daşdan    deyildi.    Yasəmən    artıq    qərarını    vermişdi.    O,    evlərinə  
dönəcəkdi.    Anasının    dəfnində    nəyin    bahasına    olursa    olsun  
iştirak  edəcəkdi.  "Qoy  Atam  məni  baltayla  tikə - tik  etsin,  mən  
ora    gedəcəm".    Yasəmən    bütün    bunları    fikirləşib    qərarını  
vermişdi.    Əgər    Anam    mənimçün    ölümdən    qorxmadan    özünü  
baltanın    qabağına    verirsə,    mən    niyə    onunçün    bunu    etməyim.  
Yasəmən  artıq  yolda  idi.  Avtobusun  şüşəsindən  ağlaya - ağlaya  
bütün    yol    boyu    çölə    baxmışdı.    Yaşadıqları    evin    darvazasına  
yaxınlaşanda  onu  kədərli  hisslər  bürüdü.  Uşaq  vaxtı  Yasəmənin  
bu    evdə    çox    xoşbəxt    günləri    olmuşdu.    İndisə    nə    vaxtsa  
xoşbəxt  olduğu  bu  həyətin  qapısını  açmağa  cürəti  çatmırdı.  O,  
qorxurdumu?  Yox.  Yaxşı  deyiblər  "Nə  vaxtsa  xoşbəxt  olduğun  
yerə  çalış  bir  də  qayıtmayasan".  Çünki  bu  sənə  əzabdan  başqa  
heçnə  verməyəcək.  Yasəmən  üçün  bu  ev  əziz  olsa  da  həyatını  
korlayan  o  iyrənc  hadisə   də   məhz  bu  evin  divarları  arasında  
olmuşdu.    O    alçaq    İbrahim    onu    bu    divarların    arasında    məhv  
etmişdi.  Məhz  bu  evdə  ona  ləkə  vurmuşdu.  Məhz  bu  evdə  onu  
məcbur    soyundurub    divana    yıxmışdı.    Məhz    bu    evdə    onun  
sevincli    və    rahat    günlərinə    son    qoyulmuşdu.    Məhz    bu    evdə  
onun  18  il  qoruduğu  bakirəliyi  pozulmuşdu.  Məhz  bu  evdə.... 
Məhz  bu  evdə.... 
  Yasəmən   yavaş  -  yavaş   həyətə   daxil  oldu.   O,  düşünürdü  ki,  
böyük  bacısı  Aygün  onu  görən  kimi  onun  qabağına  qaçacaq.  
Amma    belə    olmadı.    Çünki    Aygün  6  ay    əvvəl    birinə    qoşulub  


62
 
 
qaçmışdı.  Yavaş - yavaş  həyətə  daxil  olan  Yasəmən  evə  daxil  
olmaq  istəyəndə  Atası  ilə  qabaq - qabağa  gəldi.  Ani  bir  sükut  
hər  tərəfə  yayıldı.  Yasəmən  heç  vaxt  inanmazdı  ki,  atasını  nə  
vaxtsa    belə    vəziyyətdə    görəcək.    Qədir    doğrudan    da    əvvəlki  
insan    deyildi.    Əvvəlki    sərt    və    ciddiliyindən    əsər-əlamət    belə  
qalmamışdı.    İndi    Yasəmənin    qarşısında    əvvəlki    kimi    ciddi  
görkəmi,    sərt    baxışı    olan    Qədir    dayanmamışdı.    İndi    onun  
qarşısında  sifətindən  yazıqlıq,  zavallılıq  yağan  kövrək,  küskün,  
qəmgin  baxışları  olan   bir  insan  dayanmışdı.  Zaman  insanı  nə  
günə    salarmış    İlahi?.Onlar    susurdular.    Danışa    bilmirdilər.  
Qədirin  birdən  gözləri  doldu.  Yasəmən  atasının  bu  vəziyyətini  
görüb    özünü    saxlaya    bilməyib,    atasının    qarşısında    dizi    üstə  
çökdü.  Bu  səhnəni  təsvir  etmək  mənimçün  çox  ağırdır.  Bəlkə  
də    yazıçılıq    işindəki    təcrübəsizliyimdənirəli  gəlir  bu.  Amma    bu  
səhnəni    təsvir    etməyə    qələm    doğurdan    da    acizdir.    Mən    bir  
oxucu  olaraq  həmişə  Hüqonun yaradıcılığını  sevmişəm.  "Paris - 
Notr-Dam    kilsəsi"    əsəri    həmişə    yadıma    düşəndə    ilk    öncə  
Esmeraldanın  anasıyla  görüşməsi  hissəsi  yadıma  düşür.  Həmin  
səhnəni  təsvir  edən  Dahi  Fransız  yazıçısı  Hüqo  etiraf  etmişdi  
ki,  "Artıq  bu  səhnəni  təsvir  etməyə  qələm  acizdir...... 
  Yasəmən  atasının  təkidi   ilə   onun   yanında   yaşamağa  başladı.  
Onun    atası    çox    dəyişmişdi.    Əvvəlki    kimi    deyildi.    Daha  
qışqırmır,    əsəbləşmir,    sərtləşmirdi.    Amma    bütün    bunlar  
Yasəməni    sevindirmirdi.    Əksinə    məyus    edirdi.    Çünki  o,atasına 
başqa cürəöyrəşib,alışmışdı.Atasının  yanında  qaldığı  2  il  olsada,  
bir  həftə  də  olsun  keçmişdən  söz  salmamışdılar.  Zaman  keçdi.  
Yasəmən  indi  biraz  özünə  gəlmişdi.  Amma  təəssüf  ki,  bu  da  
uzun    sürmədi.    O,   yenə    itirdi.    Özüdə    yaxınını.    İllərdən    sonra  
onu  öz  yanında  saxlayan  atasını... 


63
 
 
  Yenə  də  göz  yaşı,  yenə  də  iztirab,  yenə  də  əzablar.  "Görəsən  
həyatın   mənə   əzab  verməkdən  başqa  bir   işi   yoxdurmu".  İndi  
Yasəmənin    fikirləşdiyi    bunlar    idi.    Ancaq    əzabverici  
düşüncələr...  Başqa  heçnə... 
  Atasından  sonra  Yasəmən   nənəsi   ilə   yaşamağa  başladı.   Ana  
nənəsi    ilə.    Yaxşı    ki,    dövlət    Yasəmənə    "yetim    pulu"  
ayırmışdı.Yavaş-yavaş  Yasəmən    həyatın  amansız    qanunlarına  
öyrəşirdi.    Zaman    isə    dayanmaq    bilmirdi.    Bir    dəfə    Yasəməni  
xalası  öz  evinə  dəvət  etdi.  Bu  ona  çox  təəccüblü  göründü.  Axı  
neçə   illərdir  onu  heç   bir  qohumu   yadına   salmamışdı.  Həmin  
gün  xalasının  ona  dediyi  sözlər  Yasəməni  "Şillə"  kimi  tutdu.  
Xalasının  anadangəlmə  şikəst  doğulan  bir  oğlu  vardı.  30  yaşı  
olardı.  Xalası  həmin  görüşdə  Yasəmənə  dedi: 
-    Sən    anandan    mənə    əmanətsən.    Səni    mənim    qədər    istəyən  
olmaz.  Özün  də   bilirsən  ki,  səni   indidən   belə   heç  kəs  alası  
deyil.  Gəl  razı  ol  səni  alım  oğluma. 
  Xalasının  bu  sözü  sözün  həqiqi   mənasında  Yasəməni  "Şillə"  
kimi    tutdu.    "Səni    onsuzda    heç    kəs    alası    deyil".    Bəlkə  
doğrudan      da    onu    indidən    belə    heç    kəs    almazdı.Amma  
Yasəməni  təhqir  etməyə,  əzməyə,  olub  keçənləri  "haqsızlıqları"  
onun    üzünə    vurmağa    heç    kəsin    ixtiyarı    yoxdur.    Yasəmən  
xalasıgilin    bu    hərəkətinə    dözə    bilməzdi.    Nənəsi    də    elə    hey  
qızının    sözünü    təkrarlayırdı.    "Sən    qudurmusan    ki,  
özümüzünküləri    bəyənmirsən?    Bəyənmirsən   onda   rədd  ol    get,  
bəyəndiyin    çnovniklərinin    yanına".    Yasəmən    oralardan    əbədi  
olaraq  uzaqlaşdı.  Üz  tutdu  Küləklər  şəhərinə... 
              “Qabil  Fərəcov  Yasəməni  necə  tapdı?” 


64
 
 
  Bəzən    biz    hər    hansı    romanı    oxuyanda    ondakı    hadisələri,  
insanların    başına    gələnləri    görüb    inanmırıq.    Düşünürük    ki,  
bunlar  heç  vaxt  həyatda  ola  bilməz.Bu   mümkün  deyil.  Gənc  
olsambelə  istəyirəm    bu  haqda  bir-neçəkəlmə  deyəm.Bir    dəfə    bir  
nəfər    Rus    yazıçısı    Dostoyevskinin    yanına    gələrək    söyləmişdi.  
"Mən  bir  roman  yazmaq  istəyirəm ,  amma  mövzu  və   ideyanı  
haradan  götürəcəyimi  bilmirəm". Dostoyevski  isə  söyləmişdi: 
  "Əgər  istəyirsənsə  yazdığın  roman  mənalı  və  oxunaqlı   olsun,  
onda    öz    təxəyyülündən    heçnə    uydurma.Çünki    bu    həyat    elə  
qurulub    ki,    istədiyin    materialı    bu    həyat    sənə    verəcək.    Onda  
əsərin    həqiqətən    oxunaqlı    olacaq".    Mən    ilk    dəfə    Hüqonun  
"Səfillər"  ini    oxuyanda    Fantenanın    başına    gələnləri    həyatda  
kiminsə    başına    gəlməsinə    inanmazdım.    Bir    insanın    taleyi    bu  
qədər   acınacaqlı    ola    bilərmi?    Bir    qadın   öz   balasını    qorumaq  
üçün  ağzındakı  dişini  çıxarıb  sata,  sonra  isə  ağzından  qan  axa 
- axa  öz  dağılmış ,  köhnə  evinə  qayıda  bilərmi?  Bir  insan  öz  
saçlarını  kəsib  sata  bilərmi?  Bəli!  Bu  mümkündür.  Bu  həyatda  
hər    şey    ola    bilər.    Drayzer.Mənim    sevimli    yazıçım."Cenni  
Herhardt"    ömrümdə    birinci    dəfə    oxuduğum    əsər.Cenni    öz 
əzizlərini    ard-arda    itirəndə    fikirləşmişdim    ki,    bu    həyatda    heç  
vaxt    ola    bilməz.Amma    ola    bilərmiş    demə.    Cenni    ilk    öncə  
anasını,    yox    əvvəlcə    güvəndiyi    Brenderi,    daha    sonra   anasını,  
sonra  atasını,  qızını  və   sonda   əri  Lesteri  itirdi.  Bir  insan  bu  
qədər    həyatda    itirə    bilərmi?.Bəli.    İtirə    bilər.Elə    bizim  
tanıdığımız  Yasəmən  kimi.  Yasəmən  Arzumanlı  kimi... 
  Yasəmən  Bakıya  ilk   əvvəl  gələndə   nə   edəcəyini  bilməmişdi.  
Metronun    20    yanvar    stansiyasında    dayanandan    sonra    qərar  
verdi    ki,   ağzındakı    qızıl    dişləri    satsın.   Belə    də   etdi.    4   qızıl  
dişini  18  manata  satdı.  Daha  sonra  Parixmatıra  gedib,  saçlarını  
kəsdirib    satdı.    Qazandığı    pulun    üstünü    düzəldib    özünə    ev  


65
 
 
kirayə    elədi    və    səhərisi    iş    axtarmaq    üçün    şəhərə    çıxdı.    Çox  
axtardı.Çox  yerə   baş   çəksədə  bir  şey  çıxmamışdı.  Axırda  28  
mayda  bir  elana  rast  gəldi.  "Gənc,  cavan  qızlar  tələb  olunan"  
bir    iş    idi.    Həmin    nömrəyə    zəng    vurdu.    Telefonu    bir    kişi  
götürdü: 
-  Eşidirəm - 40  yaşlı  bir  kişinin  səsi  gəldi. 
-  Mən  işlə  bağlı  zəng  vurmuşam. 
-  Neçə  yaşınız  var? 
  Yasəmən  bu  suala  bilmədi  nə  cavab  versin.  Olub  keçənlərdən  
sonra  heç  yaşıda  düz  ağıllı  yadında  qalmamışdı.  Ona  görə  də  
ağlına  gələn  ilk  rəqəmi  dedi: 
-  25. 
-  Çox  gözəl  evlisiniz? 
-  Boşanmışam. 
-  Yasəmən  artıq  özünə  sərf  eliyən  cavabları  deyirdi. 
-  Atanız,  ananız  var? 
-    Mənim    heç    kimim    yoxdu!  -  Verdiyi    cavabdan    Yasəmənin  
özüdə    diksindi.      Necə    oldu    ki,    o,    bu    sözü    tanımadığı    bir  
adama  dedi.  Yasəmənin  bu  cavabı  telefondakı  kişini  dirçəltdi.   
-  İşə  ehtiyacınız  çox  olar  yəqin? 
-  Çoxdu. 


66
 
 
-  Onda  sabah  mütləq  yanıma  gəlin.   
-  Hara? 
  Telefondakı    adam    ünvanı    verib    telefonu    asdı.    Yasəmən    evə  
gəlib    əynini    dəyişdi.    Səhəri    deyilən    ünvana    getdi.    Orada   bir  
nəfərlə  söhbət  edəndən  sonra  ona  bir  ünvan  verib  ora  yolladı.  
Şirkətə    bənzər    bir    yerə    gələn    Yasəmən    burada    bir    nəfərin  
kabinetinə  daxil  oldu.  Kabinetdə  bir  kişi  oturmuşdu.  Kostyum  
geyinmişdi.  Dolu  bədənli  birisi  idi.  Yasəmən  içəri  girən  kimi  
ona    oturmaq    üçün    yer    göstərdi.    Yasəmən    isə    təşəkkür    edib  
əyləşdi.  Qara  kostyumlu  bu  kişi  Yasəməni  başdan  ayağa  süzdü.  
Həmin  gün  bu  adam  Yasəmənləçox  mehriban  rəftar  etdi.  Onu  
öz   otelinə    işə    düzəltməyə    söz    verdi.    Hələlik    də    öz    yanında  
işləməyi  təklif  edib  Yasəmənə  150  manat  pul  verdi.  Yasəmən  
ilk  öncə  etiraz  etsə  də  ehtiyac  ona  güc  gəldi.  40  yaşı  olan  bu  
kişinin    adı    Qabil    Fərəcov    idi.    Qabil    Yasəmənə    kömək    etdi.  
Amma  bu  xeyirxahlığın  sonunda   nəyin  dayanacağını  heç  kəs  
bilmirdi.    Elə    Yasəmənin    özü    də.    Yavaş  -  yavaş    Yasəmən  
Fərəcovyn  təsiri  altına  düşdü.  Onunla  gəzməyə,  kafeyə   yemək  
yeməyə  də  getdi.  Bir  dəfə  Fərəcov  Yasəmənə  dedi  ki,  daha  o  
daxmada  qalmağına  ehtiyac  yoxdu.  Oteldə  səninçün  bir  nömrə   
tutmuşam.    Orada    qalarsan.    Axşam    hazırlaş    gedək    öz   otağına  
bax.    Yasəmən    yenə      etiraz    etmək    istəsə    də    bunu    etmədi.  
Axşam  Fərəcovun  maşınında  otelə  getdilər.  Otağa  daxil oldular.  
Otaqda  böyük  bir  çarpayı  da  vardı.  Yasəmən  otaqdakı  hamam - 
tualetə  göz  gəzdirib,  otağa  qayıtdı   və   həmin  çarpayıda  oturdu.  
Fərəcov  Yasəmənə  yaxınlaşıb  yanında  oturdu: 
-  Sənə  deyiblər  ki,  çox  gözəlsən? - Fərəcov  dilləndi. 
-  Çox  sağolun - Yasəmən  gülümsənərək  dilləndi. 


67
 
 
-   Sağola  ehtiyac   yoxdu.  Mən  sadəcə  olaraq  olanı  dedim.  Bu  
sözləri    deyəndən    sonra    Fərəcov    Yasəmənin    saçlarını  
sığallamağa    başladı.    Yaxınlaşıb    üzündən    öpdü.    Baş    verənlər  
Yasəmənə  qəribə  hisslər  bəxş  edirdi.  Fərəcov  Yasəməni  özünə  
sıxdı,    dodaqlarından    öpdü.    Yasəmən    heç    bilmirdi    nəyə    görə  
dartınıb  onun   əlindən  çıxmağa  çalışmır.  Nəyə   görə  o,  təslim  
olmağa  belə  hazırdır.  Bəlkə  o,  Fərəcovun  etdiyi  yaxşılıqlardan  
sonra    ona    etiraz    etməyə    utanır?      Fərəcov    yavaş  -  yavaş  
Yasəmənin    boynunu    öpməyə  başladı.    Fərəcovun    bahalı    ətrinin  
iyi  onu  daha  da  zəiflədirdi. 
-  Xahiş  edirəm  bəsdirin! - Yasəmən  zəifcəsinə  dilləndi.  Amma  
Fərəcova  bu  sözlər  kar  etmədi.  O,  Yasəmənin  köynəyini  yavaş 
-  yavaş    çıxartdı,    daha    sonra    qucağına    alıb    çarpayıya    uzatdı.  
Etdiyi    hərəkətlərdən    aydın    olurdu    ki,    Fərəcov    belə    şeylərdə  
peşəkardır.    Çarpayıya    uzadandan    sonra    Fərəcov    Yasəməni  
soyundurdu.    Özüdə    soyunub    onu    qucaqladı.    Baş    verənlər  
Yasəmən    üçün    çətin    olsa    da    onun    xoşuna    gəlirdi.    Fərəcov  
başladığı    işi    sona    yetirəndən    sonra    əynini    geyinib    otaqdan  
çıxdı.  Yasəmən  isə   baş  verənlərin  xoş  ahu  - zarında  qalmışdı.  
Səhərisi  gün  Yasəmən  həyatında  növbəti  zərbəni  aldı.   
                                                       "Qadın  Alveri". 
  Bəli,    Cəmiyyətimizin    ən    böyük    bəlası    qadın    alveri.    Təəssüf  
ki,  bizim  qəhrəman  Yasəmən  də   bu  amansız  alverin  qurbanı  
oldu.    Onu    satmışdılar.    Adi    bir    əşya    kimi.    Özüdə    kim?  
Güvənib  etibar  etdiyi  Qabil  Fərəcov.  Qabil  fərəcov  4  il  olardı  
ki,    belə    iyrənc    işlər    üçün    xaricilərlə    müttəfiq    idi.    Yasəməni  
xaricilərə    satmaq    istəyən    də    məhz    Qabil    Fərəcov    olmuşdu.  
Məsələni  gizlicə  öyrənən  Yasəmən  həmin  oteldən  qaçıb  kirayə  
tutduğu    evə    gəldi.    Paltarını    yığışdırıb    qaçmaq    istəyirdi    ki,  


68
 
 
həyətə    yad    kişilərin    girdiyini    gördü.    O    an    nə    edəcəyini  
bilmədən  stolun  üstündəki  bıçağı  götürüb  gələnlərə  hücum  etdi.  
Yasəmənin    gözünə    heçnə    görünmürdü.    Bıçaq    dava    zamanı  
onun    öz    damarını    kəsdi,    amma    Yasəmən    heç    bir    ağrı    hiss 
etmədi.  Var  gücünü  topluyub  həmin  adamların  birinin  sinəsinə  
həmin    bıçağı    sancdı.    Yad    adamlar    iki    nəfər    idi.    Dostunun  
yaralandığını    görüb    onu    maşına    qoyub    apardı.    Yasəmən    isə  
qan  itirdiyindən  huşunu  itirdi.  Onun  sol  qolunun  damarları  bir  
neçə  yerdən  kəsilmişdi.  Gözünü  açanda  xəstəxanada  idi.  Artıq  
özünə  gəlmişdi.  İndi  ancaq  o,  bir  şeyi  bilirdi.  İndən  belə  heç  
nəyə   və   heç  kimə   güvənməməyi.  Yanına  bir  neçə   dəfə   polis  
gəlsə   də   Yasəmən  doğru  - dürüst  heçnə   demədi  onlara.  3  -cü  
günü    o,    gözləmədiyi    qonağı    görəndə    çox    əsəbləşdi.    İstədi  
çarpayıdan  sıçrayıb  gələn  qonağın  yaxasından   yapışıb  boğsun.  
Amma    buna    gücü    çatmadı.    Gələn,    insan    cildinə    girmiş    İblis  
idi.  Fərəcov  yavaş - yavaş  addımlayaraq  Yasəmənə  yaxınlaşdı: 
-    Sən    mənim    fikirləşdiyim    kimi    zəif    deyilsənmiş  -  Fərəcov  
dilləndi. 
-  Alçaq... 
-  Ey  biraz  yavaş...   Fərəcov  dilləndi. 
-    Sən    alçaq    adamsan.    Mənsə    sənə    inanmışdım.    Sənin    xoş  
sözlərinə,  şirin  dilinə,  mehriban  rəftarına  aldandım  sənin.   
-  Qulaq  as.  Burada  çox  qala  bilmərəm.  Onu  bil  ki,  sən  indi  
bir  qatilsən. 
-  Mən  qatil  deyiləm.  Qatil  sənsən.  Hələ  kim  bilir  mənim  kimi  
neçə qadını  öz  iyrənc  əməlinin  qurbanına  çevirmisən.   


69
 
 
-  Onların  dərdi  sənə  qalmayıb - Fərəcov  əsəbləşdi. 
-    Sən    nə    qədər    şərəfsiz  adamsanmış!.    Yox.    Sən    insan    ola  
bilməzsən.  Sən  içi  çirkabla  dolu  olan  bir  İblissən. 
-  Kəs  səsini! - Fərəcov  bağırdı. 
-  Çıx  burdan!.   
-    Gəlmişəm    sənə    deyim    ki,    bıçaqla    vurduğun    adam    ölüb.  
Amma    bu    barədə    polisə    xəbər    verməmişik.    Əgər    ömrünün  
qalanını    dörd    divar    arasında    keçirmək    istəmirsənsə,    ağzını  
möhkəm  saxla.  Heç  kimə heç  nə  demə.  Polislərə  də  denən  ki,  
ehtiyatsızlıqdan  əlini  kəsmisən. 
-    Mən    susum    sizdə    mənim    kimilərini    tora    salmaqda    davam  
edin  hə? 
-    Lənətə    gələsən!    M.əni    özümdən    çıxartma.    Onları    heç    kim  
məcbur  etmir.  Məcbur  etmirik  ki,  gedib  kişilərlə   yatağa  girib  
q......    etsin!.    Onlar    bu    yolu    özləri    seçir.    Onların    dərdi    sənə  
qalmayıb.  Yaxşı  olar  ki,  mən  deyənlərə  qulaq  asasan.  Yoxsa... 
-  Yoxsa  nə?Öldürəcəksən  məni?  Bir  mənə  bax  ay  axmaq!  Gör  
məni  nə  ilə  qorxudursan.  Mən  icazə  vermərəm  ki,  köməksizləri  
öz  iyrənc  işinizlə  məhvə  doğru  aparasınız. 
-  Yaxşı  sən  məni  buna  özün  məcbur  etdin - Fərcov  bu  sözləri  
deyib    əlindəki    zərfi    Yasəmənin    üstünə    tulladı.    Yasəmən    ilk  
öncə  elə  bildi  ki,  zərfdəki  puldu.  Ona  görə  də... 
-  Sənin  iyrənc  pulların  mənə  lazım  deyil. 


70
 
 
-    Oradakı    pul    deyil.    Səninçün    puldan    da    qiymətlidir.    Açıb  
baxmağın  məsləhətdir. 
  Yasəmən    zərfi    açdı.    Zərfdə    şəkil    vardı.    Bu    bir    qadının  
həyətdə    balaca    qızı    və    əriylə    zarafat    edən    zaman    kiminsə  
onları  gizlincə  çəkdiyi  şəkil  idi.  Şəkilə  baxmağıyla  Yasəmənin  
rənginin  qaçması  bir  oldu.  O,  bu  qadını  tanıyırdı.  Çox  gözəl  
tanıyırdı.  Şəkil  onun  bacısının  öz  qızı  və  əriylə  çəkilən  şəkil  
idi.    Aygünün.    Yasəmən    bilmədi    sevinsin    ya    yox.    İlahi!  
Aygünün  qızı  var.  Ailəsi  var.  Həyat  yoldaşı  var.  Bu   sözləri  o,  
ürəyində    dedi.    Sonra    bu    şəkilin    ona    Fərəcovun    verdiyini  
xatırlayanda  onun  canını  yenidən  "itirmək  qorxusu"  bürüdü.   
-  Bu  şəkil  sizdə  haradandır? - Yasəmən  dilləndi.   
-    İndi    onların    həyatı    sənin    əlindədir  -  Fərəcov    Yasəmənin  
sualına  cavab  vermədən  dedi. 
-  Mənim? 
-    Hə    sənin.    Əgər    onların    ailəsinin    faciəsini    istəmirsənsə  
susmalısan.  Daha  doğrusu  ağıllı  olmalısan.   
-    Sən    necə    də    şərəfsizsənmiş    Fərəcov.    Gör    bir    nələrə    əl  
atmısan.   
-    Əgər    mən    deyənləri    etməsən    onları    elə    bu    gün  
öldürtdürəcəm.   
-  Yox.  Bircə  ölüm  yox.  Mən  razıyam.  İndi  nə  etməliyəm  mən.   


71
 
 
-  Ay  sağol.  Əvvəldən  belə  ağıllı  olsaydın  hər  şey  yaxşı  olardı.  
Qulaq  as  gör  nə  deyirəm.  İzahat  verərsənki  əlini  ehtiyatsızlıqla  
kəsmisən.   
-  Sonra? 
-  Sonrası  odur  ki,  mən  səni  rayona  yolluyacam,  burada  sənin  
qalmağına   imkan  verə   bilmərəm.  Rayon  mərkəzində   "Simurq"  
kafesi    var.    Mənim    dostumundur.    Orada   işləyəcəksən.    Qalmaq  
yerini  də  həll etmişəm.  Buralarda  qalsan  çox  ağılsızlıq  edərsən.  
Qıraq  yerdə  qalmağın  yaxşıdır.  Burada  qalsan  onsuzda  yaşaya  
bilməyəcəksən.  Burda  sənin  kimilər  üçün  yalnız  bir  iş  var.  O  
da    "klassik"    kafelərdə    kişiləri    razı    salmaqdır.    Narahat    olma  
mənim  səni  yolladığım  kafe  heləsindən  deyil.  Get  və  ağıllı  ol. 
“Polkovnik  özündən  narazıdı.” 
  Neçə  gün  idi  ki,  Polkovnik  Rəsul  Cəbiyev  özünü  yaxşı  hiss  
etmirdi.    Araşdırdığı    bu    müəmmalı    işdə    hələ    ki,    bir    qənaətə  
gələ  bilmirdi.  Usta  Səfərin  evində  olduğu  müddətdə  bir - birinə  
uyğun    gəlməyən    məsələləri    aşkar    etsə    də    hələ    ki,    İlhamın  
ölüm    səbəbini    dəqiq    deyə    bilmirdi.    İlhamın    özünü    Kanala  
tulladığı  ehtimal edilən həmin   körpüdə   bir  neçə   detalı  araşdırıb  
yadında  saxlamışdı.  Amma  bu  da  kifayət  deyildi.  Polkovnikin  
növbəti    fikri    Allahyar    və   Şamxal    idi.    Ümid    edirdi    ki,   bəlkə  
İlhama  yaxın  olan  bu  cavanlar  nəsə  bir  şey  bilirlər.  Ona  görə  
Polkovnik    bu    gün    birinci    olaraq    Allahyarla    söhbət    etmək  
fikrində    idi.    və    elə    bu    dəqiqə    Qarayevlə    birlikdə    Allahyarla  
söhbət    etmək    üçün    maşınla    Usta    Səfərgilə    gedirdilər.    Nəyə  
görə   Usta  Səfərin  evinə?  Çünki  Qarayevə  məlumat  verilmişdi  
ki,  Allahyar  Usta  Səfərin  qapısında  nəsə  bir  işə  köməklik  edir. 


72
 
 
“Allahyar  Fərəcov və Polkovnik  Cəbiyev” 
  O    qədər    də    sürətlə    hərəkət    etməyən    qara    rəngli    mersedes  
Usta  Səfərin  qapısının  ağzında  dayandı.   
-  Siz  Allahyarla  tək  söhbət  etmək  istəyirsiniz? 
-  Adını  çək  qulağını  bur - Polkovnik  bu  sözləri  deyib  Səfərin  
darvazasına    sarı    baxdı.    Darvazadan    hündür    boy,    enli    kürək,  
qara  saçlı  bir  cavan  oğlan  çıxıb  addımlamağa  başladı. 
-  Bu  Allahyardır.  Siz  onu  necə  tanıdınız? - Qarayev  dilləndi. 
-    Sonra  deyərəm.Onu    maşına    dəvət    edin.    Biraz    söhbət    edək  
onunla. 
-  Bu  dəqiqə. 
  Qarayev    maşından    düşüb,    yol    ilə    gedən    Allahyarı    səslədi.  
Allahyar    çevrilib    Qarayevə    baxdı.    Bunları    Cəbiyev    maşının  
şüşəsini    endirmədən    müşahidə    edirdi.    Allahyar    yaxınlaşıb  
Qarayevə  salam  verdi.  Qarayev  ona  nəsə  dedi.  Allahyar  üzünü  
mersedesə    sarı    çevirdi.    Lakin    maşının    şüşələrinə    çöldən  
baxanda  heçnə  görsənmədiyindən   Allahyar  gözünü  tez  maşının  
şüşəsindən    çəkdi.    Birazdan    Allahyar    yaxınlaşıb    mersedəsə  
mindi.    Maşına    minən    kimi    Cəbiyevin    iti    baxışlarının  
hədəfindən    yayına    bilmədi.    Allahyar    biraz    həyəcanlı    olsa    da  
bunu  bildirməməyə  çalışırdı.  Allahyar: 
-  Salam.  Qarayev  dedi  mənlə  nəsə  işiniz   var. 
-  Salam.  Hə.  Sizə  bir - iki  sualım  olacaq. 


73
 
 
-  Buyurun!Eşidirəm  sizi. 
-  İlhamı  çoxdan  tanıyırdız? 
-  Bəli.  Lap  çoxdan. 
-  Münasibətiniz  necə  olub? - Polkovnik  soruşdu. 
-  Normal.  Biz  dost  idik.. 
-  Bəs  Şamxalı  necə? - Polkovnik  sualına  davam  etdi. 
-  O,  da  İlhamla  dostluq  edirdi. 
-  Onların  evini  tanıyırsız? - Şamxalı  deyirəm. 
-  Hə  əlbətdə. 
-  Vaxtınız  varsa  bizimlə  ora  gedək.  Həmdə  yolda  sizə  bir - iki  
sualım  olacaq. 
-  Gedəyin - Allahyar  dilləndi. 
  Qarayev  maşını  işə  saldı.  Mersedes  yavaş - yavaş  irəliləməyə  
başladı. 
-  Fevralın  23 -də  harada  olmusuz?  Saat  23 : 00 -da. 
-  Evdə. 
-  Buna  şahidiniz  varmı? 
-  Əlbətdə.  Anam  evdə  idi.  Şamxal  da  mənə  şahidlik  edə  bilər. 


74
 
 
-  Şamxal? - Polkovnik  yenidən  sual  intonasiyası  ilə  dilləndi. 
-  Hə.  Şamxal  da  bizdə  olub.  Saat  12 -də  getdi  bizdən.  Daha  
doğrusu  1 -ə  işləmiş.   
-  Nəyə  görə  belə  gec? 
-   Həmin  günü  anamın  doğum  günü   idi.  Sabahısı  anamın   işi  
olduğuna  görə  bir  gün  əvvəl  yüngülvari  qeyd  edirdik.  Şamxalı  
mən  dəvət  etmişdim.  Oturub  gözlədik  ki,  saat  12 -ni  keçsin. 
-  Aydındır - Polkovnik  dilləndi. 
  Maşın  gəlib  Şamxalgilin  evinə  çatmışdı. 
-  Şamxal  valideyinləri  ilə  yaşayır? - Polkovnik  dilləndi. 
-  Yox  o,  yetimdi - Allahyar  dilləndi. 
-  Bəs  kiminlə  qalır? 
-    Bir    nənəsidi,    birdə    özü  –Allahyar  cavab  verdi.    Qarayev  
darvazanı  açıb  içəri  keçdi.  5  dəqiqədən  sonra  qayıtdı.  Qarayev: 
-  Onlar  evdədir. 
-    Lap    yaxşı.    Siz    maşında    gözləyin    mən    indi    qayıdıram  - 
Polkovnik    bu    sözləri    deyib,    maşından    düşdü.    Darvazanı    açıb  
içəri  keçdi. 
-    Atanız    hələ    burdadır?    Qarayev    fürsətdən    istifadə    edib  
soruşdu. 


75
 
 
-  Hə  buradadır. 
-  Nə  yaxşı? 
-  Necə  yəni? 
  Deyirəm  yəni  Fərəcovu  qışda  buralarda  görmək  bizə  çox  az  
nəsib    olurdu.    İndi    nə    yaxşı    bizi    bu    il    həsrətdə    saxlamır?.  -  
Qarayevin    danışığındakı    acı    istehzanı    görməmək    mümkün  
deyildi. 
-  Biraz  nasazdı.  Şəhərin  havası  bu  il  nəsə  ona  düşmür.  Deyir  
biraz    buralarda    qalıb    gedəcəm.    Həm    də    axı    bilirsən.    O,  
Bələdiyyənin  sədridir.   
-    Bilirəm  -    Qarayev    ah    çəkərək    dilləndi.    Ürəyində    dedi  
"Mənim    Bələdiyyəmə    belələri    sədrlik    edirsə,    onda    görəcək  
günlərimiz  hələ  qabaqdaymış. 
-    Həm    də    Usta    Səfərin    ailəsinə    kömək    etmək    üçün    burada  
qalıb.  O,  da  çox  pis  olub  bu  hadisəyə  görə - Allahyar  dilləndi. 
-    Sağ    olsun.    Məndən    atana    salam    de  -  Qarayev    kinayəylə  
dilləndi. 
                     “Şamxalın  gündəliyindən”  (Mətn) 
  Bu    gün    mən    yenə    onları    gördüm.    Yamanca    şən    idilər.  
Xoşbəxt  idilər.Gülürdülər.  Sevgi  dolu  gözləri  par-par   parıldayırdı.  
Bəs   mən?   Mən   isə   əvvəlki   vəziyətimdə    idim.  Gizlin  - gizlin  
onlara    baxmaqdan    savayı    əlimdən    heçnə    gəlmirdi.    Bəlkə    də  
mən    bunu    da    etməməliydim.      Bəs    nə    edəydim?  Yəqin    ki,  


76
 
 
bilmirəm.  Bircə   onlar  evlənsəydi.  Görəsən  onlar  evlənsə   mən  
yenəmi    onu    sevəcəm?    Yenəmi    onun    həsrətiylə    gizlin  -  gizlin  
alışıb    yanacam?    Yenəmi    bütün    gecə    onu    xəyallarıma    qonaq  
çağıracam?    Bilmirəm.    Artıq    mən    belə    həyata    tab    gətirə  
bilmirəm.  Nə   vaxta  kimi  gizlənib,  onların  xoşbəxtliyini  görüb  
əzab  çəkəcəm?  Yəqin  ki,  ömrümün  sonuna  kimi  olmaz.  Axı  o,  
niyə  bu  qədər  gözəldi?  Bəlkə  o,  mənimçün  bu  qədər  gözəldir?  
Bəlkə    də....    Görəsən    indi    onun    əlindən    tutan    oğlan    öz  
xoşbəxtliyini    görürmü?    Bir    saniyə    belə    oğlanın    yerinə    ola  
bilsəydim...  Görəsən  o,  da  onu  mən  sevən  qədər  sevir?  Buna  
heç   vaxt  inanmaram.  Kaş  elə   bir  gücüm  olaydı  ki,  dəfələrlə  
gizləndiyim  yerdən  çıxıb  o  qıza  -  mənim  həyatımın  mövzusuna  
yaxınlaşıb  deyərdim: 
  "Bəsdir    məni    incitmə    bu    qədər.    Mən    artıq    bunu    sənə  
deyəcəm.  Səni  dünyalar  qədər  çox  sevirəm.   Hətta  indi  sənin  
əlindən  tutub   mənim   həsrət  qaldığım  o  qara  gözlərinə   baxan  
oğlandan  da  çox  sevirəm.  Gəl  çıxaq  gedək  buralardan.  Mənim  
ol.  Ancaq  mənim.  Mənim  ol  ki,  mən  yaşıyım.  Mənim  ol  ki,  
mən    özümdə    güc    tapım    ki,    bədbəxtlik    qapısın    bağlıyım.  
Açarını    isə    dənizin    düz    ortasına    atım    ki,    onu    heç    kəs  
tapmasın".... 
 "Tənhalıq  mənim  dostumdur" 
  Həyatda    heç    vaxt    xəsis    olmadım.Mən    heç    nəyi    qarşımda  
mane    kimi    görməyərək    səni    sevdim.    Çox    sevdim    səni.    İş  
orasındadır    ki,    mən    hələ    də    səni    dəli    kimi    sevməyə    davam  
edirəm.  Mən  sənə ürəyimi  verəndə  bütöv  verdim.  Mənə  heç  nə  
qalmadı.  İndisəsən  toya  hazırlaşassan  yaxınlarda.  Bəlkə  elə  bu  
yay  toyundu.  Bəlkə  də  daha  tez.  Fərqi  nədi?... Mənim  üçün  bir  
acı  həqiqət  var.  O  da  sənin  toyunda  bəyin  mən  olmamasıdır.  


77
 
 
Ən    dəhşətlisi    də    odur    ki,    mən    o    toyda    "sağdış"    olacam.  
İlahi....    
  Bu  gün  yenə   sizn  arxanızca  gizlin  - gizlin  gəlirdim.   Əl - ələ  
tutmasanızda    bir  -  birinizə    çox    yaxın    idiniz.    Çox    xoşbəxt  
görsənirdiniz.  İki  xoşbəxt  cütlük.... O  xoşbəxt  cütlük  ki,  onlar  
həmin  an  bilmirdilər  ki,  onların  arxasınca  gizlin - gizlin  gələn  
oğlan  çox  bədbəxtdir.  Çox  tənhadır.  Çox  küskün,  çox  qəmgin,  
çox...çox...Nəysə.... 
  Səni  sevdiyim  gündən  tənhalıq  həmişə   mənim  "çağrılmamış"  
qonağım    olub.    Mən    həmişə    tənhalıqdan    qaçardım.    Atam    və  
anam    bu    həyatdan    vaxtsız    köçəndən    sonra   nənəmlə    yaşadım.  
Mənim  birinci  dostum  nənəmdir.  İkinci  dostum  isə...Təəccüblü  
olsa    da    deyəcəm.    Tənhalıqdır.    Doğurdan    da    çox    qəribə  
səslənir.  "Mənim  Dostum  Tənhalıqdır".  Axı  biz  öyrəşmişik  ki, 
insan    tənha    qalmamaq    üçün,  özünü  tənha    hiss    etməmək    üçün  
özünə  bir  dost  və  ya  həmdəm  tapsın.  Mən  isə  tənhalığı  özümə  
dost    hesab    edirəm.    Bəlkə    mən    tənhalığı    sevirəm?    Yox.  
Əminəm    ki,bu    belə    deyil.    "Həyatda    həmişə    tənhalıqdan  
qaçmışam".  Vaxt  keçdi  səni  itirdim.  Hələ  əvvəlcə  mənim  üçün  
ən  əziz  insanları  itirdim.  Atamı  və  anamı.  Çoxları  məni  tərk  
etdi.  İnandıqlarım.   Ən  əziz  qohumlarım.  Sən  də   artıq  yoxsan  
ey    mənim    sevgilim.    Sən    indi    onun    yanındasan,    mənsə    bu  
tənha    otaqda.    Amma    narahat    olma    məndən.    Məndə    tək  
deyiləm.    O,    mənim    yanımdadır.    Tənhalıq    mənim    yanımdadır.  
Ən  qəribəsi  bilirsən  nədi?  Qoy  deyim  bil.  Bəlkə  də  heç  vaxt  
bilməyəcəksən.  Yazdığım   bu  gündəliyin  varlığını  ancaq  özüm  
bilirəm.  Heç  bilmirəm  bunları  niyə   yazıram?,  onsuzda  bunları  
heç    kəs    oxumayacaq.    Amma    deyəcəm.    Mən    sənin    yanımda  
olmağın  üçün  hər  şeyə  hazıram.  Hətta  gözüyumulu  ölümə  belə  


78
 
 
getməyə    hazır    idim.    İndi    də    hazıram.    Amma    sən    yanımda  
deyilsən... 
  Tənhalığı   isə   həmişə   bu  otaqdan  qovardım.  O  isə   getməzdi.  
Qapıdan    qovsaydım    mütləq    pəncərədən    girərdi    evə.    İndinin  
özündə    belə    məni    tənha    buraxmır.    Artıq    mən    də    ona  
öyrəşmişəm.  Çünki  o,  mənim  dostumdur.  Bəli.  Tənhalıq  mənim  
dostumdur.    Mən    bir    şeyə    görə    sevinirəm    ki,    mənim    sənə  
qovuşmamağımın  səbəbi  sənin  mənə  xəyanətin  deyil.  Sən  heç  
vaxt  bilmədin  ki,  yaşadığın  bu  həyatda  sənin  yanında  olduğun  
o oğlandan  başqa  dünyalarca  sevən  başqa  bir  oğlan   var.  Adı  
da  sənin  tanıdığın  Şamxaldır.  Sənin  Şamxalın.  Sənin  Şamxalın?  
Yox.    Qoy    sadəcə    "Şamxal"    olsun.    Şamxal    Əsədov.    Ya    da  
bədbəxt    Şamxal    Əsədov.    Həyatın    acısını    görmüş    və    duymuş  
Şamxal.  Səni  əbədi  olaraq  sevən  Şamxal. 
                                                             *** 
  Sentyabrın    23.    O    gün    evə    çox    əsəbi    qayıtdım.    Bunu    heç  
özüm    də    anlamırdım.    Axı    mən    dəfələrlə    sizi    bir    yerdə  
görmüşəm.  Amma  heç  vaxt  bu  qədər   əsəbiləşməmişdim.  Toy  
idi.    Gecə    toya    baxmağa    gəlmişdim.    Çünki    bilirdim    səndə  
ordasan.    Fürsət    düşən    kimi    sənə    baxırdım.    Birdən    içimdə  
böyük  bir  ağrının  baş  qaldırdığını  hiss  etdim. Gələcək  qaynanan  
səni    rəqs    etmək    üçün    meydana    dəvət    etdi.    Səndə    durdun.  
Etiraz  etmədin.  O,  da  orada  idi.  Sənin   yanında.  Baldızın   və  
qaynatan  da  orda  idilər.  Sənə  yaxın  idilər.  Mən  də  orda  idim.  
Amma    səndən    çox    kənarda    əyləşmişdim.    Öz    qəmgin  
baxışlarımla    sənə    baxırdım.    Sən    oynayırdın.    Arabir  
gülümsəyirdin.    Hələ    də    o    an    niyə    o    qədər    əsəbiləşdiyimi  
bilmirəm.    Qabaqda    isə    o,   oturmuşdu.    Mənim    "Dostum".    Son  
vaxtlar    ondan    heç    xoşum    gəlmir.    Məni    əzmək    üçün    iynəli  


79
 
 
sözlər  deyir.  Hələ  də   bilmirəm  ki,  o,  səni  sevdiyimi  haradan  
öyrənib?.    O,    bunu    bilən    gündən    bezmişəm    onun    iyrənc  
sözlərindən.  Həmin  gün  gecə  toyda  da  o,  məni  əsəbiləşdirmək  
üçün  çox  şit  zarafat  etdi.   
  "Bir    bax    Şamxal    "dostların"    rəqs    edirlər".    Mənsə  o    an  çox  
əsəbləşmişdim  və  ona  dedim.   
-  "Kəs  səsini  yoxsa  başını  qopardaram". 
    “Polkovnik  Şamxaldan  şübhələnir”. 
  Polkovnik  darvazadan  içəri  keçəndən  sonra  həyətdə  Şamxalın  
nənəsi  ilə  rastlaşdı. 
-    Bağışlayın    ki,    sizi    narahat    edirəm  -  Polkovnik    qarşısında  
dayanmış  yetmiş  yaşlı  qadına  üzürxahlıq  etdi. 
-    Narahat    niyə    edirsən    oğlum,    xoş    gəlmisən!    Yaxın    gəl.  
Utanma    bala.    Şamxal    da    evdədi  -  Yetmiş    yaşlı    bu    qadın  
dilləndi.  
  Polkovnik  qarşısındakı  bu  qadını  görəndə  çox  kövrəldi.  Onun  
qırışmış,    sümükləri    görünən    əllərinə    baxdı.    Əlindəki    şaxtadan  
donmuş  bir  insanın  əl  izlərinə  bənzəyən  izləri  görən  Polkovnik  
anladı  ki,  qarşısındakı  bu  nənə  illərin  əzab - əziyyətini  görmüş  
bir  nənədir.  Bu  şaxta  izləri,  soyuqdan  donmuş  qadının  əl  izləri  
ona  tanış  gəldi.  Polkovniki  bir  anlıq  keçmişə  apardı,  bu  izlər.  
Onun  yadına  fermada  olarkən  nənəsi  ilə  bağlı  bir  xatirə  düşdü.   
  Həmin    gün    Rəsul    yuxudan    tez    ayılmışdı.    Hava    təzəcə  
işıqlanmışdı.    Şaxtanın    qılınc    kimi    kəsən    vaxtları    idi.    Rəsul  


80
 
 
həyət  düşdü.  Səhər - səhər  inəklərin  nə  etdiyini  öyrənmək  üçün  
fermanın    içindəki    böyük    mal    tövləsinə    getdi.    İçəri    təzəcə  
girmişdi    ki,    nənəsini    gördü.    Nənəsi    inək    sağırdı.    Gördüyü  
səhnə    Rəsula    çox    maraqlı    gəldi.    Maraqlı    gələn    təbii    ki,  
nənəsinin  inəyi  sağması  deyildi.  Maraqlı  o  idi  ki,  nənəsi  inəyi  
bir  əli  ilə  sağırdı.  Digər  əlini  isə   yanına  qoyduğu  südlə  dolu  
vedrənin    içinə    salmışdı.    Rəsul    nənəsinin    nəyə    görə    belə  
etdiyini  anlamadı.  İçəri  keçdi: 
-  Sabahın  xeyir  nənə! - Rəsul  dilləndi. 
  Nəvəsinin    səsini    eşidən    arvad    əlini    tez    vedrənin    içindən  
çıxardıb: 
-   Niyə    belə    tez   qalxmısan    yerindən?    Tez  ol   get   gir    yerinə.  
Şaxtanı  görmürsən  ay  itin  balası.? 
-  Yata  bilmirəm  axı. 
-  Tez  ol  dedim - arvad  əsəbiləşdi. 
-  Bir  şey  soruşum  sonra  gedim? Olar? 
  Rəsulun  cavabı  nənəsinin  ürəyini  yumşaltdı. 
-  Yaxşı  ver  və  tez  ol  get. 
-    Sən    niyə    inəyi    bir    əlinlə    sağırsan?    Digər    əlini    də      südün  
içinə  salırsan?.   
  Rəsulun  bu  sualına  nənəsi  düzgün  cavab  vermədi.  Çünki  o,  
qorxdu   ki,   verdiyi    cavab    balaca    nəvəsinə    heç   də   yaxşı    təsir  
etməz.  Ona  görə  də  özündən  bir  şey  uydurub  dedi. 


81
 
 
-    Bunu    bütün    inək    sağanlar    edir.    Çünki    belə    edəndə    süd  
bərəkətli  olur.  İndi  isə  get  gir  yerinə  yat. 
-  Yaxşı- Rəsul  nənəsinin  cavabına  inanıb,  tövlədən  çıxdı.  Lakin  
illər    sonra  o,   anladı    ki,    nənəsi    ona   düzgün   cavabı    deməyib.  
Həmin    vaxtlar    şaxta    çox    güclü    olurdu.    Yazıq    arvad    əli  
donmasın    deyin,    əlini    təzə    sağılmış    isti    südə    salırmış    ki,   
qızışsın.  Sonra  isə  sağ  və  sol  əlin  yerini  dəyişirmiş. 
-  Nə  fikrə  getmisən  bala? 
-    Heç    ay    nənə.    Mənim    Şamxalla    bir    işim    var.    Polkovnik  
xəyallarından  ayrılan  bir  insan  kimi  danışırdı.   
-  Bilirəm  oğlum.  Bayaqkı  "Milisoner"  hər  şeyi  anlatdı.   
-    Milisoner    sözünü    eşidən    Polkovnikin    dodaqlarına    təbəssüm  
qonmaq  istəyirdi  ki,  Polkovnik  buna  imkan  vermədi. 
  Polkovnik    evə    daxil    oldu.    Şamxal    evdə    idi.    Polkovnikin  
qabağına  yeriyib  onunla  əl  görüşdü.  Şamxal: 
-  Xoş  gəlmisiz! 
-  Çox  sağolun - Polkovnik  dilləndi.   
  Şamxalın    gözlərinin    dərinliyindəki    kədəri    Polkovnik    ilk  
baxışdan    anlamışdı.    Qarşısındakı    adamın    bu    qədər    qəmginliyi  
Polkovnikə    çox    maraqlı    gəldi.    Şamxalın    gözləri    yarımçıq  
qızarmışdı.  Üzünü  tük  basmışdı.  Saçları  səliqəsiz  şəkildə  olan  
Şamxalın  dodağı  azacıq  yaralanmışdı.  Daha  çox  qorxan  adamın  
qorxudan  əmələ  gələn  dodaqdakı  yaralara  bənzəyirdi. 


82
 
 
-  Sizə  bir  neçə  sualım  var - Polkovnik  dilləndi.  
  İti  baxışlarını  Şamxalın  gözlərinə  zilləmişdi. 
-    Verin!-Şamxalın    səsindəki    həyəcanı,    qorxunu    görməmək  
mümkün    deyildi.    O,    çox    həyəcanlı    bir    vəziyyət    almışdı.  
İçindəki  narahatlığı  hər  cür  yolla  bildirməməyə   çalışsa  da  bu  
Polkovnik    Cəbiyev    kimi    insanların    gözündən    heç    vaxt  
yayınmazdı. 
-  Sənə  nolub  Şamxal? - Polkovnik   sınayıcı  baxışlarla  Şamxalın  
sifətinə    baxdı    və    öz    beynində    fikirləşdi.    "Görəsən    bu    yaşda  
olan  bu  gəncin   nəyə   görə   gözlərində   bu  qədər  kədər,  iztirab  
olsun?.  Axı  niyə  o,  elə   hesab  edir  ki,  artıq  onunçün  həyatın  
heç  bir  mənası   yoxdur?.  Bu axı  hələ   həyatın    əsl  üzünü  görə  
biləcək      qədər    formalaşmayıb.    Bu    zaman    Polkovnik    fikrini  
dəyişdi.    Bu    onun    özünə    də    qəribə    gəldi.    Çünki    qırx    illik  
həyatında    fikirlərinin    dəyişməsi    nadir    hallarda   olardı.    İndi    o,  
fikirləşirdi:  "Bəlkə  də  bu  sınaq  onun  qabağına  vaxtsız  çıxıb"?   
Ona  görə?  Hələ   formalaşmamış  bu  sınaq  tezdirmi?  Yəqin  ki,  
tezdi... 
-    Mənə    heçnə    olmayıb!  -  Şamxalın    sözü    Polkovniki    reallığa  
qaytardı.   
-    Sən    niyə    qorxursan    Şamxal?  -  Polkovnik      dilləndi.    Artıq  o,  
fikirləşirdi    ki,    qarşısındakını    biraz    da    sıxışdırsa    Şamxal    hər  
şeyi  danışacaq.   
-   Mən   heçnədən  qorxmuram  - Şamxal  təslim   olmaq   istəmirdi.  
Xahiş  edirəm  mətləbə  keçin. 


83
 
 
-  Yaxşı.  Fevralın  23 -də... 
-    Mən    Allahyargildə    olmuşam-Şamxal    Polkovnikin    sualını  
tamamlamasını  gözləmədi. 
-  Şamxal,  niyə  bu  qədər  məyussan? 
-  Bu  hardan  çıxdı? 
-  Bəlkə  dərdini  mənimlə  bölüşəsən?. 
-  Mənim  dərdim  yoxdur!. 
-  Yaxşı.  İlhamla  münasibətin  necə  olub? 
-  Normal. 
-    Səncə    onu    kimsə    qəsdən    suya    itələyə    bilərmi?-Polkovnikin  
bu  sulaından  sonra  Şamxalın  həyəcanı  daha  da  artdı. 
-  Yox.  O,  intihar  edib. 
-    Şamxal,    sən    və    mən    çox    gözəl    bilirik    ki,    İlham    özünü  
öldürməyib. 
  Artıq  Şamxal  Polkovnikin  qarşısında  tab  gətirə  bilmirdi.  Geri  
çevrilib  pəncərəyə  sarı  getmək  istəyirdi  ki,  stola  dəydi  və  yerə  
onun  çoxdan  yazdığı  gündəliyi  düşdü.  Gündəliyin  arasından  iki  
fotoşəkilin    yerə    düşməsini    Şamxalla    bərabər    Polkovnik    Rəsul  
Cəbiyev   də  gördü.  Şəkilin  biri  arxası  üstə  düşdüyündən  heçnə  
görünmürdü.  Biri  isə  üzü  üstə  düşmüşdü.  Şamxal  cəld  tərpənib  
şəkili  götürsə  də  artıq  gec  idi.  Çünki  Polkovnik  şəkildəki  qızı  
görmüşdü.  Şamxal  cəld  şəkili  dəftərin  arasına  qoyub,  sonra  isə  


84
 
 
onu   şkafın    siyirməsinə    atdı.    Polkovnik    heçnə   görməmiş    kimi  
dedi: 
-  Dodağınıza  nolub? 
-  Bərk  qorxmuşam  o  gün,  ona  görə. 
-  O  gün  yəni,  nə  vaxt? 
-  Sırağa  gün. 
-  Harada? 
-  Dəyirmandan   çıxıb  evə  gəlirdim.  Gecə  idi.  Qəfil  böyrümdən  
it  çıxıb  qaçdı.  Ona  görə  qorxdum.   
-  Dəyirmanda  işləyirsən? 
-    Hə.    O,    mənə    atamdan    qalıb.    Köhnə    dəyirmandır,    amma  
hamının    işinə    yarayır.    Buralarda    bir    dəyirman    varsa    o,    da  
mənimdir.    Demək    olar    ki,      elə    bir    ev    tapılmaz    ki,    oranın  
buğdası  bizim  dəyirmanda  üyüdülməsin. 
-  Bəs  gecə  orda  nə  iş  görürdün? - Polkovnik  dilləndi. 
-  Son  vaxtlar   işlərin  çoxdu.  Üyüdüləsi  buğdalar  yığılıb  qalıb.  
Həm  də  gecələr  işıq  güclü  olduğundan,  dəyirman  yaxşı  işləyir. 
-      Aydındır.    Qulaq    as    Şamxal.    Danışığından    yaxşı    oğlana  
oxşayırsan.    Amma    onu    bil    ki,    məni    aldatmaq    elə    də    asan  
deyil.  -  Polkovnik    bu    sözləri    deyib    evdən    çıxdı.    Darvazadan  
çıxıb    maşına    əyləşdi.    Allahyarla    Qarayev    bayaqdan    maşında  
əyləşib  Cəbiyevi  gözləyirdilər. 


85
 
 
-    Noldu    Polkovnik      bir  şey    hiss    etdiniz    söhbətdən?-  Qarayev  
dilləndi .   
-    Danışıdğından    hiss    olunur    ki,    çox    özünəqapanan    insandır.  
Məni    görəndə    çox    qorxdu    nədənsə,  həm    də    həyəcanı    yerə  - 
göyə  sığmırdı.   
-   O,  onsuzda   həmişə   belədir.  Ona   fikir   verməyin  Polkovnik.  
Polkovnikin  yanında  əyləşən  Allahyar  cəld  dilləndi.   
-  Yox  nədənsə  mənə  elə  gəlir  ki,  o,  nəyisə  gizlədir. 
-    Yaxşırın    cənab    Polkovnik    mən    onu    neçə    illərdir    ki,  
tanıyıram.    Sizi    əmin    edirəm  ki,  Şamxalın    heç    nədən    xəbəri 
yoxdur. Allahyar  rahatlıqla  dilləndi.   
-  Bu  hələ  məlum  olacaq  cənab    Allahyar.    Görəcəyik.  -  Polkovnik  
dilləndi. 
                                                *** 
                     “Eyvaz  Dadaşov” 
-  Eyvaz  Dadaşov  məsələsini  araşdırdın? - Polkovnik  Qarayevdən  
soruşdu.   
-  Mən  də  elə  o  məsələ  barəsində  danışmaq  istəyirdim.  Bir - iki  
şübhəli  məqam  var.   
-  Necə  yəni? 
-  Mən  sizin  dediyiniz  kimi  də  elədim.  Getdim  Eyvazla  söhbət  
etdim.    Özünün    dediyinə    görə    fevralın    23  -də    11  -ə    işləmiş  


86
 
 
evdən    çıxıb.    Siqaret    almaq    üçün    yaxındakı    mağazaya    girib.  
Siqaret  alandan  sonra  saat  12 -yə  işləmiş  gəlib  evlərinə.   
-  12 -ə  işləmiş? 
-  Bəli.   
-   Çox  maraqlıdı  - Polkovnik  dilləndi.   Əslində    Eyvaz  Dadaşov  
məsələsində    Polkovnikin    fikri    başqa    idi.    Bəs    necə    oldu    ki,  
Polkovnik  Dadaşovun  fevralın  23 -də  gecə  saat  23 : 00 -da  evdə  
olmadığını  öyrəndi?  Deməli,  Polkovnik  belə  etmişdi.  Araşdırıb  
gördü    ki,    kənddə    ən    gec    bağlanan    market    hansıdır.    Qış  
olduğundan    bəzi    marketlər    çox    tez    saat    21  :  30      olmamış  
bağlanardı.    Amma    Dadaşovun    evinə  yaxın    bir   market   var   idi  
ki,  bu  market  çox  vaxt  23 : 00-a  kimi  açıq  olurdu.  Polkovnik  
həmin  marketin  sahibindən  öyrəndi  ki,  Dadaşov  fevralın  23 -də  
gecə    saat    22  :  15    radələrində    mağazadan    siqaret    alıb    çıxıb.  
Amma    evə    lazım    olduğundan    daha    gec,    yəni    saat    23  :  10  
radələrində    çatıb.    Bunu    sübut    edəcək    faktlar    da    Polkovnikdə  
vardı.  Polkovnik  bu  araşdırma  zamanı  daha  maraqlı  bir  faktla  
rastlaşmışdı.Fevral    ayında    elə    həmin    mağazanın    qabağında  
İlhamla  Eyvazın  davası  düşüb.  Amma  bir - birinə   xətər  yetirə  
bilmiyiblər.  Camaat  onları  aralaşdıra  bilib.  Şahidlərin  dediyinə  
görə    dava    zamanı,    daha    doğrusu    aralaşandan    sonra    Eyvaz 
İlhama    deyib    ki,    "Mən    bu    məsələni    belə    qoymayacam".  
Polkovnik  bu  işi  araşdırmağı,  daha  doğrusu  hansısa  səbəbdən  
Qarayevə  tapşırmışdı.   
-   Mən  onu  nə   qədər  sıxışdırdımsa  həmin  günü  evə   nə   üçün  
gec  qayıtdığının  səbəbini  demədi.   


87
 
 
-    Onu    başa    düşmək    olar  -  Polkovnik    sakit    şəkildə  dilləndi.  
Danışığından    hiss    olunurdu    ki,    artıq    Cəbiyevə    bəzi    şeylər  
aydındır.  
-  Necə  yəni? - Qarayev  dilləndi.  Qarayevi  bir  məsələ  daha  çox  
narahat    edirdi.    Bəzi    faktlar    göstərirdi    ki,    bu    işdə    Eyvazdan  
şübhələnməyə    tam    ixtiyarımız    var.    Belə    olduğu    halda  
Polkovnik  Eyvaza  dəymək  istəmirdi.   
 “Polkovnik və  Habil  müəllim”. 
  Polkovnik  Rəsul  Cəbiyev  bu  kəndə  gələndən  elə  hey  istəyirdi  
ki,  kənddəki  orta  məktəbə  gedib  Habil  müəllimlə  söhbət  etsin.  
O,  Habil  müəllimi  uzun  müddət  tanımasa  da,  axırıncı  dəfə  bu  
kəndə    gəldiyi    zaman    Habil    müəllimlə    çox    maraqlı    söhbət  
etmişdi.  Polkovnik  sonradan  Bakıda  olduğu  müddətdə  çox  ağır  
bir  xəbər  eşitmişdi.  Habil   müəllimin   yeganə   oğlu  Seyidəlinin  
xərçəng    xəstəliyindən    dünyasını    dəyişdiyi    xəbəri,    Polkovnikə  
çox  pis  təsir  etmişdi.  Çox  istəmişdi  ki,  gəlib  yas  mərasimində  
iştirak    etsin.    Amma    həmin    vaxt    Polkovnik    Bakıdakı  
"Naməlum"  adıyla  tanınan  cinayətkar  dəstəsinə  qarşı  mübarizə  
aparırdı.    Zəng    vurmuşdu    o    vaxt    Habil    müəllimə.      Bu    gün  
Polkovnik  işini  təxirə   salıb,  Habil   müəllimlə   görüşə   gəlmişdi.  
Habil    müəllim    sinifdə    tək    oturmuşdu.    Əyninə    geyindiyi  
paltardan  görsənirdi  ki,  pərakəndə   həyat  keçirir.  "Habil"  adını  
eşidəndə    yadımıza    "Habil    və    Qabil"    qardaşlarının    Qurandakı  
əhvalatı    düşür.    Nəyə      görə    bunu    yazdım?    İcazə    verin    izah  
edim.    Məsələ    ondadır    ki,    bizim    təzə    tanıdığımız    Habil  
müəllimin  də   qardaşı  var.  Adı  da  elə   Qabildir.   Qabil  deyən  
kimi    yəqin    ki,    yadınıza    Fərəcov   düşdü.   Bakıda   gizli    şirkətin  
"Məsul"  işçisi  və  bu  kəndin  8  illik  bələdiyyə  sədri.  Əgər  indi  
fikirləşirsiniz    ki,    Habil    müəllimin    qardaşı    Qabil    başqa    Qabil  


88
 
 
deyil,  məhz  elə  Qabil  Fərəcovun  özüdü  onda  elə  də  fikirləşin.  
Çünki    Qabil    Fərəcov    Habil    müəllimin    qardaşıdır.    Habil  
Fərəcovun    yox    ha....  Habil    müəllimin.    Çünki    heç    kim    Habili  
Habil    Fərəcov    və    Qabil    Fərəcovun    qardaşı    kimi    tanımırdı.  
Bütün    camaaat    onu    "Habil    müəllim"    kimi    tanıyırdı.    Habil  
müəllim    oğlu    Seyidəlinin    nakam    ölümündən    sonra    heç      cür  
əvvəlki  kimi  ola  bilməmişdi.  Polkovnik  sinifə  daxil  oldu.  Habil  
müəllimlə  bir  yaxını  kimi  görüşdü.  
-    Elə    neçə    gündü    sənin    yolunu    gözləyirdim    Rəsul  -  Habil  
müəllim  dilləndi.  Bəlkə  də  o,  Cəbiyevin  tanıdığı  yeganə  insan  
idi    ki,    Polkovnikə    sadəcə    olaraq    öz    adıyla,    yəni    "Rəsul"  
deyərək  müraciət  edirdi.   
-    Mən    də    elə    gələndən    fürsət    gəzirdim    ki,    gəlim  sizinlə  
görüşüm  -  Polkovnik    bu  sözləri    deyib    Habil    müəllimlə    otaqda  
yanan köhnə   peçin  qırağındakı  stolda  əyləşdi. 
  -Eşitdim  İlham  Quliyevin  işini  araşdırmaq  üçün  gəlmisən. 
  -  Hə. Onunçün  gəlmişəm. 
  -  Allah  o,  oğlana  rəhmət  eləsin.  Adamın  üstündə  Allah  var  
pis oğlan  deyildi.  Heç  atası  da  pis  adam  deyil.   
-  Hamı  elə  deyir.  Sən  de  görüm  niyə  özünə  yaxşı  baxmırsan? 
-  Neyniyim  tək - tənha  adamam. 
-  Bəs  qardaşınız?.  Qabil  Fərəcovu  deyirəm.   


89
 
 
-   O,  mənim  qardaşım  deyil.  Buna   yüz   faiz   əminəm.  Mənim  
qardaşım    elə    adam   ola    bilməz  -  Habil    müəllim    özündən    asılı  
olmayaraq  əsəbiləşdi.   
-    Eşidəndə    çox    pis    olmuşdum.    Allah    ona    rəhmət    eləsin.  
Seyidəlini  deyirəm...  
  Polkovnikin  bu  sözlərindən  sonra  Habil müəllimayağa qalxaraq  
pəncərəyə    yaxınlaşdı.    O,    çox    kövrəlmişdi.    Amma    Habil    çox  
dözümlü  birisi  idi.  Özünü  saxlamağı  bacarırdı.  Habil: 
-    Ölüm    hamı    üçündür.  O    vaxtı        M.V.Vidadinin    oğlu    da  
həyatdan    nakam    getdi.    Onun    sözləri    hələ    də    mənim   
yadımdadır.    Orta    məktəbdə    o    cümləni    oxuyanda    çox  
təsirlənmişdim.    "Ölüm    həqdir,    amma    növcahan    ölmək    çox  
müşküldür".    İndi    düşünürəm    ki,    yazıq    Vidadi    o    vaxtı    bu  
sözləri    deyəndə    belə    nələr    çəkib.    Məni    ən    çox    yandıran  
bilirsən  nədir  Polkovnik?  Habil   müəllim  Polkovnikin  cavabını  
gözləmədən  dedi.  Ən  çətin  gələn  mənə  odur  ki,  oğlum rəhmətə  
getmişdi.  Canı  bir,  qanı  bir  oğlum.  Amma  bir  dəfə  də  olsun  
nə  qardaşım,  nə  qardaşım  arvadı,  nə  də  qardaşım  oğlu  bir  dəfə  
də    olsun    mənim    qapımı    açmadılar.    Mən    oğul    itirmişdim,  
doğma    "qardaşım"    Qabil    Fərəcov  isə    Bakıda    öz    kefində    idi.  
Özü  cəhənnəm  heç  olmasa  oğlu  gəlib  Allahın  bir  baş  sağlığını  
verərdi.    Eləmədilər    Rəsul,    eləmədilər.    Gör    nə    vaxtdır    tək  
qalıram.  Bir  dəfə  də  olsun  qapımı  açıb  demədi  ki,  ay  Habil,  
ay  bədbəxt  insan  necəsən?  Ölmüsən,  qalmısan?....  Axı  məndən  
ona    bir    pislik    keçməyib.    Oğlum    xəstə    olanda    nə    olardı    ki,  
kömək    etsəydi.    Bədbəxtlikdən   oğlu    da  özü   kimi    çıxdı...  Hələ  
bəlkə  ondan da  betər... 


90
 
 
-  Allahyar? - Habil  müəllimin  bütün  danışıqlarına  diqqətlə  qulaq  
asan  Polkovnik  soruşdu.   
-  Hə.  Onun  onsuzda  elə  bir  oğlu  var.   
-  Allahyar  Usta  Səfərin  qapısından  çıxmır.  Deyəsən  rəhmətlik  
İlhamla    bərk    dost    imişlər?  -  Polkovnikin    sözlərndəki    istehzanı  
görməmək  mümkün  deyidi.   
-    Başına    dəysin    onun    dostluğu!.    Mən    bu    kənddə    saçımı  
ağartmışam.  Amma   bir  dəfə    də   görmədim  ki,   nə   Fərəcovun  
özü,    nə    də    onun    eqoist    oğlu    Usta    Səfərin    darvazasını    açıb  
içəri  keçsin.  Arada  eşidirdim  hər  şeyi.  Guya  Fərəcovlar  bütün  
kəndə    yardım    edir.    Nə    var,    nə    var    Fərəcov    bir  -  iki    yetim  
qalmış  qızları  Bakıda  işlə  təmin  edib.  Bir  deyən  yoxdu  ki,  ay  
qadan  alım  Fərəcovun  yeganə  qardaşı  bir  damın  altında  tək - 
tənha  qalıb.  Kasıbçılıqdan  rəngi  də  qaçıb.  Kömək  edəndi  qoy  
birinci  ona  kömək  etsin. 
-  Fərəcov  kimlərə  kömək  edib  bu  kənddə? - Polkovnik  maraqla  
soruşdu. 
-    Biri    rəhmətlik    İsmətin    arvadı    Samirəyə.    Samirəni    atası  
vermirdi.  O,  da  qoşulub  İsmətə  bu  kəndə  gəlin  gəlmişdi.  Ər -
arvad    tək    yaşayırdılar.    Təbii    ki,    əgər    ona    yaşamaq    demək  
olardısa.    Çox    pis    yaşayışları    vardı.    İsmət    yol    qəzasında  
öləndən    sonra    Fərəcov    ona    kömək    etdi.    Bilmirəm    deyirlər,  
Fərəcovun  Bakıda  şirkəti  var,  nəyi  var.  Samirə  deyilənə  görə  
həmin    şirkətdə    katibədir.    Sonra    rəhmətlik    Suğranın    nəvəsi.  
Minəxanıma.    Nənəsi    öləndən    sonra    o,    da    ortalıqda    qalmışdı.  
Nəbilim  deyilənə  görə  rayonun  mərkəzində  də  bir  neçə  ailəyə  
beləncik  kömək  edib. 


91
 
 
-  Bəs  Allahyar  necə? - Polkovnik  dilləndi. 
-   Allahyar  da  guya  çətin  dolanışığı  olanlara  kömək  edir.  Bir  
aralar  xeyli  müddət  Usta  Səfərin  qonşuluğundakı  Səyyadın  qızı  
ilə    gəzirdi.    Eşitdiyimə    görə    bir  -  birlərini    sevirmişlər.    Sonra  
bilmədim  noldu  o  işin  axırı.  Səyyadgilin  dolanışığı  da   həddən  
artıq    kasıb    idi.    Bir    müddətdən    sonra    qəfldən    Səyyadgil    bu  
kənddən    köçüb    getdilər.    O    vaxtdan    onlardan    heç    bir    xəbər  
çıxmadı.  Nəbilim  yoldaş  Polkovnik  o  qədər  şeylər  olur  ki,  heç  
baş  açmaq  olur  ki?. 
-    Çox    sağol    Habil    müəllim  -  Polkovnik    Habilə    yaxınlaşaraq  
dedi. 
-  Nəyə  görə? - Habil  təəccüblə  dilləndi. 
-    Elə    hər    şeyə    görə  -  Polkovnik    bu    sözləri    deyib,    Habil  
müəllimin  əlini  sıxdı. 
 
 
 
“O ölməli deyildi” 
Günorta  saat  13:45  olardı  ki,Qarabağ  kanalının  qırağında  iki  nəfər 
ayaqüstə  durub  söhbət  edirdi.Cavanlardan  biri  əlindəki  siqaretin 
kötüyünü kanala tullayıb dedi: 
-Qulaq as.Bu iş sənə zarafat gəlməsin!. 
-Bilirəm. 
-Olan olub artıq. 
-Amma olmamalıydı.O ölməli deyildi. 


92
 
 
-Özünü  artistliyə  qoyma  sənki  həmişə  bunu  etmək  arzusunda 
olmusan. 
-Yox.Mən heçvaxt onu öldürmək istəməmişəm. 
-Amma bunu elədin. 
-Mən heçnə etməmişəm.Ona toxunmamışam.Onu vurmamışam. 
Qarşısındakının  bu  sözündən  hiddətlənən  gənc  onun  yaxasından 
tutaraq: -Nə demək istəyirsən hə?Əclafın biri Əclaf!.Məni öz çirkin 
əməllərinə  qatmağın  azmış  kimi,hələ  bir  məni  günahkar  bilirsən?                                 
--Mən peşmanam.Günahın hamısını öz üzərimə götürərəm.Deyərəm 
ki,hər  şey  mənim  ucbatımdan  olub.Bir  də  ki,hər  şey  təsadüfən 
olub.Bunu polisə desək bizə kömək edərlər. 
-Sən deyəsən məni ələ salırsan?-oğlan daha da əsəbləşdi. 
-Mən  gedib  təslim  olacam.Daha  buna  dözə  bilmirəm.Hər  gecə 
İlhamı yuxuda görürəm. 
-Sən bunu etməyəcəksən! 
-Mən  artıq  hər  şeyi  məktubda  yazmışam.Onu  polkovnikə 
verəcəm.O,məncə bizə kömək edər. 
-Nə məktub?Sən hansı hər şeyi yazmısan ora? 
-Fevralın  23-də  olan  hər  şeyi.O  gecənin  sirrini  yazmışam 
orda.Bütün 
olanları.Bizim 
dava 
etməyimizi,İlhamın 
kanala 
yıxılmağını.Hər  şeyi.Mən  artıq  edə  biləcəyimi  etmişəm.Təslim 
olacam.Vəssalam. 


93
 
 
-Onda növbə mənimdi. 
 
 
 
“Polkovnik Bakıya zəng vurur” 
Polkovnik  Rəsul  Cəbiyev  Habil  müəllimlə  etdiyi  söhbətdən  sonra 
Fərəcovun  kömək  etdiyi  İsmətin  arvadı  Samirə  və  Suğra  arvadın 
nəvəsi  Minəxanım  haqqında  bəzi  araşdırmalar  apardı.Onların 
soyadlarını  öyrəndi.Leytenant  Qarayevin  köməyi  ilə  onların 
şəkillərini  də  əldə  etdi.  Sonra  əldə  olan  məlumatları  və  şəkilləri 
Bakıya  göndərib  onlardan  cavab  gözlədi.Polkovnik  eyni  zamanda 
polis komissarı,yaxın dostu  Kazım  Qafarlıya da  iş tapşırdı.Tapşırıq 
ondan  ibarət idi ki,Qafarlı  bir-iki günün  ərzində Qabil  Fərəcov adlı 
birisinin  nə  işlə  məşğul olduğunu araşdırmalıydı.Cəbiyev  fürsətdən 
istifadə  edib  Fərəcovun  da  şəklini  Bakıya  göndərdi.Hər  ehtimala 
görə.Polkovnik  isə  Səyyadın  ailəsinin  nəyə  görə  birdən-birə 
kənddən  köçməsi  ilə  maraqlanırdı.Ona  görə  bu  məsələni  də 
dəqiqləşdirməyi də qarşısına məqsəd qoymuşdu. 
 
 
 
“PİS XƏBƏR” 
Rayon  polis  şöbəsində  sakitlik  idi.Səhər  saat  8:30  olardı.Baş 
müstəntiq  Əlizadə  qapını  açıb  öz  kabinetinə  keçdi.Qapını  bağlayıb 
kreslosunda  əyləşmək  istəyirdi  ki,cib  telefonu  zəng  çaldı.Vaxtsız 
zəngləri  onsuzda  sevməyən  Əlizadə  telefonunun  zəngini  eşidəndə 
çox  əsəbləşdi.Son  vaxtlar  bəzi  problemlərə  görə  şikayətçilər  onu 
bezdirmişdi.Ardıcıl  müxtəlif  tipli  adamlar  zəng  vurub  eyni 
məsələnin  açotunu  Əlizadədən  tələb  edirdilər.Əlizadə  bütün 
bunların  əlindən  bezmişdi.Ona  görə  indi  gələn  zəngin  də  elə 
səbəblərə  görə  gəldiyini  zənn  edib  heç  əlini  cibinə  salıb  telefonu 
çıxarmadıda.Telefonun  zəngi  isə  dayanmaq  bilmirdi.Axırda 
Müstəntiq  Əlizadə  zəngin  səsindən  bezib  telefonu  çıxardıb 
söndürmək  istəyirdi  ki,ekrana  yazılmış  adı  görüb  fikrini 


94
 
 
dəyişdi.Zəng  eliyən  Qarayev  idi.Müstəntiq  Əlizadə  telefonu  açıb 
qulağına tutdu. 
-Eşidirəm Qarayev. 
-Hardasınız  Yoldaş  Əlizadə?-Qarayevin  səsindən  hiss  olunurdu 
ki,nəsə vacib xəbəri vermək üçün zəng edib. 
-Bölmədə. 
-Kənddə yenə ölüm hadisəsi olub.-Qarayev cəld dilləndi. 
-Sən indi hardasan? 
-Polkovniklə hadisə yerinə gedirik.Dəyirmana. 
-Ölənin şəxsiyyəti məlumdur?-Müstəntiq soruşdu. 
Bəli. 
-Kim? 
-Şamxal Əsədov. 
-Siz gedin biz də birazdan orada olacayıq. 
Qarayev 
telefonu 
qapadı.O,indi 
maşınla 
hadisə 
yerinə 
tələsirdi.Arxada  Polkovnik  Cəbiyev  əyləşmişdi.Polkovnik  çox 
qəribə  görkəm  almışdı.Artıq  görünürdü  ki,hər  şey  onu  fikirləşdiyi 
kimidir.Polkovnik  Şamxalın  evində  olandan  sonra  qəti  qərara 
gəlmişdi  ki,İlhamın  ölümü  intihar  deyil.Ona  o  da  aydın  olmuşdu 
ki,nə  olursa  olsun  Şamxal  nəsə  bilir.Yoxsa,o,  niyə  bu  qədər 
həyəcanlanıb  qorxsun  ki?.Bəs  polkovnikin  Şamxalgildə  gördüyü 


95
 
 
şəkil  və  yerə  düşmüş  dəftər?  Rəsul  Cəbiyev  öz  beynində  bütün 
olanları  analiz  etmişdir.İndi,o,  Şamxalın  ölümünün  səbəbini  də 
hardasa  təxmin  etmişdi.Polkovnikin  içində  bu  dəqiqə  qəribə  bir 
tələskənlik hissi  vardı.Maşını  idarə edən Qarayev də çox həyəcanlı 
görsənirdi.Onu  ardıcıl  ölən  bu  iki  gəncin  nəyə  görə  ölməsi  çox 
narahat  edirdi.Axı  bu  kənddə  nə  baş  verirdi?  Maşın  gəlib  köhnə 
dəyirmanın  qarşısında  dayandı.Qarayev  və  Cəbiyev  maşından 
düşüb 
dəyirmana 
yaxınlaşdılar.Qapının 
ağzında 
adamlar 
vardı.Onlar  adamları  yarıb  içəriyə  daxil  oldular.Şamxalın  cəsədi 
yerə 
uzadılmışdı.Üstünə 
köhnə 
parça 
atılmışdı.Cəsədin 
yuxarısındakı  kəsilmiş  ipdən  aydın  olurdu  ki,cəsəd  göydən  asılmış 
şəkildə  tapılıb.Bunu  ilk  dəfə  Teymur  adlı  bir  oğlan  görüb.Səhər-
səhər  dəyirmanın  yanından  keçən  Teymur  dəyirmanın  işığının 
yandığını  taxta  qapının  arasından  görüb.Həmişə  burdan  keçəndə 
Şamxalla  görüşüb  keçən  Teymur  elə  zənn  edib  ki,dəyirman 
açıqdır.Çünki  son  vaxtlar  Şamxalın  bütün  gecəni  dəyirmanda 
keçirdiyi  günlər  çox  olmuşdu.Şamxalla  salamlaşmaq  məqsədi  ilə  
dəyirmana  girmək  istəyən  Teymur  qapını  açmaq  istəyəndə  görür 
ki,qapı  içəridən  bağlıdır.Taxta  qapının  arasından    içəri  baxan 
Teymur  orada  Şamxalın  cansız  bədəninin  havadan  sallandığını 
görür  və  xəbəri  kəndə  çatdırır.Polkovnik  cəsədin  üstündən  örtüyü 
götürür.Bir  həftə  əvvəl  Polkovniklə  söhbət  edən  Şamxal  Əsədov 
indi  buz  kimi  cansız  bədənə  çevrilmişdi.Cəbiyev  polislərin 
gəlməyini  gözləmədən  ilkin  araşdırmaya  başladı.  Paltosunun 
cibindən  həmişə  istifadə  etdiyi  kiçik  köməkçisi  zərrəbini 
çıxardır.Onu  Şamxalın  boğazına  yaxınlaşdırdı.Şamxalın  boğulma 
yeri,yəni  kəndirin  sıxıb  onu  boğduğu  yerin  qızartısı  kənardan 
bilinirdi.Polkovnik  zərrəbini  birazda  yaxınlaşdırıb  həmin  qızartı 
olan  hissəyə  yaxından  göz  gəzdirdi.Sonra  başını  qaldırıb 
dəyirmanın  tavanından  sallanmış  kəsik  kəndirə  baxdı.Sonra 
isə,zərrəbini  qızartı  olan  hissədən  yuxarıya  yaxınlaşdırdı.Qəfildən 


96
 
 
Polkovnikin  gözünə  nəsə  sataşdı.O,həmin  hissəni  daha  diqqətlə 
gözdən  keçirməyə  başladı.Cəbiyevin  ani  olaraq  çevik  hərəkətini 
görən Qarayev Polkovnikə sarı addımladı: 
-Nəsə tapdınız Polkovnik? 
-Hər  şey  elə  mən  fikirləşdiyim  kimidir-Polkovnik  sakit  şəkildə 
dilləndi. 
-Nə?-Qarayev cəld dilləndi. 
-Tələsməyin leytenant. 
Bu  sözləri  deyəndən  sonra  Polkovnik  ayağa  qalxıb  şalvarının 
dizlərinə  yapışan  buğda  dənələrini  təmizlədi.Ətraf  demək  olar 
ki,buğda  dənələri  idi.Bu  dənələr  sonradan  Polkovnikə  çox  kömək 
etdi.Şamxalın  özünü  asmaq  istəyərkən  ayağının  altına  qoyduğu 
balaca tabletka stol aşmış şəkildə kənarda qalmışdı.Polkovnik stola 
yaxınlaşdı Onun düşdüyü yeri diqqətlə gözdən keçirtdi və ürəyində 
dedi:”Demək  bizim  qatilimiz  o  qədər  də  peşəkar  deyilmiş”.Sonra 
üzünü Qarayevə  tutdu: 
-Cəsədi birinci olaraq kim görüb? 
-Teymur.Qapının ağzındadır. 
-Çağır gəlsin  bura. 
-Yaxşı-Qarayev dəyirmandan çıxdı. 
Cəbiyev  ətrafına  göz  gəzdirdi.Dəyirmanın  içində  çox  şey  səliqəsiz 
şəkildə düzülmüşdü.Polkovnikin gözü kənarda kitab şkafına bənzər 
düzülmüş rəf kimi  bir  yerə sataşdı.Şfonerə bənzər bu  yer  buğdanın 


97
 
 
üyüdüldüyü  yerə  yaxın  olduğundan  üstündəki  buğda  tozları  daha 
aydın  nəzərə  çarpırdı.Polkovnik  elə  bil  həmin  tozun  içində  nəsə 
gəzirdi.Yenə zərrəbini çıxardıb biraz ora göz gəzdirmək istədi.Biraz 
diqqətlə göz gəzdirəndən sonra polkovnik axtardığı izə rast gəldi.Bu 
normal  telefonun  ölçüsündən  biraz  böyük    düzbucaqlı  şəkildə 
düşmüş izi idi.Polkovnik anladı ki,bura nəsə qoyulubmuş.Özü də ən 
azı  həmin  əşya  altı  saat  burada  qalıb.Yoxsa  onun  izi  burada  bu 
şəkildə  qala  bilməzdi.Polkovnik  çönüb  arxasına  baxanda  gördü  ki, 
Qarayev və Teymur bayaqdan onu gözləyirmişlər. 
-Demək cəsədi birinci sən görmüsən?-Polkovnik soruşdu. 
-Bəli. 
-Nə vaxt? 
-Tezdən. 
-Dəyirmana niyə girmək istəyirdin? 
-Şamxalla salamlaşacaqdım. 
-Hardan bildinki dəyirmandadır? 
-İşıq yanırdı içəridə. 
-Sən işığı necə gördün? 
-Yolu keçəndə işıq görsənir də. 
-Dəqiq? 


98
 
 
-Allah  haqqı  görsənirdi-Teyrmurun  danışığından  onun  saflığı  açıq 
aydın  görsənirdi.Bəlkə  də  bu  belə  deyil.Sadəcə  Polkovnikə  özünü 
göstərmək üçün belə edir.Kim bilir? İnsanları tanımaq olur ki. 
-Qapını açanda gördün ki,qapı bağlıdır? 
-Bəli. 
-Qapını sındırıb eləməyə cəhd eləmədin? 
-Yox mən qorxmuşdum. 
-Yaxşı,gedə bilərsən. 
Teymur dəyirmandan çıxdı.Qarayev üzünü polkovnikə tutdu: 
-Yoxsa bu da intihardır? 
-Sən belə fikirləşirsən?-Polkovnik soruşdu. 
-Teymurun  ifadəsindən  görünür  ki,qapı  içəridən  bağlı  imiş.Yəni  
içəridə Şamxalın özündən başqa keçkim olmayıb. 
Polkovnik Cəbiyəv Qarayeva cavab  vermədən dəyirmanın qapısına 
sarı  getdi.Çölə  çıxmaq  istəyəndə  gözünə  qapıdan  asılan  qıfıl 
dəydi.Qıfıl  açıq  idi.Açarları  da  qıfılın  üstündə  qalmışdı.Polkovnik 
bir müddət qıfılı  nəzərdən keçirdikdən sonra üzünü çöldə dayanmış 
Teymura tutdu: 
-Zəhmət  olmasa  yaxına  gəlin!-Polkovnik  təmkinlə  dilləndi.Onu 
eşidən Teymur yaxına gəldi. 
-Eşidirəm sizi! 


99
 
 
-Tezdən  bura  gələndə  bu  qıfılı  görmüşdün?-Polkovnik  əliylə  açıq 
qalmış qıfılı göstərdi. 
-Bəli görmüşdüm. 
-Açıq və açarlar da üstündə idi siz görəndə? 
-Bəli.Siz  indi  onu  necə  görürsünüzsə  mən  də  tezdən  onu  elə 
gördüm. 
Polkovnik Teymurun sözünə qarşılıq kimi istədi desin  ki,”Sən qıfılı 
mən  gördüyüm  kimi  görə  bilməzsən.Bu  səninçün  sadəcə  köhnə 
dəyirmanın  köhnə  qapısından  asılı  vəziyyətdə  qalmış  adi  açıq 
qıfıldı.Mənimçün  isə  bu  gün  baş  vermiş  cinayətin  üstünü  açmaq 
üçün  əldə  etdiyim  sübutdur.”-Polkovnik  bu  sözləri  deməyi 
ürəyindən keçirsə də nədənsə bu sözləri demədi. 
-Yaxşı  çox  sağol-Polkovnik  bu  sözləri  deyib  yenidən  dəyirmana 
daxil oldu.O,indi fikirləşirdi ki,əgər qatil Şamxalı öldürübsə demək 
o,qapıdan  çıxmayıb.Bunu  qəsdən-izi  itirmək  üçün  edib.”Əgər  qapı 
bağlıdırsa,demək  içəridəki  özünə  intihar  edib”Axı  əgər  Şamxal 
özünü  öldürmək  istiyirdisə  qapının  bağlı,ya  da  açıq  olmasının  nə 
əhəmiyyəti  vardır?Axı  bu  qatil  neynəmək  istəyib?Polkovnik  bütün 
bunları 
düşünə-düşünə 
dəyirmanın 
hər 
tərəfini 
gözdən 
keçirirdi.Onunçün  maraqlı  idi,əgər  qatil  Şamxalı  öldürübsə  onda 
ortaya yeni sual çıxır.”Qatil bəs özü bu dəyirmanda necə çıxıb?”Axı 
qapı içəridən bağlı olub. 
-Onda demək qapını Şamxal özü bağlayıb?-Qarayev soruşdu. 


100
 
 
-Niyə?Ona  görə  ki,özünü  rahat  asıb  öldürsin.Yox  leytenant  bu 
heçbir  məntiqə  sığmır.Mən  səni  əmin  edirəm  ki,Şamxal  intihar 
etməyib.Elə sizin bacınız oğlu İlham kimi. 
-Necə?-Qarayev biraz da polkovnikə yaxınlaşdı. 
-Xahiş  edirəm  mənə  biraz  vaxt  verin-Polkovnik  səbirsizcəsinə 
cavab verdi. 
-Hə əlbəttə.  
Polkovnik  artıq  10  dəqiqə  olardı  ki,qatilin  çıxa  biləcəyi  bütün 
yerləri  nəzərdən  keçirdi.Amma  heçnə  tapa  bilmirdi.Birdən 
polkovnikin divardan 2 metr hündürlükdə olan pəncərəyə bənzər bir 
çıxışa  gözü  sataşdı.Açıq-aydın  görünürdü  ki,bura  əvvəllər  pəncərə 
kimi  açıq  olub.Amma  indi  oranı  eni  1metr  olan  taxta  örtüklə 
bağlamışdılar.Örtüyün  həm  sağ,həm  də  sol  yanları  taxta  reykayla 
bərkidilmişdi.Ortası  isə  nazik  fanerkadan  ibarət  idi.Polkovnik  bu 
keçiddən  şübhələnmək  istəyirdi  ki,gözünə  örtüyü  divara  bərkidən 
mismarlar 
sataşdı.Örtük 
azı 
10 
mismarla 
pəncərəyə 
bərkidilmişdi.Polkovnik 
gözünü 
pəncərədən 
çəkmək 
istəmirdi.Çünki  bu  pəncərədən  başqa  heç  yerdən  qatil  çıxa 
bilməzdi.Yaxşı əgər qatil buradan çıxmışdısa bəs bu mismarları ora 
kim  vurmuşdu?Onda  belə  çıxır  ki,burada  iki  nəfər  olub?Yəni,qatil 
öz  dostunu  həmin  keçiddən  çıxardıb  sonra  isə  fanerkanı  mismarla 
ora  bərkidib.Onda  ortaya  yenə  sual  çıxır.”Bəs  içəridə  qalan  qatil 
necə  çıxıb  çölə?”Polkovnikin  artıq  səbri  daralırdı.Çıxıb  getmək 
istəyirdi  ki,divarın  dibində  aşmış  dəmir  çəlləyi  gördü.Belə 
çəlləklərədəyirmanda  tez-tez  rast  gəlmək  olardı.Polkovnik  çəlləyi 
nəzərdən  keçirdi.Çəllək  yetərincə  hündür  idi.Əgər  qatil  pəncərəyə 
çıxmaq  üçün  bu  dəmir  çəlləkdən  istifadə  etsəydi  o,rahatlıqla  bunu 
edə bilərdi.Çəlləyi nəzərdən keçirdikdən sonra polkovnik qəti əmin 


101
 
 
oldu 
ki,qatil 
məhz 
bundan 
istifadə 
edərək 
pəncərəyə 
çıxıb.Polkovnik  yenə  fikirləşməyə  davam  etdi.Axı  pəncərə 
mismarlarla  bərk  bağlı  olub.Fanerkaya  vurulan  mismarlardan  açıq-
aydın görsənir ki,qatil oradan çıxmaq üçün mütləq həmin fanerkanı 
çıxarmalıydı.Amma  fanerkaya  əl  belə  vurulmamışdı.Polkovnik 
beynindəki  suallara  aydınlıq  gətirmək  üçün  yenə  də  öz  ürəyində 
hadisələri aydınlıqla təhlil etməyə başladı.”Deməli həmin naməlum 
qatilin  məqsədi  o  olub  ki,Şamxalı  elə  öldürsün  ki,hamı  bunun 
intihar  olduğunu  fikirləşsin.Qapını  isə  qəsdən  içəridən  bağlı 
saxlayıb.Əlbəttə,qatil  məntiqlə  fikirləşib.Hər  tərəfi  bağlı  olan 
dəyirmandan  cəsəd  tapılıbsa,onda  ilk  ağıla  gələn  odur  ki,içəridəki 
intihar etmək məqsədilə özünü asıb.Amma bu o qədər də inandırıcı 
deyil.Axı özünü öldürmək istəyən biri üçün qapının açıq və ya bağlı 
olması  bu  qədər  niyə  vacib  olsunki?”Polkovnik  meyitin  xarici 
görünüşünə fikir verdikdə gördü ki,bu ən azı 7-8 saat bundan əvvəl 
ölüb.Lap tutaq ki,gecə saat 1:00-da.Ya da 2:00-da.Əgər Şamxal  bu 
vaxtı dəyirmana özünü öldürmək məqsədilə gəlmişdisə,onda qapını 
bağlayıb  niyə  özünü  öldürsün?Gecə  saat  1:00-da  və  ya  2:00-də  
dəyirmana  kim  gələ  bilərdi.Gəlsə  də  şərt  idimi  elə  Şamxal  özünü 
öldürmək  istəyəndə  gəlsin.Bir  də  ki,Şamxalın  özünü  asıb 
öldürməyinə 15 dəqiqə də bəs edərdi.O,1 saat özünü öldürmək üçün 
əlləşmiyəcəydi ki.Yox.Demək qapı Şamxal öldükdən sonra içəridən 
bağlanıb.Yenə  də  hər  şey  göstərir  ki,Şamxal  Əsədovun  ölümü 
intihar  deyil.Polkovnik  həmin  dəmir  çəlləyə  yaxınlaşıb  onun  boş 
tərəfini  yerəsöykəyib  dikəltdi.Leytenant  Qarayev  polkovnikin  bu 
hərəkətini görüb soruşdu: 
-Siz nə etmək istəyirsiz polkovnik? 
-Bu  fanerkanı  yoxlamaq  istəyirəm-polkovnik  bu  sözləri  deyib 
çəlləyin  üstünə  çıxdı.Fanerkanın  bərk  olub-olmadığını  yoxlamaq 
üçün 
əliylə 
onu 
silkələdi.Fanerka 
asanlıqla 
onun 
əlində 


102
 
 
laxladı.Bəli!Polkovnik  istədiyini  tapmışdı.Onun  fikri  düzgün 
çıxmışdı.Fanerkanın  qırağını  aralayıb  baxandan  sonra  polkovnik 
gülümsündü: 
-Demək bizim qatil buradan çıxıb . 
-Necə?Bəs mismarlar?-Qarayev təəccüblə soruşdu. 
-Havaya vurulmuş mismar heçnəyi saxlamır. 
-Necə yəni?   
 
 
 
 
 
 
 
-Bu mismarlar fanerkanı bərkitmək üçün vurulmuyub.Onların 
hamısı  boşluğa  vurulub.Yəni  mismarlar  fanerkanı  deşəndən  sonra 
boşluğa  gedib.Mismarlar  havada  qalıb.Kənardan  isə  elə  görsənir 
ki,guya bu mismarlar fanerkanı harasa bərkidib.   
 
 
 
 
 
 -Bəs  fanerka   orada   necə dayanıb?                                       
-O tərəfdən adi simlə bağlanıb.Onun burda dayanmasının səbəbi bu 
3-4  simlər  olub.Özü  də  simlərin  bəzisi  ucu  əyilmiş  mismarlara 
bağlanıb.Qatil  bu  simi  mismarlara  çox  möhkəm  bağlayıb.O  biri 
ucunu isə yumru halqa edib,balaca armaturlara ilişdirib.Vəssalam. 
-Axı ora elə də geniş deyil.O bu qədər işi orada necə edib? 
-O bunun üçün elə də əziyyət çəkməyib-Polkovnik qətiyyətlə cavab 
verdi 
-Necə ki? 
-O  bu  fanerkanın  mismarlarına  simi  yerdə  rahat  şəkildə 
bağlayıb.Hər şey hazır olandan sonra unu özüylə yuxarı qaldırıb və 
bağlayıb.Sonra 
isə 
özü 
oradan 
çölə 
tullanıb 
və 
çıxıb 
gedib.Gördüyün  kimi  qatil  o  qədər  də  ağılsız  deyil.Getməmişdən 


103
 
 
qabaq  dəmir  çəlləyi  də  ayağıyla  möhkəm  vuraraq  aşırıb  ki,şübhə 
yeri  saxlamasın.-polkovnik  bu  sözləri  deyib  çəlləyin  üstündən  yerə 
düşdü. 
-Siz buna əminsiniz?Yəni qatil buradan çıxıb qaçıb? 
-Gəlin  çölə  çıxaq.Sizə  bir  şey  göstərəcəm.-polkovnik  bu  sözləri 
deyib,dəyirmanın  girişinə  sarı  addımladı.Bir  az  getmişdilər 
ki,dəyirmanın ağzında  bir  xarici  maşın  və  bir polis  maşını olmaqla 
iki maşının dayandığını gördülər.Gələnlər Baş müstəntiq Əlizadə və 
Məhkəmə  tibb  ekspertizasının  əsas  nümayəndəsi  Səlim  Cəfərzadə 
idi.Bunlardan başqa bir neçə polis də gəlmişdi. 
-Siz çoxdan burdasınız?-Müstıntiq soruşdu. 
-Bir az olar gəlmişik!-Qarayev cavab verdi. 
-Nəsə  bir  şey  öyrənə  bimisiniz?-Cəfərzadə  gözlərini  polkovnikə 
zilliyərək soruşdu. 
-Hələ ki,vacib bir şey yoxdu.-Qarayev cavab verdi. 
-Cəsəd haradadı?-Müstəntiq soruşdu 
-İçəridə-Qarayev cavab verdi. 
-Onu kim tapıb? 
-Teymur. 
-Teymur kimdi? 
-Buralıdı.Qoy çağırım gəlib sizə hər şeyi olduğu kimi danışsın. 


104
 
 
-Hə  çağır  gəlsin.Onacan  siz  də  gedin  meyitə  baxın.-Müstəntiq 
üzünü Cəfərzadəyə tutaraq dedi.Cəfərzadə və həkim geyimində olan 
bir  neçə  nəfər  içəri  keçdi.Polkovnik  və  Qarayev  isə  yavaş-yavaş 
addımlayaraq  dəyirmandan  tamam  çölə  çıxdılar.Qarayev  Teymuru 
tapıb  müstəntiqin  yanına  yolladı.Sonra  yenidən  Polkovnikə 
yaxınlaşdı. 
-Mənə nə göstərəcəksiz? 
-Mənimlə  gəlin!-Cəbiyev  bu  sözləri  deyib  dəyirmanın  sol  tərəfinə 
doğru  addımladı.Hava  demək  olar  ki,tam  işıqlaşmışdı.Hər  tərəf 
düzənlik  idi.Ancaq  qış  olduğundan  bu  yerlərin  mənzərəsindən  söz 
salmağa  dəyməzdi.Polkovnik  qabaqda  gedirdi.Qarayev  isə  onu 
izləyirdi.Axırda  Polkovnik  ayaq  saxladı.Gəldikləri  yer  içəridəki 
pəncərənin  çöl  hissəsi  idi.Polkovnik  fanerkanı  götürdüyündən 
içəridən 
Cəfərzadənin 
və 
digərlərinin 
səsini 
eşitmək 
olurdu.Polkovnik  ehmalca  hərəkət  edərək  biraz  pəncərəyə  sarı 
getdi.O,elə  hərəkət    edirdi  ki,sanki  nəyinsə  ayağının  altında  qalıb 
sınacağından qorxurdu. 
-Yoxsa  siz  Cəfərzadənin  danışığını  dinləmək  istəyirsiz?-Qarayev 
gülümsünərək  soruşdu.Amma  polkovnikin  bu  sözə  heçbir  reaksiya 
vermədiyini  görüb,yersiz  danışdığına  görə  özünü  qınadı.Cəbiyevin 
fikri  isə  tamam  başqa  yerdə  idi.Polkovnik  ayaqlarını  əyərək  yerə 
diqqətlə  göz  gəzdirdi.Daha  sonra  əlini  döş  cibinə  salaraq  “kiçik 
köməkçisini”çıxarıb  yerə  daha  diqqətlə  göz  gəzdirdi.Yaxına  gəl 
Qarayev-polkovnikin  səsi  gəldi.Qarayev  bunu  eşidib  cəld  irəli 
yeridi  və  o  da  polkovnik  kimi  ayaqlarını  qatlayıb  aşağı 
əyildi.Polkovnik: 
-Ayaq izlərini görürsənmi? 


105
 
 
-Aha bəli görürəm-Qarayev yerdəki izlərə baxaraq cavab verdi. 
-İndi  arxada  yerə  düşən  bizim  ayaq  izlərimizə  bax.-polkovnik  geri 
baxaraq dedi.Torpaq yaş olduğundan yeriyəndə ayaqqabının izi yerə 
düşürdü. 
-Baxdım-Qarayev cavab verdi. 
-Səncə  bizim  indi  saldığımız  ayaq  izləri  ilə  bu  naməlum  adamın 
ayaq izləri arasında hansı fərq var? 
-Yəqin ki,böyüklüyünə və kiçikliyinə görə fərqlənir-Qarayev cavab 
verdi. 
-Başqa?-polkovnik yenə sual verdi. 
-Onu  siz  daha  yaxşı  bilərsiz.Mən  ki  adicə  polis  leytenantıyam.Siz 
isə  peşekar  ekspertsiniz....Polkovnik  Qarayeva  cavab  vermədən 
biraz ətrafına boylandı.Dəyirmana sarı gələnlərin sayı çoxalmışdı. 
-Bu 
ayaq 
izinə 
diqqətlə 
bax.Görürsən?Buradakı 
çökəklik 
dərindir.Ayaq  izləri  torpağa  daha  dərindən  hopub.Əgərə  pəncərə 
olmasaydı  yəqin  ki,elə  fikirləşmək  olardı  ki,qatil  kimdirsə  çox  kök 
və  dolubədənli  birisidi.  Amma  kök  və  dolubədənli  ehtimalı 
tamamilə  yanlışdır.Bu  ayaq  izləri  qatilin  pəncərədən  tullanarkən 
saldığı ayaq  izləridir.Ona görə izlər  bizim ayağımızın  izindən daha 
dərindir çökəkliyi.Bir də fikir ver sağ ayaq izinin içində iki-üç dənə 
buğda dənəsi qalıb.Bu buğda dənələri qatil içəridə olarkən onun sağ 
ayağının  altına  yapışıb.Buğda  dənələrini  yapışmasına  yerin  nəm 
olması  daha  çox  kömək  edib.Mən  neçə  illik  təcrübəmdə  birinci 
haldır ki,bir işi araşdıranda zahiri oxşarlığına görə iki eyni tip izlərə 
rast gəlirəm. 


106
 
 
-Siz 
bu 
izlərə 
daha 
harda 
rast 
gəldiniz?-Qarayev 
soruşdu.Polkovnikin  izahatı  Leytenanta  ləzzət  edirdi.Cəbiyev 
doğurdan da peşekar Xəfiyyə kimi danışırdı. 
-Mən buna bənzər izlərə Usta Səfərin evində də rast gədim. 
-Necə?Siz  bununla  nə  demək  istəyirsiz?Qatil  Usta  Səfərin  evində 
olub? 
-Narahat  olmayın  vaxtı  çatanda  hər  şeyi  biləcəksiniz.İndi  isə 
gedəyin  görək”dostunuz”Cəfərzadə  nə  deyir.-polkovnik  bu  sözləri 
deyib gəldikləri yolla geriyə doğru addımladı. 
 
 
 
 
“İÇİMİZDƏKİ ŞEYTANLAR” 
Polkovnik  Rəsul  Cəbiyev  artıq  30  il  idi  ki,öz  peşəsini  davam 
etdirirdi.Otuz  illik  bir  həyatda  onun  demək  olar  ki,görmədiyi 
hadisələr,görmədiyi  cinayətlər  və  qətllər  qalmamışdı.Müxtəlif  tipli 
insanlarla  və  zahirdə  insan  sifəti,daxilində  isə  şeytan  xisləti 
gizlənmiş 
insanlarla 
rastlaşmışdı.Anasını 
öldürənini,Atasını 
öldürənini,bacısını,dostunu,tanımadığı 
adamı 
öldürəni 
və 
s.kimilərini  də  görmüşdü.Həmişə  də  fikirləşirdi”Bir  insan  axı  niyə 
bu  qədər  vəhşiləşsin?Qan  tökmək  bu  qədərmi  vacibdir?Ananı  və 
atanı  öldürüb  uşaqlarını  yetim  qoymaq,Atanı,ananı  övladsız,Ananı 
balasız,qardaşı 
bacısız,bacını 
qardaşsız 
qoymaq 
axı 
hansı 
insaniyyətə  sığır  .Məgər  indiyənə  qədər  azmı  analar  oğulsuz 
qaldı,azmı  atalar  oğulsuz  qaldı.Məgər  biz  az  itirmişik?Xocalıda 
azmı  oldu  qətllər?Azmı  ananın  gözlərinin  yaşı  hələ  də 
qurumayıb.Azmı  atanın oğul dərdi çəkməkdən beli  bükülüb?Məgər 
bizim qisas almağa düşmənimiz yoxdumu ki,özümüz öz bıçağımızla 


107
 
 
öz soydaşlarımızın boğazını kəsirik?Cavanlarımız cəbhə bölgəsində 
ölüm 
və 
həyat 
arasında 
mübarizə 
apararkən 
bəziləri 
pula,sərvətə,qızıla,vəzifəyə  görə  bir-birlərinin  qanına  susamaqdan 
belə çəkinmirlər.Məgər azğınlaşmış  mənfur ermənilərin düşmənliyi 
bizə  azlıq  edirmi  ki,biz  hər  həmlədə  bir-birimizin  ayağının  altını 
qazırıq?Lənətə  gəlsin  içimizdəki  və  aramızdakı  şeytanları!!!!   
Bəzən  deyirlər  ki,daha  doğrusu  sual  verirlər  ki,ermənilər  peşman 
olub  torpaqlarımızı  qaytarsalar  və  bizə  sülh  təklif  etsələr  razı 
olarsan?Mən  bu  sualın  cavabında  qətiyyətlə  “Yox”kəlməsini 
deyərdim.Axı biz onlarla necə sülh bağlaya bilərik?Hər 26 fevralda 
televizordakı  Xocalı  soyqırımı  vaxtı  törədilmiş  vəhşiliyi  görəndə 
günlərlə  özümə  gələ  bimirəm.İnsan  gör  nə  qədər  vəhşiləşə 
bilərmiş?Hamilə  qadının  bətninə  qızmış  şişi  soxmaq,qaynar  qazanı 
qadının 
kürəyinə 
bağlayıb 
onu 
oynamağa 
məcbur 
etmək,uşaqları,körpələri  dəmir  çəlləklərə  yığıb  ağzını  bağlayıb  
sonra 
isə 
benzin 
töküb 
yandırmaq,insanı 
diri-diri 
yandırmaq,gözlərini çıxarmaq,beyinlərini avtomatın arxasıyla vurub 
yerə  dağıtmaq......Axı  bütün  bu  vəhşilikləri  ermənilər  mənim 
millətimə  edib.Mənim  onlara  nifrətdən  başqa  heçbir  hissim  yoxdur 
və  ola  da  bilməz.Heç  bir  müharibədə  ermənilərin  bizlərə  etdiyi  
amansız  qətllər  kimi  qırğınlar  olmamışdı.Onlar  buna  görə 
bütünlüklə  Türk  xalqına  cavab  verməlidirlər.  Allah  Mübariz 
İbrahimova  rəhmət  eləsin!Mən  həmişə  fəxr  edəcəm  ki,havasını 
udduğum,çörəyini  yediyim  Azərbaycanın  Mübariz  İbrahimov  və 
Ramil Səfərov kimi oğulları var.Mübariz İbrahimov düşmən üzərinə 
gedəndə  çox  gözəl  bilirdi  ki,onun  sağ  qayıtmaq  şansı  çox 
azdır.O,bütün  bunları  nəzərə  alıb  təkbaşına  düşmən  üstünə 
getdi.Məktubunda  da  bunu  yazmışdı.”İnşallah  şəhidlik  zirvəsinə 
çatana  qədər  bu  şərəfsizlərin  üstünə  gedəcəm”Mübariz  İbrahimov 
dedi və elədi.O,düşmən üzərinə hücuma keçəndə heçbir qorxu hissi 
keçirmədi.Çünki  onun  qarşısındakı  torpaq  da  öz  torpağı  idi,geridə 


108
 
 
qoyduğu  da  öz  torpağı  idi.Azərbaycan  torpağı  idi,Türk  torpağı 
idi.Fərid  Əhmədov.Mübariz  İbrahimov  kimi  igidimizin  cəsədinin 
düşmən  əlində  olmasını  öz  şəninə  sığışdıra  bilməyən  Milli 
Qəhramanımız  Fərid  Əhmədov.Sizin  etdiyiniz  fədakarlıqlar  təkcə 
Biləsuvar  və  Cəlilabad  üçün  qürur  yaratmır,bizim  hamımız 
üçün,bütün  Azərbaycan  xalqı  üçün  qürur  hissi  yaradır.Təkcə 
Mübariz  İbrahimovun  qarşısını  ala  bilməyən  ermənilər  Mübariz 
kimi  bir  dəstənin  qabağında  neyləyəcək?Albert  Aqarunoviç 
Aqarunov.Azərbaycanın  milli  qəhrəmanı.  Tank  kamandiri.25  aprel 
1969-cu  ildə  Bakıda  anadan  olmuşdur.1987-ci  hərbi  xidmətə 
çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank 
kamandiri 
olur.Daha 
sonra 
Bakıya 
dönərək 
Suraxanıda 
Maşınqayırma  zavodunda  işləyir.1992-ci  ildə  Qarabağ  müharibəsi 
başlayarkən  Albert  könüllü  olaraq  cəbhəyə  yollanır.Albert  tank 
kmandiri 
təyin 
olunur 
və 
Şuşa 
cəbhəsinə 
yollanır.O,Xankəndi,daşaltı,cəmilli  və  b.yerlərdə  gedən  döyüşlərdə 
düşmən  tərəfin  bir  neçə  zirehli  texnikasını  məhv  edir.1992-ci  ildə 
Şuşa  uğrunda  gedən  döyüşlərdə  Albert  snayper  gülləsinə  tuş  gəlir 
və  döyüş  meydanında  qəhrəmancasına  həlak  olur.O,  Qarabağ 
müharibəsində  əfsanəyə  çevrilmişdi.Ermənilər  onun  başına  pul 
mükafatı qoymuşdular. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
*****  
Polkovnik və Qarayev dəyirmanın qapısının ağzına çatanda içəridən 
çıxan 
Müstəntiq 
Əlizadə 
ilə 
qarşılaşdılar.Əynində 
polis 
forması,əlində telefon tutmuş Müstəntiq Qarayeva yaxınlaşdı:  
-Siz 
Şamxalın 
ciblərini 
axtarmışdınız?-müstəntiq 
sualedici 
baxışlarını Qarayeva zillədi. 


109
 
 
-Xeyr.Biz ancaq dəyirmanın içərisini gözdən keçirmişik. 
-Onun cibindən mobil telefon tapılıb.Deyesen telefon mərhumun öz 
telefonudur.Telefon  sönlüdü.Güman  edilir  ki,telefonun  baterayası 
qurtardığına  görə  sönüb.Biz  telefonu  özümüzlə  aparacıyıq.  Gərək 
Şamxal  sonuncu  dəfə  kiminlə  əlaqə  saxlayıb.Müstəntiq  danışıb 
qurtarmamışdı ki,Cəfərzadənin səsini eşitdi. 
-Biz işimizi qurtardıq.Meyiti ekspertizaya götürə bilərik. 
-Bəs Teymuru neylədiniz?-Əlizadə soruşdu. 
-Teymur?..hə o oğlanı deyirsən.O,içəridədi. 
-Onu  çölə  çıxarın,onluq  bir  iş  yoxdu  orada-müstəntiq  polis 
işçilərinə tapşırıq verdi. 
-Yaxşı gedəyin-Cəfərzadə dilləndi. Polkovnik və Qarayev Şamxalın 
cəsədini  müayinəyə  yola  saldıqdan  sonra  keçib  öz  maşınlarına 
əyləşdilər.Birazdan 
Polkovnik 
və 
Qarayev 
dəyirmandan 
uzaqlaşdılar. 
Polkovnik 
yenə 
fikirli 
görsənirdi.Maşının 
pəncərəsindən  çölə  baxırdı.Düşünürdü  və  öz  ürəyində  əsəbləşərək 
deyirdi”Şamxal  da  öldü.İndi  onun  nənəsinə  kim  baxacaq?Yazıq 
arvad  axı  indi  necə  yaşayacaq.Kimin  yolunu  gözləyəcəkindən 
belə?Bu  yaşında  bir  damın  altında  səbr  edib,nə  vaxta  qədər 
dözəcək.Onun  göz  yaşları  quruyacaqmı  son  ümidini  itirəndən 
sonra.Sənin 
kimilərinin 
kökünü 
kəsəsən 
gərək!!!!!! 
Əclaf!!Qatil!!Necə  əlin  gəldi  70  yaşlı  qoca  arvadı  bir  evin  altında 
tək  qoymağa?.Axı  niyə  bu  insanlara  zülm  edirsiz?Şamxalı 
öldürdün.İlhamı  öldürdün.Bəs  indi  kimi  öldürəcəksən?Yoxsa  elə 
bilirsən  ki,sənin  kimliyini  heç  kim  bilmiyəcək?Xeyr!Mən  30  il 
Cinayət 
Axtarış 
Şöbəsində 
saçlarımı 
ona 
görə 


110
 
 
ağartmamışamki,sənin 
kimi 
şərəfsizlər 
məni 
aldatsın.Sənin 
cinayətin  göz  qabağındadır.Sən  əclafsan!Sən  qatilsən.Sən....Sən 
istədiyinə çatdın.İıhamı öldürmək üçün Şamxaldan istifadə etdin.Bu 
səndə  alındı.Onların  hər  ikisi  öldülər.Onlar  artıq  bu  həyatda 
yoxdular.Vicdanları  təmiz  idi  onların.Həyata  niyə  gəlib,niyə 
getdiklərini  az daolsa bildilər.Çünki onlar həyatın ən gözəl  hissini-
sevgi  hissini  yaşamışdılar.Onu  duymuşdular.İnsan  həyatının 
dəyərini bilirdilər.Amma sənin kimi insanlıq hissini itirənlər əsrlərlə 
yaşasalar  da,heç  vaxt  həyata  niyə  gəlib,niyə  getdiklərini 
bilmiyəcəklər.Sən 
bədbəxtsən!Bədbəxt.Cünki 
sənin 
xislətin 
pozğundu.Sənin  şərəfin  yoxdu.Olsaydı  yeganə  oğlu  olan  Ata  və 
Ananın  gözlərini  yaşlı  qoymazdın.Hər  il  23  fevralda  Usta  səfərin 
kürəyinə  sancılan  xain  bıçağı  biraz  da  dərinə  gedəcək.Sənin 
ləyaqətin  yoxdu.Olsaydı  nişanlanmağa  hazırlaşan  o  qızın  qəlbini 
parçalamazdın.  Sən  sadecə  heçkimsən.Daha  doğrusu  heçnəsən.Sən 
etdiyin  bütün  cinayətlərə  və  həyatını  korladığın  insanlara  görə 
cavab verəcəksən. 
 
 
 
“İsmət və Samirə” 
Siz  İsmət  və  Samirənin  kimliyini  bilirsiz.Amma  onların  həyatın 
hansı sınaqları ilə qarşılaşdıqlarını bilmirsiniz.Samirə ailənin böyük 
qızı  idi.Özündən  balaca  cəmi  bir  bacısı  vardı.Ailəsi  Ata  və 
anasından  bir  də  balaca  bacısından  ibarət  idi.Samirə  kənddə 
qəssablıq  edən  Siyavuşun  qızı  idi.Siyəvuş  çox  zəhmətkeş  bir  kişi 
idi.Sözünün  ağası  idi.Birinə  söz  versəydi,mütləq  onu  yerinə 
yetirərdi. Siyavuş Rəhimli iki il müharibədə olmuşdu.Daha doğrusu 
iki ilə yaxın.Hərdən müharibədən söz düşəndə həmişə deyərdi ki,bir 
də müharibənin başlamasını istəmir.Bir dəfə kişilərlə oturub söhbət 
edəndə yenə belə dedi.Kişilərdən biri qayıdıb  Siyavuşa dedi: 
 
 
 
 
 
 


111
 
 
-Nədi Siyavuş yoxsa bir də müharibəyə getməkdən qorxursan. 
-Qulaq  as  yaxşı  olar  ki,bildiyini  danışasan.Ən  azından  buna  görə 
başın 
salamat 
qalar.Mən 
müharibəyə 

vaxtdı 
könüllü 
getmişdim.Bəziləri  kimi  ot tayasında  gizlənməmişdim.Orada  bizim 
hər saniyəmiz belə dəhşət içində keçirdi.Bilmirdik,sabaha çıxacayıq 
,  ya  yox.Amma  heç  vaxt  düşmənin  qabağından  qaçmadıq.Onlara 
layiqli  cavab  verdik.İndi  isə  gəlib  sənin  kimilərinin  içinə 
düşmüşəm.Ağzınıza  nə  gəldi  danışırsız.Axı  sən  bədbəxt  haradan 
biləsən ki,müharibə nədir,onun dəhşətləri nədir.Siz ancaq müharibə 
haqqında  ya  qəzetlərdən  oxuya,ya  da  televizordan  ona  baxa 
bilərsiz.Mən  isə  hər  şeyi  öz  gözümlə  görmüşəm.Müharibəyə  təzə 
gedəndə  çox  həyəcanlıydım.İlk  günlərdə  hətta  avtomat  əlimdə 
əsirdi.Amma 
mən 
ermənilərin 
1918-ci 
ildə 
etdiklərini 
unutmamışdım.Məni  onların  üstünə  aparan  içimdəki  alışıb  yanan 
intiqam  hissi  idi.Bir  dəfə  gecə  meşə  ilə  gedirdik.Qarşıda  ermənilər 
vardı.Biraz  yaxınlaşanda  onların  səsini  eşitmək  də  olurdu.Döyüş 
yoldaşım  bizə  məsləhət  gördü  ki,  topa  şəkildə  bunların  üstünə 
getsək  bizi  qıracaqlar.Yaxşısı  budur  ki,  səpələnək  meşəyə.Hərə  bir 
tərəfdən  getsə,yaxşı  olar.Biz  onun  tapşırığına  əməl  etdik.On  bir 
nəfər  idik.Səksən  nəfərdən  qalan  on  bir  nəfər.Mən  yavaş-yavaş 
təkbaşına  irəliləyirdim.Çalışırdım  bacardıqca  səssiz  olum.Ayağım 
altında nəyinsə qırılmasından da ehtiyat edirdim.Meşə sakitliyə qərq 
olmuşdu.Meşə demək olar ki, ermənilərlə dolu  idi.Hər addımda bir 
erməni  ilə  rastlaşa  bilərdim.Məni  qış  olmasına  baxmayaraq  soyuq 
tər 
basmışdı.Bədənimdən 
tər 
buz 
kimi 
olaraq 
axmağa 
başlayırdı.Avtomatı əlimdə bərk tutmuşdum. Belə yerdə bacardıqca 
cəld  tərpənmək  lazım  idi  ki,atəşi  düşmənə  birinci  sən  atasan.Biraz 
da getmişdim ki, qarşıda nəsə səs eşitdim.O, çox yaxın idi.Mən cəld 
yerə uzandım.Silahı səs gələn  yerə tuşladım.Bütün diqqətim  həmin 
yerdə  idi.Avtomatın  tətiyini  əlimdə  bərk  saxlamışdım.  Çünki  mən 


112
 
 
hər  saniyə  atəş  açmağa  hazır  olmalıydım.Qorxunc  saniyələr  bir-
birinin  ardınca  gedirdi.Üzümü  tər  basmışdı.Alnımdan  sürüşüb 
gözümün  üstünə  axan  tər  damcıları  gözümün  içini  yandırsa  belə 
gözlərimi  qırpırdım.Artıq  hiss  etdim  ki,o  nədirsə  yaxınlaşır  və 
qəfildən  həmin  yerdən  bir  boz  dovşan  çıxaraq  qaçdı.Boz  dovşanın 
ağaclıqdan  çıxmağı  ilə  bədənindən  qorxunc  bir  giziltinin  keçməsi 
bir oldu.Yaxşı ki, özümü saxlaya bil 
ib  atəş  açmadım.Yoxsa 
adi  bir  dovşana  görə  döyüş  yoldaşlarımın  həyatını  təhlükə  altına 
atmış  olardım.Qorxunc  dəqiqələr  artıq  geridə  qalmışdı.Mən  özümə 
gəlmək  üçün  hələ  bir  neçə  dəqiqə  də  yerdə  uzanmış  vəziyyətdə 
qaldım.Atəş səsi gəlmirdi.Mən dostlarıma görə narahat idim.Onları 
düşündüm.İndi  onlar  da  mənim  kimi  həyatla  ölüm  arasında 
mübarizə 
aparırdılar.Öz 
canım 
yadımdan 
çıxırdı.Ürəyimdə 
onlara,onların  vətən  üçün  vuruşmalarına  sevinirdim.Gözümün 
qabağına  kəndimiz  gəldi.Anam  həyətdə  təndir  qurub  çörək 
bişirir,qonşular  da,anama  kömək  etmək  üçün  bizə  gəliblər.Bunları 
düşünəndə  müharibəyə  nifrətim  daha  da  artırdı.Birazdan  özümə 
gəlib  ayağa  qalxdım.Artıq  içimdəki  intiqam  hissi  daha  da 
qızışmışdı.Mən  bu  əclafların  ayağını    bu  torpaqdan  kəsib  evə 
qayıtmağım  haqqında  fikirləşərək  irəli  gedirdim.İçimdəki  qəzəb 
mənim  harada  olduğumu  mənə  unutdurdu  və  mən  az  qala  həyatım 
bahasına  başa  gələn  bir  səhv  edəcəkdim.Lazım  olduğundan  daha 
çox  sürətlə  hərəkət  etdiyimdən  çox  irəli  getmişdim.Birdən  məndən 
iki  metr  qabaqdakı  ağacın  arxasından  çıxan  erməninin  avtomatının 
mənə  tuşlandığını  gördüm.O  bağırdı.Bağıran  zaman  çox  iyrənc  bir 
sifət almışdı.Az qala üzünün tükü gözlərini bağlamışdı.Ağzını geniş 
açaraq  qışqırdı  və  mənə  atəş  açdı.O,  mənim  sifətimi    nişan 
almışdı.Mən  avtomatı  qaldırıb  erməniyə  atəş  açmaq  istəyirdim  ki, 
erməninin  avtomatından çıxan güllənin  sol üzümü sürtüb keçdiyini  
hiss etdim.Sifətimi cızıb keçən güllənin istiliyini hiss etdim.Hər şey 
bir  saniyənin  içində  baş  vermişdi.Amma  mən  də    özümü  itirməyib 


113
 
 
güllənin  yanağımı  cızması  ilə  eyni  vaxtda  erməniyə  atəş 
açdım.Açdığım  atəşdən  çıxan  güllə  eməninin  açıq  qalmış  ağzından 
girərək,dişlərinin  arasından  keçib  arxadan  çıxdı.Erməninin  gözləri 
bərəlmiş 
şəkildə 
ayaqları 
yerdən 
azacıq 
üzülərək 
yerə 
çırpıldı.Başının  arxasından  çıxan  qan  yerə  axmağa  başladı.Mənim 
atəşimdən  sonra  meşəni  atışma  bürüdü.Bizimkilər    hücuma 
keçdi.Mən də dostlarımı tək qoymamaq üçün avtomatı əlimdə biraz 
da  sıxaraq  ermənilərin  üstünə  getdim.Ermənini  açıq  döyüşdə 
məğlub  edəndən  sonra  mənim  qətiyyətim  birə  on  artmışdı.Biraz 
irəli  qaçmışdım  ki,  döyüş  yoldaşlarımın  səsini  eşitdim.Onlar  artıq 
ermənilərlə 
vuruşurdular.Qaranlıqda 
atılan 
atəşlərdən 
çıxan 
işıqlardan 
mən 
döyüş 
yoldaşlarımın 
harada 
olduğunu 
bilirdim.Ermənilər bizdən çox olsalar da, zəif idilər.Biraz irəli gedib 
atəş  açmağa  başladım.Əgər  biraz  da  gec  tərpənib  yerə 
uzanmasaydım,başımın  üstündən  uçan  güllələr  məni  deşik-deşik 
edəcəkdi.Döyüş 
yoldaşlarımın 
 
arasından 
Azərin 
səsini 
eşidirdim.On bir nəfərin içində Azər bizdən yaşca böyük idi.Döyüş 
təcrübəsi  də  bizdən  qat-qat  çox  olduğuna  görə  çox  vaxtdı  onun 
tapşırığına  əməl  edirdik.Biz  müharibəyə  gələndə  o,  artıq  bir  neçə 
döyüşdə  iştirak  etmişdi.Ona  görə  indiki  döyüşdə  Azərin  öndə 
gedərək düşmənə hücum etməsində onun müharibə vaxtdı öyrəndiyi 
təcrübəsi 
heç 
də 
az 
deyildi.Mən 
indi 
də 
Azəri 
xatırlayıram.Müharibə  qurtarandan  sonra  Türkiyəyə  getdi.Ondan 
sonra əlaqəmiz kəsildi.Onun hər hərəkəti mənim yadımdadır.Həmin 
döyüşdə Azər əl qumbarasını düşmənin elə bir nöqtəsinə tullamışdı 
ki,partlayışın nəticəsində bir erməninin ayağının üzülüb özündən on 
metr  kənara  düşməsini  digər  ermənilər  görüb  geriyə  qaçmağa 
başlamışdı.Biz  az  olsaq  da  qəhrəmancasına  vuruşurduq.Artıq 
bizimkilərdən üç nəfər qəhrəmancasına həlak olmuşdu.Güllə səsləri 
səngimişdi.İrəlidə  erməni  gözə  dəymirdi.Döyüş  yoldaşlarımızdan 


114
 
 
biri  tələsərək  gizləndiyi  yerdən  çıxaraq  irəliyə  doğru  hərəkət 
etdi.Bunu görən Azər çox əsəbləşdi və qışqıraraq dedi: 
-Cəhənnəm ol geriyə.Tez ol!-Azərin bağırtısı meşəyə yayıldı. 
-Narahat  olma  onlar  qorxaq  dovşan  kimi  meşəyə  qaçıblar-Bu  sözü 
deyən  gənc  əsgər  daha  da  irəli  getdi.Biraz  da  gedib  Azər  gizlənən 
çönüb dedi: 
-Bir bax hər şey mən deyən kimidir.Dovşanlar qaçıb buradan. 
O,elə  bu  sözü  deyib  qurtarmışdı  ki,qəfildən  arxasında  səs 
eşitdi.Çevrilmək  istəyirdi  ki,  qaranlıqda  erməninin  onun  boğazına 
dirədiyi 
bıçaq 
parıldadı.Gənc 
əsgərimiz 
yerində 
donub 
qalmışdı.Erməni  isə   öz dilində  bağıraraq nəsə deyirdi.Biz onun nə 
dediyini bilməsək də situasiyadan məlum idi ki, erməni “yerinizdən 
çıxmasanız  onu  öldürəcəm”  sözlərini  deyir.  Vəziyyəti  belə  görən 
Azər  döyüş  yoldaşımıza  kömək  etmək    üçün    meşəni  fırlanıb 
erməninin arxasına keçmək məqsədi ilə yavaş-yavaş hərəkət edərək 
meşənin  içi  ilə  erməninin  arxasına  keçməyə  çalışdı.Biz  hamımız 
Azərin 
hərəkətini 
izləyirdik.Emrəni 
isə 
quduz 
it 
kimi 
hürürdü.Qışqırdıca 
ağzının 
köpüyü 
dodaqlarından 
yerə 
süzülürdü.O,bizlərdən  bir  hərəkət  olmayacağını  görüb  bıçağı  biraz 
da  döyüş  yoldaşımızın  boğazına  sıxdı.  Artıq  onun  boğazının 
dərsinin bıçağa dirənmiş hissəsindən qan axırdı.Erməni dostumuzun 
boğazını  kəsmək  istəyirdi  ki,  qəfil  boğazının  ulğumundan  çıxan 
bıçağın  təsirindən  gözləri  bərəldi.Azərin  zərbəsi  çox  qüvvətli 
alındığından  erməninin  boynundan  vurulan  bıçağın  ucu  qarşı 
tərəfdən  bayıra  çıxmışdı.Erməninin  əlindəki  bıçaq  yerə  düşdü. 
Onun  ulğumundan  axan  murdar  erməni  qanı  bədəninə  yayldı.  Biz 
kənarda  dursaq  da,  erməninin  xırıltısını  eşidirdik.Xırıldadıqca 
ulğumundakı  qan  fışqıraraq  yerə  tökülürdü.Sonra  Azərin  qalın 


115
 
 
səsini  eşitdik.”Əclaf!  Köpəkoğlu”.Azər  bu  sözləri  deyib  bıçağı 
dartıb erməninin  boğazından çıxartdı.Sonra var qüvvəsiylə arxadan 
ona təpiklə vurub murdar leş kimi kənara tulladı.Sonra gənc əsgərin 
yaxasından  tutub  ağaca  dirədi.”Bir  də  sənin  boğazını  bu  əclafların 
bıçağına 
dirəndiyini 
görsəm 
sənin 
başını 
öz 
əllərimlə 
kəsəcəyəm.Bunu bilki bu bizlərə yaraşmaz”.O, bu sözləri deyəndən 
sonra digər dostlarımızdan birinin səsini eşitdik: 
-Azər tez bura gəlin.O yaralanıb. 
Biz  hamımız  yaralı  yoldaşımızın  başına  toplaşdıq.Mən  tez  ona 
kömək  etmək  üçün  yarasını  sarıdım.Güllə  qorxulu  yerdən 
dəyməmişdi.Sağ  tərəfdən  çiynini  yaralamışdı.Amma  çoxlu  qan 
itirdiyindən  həyatı  üçün  təhlükə  yarana  bilərdi.Mənim  sarıdığım 
sarğıya  etibar  etmək  olmazdı.İndi  neyləyək?-yoldaşlarımızdan  biri 
soruşdu. 
-Kəndə  aparmaq  lazımdır  bunu.Biz  bunu  da  çıxsaq  yeddi  nəfər 
qalırıq.Bizə kömək lazımdır-Azər qətiyyətlə cavab verdi. 
-Yaxşı qalxın yavaş-yavaş gedəyin-Mən bunu deyib avtomatı əlimə 
aldım.Döyüş  yoldaşlarımızdan  ikisi  yaralı  əsgərimizin  qoluna 
girərək  ona  getmək  üçün  kömək  etdilər.Biz  yavaş-yavaş 
irəliləyirdik.Bir saatdan sonra qabaqda gedən Azər çevrilərək dedi: 
-Gəlin burda dincələk.Səhər davam edərik. 
-Bəs bu?-Mən yaralı dostumuzu göstərərək soruşdum. 
-Bir  şey  fikirləşərik.Mənə  kömək  edin  ocaq  qalayaq.Yoxsa 
soyuqdan  donarıq.Biz  Azərin  dediklərinə  əməl  etdik.Bacardıqca 
çoxlu  quru  odun  tapdıq.Amma  heç  ağlım  kəsmirdi  ki,  bunlar 


116
 
 
yana.Nəhayət,  əlimizə  keçəndən  yığıb  balaca  odun  qalağı 
düzəltdik.Yoldaşlarımızdan biri Azərdən soruşdu: 
-Səncə bu yanar? 
-Baxarıq  –Azər  bunu  deyib  çiynindəki  avtomatı  əlinə  aldı.Darağı 
çıxarıb  içindən  beş-altı  patron  götürdü.Patronların  ortasını  bıçaqla 
yarıb  içindəki  barıtı  odunların  üstünə  tökdü.Beş-altı  patronun 
barıtını  odunların  üstünə  tökəndən  sonra  cibindəki  kibriti 
çıxartdı.Dənənin  birini  yandırıb  odunların  arasına  atdı.Odunların 
aralarına  tökülmüş  barıtların  alışması  nəticəsində  ocaq  işimiz  həll 
olundu.Azər çönüb gülümsünərək bizə dedi: 
-Nə deyirdiniz bayaq?  
Azərin  bu  sualından  sonra  biz  gülüşməyə  başladıq.Amma  birdən 
nədənsə  hamımızın  yadına  bir  şey  düşmüş  kimi  oldu.Kədər  bizim 
üzümüzü bürüdü.Axı biz üç nəfər dostumuzu itirmişdik.Yaxşı ki,biz 
onların cəsədini gizlətmişdik.Yoxsa heyvanlar o yazıqları tanınmaz 
hala  salardılar.Onları  götürə  bilməzdik.Çünki  hara  gedəcəyimizi 
bilmirdik.Amma  kömək  tapan  kimi  mütləq  onların  arxasınca 
gələcəkdik. Azər yaranmış sükutu pozaraq dedi: 
-Allah  onların  qəbrini  nurla  doldursun.Onlar  canlarını  bu  vətənə 
qurban  verdilər.Vətəni  qeyrətlə  qoruyub  canından  keçənləri  Allah 
sorğu-sualsız cənnətə qovuşdurur.Allah onlara rəhmət eləsin. 
-Amin!-Hamımız  bir  ağızla  dilləndik.Ocaq  alov  dilimlərini  ətrafa 
səpələyərək 
gurhagurla 
 
yanırdı.Hamımız 
ocağa 
yaxın 
dayanmışdıq.Hər  dəfə  nəfəs  aldıqda    ağzımızdan  buğ  çıxırdı.Azər 
irəli yeriyib bizdən soruşdu: 


117
 
 
-Hansınızda  bıçaq  var?-Onun  sualı  mənə  qəribə  gəldi.Çünki  onun 
öz bıçağı vardı.Nəyə görə o, bizdən bıçaq istəsin. 
-Məndə var-Aramızdakılardan bir nəfər cavab verdi. 
-Mənə  ver  görüm-Azər  bıçağı  aldı.Ocağa  yaxınlaşdı.Bıçağı  közün 
içinə saldı və gözləməyə başladı. 
-Sən neyləmək istəyirsən?-Mən soruşdum. 
-Onun  qızdırması  çoxalıb.Təcili  nəsə  etməsək  sabaha  sağ  çıxmaya 
bilər. 
-Biz ona necə kömək edəcəyik?-Yenə sualı mən verdim. 
-Güllə  hələ  də  yaranın  içindədir.Qızdırmanın  əsas  səbəbi  də  elə 
odur.Mən çalışacam onu çıxarım.Siz çalışın onu möhkəm tutun.Biz 
gülləni  çıxarandan sonra o qan  itirə bilər.Onsuz da o yetərincə qan 
itirib.Gülləni  çıxarandan sonra qızmış  bıçağı onun  yarasına.Bu ona 
kömək  edər-Azər  bu  sözləri  deyib  yanındakına  bıçağı  közdə 
saxlamağı  tapşırdı.Digər  yoldaşımızdan  isə  balaca  nazik  bıçaq 
aldı.Yaralı  əsgəri  ocağa  yaxın  gətirdik.Paltarını  çıxartdıq.Yazığın 
halı  özündə  deyildi.Amma  Azər  nazik  bıçağı  onun  yarasına 
toxunduranda o,elə qışqırdı ki, qulağımız bata.Azər əl saxladı: 
-Qulaq  as.Əgər  biz  onu  çıxarmasaq  sən  ölə  bilərsən.Al  bunu 
dişlərinin  arasında  sıx.Mən  buraların  təhlükəsizliyinə  əmin 
deyiləm.Azər  yerdən  balaca  ağac  parçasını  götürüb  yaralı 
dostumuzun  dişlərinin  arasına  qoydu.Yazıq  həmin  ağac  parçasını 
dişləri 
ilə 
sıxdı.Azər 
yenidən 
işinə 
davam 
etdi.O,yenə 
bağırırdı.Ağzındakı  ağacı  get-gedə  bərk  sıxırdı.Biz  var  gücümüzlə 
onun qollarını  və ayaqlarını  möhkəm tutmuşduq  ki, o, Azərə  mane 


118
 
 
olmasın.Nəhayət,  Azər  gülləni  çıxartdı.Onun  əlləri  qan  idi.Tez 
çevrilib dedi: 
-Tez  ol  bıçağı  mənə  ver.Közdə  qızarmış  bıçağı  alıb  yaralı  əsgərin 
yarasına  basdı.Bu səfər yazıq  necə bağırdısa,həmin ağac parçasının 
onun  ağzında  qırılmasının  səsini  eşitdik.Birdən  o  özündən 
getdi.Azər  onun  yarasını  sarıdı.Mən  qorxmuşdum.O,özündən 
gedəndən sonra elə bildim ki, öldü.  Amma  Azərin hərəkətlərindəki 
rahatlığı görəndə biraz sakitləşdim. 
-Qoy  yatsın.Üstünü  bərk  basdırın  ki,  soyuq  dəyməsin-Azər  əlini 
əski  ilə  silə-silə  bu  sözləri  bizə  dedi.Artıq  gecə  saat  03:00 
olardı.Hamı  ocağın  qırağında  bürünüb  yatmışdı.Amma  mən  oyaq 
idim 
.Nədənsə 
gözümə 
yuxu 
getmirdi.O 
da 
nədənsə 
yatmamışdı.Azər 
biraz 
kənardakı 
kötüyün 
üstündə 
oturmuşdu.Əlində  ermənini  öldürdüyü  bıçağı  fırladırdı.Mən  yavaş-
yavaş ona yaxınlaşdım. 
-Niyə yatmamısan? 
-Yuxum gəlmir Siyavuş-O sakitliklə cavab verdi. 
-Elə  mənim  də.  Sən  olmasaydın  biz  çoxdan  bu  meşəlikdə 
qırılmışdıq.Bu  gün  iki  yoldaşımızın  həyatını  real  ölümdən 
qurtardın.Çox sağol. 
-Mənə  sağol  demə,bu  müharibədir.Sağ  qalmaq  üçün  birgə  hərəkət 
etmək lazımdır. 
-Sən  niyə  bayaq  yoldaşımızın  yarasını  sağaltmaq  istəyəndə  öz 
bıçağından istifadə etmədin? 


119
 
 
-Mənim bıçağım bu gün erməni qanına bulaşdı.İsətmədim o murdar 
qan  öz  dostumun  qanına  toxunsun.Azərin  bu  cavabı  indiyənədək 
mənim  yadımdan  çıxmayıb.Onun  gözlərinə  baxdım.Çox  ciddi 
görkəmi  vardı.Başını  qaldırdı  və  mən  onun  ocağın  işığında 
parıldayan  gözlərini  gördüm.Onda  onun  yaşı  o  qədər  də  çox 
deyildi.Birdən o,məndən soruşdu: 
-Təhsilin var? 
-Ali təhsilim yoxdu,ancaq texnikum təhsilim var. 
-Nitşeni oxumusan? 
Mən  onun  sualına  bilmədim  necə  cavab  verəm.Açığı  oxuduğum 
illərdə Nitşenin adını eşitsəm də,ondan heç  nə oxumamışdım.Onun 
belə sual verəcəyini gözləməzdim. 
-Adını eşitmişəm.Ancaq təəssüf ki,əsərlərindən bixəbərəm. 
-Bax  həmin  Nitşe  deyib  ki,  “Mən  öləcəm  məni  bu  torpağa 
basdıracaqsınız,sonra  isə  mənə  görə  bu  torpağı  sevəcəksiniz”.İndi 
ay Siyavuş, biz nə qədər ölməliyik ki,bu millət bu torpağı sevsin?! 
-Məgər başqa çarə var? 
-Sənin atan kimdir?Peşəsi nədir? 
-Kənddə traktor sürür. 
-Bəs bugün ölən o üç nəfərin ataları nəçidir?Xəbərin var? 
-Bir  dənə  Xəlilin  atasını  bilirəm.Səhv  etmirəmsə  onun  onun  atası 
kənddə xırda təsərrüfatçıdır. 


120
 
 
-O  iki  nəfərin  ataları  da  adi  kənd  adamlarıdır.Orda  yaralı  uzananın 
atası  isə  o,balaca  olarkən  ölüb.O  ki,qaldı  mənə.Mən  heç  bilmirəm 
atam  haradadır  və  nəçidir.Müharibə  başlayanda  Dağıstanda 
işləyirdim.Sonra 
qayıtdım 
bura,könüllü 
olaraq 
müharibəyə 
gəldim.Gördüyün  kimi,hələ  də  buradayam...Mən  Azərin  bu 
sözlərinə qarşılıq kimi bilmədim nə deyim. 
-Yaxşı  gəl  yataq.Sabah  işimiz  çoxdu.Hələ  bilmirik  sabah  bizi  nə 
gözləyir.Bəlkə elə sabah bizim hamımız həlak olduq. 
-Onda  da  deyəcəklər:”Müharibədə  daha  on  bir  nəfərimiz  şəhid 
oldu.Vətən sağ olsun!-Mən cavab verdim. 
-Baba  Pünhan  necə  demişdi  onu”Bir  şəhid  istəyirəm,Atası 
nazir,anası deputat olsun,bax onda deyərəm vətən başın sağ olsun”-
Azər  bunu  deyib  biraz  gülümsündü.Sonra  bizim  hər  ikimiz 
yatdıq.Səhər  açılanda  bütün  bədənim  keyimişdi.Yolumuza  davam 
etdik.Yaralı yoldaşımızın halı biraz düzəlmişdı.Amma onun həkimə 
ehtiyacı  olduğu  göz  qabağında  idi.  Bir  saatdan  sonra  kəndin 
zastavasının  qabağına  çatdıq.Azər  bizə  yerimizdə  dayanmağı 
tapşırıb,özü  irəli getdi.Postda duran  əsgər Azəri görən kimi,silahını 
ona  tuşladı.Aydın  idi  ki,o,bizim  azərbaycanlı  olduğumuzu 
bilmirdi.O,Azərin üstünə qışqırdı 
-Yerində qal.Yaxın gəlmə.Əllərini qaldır. 
-Kamandirini çağır-Azər ona dedi. 
-Dedim ki,əllərini qaldır. 
-Biz düşmən deyilik.Azərbaycan döyüşçüləriyik.Komandirini çağır. 
Hərbi  hissənin  qapıları  açıldı.İçəridən  20-yə  yaxın  əsgər  çıxıb 


121
 
 
avtomatlarını  Azərə  sarı  tuşladılar.Qabaqda  dayanan  uca  səslə 
dilləndi: 
-Tez olun hamınız yerə yatın. 
-Lənət  şeytana  deyəsən,mənimlə  oyun  oynayırsız.Tez  olun 
komandirinizi 
çağırın!.-Azər 
səsini 
qaldıraraq 
yavaş-yavaş 
əsgərlərin üstünə yeridi. 
-Yaxın gəlmə yoxsa atəş açacam. 
Azər  onun  sözünə  əhəmiyyət  verməyərək.yavaş-yavaş  onların 
üstünə yeriyirdi.Bunu görən əsgərlər Azərin ayağının qabağını güllə 
atəşinə  tutdular.Azər  heç  gözünü  də  qırpmırdı.Qəfildən  Azər  öz 
avtomatını  qaldırıb  əsgərlərin  başlarının  üstünü  güllə  yağışına 
tutdu.Əsəbindən 
daraqdakı 
bütün 
güllələri 
havaya 
boşaltdı.Güllələrin  səsindən  və  vıyıltısından  əsgərlərin  hamısı  yerə 
uzanmışdılar.Güllə 
qurtarandan 
sonradedi:”gündə 
başımızın 
üstündən  güllə  yağış  kimi  yağır,siz  də  məni  güllə  ilə  qorxutmaq 
istəyirsiz.-Azər  bu  sözləri  deyib,əlini  əl  qumbarasına  atdı. 
Qumbaranın  ipini  çəkib  əlində  hazır  şəkildə  əsgərlərin  üstünə 
yeridi. 
-Dedim  ki.komandirinizi  çağırın,yoxsa  sizi  də  partladacam  özümü 
də.Biz bütün olanları kənardan izləyirdik.Azər qumbara ilə əsgərləri 
qorxudub,  hərbi  hissədən  içəri  saldı.Nəhayət  Azərin  qabağına 
komandir  çıxdı.Əlindəki  qumbaranı  var  gücü  ilə  kənara  tullayan 
Azər  o  partlayandan  sonra  üzünü  komandirə  tutub  nəsə 
dedi.Komandir bizə sarı baxıb dedi: 
-Tez  içəri  keçin.Bizdə  Feldşer  var.Yaralını  müayinə  edər.Həmin 
günü  hərbi  hissədə  qaldıq.Hərbi  hissənin  Feldşeri  Gizir  Arazov 


122
 
 
yaralı  əsgərimizi  müayinə  etdi.Yarasına  dərman  qoydu.Gizir  Alim 
Arazovun  dediyinə  görə  əgər  biz  30  dəqiqə  də  gec  gəlsəydik  onun 
yarası qanqrena verə bilərdi.Amma şükür ki,hər şey yaxşı oldu. 
Qəssab 
Siyavuşun 
həyatına 
müharibə 
dövrü 
dərin 
iz 
buraxmışdır.Amma  o  həmişə  təəssüfləndi  ki,müharibə  qurtarandan 
sonra Azəri  bir daha görmədi.O,Türkiyəyə köçmüşdü.Müharibədən 
sonra öz evinə salamat qayıdan Siyavuş ilk vaxtlar həmin dəhşətləri 
tez-tez  xatırlayıb  yuxuda  görsə  də  daha  sonralar  o,olub  keçənləri 
qismən  də  olsa  unutdu.Amma  başına  gələnləri  kiməsə  nəql  etməyi 
çox  sevirdi.Beləcə  Siyavuş  müharibə  dövründən  yavaş-yavaş 
uzaqlaşdı.Ailə  qayğılarının  çoxaldığı  vaxtlar  gələndə  isə  Siyavuş 
ümumiyyətlə  o  illər  haqqında  fikirləşmirdi.Onun  iki  qızı 
vardı.Onlar  artıq  böyümüşdülər.Böyük  qızı  Samirəyə  bir  neçə 
yerdən  elçi  gəlsə  də,qız  razı  olmamışdı.Samirənin  ərə  getməsi 
məsələsi  artıq  ailənin  probleminə  çevrilmişdi.Problem  Siyavuşla 
samirə  arasında  idi.Arada  dedi-qodu  yayılmışdı  ki,Samirə  qonşu 
kənddən  olan  bir  nəfərlə  sevişir.  Adı  da  İsmətdir.Bu  söz-söhbətlər 
Siyavuşu  özündən  çıxardırdı.Onun  onsuzda  son  vaxtlar  əsəbi 
yerində  deyildi.Bir  müddətdən  sonra  Samirəyə  öz  qohumlarından 
elçi  gəlmişdi.Samirə  isə”yox”deyib  durmuşdu.Axırda  da  Siyavuş 
əsəbləşib  onu  vurdu:”Kəs  səsini!Mən  səni  böyütməmişəm  ki, 
mənim  üzümə  ağ  olasan.Ağır  otur  batman  gəl.Onu  bil  ki,sənin 
xoşbəxtliyini  hamıdan  çox  mən  istəyirəm”.Samirə  o  vaxtı  atasına 
söz  vermişdi  ki,o  kimi  desə  ona  da  gedecek.Amma  hər  şey  başqa 
cür  oldu.  Elə”hə”verilən  gecə  Samirə  İsmətə  qoşulub  qaçdı.Həmin 
hadisədən  sonra  Siyavuş  ancaq  bir  söz  dedi:”Kim  nə  edir  özünə 
edir,mən 
onun 
arxasınca 
getmiyəcəm.Bacarırsa 
xoşbəxt 
olsun.”Samirə 
İsmətin 
evinə 
gəlin 
köçdü.Kasıb 
bir 
toy 
elədilər.İsmət  Samirənin  fikirləşdiyindən  qat-qat  kasıb  idi.Yaxşıkı 
nənəsi varmış.Onu pensiyası ilə birtəhər dolana bilirdilər.Samirə elə 


123
 
 
evliliyin ilk həftəsində İsmətə gəldiyinə peşman olmuşdu.İsmət heç 
yerdə  işləmirdi.Amma  Samirəyə  evli  olmadıqları  vaxtda  demişdi 
ki,kənddə  böyük  marketi  var.Sonradan  Samirə  gördü  ki,  heç  bir 
market  yoxdu.İsmətlə  yaşamaq  Samirə  üçün  günü-gündən  daha  da 
dözülməz  olurdu.Bu  evə  gələndən  artıq  qadınlıq  gözəlliyini 
itirmişdi. 
Dərisində 
vaxtsız 
qırışlar 
əmələ 
gəlmişdi.Bura 
gəlməmişdən  Samirənin  gözəgəlimli  bədəni  və  fiqurası  vardı.Bircə 
eybi vardı.O da dodaqlarının nazik olmasıdır.Normal vəziyyətdə bu 
heç  hiss  olunmasa  da,biraz  ürəkdən  gülən  kimi,dodaqlarının 
nazikliyi  nəzərə  çarpırdı.Özünə  əvvəlki  kimi  baxa  bilmirdi.İntim 
münasibətdə isə İsmətdən istədiyini ala bilmirdi. İsmət bir kişi kimi 
onu  yataqda  təmin  edə  bilmirdi.Samirə  isə  yataq  macəralarına 
üstünlük  verən  qadınlardan  olduğuna  görə  intim  münasibət  zamanı 
şıltaqlıq  etməyi  sevirdi.Bu  baxımdan  İsmət  Samirə  üçün  əlverişli 
deyildi.Ona 
görə 
ki,İsmət 
yataqda 
münasibətlə 
Samirəyə 
yaxınlaşanda birbaşa mətləbə keçirdi.Ona görə də onların yataqdakı 
münasibəti  6-7  dəqiqədən  çox  çəkməzdi.İsmət  heç  Samirənin 
boynunu,dodaqlarını  öpməyə  cəhd  etmirdi.Bu  da  Samirəni 
əsəbləşdirirdi  .Bir  dəfə  İsmət    yataqdan  çıxandan  sonra  Samirə  öz 
ürəyində  dedi:”Səninlə  yatıb  ehtirasımı  soyutmaq  əvəzinə  bunu 
etməsəm  daha  yaxşıdır.”Yavaş-yavaş  Samirə  İsmətdən  soyumağa 
başladı.O, nədənsə heç uşağa da qalmırdı.Üzü də  yox  idi ki,İsmətə 
desin  ki,gəl  həkimə  gedək.Çünki  bilirdi  ki,bir  aydan  çoxdur 
ki,İsmətin 
cibində 
siçovullar 
oynayır.Arada 
zavodda 
işə 
düzəlmişdi.Sonradan  həmin  zavodu  bağladılar.Neçə  müddətdir 
ki,Samirə nə qarnına düz-ağıllı çörək yeyirdi,nə də əyninə münasib 
paltar  geyinə  bilirdi.Hərdən  televizorda  gözəl  geyinmiş  qızlar 
görəndə  deyirdi:”Sənin  gözəlliyin  olmasa  da,bu  paltar  səni  yaxşı 
cazibədar  görsədir.Mən  səndən  də  gözələm.Gör  o  paltarı  mən 
geyinsəm  necə  gözəl  görünərəm.”Samirə  hərdən  evdə  tək  olanda 
qapını içəridən bağlayıb,keçirdi güzgünün qabağına.Paltarını tamam 


124
 
 
soyunub bədənini nəzərdən keçirirdi.Onun doğurdan da gözəl bədən 
quruluşu  vardı.Samirə  güzgü  qabağında  bədəninin  gözəlliyindən 
həzz  alırdı  və  öz-özünə  deyirdi:”Mənim  televizorda  ora-burasını 
göstərən  modelyerlərdən  nəyim  əskikdi  ki,İsmət  onları  görəndə 
ağzının  suyunu  yığıb  qurtara  bilmir.”Hərdən  Samirə  soyunub 
bədəninə  göz  gəzdirəndə  öz-özünə  deyirdi:Heyf  bu  gözəlliyə 
ki,gəlib  düşüb  İsmət  kimisinin  əlinə  o  da  maymaqlıq  edib  ondan 
istifadə etmir.Mən də yanıb-tökülürəm. 
Bir 
həftə 
sonra 
İsmət 
Samirəni 
də 
götürüb 
bazara 
getmişdi.Evliliklərindən sonra bir yerə birlikdə getmələri elə də çox 
olmamışdı.Əslində  son  günlər  İsmət  işsizlik  dərdi  çəkməkdən  elə 
bir  hala  düşmüşdü  ki,Samirə  onunla  bir  yerə  birlikdə  getməyə 
utanardı.Bazardan çıxandan sonra  yolun qırağında dayanıb avtobus 
gözləyirdilər.Birazdan  sonra  qara  rəngli  “Nissan”    düz  onların 
yanında  dayandı.ismət  maşını  tanıdı.Bu  bələdiyyənin  sədri  Qabil 
Fərəcovun  maşını  idi.Maşını  bu  gün  nədənsə  Fərəcov  özü 
sürürdü.”Nissan”ın qabaq pəncərəsi aşağı endi.Şüşə aşağı enən kimi 
Fərəcov  gözlərini  əlində  zənbil  tutmuş  Samirəyə  zillədi.Fərəcov 
qara kostyum geymişdi.Üzünü  isə təmiz qırxmışdı.İsmət onu görən 
kimi yaxına gəldi. 
-Salam yoldaş Fərəcov. 
-Əleykə.Hara belə? 
-Evə.Avtobus gözləyirik. 
-Mən də kəndə gedirəm.Əyləşin gedək. 
-Yox narahat olmayın,birazdan avtobus gələcək. 


125
 
 
-A kişi dedim gəl otur. 
-Çox 
sağolun 
Fərəcov.Sizin 
bu 
yaxşılığınızı 
heç 
vaxt 
unutmayacağam-İsmət  bunu  deyib  arvadına  sarı  getdi.İsmət 
aralanandan 
sonra 
Fərəcov 
yavaşca 
öz-özünə 
dedi:”Guya 
unutmayıb nə qələt edəcəksən”.İsmət Samirəylə birlikdə maşına sarı 
yaxınlaşdı.Arxa  qapını  açıb  Samirəni  əyləşdirdi,özü  də  onun 
yanında əyləşmək istəyirdi ki,Qabil Fərəcov dilləndi: 
-Sən gəl qabaqda otur. 
-Yox elə burada əyləşərəm. 
-A kişi sənə dedim gəl qabağa. 
İsmət  daha  etiraz  etmədi.Arxa  qapını  ehmalca  bağlayıb  qaçaraq 
qabaq  qapını  açıb  Fərəcovun  yanında  əyləşdi.Fərəcov  maşını  işə 
saldı.Qara  rəngli  “Nissan”  yola  düşdü.Biraz  getmişdilər  ki,Fərəcov 
qabaq güzgünü əliylə burub düzəltdi.İndi o rahatlıqla Samirəni görə 
bilirdi.Samirə  bir  dəfə  başını  qaldıranda  gördü  ki,Fərəcov  maşının 
güzgüsündən  gözünü  ona  dikib.Tez  gözünü  çəkdi.Bunu  görən 
Fərəcov gülümsündü. 
-Hardan gəlirsiz?-Fərəcov soruşdu. 
-Bazardan-İsmət cavab verdi. 
-Heç  belə  gözəli  də  avtobusa  mindirərlər.Fərəcov  bu  sözü  deyib 
yenidən  gözlərini  Samirəyə  dikdi.Onun  komplementindən  sonra 
Samirənin  nazik  dodaqlarına  azacıq  təbəssüm  qondu.İsmət  isə 
Fərəcovun sözündən sonra qızararaq cavab verdi: 


126
 
 
-Neyləyim,yoldaş  Fərəcov.Əlbət  maşınım  olsa,maşınla  aparıb 
gətirərəm.İşsiz-gücsüz adamam. 
-İşsiz  niyə  olursan  ə..?  Sənin  tayların  qaz  vurur  qazan  doldurur- 
Fərəcov kinayə ilə dedi. 
-İş tapmaq çətindi yoldaş Fərəcov-İsmət yazıqcasına cavab verdi. 
-Çətin olmaz,ölməmişik ki! “Simurq” kafesini yəqin tanıyırsan? 
-Hə tanıyıram. 
-Sabah  get  ora,deki,səni  mən  göndərmişəm.Axşam  özüm  də  zəng 
vurub  tapşıracam.Kafe  böyükdür.Hələlik  orada  işlə,sonrasına 
baxarıq. 
-Doğrudan deyirsiz yoldaş Fərəcov?-İsmət eşitdiklərinə inanmırdı. 
-Mən bilən mənim səninlə zarafatım yoxdur-Fərəcov gülümsünərək 
cavab verdi. 
-Çox sağolun.Min dəfə təşəkkür edirəm-İsmət təşəkkürünü bilmirdi 
necə  bildirsin.Bütün  deyilənləri  arxada  əyləşən  Samirə  də 
eşidirdi.Artıq  Samirədə  Fərəcova  qarşı  bir  yaxınlıq  hissi  əmələ 
gəlmişdi.Fərəcovun özündən və maşınından gələn gözəl ətir qoxusu 
onu valeh edirdi. 
-Bunu  sənə  görə  etmirəm.Arxada  əyləşən  bu  gözəl    xanıma  görə 
deyirəm.Heç  rəvadırmı  ki,belə  gözəl  xanım  korluq  çəksin.Fərəcov 
gülümsündü.Gözlərini  isə  Samirənin    gözlərinə  zilləmişdi.Artıq 
Samirə də açılışmışdı.Qarabir o da Fərəcova baxırdı. 


127
 
 
-Yenə  də  çox  sağolun-İsmət  Fərəcovun  atmacalarının  heç  birinin 
məzini  bilmədən  cavab  verdi.”Nissan”  artıq  kəndə  daxil 
olmuşdu.İsmətgilin  evinə  dönən  yola  yaxınlaşanda  İsmət  “qabaqda 
saxlayın biz düşək” dedi.Fərəcov  İsmətin sözünə fikir vermədi,yolu 
dönüb  maşını  düz  onların  qapısının  ağzına  sürdü.Gəlib  İsmətin 
darvazasının ağzında saxladı.Fərəcov: 
-Bax indi düşə bilərsiz. 
-Bu  gün  çox  əziyyət  çəkdiniz.Bizə  xəcalət  verdiniz-İsmət  bunu 
deyib qapını açıb yerə düşdü.Sonra şüşədən Fərəcova dedi: 
-Gedərdik evə.Qonağımız olun. 
-Yox  başqa  vaxt-Fərəcov  qısa  cavab  verdi.Samirə  də  dodağının 
altında  Fərəcova  “Çox  sağolun”  deyib  arxa  qapını  açmaq  istəyirdi 
ki,Fərəcov  ona  “Sən  sağol  gözəl”  sözünü  dedi.Samirə  gülümsünüb 
maşından  yerə  endi.Onlar  hər  ikisi  darvazaya  sarı  getdilər.Fərəcov 
fürsətdən istifadə edib Samirənin ora-burasını süzdü və dedi: 
-Heyif  sənin  kimi  tikəyə  ki,onu  yetim-yesir  yeyir.Samirə 
darvazadan  içəri  keçəndən  sonra  Fərəcov  maşını  sürüb  oradan 
uzaqlaşdı. 
 
 
 
 
**** 
Səhərisi  günü  İsmət  səhər  yeməyini  yeyib,rayona  getdi.Samirə  isə 
evdə  qaldı.indi  o  sevinirdi”yaxşıkı  İsmətin  qabağına  Fərəcov 
çıxdı.Yoxsa  nənəsinin  ölümündən  sonra  yazıq  lap  çökmüşdü.Yenə 
arada  pensiyasını  alırdı”Samiə  bunları  deyib  ev-eşiyiyə  əl 
gəzdirməyə  başladı.Birdən  həyətin  qapısı  açıldı.İçəri  qırx  yaşlı  bir 
arvad  girdi.Bu,qonşunun  arvadı  Sarıtel  idi.Üzündən-gözündən 


128
 
 
görsənirdi ki,cavanlığı o qədər də sakit keçməyib.Yaşı qırxı haqlasa 
da gözü-başı oynayırdı.Amma  yenə də  yaş öz sözünü deyirdi.Artıq 
bədən  fiqurasını  tamam  itirmiş,üzünü  qırışları  kənardan  hiss 
olunurdu.Samirə  gündə  olmasa  da,həftədə  bir  dəfə  Sarıtelin  öz 
əriylə  çıxardığı  tamaşaya  baxırdı  və  ya  eşidirdi.Hərdən  öz-özünə 
deyirdi”Mən  bunların  dava-dalaşına  baxmaqdan  bezmişəm,amma 
bunlar  bir-birini  qırmaqdan  bezmiyiblər”Yazıq  Valeh  bu  Sarıtelin 
əlindən  lap  boğaza  yığmışdı.Sarıtel  onu  az  qala  divara 
dırmaşdırırdı.Sarıtelin 
nəsli-əcabətində 
elə 
bir 
adamqalmamışdıkı,Valehin  söyüşünə  tuş  gəlməsin.Demək  olar 
ki,həftədə  bir  dəfə  də  olsa,Sarıtel  özünü  Valehə  söydürməsə 
rahatlaşa  bilmirdi.Artıq  deyəsən  öyrəşmişdilər.Bəlkə  bir  həftəni 
dava-dalaşsız  yola  versəydilər,özlərini  qəribə  hiss  edərdilər.Hə 
Sarıtel bax belə sarıtellik edirdi. 
-Sabahın xeyir az!-Sarıtel özünəməxsus danışıq tərzində dilləndi. 
-Sabahın xeyir Saritel xala!-Samirə cavab verdi. 
-Sənə neçə dəfə deyəcəm mənə”xala”demə. 
-Yaxşı Sarıtel xanım.-Samirə gülümsünərək dedi. 
-Xanımlığımı çoxdan itirmişəm.İsmətciyəzin hardadı? 
-İşə gedib. 
-Bahoo  sağol  İsmət.Valehdən  qeyrətli  imişsən.Harada  işləməyə 
gedib? 
-Rayonda kafe var ora gedib.Deyəsən adı”simurq”du. 


129
 
 
-Nə əcəb onu ora işə götürüblər? 
-Bələdiyyənin sədri düzəltdi. 
-Qabil! 
-Aha hə. 
-Dünən darvazanın qabağında dayanan onun maşını idi. 
-Hə bizi yolda görüb götürdü.Deyəsən İsməti tanıyırmış. 
-İsməti  tanıyıb  götürmüyübee  ay  başıboş-Sarıtel  gülərək  cavab 
verdi. 
-Başqa nəyə görə ola bilərki? 
-Yəqin gözünə maşının şüşəsindən sən sataşmısan 
-Yox ta bir səndə.Hər şeyə öz ağlınla yanaşma. 
-Düz deyirəmdəə neçə dəfə biz Valehdən bazardan qayıdanda gəlib 
yanımızdan  düz  keçib.Elə  xeyirxah  adam  idi  bizi  də  götürərdi.Bir 
də  ki,sənə  nolubki?Mən    qadınlığımla  sən  yanımda  paltarımı 
dəyişəndə bədənini görüb səni yemək istiyirəm.O ki,qala kişi ola. 
-Ehh.Sən  də  söz  tapdın  deməyə.-Samirə  özünü  Sarıtelin  sözlərinə 
fikir  verməmiş  kimi  aparırdı.Əslində  isə  Sarıtelin  dedikləri  onun 
canına yağ kimi yayılırdı. 
-Səndə  olan  gözəllik  və  hüsnü-camal  məndə  olsaydə  çoxdan 
Fərəcovun boğazına ip salıb arxamca hərləyirdim. 


130
 
 
-Bəs Valeh? 
-Külümü  qoyum  Valehin  kişi  təpəsinə-Sarıtel  əsəbləşərək  cavab 
verdi. 
-Elə demə az!Ərindi. 
-Yaxşı görək ərimmiş.İsmətlə heç olmasa tez-tez yatağa girirsən? 
-Həə.Gündə bir yerdə yatırıqda-Samirə qəhqəhə çəkib güldü. 
-Özünü bilməməzliyə qoyma.Mən başqa şeyi deyirəm. 
-Yox.Artıq üç aydır ki,bir-birmizə yaxın durmuruq. 
-Bıyy.Yox 
az!Valeh 

vaxtı 
İsmətdən 
şükürlüymiş 
ki.Nəysəə..durum  gedim.Sarıtel  durub  evlərinə  getdi.Samirəni  isə 
fikir  aparmışdı.Əgər  o,Fərəcov  kimi  insanların  ağlını  başından  ala 
bilirsə,bəs  niyə  bu  vəziyyətdə  yaşayır?O,özünü  qınayırdı.Gərək 
İsmətin  şirin  dilinə  aldanıb  tez  ərə  getməzdi.Qarşısına  bəlkə 
Fərəcov  kimisi  çıxardı.Bəlkə  elə  atamın  məni  vermək  istədiyi  o 
adam  indi  Fərəcovdan  da  yüksəkdə  duranın  biridir.Samirə  hərdən 
Fərəcovun  sözlərini  xatırlayırdı”Heç  rəvadırmı  belə  gözəl  korluq 
çəksin.””Bunu  sənə  görə  etmirəm,arxada  əyləşən  bu  gözəl  xanıma 
görə  edirəm.”  “Sən  sağol  gözəl”Bu  sözlər  Samirənin  Fərəcova 
istəyini artırırdı.Onun baxışlarını unuda bilmirdi.Axı o,Samirədə nə 
görmüşdü?”Bütün  günü  İsmətin  gözünün  qabağındayam,o,niyə 
mənə  elə  baxmır.?Mənə  niyə  bir  dəfə  demir  ki,”Samirə  sən  çox 
gözəlsən”.Hər  gün  soyunub  onunla  yatağa  girirəm.Düz  üç  aydan 
çoxdur  ki,mənə  toxunmur.Fərəcovun  bahalı  ətrinin  qoxusu  hələ  də 
Samirənin  burnundan  getməmişdi.O,bu  qoxunu  heç  vaxt  İsmətdən 
ala 
bilməmişdi.”Görəsən,Fərəcov 
yataq 
macəralarını 


131
 
 
xoşlayır?Yəqin  ki  hə.Görəsən  o,öz  arvadına  qarşı  hansı  hisləri 
yaşayır.?Samirə artıq başqa adam olmuşdu.Daha  onun İsmətə qarşı 
heç  bir  hissi  qalmamışdı.İsmət  Fərəcovun  sayəsində”Simurq” 
kafesində  işə  düzəlmişdi.Tezdən  gedib  hava  təzə  qaralanda 
qayıdırdı.Biraz  özünə  gəlmişdi.Amma  Samirəyə  qarşı  hisləri  hələ 
də  olduğu  kimi  idi.Soyuqluq  davam  edirdi.Günlərin  birində  bərk 
davaları  oldu.İsmət  özünü  saxlaya  bilməyib  dedi:”Sən  məni  lap 
bezdirmisən,axşamacan  işləyib  sənin  ac  qarnını  doydururam.Bəs 
sən  nə  verirsən  mənə?5  ildən  çoxdur  ki,evliyik,amma  mənə  bir 
qotur uşaq da verə bilmirsən.”-İsmətin bu sözü Samirəni atasının o 
vaxtı  vurduğu  şillədən  də  bərk  tutdu.Özünü  otağa  salıb  doyunca 
ağladı.Artıq 
ər-arvad 
bir 
evin 
altında 
küsülü 
kimi 
yaşayırdəlar.Davanın  üstündən  bir  həftə  keçəndən  sonra  Samirə 
İsmət  evdən  çıxandan  sonra  qərara  aldı  ki,tək  bazara  getsin.Özü 
qəsdən  İsmətə  demədi.Çünki  bilirdi  ki,qışqırıb  baş-beynini 
aparacaq.Tək  getdi  bazara.Qayıdanda  yolda  tək  dayanıb  aftobus 
gözləyirdi.Yenə də təsadüfən həmin qara rəngli “Nissan”gəlib onun 
yanında dayandı.Qabil Fərəcov şüşəni endirdi.Fərəcov: 
-Samirə,burda tək neynirsən? 
-Evə gedirəm.Bazara gəlmişdim. 
-Bəs İsmət hanı? 
-İşdə. 
-Gəl otur. 
-Yox.Sağolun. 


132
 
 
-Gəl  otur  dedim!-Fərəcov  ciddi  sifət  aldı.Samirə  etiraz  etmədi  bu 
səfər.Gəlib  Fərəcovun  maşınına  əyləşdi.Maşın  yola  düşdü.Fərəcov 
bir an  belə olsun gözlərini Samirədən çəkmirdi.Onun gözəlliyi onu 
dəli  etmişdi.Həmin  gün  Samirə  və  Fərəcov  bütün  yol  boyu  söhbət 
etdilər.Fərəcov  Samirəni  ələ  almaq  üçün  hər  vasitəyə  əl 
atırdı.Samirə  isə  Fərəcovla  söhbətdən  həzz  alırdı.Daha  Fərəcovla 
söhbət  edərkən  utanmırdı.Fərəcov  isə  hər  həmlədə  şikarını 
süzürdü.Fərəcov: 
-İsmətlə necə yola gedirsən? 
-Belə  də..-Samirə  çiyinlərini  çəkdi.Amma  açıq-aşkar  şikayət 
etmədi. 
-Onun nəyi olmasa da yaxşı bəxti var! 
-Nəyə görə deyirsiz? 
-Sizin kimi arvadı olduğuna görə. 
-Siz belə fikirləşirsiz? 
-Əlbəttə.İsmətin yerinə olsaydım..-Fərəcov ardını demədi nədənsə. 
-Hə onun yerinə olsaydınız!Sözünüzü tamamlayın! 
-Elə belə dedim-Fərəcov Samirəni hürkütmək istəmirdi. 
-Yoxsa  qorxursunuz  deməyə?-  Samirə  özü  də  bilmədən  Fərəcovu 
sıxışdırırdı.Onun  bu  sözü  Fərəcovu  tutdu.Çünki  Fərəcovun  əlinin 
altlndan  çox  qız  və  qadın  keçmişdi.Amma  ona  meydan  oxuyan 
olmamışdı.Ona görə də Samirəylə söhbətindəki bütün pərdələri alt-
üst elədi.Fərəcov: 


133
 
 
-Demək  istəyirəm  ki,İsmətin  yerinə  olsaydım  heç  yataqdan 
çıxmazdım-Fərəcov  bu  cümləni  bir  nəfəsə  dedi.Ona  elə  gəldi 
ki,Samirə  onun  bu  sözündən  sonra  utanıb  başını  aşağı 
salacaq.Amma Samirəyə bu söz təsir etmədi.Samirə: 
-Onun intim münasibətə meyli azdı. 
-Elə  onsuzda  hiss  olunur-Fərəcovun  artıq  Samirədən  xoşu 
gəlirdi.Bu  görüşdən  bir  həftə  sonra  onlar  təkrar  görüşdülər.Daha 
sonra yenə,yenə, yenə,....Artıq onların hər ikisi bir-birindən heçnəyi 
gizlətmirdilər.İsmətin  isə  heçnədən  xəbəri  yox  idi.Samirə  hər  şeyi 
Planlaşdırmışdı.Hər 
bazar 
günü 
bazarlıq 
adından 
evdən 
çıxırdı.İsmətin işdən təsadüfən evə qayıtması məsələsini isə Fərəcov 
həll  etmişdi.”Simirq”un  rəhbərinə  tapşırıq  vermişdi  ki,bazar  günü 
nə  olur-olsun  İsməti  işdən  heç  yerə  buraxmasın.Görüşün  üçüncü 
həftəsində  Fərəcov  Samirəni  Rayonun  ən  dəbdəbəli  yerinə 
apardı.Yeyib-içdikdən sonra Fərəcov kostyumunun cibindən balaca 
dəri qutunu çıxartdı və dedi: 
-Bu  da  məndən  sənə  ilk  hədiyyə.      Həyatı  boyu  heç 
kimdən,xüsüsəndə  İsmətdən  hədiyyə  görməyən  Samirə  üçün  bu 
hədiyyə  çox  maraqlı  gəldi.Əlini  uzadıb  qutunu  Fərəcovdan 
aldı.Qapağını açdı.Bu,qızıl boyunbağı idi.Uc hissəsində balaca ürək 
fiquru da vardır.Fərəcov: 
-İstədim  üzük  alam.Amma  sonra  fikirləşdim  ki,üzüyü  evdə 
barmağına  taxsan  gərək  İsmətə  bir  saat  izahat  yazasan.Düşündüm 
boyunbağı daha yaxşı olar. 
-Təşəkkür edirəm ,çox gözəldir. 


134
 
 
-Sən  daha  gözəlsən.Növbəti  həftədəki  görüşdə  Fərəcov  Samirə  ilə 
yeyib içdikdən sonra dedi: 
-Qalx gedək. 
-Hara? Niyə tez qalxırıq?-Samirə təəccüblə soruşdu. 
-Səni bir yer var ora aparacam. 
-Hara? Gedəndə görərsən.Samirə masadan qalxdı.Fərəcovla birlikdə 
restorandan  çıxdılar.Restoranın  həyətində  qara  “Nissan”  onları 
gözləyirdi.Maşına əyləşib oradan uzaqlaşdılar. 
 
“Xəyanət” 
Nədir  axı  xəyanət?  Niyə  insanlar  ondan  uzaqlaşa  bilmir.Həyatın 
istənilən bir dövründə, daha doğrusu elə bir dövr olmayıb ki, həmin 
dövrdə  “xəyanət”ə  rast  gəlməyəsən.Hələ  ilk  insanların  dövründə 
Qabilin  Habilə  xəyanətinin  şahidi  olduq.Qardaşın  qardaşa 
xəyanətinin.Zaman  keçdi  atanın  oğula  xəyanətini  gördük.Qadının 
öz  ərinə  və  ya  kişinin  öz  arvadına  xəyanətini  isə  hər  addımda 
gördük.Milyon illər,əsrlər keçsə də, bunun qarşısını almaq mümkün 
olmadı.Açığı  heç  buna  cəhd  də  eləmədik.Çünki    bunun  qarşısını 
almaq  üçün  edilən  cəhdlər  mənasızlıqdan  başqa  bir  şey 
deyil.Xəyanətin 
qurbanı 
olub,o 
zərbəni 
almaq 
çox 
ağırdır.Xarakterdən  asılı  olaraq  kimisi  xəyanətə  cavab  olaraq 
xəaynət  edəni  sadəcə  olaraq  öz  həyatından  silir.Digərləri  isə 
“xəyanətin  cavabı  ölümdür”  deyir  və  xəyanət  edəni  öldürməklə 
ondan  qisas  alır.Məlum  məsələdir  ki,kişinin  xəyanətinə    biraz  
dırnaqarası  baxırlar.Məsələn,elə  qadın  olur  ki,əri  ona  xəyanət 
edir,lakin  bir  müddətdən  sonra  onu  asanlıqla  bağışlayıb  hər  şeyi 
unudur.Onda fikirləşəcəksiniz ki, həmin ər-arvadın arasında heç bir 


135
 
 
sevgi  hissi  yoxdur.Arvadı  da  ona  görə  bağışlayıb  ki,istəməyib 
ki,ailəsi    dağılsın,uşaqları  atasız  qalsın.Mən  belə  bir  faktı  da 
görmüşəm  ki,  xəyanəti  bağışlayan  qadınlar  bunu  sadəcə    bir 
cümləylə  əsaslandırırlar  “Nolsun  ki,  ərim  mənə  xəyanət  edib,bir 
qadının    yanında    olub.O  ki  həmişə  mənim  yanımda  olacaq”.Sizcə 
bu  iyrənclik  deyil?  Mənimçün  iyrənclikdi.Tutaq  ki,  kişi  xəyanət 
elədi,arvadı da onu birtəhər bağışladı.Yaxşı  buna  kim zamin  dura 
bilər  ki,onların  ailə  həyatı  əvvəlki  kimi  olacaq.Heçnə  bir-birinə 
münasibəti  də  dəyişməyəcək.Həmin  kişi  bütün  ömrü  boyu  həyat 
yoldaşının  yanında gözü-kölgəli gəzəcək.Əgər həmin kişidə vicdan 
deyilən 
bir 
hiss 
varsa,o, 
uşaqlarının 
gözünə 
dik 
baxa 
bilməyəcək.Bəzən  mən  bir  fikirlə  də  rastlaşıram.Deyirlər  ki,”kişi 
evdən çıxdısa subaydı”.Mən belə düşünürəm ki, 85% qadın bu fikrə 
böyük  qəzəblə  yanaşırlar.Bu  təbiidir.Bir  şeyi  qeyd  etmək  lazımdır 
ki,  kişilərin  əksəriyyəti    onsuz  da  bu  fikrə  qulluq  edirlər.Qadın 
kişini evən yola saldıqdan sonra onun arxasınca detektiv  yollayır ki, 
get  gör  mənim  kişim  hardadır.Kişi  evdən  çıxır  istədiyini  edib 
qayıdır evə.Evli kişilərin əksəriyyətini  gecə vaxtı burdan çıxdığını 
heç  kəs  dana  bilməz.Mən  burda  nağıl  danışmıram  ki,  real  həyatda  
müşahidə  etdiklərimdi.Dəhşət  bilirsiz  nədi?  “Kişi  gedib  bir 
fahişəylə  yatır,sonra gəlib arvadıyla  bir  yatağa girir.Necə də  iyrənc 
bir  vəziyyət.Mən  həmişə    demişəm  və  yenə  də  deyirəm.Deyirsiniz 
ki, kişi evdən çıxdı olur subay bir oğlan.Yaxşı qoy elə olsun.Mənim 
fikrim  isə  belədir:”Bir  kişinin  evdən  çıxandan  sonra  özünü  subay 
kimi hiss edib,istədiyini etməyə ixtiyarı var.Amma təkrar həmin evə 
qayıtmağa  əsla  ixtiyarı  yoxdur.Elə  hallar  olur  ki,kişinin  xəyanət 
etməsinə  səbəb  elə  qadının  özü  olur.İlahi...Bəzi  qadınlar  nə  qədər 
deyinməyi  xoşlayır.O  qədər  deyinirlər  ki,axırda  kişi  baş  götürüb 
evdən  qaçır.Bəzi  xanımlar  isə  ancaq  toya  gedəndə  qəşəng  geyinib 
ətirlənirlər.Bu  da  təbiiki  kişiyə  pis  təsir  edir.”Gərək  bir  toy  ola 
bəzənəsən,bir  dəfə  də  mənimçün  bəzən  də.Qoy  bir  dəfə  də  mənim 


136
 
 
ürəyim açılsın.Nəyə görə bir toya gedəndə səndən ətir qoxusu,başqa 
vaxt  isə  yemək  qoxusu  gəlməlidi”.Nəysə...Danışdıqca  söhbət 
uzanır.Söhbət xəyanətdən getdikdə təbiiki ilk öncə kişinin qadına və 
qadının  da  kişiyə  xəyanəti  yada  düşür.Bu  da  ondan  irəli  gəlir 
ki,xəyanətin  ən  çox  kişi  və  qadın  arasında  olanına  rast 
gəlirik.Qadının  xəyanətə  cavabı  bəzən  çox  ağır  olur.Bu tədbir  bəzi 
qadınlara aiddir.Gəlin uzaq,çox uzaq bir keçmişə nəzər salaq.Dünya 
ədəbiyyatına  pəncərə    antik  dövrdən  açılır.Hətta  biz  bu  dövrdə  də 
xəyanətə    rast  gəlirik.Məsələn,götürək  Evpiridin  “Medeya” 
faciəsini.Qısa  şəkildə  desək  məzmun  odur  ki.Medeyaya  əri  Yazon 
tərəfindən  xəyanət  olunur.Medeya  isə  bunun  cavabını  çox  dəhşətli 
bir hərəkətlə verir.Mən Homerin əsərlərindən tutmuş XX əsrə qədər 
olan  əsərlərin  çoxusun  oxumuşam.Əksəriyyətində  xəyanətlə 
rastlaşmışam.Amma  indiyənə  qədər  oxuduğum  əsərlərdə  Medeya 
kimi  bir  qadına  rast    gəlməmişəm.Drayzerin  “Dahi”  romanının 
qəhrəmanı olan Yucin Vitla da nadir tapılan obrazlardandır.Çünki, o 
başqalarına  bənzəmir  və  başqaları  da  onun  düşüncələrinə  yaxın  bir 
düşüncədə  ola  bilmir.O,həyatı  boyu  ideal  qadın  və  ideal  gözəllik 
axtarışında olan bir gəncdir.Mən belə düşünürəm ki,əgər biz Yucini 
XX  əsrin  dahisi  hesab  ediriksə,onda  Medeyanı  da  Antik  dövrün 
dahisi 
hesab 
edə 
bilərik.Medeya 
öz 
ərini 
sevən 
saf 
qəlbli,azadfikirli,səmimi  bir  qadındır.Amma  xəyanət  gör  onu  nəyə 
çevirdi.Bir qadın axı nə qədər qəzəb hissi keçirsin ki,öz uşaqlarının 
başını  kəssin.Təbii  ki,indiki  zamanda  inanmıram  Medeyanın 
vəziyyətinə düşən bir qadın onun elədiyini edə bilsin.Axı Medeyaya 
xəyanəti  əri Yazon etmişdi.O,niyə uşaqlarını  məhv elədi? Bu  suala 
cavab  vermək  üçün  bir  neçə  fikir  söyləyim.Amma  təbii 
ki,söylədiyim  fikirlər  Medeyanın  haqlı  olduğunu  sübut  edə 
bilməyəcək.Hər  şeydən  əvvəl  Antik  dövrdən  xəbəri  olanlar 
bilməlidir  ki,Medeya  adi  bir  qadın  deyil.Yazonla  o,asanlıqla  bir-
birinə  qovuşmamışdır.Arqonavtlar  haqqında  əfsanəni  də  çox  yaxşı 


137
 
 
bilirik.Yazon  və  Medeya  bir-birinə  qovuşmaq  üçün  ağır  sınaqlarla 
rastlaşmış,hətta  dəfələrlə  də  ölümlə  üz-üzə  gəlmişdilər.Bu  qədər 
əzab-əziyyətdən  sonra  Yazona  qovuşmuş    Medeya  sonradan 
Yazonda  xəyanət  görəndə  o  artıq  əvvəlki  Medeya  ola 
bilməzdi.Medeya  Yazona  bilmirdi  necə  izah  etsin  kiŞ  onun 
xəyanətinə görə o  hansı acı hisslər keçirir.Bəs Yazon neylədi?Necə 
izah edirdi etdiyi hərəkəti? “Mən uşaqlarımızın yaxşı yaşaması üçün 
kralın  qızıyla  yatıb  dururam”.Mənə  elə  gəlir  ki,Medeya  uşaqlarını 
öldürməklə  Yazona  onu  bildirmək  istəyirdi  ki,”Bax  öz  uşaqlarının 
necə  ölməsinə  və  əzab  çək.Bilki,sən  mənə  xəyanət  edəndə  mən  də 
belə  əzab  çəkmişəm”.Xəyanət  bizimlə  bərabər  yaşayır.Nə  vaxt 
özünü  göstərməsi  isə  bilinmir.Xəyanət  Qorio  Ata  kimi  bir  insanı 
rəzil bir vəziyyətə saldı.Qızların atasına xəyanəti... 
Xəyanət  edən  insan  (istər  kişi  olsun,istər  qadın,fərqi  yoxdur) 
budaqdan qopmuş  yarpağa bənzəyir.Yarpaq budaqdan qopdusa heç 
vaxt  yerinə  qayıda  bilməz.O,mütləq  hardasa  məhv  olacaq.Xəyanət 
edən  insan  da.yarpaq    budaqdan  qopduğu  kimi,o  da  ailəsindən 
həmin  şəkildə  qopur  və  bir  daha  geriyə  qayıda  bilmir.Bunu  bacara 
bilmir. 
 “20 dəqiqəlik yaşantının 10 saniyəlik həzzi” 
Qabil  Fərəcovun  idarə etdiyi qara rəngli  “Nissan” gəlib  bir binanın 
qarşısında dayandı.Bina təzə istifadəyə verilən binalardan olduğuna 
görə,xarici  görünüşü  çox  mənzərəli  idi.Fərəcov  maşından  endi.Tez 
keçib arxa qapını.Fərəcov: 
-Gəlib çatdıq.Düşə bilərsən.Fərəcovla Samirə artıq ilk görüşlərindən  
bir-birinə “sən” deyə müraciət edirdi. 
-Biz bura niyə gəlmişik? 


138
 
 
-Üçüncü  mərtəbədə  bir  mənzil  var.Dostum  onu  mənə  satmaq 
istəyir.Gedək bax gör necədi. 
Samirə  özünü  Fərəcovun  sözünə  inanmış  kimi    apardı.Maşından  
endi  və  birlikdə  binaya    daxil  oldular.Fərəcov  əlindəki  açarla 
mənzilin  qapısını  açdı.Samirəni  birinci  içəri  saldı.Ardınca  özü  də 
mənzilə daxil olub qapını içəridən bağladı.Ev iki otaq,hamam,tualet 
və  mətbəxdən  ibarət  idi.Məişət    avadanlıqlarının  demək  olar 
ki,hamısı    vardı.İki  nəfərlik  çarpayı,divan-kreslo,geniş  ekranlı 
televizor,qarşısında  bəzənmək  üçün  böyük  termo  güzgü  vardı.Ev 
olduqca 
səliqəli 
idi.Samirə 
özünü 
evə 
baxmış 
kimi 
göstərdi.Mətbəxə  baxdı,hamamı  gözdən  keçirdi  və  s.Sonra  keçib 
termonun qabağında  əyləşdi.Güzgüdə özünə  baxdı.Saçlarını  yanına 
tökmüşdü.Bu  ona  daha  çox  yaraşırdı.Belə  olanda  o  heç  qadına 
yox,ərə 
getməmiş 
qıza 
bənzəyirdi.Əyninə 
mavi 
köynək 
geyinmişdi.Beş  ildir  ki,ərdə  olmasına  baxmayaraq  döşləri    yenə  də 
dik  qalmışdı.Mavi  köynəkdən  bu  dik  döşlərin  necə  dik    qaldığını 
görmək  olurdu.Dodaqları  nazik  idi.Amma  normal  vəziyyətdə  bu 
hiss  olunmadığına  görə    Samirə  çalışırdı  ki,Fərəcovun  yanında 
yetərincə 
az 
gülsün.Birdən 
Fərəcov 
arxadan 
Samirəyə 
yaxınlaşdı.Saçlarını 
sol 
tərəfdən 
geri 
itələyib 
boynundan  
öpdü.Fərəcov  Samirənin  bədəninin  od  tutub  yandığını    öz 
dodaqlarında  hiss  etdi.Öpüşlə  bərabər  Samirənin  bir  azacıq  ah 
çəkməsi  bir  oldu.O,özünü  zəngin  bir  adamın  xanımı  kimi  hiss 
edirdi.Əlini  çantasına  salıb  ordan  Fərəcovun  aldığı  hədiyyəni 
çıxardı.Samirə: 
-Kömək  elə  taxım.Görüm  necə  yaraşır.Fərəcov  boyunbağını 
qabından  çıxartdı.Samirə  isə  saçlarını  əlinə  yığıb  qaldırdı  ki,onlar 
Fərəcova mane olmasın.Fərəcov boyunbağını Samirənin boynundan 
asandan sonra fürsətdən istifadə edib onun boynunu bir də öpdü.Bu 
öpüşlərin  cavabında  Samirə    ancaq  susurdu.Fərəcov  istəyirdi 


139
 
 
ki,Samirə  “yox  eləmə”  sözlərini  tez-tez  desin.Bu  Fərəcovun 
ehtirasını  qaldırırdı.Amma  Samirə  susurdu.Fərəcov  boyunbağını 
asandan sonra dedi: 
-Mən onsuz da bilirdim ki,bu sənə çox yarşacaq. 
-Təşəkkür edirəm.Samirə bunu deyib ayağa durdu.Çevriləndə özünü 
artıq  Fərəcovun  qolları  arasında    gördü.Fərəcov  Samirənin 
ortasından  tutub özünə  sıxdı.Yaxınlaşdırdı  özünə  və  dodaqlarından 
öpdü.Belini  biraz  da  möhkəm  özünə  sıxdıqca  Fərəcov  hiss  edirdi 
ki,Samirə artıq bişib.Yenə onun dodağından öpməyə başladı.Yavaş-
yavaş  mavi  köynək    yuxarı  qalxırdı.Fərəcov  Samirənin  köynəyini 
çıxarmaq istəyəndə Samirə etiraz etmək istədi: 
-Bəlkə lazım deyil.Biz çox qabağa getdik.Mən qorxuram 
-İsmətdən  qorxursan?-Fərəcov  pıçıltıyla  dilləndi.”İsmət”  adını 
eşidəndə    Samirənin  yadına  onun  sözləri  düşdü.”5  ildən  çoxdur 
ki,evliyik,mənə  qotur  uşaq  da  verə  bilmədin”.Samirə  bunları  
xatırlayanda  içində İsmətə qarşı acı bir nifrət hissi keçirdi.Fərəcov 
isə başladığı işi sona çatdırmaq fikrində idi.Nəhayət Fərəcovun canı 
mavi  köynəkdən  qurtuldu.Samirənin  od-tutub  yanan  isti  bədəni 
Fərəcovun  qolları    arasında  idi.Dikəlmiş  sinəsini  gizlətmək  üçün 
geydiyi ağ rəngli alt geyimi isə bu gözəlliyə daha bir gözəllik əlavə 
edirdi.Fərəcov  Samirənin  bədənin    öpüb  doyandan    sonra    onun 
əlindən  tutub yatağa sarı gətirdi.Yatağa uzatdı.Samirənin  bədəninə  
kip  oturmuş  şalvarını  birtəhər    çıxardı.Sonra  alt  geyimlərinin 
hamısını  çıxardı.Fərəcovun    aldığı  qızılı    boyunbağı  Samirənin 
boynunda 
asılaraq 
iki 
döşünün 
yuxarı 
hissəsinə 
düşmüşdü.Samirənin  döşlərinin  arasından  gələn  gözəl  qoxu  
Fərəcovu  birtəhər  etmişdi.10  dəqiqədən  sonra  onların  hər  ikisi 
çılpaq  şəkildə  yataqda  uzanmışdılar.Fərəcovun  çəkisi  ağır  idi.Ona 


140
 
 
görə  çalışırdı  Samirəylə  ehtiyatlı  davransın.Birazdan  hər  şey 
bitdi.Hər şey qurtarandan sonra əlavə 10 dəqiqə yataqda söhbət edib 
sonra  durub  paltarlarını  geyinməyə  başladılar.Həmin  gün  hər  şey 
Samirə  üçün  çox  pis  oldu.Artıq  o,əvvəlki  kimi  ola  bilmirdi.Axşam 
İsmət  evə  gələndə  nə  qədər  eləsə  də,onun  gözlərinin  içinə  baxa 
bilmədi.Yeməyi İsmətin qabağına qoyub o biri otağa qaçırdı.Çünki 
qorxurdu  ki,İsmət  ondan  nəsə  soruşar,o  da  onun  üzünə  baxa 
bilməz.Sonra  İsmət  hər  şeyi  anlayar.Həmin  gecə  Samirə  yata 
bilmədi.Üzünü  bir  saniyə  belə  olsun  ərinə  sarı  çevirə  bilmədi.Çox 
narahat 
idi.İçində 
nəsə 
bir 
şey 
onu 
incidirdi.Yatmağa 
qoymurdu.Tezdən  duranda  balışının  yarısı  su  idi.Görünür,Samirə 
bütün gecəni acı göz yaşı axıtmışdı. Yerindən qalxmaq istəmirdi.Bir 
saniyə 
belə 
İsmətlə 
rastlaşmaq,onun 
gözlərinə 
baxmaq 
istəmirdi.Utanırdı.Əzab  çəkirdi.Yatağından  qalxmadı  gözlədi  İsmət 
çıxıb  getsin,sonra  dursun.Nəhayət,darvazanın  səsi  eşidildi.  Demək 
İsmət  getdi.Samirə  yatağından  qalxdı.Güzgünün  qabağına  keçdi. 
Qəfildən güzgüdə öz əksini görüb qorxdu.Bir günün  içində Samirə 
çox  pis  günə  qalmışdı.Bütün  gecəni  ağladığından  gözləri 
qızarmışdı.Bədəni  əvvəlki  bədəni  olsa  da,bu  Samirəyə  elə 
gəlmirdi.Ona  elə  gəlirdi  ki,bədəninin  rəngi  solub.Sanki,bədəni 
içəridən 
ləkələnib.Dünənki 
gündən 
sonra 
beli 
bərk 
ağrıyırdı.Halsızlaşmışdı.Özünü  çox  pis  hiss  edirdi.İçərisində  bir 
qorxu  dolanırdı.Dünənki  20  dəqiqəlik  yaşantının  10  saniyəlik 
ləzzəti  görünür,ona  baha  başa  gəlib.Onun  vicdanı  təmiz  deyildi. 
Bəlkə  də,İsmət  ona  yaxşı  baxmırdı.Buna  görə  Fərəcovun  qucağına 
girmək  lazım  idi?Samirənin  indi  bildiyi  bir  şey  vardı.Dünən 
Fərəcovun  Yatağına  girməyi  ilə  İsmətə  bir  şey  olmayıb.Olan  elə 
onun  özünə  olub.İsmət  dünən  rahat  çörəyini  yeyib,yatdı,tezdən  də 
durub  işə  getdi.  Bəs  mən?Dünən  siçovul  kimi  girməyə  yer 
axtarmışam  ki,İsmətin  üzünə  baxmayım,gecəni  yatmayıb  acı  göz 
yaşı  axıtmışam,vicdanımın  ləkəsi  artıq  xaricdən  də  bədənimdə  hiss 


141
 
 
olunur.İndi necə olacaq bəs?Mən necə eliyəcəm?Kaş o vaxtı atamın 
dedikləri  ilə  razılaşardım.Samirənin  yadına  6  il  əvvəl  atası 
Siyavuşun  dediyi  sözlər  düşdü:”Onu  bilki,sənin  xoşbəxtliyini 
hamıdan  çox  birinci  mən  istəyirəm”Samirə  bu  sözləri  xatırlayanda 
gözləri  doldu.Gör  nə  vaxtdan  valideynlərinin  üzünü  görmür. 
O,özünü saxlaya bilmədi və hönkürtüsü otağa yayıldı.Samirə özünü 
qurban  vermişdi.O,özünü  20  dəqiqəlik  yaşantının  10  saniyəlik 
həzzinə  qurban  vernişdi.Həmin  görüşdən  sonra  nə  qədər  “20 
dəqiqələr”  “10  saniyələr”  keçsə  də  onun  həyatı  əvvəlki  kimi 
olmadı.O,özünü dəbdəbəli binanın üçüncü mərtəbəsindəki mənzilin 
yatağında  məhv  elədi.Aradan  xeyli  keçdi.Samirə  daha  Fərəcovla 
görüşmürdü.Ümumiyyətlə  bazarlıq  etməyə  də  getmirdi  ki,o 
təsadüf,lənətə  gəlmiş  o  təsadüf  bir  də  olmasın.  Fərəcov  onu  bir  də 
görməsin.Daha  sonra  İsmətin  əmisioğlunun  toyundan  evə  gələrkən 
qəzaya düşdüyünü və elə yerindəcə keçindiyini eşidən Samirə üçün 
hər  şey,bu  fani  dünya  onun  üçün  cəhənnəm  oldu.İsmət  artıq 
yoxdur.O,ölmüşdü.Dəhşətli  yol  qəzasının  qurbanı  olmuşdu.İsməti 
kənd qəbiristanlığında dəfn etdilər.Dəfin  mərasiminə İsmətin çoxlu 
qohumları  gəlsə  də,Samirə  onların  heç  birini  tanımırdı.Çünki,onlar 
heç  vaxt  İsmətin  evinə  gəlməmişdilər.Samirə  bir  müddət  tənha 
yaşayandan  sonra  artıq  belə  həyata  dözə  bilmədi.Dəfələrlə  özünə 
qəsd  etmək  istəsə  də  bacarmadı.Daha  sonra  Samirədən  səs-soraq 
çıxmadı.Fərəcov  Samirəni  həmin  kənddə  saxlamadı.Bir  müddət 
ərzaqla  təmin  etdi  onu.Daha  sonra  özüylə  Bakıya  apardı.Sonra 
kənddə  söz  çıxdı  ki,Fərəcov  Samirəyə  kömək  edib.Onu  öz 
şirkətində  işə  düzəldib.Buna  görə  də  Fərəcovun  kənddə  hörməti 
artmışdı.Hamının  etibarını  qazandı  və  Samirədən  sonra  Suğra 
arvadın  nəvəsi  Minəxanıma  da  kömək  etdi.Fərəcov  həyatın 
qanunlarıyla  oturub-durmağı  xoşlamırdı.O,adətən  öz  yaratdığı 
qanunlara tabe olurdu.Qabil Fərəcov bax belə Fərəcov idi. 


142
 
 
 
 
**** 
Qarayev  idarə  etdiyi  maşını  mərhum  Şamxal  Əsədovun  evinin 
qabağında saxladı.Maşından birinci olaraq Leytenant Qarayev daha 
sonra isə Polkovnik düşdü.Cəbiyev üçün qarşısındakı göy darvazanı 
açıb  həyətə  girmək  çox  çətin  idi.Həyətdən  gələn  nalə  səslərindən 
aydın  görünürdü  ki,  həyətdə  ağlaşma  var.Səhərin  bəd  xəbəri  artıq 
bu  darvazadan  içəri  daxil  olmuşdu.Polkovnik  yerində  dayanıb 
diqqətlə  darvazaya  baxırdı.Qarayev  içəri  keçmək  üçün  polkovniki 
gözləyirdi.O,isə 
yerindən 
tərpənmirdi.Çox 
qəribə 
sifət 
almışdı.Bilmək  olmurdu,bu  əsəbdəndi,yoxsa  onun  daxilindəki 
ciddiyyətin xaricdəki təzahürüdü.Bir az dayanandan sonra əlini döş 
cibinə salıb qara rəngli  siqaret qutusunu çıxartdı.İçindən  bir siqaret 
çıxarıb  damağına  qoydu.Alışqanla  yandırıb,tüstünü  ciyərlərinə 
çəkdi.Qarayeva  aşağı  tonla  dedi:”Biraz  gözlə  sonra  həyətə  daxil 
olarıq”bunu 
deyib 
bir-iki 
addım 
kənara 
çəkildi.Siqareti 
çəkməyindən  görünürdü  ki,onu  narahat  edən  nəsə  var.Onu  indi 
düşündürən  o  idi  ki,bu  darvazadan  içəri  girən  kimi,yetmiş  yaşlı 
qoca  arvadın  gözüyaşlı,çarəsiz,yazıq  və  tənha  baxışları  ilə 
rastlaşacaq.Keçən  səfər  Cəbiyev  onun  əlindəki  şaxtanın  uzun 
müddət  silinməyən  izini  görəndə  çox  təsirlənmişdi.Onun  əllərinin 
necə ayazlı şaxtalardan çıxdığını o polkovnik o dəqiqə anlamışdı.Bu 
əllər  ona  öz  nənəsini  xatırlatmışdı.Həmin  gün  polkovnik  onunla 
söhbət  etmişdi.Gözləri  çuxura  düşən  arvadın  məzlum  baxışları 
polkovniki  başdan  ayağa  süzmüşdü.Cəbiyev  fikirləşəndə  ki,indi 
darvazanın  arxasında  həmin  çuxura  düşmüş  gözlərin  ağlamaqdan 
qızarmış  olduğunu  görəcək,onda  heç  içəri  girmək  istəmirdi.Amma 
polkovnik  bu  evə  mütləq  daxil  olmalıydı.Bəzi  şeyləri  gözdən 
keçirmək  lazım  idi.Siqareti  yerə  tullayıb,kariçni  ayaqqabısıyla  onu 
söndürdü,sonra 
Qarayeva 
yaxınlaşıbi:”İndi 
içəri 
keçə 
bilərik”dedi.Qarayev darvazanı açıb birinci olaraq polkovnikin içəri 


143
 
 
girməyini  gözlədi.Cəbiyev  içəri  daxil  oldu.Həyətdə  Şamxalın 
nənəsindən  başqa  üç  arvad  və  yaşlı  bir  kişi  vardı.  Görünür,hələ 
səhər 
olduğundan 
kənd 
adamlarının 
çoxsunun 
xəbəri 
yoxmuş.Xəbərləri  yoxmuş  ki,Şamxalın  nənəsi  bu  dəqiqə  fəryad 
edib,nəvəsini 
istəyir.Göz 
yaşı 
axıdıb 
nalə 
çəkir.Dizlərinə 
döyüb,ağarmış saçlarını yolur.Cəbiyev həyətə daxil oldu.Onu görən 
Şamxalın nənəsi irəli yeriyib,polkovnikin ayaqlarına düşdü.Cəbiyev 
tez  arvadın  qollarından  tutub  ayağa  qaldırdı.70  yaşlı  qocanın 
məzlum  baxışları  Cəbiyevin  iti  baxışları  ilə  toqquşdu.Cinayət 
axtarış  bölməsində  işlədiyi  müddətdə  polkovnik  bir  çoxlarının 
baxışlarının 
onun 
gözünə 
zilləndiyini 
görmüşdü. 
Çoxları 
polkovnikin  iti  baxışlarına  tab  gətirə  bilmirdi.O,çox  zaman 
şübhəliləri  iti  baxışları  ilə  sınağa  çəkirdi.Bəzən  bu  baxışlar  lap 
qorxunc bir görkəm alırdı.Polkovnikin baxışları indi bu yetmiş yaşlı 
qocanın  baxışları  ilə  toqquşmuşdu.O,gözləyirdi  ki,indi  qoca 
gözlərini  onun  gözündən  yayındıracaq.Amma  belə  olmadı.Kədərlə 
dolu  baxışlar  polkovnikə  zillənmişdi.Bu  gözlərin  məzlum  baxışı 
polkovnikin  qəlbini  parça-parça  edirdi.Nəhayət  Cəbiyev  yetmiş 
yaşlı 
bu 
taqətsiz,beli 
bükülmüş,əlləri 
qırışmış 
qocanın 
ümüdsüz,çarəsiz,köməksiz  baxışlarına  dözə  bilmədi.Gözlərini 
qocanın gözlərindən yayındırmağa məcbur oldu.Qoca isə sümükləri 
çıxmış əlləri ilə polkovnikin qollarından bərk yapışmışdı. 
-Sənə  qurban  olum  nolar  de  ki,Şamxalımı  gətirmisən.Susma 
denən.O  ölə  bilməz.Məni  tək  qoymaz.Yalvarıram  denənki,o 
sağdır.Yəqin  yenə  gecəni  dəyirmanda  keçirib.Ona  görə  evə 
gəlməyib.Hə,hə  milis.O  dəyirmandadımı?  Yazıq  balam  yəqin 
acdır.Eybi  yox  birazdan  gələr  çörək  verərəm.Gedim  çayı 
qızdırım.Niyə  susursan  milis?Bu  qoca  arvad  səndən  çoxmu  şey 
istədi?Bircə  kəlmə  söz  dedi.Söz  de  mənə  yalvarıram.Çox 
qocalmışam,bu 
ağır 
yükü 
qaldırmağa 
mənim 
yüküm 


144
 
 
çatmaz,çatmaz,çatmaz...Ay  Şamxal...!-Qocanın  naləsi  get-gedə 
yüksəlirdi.Bunu  görən  arvadlar  ona  yaxınlaşdılar.Qolundan  tutub 
aparmaq  istəsələr  də,o  polkovniki  buraxmaq  istəmirdi.Cəbiyev 
susurdu.Nə  edəcəyini  bilmirdi.Çalışırdı  onun  baxışlarına  tuş 
gəlməsin.Nəhayət  onu  polkovnikdən  uzaqlaşdıra  bildilər.Cəbiyev 
kostyumunun  qollarını  əli  ilə  düzəldib  evə  sarı  addımladı.Həyəti 
gözdən  keçirdi.Həyətdəki  kişi  onlara  yaxınlaşdı.Qarayev  polis 
formasında 
olduğuna 
görə 
bu 
kişi 
anlamışdı 
ki,bunlar 
polisdəndir.Polkovnik çevrilib həmin kişiyə baxdı və soruşdu: 
-Siz mərhumun nəyisiniz? 
-Qonşusuyam-Yaşlı kişi astadan cavab verdi. 
-Xəbəri kimdən eşitdiniz? 
-Səhər yerimdə uzanmışdım.Bir də gördüm bu yazığın səsi gəlir.Tez 
qapıya 
çıxdım.Bağın 
içindən 
keçib 
bunların 
həyətinə 
girdim.Gördüm yazıq arvad dizlərini yerə atıb nalə çəkir. 
-Bəs  bu  qocaya  xəbəri  kim  çatdırıb?-Polkovnik  ətrafına  göz 
gəzdirə-gəzdirə soruşdu. 
- Allahyar gəlib, deyib. 
-O hardan bilib bəs? 
-Vallah ta orasın bilmirəm-Yaşlı kişi yazıqcasına cavab verdi. 
-Siz həyətə daxil olanda Allahyar burada idi? 
-Yox.Həyətdə  ancaq  bu  yazıq  arvadın  özü  idi.Allahyar  xəbəri 
verəndən sonra deyəsən hadisə yerinə qaçıb. 


145
 
 
-Aydındır-Polkovnik  biraz  irəli  getdi.Sonra  qəfildən  həmin  kişiyə 
sarı çevrilərək soruşdu. 
Polkovnik: 
-Demək siz həyətə girəndə Allahyarı burda görmədiniz? 
-Görmədim. 
-Siz  həmin  günü  Şamxalın  nənəsinin  səsini  eşitməzdən  əvvəl  bu 
həyətdə nəsə bir səs eşitmisiz? 
-Yox eşitməmişəm. 
-Bəs darvazanın səsi? 
-Darvazanın səsi?-Yaşlı kişi təəccübləndi. 
-Bəli!  Allahyar  bu  evə  qonaq  gəlmirdi  ki,darvazanı  ehmalca  açıb 
bağlaya! 
-Vallah yeganə eşitdiyim səs bu yazıq qocanın səsi olub. 
-Ümumiyyətlə  bu  darvaza  açılan  zaman  çıxardığı  səs  sizin 
uzandığınız otaqda eşidilə bilərmi? 
-Yavaş açılsa yox,amma biraz möhkəm açılsa eşidilər. 
-Buna əminsiniz?-Polkovnik dəqiqləşdirmək üçün soruşdu. 
-Vallah  nə  deyim  amma  mənim  yadıma  bir  şey  düşdü.Hardasa  iki 
ayın söhbətidi. 


146
 
 
-Eşidirəm  sizi-Polkovnik  bütün  diqqətini  bu  kişinin  söylədiklərinə 
yönəltdi. 
-Bir dəfə Şamxal dəyirmanda olan  bir vaxtda bu yazıq arvadın qan 
təzyiqi  çox  yuxarı  qalxmışdı.İncəvara,qaynının  arvadı  yanında 
imiş.Tez  Şamxalın  telefonuna  zəng  vurub  məsələni  ona 
çatdırıb.Mən  onda  elə  həmənki  otaqda  uzanmışdım.Birdən  qonşu 
darvazanın  açıldığını  çox  aydın  eşitdim.Şamxal  tələsik  darvazanı 
açaraq  həyətə  daxil  olmuşdu.Sözüm  ondadır  ki,  o  vaxtdı  asanlıqla 
darvazanın səsini eşitdim və gəlib maraqlandım ki, nə olub. 
-Aydındır.Çox sağolun-Polkovnik  bu sözləri deyib daşdan  hörülmə 
pilləkana  yaxınlaşdı.Dörd  pillədən  ibarət  olan  bu  balaca  pilləkən 
məhəccərə  bitişik  idi.Polkovnik  həmin  pilləkanla  çıxıb  evə  daxil 
olmaq  firkindəydi.Pilləkanla  yavaş-yavaş  addımlayırdı.Birdən 
polkovnik  dayandı.Ətrafına  göz  gəzdirdi.Həyətdəki  adamların  başı 
yazıq qocanı sakitləşdirməyə qarışmışdı.Cəbiyev ayaqlarını qatlayıb 
aşağı  əyildi.Onun  gözü  pilləkanın  ikinci  pilləsindəki  daşın  tinində 
ilişib  qalan  nisbətən  yaş  palçıq  parçasına  sataşdı.Bu  palçıq,daha 
doğrusu  azacıq  qurumuş  palçıq  hansısa  ayaqqabının  altından 
çıxaraq  bura  yapışmışdı.Polkovnik  pilləkanın  hər  tərəfinə  diqqətlə 
göz gəzdirməyə başladı.Bunu görən Qarayev ancaq susurdu.Hələlik 
heçnə  soruşmadı.Çünki  bilirdi  ki,Rəsul  Cəbiyev  ona  heçnə 
deməyəcək.Dəyirmanda  Cəbiyev  ona  lazım  olduğundan  çox  şey 
demişdi.Cəbiyev  dörd  pillədən  ibarət olan  bu  balaca  pilləkanın  hər 
tərəfinə diqqətlə göz gəzdirdi.Bu palçıq parçası ancaq ikinci pillədə 
idi.Həmin  torpaq  parçasının  daşın  tinində  hansı  vəziyyətdə  ilişib 
qalması  polkovnikə  çox  şey  deyirdi.Bəlkə  də  fikirləşmək  olar 
ki,pilləkanın  ikinci  pilləsindəki  daşın  tininə  ilişib  qalan  adi  palçıq 
axı  polkovnikin  niyə  diqqətini  cəlb  etməlidir?  Cavab  çox 
sadədir.Əslində  polkovnikin  diqqətini  çəkən  adi  palçıq  parçası 
deyil,başqa  şeydi.Amma  nə?  Polkovnik  axı  bu  yaş  torpaq 


147
 
 
parçasında  qeyri-adi  nə  görmüşdü?  Qış  vaxtdı  pilləkanın  daşına 
palçığın  ilişməsi  çox  təbiidir.Polkovnikin  gördüyü  iz  bizim  çox 
zaman ayaqqabımızın altını təmizləmək üçün onun altını harasa çəp 
vəziyyətdə  sürtdüyümüz  vaxt  sürtülən  yerdə  qalan  palçığa 
bənzəyirdi.Polkovnik  yenə  öz  kiçik  köməkçisi  olan  “böyüdücü 
şüşə”ni  (zərrəbi)  çıxartdı.Cəbiyev  zərrəbini  palçıq  qırığına 
yaxınlaşdırdı.Sonra  zərrəbinlə  həmin  palçıq  qırıntısının  kənarlarını 
nəzərdən  keçirdi.İşini  bitirəndən  sonra  evə  daxil  oldu.Leytenant 
Qarayev də onun arxasınca içəri daxil oldu.Polkovnik artıq bir dəfə 
bu evdə olmuşdu.Şamxalla söhbət də eləmişdi.İndi  isə bu evdə heç 
kəs yox idi.Ev ona əvvəlki  kimi görsənmirdi.Birinci dəfə o bu evə 
daxil  olanda  ev  ona  çox  hənirtili  gəlmişdi.Hiss  olunurdu  ki,evdə 
yaşayış  var.Otaqda  peç  yanırdı.Otağın  hərarətini  çöldən  içəri  girən 
kimi  hiss  etmişdi.İndi  isə  o,heç  nə  hiss  etmədi.Otaqlar  buz 
kimi,divarlar  soyuq,işıqlar  sönülü,televizor  sönülü...Elə  bir  içəridə 
həyat  bir  anlıq  dayanıb.Çölün  hərarəti  ilə  içərinin  hərarəti 
fərqlənmirdi.Polkovnik    Şamxalın  otağının  harda  olduğunu  birinci 
dəfə  gələndən  yadında  saxlamışdı.Ona  görə  də  birbaşa  Şamxalın 
otağına sarı getdi.Qapını açıb içəri daxil oldu.Otaq o qədər də geniş 
deyildi.Ona görə də buranı qızdırmaq üçün  içəridə heç bir vasitəyə 
rast  gəlinmədi.Polkovnik  diqqətlə  hər  tərəfə  göz  gəzdirdi.Qapının 
kəndarında  dayanmışdı.Polkovnik  şkafa  yaxınlaşdı.Şkafda  dəftər 
var  idi.Bu  dəftər  Cıbiyevə  tanış  idi.Birinci  dəfə  bu  evə  gələndə 
Şamxal  onu  yerə  salmışdı.Onda  polkovnik  həmin  dəftərin  birinci 
səhifəsini  və  onun  içindən  düşən  iki  şəkili  görmüşdü.Şəkillərdən 
biri 
yerə 
üzüaşağı 
düşdüyündən 
Polkovnik 
onu 
görə 
bilməmişdi.Digərini  isə  görmüşdü.O,şəkildə  saçlarını  yanına 
tökmüş,ağ 
dərili,qara 
saçlı 
bir 
qızı 
görmüşdü 
və 
onu 
tanımışdı.Polkovnik 
dəftəri 
əlində 
sıxaraq,oradan 
götürdü.Cəbiyevin  arxası  Qareyeva  sarı  olduğundan  leytenantın 


148
 
 
gözü  polkovnikin  nə  etdiyini  görmürdü.Polkovnik  dəftəri  əlində 
vərəqləyirdi. Qarayev: 
-Siz orda nə edirsiniz? 
-Dəftərin  vərəqlərini  sayıram-polkovnik  cavab  verdi.Onun  cavabı 
Qarayeva  gülməlin  gəldi  və  fikirləşdi  ki,Polkovnik  yumor  hissini 
hələ  itirmiyib.İçəri  keçdib  Cəbiyevə  yaxınlaşdı.Gördüyü  mənzərə 
onu  heyrətləndirdi.O,zarafat  etmirmiş.Doğurdan  da  dəftərdəki 
vərəqləri sayırdı.Qarayev heçnə anlamadı.Qarayev: 
-Bu  dəftər  sizə  niyə  maraqlı  gəlir?Onun  vərəqlərini  niyə  sayırsız?            
Polkovnikin  əlində  tutduğu  dəftər  adi  40  vərəqli  dəftər  idi.Üstünə 
İngilis  yazıçısı  Jozef  Addisonun  sözləri  yazılmışdı”Təvözakarlıq 
ləyaqətin yalnız bəzəyi deyil,həm də keşikçisidir” 
-Bu dəftərdə hesab-kitabdan qırx vərəq olmalıdır.Düzdü?-polkovnik 
içərisi  yarısına  qədər  yazılmış,qalanı  isə  ağ  vərəqdən  ibarət  olan 
dəftəri göstərərək soruşdu. 
-Hə təbii.Nolubki? 
-Amma burda 38 vərəq var.İki vərəq cırılıb. 
-Yəqin nəsə olub ortasından iki vərəq qopardıblar. 
-Ortasından yox!-polkovnik astadan cavab verdi 
-Necə  yəni?-Qarayev  könülsüz  soruşdu.Polkovnikin  elementar 
şeylərə çox diqqət etməsi onun ürəyini sıxırdı. 
-Əvvəlcə  dəftərin  son  vərəqi  cırılıb  götürülüb,sonuncu  vərəqin 
cırılması nəticəsində birinci vərəq də qopub. 


149
 
 
-Siz bunu necə bildiniz?-Qarayev soruşdu 
-Biraz səbrin olsun biləcəksən-Polkovnik cavab verdi. 
-Bu dəftər axı nə dəftəridir?orda nə yazılıb? 
-Bu,Şamxalın gündəliyidir.Özünə aid bəzi şeyləri  yazıb  bura.Başqa 
heçnə.  Bu  dəftəri  özümüzlə  aparacıyıq.Lazım  olacaq  bizə.-
Polkovnik  bunları      deyib  otağa  sonuncu  dəfə  göz  gəzdirdi.Şfaneli 
yoxladı.Şkafa  göz  gəzdirdi  və  nəhayət,döşəməyə  baxanda  orada 
ayaq  izləri  gördü.Tez  aşağı  əyildi.Ayaq  izləri  şox  qəribə 
düşmüşdü.Qarayev  də  aşağı  əyildi.Ayaq  izlərinə  diqqətlə  baxaraq 
dedi: 
-Bu izlər göstərir ki,kimsə bu otaqda olub.Özüdə ayaqqabı ilə. 
-Sən  haqlısan  Qarayev!Bu  otağa  kimsə  ayaqqabıyla  daxil  olub.Bir 
bax  qapının  ağzında  da  var  bu  izlərdən.-polkovnik  qapının  ağzını 
göstərərək dedi.O,qapının ağzına yaxınlaşdı.Buradakı izlər içəridəki 
izlərdən  fərqlənirdi.Qapının  ağzındakı  ayaqqabı  izləri  içəridəki 
izlərdən  fərqli  olaraq  bütöv  olması  Cinayət  axtarışı  üzrə  ekspert 
olan  Polkovnik  Rəsul  Cəbiyevə  çox  şey  dedi.Artıq  Polkovnik  öz 
beynində  araşdırma  aparmağa  başlamışdı.Ən  xırda  detalları  belə 
götür-qoy  edib  bütün  incəliyi  ilə  araşdırmağa  çalışırdı.Artıq 
Polkovnik qatilə yaxınlaşmışdı. 
 
 
**** 
Peşəkar  olmaq  hər  zaman  irəli  getmək  deməkdir.Öz  işinin  ustası 
olmağı  bacarmaq  üçün  ən  vacibi  odur  ki,gördüyün  işi 
sevəsən.Həvəslə  görülən  iş  insanı  yormaz.Elə  işlər  varki,o,birbaşa 
fiziki gücə əsaslanır.Əgər həmin işdə fiziki cəhətdən çox zəifsənsə,o 


150
 
 
işə  getməyinə  dəyməz.Elə  işlər  də  var  ki,o  səndən  iti  hafizə,geniş 
təfəkkür  və  dərin  təxəyyültələb  edir.Məsələn,peşekar  detektivlərdə 
təfəkkürün,hafizənin  və  təxəyyülün  olması  vacib  şərtdir.Şerlok 
Holms  haqqında  eşitmişik.Şotland  yazıçısı  Artur  Konan  Doylun 
yaratdığı  xəfiyyə  obrazı.İlk  dəfə  1887-ci  ildə  Doylun  əsərində 
peyda olmuş Holms Londonda Beyker-strit,221B ünvanında yaşayır 
və  cənubi  və  mərkəzi  İngiltərə  və  kontinental  Avropa  boyu 
cinayətkarları 
təqib 
edir,dolaşıq 
cinayət 
işlərinin 
üstünü 
açırdı.Ümumiyyətlə  Konan  Doylun  qələmindən  4  povest  və  56 
hekayə  çıxıb  ki,onlar  da  Holmsun  1878-1914-cü  illərdəki 
fəaliyyətini  əhatə  edir.Çox  zaman  deyilir  ki,Şerlok  Holms  elə 
Doylun  özüdür.Daha  doğrusu  onun  prototipidir.Holms  geniş 
təfəkkür  və  təxəyyül  sahibi  olduğundan  açılması  müşkül  olan 
cinayətlərin üstünü açmağı bacarırdı.O,təhqiqat zamanı ağılagəlməz 
üsullardan  istifadə  edirdi.Buna  görə  qatili  asanlıqla  tapa 
bilirdi.Kriminalistikadan  məlumdur  ki,qatil  cinayət  törədərkən 
aşağıdakı ardıcıllıqla gedir.                                                                                                                                                  
1)Törədəcək olduğu cinayətin planını hazırlamaq 
2)Qətli törətmək. 
3)Həmin qətldən yayınmaq. 
Qatil daha çox 3-cü mərhələdə səhvə yol verir.Bəzən xırda bir detal 
qatili ifşa edə bilər.Qatilin buraxdığı xırda bir səhv,peşəkar xəfiyyə 
üçün  böyük  dəlildi.Dünyada  təxəyyüllü  qatillər  də  çox  olub.Bəzən 
elə cinayətlər törədilib ki,üstündən 10 il,20 il keçsə də qatili tapmaq 
mümkün 
olmayıb. 
Bu 
həmin 
qatilin 
peşəkar 
işləməsi 
deməkdir.Siyasi  detektiv  ustası  olan  Çingiz  Abdullayevin 
“Unudulmaz  röya”  əsərində  qatil  özünü  11  il  gizli  saxlaya 
bimişdi.Həmin  cinayət  intihar  adıyla  bağlanmışdı.Hamı  da 


151
 
 
mərhumun 
intihar 
etməsinə 
inanmışdı.Təkcə 
onun 
həyat 
yoldaşından başqa.Nəhayət həmin cinayətin üstü 11 il sonra xəfiyyə 
Dronqo  tərəfindən  açılır  və  qatil  gec  də  olsa  cəzasına  çatır.Digər 
detektiv  yazıçımız  Elxan  Elatlının  “Qanunsuz  əməliyyat”  detektiv-
məhəbbət  romanında  isə  törədilmiş  cinayətin  üstü  24  il  sonra 
açılır.Belə  hadisələrə  detektiv  janrında  yazılmış  əsərlərdə  tez-tez 
rast gəlmək olar.Detektivin təxəyyülünün qatilin təxəyyülündən qat-
qat üstün olması isə vacib şərtlərdən biridir. 
 
 
 
 
**** 
Polkovnik  və  Leytenant  Qarayev  evin  qapısını  açıb,həyətə 
çıxdılar.Həyətdə  bir-neçəcavan  oğlan  oturmuşdu.Görünür,bunlar 
Polkovnikin 
Şamxalın 
otağında 
axtarış 
apardığı 
vaxtda 
gəlmişdilər.Polkovnik  təzə  gələnləri  bir-bir  gözdən  keçirdi.Onun 
gözü həyətdə oturmuş bir cavana sataşdı.O,bu insanı tanıyırdı.Hətta 
bu  adamla  polkovnikin  qısa  söhbəti  də  olmuşdur.Əyninə  qara 
kurtka,qara  cins  şalvar  geyinən  bu  oğlanın  üzünün  qəribə  ifadəsi 
vardı.Gözlərini  Şamxalın  nənəsinə  dikmişdi.Üzünü  çevirəndə 
qapının ağzında dayanan polkovnikin  iti  baxışlarının ona  baxdığını 
görüb,tez  gözünü  çəkdi  və  istər-istəməz  həyacanlandı.Qalxıb 
getmək  istədi.Amma  tez  də  fikrindən  daşındı.Polkovnikə  sarı 
baxmağa cürət etmirdi.Polkovnik və leytenant Qarayev pilləkandan 
yavaş-yavaş  düşərək  adamlara  yaxınlaşdılar.    Polkovnikin  tanıdığı 
bu  cavanın  adı  Eyvaz  Dadaşovdur.Polkovnik  ona  yaxınlaşsa 
da,hələlik  heçnə  demək  istəmədi.Dadaşov  isə  özünü  başqa  yerə 
baxan və fikri başqa yerdə olan adam kimi aparırdı.Qəfildən üzünü 
Qarayev  və  Polkovnikə  çevirdi.Hörmət  əlaməti  olaraq  tez  ayağa 
qalxdı.  Eyvaz: 
-Şamxal niyə intihar edib? 


152
 
 
-Onun  intihar  edib-etməməsi  haqqında  dəqiq  məlumatı  biz  belə 
bilmirik. Heç bilmirəm bu kənddə camaat niyə belə tez qərar çıxarıb 
onu əlində bayraq edir-Qarayev biraz əsəbləşmişdi. 
-Axı onu niyə öldürsünlər ki?Yetim oğlan idi.Dəyirmanda işləməklə 
hamımızın  işinə  kömək  edirdi.Onun  kiminləsə  düşmən  münasibəti 
saxladığını  eşitməmişik.Açığı  o  qədər  də  yaxın  deyildik.Amma 
salam-eleykemiz  vardı-Eyvaz  sakit-sakit  danışırdı.İstəmirdi  onun 
dediklərini  Şamxalın  nənəsi  eşitsin.Polkovnik  biraz  kənara 
yeridi.Əlini  yenə  döş  cibinə  saldı.Qara  siqaret  qutusunu 
çıxartdı.İçindən  bir  siqaret  çıxardıb,damağına  qoydu.Alışqanla 
yandırıb  tüstünü  ciyərlərinə  çəkdi.Hava  soyuq  olduğundan 
Polkovnikin  ağzının  buğu  tüstüyə  qarışaraq  havaya  çıxırdı.O,nəsə 
fikirləşirdi.Qarayev və Eyvaz isə söhbəti davam etdirirdilər.Cəbiyev 
o qədər də kənarda dayanmamışdı.Ona görə də Eyvazın Qarayevin 
suallarına verdiyi cavabı eşidirdi.Qarayev: 
-Yadına sala bildin? 
-Nəyi?-Eyvaz təəccüblə soruşdu. 
-Fevralın 23-nü.Gecə saat 11:00-da harda olduğunu. 
-Mən  axı  sizə  dedim.Fevralın  23-də  marketə  siqaret  almağa 
getmişdim. Siqareti alıb evə qayıtdım.Vəssalam. 
-Eyvaz,mənimlə  oyun  oynama-Qarayev  dişlərini  bir-birinə  sıxaraq 
əsəblə dilləndi.Amma səsi yetərincə aşağı tonda idi.Hətta polkovnik 
də onların səsini güclə eşidirdi. 
-Mən sizinlə oyun oynamıram. 


153
 
 
-Qulaq  as  Eyvaz!Məni  uşaq  yerinə  qoyma.Birinci  söhbətimizdə 
deyəsən mənim üzümü yumşaq görmüsən.Onu bil ki,mən səni rahat 
buraxmayacaydım.Sadecə  olaraq  Polkovnik  mənə  tapşırdı  ki,səni 
çox sıxışdırmayım.Bildin!!! 
-Hə  bildim.Amma  mənim  bu  kənddə  olanlardan  heç  bir  xəbərim 
yoxdu.  Daha  doğrusu  bu  işlərin  mənimlə  əlaqəsi  olmayıb.Mən 
İlhamı  yaxşı  birisi  kimi  tanımışam.-Eyvaz  asta-asta  danışaraq  bu 
sözləri Qarayeva dedi. 
-Deyirsən,İlhamı  yaxşı  birisi  kimi  tanımısan?-Qarayev  sualedici 
baxışlarını  Eyvazın  gözlərinə  zillədi.O,artıq  özünü  polkovnikin 
yetirməsi kimi  hiss edirdi.Bu qısa  müddətdə o,Cəbiyevdən çox şey 
öyrənmişdi.Onu özünə müəllim hesab edirdi. 
-Hə elədir.Ondan mənə pislik keçməyib.Heç vaxt. 
-Ona görə camaatın içində az qalıbsız ki,bir-birinizi öldürəsiz? 
-Başa  düşmədi!-Eyvaz  tutulmuşdu.O,doğurdan  da  Qarayevin  bu 
sualının məqsədini və hansı mənada verdiyini bilmirdi. 
-Burda  başa  düşülməməli  bir  şey  yoxdu.İlhamın  ölümündən  bir 
müddət  əvvəl  sənin  onunla  davan  olub.Camaat  sizi  güclə 
sakitləşdirib.Əgər  ondan  sənə  bir  pislik  keçməyibsə  və  sən  onu 
yaxşı  birisi  kimi  tanıyıbsansa  onda  bu  davaya  nə  səbəb  ola 
bilər.Demək belə çıxır ki,səndən ona nəsə bir pislik keçib. 
-Mən  ona  heç  bir  pislik  etməmişəm.Sadecə  olaraq  anlaşılmazlıq 
olmuşdu.Sonra barışmışdıq. 
-Nə vaxt?-Qarayev sual verdi. 


154
 
 
-Elə sabahsı gün. 
-Dəqiq?-Qarayev çox ciddi sifət almışdı. 
-Hə dəqiq 
-Arxamca  gəl-Qarayev  bu  sözləri  çox  əsəbi  dedi.Darvazaya  sarı 
addımlayıb  onu  açıb    çölə  çıxdı.Polkovnik  sakitcə  siqaretini 
çəkirdi.Eyvaz  Leytenantın  arxasınca  çölə  çıxdı.Qarayev  maşına 
yaxınlaşdı.Qəfildən 
çevrildi.Əsəbi 
baxışlarını 
Dadaşova 
zillədi.Birdən  Qarayev  hər  iki  əliylə  Eyvazın  yaxasından 
yapışdı.Onu çevirərək maşına dirədi. Eyvaz: 
-Dəli olmusuz? Bu nə hərəkətdir?Əlini çək yaxamdan! 
Qarayev: 
-Kəs  səsini!  Deyəsən  sizlərin  üzünə  biraz  xoş  baxan  kimi  ayağınız 
yer  alır.Mənlə  oyun  oynama.Polkovnik  olmasaydı  inankı  dişlərini 
qarnına tökərdim. 
-Mən sizə olanı dedim. 
-Yalan  deyirsən!-Qarayev  səsini 
yüksəltdi.Eyvaz  dartınaraq 
Leytenantın 
əlindən 
qurtulmaq 
istəsə 
də 
onda 
heç 
nə 
alınmırdı.Əksinə Qarayev get-gedə özündən çıxırdı. 
-Əl çək məndən-Eyvaz biraz səsini qaldırdı. 
-Sən  yalandan  deyirsən  ki,sabahısı  İlhamla  barışmısan.Onunla 
barışıb  eləməmisən.Mən  bunu  dəqiq  bilirəm-Qarayev  Eyvazı 
sıxışdırdı. 


155
 
 
-Düzdür,onu  yalan  dedim.Amma  bu  o  demək  deyil  ki,İlhamın 
ölümündə mən təqsirkar deyiləm. 
-Lənətə gələsən de görüm 23-ü gecə saat 11-də harda olmusan? 
-Qarayev  sənə  dedim  ki,  mənim  bu  işdə  günahım  yoxdur.Harda 
olduğumun isə bu məsələyə heç dəxli yoxdur. 
-Dəxli  olub-olmadığı  aydınlaşacaq.İlhamla  dalaşanda  dediyin 
sözlərin arxasında nə dayanırdı? 
-Hansı sözün? 
-Məni özümdən çıxartma Eyvaz!-Qarayev birazda bağırdı. 
-Mən sənin nədən danışdığını bilmirəm.Dava zamanı insan çox söz 
deyə bilər.Mən onun hamısını əzbərdən biləsi deyiləm ki. 
-Sən 
onda 
demisən 
ki,”İlham 
mən 
bu 
işi 
belə 
qoymayacağam”.Sənin  bu  sözü  deməyini  ordakıların  hamısı 
eşidib.İndi  mənə de görüm sən  hansı  işdən danışırdın? Cavab ver!! 
Tez ol! Yoxsa bu saat başınla şüşəni qırıq-qırıq edəcəm. 
-Bilmirəm!  Mən  heçnə  bilmirəm.Get  o  lənətə  gəlmiş  qatili  başqa 
yerdə axtar.Qarayev az qalmışdı ki,birdən sağ tərəfdən qalın bir səs 
eşitdi. 
-Qarayev,burax  onu.Leytenant  çevriləndə  yanında  Cəbiyevi 
gördü.Polkovnik çox  sakit görünürdü. 
Qarayev: 


156
 
 
-Polkovnik,bu    adam  qoy  mənə  izah  etsin  görüm  fevralın  23-də 
gecə saat 11-də harda olub? O,dükandan siqaret alıb qayıtmaq üçün 
uzağı  15  dəqiqə  vaxtdan  istifadə  edə  bilərdi.Bu  adam  11-ə  işləmiş 
evdən  çıxıb    saat  23:45-də  evə  qayıdıb,bəlkə  daha  gec.Bu  qədər 
vaxtdı o harda ola bilərdi. 
-Mən siqaret alandan sonra onu evdə çəkə bilməzdim.Anamın tütün 
iysinə  qarşı  allergiyası  var.Bir  siqaret  çəkib  birazda  hava  almaq 
istədim.Vəssalam. 
Polkovnik: 
-Qarayev,sən Eyvazı burax getsin.Mən onun  harda olduğunu sonra 
sənə  izah  edərəm.Hələlik  burax  getsin.Hər  şeyin  bir  vaxtdı  var-
Polkovnik  irəli  yeriyib  Eyvazın  qolundan  tutdu.Onu  Qarayevdən 
kənarlaşdırmaq 
məqsədi 
ilə  özüylə  apardı.Üç-dörd  addım 
yeriyəndən sonra polkovnik Eyvaza dedi: 
-Yaxşı  olar  ki,  evə  gedəsən-Bunu  deyibb  geri  qayıtdı.Eyvaz  isə 
evlərinə  sarı  getməyə  başladı.Cəbiyev  biraz  yeriyəndən  sonra 
yenidən çevrildi. 
Polkovnik: 
-Dadaşov!-Onu  arxasınca  səsləndi.Bunu  eşidən  Eyvaz  geri 
çevrildi.Eyvaz: 
-Eşidirəm. 
-Onu bilki hava almaq üçün fevral ayında saat yarım çöldə qalmağa 
ehtiyac  yoxdur.Polkovnik  bu  sözləri  deyib  geri  çevrildi.Geri 


157
 
 
çevriləndə  bir  nəfərin  darvazadan  içəri  keçdiyini  gördü.Amma  tam 
görə bilmədiyindən onun kimliyini tanımadı.Polkovnik: 
-İçəri keçən kim idi? 
Qarayev: 
-Allahyar. 
-Onunla  söhbət  etmək  istəyirəm  gedək  içəri.Qarayev  və  Polkovnik 
darvazanı açıb yenidən içəri daxil oldular. 
 
 
 
 
         **** 
Həyətdəki  adamlar  demək  olar  ki,əvvəlkilər  idi.Dəyişən  bir  şey 
vardı.O  da  Eyvazın  olmaması  və  Allahyarın  həyətdə  olması 
idi.Allahyar  bu  günkü  hadisədən  xəbər  tutan  ilk  adam  idi.Teymur 
səhər  Şamxalın  cəsədini  köhnə  dəyirmanda  görəndən  sonra  xəbəri 
camaata çatdırmaq üçün kəndin içərisinə qaçmışdı.Tezdən olduğuna 
görə  onun  qarşısına  heç  kim  çıxmırdı.Əslində  Teymur  gördüyü 
cəsədin Şamxal olduğunu dəqiq bilmirdi.Amma düşünmüşdü ki, bu 
ancaq  Şamxal  ola  bilər.O,dəyirmanın  içərisinə  baxanda  yuxarıdan 
bir  insanın  asıldığını  görmüşdü.Cəsədin  üzü  o  tərəfə  baxdığından 
Teymur  Şamxalın  üzünü  görə  bilməmişdi  Xəbəri  çatdırmaq  üçün 
oradan uzaqlaşmışdı.Kəndin içərisinə girəndə iki ağsaqqaldan başqa 
keç  kimə  rast  gəlməmişdi.Məsələni  həmin  kişilər  deyəndən  sonra 
onlar 
dəyirmana 
tərəf 
qaçdılar.Gördüyü 
mənzərə 
onu 
qorxutduğundan  Teymur  həmin  kişilərlə  dəyirmana  qayıtmaq 
istəməyib  havanın  tam  işıqlanmağını  gözləmək  istədi.Sonra  yolda 
Allahyarla  rastlaşımıdı.Allahyar  Teymurun  həyəcanlı  olduğunu 
görüb soruşmuşdu: 


158
 
 
-Bu vaxtdı hara belə? Sənə nə olub? 
-Şamxal 
özünü 
öldürüb!-Teymur 
dili 
topuq 
vura-vura 
demişdi.Eşitdiyi xəbərə təəccüblənən Allahyar: 
-Gic-gic  sarsaxlama.Şamxal  niyə  özün  öldürür.Deyəsən  səhərin 
yuxusundan ayılmamısan 
-Sarsaqlamıram.Tezdən  dəyirmanda  birinin  boğazından  asılı 
olduğunu gördüm.Bu yəqin ki, Şamxaldır 
-Ola bilməz. 
-Sənə  deyirəm  ki,öz  gözümlə  görmüşəm.Artıq  bunu  iki  nəfərə 
demişəm.Onlar elə indi ora qaçdılar. 
-Yox,  bu  Şamxal  ola  bilməz.Mən  bu  saat...Allahyar  bunu  deyib 
ölənin  Şamxal  olub-olmadığını  dəqiqləşdirmək  üçün  Şamxalın 
evinə qaçmışdır. 
 
         **** 
Polkovnik  və  Qarayev  həyətə  daxil  oldular.Həyətə  daxil  olanda 
Allahyar  həyətdə  oturmuşdu.Polkovnik  yavaş-yavaş  addımlayaraq 
ona  yaxınlaşdı.Allahyara  onu  görən  kimi  tez  ayağa  qalxdı  və 
soruşdu: 
-Siz nəsə öyrənə bildiniz? Onun ölümü intihardır? 
-Olar biraz kənarda söhbət edək? Sizə bir neçə sualım var. 
-Olar-Allahyar cavab verdi. 


159
 
 
Polkovnik  Allahyarla  birlikdə  kənara  çəkildi.Cəbiyev  yenidən  əlini 
döş  cibinə  saldı.Qara  rəngli  siqaret  qutusunu  çıxardıb  içindən  bir 
siqaret götürdü. 
Polkovnik: 
-Çəkirsiz? 
-Arada çəkirəm,amma indi ürəyim istəmir. 
Cəbiyev siqareti alışqanla yandırıb dərindən bir tüstü aldıqdan sonra 
Allahyardan soruşdu: 
-Bugünki xəbəri kimdən eşitmisən? 
-Teymurdan 
-Saat neçə olardı? 
-Dəqiq bilmirəm.Amma hava hələ tam işıqlaşmamışdı. 
-O vaxtdı nə yaxşı kəndin içində olmusuz? 
-Rayona gedəcəkdim. 
-Maşınla? 
-Hə. 
-Öz maşınınla? 
-Yox dayımın. 


160
 
 
-Onda siz əvvəlcə dayınızgilə getməliydiniz? 
-Hə.Elə onlara gedəndə Teymurla rastlaşdım. 
-Siz xəbəri eşidəndə ilk öncə nə etdiniz? 
-Teymuru orda qoyub Şamxalgilə qaçdım. 
-Niyə  bəs  Şamxalgilin  evinə?-Polkovnik  suallarını  sərbəst  şəkildə 
verirdi. 
-Teymur  mənə  xəbər  verəndə  dedi  ki,o  cəsədin  Şamxal  olub-
olmadığına  əmin  deyil.Mən  dəqiqləşdirmək  məqsədi  ilə  bura 
qaçmışdım.Həm  də  həmin  an  çox  həyəcanlı  idim.Eşitdiyim  xəbər 
məni çox sarsıtmışdı. 
-Yəqin darvazanı möhkəm açmış olardız? 
-Orası yadımda deyil. 
-Birbaşa evə daxil oldunuz? 
-İçəri girib Şamxalın  nənəsini  çağırdım.O,deyəsən  yatmışdı.Mənim 
səsimə oyanmışdı.Evin ortasında onunla rastlaşdım.Elə  məni görən 
kimi  dedi  ki,Şamxal  evdə  yoxdur.Bir  də  soruşdu  ki,səhər-səhər 
xeyir ola? 
-Siz,ona hadisəni dediniz?-Polkovnik soruşdu. 
-Dedim.Tez də oradan uzaqlaşıb dəyirmana qaçdım. 
-Yazıq arvadı o vəziyyətdə qoyub qaçdınız? 


161
 
 
-Mən  bildim  ki,  bu  xəbər  ona  pis  təsir  edəcək.Demək 
istəmirdim.Qəfil 
ağzımdan 
qaçırdım.Sonra 
gördüm 
ki,onun 
düşdüyü  hala  baxa  bilməyəcəm.Dedim  birazdan  qonşular  gələr  və 
onu sakitləşdirərlər.mən isə tez dəyirmana qaçdım. 
-Siz Şamxalın otağına girmədiniz? 
-Yox.Mənim 
orda 
nə 
işim 
var.Nənəsi 
dedi 
də,o 
evdə 
yoxdur...Allahyar  yenə  nəsə  demək  istəyirdi  ki,cib  telefonu  zəng 
çaldı.Əlini cibinə salıb telefonunu çıxartdı.Gələn zəngə baxıb adboy 
verdi.Sonra yenidən telefonunu cibinə qoydu. 
-Siz  onda  evə  bir  dəfə  girmisiniz,Şamxalın  nənəsi  ilə  söhbətdən 
sonra qayıdıb çıxıb getmisiniz dəyirmana? 
-Bəli.Mən evə bir dəfə girib çıxmışam.Nolubki? 
-Darvazadan çıxanda ətrafda kimisə görmədiniz? 
-Xeyir görmədim. 
-Yaxşı Allahyar,gedə bilərsən,amma səninlə işimiz qurtarmadı. 
-Mən  heç  yerə  getmirəm.Nə  sualınız  olsa  verərsiniz-Allahyar  bu 
sözü  deyib  çevrildi  və  həyətdəki  adamların  yanına  getdi.Polkovnik 
yenidən əllərini döş cibinə salıb qara siqaret qutusundan bir siqaret 
götürüb  damağına  qoydu,alışqanla  yandırıb  dərindən  bir  tüstü 
aldı.Ayaqlarını  qatlayıb  aşağı  əyildi.Siqaret  çəkə-çəkə  gözlərini 
yerə  zillədi.Onun  göz  qapaqları  azacıq  aşağı  enmişdi.Qarayev 
Polkovnikin yanına gəldi.Qarayev nədənsə çox əsəbi görsənirdi 
Qarayev: 


162
 
 
Gərək o əclafın başını əzməyimə icazə  verərdin. 
-Kimin?-Polkovnik Qarayevin üzünə baxmadan soruşdu. 
-Kimi  olacaq,o,əclafın.Eyvazı  deyirəm.Mənim  bacıoğlumu  da,bu 
yazıq Şamxalı da o öldürüb. 
-Nolubki? 
-Şamxalın  telefonunu  azərceldə  yoxlatdırıblar.Ona  axırıncı  dəfə 
zəng edən Eyvaz olub.Özü də gecə saat 02:00-da.Əclafın biri əclaf! 
-Dayan görək,çox tələsmə.Hardan öyrəndi məlumatı? 
-Baş  müstəntiq  Əlizadə  zəng  vurmuşdu.O,  artıq  Eyvazın  arxasınca 
adam yollayıb. 
-O  telefonu  mənim  üçün  müstəntiqdən  ala    bilərsən?-Polkovnik 
soruşdu. 
-Nəyinizə lazımdır? 
-İstəyirəm onu mən də yoxlatdıram. 
-Polkovnik,biz onsuz da Eyvazdan şübhələnmişdik.İndi də əlimizdə 
sübut  var.Qoy  o  əclaf  bizə  iki  şeyi  izah  etsin.Desin  görək  fevralın 
23-də gecə saat 11-də harada olub.Onu da izah etsin görək gecə saat 
2-də Şamxala niyə zəng vurub.Şamxalın nənəsi də deyir ki, Şamxal 
məhz evdən saat 2-də çıxıb. 
-Sən o telefonu ala bilərsən,ya yox?-Polkovnik  hövsələdən çıxırdı. 
-Yaxşı alaram.Problem deyil.Çalışaram elə bu gün alam. 


163
 
 
-Oldu.Gedək.Burda qalmağın bir mənası yoxdur. 
 
 
                 “Şamxalın gündəliyindən” 
 
Sən  xoşbəxtsən.Bunu  bilirəm  və  acı  çəkirəm.Amma  elə  bilmə 
ki,mənim acı çəkməyimin səbəbi  sənin  xoşbəxtliyindir.Bəlkə də bu 
yazını  oxusan,məndən  soruşardın  ki,niyə  acı  çəkirsən?  Mən  bu 
suala  cavab  tapa  bilməzdim.Bilmirəm!  Cavab  verməyə  gücüm 
çatmır.Sevgi...İlk baxışdan mənə gülünc görünən bir hiss.Məktəbdə 
demək  olar  ki,dostlarımın  əksəriyyəti  mənə  sevgidən  danışanda 
həmişə  gülərdilər.  Heç  vaxt  inanmazdım  ki,  mən  də  kimisə  sevə 
bilərəm.Bağlana  bilərəm.  Amma  bu  oldu.Mən  səni  sevdim.Lakin 
bilirdim ki, bu sevginin  xoşbəxt nəticəsi heç vaxt ola bilməz.Təmiz 
ürəklə  kimisə  sevmək  böyük  risk  tələb  edir.Əgər  o  sevgi 
alınmasa,bax  onda  o  yükü  qaldırmaq  çox  çətindir.  Bilirsən  mənim 
bədbəxtliyim  nədir?  Qoy  deyim  biləsən.Mən  səni  həqiqətən 
sevirəm.Bunu  kimsəyə  sübut  etmək  mənə  lazım  deyil.Özüm 
bilirəmsə,bəsimdir.Səni  təmiz  ürəklə  sevdim  və  elə  o  gündən  o 
sevginin  arxasınca  dayanmadan  qaçdım.Ona  çata  bilməyəcəyimi 
bilə-bilə  qaçdım.  Artıq  dərk  eləmişəm  ki,mən  ona  çata 
bilməyəcəm.Geri  qayıtmaq  lazımdır.Qayıtmaq  istəyəndə  isə 
alınmadı... 
 
 
 
İllər keçdi.....Səndən qalan izləri, 
 
 
 
 
Qəlbimdən çıxardıb atmıram hələ.   
 
 
 
Gör məni nə qədər geriyə atdın, 
 
 
 
 
O vaxtdan qaçıram,çatmıram hələ. 
Görünür,  mən  mümkün  olmayan  sevginin  arxasınca  o  qədər 
qaçmışam  ki,ona  çata  bilməyəndən  sonra  qayıdıb  özümə  çata 


164
 
 
bilmirəm. 
 
 
Bacarmıram! 
Mən 
əvvəlki 
kimi 
olmaq 
istəyirəm.Əvvəlki  düşüncədə  qalmaq  istəyirəm.İstəmirəm  gecələr 
səni  düşünüb  yatam.İstəyirəm  yatağıma  uzanan  kimi  yuxu  məni 
aparsın.Bir 
də 
tezdən 
oyanım.Mən 
ümidsiz 
 
yaşamaq 
istəmirəm.Ancaq ümidsiz günlər məndən əl çəkmir. 
 
 
 
Qurtarıb getmədi ümidsiz günlər 
 
 
 
 
Yenə də döydü qapımı mənim 
 
 
 
 
Açmadım,başıma gətirdi nələr. 
 
 
 
             Sakitcə durmuşkən çoxaldı qəmim 
Lənətə  gələsən  sən  axı  necə  varlıqsan  ki,səni  unutmaq  olmur?.Sən 
axı  kimsən?  Sən  də  mənim  kimi  bir  insansan.Hamı  kimi  sənin  də 
əllərin, 
ayaqların,barmaqların,burnun,qulağın,gözlərin 
var.Axı 
səndə  nə  varki  mən  sənə  bu  qədər  bağlanmışam?  Sənin  yoxluğun 
niyə  hər  şeydə  əskiklik  yaradır?.Niyə?...Son  vaxtlar  hiss  edirəm 
ki,həyatımın  son  günlərini  yaşayıram.Ölümümə  bəlkə  də  çox  az 
qalıb.Görəsən,mən  öləndən  sonra  yenə  əzab  çəkəcəm?Yəqin 
ki,yox.Kaş  ki  ölümümdən  əvvəl  bircə  dəfə  də  olsun  səni  görə 
bilərdim.Onda  bəlkə də,rahat ölə  bildim......O gün yenə də  yuxuma 
gəlmişdin.Amma bu səfər tək idin.Yanında heç kim  yox  idi.Harasa 
gedirdin.Yol ikimizin də tanıdığımız yol idi.Həmişə o yol adamlarla 
dolu olardı.Amma bu səfər orda heç kəs yox idi.Elə bil dünyada bir 
sən  idin,bir  də  mən.Arxanca  yeridim.Sənə  çata  bilmirdim.Çox 
Sürətlə  hərəkət  edirdin.Həmin  an  mənim  hansı  hisslər  keçirdiyimi 
bilirsən?Yox  bilmirsən!O  yuxudan  ayılmaq  belə  mənimçün  dəhşət 
idi..... 
O gecə yenə də yuxuma gəldin, 
 
Yeridim arxanca,çata 
bilmədim. 
Qəfildən oyandım  ,baxdım otağa                                                                  
O gecə bir daha yata bilmədim,     



165
 
 
 
   
 
Yadındadı,uşaq 
vaxtı 
sən,İlham 
və 
mən 
kağızdan 
gəmi 
düzəldib,kəndə axan balaca arxda yarışardıq.Kimin düzəltdiyi kağız 
gəmi  birinci  olaraq çatsaydı o da qalib gəlirdi.Amma o yarışda heç 
birimiz  qalib  gələ  bilmədik.Birinci  olaraq  İlhamın  düzəltdiyi  kağız 
gəmi su ilə doldu və aşdı. Daha sonra isə mənim düzəltdiyim kağız 
gəmi 
su 
ilə 
doldu 
və 
aşdı.Başımız 
öz 
gəmimizə 
qarışdığından,sonradan sənin düzəltdiyin kağız gəminin üzərək hara 
getdiyini  heç  birimiz  bilmədik.Bəlkə  də  həmin  hadisə  bizim 
həyatımızı,gələcək həyatımıza işarə idi.Birinci İlhamın kağız gəmisi 
batdı,həyatdan  da  birinci  İlham  köçdü.Yəqin  indi  də  növbə 
mənimdi.Sənin  isə  bizdən  sonra  hara  getdiyini  nə  İlham  biləcək,nə 
də  Şamxal  biləcək.Biz  bu  həyatdan  nakam  getsək  də,sən  xoşbəxt 
ol.Biz?Heç  bilmirəm  niyə  bu  qədər  əminəm  ki,mən  öləcəm.O 
fevralın  23-nü  lənətə  gəlsin.Kaş  həmin  gün  evdən  çölə  çıxanda 
ayaqlarım  sınardı.Ora  getməzdim.Ora  getməsəydim  indi  İlham  sağ 
idi.Bəlkə  də,o  səni  xoşbəxt  edə  bilərdi.Mən  axı  niyə  belə  iş 
tutdum.Mən  ki  artıq  öz  qismətimlə  barışmışdım.Bəs  necə  oldu 
ki,mən  belə  bir  işin  olmasına  şərait  yaratdım.  Başqası  da  mənim 
ucabatımdan  indi  ömrünün  axrına  kimi  vicdan  əzabı  çəkəcək.Hər 
şeydə  günahkar  mənəm.Gərək  İlham  üstümə  gələndə  oradan  qaçıb 
uzaqlaşardım.Amma  gör  əvəzində  mən  neylədim?İki  nəfərin 
həyatını  korladım.Mən  heç  vaxt  istəməzdim  belə  olsun.İlhamı 
vurmaq  istəmirdim,sadecə  olaraq  ona  hər  şeyi  izah  etmək 
istəyirdim.O  isə  mənim  üstümə  atıldı.Məni  vurmağa,təhqir  etməyə 
başladı.Mənim  başqa  çarəm  yox  idi.Kaş  zamanı  geri  qaytara 
bilərdim............................... 
.............................................................................................................
.............................................................................................................
.............. 
 
 
 
**** 


166
 
 
Polkovnik  Rəsul  Cəbiyev  Şamxalın  dəftərini  öz  balaca  portfelinə 
qoyub  ayağa  durdu.Baş  vermiş  qətldən  5  gün  keçmişdi.Bu  beş 
günün  ərzində  Polkovnik  bütün  dəlilləri  və  şahidləri  nəzərdən 
keçirdi.Hələ  Şamxal  ölməmişdən  əvvəl  Bakıya  göndərdiyi  şəkillər 
və  adlar  haqqında  ətraflı  məlumat  topladı.Cəbiyev  eyni  zamanda 
Usta  Səfərin  vaxtilə  qonşusu  olan  Səyyadın  nəyə  görə  qəfildən 
kənddən  köçməsini  də  öyrənmişdi.  Qarayev  Polkovnikin  istədiyini 
yerinə yetirdi.Şamxalın ölümündə təqsirli bilinən Eyvaz Dadaşovun 
həmin  gecə  nəyə  görə  Şamxala  zəng  etməsi  məsələsi  də 
araşdırıldı.Eyvaz  istintaq  zamanı  bildirmişdi  ki,Şamxal  ölən  gecə 
telefon  onun  özündə  olmayıb.Buna  səbəb  olaraq  isə  demişdi  ki, 
telefonunu  iki  gün  olar  ki,itirib.Amma  Baş  müstəntiq  Əlizadə  və 
Qarayev  ona  inanmamışdılar.Ona  görə  də  Eyvazı  həqiqəti  deyənə 
kimi  müvəqqəti  kamerada  saxlayırdılar.Polkovnik  Qarayevin 
vasitəsilə  Şamxalın  üstündən  tapılan  mobil  telefonu  əldə 
etmişdir.Baş  müstəntiq  Əlizadə  buna  görəbir  neçə  dəfə  Qarayevə 
acıqlanmışdı.Polkovnik Şamxalın telefonunu ətraflı yoxlatdırdıqdan 
sonra  hər  şey  aydın  oldu.Cəbiyev  qatilin  kimliyini  öyrəndi.Eyni 
zamanda  bu  iki  qətlin  hansı  səbəbdən  törədildiyini  də 
müəyyənləşdirdi.Polkovnik  bu  gün  axşam  Bakıya  qayıtmaq 
istəyirdi.Daha  doğrusu  qayıdacaqdı!.Çünki  artıq  biletini  almışdı 
.Amma  Qarayevin  Polkovnikin  axşam  qatarı  ilə  Bakıya 
qayıdacağını  bilmirdi.Cəbiyev  Şamxalın  gündəliyini  oxuyub 
portfelinə  qoyandan  sonra  o  biri  otağa  keçdi.Qarayev  stolda 
Selcanla 
əyləşib 
söhbət 
edirdi.Leytenant 
işə 
getməyə 
hazırlaşmışdı.Polkovnikin 
gəldiyini 
görüb 
tez 
ayağa 
qalxdı.Qarayev: 
-Siz  harasa  getmək  istiyirsiz?-Qarayev  polkovnikin  geyimindən 
anladı ki,o,harasa getmək üçün hazırlaşıb. 
-Qarayev,mən axşam qatarıyla Bakıya qayıdacam. 


167
 
 
-Bakıya qayıdacaqsız?-Qarayev təəccüblə soruşdu. 
-Nəsə olub Bakıda?-Selcan qardaşına tərəf baxıb soruşdu.O,sevimli 
qardaşının getməsini heç istəməzdi.Bu bir neçə müddət ərzində ona 
öyrəşmişdi.Neçə  il  olardı  ki,qardaşıyla  belə  uzun  müddət  bir  yerdə 
olmamışdılar. 
-Hə.Artıq mənim getmək vaxtımdır.-Polkovnik üzünü Selcana tutub 
cavab verdi. 
-Bəs bu hadisələr necə olsun?-Leytenant soruşdu. 
-Qarayev,mən  artıq  bu  işin  üstünü  açmışam.Qatilin  kimliyini  də 
dəqiq bilirəm. 
-Kimdi?-Qarayev irəli yeriyərək soruşdu. 
-Kim eliyib bütün bunları?-Selcan leytenantın ardınca soruşdu. 
-Gedək  bölməyə  orada  söhbət  edərik.Gərək  bütün  bunları  Rayon 
prokurorluğu  və  eləcə  də  Əlizadə  bilsin.Orada  mən  hər  şeyi 
əvvəldən  axıra  kimi  nə  olduğunu  danışacam.Ondan  sonrası  qalır 
sizin boynunuza- polkovnik Qarayevin gözlərinə baxaraq bu sözləri 
dedi. 
-Elə bu dəqiqə gedək-Qarayev cavab verdi. 
-Mən bilmədim axı?-Selcan dedi. 
-Sən  biz  qayıdanda  bilərsən!-Qarayev  bunu  deyib  Polkovniklə 
birlikdə evdən çıxdı. 
 
 
 
“Polkovnik Qatilin adını çəkdi” 


168
 
 
Əlizadə  öz  kabinetində  əyləşmişdi.Gözlərini  qarşısında  əyləşən  iki 
nəfərə dikmişdi.Biraz səbrsizlənirdi.O,artıq bu iki nəfərin nəyə görə 
onun  qarşısında  əyləşdiyini  bilirdi.Bu  iki  nəfər  Polkovnik  Rəsul 
Cəbiyev və Leytenant Qarayev idi.Cəbiyevin bu işi araşdırması Baş 
Müstəntiq  Əlizadəni  əsəbləşdirsə  də  o,polkovnikə  həmişə  böyük 
rəğbət  hissi  ilə  yanaşırdı.Əlizadə  Polkovniki  üzbəüz  çox  da  yaxşı 
tanımasa da onun haqqında çox eşitmişdi.Müstəntiq: 
-Polkovnik,bu  hadisələr  başımızı  elə  qarışdırdı  ki,sizin  kimi 
hörmətli  bir  insanla  aağıllı-başlı  söhbət  etmədik.Bəlkə  də  siz 
fikirləşirsiniz  ki,sizin  bura  gəlməyinizi  biz  istəməmişdik.İnanın 
ki,belə  deyil.Mən  həmişə  istəmişəm  ki,sizin  kimi  insanlar  bizim 
rayona  gəlib  qonağımız  olsun.Ada-ildə  bir  dəfə  gədiniz,onu  da  bu 
hadisələr  qoymadı  görək  nə  edək.Bizim  prokurorluq  sizə  həmişə 
böyük  hörmətlə  yanaşıb.Xahiş  edirəm  bu  axşam  Qarayevlə  bizim 
evə 
buyurasız.İstiyirəm 
sakitlikdə 
əyləşib 
bir 
az 
söhbət 
edək.polkovnik: 
-Yox  çox  sağolun.Mən  bu  axşam  qatarla  Bakıya  qayıtmaq 
istəyirəm. 
-Bax bu çox pis oldu.Soruşmaq ayıb olmasın,sizin kimi hörmətli bir 
adam niyə qatarla gedib-gəlir? 
-Mən qatarla getməyə həmişə üstünlük vermişəm. 
-Lap yaxşı  polkovnik.Yaxşı yol. 
Qarayev bu söhbətdən səbirsizlənib,dedi: 
-Yoldaş  müstəntiq,Cəbiyev  baş  vermiş  bu  iki    ölüm  işinin  üstünü 
açıb.O,  bunu  danışmaq  üçün  bura  gəlib.Qarayevin  bu  sözlərindən 


169
 
 
sonra 
Əlizadənin 
sifət 
mimikası 
dəyişdi.Yavaş-yavaş 
qalxdı.Gözlərini Polkovnikə zillədi.Mestəntiq: 
-Demək polkovnik,bu iki ölüm hadisəsi intihar deyil? 
-Xeyr!Burda  heçbir  intihar  olmuyub.İlhamı  da,Şamxalı  da 
öldürüblər! 
-Kim eliyib bunları polkovnik?-Əlizadə təəccüblənmişdi. 
-Xahiş  edirəm,əyləşin.-polkovnik  Əlizadəni  ayaq  üstə  dayandığını 
görüb dedi.Müstəntiq yavaş-yavaş əyləşdi.Müstəntiq: 
-Eşidirəm sizi!Siz necə öyrəndiniz onların intihar etmədiyini.? 
Polkovnik: 
-Mən sizə hər şeyi əvvəldən axıra kimi necə var elə də danışacam. 
-Eşidirik sizi-Əlizadə bütün diqqətiylə polkovnikə  baxaraq dedi. 
Polkovnik sözə başladı: 
Mən  bura  sizə  məlum  olduğu  kimi,Qarayevin  xahişı  ilə 
gəlmişdim.Onda  ortada  bir  ölüm  hadisəsi  vardı.İlham  Quluyevin 
ölümü.Leytenant mənə bildirdi ki,İlhamın cəsədi tibbi ekspertizadan 
keçən  zaman  məlum  olub  ki,onunun  başının  arxa  hissəsində  zədə 
qeydə alınıb.Amma bu zədə izini Usta Səfərə heçkim deməyib.Bura 
gələndə öyrəndim ki,Tibbi ekspertizaya rəhbərliyi Səlim Cəfərzadə 
edib.Demək məlum faktı Cəfərzadə gizlədib.Məni ilk şübhəyə salan 
da,bu  oldu.Axı  nəyə  görə  bu  zədə  izi  gizlədilsin?İlham  Qarabağ 
kanalına  yıxılandan  sonra  150  metr  su  ilə  üzərək  irəli  gedib.Onun 
cəsədi  körpüdən  150  metr  irəlidə  tapılıb.  Cəfərzadə  onu  gizlətmək 


170
 
 
əvəzinə  deyə  bilərdi  ki,bu  zədə  İlham  suda  qaldığı  müddətdə 
olub.Onun  başı  harasa  dəyib  illham  öləndən  sonra,ya  da  elə  özünü 
körpüdən atanda dəyib.Amma Cəfərzadə bunu etməyib.Zədə faktını 
səbəbsiz  yerə  gizlədib.Bunun  səbəbi  bir  müddət  nənə  müəmmalı 
göründü.Sonra  mən  cəsədi  ilk  tapan  Əhmədalıyla  söhbət 
etdim.Ondan xahiş etdim ki,bizi həmin körpünün yanına aparsın.Biz 
körpünün  yanına  gedəndən  sonra    mən  körpünün  hər  tərəfinə  göz 
gəzdirdim.Elə  orada  məndə  şübhələr  yaranmağa  başladı.Körpünün 
yan  dəmirləri  bir  az  qabağa  əyilmişdi.Sanki  nəsə  özünü  həmin 
dəmir  qoruyuculara  çırpmışdı  və  bu  da  dəmirlərin  irəliyə  doğru 
əyilməsinə  səbəb  olmuşdu.Qoruyucu  dəmirlərin  həmin  vəziyyətdə 
irəli    çıxması  məni  bir  az  şübhələndirsə  də,  bu  hələ  heçnə  demək 
deyildi.Mən  körpünün  digər  hissəsinə  diqqət  yetirəndə  gördüm 
ki,körpünün  bu  hissəsində  hər  şey  qaydasındadı.Heç  bir  dəmir 
əyilməsinə  rast  gəlmədim.Sonra  mən  Usta  Səfərin  evinə 
getdim.Onunla söhbətimdən sonra məlum oldu ki,İlham fevralın 23-
də  gecə  saat  22:30  radələrində  evə  gəlib,ancaq  çox  çəkmədən  geri 
qayıdıb. Söhbət zamanı o da məlum oldu ki,İlham öz otağına daxil 
olandan  sonra  ona  zəng  gəlib.Ona  kimin  zəng  elədiyini  heç  kəs 
bilmiyib.Heç  nə  danışdığı  da  eşidilməyib.Telefonun  zəng  səsini 
Güllü  xanım  mətbəxtdə  olarkən  eşidib.Lakin  İlhamın  kiminlə 
danışdığını eşitməyib.Zəngdən sonra İlham evdən çıxıb və gecə evə 
qayıtmayıb.Atasıgil  də  elə  bilib  ki,o,əmisigildə  qalıb.Çünki  İlham 
çox  vaxt  onlarda  qalarmış.Mən  fürsətdən  istifadə  edib  evi  gözdən 
keçirtdim.Birinci olaraq İlhamın otağına daxil oldum.Oranı gözdən 
keçirəndən  sonra  balaca dolab kimi,yeri gördüm.Öyrənəndən  sonra 
bildim 
ki,İlham 
bəzi 
əşyalarını 
bu 
balaca 
bağlı 
yerdə 
saxlıyarmış.Oranın qapısı açarla bağlı olduğundan mən Qarayevdən 
xahiş  etdim  ki,açarları  gətirsin.Bu  zaman  Güllü  xanım  dedi 
ki,açarlar  Səyidənin-  İlhamın  bacısının  otağındadır.Qarayev  otağa 
açarı gətirməyə getdi.Bu zaman otağa Səyidə daxil oldu.Mən ondan 


171
 
 
İlham  evə  gələn  zaman  onun  harada  olduğunu  soruşdum.O,isə 
cavab  verdi  ki,öz  otağında  kitab  oxuyurmuş.Sonra  Səyidədən 
soruşdum  ki,Anan  deyir,İlham  otağa  daxil  olanda  onun  telefonuna 
zəng  gəlib.Soruşdum  sən  də  zəng  səsini  eşitmisən?O,isə  əminliklə 
cavab  verdi  ki,eşidib.Sonra  Qarayev  otağa  daxil  oldu.O,gec 
qayıtmışdı.Mən ondan  nəyə görə gec qayıtdığını  soruşanda o,mənə 
cavab verdi ki,otaqda olanda ona sizdən zəng gəlib.Polkovnik bunu 
deyib Əlizadənin üzünə baxdı.Müstəntiq: 
-Hə ola bilər.Burda nə varki? 
Polkovnik  davam  etdi:Məsələ  orasındadır  ki,Qarayevə  zəng 
o,Səyidənin otağında olanda gəlib. 
-Bununla  nə  demək  istəyirsiz?-Qarayev  soruşdu.Söhbətin  gedişi 
onu qorxudurdu.Polkovnik: 
-Sizə  zəng  gələndə  mən  İlhamın  otağında  idim  və  sizin 
telefonunuzun zəng səsini eşitmədim.Səyidə bəs həmin gün İlhamın 
telefonunun zəngini necə eşidib.?Axı o,mənə əminliklə dedi ki,anası 
kimi o da İlhamın telefonunun zəng səsini eşidib.Demək onda belə 
çıxırdı ki,ya Səyidə nəyisə gizlədir,ya da anası. 
Qarayev: 
-Polkovnik,yoxsa  demək  istəyirsiz  ki,İlhamın  ölümündə  ya 
Səyidənin,ya da onun anasının əli var? 
-Qarayev,mən  hələ  heçnə  deməmişəm.Biraz  səbriniz  olsun.İcazə 
verin sözümü bitirim 
-Davam edin polkovnik-deyə Əlizadə dilləndi. 


172
 
 
Polkovnik: 
Mən  açarları  alıb,balaca  şkafı  açdım.Ordan  iki  şəkil  çıxdı.Biri 
İlhamın  dostlarının,biri  isə  onun  gələcək  nişanlısının.Mən  şəkilləri 
yerinə  qoyduqdan  sonra  otaqda  fırlandım.Zəng  məsələsi  hələ  də 
mənə  qaranlıq    qalmışdı.Ona  görə  qərara  gəldim  ki,hər  şeyi 
dəqiqləşdirim.Otaqdakı 
pəncərəyə 
yaxınlaşdım.Gizlincə 
telefonumda  zəngli  saatı  qardum.Telefon  iki  dəqiqədən  sonra  zəng 
çalmalıydı.Telefonu  gizlincə  pəncərənin  ağzına  qoydum.Sonra 
Səyidədən  onun  otağına  getmək  istədiyimi  söylədim.O  da  etiraz 
etmədi.Mən  onun  otağına  daxil  oldum.  Bütün  diqqətim  qolumdakı 
saatda  idi.Mən  iki  dəqiqənin  gəlib  çatmasını  gözləyirdim.Telefon 
mənim  qurduğa  əsasən  iki  dəqiqədən  sonra  zəng  çalmalı,bir 
dəqiqədən sonra dayanmalı,daha bir dəqiqəkeçdikdən sonra yenidən 
zəng  çalmalı  idi.Nəhayət,gözlədiyim  iki  dəqiqə  keçdi.Amma  mən 
heç  bir  telefon  zəngi  eşitmirdim.Deməli  Səyidə  mənə  yalan  ifadə 
verib.  Mən  növbəti  iki  dəqiqə  çatana  kimi  o  otağı    gözdən 
keçirdim.Səyidənin otağında üzü bağa baxan pəncərə vardı.Pəncərə 
yaxınlaşdım.Onu 
açıb 
ətrafa 
boylandım.Daha 
sonra 
aşağı 
baxdım.Pəncərənin  aşağısında,yəni  yerdə  ayaq  izləri  vardı.Amma 
təzə ayaq  izləri deyildi.Çökəkliyi dərin olduğuna  görə bu  izlər  yox 
olmamışdı.Biraz  kənardan  baxanda  hiss  olunmazdı.Polkovnik 
üzünü Qarayeva tutub soruşdu: 
-Dəyirmanda dediyim sözlər yadınızdadı? 
Onzuzda  söhbətin  gedişinin  təsirində  olan  Qarayev  özündə 
deyildi.Bu saat o,heçnə yadına sala bilmirdi.Qarayev: 
-Siz orda çox şey danışmışdınız.Hansını dediyinizi bilmirəm. 


173
 
 
-Mən onda sizə dedim ki,birinci dəfədir ki,bir işi araşdıranda”oxşar” 
izlərə  rast  gəlirəm.Yadınızdadırsa  biz  dəyirmanda  da  çökəkliyi 
dərin olan ayaq  izlərinə rast gəldik.Orda o izləri  kimsə   yuxarıdan-
dəyirmanın  pəncərəsindən  tullananda  salmışdı.Usta  Səfərin  evində 
də  kimsə  Səyidənin  otağının  pəncərəsindən  tullananda  o  izləri 
salmışdı.Amma  həmin  izlər  başqa-başqa  adamlara  məxsus 
izlərdir.Mən  Səyidənin  otağından  çıxdıqdan  sonra  mətbəxtə 
getdim.Güllü  xanımın  dediyinə  görə  İlham  otağa  girəndə  
o,mətbəxtdə olub.Telefonun zəngini də mətbəxtdə olanda eşitdiyini 
söyləmişdi.Mən 
mətbəxtdə 
fırlanıb,növbəti 
telefon 
zəngini 
gözlədim.Nəhayət,mən öz telefonumun səsini eşitdim. Qarayev: 
-Bu mənim də yadımdadır. 
Polkovnik  qısa  fasilədən  sonra  davam  etdi.Demək  məlum  oldu 
ki,Güllü  xanım  həmin günü  mətbəxtdə olanda  həqiqətən də telefon 
zəngini  eşidib.Amma  Səyidə  heç  bir  zəng  səsi  eşitməyib.Mənə 
maraqlı gəldi ki, Səyidə zəng səsini eşitmədiyi halda niyə yalandan 
deyir  ki,eşidib.Bu  bir  müddət  mənimçün  qaranlıq  qaldı.Daha  sonra 
mən  İlhamın  dostları  Allahyar  və  Şamxalla  söhbət  etdim.Allahyar 
mənə  dedi  ki,fevralın  23-də  gecə  saat  22:00-dan  12-yə  kimi  öz 
evlərində olub.Həmin gün anasının doğum günü imiş.Allahyar eyni 
zamanda  söylədi  ki,həmin  günü,yəni  fevralın  23-də  Şamxal  da 
onunla  olub.Allahyar  Fərəcovla  söhbətdən  sonra  Şamxalın  evinə 
getdik.Şamxal  Əsədov  mənimlə  söhbət  etdiyi  zaman  çox 
həyacanlanırdı.Nədənsə  bərk  qorxurdu.Söhbət  zamanı  mən  ona 
fevralın  23-də  gecə  saat  23:00-da  harada  olduğunu  soruşdum.O,isə 
mənə Allahyargildə olduğunu söylədi.Allahyarla Şamxalın dedikləri 
üst-üstə  düşürdü.Mən  orda  olanda  Şamxalın  ehtiyyatsız  hərəkəti 
nəticəsində  mühüm  bir  faktı  aşkarladım.Şamxal  stolun  üstündəki 
dəftəri  bilmədən  yerə  saldı.Dəftərin  arasından  iki  şəkil  yerə 
düşdü.Şəkillərdən  biri  üzüaşağı  düşdüyünə  görə  onu  görə 


174
 
 
bilmədim.Digərini  isə  gördüm.Şəkildəki  qız  idi.Mən  o  qızı 
tanıdım.Çünki  o  qızı  Usta  Səfərin  evində  görmüşdüm.Qarayev:-
Səyidəni??               
 
 
 
 
 
     
-Yox.  
 
 
 
 
 
 
 
-
Bəs kim?Siz onu hardan tanıdınız?-Qarayev soruşdu.  
 
-
Siz davam edin polkovnik-deyə Əlizadə dilləndi.Polkovnik:  
-
Mənim  gördüyüm  şəkildəki  qızla  İlhamın  otağında  gördüyüm 
şəkildəki    qız    eyni    qız  idi.İlhamın  gələcək  nişanlısının  şəkli 
Şamxalın 
dəftərinin 
arasından 
çıxdı.Şamxal 
tez 
şəkli 
götürüb,dəftərin  arasına  qoydu.Dəftəri  isə  şkafda  gizlətdi.Mən 
sonradan  anladım  ki,Şamxal  İlhamın  nişanlısını  dəlicəsinə 
sevirmiş.Lakin  bunu  heç  kimə  bildirmirmiş.Sonrakı  araşdırmalarda 
Eyvaz  Dadaşovla  söhbət  etməli  oldum.Fevralı  23-də  Eyvaz  siqaret 
almaq məqsədilə marketə gedib.Market çox yaxında olub. Marketdə 
işləyən  satıcıdan  biz  bu  barədə  soruşduq.Onun  ifadəsindən  məlum 
oldu ki,fevralın 23-də gecə saat 22:15 radələrində Eyvaz həqiqətən 
marketdən  siqaret  alaraq  çıxmışdır.Lakin  evə  çox  gec  qayıdıb.  Bu 
vaxt  ərzində  harada  olduğunu  onunla  əsaslandırır  ki,güya  siqareti 
evdə çəkə bilmədiyinə görə çöldə  həm  hava alırmış,həm də siqaret 
çəkirmiş.Amma  bu  o  qədərdə  inandırıcı  səslənmir.Daha  sonra 
öyrəndim  ki,İlham  ölümündən  üç  gün  əvvəl  Eyvazla  hansısa 
səbəbdən  dava  edib.Camaat  onları  aralaşdırandan  sonra  Eyvaz 
deyib  ki,”İlham  mən  bu  məsələni  belə  qoymayacam”Onun  hansı 
məsələdən danışdığını biz hələ ki,bilmirdik.Amma mən təxmini izə 
düşmüşdüm.Sonra  mən  təsadüfən  orta  məktəbə  gedib,Habil 
müəllimlə  söhbət  etdim.Yaxşı  ki,bunu  etmişəm.Habil  müəllim    bu 
işdə  mənə  özüdə  bilmədən  çox  böyük  köməklik  göstərdi.Yəqin 
Habil  müəllimi  tanıyırsız?-Polkovnik  soruşdu.  Müstəntiq:-Bəli 
tanıyırıq.Bələdiyyənin  sədri  Qabil  Fərəcovun  qardaşıdı.Allahyarın 
əmisidi.Dayanmayın  davam  edin.Hər  şeyi  ardıcıllıqla  necə 
araşdırmısınızsa  bizim  heçnədən  xəbərimiz  olmayıb.Davam  edin. 


175
 
 
Polkovnik  yenidən davam etmək üçün sözə başladı. 
 
 
 
 
 
 
 
Habil  müəllimin  bu  il 
Seyidəli 
adında 
bir 
oğlu 
beyn 
xərçəngindən 
dünyasını 
dəyişmişdi.Onun  oğlunun  dəfninə  nə  Qabil  Fərəcovun  özü,nə  də 
onun  oğlu  Allahyar  gəlmişdir.Bunu  mənə  Habil  müəllimin  özü 
dedi.Onda mənə bir şey şübhəli gəldi.Eşitdiyimə görə İlhamın ölüm 
xəbərini  eşidəndən  sonra  Qabil  Fərəcov  başsağlığı  üçün  Usta 
Səfərin qapısınacan gedib. Allahyar isə İlhamın ölümündən sonra o 
qapıdan  əl  çəkmir.Nə  iş  oldu  kömək  edir.Elə  Fərəcovun  özü  də  
əlindən gələn köməyi Usta Səfərdən əsirgəməyib.Bu necə ola  bilər 
ki,doğma qardaşının yeganə övladı ölə,amma sən onun qapısını belə 
açmayasan,ona 
dəstək 
olub,kömək 
etmiyəsən,başsağlığı 
vermiyəsən.Yad 
birinin 
qapısınacan 
gedib,ona 
köməklik 
göstərəsən.Əgər elə ürəyi yumşaqsansa birinci elə doğma qardaşına 
kömək  elədə.Allahyar  əmisioğlu  öləndə  Habil  müəllimin  qapısına 
belə  ayağını  atmayıb.İndi  isə  Usta  Səfərin    qapısında  canfəşanlıq 
edir.Demək,burda başqa məsələ var.Hətta Habil müəllim Allahyarla 
İlhamın  dostluğuna  da  inanmadı.Onun  dediyinə  görə  Allahyar 
İlham  ölən  günə  qədər  bir  dəfə  də  olsun  Usta  Səfərin  həyətinə 
girməyib.İndi  gün  hardan  çıxdı  ki,Allahyar  o  qapıdan  əl 
çəkmir.Habil  müəllimdən  onu  da  öyrəndim  ki,Qabil  Fərəcov 
kənddə  və  rayonda  bir  neçə  nəfərə  kömək  edib.Mən  Fərəcovun 
yardım etdiyi adamları kimliyini soruşdum.Məlum oldu  ki,Fərəcov 
kənddə  İsmətin  arvadı  Samirəyə,rəhmətlik  Suğra  arvadın  nəvəsi 
Minəxanıma  və  rayonda  bir  neçə  qadına  köməklik  göstərib.Mənə 
birinci  maraqlı  gəldi  ki,Fərəcov  ancaq  qadınlara  və  qızlara 
köməklik  edir,özü  də  ya  əri  öləndən  sonra tək  qalmış  qadına,ya  da 
boşanmışlara,ya  da  ki  atılmış  qızlara.Sonra  Habil  müəllimdən 
Allahyar haqqında bir-neçə söz soruşdum.Öyrəndim ki,Allahyar bir 
müddət  Usta  Səfərin  qonşuluğundakı  Səyyadın  qızıyla  bir-birini 
istiyiblər.Daha  sonra  hansısa  səbəbdən  Səyyad  kənddən  köçüb 


176
 
 
getmişdi.Qızını  isə  özüylə  aparmışdır.Mən  Fərəcovun  köməklik 
göstərdiyi  o  qadınların  və  qızların  adını  öyrəndim.Şəkillərini  çətin 
də olsa əldə etdikdən sonra onları Bakıya yolladım.Bakıdakı dostum 
Kazım Qafarlıdan xahiş etdim ki,bu qadınların orada nə işlə məşğul 
olduqlarını  öyrənib  mənə  bildirsin.Eyni  zamanda  Qabil  Fərəcovun 
Bakıda  nə  işlə  məşğul  olduğunu  öyrənməyi  də  Qafarlıdan  xahiş 
etmişdim.Üstündən  bir  müddət keçdikdən sonra  Qafarlı  mənə zəng 
vurub  öyrəndiklərini  dedi.Məlum  oldu  ki,İsmətin  arvadı  Samirənin 
adı dəyişdirilərək Dubaya satılmışdır.İndiyənə qədər də ondan xəbər 
yoxdur.Minəxanımı  isə  barda  tapıblar.Fərəcov  görünür,onlara 
köməyi  belə edirmiş. 
 
 
 
 
 
     
-Alçaq!Mənim  bələdiyyəmə  bax!-Müstəntiq  əlin  stola  vuraraq 
dedi.Onun  sözünə  qüvvət  olaraq,Qarayev  də  fikrini  bildirdi.            –
Mənim  elə  əvvəldən  ondan  gözüm  su  içmirdi.Əclaflığa  bax!    -Siz 
davam 
edin 
Polkovnik!-Əlizadə 
polkovnikə 
baxıb 
dedi.     
Polkovnik:   
 
 
 
 
 
 
 
 -Qabil  Fərəcovun  gördüyü  bütün  işləri  araşdırandan  sonra 
ortaya  bir  çox  faktlar  çıxdı.Habil  müəllimlə  etdiyim  söhbətdən 
sonra artıq məndə şübhə yaranmışdı ki,Fərəcovun İlhamın ölümüylə 
nəsə  əlaqəsi  var.Məhkəmə  tibb  ekspertizasının  əsas  nümayəndəsi 
olan Səlim Cəfərzadə məhz Fərəcovun tapşırığı ilə müayinənin bəzi 
faktlarını  Usta  Səfərdən  və  bütün  Rayon  prokurorluğundan 
gizlətmişdi.Deməli,Qabil  Fərəcovun  məqsədi  o  olub  ki,İlhamın 
müəmmalı ölümünü intihar adıyla tezliklə bağlayıb,yenidən Bakıya 
qayıdaraq  öz  çirkin  əməlləriylə  məşğul  olsun.Fərəcovun  bu  ölüm 
işinin  intihar  olmasını  sübut  etmək  üçün  dəridən-qabıqdan  çıxması 
aydın  şəkildə  görsədir  ki,onun  bu  işlə  birbaşa  əlaqəsi  var  və 
o,kimisə qorumaq üçün bu işə baş qoşub.Qabil Fərəcov özü qatil ola 
bilməz,çünki  fevralın  23-də  o,burda  olmuyub,Bakıda  olub.Həm  də 
ki,həmişə  səliqəli  kostyumda,qalstuq  taxmış”Bələdiyyə  sədri”nin 
kimisə  gecə  saat  23:00-da  körpü    üstünə  çağırıb,sonradan  onunla 


177
 
 
dalaşaraq  körpüdən  kanala  tullaması  biraz  məntiqə  uyğun 
deyil.Onda  belə  çıxırdı  ki,yaİlhamı  öldürmək  üçün  Fərəcov  adam 
tutub, ya da qatil kimdirsə ona  yaxın  birisidi  və o da onu qorumaq 
üçün intihara meylli fikirləri sübüta yetirməyə çalışıb,təbiiki bu işdə 
ona  Məhkəmə  tibb  ekspertizasını  əsas  nümüyəndəsi  Səlim  
Cəfərzadə köməklik göstərib.Mən Fərəcovun İlhamı öldürmək üçün 
adam  tutduğuna  inanmadığıma  görə,daha  çox  qatilin  Fərəcova 
yaxın  birisinin olması  fikrinin üstündə qalırdım.Bir  maraqlı  məsələ 
də  vardır  ki,rayon  yerində  “Bələdiyyə  sədri”vəsifəsi  o  qədər  də 
yüksək  vəsifə  deyil.Səlim  Cəfərzadə  də  heç  də  balaca  adam 
deyildi.Amma  olanlar  Səlim  Cəfərzadənin  Fərəcovun  əlaltısı 
olduğunu  gəstərir.  Demək,Cəfərzadənin  özünün  də  bu  işlərdə  əli 
olub.Ona  görə o  hər  həmlədə  İlhamın  intihar  etməsi  faktını  sübuta 
yetirməyə  çalışıb.Əgər  Leytenant  Qarayev  olmasaydı,Cəfərzadə 
böyük  ehtimal  ki,bunu  edəcəkdi.Qarayev  cəld  tərpənib  və 
Cəfərzadənin  gizlətdiyi  faktı  üzə  çıxarıb.Daha  sonra  Şamxal 
Əsədovun  ölüm  xəbərini  eşitdim.Dəyirmanda  ilkin  təhqiqatı 
Qarayevlə  mən  apardım.Əvvəlcə  dəyirmanın  içini,daha  sonra 
Şamxalın 
otağını 
gözdən 
keçirtdim.Eyvazla 
söhbət 
etdim.Allahyarın  ifadəsini  aldım.  Həmin  təhqiqat  və  söhbətlərdn 
sonra  mənim  şübhələrim  özünü  doğrultdu.Mən  artıq  qatili 
tapmışdım.Qatil doğurdan da Qabil Fərəcovun yaxını imiş    -Kim?-
Əlizadə cəld soruşdu. 
 
 
 
 
     -O 
alçaq kimdi?-Əlizadənin ardınca Qarayev dilləndi.   
                          
Polkovnik:                                                                                                
-Şübhə  altında  əsasən  üç  nəfər  vardı..Eyvaz  Dadaşov.Şamxal  
Əsədov  və  Allahyar  Fərəcov.Amma  mən  daha  çox  Allahyar 
Fərəcovdan  şübhələnirdim.Lakin  Allahyar  Fərəcov  birinci  ifadə 
zamanı demişdi ki,fevralın 23-də gecə saat 23:00-da öz evində olub. 
Şamxal Əsədovun da onunla olmasını demişdi.Şamxal özü də ifadə 
zamanı Allahyarın dediklərini təsdiq etdi.Allahyar mənimlə danışan 


178
 
 
zaman  özünü  çox  sərbəst  aparırdı.Daha  doğrusu  çalışırdı..Amma 
Şamxalın  ifadə zamanı qorxması  və həyəcanlanması onu göstərirdi 
ki,o,nəyisə  bilir,deməyə  qorxur.Mən  Şamxalla  görüşəndə  onun 
dodağında  yara  izi  vardı.Yara  onu  göstərirdi  ki,ya  o,nədənsə  bərk 
qorxub,ya  da  kiminləsə  bərk  davası  olub.O,mənə  dedi  ki,bir  gün 
əvvəl  dəyirmandan  çıxanda  qorxub.Amma  bu  heç  də  inandırıcı 
deyildi.Çünki onun dodağındakı yara bir günün yarasına bənzəmirdi 
.Şamxalın  ölümündən  sonra  mən  yenidən  Allahyar  Fərəcovdan 
şübhələndim.Allahyar Şamxalı məcbur etmişdi ki,polisə yalan ifadə 
verərək,fevralın 23-də onun evində olduğunu desin.Onların hər ikisi 
ifadə zamanı dedilər ki,fevralın 23-də Allahyargildə olublar.Əslində 
isə 
fevralın 
23-də 
onların 
heç 
biri 
Fərəcovun 
evində 
olmayıblar.Onlar  həmin  gecə  doğurdan  da  bir  yerdə  olublar,ancaq 
tamam başqa yerdə.Artıq mən qəti olaraq bilirdim ki,fevralın 23-də 
İlham  Quluyevi  Qarabağ  kanalına  tullayan  və  Şamxal  əsədovu 
köhnə 
dəyirmanda 
öldürən 
Allahyar 
Fərəcov 
olmuşdur                     
-Polkovnik,bəs  siz  hardan  bildiniz  ki,Şamxal  Əsədov  intihar 
etmiyib.?-Əlizadə rahat şəkildə soruşdu.Çünki artıq qatilin kimliyini 
bilirdi.                                                                                                  
Polkovnik:                                                                                                 
-Birincisi  dəyirmanın  qapısına  asılan  qıfıldan  şübhələndim.Biz 
Qarayevlə  birlikdə  dəyirmana  daxil  olanda  açarlar  həmin  qıfılın 
üstündə  qalmışdı.Bu  da  onu  göstərirdi  ki,həmin  gecə  Şamxal 
dəyirmana  uzunmüddətə  gəlmiyib.Sadecə  5  dəqiqəyə  içəridən 
nəyisə  götürüb  çıxacaqmış.O,dəyirmana  tək  gəlmiyib.Allahyar  da 
onunla  imiş.Dəyirmana  Allahyar  da  Şamxalla  birlikdə  daxil 
olub.Lakin  nə  Allahyar  girdiyi  qapıdan  geri  qayıdıb,nə  Şamxal  öz 
ayağıyla dəyirmanda çıxıb.İçəridə mənim gözümə Şamxalın asıldığı 
ip  sataşdı.Cəsədin  boğaz  nahiyəsini  gözdən  keçirdəndən  sonra 
gördüm 
ki,o,bu 
iplə 
boğulmayıb.Dərinin 
sıxılma 
hissəsi 
qızarmışdı.Lakin  çoz  nazik  qızartı  izi  idi.Yuxarıdan  sallanan  ip  isə 


179
 
 
çox  qalın  idi.  Eyni  zamanda,mən  qızartıya  zərrəbinlə  baxdıqda 
sıxılaraq  qızarmış  dəridə  paslı  simin  pas  qirıntılarına  rast 
gəldim.Mən  həmin  paslı  simi  içəridə  nə  qədər  axtarsam  da  tapa 
bilmədim.Yəqin  onu  hər  ehtimala  görə  özüylə  aparmağa  qərara 
gəlib.Paslı  simi  Allahyarın  özüylə  ora  gətirməsini,ya  da  içəridən 
götürməsini  dəqiqləşdirə  bilməsəm  də  onu  dəqiq  bilirdim 
ki,Allahyar  Şamxalı  paslı  simlə  boğazından  tutaraq,boğub 
öldürmüşdür.Daha  sonra  ipi  cəsədin  boğazına  bağlayaraq  yuxarı 
qaldırıb 
və 
bacardıqca 
hər 
şeyi 
intihara 
oxşatmağa 
çalışıb.Dəyirmanda  mənim  gözümə  balaca  taxta  tabletka  stulun 
kənarda  aşaraq  qalması  sataşdı.Əgər  Şamxal  özünü  asmaq 
məqsədilə  ayağının  altına  həmin  stulu  qoymuşdusa,onda  o 
tabletkanın  aşaraq  o  qədər  kənara  getməsi  heç  ağlabatan  deyil.  
Birinci  stulun  oturacaq  hissəsi  dördkünc  fiqurunda  idi.Yer  isə 
yumşaq  və  nəm  idi.Şamxal  asılan  zaman  həmin  tabletka 
aşmalıydı.Amma  o  qədər  kənara  gedə  bilməzdi.Həmin  stulu 
Şamxalın ayağının altına  Allahyar qoyub.Çünki,onun əsas məqsədi 
hər  şeyi  intihara  bənzətmək  idi.Stulu  Şamxalın  ayağının  altına 
qoyur,sonra  isə  onu  təpiklə  vuraraq  cəsədin  ayağının  altından 
çıxardır.Lakin  stulun  normadan  artıq  kənara  düşməsini  nəzərə 
almağı  unudur.Sonra  mən  içəridə  daha  bir  izə  rast  gəldim.Bu, 
kənarda  Taxtanın  üstünə  düşmüş  iz  idi.İz  onu  göstərirdi  ki,bura 
telefona  bənzər  əşya  qoyulub  və  həmin  əşya  uzunmüddət  orda 
qaldığına  görə  o,götürüləndən  sonra  həmin  yerdə  onun  izi 
qalmışdır.Sonra mən dəqiqləşdirdim ki,həmin naməlum əşya telefon 
olub.Özü də Allahyar Fərəcovun telefonu.Qatil cinayəti törədəndən 
sonra taxta fanerkayla örtülmüş pəncərədən tullanaraq dəyirmandan 
çıxmışdır.Onun  taxta  fanerkayla  örtülmüş  pəncərədən  çıxmasını 
uzunmüddət  içəridə  dəqiqləşdirə  bilmirdim.Çünki  kənardan 
baxanda  açıq-aydın  görsənirdi  ki,həmin  fanerka  ora  mismarlarla 
bərkidilib.Lakin  pəncərənin  aşağısında  yerə  aşmış  dəmir  çəllək 


180
 
 
göstərirdi  ki,Allahyar  məhz  buradan  çıxıb.Mən  dəmir  çəlləyi 
düzəldib  üstünə  çıxdım  və  həmin  an  məlum  oldu  ki,fanerkaya 
vurulan  mismarlar  onu  heç  yerə  bərkitmir.Onların  hamısı  sadecə 
olaraq  boşluğa  vurulmuşdu.Qatilin  bunu  fikirləşib  etdiyinə 
inanmıram.                                                                                                                   
 
 
Bəlkə  də  o,hər  şeyi  əvvəlcədən  planlaşdırıbmış.Amma  bir  şeyi 
dəqiq  bilirəm  ki,Allahyar  həmin  gün  dəyirmana  gəlməyində  əsas 
məqsəd  Şamxalı  öldürmək  olub.O,dəyirmanın  qapısını  içəridən 
bağlayır və pəncərədən aşağı tullanaraq oradan uzaqlaşır.Pəncərədn 
tullanan  zaman  çökəkliyi  dərin  olan  ayaq  izini  torpağa  salır.Hətta 
dərin  çökəkliyi  olan  ayaqqabı  izinin  içində  bir-iki  dənə  buğda 
dənəsi  də  vardır.Bu  buğda  dənələri  Allahyarın  ayaqqabısının  altına 
o,içəridə  olanda  yapışıb.Buğdalar  sonradan  mənə  çox  kömək  etdi. 
Sonradan  sizin  dediyinizə  görə  Şamxalın  telefonu  cibindən 
aşkarlanaraq götürülmüşdür.Allahyar  həmin günü qəsdən Şamxalın 
telefonunu  özüylə  aparmamışdır.Bunun  səbəbini  mən  sonradan 
anladım.Birazdan  bu  haqda  danışacam.İndi  isə  Şamxalın  evində 
nədən  şübhələndiyimi  sizə  danışmaq  istəyirəm.Birinci  ondan 
şübhələndim  ki,Allahyar  Şamxalın  ölüm  xəbərini  dəqiqləşdirmək 
üçün  onun  yaşadığı  evin  qapısını  açırsa,onda  məntiqlə  yanaşdıqda 
həmin  an  darvazanın  səsi  bərkdən  çıxmalıdır.Lakin  qonşunun 
dediyinə görə o,heç bir səs eşitmiyib.Heç eşidə də bilməzdi.Çünki, 
Allahyar  həmin  darvazanı  qaça-qaça  gələrək  açıb,içəri  daxil 
olmamışdı.Əksinə,o,darvazanı  çox  ehtiyyatla  açaraq  içəri  daxil 
olmuşdu.Bunu  ona  görə  etmişdi  ki,səs  çıxarmasın.Onun  ifadəsinə 
görə  o,evə  bircə  dəfə  daxil  olub,xəbəri  dəqiqləşdirib  və  oradan 
çıxaraq  dəyirmana  qaçıb.Allahyarın  verdiyi  bu  ifadə  ağ  yalandan 
başqa  bir  şey  deyildi.Əslində  Allahyar  o  evdə  Şamxalın  nənəsiylə 
etdiyi  söhbətdən  əvvəl  artıq  bir  dəfə  olmuşdu.Allahyar  Şamxalın 


181
 
 
nənəsiylə  rastlaşanda  o,artıq  ikinci  dəfə  idi  o  evə  daxil 
olmuşdu.Birinci  dəfə  evə  daxil  olanda  Şamxalın  nənəsi  yatılı 
olduğundan  bunu  bilmir,Allahyar  yavaş-yavaş  addımlayaraq 
Şamxalın  otağına  daxil  olur.Otaqda  Şamxalın  dəftərini  tapır  və 
onun son vərəqinə yazılmış məktubu cırıb götürür.Bu vaxt görür ki,  
dəftərin  birinci  vərəqi  də  qopmaq  üzrədir.Şübhə  qalmasın  deyə 
həmin vərəqi də qopardır.Mən bunu həmin dəftərin sayından bildim 
.Bir  də  mən  birinci  dəfə  Şamxalla  o  otaqda  görüşəndə 
o,ehtiyyatsızlıq  edib,dəftəri  yerə  salmışdı.Mən  dəftərin  birinci 
vərəqini görmüşdüm.Orada cümlənin “Tənhalıq mənim dostumdur” 
ifadəsi  ilə  başladığı  mənim  yadımda  qalmışdı.Amma  bu  səfər 
dəftəri  gözdən  keçirəndə  gördüm  ki,birinci  vərəq  yerində 
deyil.Çünki,həmin  səhifəni  Allahyar  özüylə  aparmışdır.Həmin 
otaqda mən daha bir şübhəli  məqamla rastlaşdım.Bu,yarımçıq ayaq 
izləri    idi.Yəni,qatil  içəridə  ayaqqabısının  burnuyla  hərəkət  edərək 
səs  çıxarmamağa  çalışırmış.Lakin  bu  zaman    Allahyarın  bütün 
bədən ağrlığı ayaq pəcələrinin üzərinə düşdüyünə görə ayaqqabının 
burun  hissəsi  döşəməyə  bərk  sıxılaraq  orada  iz  qoymuşdur.O,bunu 
Şamxalın  nənəsininin  yuxudan  oyanmaması  üçün  edib.Qatilin  ən 
böyük səhvi pilləkanlarla yuxarı qalxdığı vaxt buraxdığı səhv olub. 
Mən  evin  qapısının  ağzındakı  dördpilləli  daş  pilləkanın  ikinci 
pilləsində    ayaqqabı  altından  qopan  yaş  torpaq  parçasına  rast 
gəldim.Bu  balaca  palçıq  məhz  Allahyarın  ayaqqabısının  altından 
çıxmışdı.O,pilləkanı ikinci dəfə yalandan qaçaraq çıxmaq istəyəndə 
nəm  torpaq  parçası  onun  ayaqqabısından  qoparaq  daşın  tininə 
ilişmişdi.Bu  nəm  torpağın  tərkibində  buğda  dənəsi  vardı.Bir  neçə 
buğda  dənəsi.Deməli  bu  onu  görsədir  ki,Allahyar  Şamxalın  evinə 
gəlməmişdən qabaq dəyirmanda olub.Özünün deməyinə görə isə o, 
xəbəri Teymurdan eşidib və birbaşa Şamxalın evinə gəlib.Bəs onda 
onun  ayaqqabısının  altında  səhər-səhər  nəyə  görə  buğda  dənələri 
olmalıdır?Deməli,həmin  gecə  Allahyar  dəyirmanda  olub.O,ifadə 


182
 
 
zamanı  mənə  bildirdi  ki,cəmi  bir  dəfə  evə  daxil  olub  və  çıxıb.Mən 
onunla  söhbət  etdiyim  zaman  onun  ayaqqabıları  diqqətimi  cəlb 
etdi.Tapdığım  bütün  ayaq  izləri  bu  ayaqqabıya  uyğun  gəlirdi.Bu 
ayaqqabıya uyğun gələn ayaq izləri pilləkanda vardı və onların sayı 
onu  görsədirdi  ki,Allahyar  o  evə  bir  dəfə  yox,iki  dəfə  daxil 
olub.Bunlardan  əlavə  onunla  söhbət  etdiyim  zaman  onun  mobil 
telefonuna zəng gələndə mən onun telefonunu gördüm və bildim ki, 
dəyirmandakı  telefon  izi  məhz  Allahyarın  işlətdiyi  telefonun 
uzunluğuna  və  eninə  tam  uyğundur.Allahyar  bizim  Eyvaz 
Dadaşovdan  şübhələndiyimizi  çox  gözəl  bilirdi  və  bundan  da 
istifadə 
etməklə 
təhlükəni 
özündən 
tam 
uzaqlaşdırmaq 
istəyib.Dadaşovun  dediyinə  görə  o,telefonunu  itirib.Əslində  isə 
itirməyib.Telefonu  müəmmalı  şəkildə  yoxa  çıxıb.Daha  doğrusu 
Allahyar  oğurlayıb.Eyvaz  isə  elə  bilib  ki,telefonunu  itirib.Telefon 
bir  müddət  sönlü  qalıb.Eyvazın  telefonundan  gecə  saat  2-də 
Şamxala  zəng  gəlib.Amma  zəng  vuran  Eyvaz  olmayıb.Allahyar 
olub.Allahyar  hər  şeyi  əvvəlcədən  planlaşdırıb.Qətldən  bir  gün 
əvvəl  Allahyar  dəyirmana-Şamxalın  yanına  gedib.Bir  az  keçəndən 
sonra  Allahyar  qəsdən  öz  sönmüş  telefonunu  içəridəki  taxtanın 
üstünə  qoyur.Telefonun  orda  qaldığını  Şamxal  görmür.Səhərisi 
günü gecə saat ikidə Allahyar Eyvazdan oğurladığı telefonu açır və 
Şamxala  zəng  vurur.Şamxal  da  telefonu  açanda  Allahyar  ona 
bildirir  ki,dünən  telefonu  dəyirmanda  unudub.Mümkündürsə  indi 
gedib götürmələrini ondan xahış edir.Şamxal  isə ona bildirir ki,çox 
gecdi,tezdən  götürməyi  məsləhət  görür.Amma  Allahyar  əl 
çəkmir.Telefonuna  vacib  zəng  gələcəyini  bəhanə  edərək,Şamxalı 
yola gətirir.Onlar birlikdə dəyirmana gedirlər.Qıfılı açan Şamxal tez 
qayıdacaqlarını  düşünüb  açarı  heç  qıfıldan  çıxarmır.Amma  yazıq 
bilmirdi  ki,o,içəridən  nə  tez  qayıdacaq,nə  də  gec.Ümumiyyətlə 
o,qayıtmayacaq.İçəri girən kimi  Allahyar qəfildən Şamxalın üstünə 
atılaraq  onu  paslı  simlə  boğmağa  başlayır.Qatil  boyca  Şamxaldan 


183
 
 
hündür,çəkicə  ağır,qol  baxımından  daha  qüvvətli  olduğuna  görə 
Şamxal  ona  müqavimət  göstərə  bilmiyib  və  Allahyarın  əlində 
boğularaq  ölür.Sonra  isə  danışdıqlarımı  edərək  oradan  uzaqlaşır.O, 
Şamxalın  telefonunu  qəsdən  onun  cibindən  götürmür.Düşünür 
ki,birdən sübut olunar ki,Şamxal intihar etmiyib.Qoy onda da şübhə 
altına  Eyvaz  Dadaşov  alınsın.Çünki  sonuncu  zəng  ona  Dadaşovun 
telefonundan  gəlib.Bundan  əlavə  Allahyar  Şamxalın  otağında 
dəftəri  də  qəsdən  məhv  etməmişdi  ki,çünki  o  dəftərdə  yazılanlar 
sübut  edirdi  ki,Şamxal  İlhamın  gələcək  nışanlısını  dəli  kimi 
sevirmiş.Yəqin  elə  İlhamı  da  Şamxal  öldürüb.Ona  görə  öldürüb 
ki,qızı rahatlıqla  ələ keçirsin.Lakin İlhamı öldürəndən sonra vicdan 
əzabı  çəkib  və  bu  əzabdan  qurtulmaq  üçün  özünü  asıb.Allahyar  o 
qədər  də  ağılsız  deyilmiş.Yəqin  bütün  bunları  atasından 
öyrənib.Mən  onunla  ilk  dəfə  rastlaşanda  hiss  etdim  ki,bu  insan 
ancaq  xarici  görünüşcə  insandır.Daxili  isə  murdar  iblisdi.                           
Əlizadə:  
 
 
 
 
 
 
 
     
-Polkovnik,Allahyar  nəyə  görə  İlhamı  və  Şamxalı  öldürüb?Axı 
burda bir səbəb olmalıdır.   
 
 
 
 
    
Palkovnik Cəbiyev:  
 
 
 
 
 
     
-Haqlısınız  Cənab  Müstəntiq.Səbəbsiz  heçnə  olmur.Allahyar  Usta 
Səfərin qonşuluğundakı Səyyadın qızı ilə bir-birlərini “sevirmişlər” 
Qız  isə  uşaqlıqdan  İlhamla  bir  yerdə  böyümüşdülər.İlham  onu  öz 
balaca bacısı kimi çox  istəyirdi.İlhama həmişə  “qardaşım” deyərdi. 
Allahyar  atasının  “qadın  alveri”ilə  məşğul  olduğunu  çox  gözəl 
bilirdi.Qabil  Fərəcovun  Bakıda  hansısa  bir  şirkətlə  iş  birliyi 
qurduğu haqqında eşitmisiz.Amma o şirkətin əslində necə bir şirkət 
olduğunu  bu  rayonda  heç  kəs  bilmir.Mən  Bakıdakı  dostum 
Qafarlının vasitəsilə öyrəndim ki,Qabil Fərəcov neçə illərdir ki,gizli 
şəkildə”qadın  alveri”  ilə  məşğuldur.Bunu  rayonda  heç  kəs 
bilmirmiş.Daha  sonra  Allahyarın  səhvi  ucbatından  İlham  bunu 
öyrənir.Allahyar  Səyyadın  qızına  heç  vaxt  ciddi  münasibət 


184
 
 
bəsləməyib.Sadecə  bu  qızın  cazibədarlığı  onu  dəli  edirmiş.O,qızla 
yatmaq üçün elə bir ümid qalmır ki,qıza verməsin.Yazıq qız isə onu 
həqiqətən  sevirmiş  və  inanırmış.Allahyar  neçə  dəfə  həmin  qızla 
cinsi  əlaqədə  olmağa  cəhd  etsə  də,qız  buna  razı  olmur.Nəhayət  bir 
gün  qız  evdə  tək  olanda  Allahyar  Səyyadın  evinə  gəlir.Söhbət 
əsnasında  qıza  bildirir  ki,onunla  yatmaq  istiyir.Qız  isə  həmişəki 
kimi  Allahyara  etiraz  edir.Allahyar  bundan  çox  əsəbləşir  və  qızı 
məcbur  soyundurur  və  öz  qadını  edir.Bakirəliyini  itirmiş  qız 
dəfələrlə  Allahyardan  xahiş  edir    ki,onunla  evlənsin.Amma 
Allahyarın  onunla  evlənmək  fikri  olmur.Məcbur  olub  hər  şeyi 
atasına  danışır.Oğlunun  etdiyi  hərəkət  Fərəcovu  hiddətləndirsə  də 
ona heçnə etmir.Bir gün o qız  yenə evdə tək olanda Allahyar onun 
yanına  gəlir  və  qıza  bildirir  ki,tezliklə  onunla  evlənəcək.Eşitdiyi 
sözlərdən çox sevinən qız özünü unudaraq yenidən Allahyara təslim 
olur.Sonra  Allahyarın  telefonuna  zəng  gəlir.Zəng  vuran  onun  atası 
Fərəcov olur.Danışmaq üçün  mətbəxtə keçən  Allahyar İlhamın evə 
necə  daxil  olduğunu  görmür.İlham  isə  özü  də  bilmədən  Allahyarın 
atasıyla telefon danışığını eşidir.Allahyarın aşağı tonla dediyi sözlər 
İlhamı  dəhşətə  gətirir.Allahyarın  atasıyla  söhbətindən  məlum  olur 
ki,Allahyar Qabil Fərəcovun tapşırığı ilə o qıza onunla evlənəcəyini 
deyir.Məqsədləri  isə  bu  olub  ki,Allahyar  o  qızla  evlənib  Bakıya 
köçəcək və bir  müddətdən sonra xaricilərə satacaqlar.İlham  bunları 
eşidəndə  özünü  saxlaya  bilmiyib  mətbəxtə  keçərək  Allahyarı 
yumruqla  vurur.Bərk  davaları  olur.Allahyar  böyük  səhv  etdiyini 
bilir.Atasının  gizli  işlərinin  üstünü  açacağından  qorxur.İlhamdan 
xahiş  edir  ki,bunu  kimsənin  yanında  deməsin.O  vaxtdan  sonra 
Allahyar  elə  hər  yerdə  bir  həmlə  gəzirdi  ki,İlhamı  öldürsün.İlham 
isə  Allahyara  bildirmişdi  ki,əgər  bu  qıza  bir  də  yaxınlaşsa  hər  şeyi 
polisə  xəbər  verəcək.Daha  sonra  işə  Qabil  Fərəcov  qarışır.Səyyada 
zəng vurub onu hədələyir və kənddən çıxıb getməsini tələb edir.Bir 
müddətdən sonra Səyyad evini də sataraq kənddən köçür.O vaxtdan 


185
 
 
ondan  heç  bir  xəbər  yox  imiş.Kənddə İlhamla Allahyarın  bir  yerdə 
gəzdiyinə  görə  onları  bir-birinə  dost  hesab  edirmişlər.Əslində  isə 
İlhamın  həmişə  Allahyardan  zəhləsi  gedib.Allahyar  qəsdən  onun 
yanından  əl  çəkmirdi.Hər  dəfə  də  ona  tapşırırdı  ki,ağzını  möhkəm 
saxlasın.Amma  içindəki qorxu hissi onu günü-gündən  məhv edirdi. 
Əgər  bu  xəbəri  kiməsə  desəydi  onda  Fərəcov  oğlu  olmasına 
baxmayaraq  Allahyarın  dərisini  soyardı.Daha  sonra  Şamxalın 
İlhamın  nişanlısını  dəlicəsinə  sevdiyini  öyrəndi  və  bundan  istifadə 
etməyə  çalışırdı.Şamxalı  həmişə  bu  məsələdə  sancırdı  .İstiyirdi 
Şamxal  İlhamı  özünə  düşmən  bilsin.Məqsədi  isə  İlhamı  Şamxalın 
əliylə öldürmək idi.Bunu bir-iki dəfə sözgəlişi Şamxala bildirmişdi. 
Amma Şamxal  həmişə deyirdi ki,”İlhamı  düşmən gözündə görmür, 
sadecə  bir  bəladı  başıma  gəlib.Mən  onun  nişanlısını  sevsəm  də 
ömrümün  axrına  kimi  susacam.Şamxalın  belə  danışığı  Allahyarı 
həmişə acıqlandırırdı.Bir  müddətdən sonra Allahyar Şamxaldan bir 
hərəkət  görməyərək  özü  hərəkətə  keçir.Fevralın  23-də  gecə  saat 
22:30-da  İlhama  zəng  vuraraq  onu  Qarabağ  kanalının  üstündəki 
körpünün  yanına  çağırır  və  təcili  işi  olduğunu  deyir.Daha  sonra 
Allahyar  sonradan  onu  ələ  verəcək  bir  işi  görür.İlhamdan  sonra 
Şamxala  zəng  vurur.Mən  Qarayevdən  xahiş  etmişdim  ki,Şamxalın 
telefonunu  mənimçün  əldə  etsin.Allahyar  o  telefonu  Şamxalın 
cibində  saxlamaqla  bütün  şübhələri  Eyvazın  üstünə  yönəltmək 
istiyirdi.Amma  onun  ağlına  gəlməmişdi  ki,Cəbiyev  həmin  telefona 
fevralın 23-də gecə saat 22:30-da kimin zəng etdiyini öyrənə  bilər. 
Mən  o  telefonu  Qarayevdən  məhz  o  məqsədlə  almaq  istiyirdim 
ki,görüm  fevralın 23-də gecə Şamxala kimdən zəng gəlib.Telefonu 
yoxlatdırandan sonra  məlum oldu ki,fevralın 23-də gecə saat 22:30 
radələrində Şamxalın telefonuna Allahyarın nömrəsindən zəng gəlib 
və  onlar  üç  dəqiqəyə  yaxın  telefonla  danışıblar.Allahyar  isə  öz 
ifadəsində  bildirmişdi  ki,bütün  gecəni  Şamxalla  birlikdə  öz  evində 
olub.Bir  evdə  ola-ola  bunlar  telefonla  niyə  danışsınlar  ki?  Demək 


186
 
 
belə çıxır ki,həmin gecə nə Allahyar evdə olub,nə də Şamxal.Onlar 
sadəcə  bir-birlərini  qorumaq  üçün  yalan  ifadə  veriblər.Fevralın  23-
də gecə saat 22:45 radələrində Allahyar,İlham və Şamxal körpünün 
üstündə  görüşüblər.Söhbət  əsnasında  Allahyar  İlhama  Şamxalın 
onun  nişanlısını  istəməyini  deyib.Hələ  bildirib  ki,onun  nişanlısının 
şəkli Şamxalın otağını  bəziyir.Məsələni daha da dramatikləşdirmək 
üçün  Allahyar  özündən  bir  neçə  şey  də  uydurur.Eşitdiyi  xəbərdən 
çox  əsəbləşən  İlham  Şamxalın  yaxasından  yapışaraq  hər  şeyin 
doğru  olub-olmadığını  ondan  soruşur.Şamxal  isə  məcbur  olub  hər 
şeyi  etiraf  edir.İlham  Şamxalı  yerə  yıxır.Bərk  davaları  olur.Şamxal 
İlhamın  altından  birtəhər  çıxıb  ayağa  qalxır.Lakin  İlham  onun 
üstünə 
yenidən 
atılaraq 
Şamxalı 
körpünün 
dəmirlərinə 
çırpır.Allahyar  istəyir  ki,  Şamxal  onu  körpüdən  aşağı  atsın,ya  da 
əksinə İlham onu.Allahyarın məqsədi o olur ki,nə yolla olursa olsun 
bu  gecə  İlhamdan  canını  qurtarsın.O,artıq  qərarını  vermişdi.İlham 
bu gecə ya torpaq altına,ya da dörd divar arasına getməli idi.Şamxal 
dava  zamanı  ancaq  özünü  qorumaqla  məşğul  olub.Axırda  Allahyar 
görür  ki,Şamxal  İlhama  heç  nə  edə  bilməyəcək  və  hər  şeyi  özü 
etmək  qərarına  gəlir.Yerdən  əlinin  içi  boyda  daş  parçasını 
götürür.Yaxınlaşıb  İlhamın  başının  arxasından  qüvvətli  zərbə  ilə 
vurur.Aldığı  zərbənin  təsirindən  İlham  müvazinətini  itirir  və 
körpüdən  birbaş  suya  yıxılır.Axın  çox  güclü  olduğundan  və  gecə 
zülmətindən  İlhamı  suya  yıxılandan  sonra  görmək  mümkün 
olmur.Baş  vermiş  hadisənin  təsirindən  Şamxal  özünə  gələ 
bilmir,hər  şeyin  həqiqət  olduğuna  inanmır.Allahyar  isə  ağır-ağır 
nəfəs  alaraq  kənarda  dayanmışdı.Həmin  gecə  İlhamın  son  gecəsi 
olur.Səhər  saat  7:45-ə  kimi,yəni  Çoban  Əhmədalı  onu  tapana  kimi 
İlhamın  cəsədi  bütün  gecəni  buz  kimi  suda  qalır.Allahyar  Şamxala 
bildirir  ki,guya  o  qorxub  ki,İlham  Şamxalı  suya  atar.Aralaşdırmaq 
istəyib,nəticədə  İlhamı  öldürüb.O,özünü  elə  aparıb  ki,guya  bu 
hadisədə  qurbandı.Həmin    günün  axşamı  Allahyar  olanları  atasına 


187
 
 
bildirir.Atası Fərəcov da elə gecə ikən öz əlaltısı Səlim Cəfərzadəyə 
zəng vurur.Daha sonra özü də kəndə gələrək hər şeyə nəzarət etmək 
istəyib.Sən  demə  Cəfərzadə  özü  də  Fərəcovla  birlikdə  “qadın 
alver”i ilə məşğul olurmuş.Hadisədən sonra Şamxal günlərlə özünə 
gələ  bilmiyib.Nəhayət  hər  şeyi  məktuba  yazaraq  polisə  verməyi 
qərara  alır.Məktubu  isə  həmin  gündəliyin  arxasına  yazır.Son 
vərəqinə.Son  vərəqinə  yazmaqla  artıq  hər  şeyin  sona  yetdiyini 
bildirmək  istəyirmiş.Amma Şamxal  bu  məktub haqqında  Allahyara 
deməklə  öz  ölüm  kağızına  qol  atmış  olur.Allahyar  Şamxalı 
susdurmağa  məcbur  olur.Şamxalı  öldürəndən  sonra  Allahyar  onun 
otağından o məktubu tapır və özüylə apararaq məhv edir.İndi qaldı 
Eyvazın  məsələsi.Eyvaz  Dadaşovun  bu  məsələdə  heç  bir  günahı 
yoxdur.Eyvaz  fevralın  23-də  doğurdan  da  siqaret  almaq  üçün 
marketə gedir.Amma  marketdən çıxandan sonra evə qayıtmır,nə də 
bir  yerdə  gəzmir.O,birbaşa  Usta  Səfərin  bağına  gedir.Eyvaz  və 
Səyidə  bir-birlərini  sevirmişlər.Fevralın  23-də  İlham  evə  qayıdan 
zaman,yəni  saat  22:30-da  Səyidə  öz  otağında  olmuyub.O,həmin 
vaxt    bağda  Eyvazla  söhbət  edirmiş.Səyidə  pəncərədən  tullanan 
zaman yerə ayaq izləri düşmüşdür.İlhamla Eyvazın davası da məhz 
bu  məsələ üstündə düşüb.Davadan  sonra Eyvaz ona deyib ki,”Mən 
bu məsələni belə qoymayacam”.Eyvaz belə deməklə İlhama bildirib 
ki,sizin qapıya elçi yolluyacam.Lakin bir müddətdən sonra Eyvazın 
atası  Usta  Səfərə  baş  sağlığı  vermək  üçün  o  qapıya  gedir.Mənim 
deyəcəklərim bu qədər Cənab Müstəntiq   
 
       
Əlizadə: 
 
 
 
 
 
 
                 
-Cənab  Polkovnik,  bu  işdə  bizə  etdiyiniz  köməkliyə  görə  bütün 
bölməmiz  adından  sizə  dərin  təşəkkürümü  bildirirəm.Doğrudan 
da,böyük  əziyyət  çəkməli  olmusunuz.Belə  dolaşıq  cinayət  işini 
açmaq  bizim  üçün  çox  çətin  olacaqdı.  Sizə  söz  verirəm  bu  işdə  əli 
olanların 
hamısı 
ədalət 
məhkəməsində 
cavab 
verəcək.                   
Polkovnik:   
 
 
 
 
 
-Mən buna 


188
 
 
heç şübhə etmirəm Cənab Müstəntiq!    
 
 Qarayev: 
 
 
 
 
 
 
 
     -Mən də bacım 
və  eyni  zamanda  Usta  Səfərin  ailəsi  adından  sizə  öz  təşəkkürümü 
bildirirəm.Sağolun  ki,mənim  sözümü  yerə  salmadınız.İndi  mən 
bilirəm  o  alçaqların  başına  nə  oyun  gətirəcəm.Fərəcovların  bu 
kənddən ayağını kəsməyi sizə söz verirəm . 
 
 
 
 
 
 
   Polkovnik:   
 
 
 
 
 
 
      -Mən  sadəcə  olaraq  həqiqəti  üzə 
çıxartdım.Ola  bilsin  ki,siz  Cəfərzadə,Allahyar  və  Fərəcov  kimi 
insanları ilk dəfədir ki,görürsüz.Mən isə xəfiyyə olduğum müddətdə 
o  qədər  Cəfərzadələr,o  qədər  Allahyarlar,o  qədər  Fərəcovlar 
görmüşəm  ki.Allahyar  heç  olmasa  öz  adından  çəkinib  o  işləri 
görməzdi.Onun 
adı 
“Allahyar”olmalı 
deyildi.Onun 
adı 
“İblis”,”Şeytan”,”Qatil” olmalıdır.  
 
 
 
 
 
            “Epiloq” 
 
 
       
Axşam  saat  23:00-da  qatar  stansiyadan  səs  sala-sala  yola 
düşdü.Polkovnik 
Rəsul 
Cəbiyev 
qatarın 
şüşəsindən 
çölə 
baxırdı.O,bu  yerlərdən  yenidən  uzaqlaşırdı.Bir  də  Allah  bilir  nə 
vaxt  geri  qayıdacaqdı.Bəlkə  bir  də  qayıtmıyacaqdı.Yox  bəlkə 
bacısını görmək üçün Leytenant Qarayevi  və dostu Habil  müəllimi 
görmək  üçün  qayıdardı.Hələlik  isə  getməli  idi.Tənha  qalacaqdı 
yenə.Amma  bu  onu  narahat  etmirdi.Şamxalın  gündəliyində 
oxuduğu  bir  cümlə  Cəbiyevin  diqqətini  cəlb  etmişdi.”Tənhalıq 
mənim  dostumdur”.İndi  Polkovnik  düşünürdü  ki,  bəlkə  də  Şamxal 
haqlı  imiş.Mən  indi  Bakıdakı  tənha  otağıma  daxil  olmaq  üçün 
tələsirəm.Çünki  orda  məni  dostum  gözləyir.”Tənhalıq”  adında 
dostum  gözləyir  məni.Şamxal  təmiz  insan  idi.O,həqiqətən 
sevirdi.Onun məhəbbəti saf məhəbbət idi.Ona görə o, Allahyar kimi 
iblisin  sözünə  uymadı.Allahyarın  daxilindəki  murdarlıq  Şamxalın 


189
 
 
daxilindəki  məhəbbətə qalib gələ  bilmədi.İlham  və Şamxal çox tez 
əbədiyyətə  qovuşub  bu  həyatdan  köçsələr  də  onlar  həmişə 
xatırlanacaqlar.Allahyar  isə  heç  vaxt  həyata  niyə  gəlib  niyə 
getdiyini  bilməyəcək.Şamxal  cinayət  törətmədi.Çünki  həqiqi 
məhəbbət  heç  vaxt  cinayət  törətməz.Cinayəti  törədən  pozğun 
xislətdir,ağılsız 
ehtirasdır,şəhvətdir,pula 
hərislikdir,korlanmış 
mənəviyyatdır,satılmış  ruhdur,çirkabla  dolu  bədəndir,daim  pis 
baxan 
gözlərdir,yalandır,böhtandır,ləyaqətsizlikdir,şərəfsizlikdir, 
tərbiyəsizlikdir,əxlaqsızlıqdır,murdarlıqdır,birinin  ayağının  altını 
qazmaqdır,başqasının  kədərinə  gülməkdir,satqınlıqdır,yaltaqlıqdır, 
vəhşilikdir....Polkovnik artıq bunları unutmaq istəyirdi.İndi bəlkə də 
Qabil  Fərəcov  istintaqdan  yaxasını  qurtarıb  yenidən  insanların 
mənəviyyatını  pozmaqla  məşğul  olacaq.Birdəki,təkcə  Fərəcovun 
tutulması ilə dünya təmizlənsəydi nə vardı ki.Nə isə....Sözün bitdiyi 
yer bu olsa daha yaxşıdır. 
 
 
 
 
Beyləqan – Sumqayıt 2015 
 
 
 
Avqust-noyabr  
 
 
 
 
AFORİZMLƏR 
1.Söyləmək  mümkün  olmayan  başqa  bir  şey  də  vardır,lakin  onu 
danışmaq 
üçün 
həm 
zaman,həm 
məkan,həm 
də 
dost 
lazımdır(C.Rumi) 
2.Açıqca  nifrət  etmək,yalançı  bir  tərif  etməkdən  daha  hörmətə 
layiqdir (F.Dostoyevski) 


190
 
 
3.Bütün bədbəxtliklər yoxluqdan deyil,çoxluqdan gəlir.(L.Tolstoy) 
4.Ey dostlar,candan və qəlbdən olmayan dilin söylədiyi gözəl sözlər 
zibillikdə yetişən yaşıllıq kimidir.O yaşıllıq yeməyə və qoxulamağa 
yaramır.Ey oğul,ona uzaqdan bax və keç.(C.Rumi) 
5.Əslində  insana  ən  çox  əzab  verən  şey  xəyal  qırıqlığı  deyil 
,mümkün  olduğu  halda baş vermiyən sevinclərdir.(F.Dostoyevski) 
6.”Qartal”qonduğu budağın qırılmağından heç vaxt qorxmaz,çünki, 
güvəndiyi budaq deyil,Qanadlarıdı. 
7.Ləyaqətsizlərdən  intiqam  alınmaz,çünki,onlar  “ləyaqətsiz”adını 
daşımaqla çoxdan cəzalanıblar. 
8.Yalnız  uşaqlıq  arzularının  həyata  keçməsi  xoşbəxtlik  gətirə 
bilər.(Z.Freyd) 
9.Hər şeydən öncə yaxşı insan olaq,ondan sonra xoşbəxt olarıq.(Jan 
Jak Russo) 
10.Əyyaşlığın sonu yorğunluq və səfalət,səfalətin sonu isə heçlik və 
fəlakətdir.(A.Şaiq) 
11.Ey  igid,ağıl  şəhvətin  ziddidir,kim  şəhvət  əsiridirsə,ona  ağıllı 
demə. 
12.Qəlbin  qırılması  qabırğanın  qırılmasına  bənzər,zahirən  heçnə 
bilinməz,amma hər nəfəs aldıqda acı verər.(B.Vahabzadə) 
13.Rəsm  rəssamı  necə  anlaya  bilər  ki,ona  bütün  qüdrəti  verən 
Rəssamdır(C.Rumi) 


191
 
 
14.Həqiqi məhəbbətlə kimisə sevib ona bağlanmaq böyük risk tələb 
edir. 
15.Bütün  xoşbəxt  ailələr  bir-birinə  bənzər,bədbəxt  ailələrin  isə 
hərəsi bir cürə bədbəxtdir.(L.Tolstoy) 
15.Heç  bir  şey  gec  gələn  xoşbəxtlik  qədər  pis  və  incidici  ola 
bilməz..(İ.S.Turgenov) 
16.Yarını  itirən  qurd  sıxıntıdan  ölür,lakin  heç  vaxt  Xəyanət 
etmir.Bəziləri isə yarına xəyanət edərək onu öldürür. 
17.Ölümdən  qorxanın  iki  səbəbi  ola  bilər:Ya  sığınacaq  bir  Rəbbi 
yoxdur,ya da bu dünyaya çox bağlıdır.(Hz.Yusif) 
18.Eşq müqəddəsdir,çirkli könüllərdə yuva qurmaz.(Hz.Yusif) 
19.Mən  də  sizin  kimi  qorxuların  niyə  gecələr  hökm  sürdüyünün 
səbəblərini  düşünürdüm.İyirmi  il  düşündükdən  sonra  qorxuların 
qaranlıqdan doğmadığını anladım;qorxular da ulduzlar kimi həmişə 
oradadırlar,amma gün işığı onları gizləyir(Nitşe) 
20.Optimizm mücərrəd anlayışdır,Pessimizm isə realdır.(Volter) 
21.Heç  kim  sənin  dalğalarla  necə  boğuşduğuna  baxmaz.Gəmini 
sahilə çatdırıb çatdırmadığına baxar.(V.Hüqo) 
22.Olmasaydı  dərya  qədər  dərdim,Dərdim  olmadığını  mən  dərd 
edərdim.(B.Vahabzadə) 
 


192
 
 
23.Suda  hünər  hanı  eşqi  soyuda,Eş  odu  yandırar  soyuq  suyu 
da.(Şekspir) 
24.Dürüst bir insan daima uşaq qalır.(Sokrat) 
25.Gözdən yaş çıxarmı ürək yanmasa?(M.M) 
26.Çox 
gülən 
insan,hər 
kəsdən 
çox 
yaralarını 
gizlədər.(F.M.Dostoyevski) 
27.Danışmaq,bir 
ehtiyac 
ola 
bilər,amma 
susmaq 
bir 
sənətdir.(İ.V.Höte) 
28.Pis  günlərin  yaxşı  tərəfləri  də  var!İnsanları  tanıyırsan!Esas 
da,doğma insanları!..(J.Broşn) 
29.Savaşı zənginlər çıxarır,yoxsullar ölür...!(Sartr) 
30.İnsanın  şərəflə  yaşaya  bilməsi  üçün  ən  düzgün  yol,olduğu  kimi 
görünməsidir.(Sokrat) 
31.Diqqət  et!Əsəbin  keçici  ola  bilər,amma  ətrafına  vurduğun 
ziyanın izi mütləq qalacaq.(Paulo Ceolyo) 
32.Şikayət etdiyiniz həyat,bəlkə də başqasının xəyalıdır..(Tolstoy) 
33.Qadınları  ya  anlayın,ya  da  sevin!İkisini  birdən  istifadə 
etməyin.(Şekspir) 
 
 


193
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin