Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə16/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   12   13   14   15   16   17   18   19   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
19
Davranışın gender aspektində təhlili göstərir ki, qa-
dın-kişi münasibətləri cəmiyyətin tarix və mədəniyyəti ilə 
müəyyənləşən konkret sosial-siyasi və iqtisadi vəziyyətlə sıx 
surətdə bağlıdır. Tədqiqatçıların qeyd etdiyi kimi, artıq XXI 
əsr və bütövlükdə yeni “zaman okeanına” daxil olmuş üçün-
cü minillik, istər siyasətdə, istərsə də iqtisadiyyatda “qadın-
lara xas keyfiyyətlərin” cəlb olunmasını təkidlə tələb etmək-
dədir. Vaxtilə kişilərin fiziki qüvvəsini səfərbər etmiş aqrar 
və sənaye əsrləri başa çatmaqdadır; indi “qadın əsri” – intui-
siya, diqqətililik və işdə səliqə-sahman tələb edən informasi-
ya texnologiyaları əsri başlanır. Bu, qadınların öz intellektu-
al qüvvələrini tətbiq etmə imkanlarını artırır. Gender balansı 
qadın və kişi əməyinin şüurlu, yəni təbii yaranma əlaqəsi ilə 
baş tuta bilər. Reproduksiya məsələsi bu kontekstdə vacib-
dir, lakin demoqrafik dəyişiklərdən ayrılmış reproduksiya 
indiki gender disbalansın vəziyyətini göstərmir. 
Bu proseslər, digər postsovet respublikalarında olduğu 
kimi, Azərbaycanda da cəmiyyətin strukturunun və onun 
sisteminin transformasiyasına gətirib çıxarmış siyasi pro-
seslərin nəticəsidir (69: 12).
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, gender is-
tiqamətində aparılan araşdırmaların nəzəri əsasında dəyər 
kateqoriyasının dayandığı məlumdur. Gender dəyərlərinin 
birinci forması ictimai ideal kimi, ictimai həyatın müxtəlif 
sahələrində arzu edilən atributlar haqqında mücərrəd təsəv-
vürlər kimi çıxış edir. Bu cür dəyərlər həm ümumbəşəri
həm də konkret tarixi və milli xarakterə malik ola bilər.
Gender dəyərlərinin ikinci forması isə gender rolu ilə 
şərtlənən sosial hərəkətlər şəklində obyektivləşmiş formada 
çıxış edir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin