Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

MATERİAL VƏ METODİKA 

Tədqiqat  işi  2007-2011-ci  illərdə  AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun 

eksperimantal təcrübə sahəsində yerinə yetirilmişdir. Tədqiqat materialı kimi uzun sünbülcük 

pulcuğu əlamətini daşıyan T. polonicum L. (2n=28) və T. petropavlovskyi Udacz. et Migusch. 

(2n=42) növlərinin öz aralarındakı, eləcə də həmin növlərlə yumşaq buğdanın Çörək sortu (T. 



aestivum  L.  em  Thell.;  2n=42)  və  heksaploid  buğda  T.  vavilovii  (Thum.)  Jakubz.  (2n=42) 

növü arasındakı resiprok hibridlərdən istifadə edilmişdir.  

Tədqiqatın  gedişində  hibridoloji  [3]  və  sitogenetik  [7]  analiz  metodlarından  istifadə 

olunmuş,  müəyyən  statistik  hesablamalar  [5]  aparılmışdır.  Meyozun  analizi  asetokarminlə 

rənglənmiş  müvəqqəti  preparatlarda,  sitogenetik  müşahidələr  isə  Leitz  Orthoplan 

mikroskopunda həyata keçirilmişdir.  



 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

T.  polonicum  və  T.  petropavlovskyi  növlərinin  öz  aralarında  və  heksaploid  buğda 

növləri  –  T.  aestivum  və  T.  vavilovii  ilə 

hibridləşməsindən  alınan  F

1

  hibridlərdə  meyoz 



prosesi  tədqiq  edilmiş  və  alınan  nəticələr  öz 

əksini aşağıdakı Cədvəl -də tapmışdır.  

Cədvəldən  göründüyü  kimi,  istər  T. 

polonicum,  istərsə  də  T.  petropavlovskyi  –nin 

iştirakı  ilə  alınmış  F

1

  hibridlərin  hamısında 



homoloji 

konyuqasiya 

dərəcəsi 

yüksək 


olmuşdur.  Belə  ki,  T.  polonicum  ilə  heksaploid 

buğdalar  arasındakı  F

1

  hibridlərdə  qapalı 



bivalentlərin sayı hər bir ATH üçün təqribən 10-

14,  T.  petropavlovskyi  ilə  heksaploid  buğdalar 

arasındakı  F

1

  hibridlərdə  18-20  ədəd  təşkil 



ertmişdir.  T.  petropavlovskyi  ilə  heksaploid 

buğdalar  arasındakı  heksaploid  F

1

  hibridlərdən 



(2n=6x=42)  fərqli  olaraq,  T.  polonicum  ilə 

Şəkil 1. T. vavilovii × T. petropavlov-

skyi kombinasiyasına məxsus F

hibridlərdə açıq kvadrivalentin yer 



aldığı metafaz lövhə 

 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

heksaploid buğdalar arasındakı F



1

 hibridlər pentaploid (2n=5x=35) olduqlarından, multivalent 

xromosom assosiasiyalarına daha çox onlarda rast gəlinmişdir. T. petropavlovskyi –nin iştirakı 

ilə  alınan  heksaploid  hibridlər  içərisində  yalnız  T.  vavilovii  ×  T.  petropavlovskyi 

kombinasiyasına  məxsus  F

1

  hibridlərdə  kvadrivalentlər  şəklində  multivalentlər  müşahidə 



olunmuşdur (Şəkil 1). Qeyd edək ki, T. polonicum ilə T. petropavlovskyi arasındakı hibridlər, 

pentaploid  olmalarına  rəğmən,  bu  baxımdan,  istisna  təşkil  etmişlər.  Belə  ki,  həmin 

kombinasiyaya  məxsus  pentaploid  F

hibridlərdə  bir  dənə  də  olsun,  multivalent  assosiasiya 



qeydə alınmamışdır. Bizim filrimizcə, multivalentlərin olmaması bu iki növün bir-birinə oxşar 

və  yaxın  olmasından  irəli  gəlir.  Görünür,  məhz  elə  bu  səbəbdəndir  ki,  bu  növlərdən  birini 

yumşaq  buğda  ilə  hibridləşməyə  cəlb  etdikdə,  sonrakı  hibrid  populyasiyalarda  hökmən 

digərinə də təsadüf edilir. Hər iki növün, xüsusilə, T. petropavlovskyi –nin yumşaq buğdanın 

(T. aestivum L.) Çörək sortu ilə yüksək çarpazlaşma qabiliyyəti nümayiş etdirməsi, meyozda 

yüksək  bivalent  konyuqasiyasının  qeydə  alınması,  eləcə  də  tri-  və  kvadrivalentlərin 

yaranmasını şərtləndi-rən translokasiyaların baş verməməsi T. petropavlovskyi ilə T. aestivum 

növləri  arasındakı  tam  genetik  uyarlılığı  göstərir.  F

hibridlərin  bəziləri  morfoloji  cəhətdən 



valideynlər  arasında  aralıq  mövqe  tutmuş,  bəziləri  isə  daha  çox  valideyn  formalardan  birini 

xatırlatmışlar.  T.  polonicum  ilə  T.  vavilovii  arasındakı  tamamilə  steril  F

hibridlər  istisna 



olmaqla, qalanları fertil olmuş və normal F

hibridlərə başlanğıc vermişlər.  



Bütün hibridlərin ikinci və üçüncü nəsillərində spektrinə və intensivliyinə görə fərqli 

formaəmələgəlmə  proseslərinin  getdiyi  müşahidə  olunmuşdur.  T.  polonicum  və  T. 



petropavlovskyi  növlərinin  yumşaq  buğdanın  Çörək  sortu  ilə  olan  F

və  F



hibridlərində 

formaəmələgəlmə  spektri  daha  məhdud  olmuş  və  əsasən,  T.  polonicum,  T.  aestivum,  T. 

petropavlovskyi,  T.  spelta  L.  və  T.  durum  Desf.  tipli  sünbülləri  olan  bitkilər  meydana 

gəlmişdir. Bu isə T. petropavlovskyi –nin morfofizioloji əlamətlərə və düzgün konyuqasiyaya 

nəzarət  edən  genlərinin  T.  aestivum  –un  müvafiq  genlərinə  allel  olmaları  və  eyni 

xromosomlarda yerləşmələrinə dair T.T. Yefremova və həmkarlarının [6] söylədikləri fikrin 

doğruluğunu  bir  daha  təsdiq  edir.  T.  polonicum  və  T.  petropavlovskyi  arasındakı  resiprok 

hibridləşmədən  alınmış  F

və  F


hibrid  populyasiyalarının  da  formaəmələgəlmənin  məhdud 

spektri ilə xarakterizə olunduğunu (əsasən, T. polonicum, T. petropavlovskyi, T. aestivum, T. 

spelta, T. durum və T. turgidum  L.   tipli sünbülləri olan bitkilər meydana çıxmışdır) nəzərə 

alsaq  (Şəkil  2),  onda  ehtimal  etmək  olar  ki,  T.  petropavlovskyi  –nin  yuxarıda  sözügedən 

genlərinin bəziləri T. polonicum –a da alleldirlər. Gürünür, təsadüfi deyildir ki, bir sıra alimlər 

[4,  10,  6]  T.  petropavlovskyi  növünün  T.  aestivum  ilə  T.  polonicum  arasındakı  spontan 

hibridləşmədən  və  ya  T.  aestivum  –dakı  P  geninin  təbii  mutasiyasından  yarandığını  zənn 

etmişlər. 

Bir  qədər  geniş  formaəmələgəlmə  T.  polonicum  və  T.  petropavlovskyi  növlərinin  T. 

vavilovii ilə resiprok hibridlərinin ikinci və üçüncü nəsillərində qeydə alınmışdır. Bu zaman T. 

polonicum, T. aestivum, T. petropavlovskyi, T. spelta, T. vavilovii, T. durum, T. turgidum, T. 

compactum  Host  və  T.  dicoccum  (Schrank)  Schuebl.  tipli  sünbülləri  olan  bitkilərə  təsadüf 

edilmişdir. Bizim fikrimizcə, formaəmələgəlmə spektrinin belə genişliyi hər iki növün genetik 

cəhətdən T. vavilovii –dən fərqləndiyini və ondan müəyyən qədər uzaqlaşdığını göstərir. 

Beləliklə,  uzun  sünbülcük  pulcuğuna  malik  T.  polonicum  və  T.  petropavlovskyi 

növlərinin  iştirakı  ilə  alınan  resiprok  hibridlərdə  meyoz  və  formaəmələgəlmə  proseslərinin 

müqayisəli tədqiqi nəticəsində hər iki növün oxşar olduqları və formaəmələgəlmənin istər T. 



polonicum,  istərsə  də  T.  petropavlovskyi  ilə  olan  F

və  F



hibrid  populyasiyalarda  eyni 

qanunauyğunluqlara tabe olduğu müəyyən edilmişdir.   

 


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Cədvəl. T. polonicum və T. petropavlovskyi növlərinin iştirakı ilə alınan F

1

 hibridlərdə meyoz prosesinin tədqiqi 



 

                            Kombinasiyalar 

ATH-

nin sayı 



qapalı 

bivalentlər 

açıq 

bivalentlər 



uni-

valentlər 

tri-

valentlər 



kvadri-

valentlər 

XƏT 

 

2n 



T. polonicum × T. aestivum cv. Çörək 

151 


11,66±0,52 

2,47±0,48 

6,06±0,68 

0,17±0,12 



26,34±0,73 

35 


   T. aestivum cv. Çörək × T. polonicum 

158 


10,08

0,68 



3,44

0,70 



7,71

0,69 



0,05

0,11 



23,66


0,78 


35 

T. polonicum × T. vavilovii 

135 


11,39±0,32 

2,22±0,30 

7,00±0,00 

0,19±0,02 



25,59±0,27 

35 


    T. vavilovii × T. polonicum 

112 


13,89±0,20 

1,94±0,14 

5,00±0,00 



28,06±0,14 

35 


T. polonicum × T. petropavlovskyi 

159 


12,82±0,22 

1,54±0,46 

6,28±0,30 



27,18±0,32 

35 


T. petropavlovskyi × T. polonicum 

132 


11,42±0,44 

2,90±0,38 

6,35±0,33 



25,75±0,55 

35 


T. petropavlovskyi × T. aestivum cv. Çörək 

114 


17,75±0,51 

2,59±0,39 

1,33±0,34 



38,14±0,64 

42 


   T. aestivum cv. Çörək × T. petropavlovskyi 

98 


19,59

0,23 



1,41

0,23 





40,61

0,23 



42 

T. petropavlovskyi × T. vavilovii 

135 


19,08±0,22 

1,54±0,20 

0,76±0,20 



39,70±0,29 

42 


    T. vavilovii × T. petropavlovskyi 

117 


18,53±0,48 

1,75±0,25 

0,48±0,27 

0,24±0,18 



39,64±0,34 

42 


AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

 



ƏDƏBİYYAT 

 

1.



 

Вавилов  НИ  (1927)  Географичкские  закономерности  в  распределении  генов 

культурных растений. Труды по прикл ботан, генет и селекции, 17(3) 

2.

 



Вавилов НИ (1931) Пшеницы Абиссинии и их положение в общей системе пшениц. 

Труды по прикладной ботанике, генетике и селекции, приложение 51, 233 с 

3.

 

Горин  АП,  Дунин  МС,  Коновалов  ЮБ  и  др.  (1968)  Практикум  по  селекции  и 



семеноводству полевых культур. Москва: «Колос», 439 с 

4.

 



Дорофеев  ВФ, Филатенко АА, Мигушова ЭФ, Удачин РА, Якубцинер ММ  (1979) 

Пшеница. В кн: Культурная флора СССР (под ред. Дорофеев ВФ и Коровина ОН), т 1, 

Ленинград: «Колос», 348 с  

5.

 



Доспехов БА (1979)  Методика полевого опыта. Москва: «Колос», 416 с 

6.

 



Ефремова  ТТ,  Майстренко  ОИ,  Лайкова  ЛИ,  Арбузова  ВС,  Попова  ОМ  (2000) 

Сравнительно-генетический  анализ  гексаплоидных  пшениц  Triticum  petropavlovskyi 

Udacz. et Migusch. и Triticum aestivum L. Генетика, 36(10): 1362-1369  

7.

 



Паушева ЗП (1980)  Практикум по цитологии растений. Москва: "Колос", 304 с 

8.

 



Синская ЕН (1969) Историческая география культурной флоры. Л:Колос  

9.

 



Biffen RH (1905) Mendel’s law of inheritance and wheat breeding. J Agr Sci, 1: 4-48 

10.


 

Chen Q, Sun Y, Dong Y (1985) Cytogenetic studies on interspecific hybrids of Xinjiang 

wheat. Acta Agron Sin, 11: 23-28 

11.


 

Engledow FL (1923) The inheritance of glume-length in wheat crosses. J Genet, 13: 79-

100 

12.


 

Masum Akond ASMG, Watanabe N, Furuta Y (2008) Comparative genetic diversity of 



Triticum  aestivum–Triticum  polonicum  introgression  lines  with  long  glume  and  Triticum 

petropavlovskyi  by  AFLP-based  assessment.  Genet  Resour  Crop  Evol, 

55(1


):133-141;  doi: 

10.1007/s10722-007-9221-x  



Şəkil 2. T. petropavlovskyi × T. polonicum kombinasiyasına məxsus F

3

 hibrid 



populyasiyasında formaəmələgəlmənin spektri 

AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



13.

 

Schiemann  E  (1948)  Weizen,  Roggen,  Gerste.  Systematik,  Geschichte  und 



Verwendung. Fisher, Jena 

14.


 

Schulz  A  (1911)  Die  Abstammung  dez  Weizens  Mitt.  d.  Naturfrosch.  Gesel-schaft  zu 

Halle a. d., 1:14-17 

15.


 

Schultz A (1913) Die Geschichte der kultivierten Getreide. L. Neubert, Halle am Saale, 

1:134 

 

 



РЕЗЮМЕ 

СРАВНИТЕЛЬНОЕ ИЗУЧЕНИЕ ФОРМООБРАЗОВАНИЯ И МЕЙОЗА У 

ГИБРИДНЫХ ПОПУЛЯЦИЙ, СОЗДАННЫХ С УЧАСТИЕМ ВИДОВ ПШЕНИЦ 

С УДЛИНЕННЫМИ КОЛОСКОВЫМИ ЧЕШУЯМИ 

 

Алиева А.Дж., Мехтиева С.П., Аминов Н.Х.  



 

В  результате  сравнительного  изучения  гибридных  популяций,  созданных  с 

участием  видов  пшениц  с  удлиненными  колосковыми  чешуями  –  T.  polonicum  и  T. 

petropavlovskyi  было  установлено,  что  оба  вида  очень  сходны  и  формообразование 

подчиняется одним и тем же закономерностям  у обеих гибридных популяций  F

и F


3

созданных с участием этих двух видов. 



 

Ключевые  слова:  удлиненная  колосковая  чешуя,  гибридная  популяция, 

формообразование, мейоз, Triticum L. 

 

 



SUMMARY 

COMPARATIVE STUDY OF SPECIATION AND MEIOSIS IN HYBRID 

POPULATIONS OBTAINED BY USING OF WHEAT SPECIES  

WITH THE LONG GLUMES 

 

Aliyeva A.J., Mehdiyeva S.P., Aminov N.Kh.  



 

As  a  result  of  comparative  studying  of  the  speciation  and  meiosis  in  hybrid  populations 

obtained  by  using  of  wheat  species  with  the  long  glumes  -  T.  polonicum  and  T. 

petropavlovskyi have been established that the both species is related forms and the speciation 

is followed the same genetic mechanisms. 



 

Key words: elongated glume, hybrid population, speciation, meiosis, Triticum L. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



                                                                                                      UOT 634.8:581.167 

 

ÜZÜMÜN BİRİNCİ NƏSİL (Fı) HİBRİDLƏRİNİN OİDİUMA  



DAVAMLILIĞININ DOMİNANTLIQ DƏRƏCƏSİNİN TƏDQİQİ 

 

Şıxlinski H.M. 



AMEA Genetik Ehtiyatlar İnstitutu 

 

Məqalədə  patogenə  davamlı  (2  bal)  növlərarası  mürəkkəb  hibridlərlə  (SV  18-315, 



Zeybel  13-666,  SV  12-375)  oidiuma  müxtəlif  davamlılığı  ilə  fərqlənən  Avropa-Asiya 

(V.vinifera  L.) növünə  mənsub  olan  üzüm sortlarının  çarpazlaşdırılmasından alınmış birinci 

nəsil (Fı) hibridlərinin oidium xəstəliyinə davamlılığının dominantlıq dərəcəsinin tədqiqindən 

bəhs edilir. Birinci nəsil (Fı) hibridlərində oidium xəstəliyinə davamlılığın geniş spektrə malik 

dominantlıq dərəcəsi (mənfi, müsbət, aralıq) meydana çıxmışdır. 

 

Açar  sözlər:  Uncinula  necator,  V.vinifera  L.,  davamlılıq,  patogen,  qiymətləndirmə, 

donor. 

 

 

Oidium,  unlu  şeh  və  yaxud  külləmə  xəstəliyi  üzüm  tənəklərinin  ən  təhlükəli  və 

qorxulu göbələk xəstəliklərindən biridir. Xəstəliyin törədicisi Uncinula necator Burrill. (çanta 

mərhələsi)  və  yaxud  Oidium  tuckeri  Berk.  (konidi  mərhələsi)  göbələyidir.  Azərbaycanın 

müxtəlif bölgələrində oidium xəstəliyinə sibrə və yaxud tozvurma da deyilir [6, 7, 9]. 

Vegetasiyanın  bütün  dövrlərində  üzüm  tənəklərinin  yaşıl  orqanlarını  zədələyir. 

Patogen  1845-ci  ildə  şimali  Amerikadan  İngiltərəyə  gətirilmiş  və  onu  ilk  dəfə  istixanada 

Tuker  adlanan  bağban  aşkar  etmişdir.  Xəstəlik  1850-ci  ildən  isə  Avropanın  üzüm  becərilən 

bütün  bölgələrində  yayılmışdır.  Bu  patogenin  törədicisi  üzüm  tənəklərinin  ancaq  canlı 

toxumalarında parazitlik edərək, obliqat xarakterə malik olan göbələkdir [3, 6]. 

Göbələk  mitseli  halında  zədələnmiş  tumurcuqlarda,  zoğlarda  və  gövdə  yarıqlarında 

qışlayır.  Cənub  rayonlarının  üzüm  becərilən  bağlarında  xəstəliyin  ilk  nişanələri  özünü  daha 

tez  göstərir.  Tumurcuğu  zədələnmiş  zoğların  üzəri  göbələk  mitselilərinin  ağ  örtüyü  ilə 

örtülərək,  onların  inkişafdan  qalmasına  səbəb  olur.  Temperaturu  nisbətən  aşağı  olan 

bölgələrdə xəstəliyin ilk nişanələri gec müşahidə olunur, ona görə də yarpaq və salxımlarda 

zəif  ağ  ləkəli  örtük  əmələ  gəlir.  Bir  sıra  tədqiqatçılar  oidium  xəstəliktörədicisinin  qışı  hansı 

mərhələdə  keçirməsini  araşdıraraq  müəyyən  etmişlər  ki,  göbələk  qışı  kleystotesi  və  kondi 

halında keçirir [3, 6, 13]. 

Son illərdə isə İran İslam Respublikasının Təbriz və Ərdəbil Tədqiqat Mərkəzlərində 

aparılan  araşdırmalar  zamanı  müəyyən  edilmişdir  ki,  göbələk  mitseli  halında  ancaq  üzüm 

tənəklərinin  yatmış  tumurcuqları  arasında  qışlayır.  Tədqiqatçılar  mitselinin  digər  orqanlarda 

qışlamasını  inkar  etmişlər,  yəni  mitselinin  nə  zoğlarda,  nə  də  gövdə  yarıqlarında  olması  və 

kleystotesi halında qışlaması aşkar edilməmişdir [4, 6, 9]. 

Patogenin  aktiv  inkişafı  üçün  optimal  temperatur  20-25

o

C,  nisbi  rütubət  isə  70-80% 



olmalıdır. Bu optimal şəraitdə yarpaqların alt və üst tərəfini örtən örtük intensiv əmələ gəlir 

və  daha  parlaq  olur.  Göbələk  çoxlu  miqdarda  konididaşıyanlarda  oval  zəncirşəkilli  sporlar 

əmələ  gətirir  və  sporlar  bütün  vegetasiya  dövründə  külək  vasitəsi  ilə  yayılaraq,  daima  yeni 

sirayətlənmə təhlükəsi yaradır [3, 5, 27, 28, 29].  

Üzüm  sortlarının  davamlılığından  və  iqlim  şəraitindən  asılı  olaraq,  yarpaqlarda 

müxtəlif  xarakterli  nişanələr  meydana  gəlir:  damar  nekrozu,  yağ  parlaqlığı,  deformasiya 

(eybəcərləşmə), lokal xloroz ləkələri, göbələyin müxtəlif intensivlikli örtüyü və s. [6, 22, 28, 

29]. 


AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



İnfeksiyanın  erkən  inkişafı  zamanı  çiçəklər  və  cavan  salxımlar  zədələnərək  quruyur. 

Cavan  yaşıl  zoğlarda  bozumtul  örtük  əmələ  gələrək,  lokal  nekrozlar  meydana  çıxır.  Üzüm 

tənəklərinin  çox  şiddətli  sirayətlənməsi  zamanı  yarpaqlarda,  bəzi  hallarda  “iylənmiş  balıq” 

qoxusu  ilə  müşayiət  olunur.  Tənəklərin  odunlaşmış  budaqlarında  müxtəlif  ölçülü  bozumtul 

ləkələr yaza qədər qalır. Yağışlı havalar xəstəliyin inkişafını ləngidir. Xəstəliklə sirayətlənmiş 

Avropa-Asiya  növünə  aid  üzüm  sortlarında  məhsulun  keyfiyyət  və  kəmiyyəti  aşağı  düşür, 

tənəklərin inkişafı zəifləyir və qışlama vəziyyətini pisləşdirir [4, 5, 6].  

Oidium  xəstəliyinin  üzüm  bağlarına  həddindən  artıq  çox  ziyan  vuran,  məhvedici  və 

bütün  dünyada  geniş  yayılmış  bir  göbələk  xəstəliyi  olduğu  araşdırmalar  zamanı  müəyyən 

edilmişdir  [6,  7,  21,  22,  27].  Unlu  şeh  xəstəliyinə  qarşı  mübarizə  məqsədilə  inteqrir 

(kompleks)  mübarizə  üsullarından  istifadə  olunması  təklif  edilmişdir  [6,  7,  8,  9].  Qərbi 

Kolorado  ştatında  Şardone  üzüm  sortu  becərilən  bağda  oidium  xəstəliyinə  qarşı  mübarizə 

məqsədilə  müxtəlif  kimyəvi  preparatlardan  (25  gündən  bir)  istifadə  edilmiş  və  müsbət 

nəticələr  əldə  olunduğu  qeyd  edilir  [27,  28,  29].  Abşeron  şəraitində  isə  oidium  xəstəliyinə 

qarşı  balkaton  və  trimidal  fungisidlərindən  istifadə  olunmuşdur  [1,  2].  Həmçinin  Abşeron 

şəraitində  oidium  xəstəliyinə  qarşı  topaz,  kvadris  və  miklotane  preparatlarından  növbəli 

şəkildə istifadə edilərək müsbət nəticələr əldə olunmuşdur [7].  

Növdaxili  və  növlərarası  çarpazlaşdırılma  nəticəsində  alınan  heterogen 

populyasiyaların  davamlılıqları  həm  təbii,  həm  də  süni  yoluxma  (infeksion)  fonunda  tədqiq 

edilmişdir. Yüksəkkeyfiyyətli Avropa-Asiya növünə aid sortlarla kompleks davamlılıq donor 

geninə  malik  hibridlərlə  çarpazlaşdırılma  zamanı  həm  davamlılıq  əlamətlərinə,  həm  də 

keyfiyyət  göstəricilərinə  görə  həddindən  artıq  geniş  spektrə  malik  populyasiyalar  alınmışdır 

[5, 14, 15, 19, 20,  24, 25, 26]. 

V.vinifera  L.  növünə  aid  yüksəkkeyfiyyətli  üzüm  sortları  ilə  növlərarası  mürəkkəb 

hibrid  olan  Seyv  Villar  arasında  çarpazlaşdırılma  aparılaraq,  filloksera  və  göbələk 

xəstəliklərinə davamlı hibrid formalar alınmışdır [17, 24, 25, 26]. 

Növlərarası  və  növdaxili  çarpazlaşdırılma  nəticəsində  filloksera  və  əsas  göbələk 

xəstəliklərinə (mildiu, oidium, boz çürümə, antraknoz) kompleksdavamlı hibridlər alınmış və 

onların içərisindən 14 yeni sort seçilmişdir [10, 12,13]. 



V.vinifera  L.  və  V.amurensis  Rupr.  növləri  arasında  çarpazlaşdırılma  aparılaraq, 

mildiuya davamlılıq Pv (a) geninin V.amurensis Rupr. növündən, oidiuma davamlılıq Un (v) 

geninin isə V.vinifera L. növünə mənsub üzüm sortlarından keçdiyi müəyyən edilmişdir [24, 

25, 26]. 

Növlərarası  mürəkkəb  hibridlərlə  Avrasiya  növünə  aid  olan  sortlar  arasında  aparılan 

çarpazlaşdırılma  nəticəsində  alınmış  birinci  nəsil  (Fı)  hibridlərində  oidiuma  davamlılığın 

dominantlıq dərəcəsi tədqiq edilmişdir [12, 17, 23]. 

 

MATERİAL VƏ METODİKA 

Azərbaycan  şəraitində  üzüm  sort  və  formalarının  oidium  xəstəliyinə  davamlılığının 

qiymətləndirilməsi  məqsədilə  təbii  fonda  700-dən  çox  üzüm  sortlarının  patogenlə 

sirayətlənməsinin fitopatoloji qiymətləndirilməsi aparılmışdır [21, 22, 23]. 

Oidium  xəstəliyinə  davamlı  (2  bal)  növlərarası  mürəkkəb  hibridlərlə  patogenə 

müxtəlif  davamlılığı  ilə  fərqlənən  Avrasiya  (V.vinifera  L.)  növünə  mənsub  üzüm  sortları 

arasında aşağıdakı kombinasiyalar üzrə çarpazlaşdırılma aparılmışdır: 

 

            



Zeybel 13-666 x Aleatiko;  

             

SV 18-315 x İrşai Oliver;  

            

SV 12-375 x Traminer ; 

 

            



SV 18-315 x Aliqote;  

             

Zeybel 13-666 x Turiqa;  


AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



             

Zeybel 13-666 x Muskat fioletovıy; 

            

Zeybel 13-666 x Qreçeskiy rozovıy;  

            

Aleatiko xZeybel 13-666; 

            

Kaberne x SV 18-315;  

             

Muskat belıy x SV 12-375.    

 

Birinci  nəsil  (Fı)  hibridlərinin  oidium  xəstəliyinə  davamlılığının  fitopatoloji 



qiymətləndirilməsi  zamanı  5  ballı  şkaladan  istifadə  olunmuşdur  [13,  18].  Hibridlərin 

dominantlıq dərəcəsinin göstəriciləri məlum formula əsasında [11, 16] tədqiq edilmişdir.  

 


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin