AMEA MƏRKƏZİ ELMİ KİTABXANA
AMEA Naxçıvan bölməsi nəşrlərinin
tövsiyə ədəbiyyat göstəricisi
Bakı - 2016
Tərtibçi: Xuraman İsmayılova
Əməkdar mədəniyyət işçisi,
Prezident mükafatçısı
Tərtibçidən
90 illik tarixə malik AMEA Mərkəzi Elmi Kitabxananın fondunu bir sıra unikal nəşrlər, kolleksiyalar zənginləşdirir. Bu yaxınlarda AMEA-nın Naxçıvan bölməsinin nəşrlərindən ibarət yeni bir kolleksiya da MEK-in çoxsaylı kolleksiyaları sırasına qatıldı. 5 minillik tarixə malik, Azərbaycanın ayrılmaz tərkib hissəsi, Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri olan, “dünyanın naxışı”, “dünyanın bəzəyi” adlandırılan Naxçıvan haqqında müfəssəl və dəqiq məlumatlarla zəngin kolleksiyanı oxucuların diqqətinə çatdırmaq məqsədi ilə sizə təqdim olunan tövsiyə ədəbiyyat göstəricisini tərtib etmək qərarına gəldik. Qeyd etmək lazımdır ki, bu kolleksiyaya daxil olan ədəbiyyat əsasən Naxçıvanın tarixi, təbiəti, coğrafiyası, ümumiyyətlə, bütün sahələri haqqında mükəmməl və dəqiq məlumat verən tədqiqat əsərləridir və əksəriyyəti də ilk və ya yeni aspektdə tədqiq olunan mövzulara həsr olunub. Naxçıvan haqqında tədqiqat işi aparan alimlərə, Naxçıvanla maraqlanan oxuculara ən gözəl məlumat mənbəyi olacaq kolleksiyadan istifadə də operativ və yüksək səviyyədə təşkil olunub.
Kolleksiyada ədəbiyyat göstəricidə olduğu kimi elm sahələri üzrə ayrılıb, əlifba ilə sıralanıb. Bu vəsaiti tərtib etməkdə məqsəd yeni yaranan kolleksiya və kolleksiyada təmsil olunan ədəbiyyat haqqında dəyərli alimlərimizi, oxucularımızı məlumatlandırmaqdır. Təbii ki, hər gün kolleksiya yeni ədəbiyyatla zənginləşir və hər yeni ədəbiyyat da vaxtaşırı tövsiyə ədəbiyyat göstəricisində öz əksini tapacaq. Yəqin ki, yaxın zamanlarda bu kolleksiya haqqında biblioqrafik göstərici də hazırlanacaq. Mərkəzi Elmi Kitabxananın zəngin, fundamental elmi fondu hamıya açıqdır və Azərbaycan elminin, mədəniyyətinin inkişafı üçün çalışan hər kəsi kitabxanamızda gözləyirik.
Dostları ilə paylaş: |