Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə1/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
  1   2   3   4   5   6   7   8   9   ...   64

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



REDAKTOR 

Akademik Cəlal Əliyev 

 

REDAKTOR MÜAVİNİ 



Səyyarə İbadullayeva 

 

REDAKSİYA HEYƏTİ 



İradə Hüseynova 

Validə Əli-zadə 

İbrahim Əzizov 

Ninel Qarayeva 

Oruc İbadlı  

Siracəddin Sərkərov 

Əliyar İbrahimov 

Xuraman Xəlilova  

Dilzarə Ağayeva 

Zaur Hümbətov 

Vüqar Kərimov 

 

MƏSUL KATİB  



Vəkil Xəlilov 

 

KOMPÜTER TƏRTİBATI 



Nuri Mövsümova 

 

 



EDITOR 

Academician Calal Aliyev 

 

  DEPUTY EDITOR 



Sayyara Ibadullayeva 

 

EDITORIAL BOARD 



Irada Huseynova 

Valida Ali-zade 

Ibrahim Azizov 

Ninel Garayeva 

Oruc Ibadli 

Sirajeddin Serkerov 

Aliyar Ibrahimov 

Khuraman Khalilova 

Dilzara Aghayeva 

Zaur Humbatov 

Vugar Karimov 

 

EDITORIAL ASSISTANT 



Vakil Khalilov 

 

COMPUTER ARRANGEMENT 



Nuri Movsumova 

 

 



 

 

 



 

 

 



 

 

                        Publisher’s Address: Badamdar shosse 40, Baku AZ1073 



 

 

 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

BITKILƏRIN QORUNMASININ REGIONAL STRATEGIYASI: INKIŞAF VƏ 



PERSPEKTIVLƏR 

 

Əli-zadə V.M. 

AMEA Botanika İnstitutu 

 

Məlumdur  ki  Qafqaz  6500  ali  bitki  növünün  qeydə  alındığı,  bitki  və  heyvanların 



müxtəlifliyinin  və  endemizmin  qaynar  nöqtələrindəndir.  Bu  Ümumdünya  Vəhşi  Təbiət 

Fondunun  (WWF)  “biomüxtəlifliyinə  görə  beynəlxalq  zəngin”  200  ən  həssas  ekoloji 

regionlarından biridir. Qafqazın 6 ölkəsinin botaniklərinin, WWF-in Qafqaz təmsilçisinin və 

ABŞ-ın Missuri Botanika bağının əməkdaşlığı ilə 2006-2009-cu illərdə IUCN-in (Beynəlxalq 

Vəhşi  Təbiətin  Mühafizəsi  İttifaqı)  tərəfindən  “Qafqazın  biomüxtəlifliyinin  gərgin  sahələri 

üçün Qırmızı Siyahının qiymətləndirilməsinin işlənməsi və əlaqələndirilməsi” layihəsi həyata 

keçirilmişdir.  Görülmüş  işlərin  nəticəsi  əvvəlki  biliklərə  əsaslanan  Qafqaz  regionunun 

endemik  bitki  növlərinin  qorunma  statusunun  və  paylanmasının  ətraflı  xülasəsi  oldu. 

Qafqazın  bioloji  müxtəlifliyinin  gərgin  nöqtələri  üçün  əvvəldən  yerli  növ  kimi  təklif  edilən 

bitki  taksonları  qaynar  nöqtələrin  sərhədləri  daxilində  onların  paylanmasına  nisbətən 

layihənin  milli  məsləhətçiləri  tərəfindən  tam  yoxlanılmış,  2810  növ,  yarımnöv  və 

variasiyadan  ibarət  yerli  takson  sahələrinin  tam  siyahısı  tərtib  edilmişdir.  Onlardan  1250-ə 

qədəri  Qaynar  nöqtələrin  1-3  ölkə  ərazisində  rast  gəlinir,  yəni  bütün  milli  endemiklər  2-3 

ölkədə  rast  gəlinən  digərləri  kimi  həm  də  daha  çox  ehtimal  ki,  təhlükə  altında  olan 

kateqoriyalardan birinə aid olur. IUCN-in Qırmızı Siyahısının kateqoriya və kriteriyalarından 

istifadə etməklə onlar üçün qorunma statusu qiymətləndirilmişdir. 

Bitkilərin  Qafqaz  Qırmızı  Siyahısı  Şurası  tərəfindən  ilkin  mərhələdə  “Qafqaz 

Bitkiliyinin Qorunmasının Regional Strategiyası”nın inkişafı və qorunmanın planlaşdırılması 

üçün  irəli  sürülmüş  qiymətləndirmə  və  istifadə  olunma  bitkilərin  Qorunmasının  Qlobal 

Strategiyasınin məqsədi üst-üstə düşür. 

BMT-nin  Biomüxtəliflik  (CBD)  üzrə  Yaponiyada  keçirilən  Konvensiyanın  Tərəflər 

Konfransının  10-cu  görüşünə  əsasən  üzv  ölkələrə  2011-2020-ci  illərdə  Bioloji  müxtəliflik 

üzrə  CBD-nin  Strateji  Planına  uyğun  olaraq  Bioloji  müxtəliflik  üzrə  Milli  Strategiya  və 

Fəaliyyət  Planına  (NBSAPs)  yenidən  baxılması  təklif  edilmişdir.  “Qafqaz  bitkiliyinin 

təşəbbüsü” Qafqaz ölkələrinin NBSAPs-a daxil edilməsindən ibarətdir. 

Beləliklə,  Qafqaz  bitkiliyinin  qorunmasının  regional  Strategiyası  bitkilərin 

qorunmasının  Qlobal  Strategiyasının  məqsədlərinə  uyğun  olaraq  yenilənmişdir 

(http://www/plants2020.net/files/Plants2020/popular_quide/englishguide.pdf). 

Qafqazın  Qırmızı  Siyahı  Bitkiləri  Şurası  tərəfindən  işlənmiş  Qafqaz  bitkiliyinin 

qorunmasının regional strategiyasının vəzifələri və məqsədinə baxaq: 

 

I. Bitkilərin müxtəlifliyinin izahı, sənədləşdirilməsi və qəbul edilməsi; 

1. Qafqazın təsvir edilmiş bütün bitkilərinin “on-line” florası; 

2. Qorunma tədbirlərinin həyata keçirilməsi üçün Qafqazın mümkün qədər çox məlum bitki 

növlərinin qorunma statusunun qlobal/regional/milli səviyyədə qiymətləndirilməsi; 

3.  Bütün  Qafqaz  üzrə  işlənmiş  Strategiyanın  həyata  keçirilməsində  vacib  olan  metodların, 

informasiyaların, tədqiqatların və onların nəticələrinin əldə oluna bilməsi; 



 

II. Bitkilərin müxtəlifliyinin təcili və effektiv qorunması: 

4.  Hər  bir  ekoloji  sahənin  və  ya  bitkilik  tipinin  heç  olmasa  15%-nin  bərpası  və  ya  effektiv 

idarə olunmasının təmin edilməsi; 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

5.  Qafqazın  bitki  müxtəlifliyi  üçün  daha  çox  vacib  olan  sahələrinin  heç  olmasa  75% 



bitkilərinin  genetik  müxtəlifliyi  və  qorunma  yerində  effektiv  idarə  olunması  yolu  ilə 

mühafizəsi; 

6. Hər sektorda bitki müxtəlifliyinin qorunması ilə yanaşı məhsuldar torpaqların heç olmasa 

75%-nin davamlı idarə olunması; 

7.  Yox  olmaq  təhlükəsi  altında  olan  məlum  bitki  növlərinin  heç  olmasa  75%-nin  in-situ 

qorunması; 

8.  Təhlükə  altında  olan  bitki  növlərinin  əsasən  yarandığı  ölkədə  heç  olmasa  75%  -nin, 

regenerasiya və bərpa proqramları üçün heç olmasa 20%-nin ex-situ qorunması; 

9. Dənli bitkilərin, onların  yabanı sortlarının və digər iqtisadi əhəmiyyətli bitkilərin  onlarla 

bağlı ilkin və yerli biliklərə hörmətlə yanaşaraq genetik müxtəlifliyinin 70%-nin qorunması; 

10.  Bitki  müxtəlifliyi  üçün  mühüm  sahələrin  idarə  olunması  və  rast  gəlinən  yeni  bioloji 

invazivlərin qarşısının alınması üçün yerlərdə effektiv idarə etmənin planlaşdırılması. 



III. Bitki müxtəlifliyindən bərabərhüquqlu və davamlı istifadə olunası: 

11. Yabanı flora növlərinin beynəlxalq ticarətinin təhlükəyə məruz qoyulmaması; 

12. Bitkilərin yabanı halda davamlı toplanılma mənbələrinin artırılması; 

13.  Yerli  qida  təhlükəsizliyi  və  sağlamlığını  gözləməklə  davamlı  yaşayış  vasitələrindən 

ümumi  qəbul  edilmiş  istifadəsinin  təmin  edilməsi  üçün  bitki  ehtiyatları  ilə  əlaqədar  yeni 

qayda və üsullara dair yerli və ilkin biliklərin inkişafına yardım edilməsi. 



IV.  Bitkilərin  müxtəlifliyi  və  onun  yer  kürəsində  bütün  həyat  üçün  davamlı  yaşayış 

vasitələrində mühüm rolu haqqında  mülahizələrin və biliklərin inkişaf etdirilməsi.  

14. Bitkilərin müxtəlifliyinin vacibliyi və onun qorunmasının zəruriliyinə dair biliklərin rabitə 

vasitələrində, təhsildə və ictimai proqramlarda əlaqələndirilməsi. 

V. Strategiyanın həyata keçirilməsi üçün vacib olan ictimai öhdəliklərin və bacarıqların 

işlənilməsi: 

15. Bu strategiyanın məqsədinə milli tələbə uyğun olaraq müvafiq xidmət sahələrində işləyən 

kifayət sayda insanların öyrədilməsi yolu ilə çatmaq olar.  

16. Bu strategiyanın qarşıya qoyduğu məsələləri təyin edilmiş və ya gücləndirilmiş biliklərin 

qorunması  yolu  ilə  milli,  regional  və  beynəlxalq  səviyyədə  müəssisələr,  şəbəkələr  və 

yoldaşlıq vasitəsilə həll etmək olar. 

Yuxarıda  qeyd  olunan  məsələlərə  nail  olmaq  üçün  qarşıda  duran  vəzifələr  bütün 

Qafqaz  ölkələrinin  nümayəndələrinin  birgə  səyi  ilə  regional  mərkəzdə  müəyyən  edilmişdir. 

Bu vəzifələrə uyğun olaraq aşağıdakı məsələlərin həlli vacibdir: 

Məqsəd 1.  

  İnternetdə Qafqaz florasını ətraflı toplanması və nəşri; 



  Qafqaz  bitki  tiplərinin  rəqəmsal  formaya  köçürülməsi  və  rəqəmsal  formaya  keçirilmiş 

bitki tiplərinin onlain formada çapı; 

  Qafqaz  bitkilərinin  köhnə  slaydlarının  digitalizasiyası  və  Qafqaz  bitkilərinin  virtual 



qalereyasının təşkili; 

 Növlərin kəşfi/yenidən kəşfi üçün çöl tədqiqatlarının yeni mərhələsinin başlanması; 



 Qafqazın endemik taksonlarının tam qiymətləndirilməsi; 

  IUCN-in  Regional  Rəhbər  Prinsiplərindən  istifadə  etməklə  milli  qiymətləndirmənin 



yenilənməsi; 

  Bütün  region  üzrə  standart  metodologiyadan  istifadə  etməklə  təhlükənin  təsirinin  və 



təbiətinin müəyyən edilməsini və daha çox yox olma təhlükəsinə malik olan populyasiyaların 

monitorinqi üçün çöl tədqiqatlarının həyata keçirilməsi; 

  in-situ  və  ex-situ  qorunmanın  birləşdirilməsi  üçün  beynəlxalq  təcrübəyə  əsaslanan 



məlumatların toplanması, təhlükələrin azaldılması və ekosistem daxilində təhlükə altında olan 

bitkilərin,  xüsusən  iqlim  dəyişməsi  şəraitində  vəhşi  təbiətdən  toplanmış  bitki  əsaslı 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

məhsullara  artan  tələbat  fonunda  müdafiəsinin  təminatı,    region  hüdudlarında  onların 



qorunması, yayılması və mümkün mühafizəsi. 

Məqsəd 2. 

  2010-cu  il  aprel  tarixli  Qafqazın  qorunan  sahələrinin  idarə  olunmasının 



genişləndirilməsi  üzrə  yenidən    işlənmiş  ekoregional  plan  göstəricilərinə  əməl  olunması 

(ред.N.Zazanashvili, M.Garforth & H.Jungius, с участием Ch.Montalvo из WWF); 

  Qafqaz  Əməkdaşlıq  Mərkəzi  ilə  IUCN  (Təbiətin  Mühafizəsi  üzrə  Beynəlxalq  İttifaq) 



əməkdaşlığı  ilə  qorunan  sahələrlə  təmin  olunmuş  ekosistem  xidmətlərə  dair  ictimai  şüurun 

artırılması; 

 2015-ci ilə qədər bütün Qafqaz üzrə əsas botaniki ərazilərin identifikasiyası; 



  Bütün  regionda  bitkilərin  mikrorezervat  təsisatı  üzrə  planının  işlənməsi  və  yerli 

hökumətlərdən onların təşkilinin tələb olunması; 

  Torpaqların  məhsuldarlığına  dair  konsepsiyanın  müəyyən  edilməsi  və  bitkilərin 



müxtəlifliyinin  qorunması  ilə  uyğun  gələn  torpaqların  məhsuldarlığının  idarə  olunması 

planının işlənməsi; 

 Qorunan ərazilərdə olan növlərə nisbətən təhlükə altında olan növlərin GAP analizinin 



aparılması; 

  Qorunma,  idarəolunma  və  bərpa  üzrə  planların  yerinə  yetirilməsi  və  artırılmasında 



istifadə etmək üçün elmi məlumatların (populyasiyanın yeri və ölçüsü, genetik tədqiqatlar və 

s.) toplanması; 

  Yerli  səviyyədə  əməkdaşlıq  təsisatlarının  müvafiq  təşkilatçılarla  birgə  bitki  növlərinə 



dair ictimai bilik və ictimai şüurun  (adətən çox vaxt aşağı səviyyədə olur) artırılması; 

 Bütün region üzrə toxum bankı fəaliyyətinin təşviq edilməsi; 



 regionda bitkilərin ex-situ qorunma fəaliyyətinə dair məlumatlandırma və qorunma üzrə 

gələcək fəaliyyətin daha düzgün və səmərəli planlaşdırılmasına yardım edilməsi üçün yerli və 

beynəlxalq  botaniki/mühafizə  cəmiyyətləri  tərəfindən  qorunan  Qafqazın  botanika  bağları 

müəssisələrinin  başladığı  ex-situ  qorunma  fəaliyyəti  məlumatları  əsasında  bərpa  olunan 

milli/regional elektron məlumat baza (lar)nın yaradılması; 

  Dənli  bitkilər  və  onların  yabanı  sortları  üzrə  və  digər  iqtisadi  əhəmiyyətli  bitki 



növlərinin,  həm  qorunma,  həm  də  konservasiya  tədbirlərinə  başlanılması.  Əldə  olunan 

biliklərin bərpa olunmuş milli/regional elektron məlumat baza(lar)sının yaradılması; 

 Dənli bitkilərin, onların yabanı sortlarının və digər iqtisadi əhəmiyyətli bitki növlərinin 



qorunması istiqamətində yerinə yetiriləcək tədbirlər üzrə planın işlənilməsi; 

  Regionun  kənd  təsərrüfatı  sistemində  yerli  mədəni  bitki  sortlarının  qorunmasının 



vacibliyinə dair ictimai şüurun artırılması; 

 İnvaziv gəlmə növlərin milli və regional inventarizasiyasının aparılması; 



 Qafqaz regionunun invaziv bitki növlərinə dair beynəlxalq müşavirənin təşkil edilməsi. 



Məqsəd 3. 

 Beynəlxalq ticarətdə Qafqaz növlərinin tədqiqi; 



  Regionda  geofit  növlərin  ticarəti  üzrə  CITES  konvensiyasınını  icrasının 

gücləndirilməsi; 

 Regionda iqtisadi əhəmiyyətli yabanı bitki növlərinin məhsulunun və ehtiyatının tədqiqi 



və davamlı məhsulu tənzim edən qanunların qəbulu üçün tövsiyələrin təqdim edilməsi; 

  Bitki  ehtiyatları  ilə  bağlı  ilkin  və  yerli  biliklərin  mühafizəsi,  qorunması  və  toplanması 



üçün regionda etnobotaniki tədqiqatların başlanılması. 

Məqsəd 4. 

  Bitkilərin  qorunmasını  inkişaf  etdirən  maarifləndirici  materiallar/nailiyyətlər  tarixi  ilə 



mübadilənin hazırlanması; 

 Biliklərin həyata keçirilməsinə cavabdeh təşkilatçıların cəlb edilməsi; 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 



 Birinci, ikinci  və universitet  səviyyəsində qorunma üzrə biologiya tədris planının  təsis 

edilməsi. 



Məqsəd 5. 

  Bioloji  müxtəliflik  üzrə  Konvensiyanın  Katibliyi  tərəfindən  işlənmiş  Qlobal 



Taksonomiya 

Təşəbbüsünə 

(GTI) 

əsaslanan 



konsepsiyada 

nəzərdə 


tutulan 

(http:www.Cdb.int/doc/publications/cbd-ts-30.pdf)  biomüxtəliflik  üzrə  Milli  Strategiya  və 

Fəaliyyət  Planına  (NBSAPs)  bitki  mühafizəsi  və  botanika  sahəsində  təhsil  alan  insanların 

sayının artırılması tədbirlərinin daxil edilməsi; 

  Bitki  mühafizəsi  cəmiyyətlərində,  qeyri-ixtisas  sahibləri  və  həvəskarlar  da  daxil 



olmaqla Qafqaz bitkilərinin qiymətləndirilməsi üzrə ekspert grupun genişləndirilməsi; 

 İUCN-in regional ofisi ilə milli hökumət arasında əməkdaşlığın gücləndirilməsi.  



 

Azərbycanın  bitki  ehtiyyatı  növ  tərkibinə  görə  Qafqazın  digər  regionlarından  zəngin 

olub,  yüksək  ekoloji  və  xalq  təsərrüfatı  əhəmiyyətinə  malikdir.  Bir  çox  bitki  növləri  təbii 

səbəblərlə yanaşı, antropogen amilin təsirinə məruz qalaraq, arealını qismən məhdudlaşdırır, 

digərləri  isə  həmin  amillərin  təsirinə  dözməyərək  nəslini  artırmaq  qabiliyyətini  itirir  və 

beləliklə  də  nadir  və  nəsli  kəsilməkdə  olan  birki  qrupu  yaranır.  Bunların  kiçik  sahələrdə 

qalması  və  onlara  antropogen  təsir  genetik  fondların  qorunub  saxlanılması  əhəmiyyətini 

artırır.  Bununla  əlaqədar  olaraq  müasir  insan  cəmiyyəti  qarşısında  duran  və  öz  həllini 

gözləyən mühüm həyati problemlərdən biri də mövcud bitki aləminin, o cümlədən endem və 

nadir bitkiləri qoruyub saxlamaqdır.  

Müasir dövrdə ekoloji tarazlığın və təbii biogeosenozların həm təbii hadisələr (sel və 

çay daşqınları, eroziya, torpaq sürüşmələri və s.), həm də insan fəaliyyəti (meşələrin qırılması, 

ərazilərin kənd təsərrüfatı və otlaq kimi istifadəsi) nəticəsində pozulması yerli flora və fauna 

üçün  xarakterik  növlərin  sayının  azalmasına  və  nəslinin  kəsilməsinə  səbəb  olur.  Bu  isə 

respublikamız üçün ciddi və nəzərə alınması vacib bir problemdir. 

Son  illərdə  bioloji  müxtəliflik  problemi  önə  çəkilərək  bu  sahədə  xeyli  işlər 

görülmüşdür.  Azərbaycan  Respublikasında  təbiətin  mühafizəsi  bir  sıra  qanunverici  aktlarla 

tənzim  olunur.  Ətraf  mühitin  mühafizəsi  üzrə  Milli  Fəaliyyət  Planı,  Ekoloji  cəhətdən 

dayanıqlı  sosial-iqtisadi  inkişafa  dair  Milli  Proqram,  Azərbaycan  Respublikasında  bioloji 

müxtəlifliyin  qorunması  və  davamlı  istifadəsinə  dair  Milli  Strategiya  və  Fəaliyyət  Planı  və 

digər  dövlət  proqramları  qəbul  edilmişdir.  Bioloji  müxtəlifliyin  qorunması  və  davamlı 

istifadəsi  Azərbaycan  da  daxil  olmaqla,  dünya  birliyi  ölkələrinin  birgə  fəal  səyi  nəticəsində 

mümkündür.  Digər  tərəfdən,  ölkəmizdə  qeyd  olunan  məsələlərin  həllinə  ancaq  dövlət  və 

qeyri-hökumət təşkilatlarının, mütəxəssislərin birgə səyi nəticəsində nail olmaq olar.  

Biomüxtəlifliyin  mühafizə  tədbirləri  içərisində  endem  və  nadir  bitki  növlərinin, 

onların indiki və əvvəlki dövrlərdə yayılma arealları, sayı və onun azalma səbəbləri, görülmüş 

və  zəruri  mühafizə  tədbirlərinin  qısa  siyahısından  ibarət  “Qırmızı  Kitab”ların  tərtib 

edilməsinin  böyük  elmi  və  praktiki  əhəmiyyəti  vardır.  Eyni  zamanda  həmin  bitkilərin 

çoxaldılması,  geniş  sahələrdə  yayılması  və  mühafizəsi  üçün  həm  onların  təbii  areallarında, 

həm  də  müxtəlif  nəbabat  bağları  və  elmi-tədqiqat  bazalarında  kolleksiyası  yaradılır,  yeni 

şəraitə uyğunlaşdırılır, sonra külli miqdarda çoxaldılaraq həm kulturada, həm də yenidən öz 

arealında qaytarılaraq təkrarən becərilir və yenidən biosenoza daxil edilir.   

Biomüxtəlifliyin  qorunması,  müdafiəsi  və  mühafizəsi  məsələlərinə  Azərbaycanda 

xüsusi  diqqət  ayrılır.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  yaradılması  üzrə  çox  vacib 

işlər  həyata  keçirilir.  Məlumdur  ki,  Azərbaycanda  4,5  mindən  çox  bitki  və  18  min  heyvan 

növünə rast gəlinir. Bunların arasında xüsusi mühafizəyə ehtiyacı olan növlər də vardır. Belə 

ki,  nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  və  göbələk  növlərinin  “Qırmızı  Kitab”ının  ikinci 

nəşrinə  Azərbaycan  Milli  Elmlər  Akademiyasının,  digər  elm  ocaqların,  universitetlərin  və 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin birgə əməyi nəticəsində 266 ali, 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

20  ibtidai  bitki  və  14  göbələk  növü  daxil  edilmişdir.  Eyni  zamanda  2012-ci  ildə  ABŞ-da 



IUCN-in  himayəsi  ilə  Qafqaz  regionunun  endemik  bitki  növlərinin  Qırmızı  kitabı  nəşrə 

təqdim edilmişdir. 

Həmçinin,    nəzərə  almaq  lazımdır  ki,  qorunmaya  ciddi  ehtiyac  olan  bitki  növlərinin 

yalnız  50%-ə  qədəri  Xüsusi  Mühafizə  Olunan  Təbiət  Ərazilərində  mühafizə  olunur.  Həmin 

bitkiləri  qoruyub  saxlamaq  və  artırmaq  üçün  ictimaiyyəti  təbiətin  mühafizəsinə  geniş  cəlb 

etmək  və  həmin  bitkiləri  insanlara  tanıtmaq  mühüm  məsələdir.  Təbiətin  və  onun  bitki 

aləminin mühafizəsi yer üzündə canlı aləmin, həyatın, insan varlığının qorunması deməkdir. 

İqlimin  sürətli  dəyişməsi  ilə  səciyyələnən  yeni  ətraf  mühitdə  populyasiyaların 

müvəffəqiyyətlə inkişafı genetik müxtəlifliyin qorunması üçün çox vacibdir. Mövcud genetik 

ehtiyatların in-situ qorunması qoruqların idarə olunması ilə daha fəal həyata keçirilməlidir. 

Prioritet növ və populyasiyaların qorunma strategiyasında iqlim dəyişmələri ilə bağlı 

faktorların  da  nəzərə  alınması  vacibdir.  Görünür  ki,  daha  çox  risk  qrupuna  aid  olan  növ  və 

populyasiyalar  qorunma  üçün  daha  çox  prioritet  hesab  olunurlar.  Risk  növün  yayıldığı  yerə 

olan təsirin məhsulu kimi müəyyən edilir (yəni, genetik müxtəlifliyin itirilməsi). Təsir növün, 

populyasiyanın  dəyərindən,  o  cümlədən  ekosistemin  ekoloji  tamlığı  və  cəmiyyət  üçün 

əhəmiyyətindən  asılıdır.  Ola  bilsin  ki,  genetik  müxtəlifliyin  itirilməsi  insan  faktoru,  təbii 

proseslər  və  onların  qarşılıqlı  təsirindən  asılıdır.  Beləliklə,  biz  iqtisadi  əhəmiyyəti  olan 

bitkiləri və ya gələcək nəsillər üçün xüsusi dəyərə malik unikal genetik xüsusiyyətli növləri 

prioritet  hesab  edə  bilərik.  Nadir  və  yox  olmaq  təhlükəsi  olan  və  ya  geniş  yayılmış  lakin, 

bütün yayılma hüdudlarında çox az-az rast gəlinən növ və populyasiyalar da çox mühümdür.  

Biomüxtəlifliyin  qorunması  sahəsində  AMEA  Botanika  İnstitutunda  həyata  keçirilən 

elmi  tədqiqatların  innovasiya  xarakteri  Almaniyanın  Volsfagen  fondu  tərəfindən  himayə 

edilir.  Belə  ki,  bunlar  “molekulyar  genetika”,  “molekulyar  sistematika”  və  s.  kimi  yeni 

botaniki  elm  sahələri  üzrə  yüksək  ixtisaslı  mütəxəssislərin  hazırlanmasında,  infrastruktutun 

dəyişdirilməsi və qiymətli herbari fondunun digitalizasiyasına hazırlıq işlərində,  geobotaniki 

və  etnobotaniki  tədqiqat  üsullarının  müasirləşdirilməsində,  GİS  texnologiyadan  istifadə 

etməklə  bitki  ehtiyatlarının  elektron  xəritələrinin  və  məlumat  bazasının  yaradılmasında  

təzahür edir. IUCN-nin prinsiplərindən istifadə etməklə milli qiymətləndirmənin yenilənməsi 

üçün çöl tədqiqatlarının intensivləşdirilməsi və Qafqazın bir çox endemik növlərinin qorunma 

statusunun  birgə  qiymətləndirilməsində  botaniki  müəssisələrə  rəhbərlik  edən  “Dünya 

florası”nın  formalaşdırılmasına  məsul  ABŞ-ın  Missuri  Botanika  Bağı  da  aparıcı  rol 

oynamışdır.  

Məlumdur  ki,  genetik  müxtəlifliyin  artırılması  gözlənilən  dəyişikliklərə  uyğunlaşa 

bilən  populyasiyaların  yaradılması  yolu  ilə  mümkündür.  İqlim  dəyişmələri  və  digər  təhlükə 

amillərinin təsirindən təbii bitki populyasiyalarının məhv olma riski, xüsusən növün arealının 

quru  və  isti  sərhədlərində  yerləşən  nadir  və  zəifləmiş  populyasiyaların  ex-situ 

kolleksiyalarının  vacibliyini  sübut  edir.  Yuxarıda  qeyd  olunan  məsələlərdən  görünür  ki, 

toxum bankı-effektiv əlavə strategiya, fərdi növlərin ex-situ yaşayış təminatının əsasını təşkil 

edən  Regional  strategiyalardır.  Bu  yolla  nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  növlərinin 

sayının  artırılması,  yayılma  sahəsinin  bərpası,  vəhşi  təbiətə  reintroduksiyasında  mənbə  kimi 

istifadə etmək üçün növlərin qorunması tədbirlərində çoxminlik toxum ehtiyatı tədarük edilə 

bilər. Bununla əlaqədar biz həm də bütün dünya üzrə qlobal kooperasiyaya malik İngiltərənin 

Kyu  Botanika  bağları,  Minilliyin  Toxum  Bankı  (MSBP)  ilə  birgə  işlərlə  də  bir  addım  irəli 

atmışıq. Növbəti illərdə ancaq nadir, endemik və yox olmaq təhlükəsi olan populyasiyaların 

monitorinqi üzrə çöl tədqiqatlarının genişləndirilməsi yox, həm də bütün region üzrə standart 

metodologiyadan  istifadə  etməklə  yayılma  sahəsində  olan  təhlükənin  təbiətini  və  təsirini 

müəyyən etmək üçün məlumatların toplanması nəzərdə tutulur. 

Beləliklə,  2020-ci  ilədək  bitkilərin  qorunma  strategiyasının  müddəalarının  həyata 

keçirilməsini  təmin  etmək  üçün  tədricən  dünya  standartlarına  yaxınlaşmağa  imkan  verən 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

köhnə üsulların təkmilləşdirilməsi məqsədilə hal-hazırda Avropa, Amerika universitetləri və 



daha böyük Botanika bağlarından ibarət dünyanın aparıcı botanika təşkilatları ilə Beynəlxalq 

elmi əlaqələr yaradılmışdır və müvəffəqiyyətlə inkişaf etdirilir.  

 

 


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin