7.1. Tərəflər Müqaviləyə görə öz öhdəliklərinin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən azad olurlar, əgər bu yerinə yetirilməmənin səbəbi Tərəflərin qabaqcadan görə bilməyəcəkləri və məntiqə uyğun tədbirlərlə qarşısını ala bilməyəcəkləri hadisələrdirsə.
7.2. Məsuliyyətdən azad edən hallara qarşısıalınmaz qüvvənin təsiri, yəni fövqəladə və mövcud şəraitdə qarşısı alınmayan hallar daxildir. Belə fors-major hallara aiddir: təbii fəlakətlər (zəlzələlər, daşqınlar və s.), həmçinin ictimai həyatda baş verən hadisələr (hərbi əməliyyatlar, epidemiyalar, irimiqyaslı tətillər və s.), dövlət orqanlarının qadağan edici tədbirləri (karantin elan edilməsi, daşınmanın qadağan olunması, beynəlxalq sanksiyalara uyğun qaydada ticarətin qadağan olunması və s.).