Qoyun topalı (Festuca ovina)
Balaca qarayonca (Medicago minima) – birillik, efemer, boz tüklü, çox gövdəli, 5-10
sm hendürlükdə bitkidir. Paxlası 3-5 dəfə dəyirmi qıvrılmış əyri tikanlarla örtülüdür.
Toxumları ilə çoxalır.
Balaca qarayonca həm düzənlik və həm də alçaq dağlıq sahələrdə iyli yovşanın
efemerlərlə və şoran bitkilərlə əmələ gətirdiyi formasiyaların efemer sinuziyasında
(örtüyündə) müxtəlif bolluqda rast gəlmək olur. Balaca qarayoncaya efemerli-yovşan,
şorangəli-yovşan və digər bitki formasiyalarının botaniki tərkibində müxtəlif bolluqla bitir.
Balaca qarayonca meyvə vermə fazasına kimi xırda buynuzlu heyvanlar tərəfindən
yaxşı yeyilir. Lakin, meyvə yetişmə dövründə bu bitkinin tikanlı paxlası yuna ilişib onu
zibilləyir.
Ərəb qarayoncası (Medicago arabica) – birillik efemer bitki olub, dördkünclü, yatıb-
qalxan gövdəyə malikdir. Paxlası 3-7 dövr dəyirmi qıvrılmış şar-silindir formada, kənarları
əyri tikanlarla örtülüdür. Toxumları ilə çoxalır.
Ərəb qarayoncası qış otlaqlarında yovşanın başqa bitkilərlə əmələ gətirdiyi
assosiasiyaların efemer sinuziyasında əkinlərdə, dincə buraxılmış sahələrdə bitir.
Bu bitki hər növ mal-qara tərəfindən yaxşı yeyilir. Otlaqların səthi yaxşılaşdırılması
işlərində ərəb qarayoncadan, balaca qarayoncadan və girdəpaxla qarayoncadan istifadə etmək
olar.
Ərəb qarayoncası (Medicago arabica)
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Girdəpaxla qarayonca (Medicago orbicularis) – birillik, efemer bitkidir. 10-15 sm
uzunluqda, sürünən gövdəyə malikdir. Paxlası tikansız, 10-12 mm diametrdə, yanlardan
basıq, 3-4 dəfə dəyirmi qıvrılmışdır. Toxumları vasitəsilə çoxalır.
Ərəb qarayoncası kimi girdəpaxla, qarayonca da qış otlaqlarında efemer sinuziyası
olan yovşanlı-efemer və yovşanın şorangə bitkilərlə əmələ gətirdiyi assosiasiyalarda bitir.
Ona efemer qrupu otlarının mərtəbəsində müxtəlif boşluqda rast gəlmək olur.
Girdəpaxla qarayonca bütün heyvanlar tərəfindən vegetasiyanın meyvələmə fazasına
kimi yaxşı yeyilir. Otlaqların ot örtüyünün səthi yaxşılaşdırma işlərində bu yoncadan istifadə
etmək məqsədəuyğundur (5).
Yuxarıda bioloji xüsusiyyətlərini izah etdiyimiz üç paxlalı bitkilərdən başqa Xaçmaz
rayonu Qobustandakı qış otlaqlarında daha bir neçə növ paxlalı (Gəvən növlərə) bitkilərə rast
gəlirik ki, onların da otluqda bolluğu çox aşağıdır.
2012 – ci ildə geobotaniki tədqiqat apardığımız Xaçmaz rayonun Qobustandakı qış
otlaqlarının bitki örtüyündə bolluğu təşkil edən və dominant olan müxtəlifotlu bitkilər də
geniş yayılmışdır. Bunlardan çoxu tərəkimilər (Chenopodiaceae) fəsiləsindəndir. Lakin,
tərəkimilərdən ən geniş yayılanları kəngiz, kövrək şorangə, əzgən, digər müxtəlifotlu
bitkilərdən isə iyli yovşandır. Bu dörd şorangə bitkilərdən başqa bu otlaqlarda ağacvari
şorangəyə (qaracana), sarasazana (qaraşorana) xırdayarpaq çərəngə, kol çərəhinə, kaspi
sarıbaşına və bir neçə birillik şoran bitkilərinə də rast gəlinir.
ƏDƏBIYYAT
1.
V.S.Xəlilov. Qobustanın bəzi bozqır fitosenozlarının biomüxtəlifliyi və onların
qorunması. AMEA Botanika İnst. elmi əsərləri XXVII cild. Bakı “Elm” 2007, səh.118.
2.
F.Q.Mövsümova, S.S.Qəribova. Qobustanın kolçərənlik (Suaedeta dendroides) bitki
qruplaşmasının fitosenoloji və bioekoloji xüsusiyyətləri. AMEA Botanika İnst. elmi əsərləri
XXVI cild, Bakı “Elm” – 2006, səh.193.
3.
Azərbaycan Respublikasının təbii yem sahələrinin irimiqdarlı geobotaniki tədqiqatına
dair təlimat. Bakı, 2002, s.142.
4.
В.Д.Гаджиев, Я.М.Исаев, Р.А.Алиев, А.И.Маилов и др. Кормовые растения
сенокосов и пастбищ Азербайджана // Изд.: АН Азерб.ССР, Баку, т.II, 1969, ст.158.
5.
E.M.Qurbanov, A.A.Axundova. Abşeron yarımadasında fitosenozların, əsas yem
bitkilərinin biokimyəvi tərkibi və səmərəli istifadəsi // AMEA Botanika İnstitutunun Elmi
Əsərləri. XXVI cild. Bakı. “Elm” 2006, s.240-244.
6.
V.V.Hətəmov. Azərbaycanın otlaq ekosistemləri və qorunması. Bakı. “Elm” 2000, s.250.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
РЕЗЮМЕ
СОВРЕМЕННОЕ СОСТОЯНИЕ ЗИМНИХ ПАСТБИЩ НА ТЕРРИТОРИИ
ХАЧМАЗСКОГО РАЙОНА
Халилов В.С.
Кормовая база для крупного и мелкого рогатого скота в республике, в основном,
определяется продуктивностью естественных кормовых угодий. В связи с этим,
изучение этих угодий, как с точки зрения ботанического состава, так и обогащения их
качественными кормовыми растениями, целесообразно для удовлетворения
потребностей сельскохозяйственных животных. Кроме этого, необходимо высевать
малоурожайные луга и пастбища кормовыми растениями и создавать искусственные
сенокосы и пастбища.
Ключевые слова: пастбища, фитоценоз, формация, ассоциация, субдоминант
SUMMARY
CURRENT STATUS OF WINTER PASTURES
IN THE AREA OF KHACHMAZ REGION OF AZERBAIJAN
Khalilov V.S.
Fodder supplies for livestock, sheep and goats in the Azerbaijan Republic is basically defined
by productivity and fertility of natural fodder grounds as well as study of these grounds in this
connection. From the point of view of botanical structure and enrichment them by qualitative
fodder plants expediently for satisfaction of requirements of agricultural animals. Besides it is
necessary to sow fodder plants in low-yield meadows and pastures and create artificial
haymakings and pastures.
Key words: pastures, phythocenosis, a formation, association, subdominants
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT 581.9
AZƏRBAYCAN FLORASINDA SU-BATAQLIQ BITKILIYININ ÜMUMİ
XÜSUSIYYƏTLƏRI
Musayev M.Q.
AMEA Botanika İnstitutu
Su-bataqlıq florasında (suda yaşayan bitkilər) elə növlər vardır ki, onlar uzun sürən
təkamül prosesı zamanı qazandıqları bioloji və ekoloji xüsusiyyətlər hesabına sudan kənarda
yaşaya bilirlər. Hövzələrin su səviyyəsı aşağı düşdükdə onlar quruya çıxırlar, özünün xarici
görkəmini dəyişərək böyüməyə başlayırlar. Bu zaman bitkilərdə bəzi əlamətlərdə dəyişkənlik
yaranır, əsasən yarpaqlar kiçilir, buğumarası isə qısalmış
олур.
Açar sözlər: su-bataqlıq bitkiləri, ekoloji təkamül, xüsusiyyətlər
Su xarici faktorlardan biri kimi su və bataqlıq bitkiliklərinin formalaşması və
inkişafında böyük əhəmiyyət daşımışdır. Azərbaycanın su-bataqlıq yerlərinin bitkiliyi,
digər bitkiliklərlə müqaisədə müxtəliflik baxımından kasıbdır. Su-bataqlıq yerlərin
biomüxtəlifliyi suyun tərkibinə və ya fərqli mühitlərdə yaranması ilə bağlı olaraq növ
sayının çoxalmasına və ya azalmasına səbəb ola bilir. Su hövzələri bitkilərinin
yеrləşməsi, onların növ tərkibi və inkişaf dərəcəsi, onun müxtəlif hissələrinin еkoloji
şəraitinin bircinsli olmaması ilə əlaqədar olub, müəyyən qanunauyğunluğa tabе olur. Müxtəlif
coğrafi zonalardakı su hövzələrinin bitkilikləri, onların yaşamasını hövzənin morfoloji
xüsusiyyətləri (ölçüsü, dərinliyi, dayaz sahələrin, körfəzlərin və qorunan yеrlərin olması), su
kütləsinin optik xüsusiyyətləri (şəffaflığı, suyun rəngi), dinamiki faktorlar (külək, sahilə
çarpan dalğaların fəaliyyəti), kimyəvi faktorlar (minеrallların, hidrogеn ionlarının qatılığı,
qaz rеjimi və s.), suyun tеmpеraturu, axarlılıq dərəcəsi, sahillərin kölgələnməsi və s. kimi ən
mühüm faktorlarla sıx əlaqədardır (3-2).
MATERIAL VƏ METODIKA
Aparılan tədqiqatlar zamanı İ.V. Rospopovun “Методика полевых геоботанических
исследований” və C.Ə. Aliyevin əsərlərindən istifadə edilmişdir.
NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI
Su-bataqlıq yerlərin bitkiliyini əmələ gətirən birliklər iki qrup halında olur:
1. Su içi, 2. Su kənarı-bataqlıq birlikləri.
1.
Su içi bitki birlikləri - əsasən göllərin, durğun və yavaş axan suların içərisində
yaşayan bitkilərdən əmələ gəlir. Bu da bitkilərin yaranmasında özünəməxsus olur.
Çünki, göllər duzlu və şirin sulu olmaqla 2 qrupa ayrılır.
2.
Su-kənarı bataqlıqlar isə duzlu (halofit) və şirin sulu göl, çay, kanal, axmar, nohur,
süni dəryaça və su anbarlarının ətrafında yayılan bitki birliklərindən ibarətdir. Su
hövzələrində su bitkilərinə nisbətən, su-bataqlıq növləri və onların əmələ gətirdikləri
assosiasiyalar çoxdur və zəngindir, əsl su bitkilərinin əmələ gətirdiyi assosiasiyalar növ
tərkibinə görə onlara nisbətdə kasıbdır.
Su hövzələrində müxtəlif xüsusiyyətlərə malik olan (hiqrofitlər, hidrofitlər, hidatofitlər
və s.) bitkilər məskunlaşmışlar. Onlar su mühitinə müxtəlif dərəcədə uyğunlaşmışlar ki, bu da
uzun sürən təkamülün nəticəsidir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Hiqrofitlər gеniş еkoloji amplitudaya malik olmaqla, rütubətli və bol rütubətli məskən
şəraitlərinə uyğunlaşmışlar. Bu qrupdan olan bitkilərin su mühitində yaşamaları üçün xüsusi
uyğunlaşmaları yoxdur. Onlar su hövzələrinin sahilyanı zonalarında, nohurlarda, kanallarda
və başqa yеrlərdə bitirlər (1). Bu qrupun nümayəndələrinə Mеntha aguatica L., Ranunculus
rеpеns L., Alopеcurus arundinacеus Poir., Paspalum paspaloidеs (Michx.) Scribn.,
Еchinochloa crusgalli (L.) Bеauv., Juncus subulatus Forssk., Lycopus еuropaеus L. və b.
bitkilər aiddir. Lakin,
еlə növlər formalaşmışdır ki, artıq onlar su mühitindən kənarda yaşaya
bilmirlər (məs., buynuzyarpağın növləri).
Su mühiti orada yaşayan bitkilərin həyatı və quruluşunda əks olunur. Onlar quraqlıq
bitkiləri ilə münasibətdə hər şеydən əvvəl güclü böyümələri ilə fərqlənirlər (məsələn, su
incilosu, buynuzyarpaq və b.). Onlarda cinsi prosеs ölgünləşdiyindən, çoxalmaları əsasən
vеgеtativ yolla gеdir (1-3).
Hövzələrin su və sahil bitkiləri suyun səviyyəsinin dəyişməsi şəraitində inkişaf еdir. Suda
uzun müddət yaşayan bitkilər, su səviyyəsi aşağı düşəndə bir müddət quraqlıq şəraitində
qalırlar. Təcrübələr göstərmişdir ki, məskən şəraitinin bеlə sərt dəyişməsi vəziyyətində bu
bitkilər yaxşı vəziyyətdə qalır və yüksək yaşıl kütlə əmələ gətirirlər. Nəticədə hövzələrin su
səviyyəsı aşağı düşdükdə onlar quruya çıxırlar, özünün xarici görkəmini dəyişərək böyüməyə
başlayırlar. Bu zaman bitkilərdə bəzi əlamətlərdə dəyişkənlik yaranır, əsasən yarpaqlar kiçilir,
buğumarası isə qısalmış олур.
Əsl su bitkiliyinin əmələ gətirdikləri assosiasiyaların sayı, növlərin miqdarına görə
sahilyanı – çəmən və çəmən-bataqlıqları növlərinə nisbətən kasıbdır. Buynuzyarpaqlı
formasiyasında Cеratophyllum dеmеrsum + C.sumbеrsum, təmiz Cеratophylata dеmеrsutum
assosiasiyasını, yarı suya batmış buynuzyarpaq qırçınlı saçaqotu (Cеratophylata dеmеrsutum
- Myriophyllum vеrticillatum), qumral suçiçəyi ( Cеratophylata dеmеrsutum -Potamogеton
crispus) və borulu sugülü ( Cеratophylata dеmеrsutum - Lеmna triscula) ilə olan
assosiasiyalarını qеyd еtmək olar.
Su-bataqlıq florasında Poacеaе Barnhart - Qırtıckimilər, Cypеracеaе Juss. –
Cilçiçəklilər, Ranunculacеaе Juss.- Qaymaqçiçəklilər, Potamogеtonacеaе Dumort. –
Suçiçəyikimilər, Juncacеaе Juss. – Cığkimilər, Astеracеaе Dumort. – Mürəkkəbçiçəklilər,
Typhacеaе – Ciyənkimilər fəsilələrinin növləri arеallarına görə üstünlüyə malikdir.
Qırtıckimilər fəsiləsindən ən çox qamış geniş ekoloji xüsusiyyətlərə malik olmaqla
(Phragmitеs australis) istər hövzələrin sahilyanı zonalarında, istərsədə rütubətli və bataqlıqlı
məskən şəraitlərinin təxminən 60%-ni əhatə еdir.
ƏDƏBIYYAT
1.
Əliyеv C.Ə. Abşеronun bataqlıqlaşmış sulu və rütubətli yеrlərinin bitkiliyi haqqında. –
ADU-nun «Еlmi əsərləri». 1958, №2, s. 14-19.
2.
Musayеv M.Q. Ağ gölün bitki örtüyü və onun hazırki еkoloji durumu. – «Kimya,
biologiya, tibb» jur., 2005, №1, s. 54-57.
3.
Мусайев М.Г., Ибращимов А.С. Сарысу эюлцнцн су реъиминин дяйишмясиндян сонра
макрофитлярин еколоъи вязиййяти. – «Кцр чюкяклийинин тябияти вя еколоъи проблемляри», «Нафта-
Пресс» няшриййаты, Бакы, 2004, с.
4.
Катанская В.М. Методика исследований высшей водной растительности. – В кн.:
Жизнь пресных вод СССР, т. IV, в. 2, М., 1956, 320
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
РЕЗЮМЕ
ОБЩАЯ ХАРАКТЕРИСТИКА ВОДНО-БОЛОТИСТЫХ РАСТИТЕЛЬНОСТЕЙ
ВО ФЛОРЕ АЗЕРБАЙДЖАНА
Мусаев М.Г.
Институт Ботаники НАН Азербайджана
Приводятся некоторые виды водно-болотной флоры Азербайджана, которые в
результате длительной эволюции приобрели биологические и экологические
характеристики и за счёт этого смогли выжить за пределами воды. В результате
снижения уровня воды в бассейнах изменяется внешний вид этих растений и они
начинают расти, листья у них маленького размера.
Ключевые слова: водно-болотный, биологический, экологический, эволюция.
SUMMARY
GENERAL CHARACTERISTICS OF WATER-MARSH’S VEGETATION IN THE
AZERBAIJAN FLORA
Musayev M.G.
Institute of Botany of ANAS
Some species of water-marsh (plants living in water) as a result of long evolution acquired
biological and ecological characteristics and they have been to live outside of water. As a
result of lower levels in basins are change the water-marsh’s appearance. Their leaves are
small.
Key words: water-marsh, biological, ecological, evolution
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
NAXÇIVAN MR DUZDAĞ ƏRAZISINDƏ SILINDRVARI SÜPÜRGƏGÜLÜ
(Xeranthemum cylindraceum Sibth. et Smith.) NÖVÜNÜN
SENOPOPULYASIYALARININ QIYMƏTLƏNDIRILMƏSI
Mövsümova N.V.
AMEA Botanika İnstitutu
movsumovanuri@yahoo.com
Regionda 2009-2011 ci illərdə X.cylindraceum növünün qeyd olunmuş 3 təbii
senopopulyasiyası qiymətləndirilmiş, senoloji vəziyyəti öyrənilmiş, məlum olmuşdur ki, 2009-
cu ildə SP 1 və 3 keçid, 2 yetişmiş, 2010-cu ildə SP 1 cavan, 2 və 3 yetişmiş, 2011-ci ildə isə 1
və 2 cavan, 3 SP isə yetişmişdir. Populyasiya parametrlərinin təhlili 2009 - 2010-cu illərə
nisbətən 2011-ci ildə 1 və 2 senopopulyasiyada bərpa olunmanın yüksək olduğunu
göstərmişdir.
Açar
sözlər:
Xeranthemum
cylindraceum,
senopopulyasiya,
fitosenoloji
qiymətləndirmə, yaş və effektivlik indeksləri, bərpa olunma
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR florası zəngin
bitki örtüyü ilə digər yerlərdən kəskin fərqlənir. Ərazidə yüzlərlə dərman bitkisi yayılmışdır.
Belə bitkilərdən biri də Xeranthemum L.- Süpürgəgülü növləridir.
Duzdağ ərazisində Asterkimilər (Asteraceae Dumort.) fəsiləsindən olan Xeranthemum
cinsinin 3 növü X. longepapposum Fisch.et C.A.Mey. – uzunkəkilli süpürgəgülü, X.
squarrosum Boiss. – dağınıq süpürgəgülü, X. cylindraceum Sibth. et Smith. – silindrvari
süpürgəgülü növünə rast gəlinir [1]. Bunlardan silindrvari süpürgəgülü ödqovucu,
qandayandırıcı və sedativ təsir göstərən, həmçinin mədə şirəsini ifrazını [13] artıran dərman
bitkisi kimi həm xalq təbabətində, həm də əczaçılıqda geniş istifadə edilir.
Qeyd etmək lazımdır ki, bu istiqamətdə artıq bir-neçə bitkinin fitosenoloji vəziyyəti
tərəfimizdən aşkarlanmış [5] və bəzi növlərin hətta qırmızı siyahıya salınması tövsiyyə
edilmişdir [14]. Aparılan tədqiqat işinin məqsədi həm elmi təbabətdə, həm də xalq
təbabətində istifadə olunan bu növün biomorfoloji və senopopulyasiya göstəricilərinin
öyrənməklə fitosenoloji qiymətləndirilməsidir.
X. cylindraceum birillik, hündürlüyü 20-65 sm olan, nazik, düz gövdəli, açıq çəhrayi
çiçəkli, kseromezofit bitkidir. Yarpaqları iti uclu, lansetvaridir. Səbətləri 10-15 çiçəkli,
uzanmış silindirkdir. Çiçək və meyvə IV-VIII aylara təsadüf edir [9].
MATERİALAR VƏ METODLAR
2009-2011 ci illəri əhatə edən tədqiqat işlərində Xeranthemum cylindraceae növünün
yayıldığı qruplaşmaların tərkibində 3 təbii senopopulyasiyası seçilmiş və ümumi qəbul
olunmuş metodikalara əsasən [6, 12] öyrənilmişdir. Seçilmiş SP ümumi sahəsi 4 ha az
olmamışdır. Populyasiyaların layihə örtüyü Kaptenə [8] görə hesablanmış, bolluğu isə
Drudenin 5 ballı şkalasına əsasən təyin edilmişdir. Ontogenezin müxtəlif mərhələlərində
fərdlərin sayı hesablanılmış, ontogenetik spektr tərtib olunmuşdur. Populyasiyaların tipinin
müəyyən olunması və ontogenetik spektrin tərtibatı Uranovun [10] metodikasına əsasən
aparılmışdır. Senopopulyasiyanın strukturunun təhlili zamanı əsas populyasiya parametrləri;
yaş indeksi -∆, effektivlik indeksi –ω [4], senopopulyasiyada cavan fərdlərin iştirak etmə
dərəcəsini və ya nə qədər nəslin generativ fərd olduğunu göstərən bərpa olunma indeksi (I
b
)
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
[3] və ümumi yığımda qocalmış fraksiyaların iştirak etmə dərəcəsini göstərən qocalma
indeksi I
q
[2] hesablanmışdır.
Geobotaniki tədqiqatların aparılması zamanı B.A. Yursevin [11], R.V. Kamelinin [7]
metodikalardan istifadə edilmişdir.
NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ
Regionda yarımsəhralıq bitkilik tipində Xeranthemumeta cylindraceaes formasiyası
daxilində sığırquyruqlu - qanqallı - süpürgəgüllük, yağtikanlı - qanqallı - süpürgəgüllük,
kuziniyalı - sürvəli - süpürgəgüllük assosiasiyalarında qeyd olunmuş SP tərkibi, yarusluluğu,
bolluğu, lahiyə örtüyü öyrənilmişdir (cəd. 1).
Cədvəl 1. Regionda X. cylindraceum növünün fitosenoloji analizi
B
it
kil
iy
in t
ipi
F
or
masiya
Assosiasiya
Fitosenozun tərkibi
B
it
kil
iy
in
layihə
ör
tüyü
(%)
Növün
boll
uğu
Ya
rimsəhr
alı
q
S
il
indrva
ri süpür
gə
güll
ük
(Xe
rant
he
mum
eta cy
li
nd
race
ae
s)
Qanqallı-süpürgəgüllük
( Xeranthemum cylindraceae
+ Onopordon acanthium+
Verbascum saccatum)
Yağtikanlı - qanqallı -
süpürgəgüllük
(Xeranthemum cylindraceae
+ Alhagi pseudoalhagi +
Onopordon acanthium)
Kuziniyalı
-
sürvəli
-
süpürgəgüllük
(Xeranthemum cylindraceae
+ Salvia limbata +
Cousinia macroptera)
I
yarus:
Onopordon
acanthium,
Verbascum
saccatum,
II
yarus:
Xeranthemum
cylindraceae,
Kalidium
caspicum
I
yarus:
Onopordon
acanthium, Stipa capillata
II
yarus:
Alhagi
pseudoalhagi,
Xeranthemum cylindraceae
III
yarus:
Serratula
coronata,
Agropyron
cristatum
I yarus: Salvia limbata
II
yarus:
Cousinia
macroptera
III yarus: Xeranthemum
cylindraceae
70
30
35
Soc
Cop
2
Cop
3
Dostları ilə paylaş: |