Say operatorunun sonuncu variantı isə bizə sayğac dəyişəninin başlanğıc və son qiymətlərini təyin etməyə imkan verir. Onun sintaksisi aşağıdakı kimidir:
Burada sayğac dəyişəni başlanğıc_qiymətdən son_qiymətə qədər hər dövrdə 1 vahid olmaqla dəyişir. Sayğac dəyişəninin qiyməti başlanğıc qiymət son qiymətdən kiçik olarsa artan, əks halda azalan istiqamət üzrə dəyişər. Nümunələrə baxaq.
Nümunə 3.Ekranda 38 –dən 45 -ə qədər ədələri çap edən proqram.
say (k 38 45 )
xaricet(k, " ");
tam k;
Nəticə:
38 39 40 41 42 43 44 45
Çalışma 1. İstifadəçinin daxil etdiyi iki ədəd arasında (özləri də daxil olmaqla) olan ədədləri çap edən proqram tərtib edin.
tam k, x,y;
xaricet("Birinci ededi daxil edin \y"); daxilet(x);
xaricet("Ikinci ededi daxil edin \y"); daxilet(y);