Şərtli dövr operatoru sayğaclı dövr operatoru kimi verilmiş əməliyyatları təkrar yerinə yetirmək üçün istifadə olunur. Fərq ondadır ki, sayğaclı dövr operatorunda sayğacdan istifadə olunurdu. Şərtli dövr operatorunda isə sayğacdan istifadə olunmur. Sadəcə şərti ifadədən istifadə olunur. Şərti ifadənin qiyməti doğru olduğu müddətdə dövr təkrarlanır. Şərtli dövr operatorunun sintaksisi aşağıdakı kimidir:
neqederki ( sherti ifade )
emeliyyat
Əvvəlcə neqederki açar sözünü yazırıq və mötərizə daxilində şərti ifadəni yerləşdiririk. Bundan sonra təkrarlanmalı olan əməliyyatları yazırıq. Əgər əməliyyatların sayı birdən çox olarsa onları blok daxilinə yerləşdiririk.