Amid rabitəli anestetiklərin farmakoloji xüsusiyyətləri.
Lokal anestetiklərin kimyəvi quruluşunda üç əsas fraqment ayırd edilir: hidrofıl hissə, ara zəncir və lipofil hissə. Hidrofil hissə tərkibinə karbon radikalları daxil olan amin qrupudur. Ara zəncir iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupudur. Molekulun lipofil hissəsini aromatik qrup təşkil edir. Bəzi maddələrdə aromatik qrup paraaminobenzoy turşusundan (prokain və tetrakaində), bəzilərində benzoy turşusundan (kokaində), bəzilərində anilin törəmələrindən (lidokain, etidokain, mepivakain və bupivakaində), bəzilərində isə meta- aminobenzoy turşusundan ibarətdir. Anesteziyaedici təsir effektinin meydana çıxmasında həlledici rolu aminoqrup (polyar hissə) və aromatik (qeyri-polyar fraqment) strukturların sinir hüceyrəsi membram ilə müvafiq mexanizmlərin nəticəsi kimi meydana çıxan qarşılıqlı təsirləri oynayır.
Qeyd etmək lazımdır ki, lokal anestetiklərin molekulunda ara zəncir aromatik qrupa ya efir, ya da amid rabitəsilə bağlanır. Kimyəvi quruluş- larmdakı bu xüsusiyyət əsas götürülməklə, yerli anestetikləri aşağıdakı qruplara ayırırlar:
Tərkibində efir rabitəsi olan lokal anestetiklər Kokain, Dikain (Tetrakain), Prokain (Novokain)
Tərkibində amid rabitəsi olan lokal anestetiklər
Lidokain (Ksikain), Bupivakain hidroxlorid (Markain), Prilokain, Kartikain (Ultrakain, Artikain), Dibukain (Sovkain, Nupercaine), Mepivakain (Carbokain), Etidokain (Duranest), Trimekain
Digər kimyəvi qruplardan olan lokal anestetiklər
Benzokain (Anestezin, Etilaminobenzoat), Butilaminobenzoat, Butesin pikrat, Siklometikain sulfat, Ortoform, Kapsaisin
Anesteziyaedici maddə kimi son illər daha çox lidokainə üstünlük verilir. İlk dəfə 1948-ci ildə alman bu preparat yüksək anesteziyaedici aktivliyə malik olmaqla, anesteziyamn bütün növlərində böyük müvəffəqiyyətlə istifadə olunur. Prokainlə müqayisədə o, daha tez, daha güclü (2,5 dəfə) və daha uzunmüddətli (2 dəfə) təsir göstərir. Toksiki təsiri isə bilavasitə preparatın istifadə olunan qatılığından asılıdır. Belə ki, aşağı qatılıqda (0,5%) lidokainin toksikliyi praktik olaraq prokainə uyğundur, qatdığın yüksəldüməsi zamam isə (1-2%) preparatın toksikliyi prokainlə müqayisədə 40%-50% artır. Preparat yeridilmə nahiyəsində ətraf toxumaları qıcıqlandırmır, damar tonusunu dəyişmir, oftalmologiya praktikasmda istifadə zamanı isə göz bəbəyinin ölçülərinə demək olar ki, təsir göstərmir. Əksər müəlliflər lidokainin adrenomimetiklərlə birgə istifadəsini (toksiki təsirin zəifləməsi və təsir müddətinin daha da uzanması üçün) məsləhət görürlər. Bu məqsədlə hər 10 ml lidokain məhluluna 1 damcı (istifadə olunan anestetikin ümumi həcminə 5 damcıdan artıq olmamaqla) 0,1% epinefrin hidroxlorid məhlulu (ex tempore) əlavə edilməlidir. Hazırda lidokain epinefrinlə kombinə olunmuş halda ayrıca dərman forması kimi ksilodont (ksilesterin rento) adı altında buraxılır.
Lidokaində miokard hüceyrəsi membranına stabilləşdirici təsir göstərmək və bunun nəticəsi kimi meydana çıxan yüksək antiaritmik təsir effekti vardır. Bu məqsədlə ondan əsasən mədəcik mənşəli taxikardiya və ekstrasistoliyalarda və xüsusən, kəskin miokard infarktı zamam baş verə biləcək aritmiya və mədəciklərin fibrilyasiyası prosesinin qarşısını almaq məqsədilə istifadə edilir.
Bupivakain lokal anesteziyada qravimetrik təsir gücü baxımından mepivakain və lidokaindən 4 dəfə güclü preparat hesab olunur. Onun törətdiyi anesteziya halının davametmə müddəti mepivakain və lidokaindən 2-3 dəfə uzundur. Tibbdə ən uzunmüddətli təsir göstərən iki anestetikdən (digəri etidokain'dir) biri hesab olunur. Təsiri digər anestetiklərlə müqayisədə daha gec, 30 dəqiqədən sonra maksimuma çatır. Bupivakini digər anestetiklərdən fərqləndirən ən mühüm və praktik əhəmiyyət kəsb edən xüsusiyyəti, hərəki sinir liflərilə müqayisədə hissi sinir liflərinə qarşı daha seçici təsir göstərməsi, yəni diferensial blok törətməsidir. Odur ki, əsasən, epidural anesteziya növündə, istifadə olunur. İstər epidural və istərsə də kaudal anesteziya növündə istifadə olunan lokal anestetiklər içərisində motor neyronlara ən az təsir göstərib, hissi sinirləri blokada edən dərman maddəsi hesab olunur.
Prilokain kimyəvi quruluşu, analgetik təsirinin gücü və orqanizmdə metabolizmə uğrama yollarına görə lidokainə oxşar maddə hesab olunur. Lidokaindən fərqli olaraq analgetik təsiri gec başlayır və daha uzun müddət davam edir. Tibbi praktikada istifadə olunmağa başladığı ilk vaxtlarda toksikliyinin lidokaindən az olduğu ehtimal olunsa da, sonrakı tədqiqatlar bu mülahizələri təsdiq etmədi. Lidokain kimi sedativ effekt törədə bilir, lakin ondan fərqli olaraq, hətta kiçik dozalarda belə tez-tez methemoqlobinemiya halı törədir. Methemoqlobinemiyaya prilokaindən əmələ gələn metabolitlər (o-toluidin, p-hidroksitoluidin və nitrozotoluidin) səbəb olurlar. Qeyd etmək lazımdır ki, prilokainin törətdiyi methemoqlobinemiya geri-dönən haldır. Bununla belə, onun sürətlə aradan qaldırılması üçün metilen abısının 1%-li məhlulu (1-2 mq/kq dozada) 5 dəqiqə müddətində yavaş-yavaş venadaxilinə yeridilməli (metilen abısmın yerinə venaya askorbin turşusu da vurmaq olar) və paralel olaraq xəstəyə təmiz oksigen verilməlidir. Methemoqlobinemiya törətdiyinə görə prilokainin lokal anestetik kimi istifadəsi məhduddur.
Kartikain kimyəvi quruluşuna görə prilokainə bənzəyən, lakin digər amid törəmələri qrupundan olan anestetiklərdən fərqli olaraq molekulunda fenil həlqəsi əvəzinə tiofen qrupu saxlayan maddədir. Təsiri tez başlayır və uzunmüddət davam edir. Ondan infiltrasion, regional, onurğa beyin anesteziyası, eləcə də doğuş aktını ağrısızlaşdırmaq və ağrı simptomlarını aradan qaldırmaq üçün də istifadə oluna bilər. Baş ağrısı, diplopiya, əzələ səyriməsi, allergik reaksiyalar, bəzi hallarda isə düşüncə pozğunluğu kimi əlavə effektlər törədə bilir. Preparatdan, əsasən, stomatologiya praktikasında istifadə olunur.
Dibukain anesteziyaedici təsirinə görə prokaindən 15 dəfə güclü və o nisbətdə də toksiki olan bir maddədir. Qravimetrik təsir gücünə görə, 1 lokal anestetiklərdən ən qüvvətlisi hesab olunsa da (prokaindən 15-20 dəfə aktivdir, təsir müddəti isə 3 dəfə uzundur), toksikliyi çox yüksək olduğuna görə praktik istifadə imkanları yüksək qiymətləndirilmir.Praktikaya, əsasən, onurğa beyin anesteziyasmda istifadə olunmaq üçün tövsiyə olunsa da (subaraxnoidal inyeksiyada efferent damardaraldıcı sinir liflərini blokada etdiyi üçün adətən, qan təzyiqini aşağı salır), hazırda bu məqsədlərlə istifadə olunmur. Dibukain'in yalnız səthi anesteziyada istifadə olunması tövsiyə edilir. 0,1 %-li məhlulu oftalmologiya praktikasında (konyunktiva kisəsinə damızdırmaq üçün), 0,5-1 %-li məhlullarından isə burun və boğazın selikli qişasına təyin etmək üçün istifadə olunur. Preparatın 0,5 %-li məlhəmi də vardır. Ondan dəri zədələnmələri və düz bağırsaq çatları zamanı istifadə olunur. Təsiri tez başlayır və uzun müddət davam edir.
Mepivakain anesteziyaedici təsirinin gücü, davametmə müddəti və istifadə olunduğu lokal anesteziya növlərinə görə lidokainə oxşar maddədir. Lidokaindən əsas fərqi terminal anesteziyada təsirinin zəif olması və bu səbəbdən də anesteziyanın bu növündə ondan istifadə olunmamasıdır. Lidokainlə müqayisədə sedativ təsiri zəifdir. Ondan istifadə edildikdə, məhluluna vazokonstriktorların əlavə edilməsi lazım gəlmir. Odur ki, əsasən, məhlullarına vazokonstriktorların əlavə edilməsi lazım gələn lokal anestetiklərin istifadəsinə məhdudiyyətlər qoyulduğu xəstələrə təyin edilir. Daha çox stomatologiya praktikasında istifadə olunur.
İnyeksiya olunan lokal anestetiklər içərisində ən yüksək lipofil xüsusiyyətə malik olam etidokain hesab olunur. Təsiri çox tez başlayır və təsir müddəti bupivakain qədər (3-10 saat və daha çox) uzundur. Ondan infiltrasion, regional və epidural anesteziyada istifadə olunur.
Trimekain kimyəvi quruluşuna görə lidokainə oxşar birləşmə olub, bu sıranın klassik və etalon nümayəndəsi prokainlə müqayisədə 2-3 dəfə artıq aktivliyə, daha uzunmüddətli təsir effektinə (2-4 saat) və daha yüksək toksikliyə malikdir. İnfiltrasion anesteziyada preparatın 0,125% (1500 ml qədər), 0,25% (800 ml qədər) və 0,5% (400 ml qədər) məhlullarından istifadə olunur. Böyüklər üçün ümumi qəbul dozası 2 qramdan artıq olmamalıdır. İstifadə zamanı ətraf toxumalara qıcıqlandırıcı təsir göstərmir, eləcə də, terapevtik dozalarda ürək-damar sistemi və tənəffüs aktında praktik əhəmiyyət kəsb edən ciddi dəyişikliklər əmələ gətirmir. Əlavə effekt kimi öyümə, qusma və yeridildiyi nahiyədə yandırıcı hissiyyat törədə bilər. Preparatda, həmçinin, antiaritmik təsir effekti də vardır və lazım gələrsə bu məqsədlərlə də (venadaxili) istifadə oluna bilər.
Piromekain kimyəvi quruluşuna görə trimekainə oxşar maddə olmaqla, səthi anesteziya növündə istifadə olunur. Bu məqsədlərlə oftalmologiya praktikasında preparatın 0,5% (1-2 damcı), otorinolarinqologiya praktikasında 1-2% (1-5 ml), endoskopik müayinələr zamanı 2% (2-5 ml), stomatologiya praktikasında isə 1%-2%-li (1-5 ml) məhlullarından və 5%-li məlhəmindən istifadə olunur.
Bu sıranın digər nümayəndəsi benzofurokain yerli anesteziyaedici aktivliyə, eləcə də mərkəzi analgeziyaedici xüsusiyyətlərə malik preparatdır. Yerli anestetik kimi stomatologiya praktikasında pulpitlərin, peridontitlərin müalicəsi, eləcə də abseslər zamanı və cərrahi müdaxilədən sonrakı ağrıları aradan qaldırmaq məqsədilə (preparatın 1%-li məhlulundan 2-5 ml) istifadə edilir. Analgetik maddə kimi isə benzofurokain, əsasən, pankreatit, peritonit, kəskin plevrit, qaraciyər və böyrəklərin spastik ağrıları (koliklər) zamanı (yaxşı olar ki, trankvli- zator və spazmolitiklərlə birgə) təyin edilir.
Dostları ilə paylaş: |