Amid Səlimoğlu Bəyaz Dəhliz
20
– Ay qız, sən niyə yığırsan? Yasəmən bura niyə
gəlib, yığacaq da o. – Gülər əli ilə Fəridə xanımdan
qalxmasını istədi.
– Elə şey olar? Nə var ki, burda?! – Fəridə
xanım Gülərin sözlərindən xoşu gəlməmişdi ki, tərs-
tərs ona baxdı.
Yasəmən isə yenə Gülərə bir söz demədi. İşinin
xatirinə susmağa məcbur oldu.
– Mən yığışdıraram, Fəridə xanım. Siz narahat
olmayın. – Yasəmən dərhal yanlarına gəlib dizlərini
yerə qoyaraq qırıntıları yerdən götürüb yeri silməyə
qoyuldu.
Bir yandan yeri silir, bir yandan da özünü ələ
almağa çalışırdı. Ayaqlarını bir-birinin üstünə atmış
Gülərin qarşısında diz köçüb yeri silməsi onu daha da
əzirdi. Qəhər boğsa da, özünü sıxır, ağlamamaq üçün
özünü zorla saxlayırdı. Onsuzda, hər əzaba dözməyi
öyrənmişdi. Buna da dözmək elə də çətin
olmayacaqdı. Ancaq nə qədər olsa da, axı o da qadın
idi. Qadınlıq qüruru isə içində tüğyan edir, tufanlar
qoparırdı. Bunu isə üzə vurmurdu. Ailəsi üçün
məcbur idi.
***
Amid Səlimoğlu Bəyaz Dəhliz
21
– Sən gəl mənim dediyimi elə. Boş-boş
oturmaqdan bir şey çıxmayacaq.
– Ay qardaş, istəmirəm də! Niyə başa
düşmürsən? – Sabir stəkanı çayla doldurub Zakirin
qabağına qoydu.
– Niyə istəmirsən axı? Elə də çətin olmayacaq.
Uzağı iyirmi gün. Həkimlə də danışmışam, hər
köməklik edəcək. Həm tanış adamdır, vəziyyətinizi
də danışdım, sağ olsun, bir qəpik də almayacaq. –
Çayından bir qurtum aldıqdan sonra qənd qabına
baxdı. – Konfet yoxdu?
– Yox, qurtarıb.
– Heç nə olmaz. Nəysə, – deyə qəndi ağzına
atdı. – Gəl, razı ol. Neçə aydır ki, işsizsən. Bacıma da
yazıqdır. Özünü fikirləşmirsənsə, onu fikirləş,
uşaqlarını fikirləş. Nə vaxta kimi evdə oturacaqsan?
– Offf... – Sabir əsəblə əlini üzündə gəzdirdi. –
Başa düşmürsən, sənin dediyini etsəm, məni heç işə
götürən olmayacaq!
– Elə deyirsən ki, səni guya nazir götürəcəklər.
Adi işlərdə işləyəcəksən də. Onlar da belə şeylərə heç
fikir vermirlər.
– Mən bugündən sonra dəli olmaq istəmirəm.
Həm niyə kimisə aldadım ki?! Bu düzgün olan iş
deyil.
– Yenə başladı. Ə, nə düzgünlük! Kimdi
düzgünlüyə baxan. Düzgün olub nə edəcəksən? De,
Amid Səlimoğlu Bəyaz Dəhliz
22
səkkiz aydır ki, cibinə bir qəpik girmir. Ağıllı ol! Sənə
deyirəm ki, gəl mənim dediyimi elə. Həkimlə də
danışmışam. Uzağı iyirmi gün xəstəxanada
yatacaqsan. Sonra isə olacaqsan pensiyaçı. Ayda iki
yüz manatını alacaqsan. Heç yoxdan yaxşıdır.
– Soruşsalar da, nədən çıxmısan, deyəcəm
dəlilikdən! Bir bu qalmışdı.
– Ə, sənə kim deyir, hamıya hesabat ver!
Deyərik ki, rayona iş dalıyca gedib. Narahat olma.
Yasəmənlə uşaqlara da biz baxarıq.
– Nə bilim, Zakir. Bilmirəm.
– Mən səndən çox bacımı fikirləşirəm. O, mənə
ata, anamdan yadigardır. Gözlərimin önündə əriyib
yox olur bədbəxt. Ona yazığın gəlsin.
Zakir sözünü bitirib susdu. Sabir isə başını
aşağı salmışdı. O da heç nə demirdi. Zakirlə Sabir
uşaqlıqdan bir-birini tanıyırdılar. Zakir ondan iki yaş
böyük olardı. Yasəmənlə Sabirin evlənməsi üçün
evdəkiləri də elə Zakir razı salmışdı. Sabirin xətrini
çox istəyirdi. Ona görə də, çalışırdı ki, onlara bir
yardımı toxunsun.
– Fikirləş. Yasəmənlə də danış. Götür-qoy
edin. Ancaq bir qərara gəlin. Vaxt itirmək yaxşı deyil.
– Zakir ayağa qalxdı. – Rüfət hardadır? Gələndən
görməmişəm.
– O biri otaqdadır. Yatıb.
– Lap yaxşı. Mən gedirəm. Yenə gələcəm.
|