Alqi-satqi müqaviLƏSİ № url-030/20211116 baki şƏHƏRİ «23» noyabr 2021-ci IL



Yüklə 45,37 Kb.
səhifə2/7
tarix28.12.2021
ölçüsü45,37 Kb.
#48056
1   2   3   4   5   6   7
URL-03120211123

3. MALLARIN KEYFİYYƏTİ

3.1. Satılan malların keyfiyyəti onların uyğunluq sertifikatında qeyd olunmuş texniki göstəriciləri ilə uyğun gəlməlidir.

3.2 Malların keyfiyyəti müqavilənin şərtlərinə əsasən beynəlxalq standart və normalara uyğun olmalıdır.
4. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

4.1 «Satıcı»nın hüquq və vəzifələri:

4.1.1. «Satıcı» «Alıcı»dan satış üçün verilmiş ( kreditlə) malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir.

4.1.2. «Satıcı» vaxtaşırı öz nümayəndəsi vasitəsilə malların satış həcminə və saxlanması şəraitinə nəzarət etmək hüququna malikdir.

4.1.3 Alıcı “Qiymətlərin Razılaşdırılması Protokolu”nda göstərilən müddət ərzində ödənişi həyata keçirtmədiyi halda Satıcı tərəfindən şifahi, yazılı və ya elektron vasitələrlə məlumatlandırılır və Satıcının 5 (beş) iş günü ərzində ödənişi tələb etmək haqqı vardır;

4.1.4 Alıcı tərəfindən sifariş edilmiş malları bu müqavilə ilə müəyyən edilmiş qaydada ona satır;

4.1.5 Mal və ya Satıcının ona olan hüquqları satın alınmamış, ona girov goyulmamış, Mal müsadirə olunmamış yaxud ona başqa cür yük qoyulmamış və o, heç bir aparılan və ya gözlənilən məhkəmə işinin və ya hər hansı girov və ya istisna (müsadirənin) predmeti deyildir. Satıcının Mala olan hüquqlar Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla yaranmış və onun şərtləri bu müqavilənin bağlanmasına və yerinə yetirilməsinə zidd deyildir.

4.1.6 Bu müqavilədə nəzərdə tutulmiş qaydada və müddətdə Alıcının satılmış mallar, onların sənədləşdirilməsi ilə bağlı tələblərini yerinə yetirir.

4.1.7. «Satıcı» malların razılaşdırılmış müddətdə «Alıcı»ya çatdırmaq vəzifəsi daşıyır.

4.1.8. «Satıcı» malların müvafiq keyfiyyət göstəricilərinə uyğun gəlməsini təmin edir.


Yüklə 45,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin