Plan :
Dövr operatorları
Say dövr operatorları
İç-içə dövr
Şərtli dövr operatorları
Dövr Operatorları
Dövr operatoru verilmiş əməliyyatı bir neçə dəfə təkrar icra etmək üçün istifadə olunur. Misal üçün aşağıdakı koda baxaq:
say ( 10 )
xarciet("Salam dunya \y");
Əgər bu kodu icra eləsək ekranda alt-alta 10 dəfə Salam dunya sətri çap olunar, aşağıdakı kimi:
Salam Dunya Salam Dunya Salam Dunya Salam Dunya Salam Dunya Salam Dunya Salam Dunya Salam Dunya Salam Dunya Salam Dunya
say dövr operatoru
Burada biz say dövr operatorundan istifadə etdik. say operatorunun sintaksisi aşağıdakı kimidir:
say ( təkrarolunma_miqdarı )
əməliyyat
Əvvəlcə say açar sözünü yazırıq, daha sonra adi mötərizələr içərisində dövrün neçə dəfə təkrar olunmalı olduğunu göstərən rəqəmi yazırıq, sonda isə təkrar olunmalı əməliyyatı yazırıq. Əgər məliyyatların sayı 1-dən çoxdursa onları blok daxilinə yerləşdiririk.
say (təkrarolunma_miqdarı ){
əməliyyat əməliyyat
}
Çox vaxt bizə neçənci dövrdə olduğumuzu bilməyimiz tələb olunur. Bu zaman say operatorunun digər sayğaclı variantından istifadə edirik. Onun sintaksisi aşağıdakı kimidir:
Dostları ilə paylaş: |