İngiltərə burjua inqilabının başlanması (1640)
Dövrün başlıca tələblərindən biri xarici siyasətin aparılmasında parlamentin
səlahiyyətlərinin artırılması idi. Kralın apardığı xarici siyasət müharibələrə səbəb
olurdu. Müharibələr üçün böyük maliyyə vəsaiti lazım idi. Bu məqsədlə I Karl
vergiləri artırmaq qərarına gəldi. Vergiləri artırmaq isə birbaşa kralın
səalhiyyətlərinə aid deyildi. Bunun üçün parlamentin razılığı olmalı idi. Lakin kralla
parlament arasında ziddiyyətlər kəskinləşdiyinə görə 1629-cu ildə I Karl parlamenti
buraxdı. Boşalmış xəzinəni doldurmaq və yeni vergilər təyin etmək üçün kral 1640-
cı ildə parlamenti çağırmağa məcbur oldu. Lakin parlament kralın tələblərini yerinə
yetirmədi, əskinə bir sıra feodal qaydalarını sarsıdan islahatlar keçirdi. Beləliklə,
ölkədə kral və parlament arasında münasibətlər kəskinləşdi. Onların tərəfdarlarından
ibarət iki siyasi düşərgə yarandı. Bu parlament 13 il mövcud olduğu üçün (1640-
1653) uzunmüddətli parlament adı aldı. Uzunmüddətli parlamentin çağırılması
İngiltərədə inqilabın başlanğıcı hesab olunur. İngiltərə burjua inqilabının
qarşısında duran əsas vəzifə mütləqiyyəti və feodal qaydalarını ləğv etmək idi.
İngiltərədə vətəndaş müharibəsi (1642-1646)
I Kral uzunmüddətli parlamentin həyata keçirdiyi islahatlarla razılaşmayaraq icmalar palatasının beş nəfər
deputatını həbs etmək barədə göstəriş verdi. Bu xəbərdən qəzəblənən xalq parlamentin müdafiəsinə qalxdı. Odur
ki,
kral deputatları həbs etdirə bilmədi.
Belə olduqda I Karl 1642-ci ilin avqustunda parlamentə müharibə elan
etdi. 1642-ci ilin avqustunda I Karlın parlamentə müharibə elan etməsi ilə İngiltərədə vətəndaş müharibəsi
başlandı. İngiltərədə vətəndaş müharibəsi dövrünə aiddir:
1642-1646-cı illərdə Kralla parlament arasında baş vermiş müharibədə kralın tərəfdarlarını kavalerlər,
parlament tərəfdarlarını isə girdəbaşlar adlandırırdılar.
Müharibənin əvvəlində kral ordusu parlament ordusunu məğlub etdi.
Tezliklə parlament müttəfiq kimi Şotlandiya ilə birləşərək kral ordusu məğlub etdi.
Kromvelə general rütbəsi verildi və parlament ordusunun başçısı təyin edildi.
1645-ci ildə İcmalar palatası - Oliver Kromvelə yeni tipli ordu təşkil etməyi tapşırdı.
1645-ci ildə Neyzbi kəndi yaxınlığında döyüşdə parlament ordusu kralın başlıca qüvvələrini
darmadağın etdi və vətəndaş müharibəsinin taleyi həll olundu.
Məğlub olan I Karl Şotlandiyaya qaçsada, şotlandlar böyük məbləğdə pul alaraq onu İngiltərə
parlamentinə təslim etdilər.
1646-cı il iyununda İngiltərədə vətəndaş müharibəsi parlamentin qələbəsi ilə başa çatdı.
Müharibə nəticəsində ölkədə bütün siyasi hakimiyyət yeni zadəganların və burjuaziyanın əlinə keçdi
Kral ilə parlament tərəfdarları
arasında baş vermişdir
İngiltərədə
vətəndaş
müharibəsi
Ölkədə bütün hakimiyyət yeni
zadəganların və burjuaziyanın
əlinə keçdi
Müharibənin taleyini Neyzbi
döyüşü həll etdi
I Karlın parlamentə müharibə
elan etməsi ilə başlamış, 1642-
1646-cı illəri əhatə etmişdi
Parlament ordusuna Oliver
Kromvel başçılıq edirdi
Müharibə parlamentin qələbəsi
ilə başa çatdı
I Karl (1625-1649)
183
Oliver Kromvelin Yeni topli ordusu. 1644-cü il, Kromvelin ilk dəfə sərkərdəlik bacarığını göstərməsi.
1945-ci il, Neyzbi döyüşü, parlament ordusunun kralın başlıca qüvvələrini darmadağın etməsi.
Uzunmüddətli parlamentin islahatları
Uzunmüddətli parlament fəaliyyətə başlayarkən bir sıra feodal qaydalarını sarsıdan islahatlar həyata keçirdi:
Feodal töycüsü ləğv edildi.
Kral və kilsə məhkəməsinin dünyəvi şəxsləri mühakimə etmək səlahiyyətiləğv edildi.
Kral nazirləri məhkəməyə verdi.
İcmalar palatasının kral tərəfindən buraxılmasını qadağan edən qanun qəbul edildi.
Vətəndaş müharibəsindən sonra Uzunmüddətli parlamentdə üstünlüyü ələ alan yeni zadəganlar və
burjuaziya bir sıra islahatlar həyata keçirdi:
Kilsə parlamentə tabe edildi.
Zadəgan və burjuaziyanın torpaqdan istifadəyə görə krala haqq vermələri ləğv edildi.
Lakin kəndlilərin mülkədarlardan asılılığı ləğv olunmadı. Kəndlilər feodal mükəlləfiyyətlərini və onda bir
vergini yenə də ödəməli idilər. Odur ki, uzunmüddətli parlamentin islahatl
arı əhalinin bütün təbəqələrini razı
salmadı. Parlamentin inqilabi ordunu buraxmaq və onu tərk-silah etmək haqqında qərarı xalqı hərəkətə gətirdi.
Levellerlər («bərabərçilər») hərəkatı
İnqilab zamanı London sənətkarları və yeni tipli ordunun əsgərləri arasında siyasi publisist Con Lilbernin
ideyaları geniş yayıldı.
Lilbernin tərəfdarlarını levellerlər («bərabərçilər»)
adlandırırdılar. Vətəndaş müharibəsi
ölkəni sarsıtdı, özü ilə aclıq və fəlakət gətirdi. Belə çətin zamanda Levellerlər ordu hissələrinə müraciət edərək,
onları üsyanan çağırdılar.
Levellerlər krala və aristokratlara, parlamentin aristokratlardan təşkil olunmuş lordlar
palatasına qarşı idilər. Levellerlər aşağıdakı tələblər irəli sürürdülər:
Respublika yaradılmasını.
Lordlar palatasının ləğv edilməsini.
Seçki hüququnun verilməsində dəyişikliklər edilməsini.
Qanun qarşısında hər kəsin bərabərlik və din azadlığını.
Lakin levellerlərin qaldırdığı qiyam yatırıldı. Qiyam başçıları
edam olundular. Bundan sonra levellerlər siyasi yazılar çap etməklə
mübarizə aparsalar da hərəkat zəifləyib təsirini itirdi.
Diggerlər («həqiqi levellerlər») hərəkatı
1649-cu ildə İngiltərədə kənd yoxsulları arasında diggerlər
hərəkatı yayıldı. Diggerlər özlərini «həqiqi levellerlər»
(«həqiqi
bərabərçilər»)
adlandırırdılar. Diggerlərin ideoloqu Cerard
Uinstenli idi.
Diggerlər levellerlərədən fərqli olaraq təkcə siyasi
bərabərlik deyil, iqtisadi bərabərlik də tələb edirdilər.
Diggerlər xüsusi
mülkiyyətin əleyhinə idilər. Torpaq sahibliyinə qarşı çıxan diggerlər
dinc yolla mübarizə aparırdılar. Onlar icma torpaqlarını belləyir və
bütün yoxsulları onlara qoşulmağa çağırırdılar. Diggerlər bu yolla
çoxlu tərəfdar toplamağa və xüsusi mülkiyyət olmayan bir cəmiyyət
qurmağa ümid edirdilər. Lakin diggerlər də istədiklərinə nail ola
bilmədilər.
Respublika kasıbların bu dinc hərəkatı da amansızlıqla
yatırdı.
Con Lilbern. Edam olunmuş levellerlərin
xatirə lövhəsi.
Diggerlər
184
«Prayd təmizləməsi». İngiltərənin Respublika elan edilməsi
Parlamentdə sütünlük təşkil edən iri mülkədarlar kral
hakimiyyətinin saxlanılmasının tərəfdarı idilər. Lakin,
1648-ci ildə
polkovnik Prayd öz tərəfdarları ilə birlikdə kral tərəfdarı olan
deputatları parlament binasına buraxmadı. Bu hadisə İngiltərə
tarixində «Prayd təmizləməsi» adlandı. «Prayd təmizləməsi»
hadisəsindən sonra
kral əleyhdarları parlamentdə üstünlük
qazandılar.
Vətəndaş müharibəsindən sonra ordu kralın edam edilməsini
tələb edirdi. Odur ki, Oliver Kromvel xalqın təzyiqilə monarxiyanı
ləğv etməyə məcbur oldu. 1649-cu il, yanvarın 30-da I Karl edam
olundu. Parlament 1649-cu ilin martında Kral hakimiyyətini və
Lordlar palatasını ləğv etdi. 1649-cu ilin mayında isə:
İngiltərə respublika elan olundu.
Hakimiyyət Kromvel başda olmaqla parlamentin əlinə keçdi.
İngiltərədə respublika cəmi 4 il (1649-1653) mövcud oldu, 1653-cü ildə Kromvel respublikaya son qoydu.
Yeni tipli ordunun işğalları
I Karl edam edildikdən sonra Fransada qaçıb gizlənmiş İngiltərə taxt-tacın varisi və edam edilmiş kralın oğlu
II Karl ləğv edilmiş kral hakimiyyətini bərpa etmək üçün İrlandiyada özünə tərəfdarlar topladı.
1649-cu ilin
avqustunda
Parlament Oliver Kromveli İrlandiyaya canişin göndərərək İrlandiyada qiyamı amansızlıqla yatırdı.
Oliver Kromvel İrlandiyanı tutduqdan sonra aşağıdakı tədbirləri həyata keçirildi:
Ə
hali kütləvi şəkildə Amerikaya sürgün edildi.
İrlandiyanın parlamenti buraxıldı və İrlandiya İngiltərə Respublikasına birləşdirildi.
Oliver Kromvel İrlandiyanı tutduqdan sonra II Karl Şotlandiyaya gedərək özünə yeni tərəfdarlar topladı.
Şotlandiya parlamenti -
«kovenant» isə onu öz kralı elan etdi. Buna cavab olaraq Kromvel Şotlandiyaya yürüş etdi.
Kromvelin Şotlandiyaya yürüş nəticəsində Şotlandiya ordusunu məğlub edildi və Şotlandiya İngiltərə
Respublikasına birləşdirildi. II Karl isə Fransaya qaçmağa məcbur oldu.
1653-cü il çevrilişi. Oliver Kromvelin protektorluğu dövrü
İrlandiya və Şotlandiyanın işğalı başa çatdıqdan sonra parlament ordunun sayını azaltmağı təklif etdi. Buna
görə də parlamentlə ordu arasında ziddiyyət gücləndi.
Ordunun yuxarı dairələri və zadəganlar bütün hakimiyyəti
Kromvelə verməyi qərara aldılar. 1653-cü ildə Kromvel əksinqilabi çevriliş edib
«uzunmüddətli parlamenti» və
«Dövlət şurası»nı qovaraq hakimiyyəti bütünlüklə öz əlinə aldı.
Çevriliş nəticəsində:
Respublikaya və inqilaba son qoyuldu.
Kromvel lord-protektor elan olundu.
Beləliklə, Kromvel inqilab tarixində iki rol oynadı - əvvəlcə o, inqilabın
başçısı, sonra isə onun boğucusu oldu. Əslində protektorluq rejimi Kromvelin
hərbi diktaturası (1653-1658) demək idi. Kramvel hərbi diktaturası (lord-
protektorluğu) dövründə təkbaşına qanunlar verməyə və ölkəni parlamentsiz idarə
etməyə başladı. Lakin Kromvelin siyasəti ölkədə sabitlik yaratmadı.
1658-ci ildə Kromvel vəfat etdikdən sonra
p
rotektor titulu onun oğlu Riçar
Kromvelə verildi. Lakin
Riçard Kromvel (1659-1660) ölkəni idarə edə bilmədi və bir
neçə ildən sonra
könüllü olaraq hakimiyyətdən əl çəkdi.
I Karlın edam olunması, 1649-cu il, 30 yanvar
Cromvelin Uzunmüddətli
parlamenti buraxması
Oliver Kromvel Riçard Kromvel
Oliver Kromvel vətəndaş müharibəsinin başlanğıcında
təhsil aldığı
Hüquq fakultəsini yarımçıq tərk edərək 60 atlıdan ibratət dəstənin kapitanı
oldu. Kromvelin sərkərdəlik bacarığı və kral ordusu üzərində qələbələri onu
parlament ordusunun və inqilabın başçısı səviyyəsinədək yüksəltdi. Lakin O,
inqilab başa çatdıqdan sonra özünü lord-protektor elan edərək 1653-1658-ci
illərdə İngiltərədə təkbaşına hakimiyyətə sahib oldu. Lord-protektor 1658-ci
ildə vəfat etdi. Onun ölümündən sonra qurduğu protektorluq rejimi isə
dağıldı.
185
İngiltərədə Stüartlar sülaləsinin bərpası - restavrasiyası dövrü
Oliver Kramvelin vəfatından sonra Riçard Kromvel ölkəni idarə edə bilmədi.
Yeni zadəganlar və burjuaziya isə İngiltərədə məhdud monorxiyanı bərpa etmək
qərarına gəldilər. Belə bir şəraitdə ölkədə böhran yarandı.
Hakimiyyətdəki hərc-
mərclikdən istifadə edən Şotlandiyadakı ordu generalları 1660-cı ildə Londonu
tutaraq İngiltərə parlamentini buraxdılar.
Dövlət çevrilişindən sonra yeni parlamentə
seçkilər keçirildi. Seçkilər nəticəsində
Parlamentin tərkibi dəyişdi. Edam edilmiş
kralın oğlu II Karl taxta dəvət edildi. Beləliklə,
1660-cı ildə İngiltərədə Sütüartlar
sülaləsinin
hakimiyyəti
bərpa
(restavrasiya)
edildi
. Restavrasiya məhdud
monarxiyanın bərpası demək idi. Kromvelin bir zaman qovduğu deputatlar
parlamentə qayıdaraq yerlərini tutdular. İngiltərədə ordunun hakimiyyətinə son
qoyuldu. Parlament kral əleyhinə qəbul edilən bütün qanunları ləğv edərək özü
özünü buraxdı. 25 apreldə seçilən yeni parlament kralla danışıqlar apardı. Danışıqlar
nəticəsində II Karl (1660-1685) ilə parlament arasında belə bir saziş əldə edildi:
1.
Kral inqilab iştirakçılarını təqib etməyəcəkdi.
2.
Kral torpaqları öz yeni sahiblərindən geri almayacaqdı.
3.
Kral parlamentin razılığı olmadan vergi qoymayacaqdı.
Bundan başqa, parlament ümumi amnistiya, din azadlığı və başqa hüquqlar
barədə də kraldan öhdəliklər aldıqdan sonra onu üç krallığın - İngiltərə, İrlandiya
və Şotlandiyanın hökmdarı elan etdi. Kral paytaxt Londona gəldi.
Lakin II Kral
taxta çıxan kimi öz üzərinə götürdüyü öhdəlikləri pozmağa başladı.
İngiltərədə parlamentli-monarxiya rejiminin tətbiq edilməsi
II Karlı əvəz edən II Yakv (1685-1688) katolik dinini bərpa etməyə cəhd
göstərdi. Bütün bunlar cəmiyyətdə Stüartlara qarşı böyük etimadsızlıq dalğasının
güclənməsinə səbəb oldu və
yeni zadəganlar II Yakovu hakimiyyətdən
uzaqlaşdırmağı qərara aldılar.
Parlament 1688-ci ildə II Yakovu devirdi və
Hollandiya hakimi, II Yakovun qızı, protestant olan Mariyanın əri Oranlı Vilhelmi
(1689-1702)
hakimiyyətə gətirdi.
Parlament tacı şahzadə Mariyaya təqdim etdi.
Onlar dövləti Vilhelmlə birlikdə idarə etməli idilər. Vilhelm taxta çıxan kimi
«Hüquqlar haqqında bəyannamə»ni («Hüquqlar haqqında bill»i) imzaladı.
İrlandiyada sürgündə olan Yakov taxt-tacını geri qaytarmaq üçün xeyli
çalışsada məğlub olaraq Fransaya qaçmaq məcburiyyətində qaldı. Beləliklə,
1688-ci
il saray çevrilişi nəticəsində
İngiltərədə parlamentlə kral arasındakı qarşıdurmaya
son qoyuldu.
Vilhelmin vəfatınsan sonra İngiltərə taxt-tacına II Yakovun digər qızı,
Marianın bacısı Anna (1702 -1707), Annadan sonra isə Stüartlar sülaləsinin
sonuncu kralı I Georgi (1707-1714) sahib oldu.
QEYD:
Dövlət çevrilişi baş verməsi İngiltərə tarixinin 1660-cı və 1688-ci il
tarixi üçün oxşar cəhət təşkil edir. 1660-cı ildə baş verən çevriliş nəticəsində
İngiltərədə Sütüartlar sülaləsinin hakimiyyəti bərpa (restavrasiya) edildi və məhdud
monarxiya rejimi bərpa olundu. 1688-ci il dövlət çevrilişi nəticəsində isə II Yakov
devrildi və Oranlı Vilhelm hakimiyyətə gətirildi, İngiltərədə parlamentlə kral
arasındakı qarşıdurmaya son qoyuldu.
«Hüquqlar haqqında bill»in qəbul edilməsi. İngiltərənin dövlət quruluşu
1689-cu ildə İngiltərə parlamenti
«Hüquqlar haqqında bill»
qəbul etdi. Bu qanuna görə:
Mütləqiyyəti bərpa cəhdlərinin qarşısı birdəfəlik alındı.
Andlılar məhkəməsinin hüquqları genişləndirildi.
Hökumət dəyişmələri yalnız parlament yolu ilə həyata keçirilə bilərdi.
Krala vergilərin vaxtını, miqdarını müəyyən etmək qadağan edildi.
Kral parlamentin razılığı olmadan ordu və xüsusi hərbi hissələr saxlaya bilməzdi.
Kral parlamentin qəbul etdiyi qanunları dayandıra və ya ləğv elə bilməzdi.
Lakin qanunlar kralın imzasından sonra qüvvəyə minirdi. Dini məsələlər üzrə qəbul edilən akta görə ölkədə
dini cərəyan və təriqətlərin fəaliyyəti qanunlarla nizamlanırdı.
II Karl (1660-1685)
II Yakov (1685-1688)
Mariya Stüart və Vilhelm
kraliça Anna
186
Beləliklə, dünyada ilk dəfə İngiltərədə parlamentli monarxiya hakimiyyət forması müəyyən edildi.
Hakimiyyət kraldan ikipalatalı parlamentə keçdi. Parlamentin qəbul etdiyi qanunlar hamı üçün məcburi idi.
Hökumət parlament seçkilərində qalib gələn partiyanın ( mühafizəkar və liberallar partiyası) üzvlərindən təşkil
olunurdu. Qalib gələn partiya Parlamentdə hökuməti formalaşdırırdı.
XVIII əsrin əvvəllərində, kraliça Annanın hakimiyyəti dövründə,
1707-ci il, mayın
1-də Şotlandiya və
İngiltərə parlamentləri birləşərək Böyük Britaniya krallığını yaratdılar.
Şotlandiya nümayəndə heyəti İngiltərəyə birləşmək haqqında sənədi kraliça Annaya təqdim edərkən
İngiltərənin xarici siyasəti
İngiltərədə siyasi dəyişikliklər Asiya, Afrika və Amerikada aparılan müstəmləkə siyasətinə təkan verdi.
İngiltərə burjua inqilabından sonra Böyük Britaniya
xarici siyasətinin qarşısında iki başlıca vəzifə dururdu:
1.
Avropada
heç bir dövlətin güclənməsinə yol verməmək.
2.
Yeni ərazilər və ya müstəmləkələr ələ keçirmək.
Bu məqsədlə İngiltərə hələ XVII əsrdə Yamayka və
Portuqaliyanı asılı vəziyyətə salınmışdı.
XVIII əsr boyu İngiltərə ilə Fransa arasında müstəmləklər
uğrunda mübarizə gedirdi.
Müstəmləkələr uğrunda Fransa ilə
aparılan bu mübarizəyə «ikinci yüzillik müharibə» deyilirdi. «İkinci
yüzillik müharibə»
nəticəsində
güclü hərbi donanmaya malik olan
İngiltərə XVIII əsrdə Fransanı məğlub edərək Kanadanı və
Hindistanda Benqaliyanı ələ keçirdi. Bu dövrdə
İngiltərə Karib
dənizindəki adalara, Şimali Amerikadakı koloniyalara,
Afrikadakı faktoriyalara malik «dənizlər sahibi» sayılırdı.
İngiltərə burjua inqilabı
(1640-1653)
İnqilabın
nəticələri
(əhəmiyyəti)
İnqilabın əsas səbəbləri
İnqilabın qarşısındakı vəzifələr
1. Mütləqiyyəti – kral
hakimiyyətini devirmək.
2. Feodal qaydalarını ləğv etmək
Mütləqiyyətə son qoyuldu və feodal qaydalarına ağır zərbə vuruldu.
İngiltərədə kapitalizmin inkişafına təkan verdi.
Sənaye sahələrində texnikanın tətbiqi genişləndi.
Hüquqi dövlət, vətəndaş cəmiyyətinin rüşeyimləri meydana gəldi.
1. Qeyri-məhdud kral hakimiyyəti.
2. Feodal qaydaları və anqlikan
kilsəsinin zülmü.
İngiltərənin müstəmləkələri
187
Aqrar çevriliş
İngiltərə tarixdə ilk aqrar və sənaye çevrilişin baş verdiyi ölkə olmuşdu.
İngiltərə burjua inqilabı
iqtisadiyyatın forma və məzmununda yeniliklər etdi.
Ölkədə yaradılan sabitlik, feodal qaydalarının ləğvi iqtisadi
yüksəliş üçün hüquqi əsaslar yaratdı.
XVIII əsrin sonlarında kəndlilərin tamamilə torpaqsızlaşması nəticəsində
ingilis kəndliləri bir sosial təbəqə kimi sıradan çıxdı. Torpaqsız kəndlilərin müstəmləkə ərazilərinə axını da bu
prosesdə böyük rol oynadı. Torpaqsız kəndlilərin hesabına azad işçilərin sayı artdı. Torpaqların böyük qismi yeni
burjuaziyanın əlinə keçdi. Lendlordlar adlanan bu təbəqə torpaq sahələrini icarədarlara verirdilər. İcarəyə verilən
torpaqlar muzdlu əmək hesabına becərilirdi. Eyni zamanda kəndlərdə iri fermer təsərrüfatları sürətlə artırdı.
Kəndlərdə, iri şəhərlərin ətrafında əhalinin ərzağa olan tələbatını təmin etmək məqsədilə iri fermalar yaradılırdı və
taxıl istehsalı artırılırdı. Ölkədə taxıl istehsalı heyvandarlığın yemə olan tələbatını da tamamilə ödəyirdi. Yeni
məhsuldar toxum və cins mal-qaranın yetişdirilməsi məhsul istehsalının yüksəlməsinə səbəb oldu. Ölkənin ərzağa
olan tələbatı tam təmin edildi.
İngilis kəndi digər ölkələrdəki kəndlərdən daha tez milli bazarla əlaqə qurmuşdu. Ağır sənaye, xüsusən
maşınqayırma və metallurgiya sahələri kənd təsərrüfatını lazım olan texniki qurğu və alətlərlə təmin edirdi.
Beləliklə, kənd təsərrüfatında torpaqların çox hissəsinin burjuaziyanın əlində cəmləşməsi, torpaqların, əsasən,
muzdlu əmək hesabına becərilməsi, kəndli-fermer təsərrüfatlarının yaradılması nəticəsində İngiltərədə aqrar
çevriliş baş verdi. XVIII əsrin sonunda İngiltərədə baş verən aqrar çevriliş sənaye və ticarətin inkişafına təkan
verdi.
Dostları ilə paylaş: |